Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Narlı
Narlı (fars. نرلو‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 69 nəfər yaşayır (15 ailə).
Narni
Narni — İtaliyanın Umbriya regionunda yerləşən kommunadır. 2017-ci ilin siyahıya alınmasına görə kommunada 19,252 nəfər yaşayır.
Nari
Nari — ad. Nari Li — Kambocalı marafonçu. Nari (şair) — kürd şairi. Nari (Mərgavar) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı, Mərgavar dehistanı ərazisinə daxil olan kənd.
AK Parti
Ədalət və İnkişaf Partiyası (türk. Adalet ve Kalkınma Partisi, qısaca AKP və ya AK Parti kimi də tanınır) — Türkiyədə mövcud olan siyasi partiya. Partiyanın sədri 21 may 2017-dən bəri Rəcəb Tayyib Ərdoğandır. == Tarixi == Partiya 14 avqust 2001-ci ildə Rəcəb Tayyib Ərdoğan tərəfindən qurulmuşdur. Partiya 2002, 2007 və 2011-ci ildə keçirilən Parlament seçimlərinin qalibi olmuşdur. Rəcəb Tayyib Ərdoğan, Abdulla Gül, Binəli Yıldırım və Bülənt Arınc partiyanın öndə gələn şəxsləridir. 3 noyabr 2002-ci ildə keçirilən Parlament seçimlərində Ədalət və İnkişaf Partiyası 34,29% səslə birinci seçildi. 550 nəfırlik Milli Məclisdə 365 yer qazandı. 22 iyul 2007-ci il Parlament seçimlərində 46,58% səslə Partiya yenə birinci seçildi. 2007 seçimlərində millət vəkili sayı 22 nəfər azaldı.
Debet kartı
Debet kartlar — bankomat və ya bankın kassalarında yerləşən POS-terminallar vasitəsilə nağd vəsaitlərin alınması üçün istifadə edilən texniki vəsait. Kartlar debet rejimində işləyir, ancaq kart hesabında faktiki olan məbləğ daxilində xərclər aparmaq və ya bankomatlardan nağd pul çıxarmaq imkanını verirlər. Debet kartı üzrə ödəmələr hesabda olan vəsait qalığı çərçivəsində həyata keçilir. Azərbaycanda real olaraq plastik kartlarla 21 bank işləyir. Onların sayı artıq 100 mini keçib. Sözügedən kartların 80 mini Azərbaycan Beynəlxalq Bankına məxsusdur. Onun istifadəçilərinin 60–70%-i debet kartlarının istifadəçiləridir.
Debit kartı
Debet kartlar — bankomat və ya bankın kassalarında yerləşən POS-terminallar vasitəsilə nağd vəsaitlərin alınması üçün istifadə edilən texniki vəsait. Kartlar debet rejimində işləyir, ancaq kart hesabında faktiki olan məbləğ daxilində xərclər aparmaq və ya bankomatlardan nağd pul çıxarmaq imkanını verirlər. Debet kartı üzrə ödəmələr hesabda olan vəsait qalığı çərçivəsində həyata keçilir. Azərbaycanda real olaraq plastik kartlarla 21 bank işləyir. Onların sayı artıq 100 mini keçib. Sözügedən kartların 80 mini Azərbaycan Beynəlxalq Bankına məxsusdur. Onun istifadəçilərinin 60–70%-i debet kartlarının istifadəçiləridir.
