Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lahc
Lahc (ərəb. لحج‎) - Yəmən Xalq Demokratik Respublikasında şəhər. Lahc mühafəzəsinin inzibati mərkəzidir.
Naha
Naha (yap. 那覇市; okin. Naafa) — Yaponiyanın Kyuşu regionunda yerləşən Okinava prefekturasının paytaxtı. Okinavada sosial hərəkat lideri olan Kameciro Senaqa 1957-cı ildə Naha şəhərinin meri olmuşdu.
Lahc mühafəzəsi
Lahc mühafəzəsi (ərəb. لحج‎) - Yəməndə mühafəzə.
Zахu
Zaxo (kürd. زاخۆ,süry. ܙܵܟ݂ܘܿ,erm. Զախո,ərəb. زاخو‎) — İraqın şimal bölgəsində iştirak edən Kürdüstan Regional Hökumətinə bağlı şəhər. Dəhuk mühafazasında yerləşir. Zaxo şəhərin əhalisi təxminən 350 min nəfərdir. Əhalinin əksəriyyətini kürdlər təşkil edir. Zaxo Türkiyə sərhədinə ən yaxın İraq şəhəridir. Habur və Mosul yolunun üstündə və bütün ticarət trafiki Zaxodan keçir.
Cahi
Cahi (zərdüştilik) — zərdüştilikdə "şəhvət" iblisi. Cahi (Qədim Misir) — Qədim Misirdə "Retcenu"nun cənub vilayəti üçün istifadə edilən ad.
Kaha
Kaha (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonu Daşlı kənd inzibati ərazi dairəsində kənd. Kaha (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Yellicə kənd inzibati ərazi dairəsində kənd. Kahaçay — Sədərək rayonu ərazisində çay.
Kahı
Kahı (lat. Lactuca sativa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin süddəyən cinsinə aid bitki növü. Kalsium mineralı ilə A və C vitaminləri baxımından zəngin bir tərəvəzdir. Ayrıca kahıda B, D, E vitaminləri və dəmir, natrium, mis, yod, fosfor və sink mineralları da var. == Faydaları == Sinirləri yatırar. Təzyiqi salar. Sakitləşdirici təsiri ilə yuxusuzluq çəkənlər üçün faydalıdır. Aybaşı halını nizamlar və ağrısını yüngülləşdirər. İştah açar və həzmi asanlaşdırar. Sidik sökdürücüdür.
Lahıc
Lahıc — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində qəsəbə. == Mədəniyyəti == Lahıc XVIII–XIX əsrlərdə Azərbaycanın misgərlik və silah istehsalı mərkəzlərindən olub. Lahıc ustalarının misdən hazırladıqları, mürəkkəb və incə naxışlarla bəzədikləri dolça, satıl, sərnic, məcməyi, sərpuc, güyüm, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq və sair məmulatlar Orta Asiyada, Dağıstanda, Gürcüstanda, İranda, Türkiyədə və digər yerlərdə tanınıb. 1980-ci ildən muzey-qoruğa çevrilmiş Lahıcda həmin illərdən yadigar qalan məhəllə məscidləri, su kəməri və kanalizasiya (kürəbənd), Girdiman qalası qayğı ilə qorunur, sənətkarlıq ənənələri davam və inkişaf etdirilir. Burada yaşayıb-yaratmış misgərlərin, zərgərlərin, sərracların, ahəngərlərin, dülgərlərin, xalçaçıların, həkkakların, nəqqaşların, dabbaqların, çəkmə və çarıq tikənlərin, və s. ustaların yaratdıqları maddi-mədəniyyət nümunələri hal-hazırda da dünyanın ən məşhur muzey və kolleksiyalarının ekspozisiyalarını bəzəməkdədir. 1717–1718-ci illərdə usta Nəcəfqulunun düzəltdiyi samovar mütənasibliyi, formasının gözəlliyi, üzərindəki bəzəkləri ilə şöhrət qazanıb. XIX əsrin ortalarında Lahıcda 200-dək misgərlik emalatxanası fəaliyyət göstərib. Lahıc ustaları odlu (tüfəng, müxtəlif tipli tapançalar və sair) və soyuq (xəncər, beybut, qılınc, bıçaq və sair) silah hazırlamaları ilə də tanınırlar. Bu silahlar ornamentlərlə bəzədilir, onlara sənətkarların möhürü vurulurdu.
