1. Sifətlərdən əvvəl gələrək çoxaltma dərəcəsi əmələ gətirir. Daha yaxşı. Daha bərk. Daha sağlam.
// Zərflərlə birlikdə işləndikdə müqayisə dərəcəsi düzəltməyə xidmət edir. Əvvəlkindən daha bərk yağır. Bu il yay keçən ilkindən daha isti keçir.
– Qasım bəydə tacirlik damarı daha qüvvətli idi.
Qarı bu səsi daha dərindən dinləmək üçün gözlərini yumdu.
Əşrəf daha böyük bir maraqla təqibə girişdi.
// Bəzən “da” ədatı ilə işlənərək, əvvəlki mənanı qüvvətləndirir. Şəhərimiz daha da gözəlləşmişdir.
– Bu anda daha da bərk uğuldayan quyudan palçıqla qarışıq daşlar fəvvarə vurdu.
[Zeynal] bilirdi ki, Mehribanı təqib edəcək olsa, onu daha da əsəbiləşdirər.
2. Miqdar və ya vaxt əlavəsini bildirir. Daha bir saat gözləyin. Qatarın yola düşməsinə daha bir-iki dəqiqə qalmışdır.
3. Əlavə bildirir: başqa, digər, üstəlik, yenə. Bir dəfə daha. Daha nə var? Daha vardırmı? Daha yoxdur.
– Ortalıqda … daha başqa yeməli şeylər vardır.
// Bundan artıq, bundan ziyadə, bundan qeyri. Daha heç nə istəmirəm.
Sənə daha nə lazımdır? Daha nə kimi şeylər var? – Mən daha danışmadım.
Lakin adamlar Mingəçevirdə Qafarın daha bir işini xatırlayırlar.
4. Bir şeyin baş vermiş olduğunu, yaxud olub bitdiyini bildirir; artıq.
…Qəhrəman Nübar qarının evində daha hörmətdən düşürdü.
[Hava] yarım saat əvvəl çox gözəl idi, indi daha külək qalxmışdır.
// İnkar cümləsində: bundan sonra, bundan belə, artıq. Daha belə işlər görmə. Daha oraya getmə. Daha ağlama. Daha o bizim evdə yaşamır.
// Eyni mənada bəzən “bir” sözü ilə bərabər işlənir. Bir daha gözümə görünmə.
– [Qız] mənə bir daha görünmək istəmirdi.
5. Hələ
[Şərifə] daha çocuqkən anasını itirmişdi.
□ Daha doğrusu – bax doğru 1