Kredit kartı
Kredit kartları (ingiliscə: Credit Cards) - hesablaşma zamanı nağd kredit istifadə imkanını yaradır. Çeklərə nəzərən kredit kartlarıyla ödəniş daha da qarantlıdır. Çeklərin qarşılıqsız çıxması və ya ödəmələrin gecikməsi və satışı həyata keçirən yerlərin öz kredit satışları nəticəsində bəzi alacaqlarını ala bilməməsi və ya gecikmələrlə alması nəzərə alındıqda kredit kartları satıcılar üçün daha avantajlı sayılır. Banklar kart sahiplərinə ayda bir dəfə cəmi aldıqlarının 25%-nin ödənməsini tələb etməklə, geri qalmış vəsaitin isə kredit olarak ödəmə imkanı təmin edirlər. Kredit kartı üzrə ödəmələr həm hesabda olan vəsait qalığı çərçivəsində həm də icazəli overdraft çərçivəsində heyata keçirilir. Kredit kartların digər növü revolver kredit kartlarıdır və bu kartla ödəmələr icazə verilmiş kredit limiti çərçivəsində, yəni kredit borcun maksimal həddi dərəcəsində həyata keçirilir.
Kurt Marti
Kurt Marti (alm. Kurt Marti‎: Bern, 31 yanvar 1921 – Bern, 11 fevral 2017) — İsveçrəli teoloq və şair. Onun poeziyasında çox vaxt mənəvi və dini məqamlar öz əksini tapırdı. Marti daha çox "ləhcə ədəbiyyatı"nı intellektual keyfiyyətə çatdıran şəxs kimi məşhur olmuşdur. == İstinadlar == == Xarici keçidlər == Publications by and about Kurt Marti in the catalogue Helveticat of the Swiss National Library "Literary estate of Kurt Marti". HelveticArchives. Swiss National Library.
Marti Axtisaari
Marti Oiva Kalevi Axtisaari (fin Martti Oiva Kalevi Ahtisaari; 23 iyun 1937[…], Vıborq, Finlandiya – 16 oktyabr 2023, Helsinki, Finlandiya) — 1994–2000-ci illərdə Finlandiyanın prezidenti, diplomat, BMT-nin əməkdaşı, 2008-ci il Nobel Sülh Mükafatı laureatı. == Həyatı == 1937-ci ildə Finlandiyanın Viypuri şəhərində (indiki Vıborq, Rusiya) Norveç əsilli zabitin ailəsində anadan olmuşdur. 1939–1940-cı illər Sovet-Fin müharibəsi dövründə ailəsi Kuopio, 1952-ci ildə Oulu şəhərinə köçmüş, 1959-cu ildə Marti Oulu Universitetinin pedaqoji şöbəsini qiyabi bitirmişdir. Ouluda Gənclərin Xristian Assosiasiyasına daxil olan Axtisaari 1960-cı ildə Kəraçiyə (Pakistan) gedərək bu qurumun fiziki tərbiyə məktəbinə başçılıq edir. 1963-cü ildə ölkəsinə qayıdaraq paytaxt Helsinkidə Politexnik texnikumuna girir və inkişaf etməkdə olan ölkələrə yardım göstərən təşkilatlarda çalışır. 1965-ci ildə Finlandiya Xarici İşlər Nazirliyi sisteminə keçir. 1973-cü ildə Finlandiyanın Tanzaniyadakı səfiri təyin olunur. 1975-ci ildə ölkəsinin Zambiya, Somali və Mozambikdəki diplomatik missiyalarına da başçılıq edir. 1977–1981-ci illərdə BMT-nin Namibiyadakı səlahiyyətli nümayəndəsi postunu tutur. 1984-cü ildə Finlandiyaya qayıdan Axtisaari yenidən Xarici İşlər Nazirliyində işləyir.
Narui Alaverdyan
Nairuhi İsaakovna Alaverdyan (25 iyun 1941, Stepanakert – 10 noyabr 2021, Xankəndi) — erməni müğənnisi . Azərbaycan SSR xalq artisti (1982). 25 iyun 1941-ci ildə Xankəndidə anadan olmuşdur. Xankəndi şəhəri Sayat-Nova adına musiqi məktəbini bitirib. 1958-ci ildən Dağlıq Qarabağ Muxtar Vilayəti Mahnı və Rəqs Ansamblının solisti olmuşdur. 1978-ci ildən isə "Qarabağ" estrada ansamblının solisti kimi çıxış etmişdir.
