Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nadir Məmmədli (nazir)
Nadir Cəlil oğlu Məmmədli (mart 1897, Yelizavetpol – 1937, Kirovabad) — Naxçıvan MSSR Xalq Səhiyyə Komissarı, Azərbaycan Tibb Universitetin rektoru. == Həyatı == 1916-cı ildə Gəncədə səkkiz illik klassik gimnaziyanı bitirib. N.Məmmədli 1916-1917-ci illərdə Gəncə şəhərində müəllim, 1918-1919-cu illərdə isə Gəncə şəhər bələdiyyə idarəsində müvəkkil işləmişdir. 1920-ci ildə o, Bakı şəhərinə köçmüş və həmin ildən ömrünün axırına kimi əmək fəaliyyətini səhiyyə işi ilə bağlamışdır. Məmmədli 1920-1925-ci illərdə Azərbaycan Xalq səhiyyə komissarlığında əvvəl inzibati şöbənin böyük kargüzarı, sonra isə işlər müdiri vəzifəsində çalışmışdır. N.Məmmədli 1925-ci ildə Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinə qəbul olunmuş və oranı bitirmişdir. 1930-cu ilin may ayında Azərbaycan SSR Xalq Komissarları Soveti Azərbaycan Dövlət Universitetinin tibb fakültəsini Azərbaycan Dövlət Tibb institutuna çevirmək haqqında qərar qəbul edir. Institutun ilk direktoru N.C.Məmmədli təyin olunur. O, institutda işlədiyi vaxtlarda respublikada ixtisaslı tibb kadrları hazırlamaq üçün Tibb institutunun nəzdində yeni fakültələrin açılması, ucqar rayonlar üçün həkimlərin hazırlanması, tədris bazalarının genişləndirilməsi və möhkəmləndirilməsi kimi məsələlərin həllində böyük təşkilatçılıq işi görür. Tibb institutu təşkil olunduqdan sonra bu yeni elm ocağı Milli tibb kadrlarının yetişdirilməsində böyük rol oynadı və N.Məmmədlinin bu işdə böyük xidməti xüsusi təqdirə layiqdir.
Tahir Məmmədov (Nadir oğlu)
Tahir Nadir oğlu Məmmədov (1977, Mollalar (Boyəhmədli, Ağdam), Ağdam rayonu) — Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı. Tahir Məmmədov bu təyinata qədər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində nazirin müşaviri və şöbə müdiri vəzifələrində çalışıb. Heydər Əliyev Fondunda şöbə müdiri vəzifəsində işləyib və Fondun bir sıra yerli və beynəlxalq layihələrində məsul şəxs olub. Bakı Dövlət Universitetinin doktorantıdır. == Fəaliyyəti == 1977-ci ildə Ağdam rayonunun Mollalar kəndində anadan olmuşdur. 1998-ci ildə Mingəçevir Politexnik İnstitutunu İqtisadçı ixtisası üzrə, 2011-ci ildə isə Bakı Dövlət Universitetini Hüquqşünas ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə 1999-cu ildə "Mingəçevir" Televiziya və Radio Şirkətində redaktor kimi başlamışdır. Sonralar "Uşaqların Xilası" (Save the children) Humanitar təşkilatında layihə işçisi, "Beynəlxalq Xilasetmə Komitəsi" (İRC) Humanitar təşkilatında media üzrə məsul şəxs, "Azbentonit" MMC-də texniki istehsalat şöbəsinin rəisi, "İctimai" Televiziya və Radio Yayımları Şirkətində baş direktorun köməkçisi və şirkətin İctimaiyyətlə əlaqələr və monitorinq departamentinin direktoru. Tahir Məmmədov Heydər Əliyev Fondunda şöbə müdiri, "Eurovision" Mahnı Müsabiqəsində Azərbaycan nümayəndə heyətinin üzvü və rəhbəri, İctimai Televiziyada departament direktoru vəzifələrində çalışıb. Şamaxı şəhər icra hakimiyyəti başçısı təyin olunanadək, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyində nazir müşaviri, daxili nəzarət və audit şöbəsinin müdiri vəzifəsində çalışıb.