MARC
MARC (ing. Machine-Readable Cataloging, "maşın oxunaqlı kataloqlaşdırma") — maşın oxunaqlı kataloqlaşdırma qeydinin formatı. == Tarixi == MARC I proqramı ilk dəfə 1965–1966-cı illərdə ABŞ Konqres Kitabxanası tərəfindən kataloqlama məlumatlarını maşın oxunaqlı formada əldə etmək məqsədi ilə hazırlanmışdır. Oxşar işlər İngiltərənin Milli Kataloqlama Şurası tərəfindən İngiltərədə çap olunmuş İngilis Milli Biblioqrafiyasının (BNB MARC layihəsi) hazırlanmasında maşın tərəfindən oxunaqlı məlumatların istifadəsini təmin etmək üçün həyata keçirilmişdir. 1968-ci ildəki bu inkişaflar əsasında kommunikativ İngilis-Amerika formatı MARC yaradılmağa başladı (MARC II layihəsi). Yaradılışının məqsədi aşağıdakıları təmin etmək idi: kataloqlaşdırma və digər kitabxana tapşırıqlarının həllində rahatlıq, bütün növ sənədlərin milli biblioqrafik təsvirlərinə və avtomatlaşdırılmış sistemlərdə qeyd strukturunun istifadəsinə uyğunluğu. 1971-ci ildə, MARC-nin ümumi bir versiyası beynəlxalq ISO 2709 standartı olaraq qəbul edildi. CMEA-da və daha sonra MDB-də ISO 2709 GOST 7.14–84 (ST SEV 4269–83) SIBID və GOST 7.14–98 SIBID olaraq uyğunlaşdırıldı. Bununla birlikdə, bu standartların hər ikisi (həm beynəlxalq orijinal, həm də rus dilində uyğunlaşma) çox ümumi idi və kitabxana işi üçün əhəmiyyətli detalları ehtiva etmədiyi üçün birbaşa tətbiq edilə bilməzdi. ISO 2709 haqqında demək olar ki, MARC ailənin demək olar ki, bütün formatları alt qrupları olmaqla, məlumat formatını müəyyənləşdirmək baxımından ona uyğundur, lakin eyni zamanda, qeydlərinin xüsusi sahələrini müəyyənləşdirmək baxımından ümumiyyətlə onun əhatəsindən kənara çıxırlar.
Mahu
Mahu — Gədəbəy və Şəmkir rayonları ərazisində çaydır. Şəmkir çayının sağ qoludur. Yerli əhali arasında Mahısuyu adlanır. Çay başlanğıcını Mahı dağından aldığına görə həmin dağın adını daşıyır. Dağın adı isə Mahı antroponimi ilə bağlıdır.
Naan
Naan (farsca نان‎, hindce नान, urduca نان‎, kürdce nan, çin dilinde ise 馕) — buğdadan hazırlanmış əriştədir. Hindistan milli mətbəxinə məxsusdur. Hindistanla yanaşı Əfqanıstan, İran, Nepal, Pakistan, Tacikistan, Özbekistan və digər Orta Asiya ölkələrində məşhur yeməkdir. Türk dilində (misal üçün qazax, qırğız, özbək, uyqur və s.) çörək “nan” adlanır. Esas erişteni buğda unundan hazırlanmış xemşr teşkilr edir. Ancaq zövqdən asılı olaraq lobya, tərəvəz, pendir və ya kartofda əlavə edilir. Naan sup, çay və ya müxtəlif sulu yeməklə yeyilir. Naan sözü ingilis dilinə 1810-cu ilde Villiyam Tokko gətirib. Fars dilində “nan” çörək deməkdir. İllər ərzində Orta və Mərkəzi Asiyada nan sözü müxtəlif mənalar bildirmiş və sonda düz yeni lavaş çörək naan adlandırılmışdır.
