Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nəlbəki
Nəlbəki — stəkan və ya fincan qoyulan, kənarları azacıq yuxarı doğru əyilmiş kiçik boşqab. Nəlbəki içərisinə maye tökülərkən kənara dağılmaması üçün istifadə edilir. Son dövrlərdə o maye dolu qab altında estetik gözəllik üçün istifadə edilir.
Nəlbəki (rəqs)
Nəlbəki – Azərbaycanın milli rəqsi. Bu rəqsi 2 cür melodiyayla ifa edirlər. Bu rəqs 2 fərqli musiqi altında ifa edilir. Biri Bayatı-Şiraz ladı üzərində olan qədim Azərbaycan oyun havası "Nəlbəki"dir . Digəri isə Qılman Salahovun bəstəsidir . Xalq oyun havası "Nəlbəki" "Pıspısa xanım və Siçan bəy" filmində (1974) Tıq-Tıq xanım və Siçan bəyin toy səhnəsində istifadə olunmuşdur.
Nəlbəki rəqsi

Nəlbəki-gül xalçaları
Nəlbəki-gül xalçaları — Qarabağ tipinin Şuşa qrupuna aid edilən xovlu xalça. Qarabağ tipinin Şuşa qrupuna aid edilən bu xalçaların xalq arasında "Nəlbəki–gül" adlandırılmasına baxmayaraq, Şuşa xalçaçıları tərəfindən "Minaxanım" və ya "Minaxanı" adlandırılır. Etibarlı mənbələrdən məlumdur ki, Mina xanım adlı birisi XVIII əsrin II yarısında Bərdə şəhərindən yenidən salınmış Şuşa şəhərinə gəlir. O, xalçaçılıqla və bağçılıqla məşğul olurdu. Onun toxuduğu bitki ornamentli xalçalar tez bir zamanda Qafqazın, Cənubi Azərbaycanın, İranın və Türkmənistanın bütün xalçaçılıq məntəqələrində yayılır. Yuxarıda sadalanan xalçaçılıq məntəqələrində toxunan eyni ornamentli xalçalar "Minaxanı" adını almışdır. 1750-ci illərin əvvələrində Qarabağ xanı Pənahəli xan Şuşa şəhərini saldırdı. Şəhər ilk vaxtlar Pənahabad adlandırıldı və uzun illər Qarabağ xanlığının paytaxtı oldu. XVIII əsrdə Qarabağ xalçaçılıq məktəbi Şuşada cəmlənmişdir. XVIII əsrdə Şuşada klassik çeşnili xalçalarla yanaşı, Rusiyadan, eləcə də Avropadan gətirilmiş məcməyi, ətirli sabun, çit və digər müxtəlif məişət əşyaların üzərindən götürülmüş naxışlardan yeni xalça kompozisiyaları — "Bağçadagüllər", "Saxsıdagüllər", "Bulud" və s.
Nəlbəki-gül xalçası

Nalbənd
Nalbəndlik — peşə. Nalbənd (Pəmbək) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd. Nalbənd (Çaypara) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. Nalbənd (ağac) — Qaraağac fəsiləsinin qaraağac cinsinə aid bitki.
Babəki
Babəki — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. == Toponimikası və tarixi == Araz çayı yaxınlığında, şərur düzündədir. XX əsrin ortalarında qonşu Çərçiboğan kəndindən çıxmış bir qrup gənc ailənin burada məskunlaşması nəticəsində yaranmışdır. Toponim özündə xalq qəhrəmanı Babəkin adını əks etdirir. "Babəkə məxsus, Babəkin tərəfdarları" deməkdir. SSRİ dövründə Çərçiboğan, Arbatan, Dərvişlər, Keştaz, Sovetabad və Qara Həsənəli kəndləri ilə birlikdə "SSRİ-nin 50 illiyi" adına kolxozda birləşmişdir. == İnfrastruktur == 1982-ci ildə kəndə qaz və su kəməri çəkilib.
Daləki
Daləki— İranın Buşehr ostanının Dəştistan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,861 nəfər və 1,637 ailədən ibarət idi.