NASCAR
Quraşdırılmış Avtomobil Avto Yarışları Milli Assosiasiyası (NASCAR) — Amerikadakı ən böyük avtomobil yarışlarından biri. Həcmcə ən böyük 3 yarış vardır, "Monster Energy NASCAR Cup Series", "the Xfinity Series" və dünya yarış maşınları seriyası( Campaign World Truck Series). Kanada, Meksika və Avropada olduğu kimi, NASCAR 48, ABŞ-də 100-dən çox yolda 1500-dən çox yarışlar keçirilmişdir. Nascarın Yaponiyada keçirdiyi yarışlar əsasən Suzuka və Motegi dövrələrində keçirilir. Nascar yarışları həmçinin eSports şirkətinin " PEAK Antifreeze NASCAR iRacing Series" dövriyəsinin əsas hissəsini təşkil edir. NASCAR şirkəti, 1948-ci ildə Bil Frans tərəfindən qurulmuşdur və 2003-cü ildən bəri onun oğlu Brayn Frans tərəfindən idarə olunur. Şirkət Florida ştatının Daytona Beach şəhərində yerləşir. Beynəlxalq yarışlarda 150-dən çox ölkədə yayımlanır. == Tarixi == === Erkən avtomobil yarışları === 1920-ci və 30-cu illərdə Daytona Beach, 1927 və 1935-ci illər arasında dünya rekordlarının qırıldığı yer kimi tanınır. Rensom Olds və Alexander Winton arasında olan 1903-cü ildəki tarixi yarışdan sonra, bu yürüş sahəsi 15 dən çox rekordların qırıldığı yerə çevrildi.
Nalçik
Nalçik (rus. Нальчик) — Rusiyanın cənubunda, Şimali Qafqazda yerləşən Kabardin-Balkar Respublikasının paytaxtı. Nalçik şəhəri Böyük Qafqaz dağlarının ətəyində, 550 metr yüksəklikdə, 150 km² ərazidə yerləşir. Şəhər əhalisi 269 641 (2008) nəfərdir. == Tarixi == Kabarda Balkar Muxtar Respublikasının paytaxtı Nalçik şəhəri Elbrus dağ silsiləsinin ən yüksək dağları olan Koştan tau, Xatın tau, Cəngi tau ilə əhatələnmişdir. Tarixən adı Nalcıq olan bu yaşayış məntəqəsi şübhəsiz, öz adını üzərində yerləşdiyi Nalcıq çayının (Terek hövzəsində) adından götürmüşdür. Nalcıq çayı isə həqiqətən dağların ətəyində nal şəklində qıvrılaraq axır. Kabarda-Balkarın hələ faktiki olaraq 1577-ci ildə Rusiyaya qoşulmasına baxmayaraq bu diyar qəti şəkildə istilası XIX əsrin başlanğıc illərində tamamlandı.Qafqaz müharibələrinin birinci mərhələsində Şimal-Qərbi Qafqazda Azov Mozdok xətti boyu hərb qalaların tikilməsi(1768-1780) başa çatdı. 1817-ci ilə Yermolovun süngüsü ilə Böyük Kabarda torpaqlarına yol açıldı. Malka (əvvəl:Balık Su), Baksan, Çegem və b.
Nəhəcir
Nəhəcir — toponim. == Yaşayiş məntəqələr == Nəhəcir (Babək) — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nəhəcir kənd inzibati ərazi dairəsində kənd. == Coğrafi obyektlər == Nəhəcir (bulaq) – Culfa rayonunun ərazisində müalicəvi əhəmiyyətli mineral bulaq. Nəhəcir dağı – Culfa rayonu ərazisində dağ Nəhəcirçay – Babək və Culfa rayonları ərazisində çay. == Arxeoloji obyektlər == Nəhəcir abidələr kompleksi – Culfa rayonunda eyni adlı kəndin ərazisində və dağın ətrafında yerləşən abidələr kompleksi Nəhəcir nekropolu – Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində arxeoloji abidə Nəhəcir qalası – Culfa rayonunun Nəhəcir kəndi yaxınlığındakı 2-ci minilliyə-1-minilliyin əvvəllərinə aid qala. Nəhəcir yaşayış yeri – arxeoloji abidə. == Digər == Nəhəcir (içki) – mineral süfrə suyu.
Mahir
Mahir — Kişi adı. Mahir Hüseynov Mahir Hüseynov (əsgər) — Mahir Hüseynov (zooloq) — Mahir Hüseynov (çavuş) — Mahir Əliyev Mahir Əliyev (əsgər) — Vətən müharibəsi şəhidi Mahir Əliyev (professor) — Tibb üzrə elmlər doktoru. Mahir Quliyev Mahir Quliyev (dövlət xadimi) - Biləsuvar və Astara rayonlarının icra hakimiyyətlərinin sabiq başçısı. Mahir Quliyev (əsgər) - Aprel döyüşləri şəhidi.