Nabu
Nabu (akk. Na-bi-um) — Babil, Akkad və Assuriya mifologiyasında yazı tanrı.
Nafeç
Nafiç — İranın Çahar-Mahal və Bəxtiyari ostanının Şəhrikürd şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,814 nəfər və 903 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
Nafiç
Nafiç — İranın Çahar-Mahal və Bəxtiyari ostanının Şəhrikürd şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,814 nəfər və 903 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
Naqa
Naqa (नाग) Hinduizm və Buddizmdən gələn böyük bir ilan kimi təsvir edilən ikinci dərəcəli (kiçik) tanrı üçün Sanskrit və Pali dilindəki adıdır. Bununla birlikdə, sözün istifadəsi çox qeyri-müəyyəndir və bu sözlə birdən çox şey ifadə edilə bilər. "Naqalar" olaraq adlandırılan (insan) qəbilə(sin)dən (normal ilanlara (xüsusilə kral kobrası və hind kobrası) və ya fillərə qədər çox fərqli mənalar daşıyır. Dişi naqaya naqi deyilir. Naqa Mucalinda, Budanın qəyyumu olduğu halda, Balarama Vişnunun naqa şəklində təcəssümünü (reenkarnasiyası) təşkil edir.
İnanc
İnanc — Azərbaycanda xalq arasında sınama, yozum, yozma, inam adları ilə tanınan janr olub, İraq-türkman folkloruna aiddir. Professor Azad Nəbiyev inanclara İraq-türkman folkloru üçün də məqbul sayıla biləcək tərif vermişdir: "İnanclar sınamalar nəticəsində qətiləşən hökmlərin bədii ifadəsidir" İraq-türkman folklorunda inanclar aşağıdaki kimi qruplaşdırılır: Məişət və mərasimlərlə bağlı inanclar, təbiət hadisələri ilə bağlı inanclar, bitki və heyvanat aləmi ilə bağlı inanclar, astral təsəvvürlər və əsatiri görüşlərlə bağlı inanclar. Astral təsəvvürlər və əsatiri görüşlərlə əlaqədar olan inanclar, əsasən, Ay, ulduz, digər səma cisimlərinə inamın nəticəsində yaranmışdır. Məsələn, bir ulduz axanda yer üzündə kiminsə ömrünün sona yetdiyini düşünürlər. Çünki insan ruhlarının ulduzlarla bağlı olduğuna inanırlar. Məişət və mərasimlərlə bağlı inanclar daha çoxdur. Səfərə çıxarkən və ya görülməsi düşünülən bir iş barədə danışarkən birisi bir kərə asqırarsa, "Səbr gəldi, gözlənilsin, səbir edilsin", iki kərə asqırılarsa: "Cağat gəldi, xeyirlidir" — deyə yola çıxarlar. Təbiət hadisələri, bitki və heyvanat aləmi ilə bağlı inam və etiqadlar da çoxdur. Dolu yağanda onun bir dənəsini bıçaqla iki yerə bölsən, dolunun kəsəcəyinə inanırlar. Bu eynilə Azərbaycan folklorunda da belədir: "Uşağın dolu dənələrini dişləməsi, yaralayanda isə "mən kəsdim, sən də kəs!" — söyləyirlər.