Taksit kartı
Taksit Kart — plastik kartlarla hesablaşma zamanı ödənişi bərabər hissələrlə həyata keçirməyə imkan verən sistemin şərti adıdır. Azərbaycan bankları 2012-ci ildən etibarən taksit kart sistemini tətbiq etməyə başlayıblar. Hal-hazırda 5 bank sistemi tətbiq etməkdədir. 2014-cü ilə qədər sistemi tətbiq edəcək bankların sayının 10 olacağı proqnozlaşdırılır.
Xose Marti
Xose Xulian Marti Peres (isp. José Julián Martí Pérez; 28 yanvar 1853[…], Havana, İspaniya imperiyası – 19 may 1895[…]) — Kuba şairi, yazıçısı, publisisti, siyasətçisi, Kubada azadlıq hərəkatının lideri, Kuba İnqilab Partiyasının qurucusu. "Kubanın müstəqilliyinin həvarisi" hesab edilir. Xose Marti 28 yanvar 1853-cü ildə Havananın Paula küçəsi 41 ünvanında valensiyalı ata Mariano Marti Navarro və Kanar adalarından olan Leonor Peres Kabreranın ailəsində anadan olub. Marti yeddi bacının böyük qardaşı idi: Leonor, Mariana, Maria del Carmen, Maria del Pilar, Rita Amelia, Antonia və Dolores. Xose Marti 1865-ci ildə Rafael Maria de Mendivenin rəhbərlik etdiyi oğlanlar üçün ali ibtidai bələdiyyə məktəbinə (isp. Escuela de Instrucción Primaria Superior Municipal de Varones) qəbul oldu. Mendive Martinin siyasi fəlsəfəsinin inkişafına təsir etmişdir. 1866-cı ildə Marti, Mendivenin təhsilini maliyyələşdirdiyi "Instituto de Segunda Enseñanza"ya daxil oldu. Martinin siyasi ideyaları mənəviyyat və həmrəyliyi vurğulayan Krausist liberalizmdən təsirləndi.
Playboi Carti
Playboi Carti (əsl adı: Cordan Terrell Karter; 13 sentyabr 1995[…], Atlanta) — amerikalı repçi, müğənni-mahnı yazarı. Carti 2017-ci ilin aprelində buraxdığı öz adını daşıyan miksteypi sayəsində diqqətləri cəlb edib. Miksteypə daxil olan "Magnolia" və "Wokeuplikethis" (Lil Uzi Vert ilə) sinqlları Billboard Hot 100 cərgəsinin yuxarı sıralarında qərarlaşıb. 2018-ci ildə debüt studiya albomu olan "Die Lit"-i buraxan Carti dinləyicilərin rəğbətini qazanıb. Albom satış rekordları qırmış və ABŞ-nin Billboard 200 albomlar cərgəsində üçüncü pilləyə yüksəlmişdir. Carti iki illik fasilədən sonra 2020-ci ildə geri qayıdaraq ikinci albomu olan "Whole Lotta Red"-i təqdim edib. Albom buraxıldıqdan qısa müddət sonra Billboard Hot 200 cərgəsində birinci yerə çıxmışdır. Bu onun ən müsbət rəylərlə qarşılanan albomu olmuşdur. Playboi Carti uzun müddətdir gözlənilən üçüncü albomunu 2024-cü ildə buraxmağı planlaşdırır. Carti 2019-cu ildə Opium səsyazma leyblını təsis edib.