Nadir
Nadir — Kişi adı və təxəllüs.
Nahar
Nahar — günorta yeməyi. Nahar (Əhər) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. Nahar (Mazandaran) — Mazandaranda kənd.
Nasir
Nasir — şəxs adı, yazıçı. Bu adı olan tanınmış şəxslər Nasir Salamov — montajçı Nasir Mənzuri — yazıçı, dilçi Nasir — Abbasi xəlifəsi.
Nazir
Nazir — Kişi adı. Nazir Əhmədli — Kimya elmləri namizədi. Nazir Əliyev Nazir Rüstəmov Nazir Əkbərabadi — Hindistan şairi.
Qahir
Qahir (899, Bağdad – 18 oktyabr 950 və ya 951, Bağdad) - Abbasi xəlifəsi == Həyatı == Əbu Mənsur Məhəmməd əl-Qahir Billah ibn Əhməd əl-Mutəzid ibn Təlhə əl-Müvəffəqin anası Fitnə bərbər tayfasından olan cariyə idi. 929-cu ildə qardaşı Muktədir Billah hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra o, xəlifə təyin edilmişdir. Lakin saray əyanlarının narazılığı, eləcə də üsyançıların yeni xəlifədən bəxşiş və bir illik maaşlarının ödənməsi tələbi vəziyyəti ağırlaşdırmışdır. Nəticədə cəmi iki gün hakimiyyətdə qalan Qahir Billah, Əbul Heyca Abdullah ibn Hamdanın sayəsində üsyançıların əlindən qaçaraq sarayı tərk etmişdi. Yenidən hakimiyyətə gətirilən Muktədir Billah və böyük nüfuz sahibi vəzir Munis əl-Müzəffər arasında tezliklə yaranan münaqişə çox keçmədən müharibəyə çevrilmişdi. Munis 932-ci ildə xəlifə sarayını ələ keçirmiş, Muktədir öldürülmüşdü. Vəzir, Muktədirin oğlu Əbul Abbası yeni xəlifə təyin etmək istəyirdi. Çünki o, uşaqlıqdan Munisin nəzarəti altında böyümüşdü, ağıllı və savadlı idi. Lakin Munisin müttəfiqi Əbu Yaqub İshaq ibn İsmail Növbəxti onu bu fikrindən daşındırmışdı. Muktədirin hakimiyyəti zamanı onun ailəsi xilafətdaxili siyasətə müdaxilə etdiyindən, tez-tez üsyanlar baş verirdi.
Tacir
Tacir yaxud tüccar — ticarətlə məşğul olan şəxs.
Nahid
Nahid — kişi adı. Nahid Hacızadə — Azərbaycan yazıçısı Nahid Teymurzadə — İkinci Qarabağ müharibəsi şəhidi Nahid Mikayılov — Nahid Nəsirov — Nahid Ağalarov — Nahid Həsənov — Nahid İbrahimzadə — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Nahid Bağırov — İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı. Nahid Cəfərov — Azərbaycan diplomatı, ictimai-siyasi xadim Nahid Səfərov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Nahid Əxtər — pakistanlı ifaçı. Nahid Məmmədov (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Digər Nahid (peyk) — İranın müşahidə peyki olub, günəş enerjisinə əsaslanır.
Tahir
Tahir — ad.
Zahir
Zahir — kişi adı. Zahir Abbas — Azərbaycan şairi Zahir Baba — Avşar Babanin xəlifələrindən. Zahir Bağırov — Birinci Qarabağ müharibəsi şəhidi. Zahir Əmənov — azərbaycanlı jurnalist Zahir Əbdürəhmanov — Azərbaycan SSR əməkdar mühəndisi (1980) Zahir Nuriyev — Qanlı Yanvar şəhidi. Zahir Rzayev — Qarabağ müharibəsi şəhidi.
Kahcıq (Marağa)
Kahcıq (fars. كهجوق‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,256 nəfər yaşayır (306 ailə).