ENAC
École nationale de l'aviation civile (ENAC) Fransanın Cənub-Pireneylər bölgəsində, Tuluza şəhərində yerləşir, aviasiya üzrə ixtisaslaşan ictimai universitetdir. O Fransa AEROTECH üzvüdür. == İstinadlar == == Biblioqrafiya == Nicolas Tenoux (MS EAGTA ENAC 2007), 6 mois dans la vie d’un Pilote de ligne: Les secrets du quotidien…, 2020, Amazon, 51p., (ISBN 9798637449200), p. 10 Nicolas Tenoux (MS EAGTA ENAC 2007), 6 months in the life of an Airline pilot: Daily life secrets …, 2020, Amazon, 77p., (ISBN 9798693699175), p.
Dahi
Dahi (lat. genius - “ruh”) — tanınmış elmi kəşflərdə və ya fəlsəfi konsepsiyalarda, texniki və ya texnoloji ixtiralarda, sosial transformasiyalarda, mədəniyyətin bir çox sahələrində uzunmüddətli nəticələrdə və sənət əsərlərinin yaradılmasında özünü göstərən fərdin intellektual və ya yaradıcı fəaliyyətinin ən yüksək səviyyəsi. Müəyyən fəaliyyət sahəsində nailiyyətlər yeni mərhələ kimi qiymətləndirildikdə, zamanını qabaqladıqda, mədəniyyətin ən yaxın inkişaf zonasını təşkil etdikdə dahilikdən bəhs edilir. Ənənəvi olaraq (İ.Kantdan başlayaraq) “dahi” termini istedad haqqında fikirlərlə əlaqələndirilir, lakin bir çox müəlliflər (məsələn, C. Lombrozo, V. Hirş, A.V. Libin ) bu anlayışları sistemli şəkildə fərqləndirirlər .
Eypril Març
Eypril Març (əsl adı Elinor Bleyk, 20 aprel 1965, Kaliforniya) - ABŞ müğənnisi və bəstəkar. İngilis və fransız dillərində ifa edir. Kventin Tarantinonun "Ölüm sübutu" filmində səslənən "Chick Habit" mahnısı ilə məşhurdur. == Albomları == Gainsbourgsion !
Eytan Naeh
Eytan Naeh (17 sentyabr 1963, İsrail) — İsrail diplomatı. == Həyatı == 17 sentyabr 1963-cü ildə İsraildə anadan olmuşdur. 1982-1985-ci illərdə İsrail Müdafiə Qüvvələri sırasında hərbi xidmətdə olub. 1991-ci ildə Təl-Əviv Universitetinin Siyasi elmlər fakültəsini Yaxın Şərq ixtisası üzrə bitirib. 1991-1993-cü illərdə İsrail Xarici İşlər Nazirliyinin diplomatiya kursunu bitirmişdir.Elə həmin illərdə XİN baş direktorunun köməkçisi, 1993-1997-ci illərdə İsrail dövlətinin Türkiyədəki səfirliyində əvvəl ikinci, sonra isə birinci katib, 1997-1999-cu illərdə ABŞ-nin Çikaqo ştatında konsul, 1999-2000-ci illərdə Qərbi Avropa İdarəsində (Avropa II)-müşavir, Türkiyə-Yunanıstan şöbəsinin başçısı, 2001-ci ildən İsrail dövlətinin Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiridir. İngilis, ərəb, türk dillərini bilir. Ailəlidir, iki övladı var.
K'naan
K'naan - repçi. == Həyatı == "Knaan" təxəllüsü ilə tanınan reper Keynan Abdi Varsame 2010-cu ilin iyununda Cənubi Afrika Respublikası nda keçiriləcək futbol üzrə dünya çempionatının rəsmi himnini bəstələyib. Himn "Wavin Flag" adlanır. Bu kompozisiya ilk dəfə 2009-cu ilin fevralında "Troubadour" qrupunun albomunda yer alıb və "Billboard" sinqllərinin hit-paradında 99-cu yeri tutub. Futbol kampaniyası müddətində "Wavin Flag: The Celebration Mix" mahnısına remiksdən də istifadə olunacaq. Knaan Somali də doğulsa da, 1991-ci ildə vətəndaş müharibəsi zamanı ailəsi ilə birgə ölkəni tərk edib. Hazırda o, Kanada da yaşayır.