Nalbənd (Pəmbək)
Nalbənd — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd. Rayon mərkəzindən 11 km məsafədə, Bəykənd çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1930 - cu illərdə Leninakan adlı rayonun tabeliyində olmuşdur. Burada 30 - cu illərdə Nalbənd adlı dörd toponim olmuşdur. Nalbənd kəndi, Nalbənd qışlağı, Nalbənd vağzalı, Nalbənd dəmiryolu. Toponim Azərbaycan dilində peşə mənasında işlənən nalbənd (nalçı, heyvanların ayağına nalvuran adam) sözü əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25.l.
Nalbənd (Talış)
Nalbənd (fars. نعلبند‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 458 nəfər yaşayır (102 ailə).
Nalbənd (Çaypara)
Nalbənd (fars. نعلبند‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 194 nəfər yaşayır (54 ailə).
Naliboki meşəsi
Naliboki meşəsi (Bel. Налібоцкая пушча) — Belarusda ən böyük sahəyə malik meşə. Şimalda Oşmyan yüksəkliyindən Şərqdə Minsk yüksəkliyinə qədər olan sahəni əhatə edir. Meşənin sahəsi 1400 km² — 2400 km² aralığındadır. Meşə Minsk vilayətinin Volojinski və Sütunçovski rayonları, eləcə də Qrodno vilayətinin Novoqrud, Korelik və İvievskiy rayonlarının ərazisinə daxildir. Bura, Slavyan, Baltik və Avropa ənənələrinin qovuşduğu Belarusun tarixi və mədəni cəhətdən unikal bir bölgəsidir. 2009-cu ildən başlayaraq hər il Naliboki meşəsində Naliboki Marafonu keçirilir. Meşənin adı onun yerləşdiyi olan kənd — Nalibokidən gəlir. Böyük Vətən Müharibəsi zamanı bu meşədə Belçikalı qardaşların dəstəsinin partizanları gizlənmişdilər. Həmçinin, Bulat dəstəsi döyüş əməliyyatlarını bu meşədə apardılar.
Homo naledi
Homo naledi — CAR-ın Yohannesburq şəhərinin yaxınlığındaki Rayzinq-Star mağarasında tapılan qalıqların əsasında müəyyən edilmiş nəsli kəsilmiş Homo (İnsan cinsi) növü. Bədən quruluşu ilə kiçik insanlar populyasiyasına bənzəyir. Lakin endokraniumun kiçik olması onu avstralopiteklərə bənzədir. Kəlləsinin quruluşu başqa hominidlərdən çox fərqlənir, müqayisə etdikdə daha çox Homo cinsinin erkən nümayəndələri Erektus, Homo habilis və Homo rudolfensislə oxşarlığlar tapmaq olar. Fosillərin 2.5 million yaşı olduğu təxmin olunur. Naledi Soto dilində "ulduz" deməkdir.
Babəki yaşayış yeri
Babəki yaşayış yeri — Şərur rayonunda, eyni adlı kəndin yaxınlığın da оrta əsrlərə aid yaşayış yeri. == Coğrafi mövqeyi == Аbidə Şərur rаyоnunun Bаbəki kəndi yахınlığındа yеrləşir. == Tədqiqi == Ərаzisi 3 hеktаrdır. Hazırda əkin sahələrinin altında qalmışdır. Tоrpaq işləri aparılarkən skelet qalıqları, gil qab qırıqları aşkar edilmişdir. Mədəni təbəqənin qalınlığı bəzi yerlərdə 2 m-dən artıqdır. Təbəqə tоrpaq qarışıq kül laylarından ibarət оlub, çəhrayı və sarı rəngli saxsı məmulatı (küpə, kasa, çanaq, qazan, səhəng və s.), tikinti qalıqları ilə və оsteоlоji materiallarla zəngindir. Yаşаyış yеri hаzırdа əkin sаhələrinin аltındа qаlmışdır. Yаşаyış yеrinin mərkəzi hissəsi uzunsоv-оvаl fоrmаlı təpə şəklində оlmuşdur. Təpənin аşınmаsı nəticəsində skеlеt qаlıqlаrı və gil qаb sınıqlаrı аşkаr еdilmişdir.