DEM Parti
Xalqların Bərabərlik və Demokratiya Partiyası və ya qısaca DEM Partiya (ilkin versiyası ilə HEDEP), 2023-cü ilədək Yaşıllar və Sol Gələcək Partiyası — 25 noyabr 2012-ci ildə qurulan və Türkiyədə fəaliyyət göstərən siyasi partiya. Onun simvolu müdrik ağac, günəş və insan surətindən ibarətdir. Onun həmsədrləri Tuncər Bakırhan və Tülay Hatimoğulları Orucdur. Xalqların Bərabərlik və Demokratiya Partiyası 25 noyabr 2012-ci ildə Bərabərlik və Demokratiya Partiyası ilə Yaşıllar Partiyasının Yaşıllar və Sol Gələcək Partiyası adı altında birləşməsi nəticəsində qurulan siyasi partiyadır. Partiya özünü yaşıl siyasətə əsaslanan və "sol libertarian" ideyaları qəbul edən siyasi partiya kimi təqdim edir. Partiya 2014-cü ildə Türkiyə prezident seçkilərində Səlahəddin Dəmirtaşı, 2015-ci ilin iyununda keçirilən parıament seçkilərində isə Xalqların Demokratik Partiyasını dəstəkləmişdir. == Tarixi == Partiya Ankarada Yaşıllar və Sol Gələcək Partiyası adı ilə 25 noyabr 2012-ci ildə Bərabərlik və Demokratiya Partiyası ilə Yaşıllar Partiyasının birləşməsi ilə quruldu. Partiya 2 aprel 2016-cı il tarixli II növbədənkənar qurultayında adının qısaltmasını Yaşıl Sol Partiya olaraq dəyişdirdi. Partiyanın loqosu 16 oktyabr 2022-ci il tarixli İkinci Fövqəladə Qurultayda dəyişdirildi. Səlahəddin Dəmirtaş iddia edib ki, Xalqların Demokratik Partiyası bağlanarsa, 2023-cü ildə keçiriləcək ümumi seçkilərdə HDP-nin millət vəkili namizədləri Yaşıl Sol Partiyasının vahid namizəd siyahılarına daxil olacaq.
İYİ Parti
İYİ Partiya (türk. İYİ Parti) — 2017 ci il 25 oktyabrda Meral Akşener tərəfindən qurulan partiyadır. Ümid Özdağ 6 noyabr 2020-ci il tarixində İYİ Partiya İstanbul Şəhər Təşkilatının başçısı Buğra Kavuncu və əmisini FETÖ-çü adlandırmasından sonra partiya rəhbərliyi ilə yaşanan problemlər nəticəsində partiyadan ixrac edilmişdir. 13 yanvar 2021 tarixində Ankara Birinci Əsliyə Hüquq Məhkəməsi ixrac qərarını ləğv etmişdir.. Ümid Özdağ 4 mart 2021 tarixində açıqlama verərək İYİ Partiyadan istefa vermişdir: 2021-ci ildə Özdağ partiya qurma hərəkatına başladı və Ayyıldız Hərəkatını təsis etdi. O, partiyasını 26 avqustda quracağını elan etdi. Seçkilərdə ağır məğlubiyyət yaşayaraq öncəki seçkilərə nəzərən səslərini 7,76%-dən 3,6%-ə, son parlament seçkilərinə nəzərən isə 9,69%-dən 3,6%-ə endirmiş İYİ Partiyada seçkilərə tək başına girmə strategiyası olan "Hür ve Müstakil İYİ Parti" strategiyasını müdafiə etmiş Meral Akşenər 27 aprel 2024 tarixinə fövqəladə qurultay təyin etmişdir. O, qurultayda namizəd olmayacağını açıqlamışdır. Müsavat Dərvişoğlu və Koray Aydın 8 aprel 2024 tarixində sədrliyə namizədliklərini açıqladılar. Mediada Dərvişoğlu Akşenərin namizədi və "əmanətçi" namizəd olaraq anılsa da, o bütun bu iddiaları rədd etmiş və özünün əmanətçi olacaq xarakterdə olmadığını, Akşenərin isə belə bir zehniyyətdə olmadığını qeyd etmişdir.