Kahhir 313
Kahhir 313, İranın istehsal etmiş olduğu yerli döyüş təyyarəsidir. 2012-ci ildən təyyarənin üzərində işlərə başlanılmışdır. 2 fevral 2013-cü ildə, milli və beynəlxalq mediaya və ictimaiyyətə təqdim edilmişdir. Təyyarənin haqqında kifayət qədər məlumat yoxdur. Təyyarənin milli hərbi hava qüvvələrinə yardım etməsi üçün yaradıldığı bildirilmişdir. Bundan əlavə yerli imkanlar və mütəxəssislərin səyi ilə yaradılmış olan bu təyyarənin, yüksək texnoloji qabiliyyətlərə sahib olduğu bildirilir. Təyyarənin başqa bir güclü tərəfi isə yüksək hücum qabiliyyətinə sahib olmasıdır. İran müdafiə naziri Əhməd Vahidi, "qısa məsafəli uçuş-enmə zolağı da daxil olmaq şərti ilə asanlıqla enmə və qalxma edə bildiklərini" bildirmişdir.. Açılış mərasimində çıxış etmiş olan keçmiş İran prezidenti Mahmud Əhmədinejad, "İranın müdafiə qüdrəti, başqa bir ölkəyə hücum üçün deyil, cəzalandırmaq üçündür" demişdir. Təyyarə ilə bağlı olan texniki məlumatlar.
Naccar (Keşavərz)
Naccar (fars. نجار‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 801 nəfər yaşayır (202 ailə).
Nəhəcir (Babək)
Nəhəcir — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nəhəcir kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Nəhəcir kəndi Qazançı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Nəhəcir kənd inzibati ərazi dairəsi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 28 noyabr 2014-cü il tarixli, 1119-IVQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun inzibati ərazi bölgüsünə daxil olan Nəhəcir kənd inzibati ərazi dairəsi tərkibindəki Nəhəcir kəndi Babək rayonunun inzibati ərazi bölgüsünə daxil edilmiş, Nəhəcir kənd inzibati ərazi dairəsi Culfa rayonunun tabeliyindən çıxarılaraq Babək rayonunun tabeliyinə verilmişdir. == Toponimikası == Bəzi tədqiqatçılara görə, kəndin əsl adı Nuhəcərdir. Oykonim "Nuh" (peyğəmbər adı) və fars dilindəki "cir" (yamac, maili yer) sözlərindən ibarət olub, "Nuhun yamacı" mənasındadır. Bu tədqiqatçılar Naxçıvan zonasında geniş yayılmış Nuh haqqında əfsanəyə əsaslanırlar. Kəndin yaxınlığındakı Nəhəcir qayasının məşhur Gəmiqaya dağının yaxınlığında olması da buna əsas verir. Naxçıvanda Nuh mağarası, Nuhdaban, Nuh gəmisinin qayhası və s. Adlar da Nuhəcir toponimi ilə əlaqələndirilir, lakin tədqiqatçıların bir qismi bu fikirdədir ki, oykonim Nəxcir adının təhrif formasıdır. Ərəb dilində nəxcir "vəhşi keçi, ov heyvanı, şikar" deməkdir.
Nəhəcir (bulaq)
Nəhəcir — Azərbaycan Respublikasının Culfa rayonunun ərazisində müalicəvi əhəmiyyətli mineral bulaq. == Haqqında == Nəhəcir — Azərbaycan Respublikasının Culfa rayonunun ərazisində, Nəhəcir kəndinin ərazilərində yerləşir. İçməyə yararlı 7 bulaqdan ibarətdir. Bu su yerli əhalinin sevimli müalicəvi vasitə sayılır. Eyni zamanda Naxçıvan Muxtar Respublikasının, xüsusilə də Badamlı və Sirab ərazilərində onlarla mineral tipli soyuq mineral su bulaqlarına rast gəlmək olur. Hidronim eyniadlı yaşayış məntəqəsi ilə bağlı yaranmışdır. Tədqiqatçıların bir qismi bu fikirdədir ki, bu oronim Nuh (peyğəmbər adı) və fars dilindəki cir (yamac, maili yer) sözlərindən ibarət olub, "Nuhun yamacı" mənasındadır. Bu tədqiqatçılar Naxçıvan zonasında geniş yayılmış Nuh haqqında əfsanəyə əsaslanırlar. Kəndin yaxınlığındakı Nəhəcir qayasının məşhur Gəmiqaya dağının yaxınlığında olması da buna əsas verir. Naxçıvanda Nuh mağarası, Nuhdaban, Nuh gəmisinin qayası və s.
Nəhəcir (içki)
Nəhəcir — Azərbaycanda qida qəbulundan(əsasən nahar və şam yeməyindən) sonra, eləcə müxtəlif xəstəliklərin müalicəsi zamanı və digər məqsədlər üçün qəbul edilən təbii, müalicəvi mineral süfrə suyu. Bu suyun mənbəyi Naxçıvan şəhərinin şimal-şərqində yerləşən Nəhəcir dağının yamaclarındadır. Tərkibcə karbonatlı, hidrokarbonatlı-natriumlu olub, minerallaşmas 6 q/l-dir. Həzm orqanlarının xəstəliyi, qan azlığının müalicəsi zamanı içilməsi müsbət nəticə verir. == Mənbə == Əli Polad. Bir damla su. I cild. Bakı,2011.