Kaha (Kəlbəcər)
Kaha — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Yellicə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Keşdək kənd Sovetindən Kaha kəndi Yellicə kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. == Toponimikası == Kəndin ərazisi əvvəllər Keşdək kəndinin binəsi olmuşdur. Sonralar həmin kənddən ayrılmış ailələr burada daimi məskunlaşmışlar. Kənd öz adını ərazisindəki qədim kahadan (zağadan) almışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir.
Kaha (Laçın)
Kaha — Azərbaycan Respublikasının Laçın rayonu Daşlı kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Laçın rayonunun Daşlı inzibati ərazi vahidində olan kənd Çalbayır silsiləsinin ətəyindədir. Keçmiş adı İsgəndər kahası olmuşdur. Yaşayış məntəqəsi XIX əsrdə qarabayramlı tirəsinə mənsub ailələrin özlərinə məxsus qışlaqlardan birində məskunlaşması nəticəsində yaranmışdır. Oykonim kəndin ərazisindəki qədim kaha qalıqları ilə əlaqədardır. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi. == Əhalisi == 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 200 nəfər olmuşdur. Əhalisinin milli tərkibi isə tamamilə azərbaycanlılardan ibarətdir.
Kaho Minaqava
Kaho Minaqava (d. 20 avqust 1997) — Yaponiyanı təmsil edən bədii gimnast. Kaho Minaqava 2016-cı ildə Yaponiyanı XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Kaho Minaqava 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, fərdi yarışların təsnifat mərhələsində 68.523 xal topladı və 16-cı yeri tutaraq mübarizəni dayandırdı.
Kazım İnanc
Kazım İnanc (türk. Kâzım İnanç; 1880, Diyarbəkir – 21 sentyabr 1938, Ankara) — Türkiyə əsgəri və siyasətçisi. == Həyatı == Hakkı bəyin oğlu idi. 17 yanvar 1900-cu ildə Hərbi Məktəbi bitirdi. 6 dekabr 1902-ci ildə Hərbi Akademiyadan məzun oldu. Kürdəsillidir. == Hərbi fəaliyyəti == 20 mart 1911-ci ildə hərbi təlim keçmək üçün Almaniyaya göndərildi. İtaliya-Osmanlı müharibəsində, Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etdi. 27 iyun 1920-ci ildə Türkiyə İstiqlaliyyət müharibəsində iştirak etmək üçün Ankaraya gəldi. Türkiyə Böyük Millət Məclisinin nəznində Qərb Cəbhəsi Komandirliyində təhlükəsizlik, ictimai asayiş və işə götürmə fəaliyyətlərini həyata keçirmək üçün təyin edildi.
Lahıc mahalı
Lahıc mahalı — Şirvan xanlığının inzibati ərazilərindən biri. == Tarixi == İsmayıllı rayonu ərazisində mövcud olmuşdur. Mahalın naibi Cəfərqulu ağa (Mustafa xanın oğlu) idi. == Əhalisi == 1821-ci ildə 6 kənddə (Lahıc, Həftəsov, Əhənli, Ximran, Müdri, Dahar) 374 ailə yaşayırdı. Lahıc mahalının sakinləri bağçılıq, bostançılıq, ipəkçilik, misgərlik, dəmirçilik, kömürçülük, barıdarlıq, paxırçılıq, bərbərlik, başmaqçılıq, qəssablıq, dabbaqlıq, papaqçılıq, xarratlıq, bənnalıq, əyiricilik, tüccarlıqla məşğul olurdu. == İstinadlar == == Həmçinin bax == Şirvan xanlığı == Xarici keçidlər == Fariz Xəlilli-Tarix üzrə fəlsəfə doktoru. "Şirvan xanlığının süqutu: özündən sonra qalanlar…" (az.). Musavat.az. İstifadə tarixi: 2017-04-03. Fariz Xəlilli-Tarix üzrə fəlsəfə doktoru.