Ajuga nanti
Sürünən dirçək (lat. Ajuga reptans) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin dirçək cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Ajuga vulgaris Rouy Ajuga vulgaris subsp. reptans (L.) Rouy Bugula reptans (L.) Crantz Teucrium reptans (L.) Salisb.
Arti (Aryej)
Alyo (fr. Artix) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Aryej. Varil kantonuna daxildir. Kommunanın dairəsi — Pamye. INSEE kodu — 09021. == Əhalisi == 2008-ci il üçün kommunanın əhalisi 106 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 59 yaşda (15-64 yaş arasında) 47 nəfər iqtisadi fəal, 12 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 79,7%, 1999-cu ildə 70.5%). Fəal 47 nəfərdən 45 nəfər (23 kişi və 22 qadın) işləyir, 2 nəfər işsizdir (1 kişi və 1 qadın). 12 hərəkətsiz 3 nəfər arasında şagird və ya tələbə, 8 nəfər - təqaüdçü, 1 nəfər digər səbəblərə görə fəaliyyətsizdir..
Nari (Mərgavar)
Nari (fars. هاشم اباد‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı, Mərgavar dehistanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 308 nəfər yaşayır (57 ailə).
Nari (şair)
Molla Kaki Həmi və ya təxəllüsü ilə Nari (kürd. ناری) (1874, Mərivan, Kürdüstan ostanı – 1944) — kürd şairi. Mahmud Bərzənci, Tahir bəy Caf və Kani ilə yaxın münasibəti var idi. Nari kürd və fars dillərində lirik və mistik şeirlər yazmışdır. Şeirlərinin əsas hissəsi qəzəl formasındadır. O, daha çox kürd şairləri arasında Nali və Məhvidən, fars şairləri arasında isə Hafizdən təsirlənmişdir.
Nari Li
Nari Li (6 iyun 1972, Kamboca) — Kambocalı marafonçu. Nari Li Kambocanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Nari Li birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 3 saat 20 dəqiqə 20 saniyəyə qət edərək 157 marafonçu sırasında 133-cü yeri tutdu.
Nart dastanı
Nart dastanı(adıq Нартхымэ акъыбарыхэ; Nartxıme aqıbarıxe; abxaz dili. Нарҭаа ражәабжьқәа; Nartaa raƶuabƶkua; qaraç.-balk. Нарт таурухла; Nart tawruxla; oset. Нарты кадджытæ; Nartı kadjıtæ; Narty kaddžytæ; çeç. Нарт Аьрштхой; Nart ärştxoý; Nart ärştxoj) — Şimali Qafqaz mənşəli nağıllar toplusu. Bu, bölgədəki qəbilələrin, o cümlədən abazin, abxaz, çərkəz, osetin, qaraçay-balkar və çeçen-inquş folklorunun əsas mifologiyasını formalaşdırır. "Nart" sözü "nar" sözünün osetin dilindəki cəm halı olan Nartæ sözündən gəlməktədir. "Nar" sözü özü də Proto Hind-Avropa dillərinin alt qrupu Proto Hind-İran dilində (*h₂nḗr) "qəhrəman, kişi" mənasında işlənmişdir. Çeçen dilində "nart" nəhəng deməkdir. Dastandakı hekayələrdə önə çıxan qəhrəmanlardan bəziləri bunlardır: Sosruko (ubıx, abxaz və adıge : sawsərəqʷa (Саусырыкъо); osetin : Soslan (Сослан)) — Hiyləgər kimi də peyda olan qəhrəman.
Narı (Urmiya)
Narı (fars. ناری‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 698 nəfər yaşayır (141 ailə).