Nəhəcir dağı
Nəhəcir dağı — Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində dağ (hünd. 1807,5 m). Naxçıvan çökəkliyini şimal-şərqdən hüdudlandıran Qaracalal-Qızılboğaz tirəsinin suayırıcısında sıldırım yamaclı zirvə. Tirəni eninə kəsən Qahabçayla Nəhəcirçayın suayrıcısında, Nəhəcir kəndindən 1,5 km şimal-qərbdədir. Üst Eosenin Priabon mərtəbəsinə aid Üst Paradaş yarımlay dəstəsinin terrigen-çökmə süxurlarını yarıb çıxan Alt Miosen yaşlı andezit-dasit və kvarslı andezit tərkibli ekstruziv günbəzdir. Onun şimal və cənub yamacları sıldırımdır, şimal-şərq tərəfdən zirvəsinin səthi isə yayla (plato) formalıdır. Dağın üstündə Nəhəcir qalasının xarabalıgı aydın görünür. Burada həmçinin "Naxışnərgiz" mağarası yerləşir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentini cənub-qərbdən hüdudlandıran Naxçıvan dərinlik qırılmasının şimal-şərq asılı qanadında yerləşir.
Nəhəcir nekropolu
== Coğrafi mövqeyi == Nəhəcir nekropolu, Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində arxeoloji abidə. == Haqqında == Nəhəcir nekropolu Nəhəcir yaşayış yerinin şərq qurtaracağında yerləşir. Nekropol şimaldan Nəhəcir dağı, qərbdə Tunc dövrünün yaşayış yeri, cənubda Nəhəcir kəndi, şərqdə torpaq yolla məhdudlaşır. Buradakı qəbirlərin bir çoxunun yerüstü əlamətləri itmişdir. Lakin diametri 9-11 metr olan kromlexlər indi də qalmaqdadır. Nekropoldakı qəbirlərin bir neçəsi vaxtilə qazılıb, dağıdılmışdır. Nekropoldakı kromlexlərdən birinin tədqiqi göstərdi ki, qəbir kamerası torpaqda qazılmış oval çaladan ibarətdir. Nəhəcir nekropolundan aşkar olunan materiallar monoxrom boyalı küpə və kasa tipli qablardan ibarətdir. Bizim A.Q.Seyidovla apardığımız araşdırmalar zamanı həmçinin basma naxışlı keramika məmulatı da aşkar olunmuşdur. == Mənbə == Vəli Baxşəli oğlu Baxşəliyev.
Nəhəcir qalası
Nəhəcir qalası – Culfa rayonunun Nəhəcir kəndi yaxınlığındakı eyni adlı dağın coğrafi-strateji cəhətdən əlverişli olan hündür və sıldırım qayalı hissəsi üzərindəki yastı sahədə e.ə. 2-ci minilliyə-1-minilliyin əvvəllərinə aid qala. == Tarixi == Naxçıvan arxeoloji ekspedisiyası tərəfindən aşkar edilmişdir (2001). Ərazisində həmin dövrə aid bazalt daşından hazırlanmış balta, kiçik həcmli daş həvəng-dibək, qara, boz və çəhrayı rəngli gil qab qırıqları, N. q. ilə həm dövr olan dağ ı dıl mış kur qan dan e. ə. 2-ci minilliyin əvvəllərinə aid mono xrom boyalı gil qablar əldə edilmişdir. Dağın c. və ş. ətəklərindəki terraslarda iri qaya parçalarından siklop tipli müdafiə sədləri tikilmişdir.
Təhcir Qanunu
Təhcir Qanunu və ya rəsmi adı ilə "Sevk ve İskân Kanunu" — 27 may 1915-ci ildə Osmanlı Nazirlər Şurası tərəfindən qəbul edilən, Osmanlı İmperiyasının erməni əhalisinin sürgün edilməsinə icazə verən qanun. Köçürmə kampaniyası, ümumilikdə Erməni soyqırımı olaraq adlandırılan 800.000 ilə 1.500.000 arasında mülki şəxsin ölümü ilə nəticələndi. Rəsmi olaraq 1 iyun 1915-cü ildə qəbul edildi və 8 fevral 1916-cı ildə bitdi.