Narı Quliyeva
Narı Əbülfəz qızı Quliyeva (10 iyul 1928, Culfa rayonu, Naxçıvan MSSR – 2005, Culfa rayonu, Naxçıvan Muxtar Respublikası) — üzümçü, Sovet İttifaqı Kommunist Partiyası üzvü (1953), Sosialist Əməyi Qəhrəmanı Prezident təqayütçüsü. (1949). Narı Quliyeva 10 iyul 1896-cı ildə İrəvan quberniyasının Naxçıvan qəzasının (indiki Culfa rayonu) Kırna kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1934-cü ildə V. İ. Lenin adına kolxozda başlamış, 1956-cı ilə qədər bu kolxozda manqabaşçısı işləmişdir. 1956-cı ildən Naxçıvan sovxoz-texnikumunda laborant işləmişdir. 1953-cü ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olmuş, Sovet İttifaqı Kommunist Partiyası 21-ci qurultayının nümayəndəsi olmuşdur. 1948-ci ildə üzümçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin 21 iyul 1949-cu il tarixli qanunu ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Oraq və Çəkic" medalı və Lenin ordeni, ilə təltif olunmuşdur. Narı Quliyeva 2005-ci ildə Culfa rayonunda vəfat etmişdir.
Qüdrət narı
Qüdrət narı (lat. Momordica charantia) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin momordika cinsinə aid bitki növü. Tropik iqlimi olan bölgələrdə, Amazon hövzəsində, Şərqi Afrikada, Asiyada, Karib adalarında təbii şəkildə bitən, Cənubi Amerikada və Uzaq Şərqdə isə qida və dərman bitkisi kimi kimi becərilən bitki. Avropa ölkələrində acı qovun, acı balqabaq, Afrika xiyarı, balsam alması və ya balsam armudu olaraq adlandırılar. Birillik, sarmaşıq formasında bitki olan Qüdrət Narı, yay aylarında çiçək açır. Kənarları dişli yarpaqları yelpik şəklində, yumşaq olur. Sarı rəngli kiçik çiçəkləri, erkək və ya dişi olaraq, ayrı batırar üzərindədir. Meyvələri kal halda yaşıl, yetişəndə isə turuncu kırmızırenkte, 10–20 sm uzunluğunda, geniş bir mekik tündlündə olub, üzərləri girintili çıxıntılıdır. Meyvə yetkinləşincə, qabığı 3 ayrı parça halında, geriyə bükülərək çox sayda, qırmızı-kahverengi və ya ağ rəngli nüvələri ortaya çıxar. Toxumları (nüvələri) 7–10 mm boyunda, yastıdır.
Podorojnik (nəqliyyat kartı)
Podorojnik (rus. Подорожник) — Sankt-Peterburqda ictimai nəqliyyatda ödəniş etmək üçün istifadə edilən təkrar doldurulan nəqliyyat kartı. 1 yanvar 2011-ci ildə təqdim edilib. Sistemi Hollandiyanın "Mifare" texnologiyasına əsaslanan London "Oyster kart"ın analoqudur. Sistem həmçinin 2013-cü ilin aprelində "Troyka"nın tətbiq olunduğu Moskva Nəqliyyat Departamentindən götürülmüşdür. İstənilən etibarlı, güzəştsiz uzunmüddətli səyahət bileti "Podorojnik" kartına verilə və ya kartdan "elektron pul kisəsi" kimi istifadə oluna bilər.
Çırtı, çırtı
ÇIRTI, ÇIRTI-qədim uşaq oyunudur. Uşaqlardan biri başçı seçilir. Başçı ortada dayanır, qalan uşaqlar isə dairəvi düzülurlər. Başçı əlində çubuq oyuna başlayır. Əvvəl-əvvəl sağ tərəfdə olan uşaqlara deyirlər: - Çırtı, çırtı! Sağdakı uşaqlar cavab verirlər: - Can çırtı! Soldakı uşaqlar deyirlər: - Bizim çırtı sizin çırtıya yalan dedi. Sağdakı uşaqlar deyirlər: - Kimin saqqalına yaraşır? Soldakı uşaqlar deyirlər: -Hər kəs ayağını çəp qoysa, onun saqqalına yaraşır. Bütün cərgədə olan uşaqlar soldan sağa bir-bir ayaqlarını irəli çıxarırlar.