Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Leonard Nimoy
Leonard Nimoy (ing. Leonard Simon Nimoy; 26 mart 1931[…] – 27 fevral 2015[…]) — ABŞ aktyoru. "Star Trek" teleserialında Spok personajının ifası ilə məşhurlaşmışdı. == Həyatı == Leonard Simon Nimoy 26 mart 1931-ci ildə Massaçusetsin Boston şəhərində Ukraynanın İziaslav şəhərindən olan yəhudi mühacirlərin ailəsində anadan olub.
Nikol Abe
Nikol Abe (安部 ニコル, Abe Nikoru, 22 dekabr 1993, Filippin) – Yaponiya qyaru dəbi modeli. "Ranzuki" (2008-2011) və "Happie Nuts" (2011-2016) kimi qyaru dəbi jurnalları üçün modellik etmişdir. Bir müddət "Ranzuki" jurnalına töhfələr verirdi. == İlk illəri == Abe 22 dekabr 1993-cü ildə Filippində doğulmuşdur. Anası filippinli, atası yapondur. Atası yapon olduğu üçün Yaponiya vətəndaşlığı əldə etmişdir. Beş yaşında ikən ailəsi ilə birlikdə Yaponiyaya köçmüşdür. Yaponiyaya gəlməzdən öncə yaponca bilmirdi. Yapon dilini öyrənərkən ingilis və taqal dillərinin əsaslarını unutmuşdur. Abe Niiqata prefekturasında yerləşən bağçaya getmiş, daha sonra Qunma prefekturasında yerləşən ibtidai məktəbdə 2 il oxumuşdur.
Nikol Aniston
Nikol Aniston və ya Nikol Eniston (ing. Nicole Aniston; 9 sentyabr 1987, San-Dieqo, Kaliforniya) — alman və yunan əsilli ABŞ pornoaktrisası. == Həyatı == Nikol Aniston 9 sentyabr 1987-ci ildə ABŞ-də doğulub. 2010-cu ildən pornofilmlərə çəkilir. 2012-ci ilin avqust ayında "Penthouse Pet of the Month" və 2013-cü ildə "the 2013 Penthouse Pet of the Year" mükafatının qalibi olmuşdur.
Nikol Eniston
Nikol Aniston və ya Nikol Eniston (ing. Nicole Aniston; 9 sentyabr 1987, San-Dieqo, Kaliforniya) — alman və yunan əsilli ABŞ pornoaktrisası. == Həyatı == Nikol Aniston 9 sentyabr 1987-ci ildə ABŞ-də doğulub. 2010-cu ildən pornofilmlərə çəkilir. 2012-ci ilin avqust ayında "Penthouse Pet of the Month" və 2013-cü ildə "the 2013 Penthouse Pet of the Year" mükafatının qalibi olmuşdur.
Nikol Fucita
Nikol Fucita (藤田 ニコル, Fucita Nikoru, 20 fevral 1998, Yeni Zelandiya) – Yeni Zelandiya əsilli Yaponiya modeli və tarentosu. Oscar Promotion qabiliyyət agentliyi ilə əməkdaşlıq edir və Tokioda aktiv fəaliyyət göstərir. "Vivi" dəb jurnalının ekslüsiv modelidir. Boyu 167 santimetrdir. == Karyerası == Fucita 2012-ci ildə XIII Nikola Model Auditoriyasının qalibi olmuş və jurnalın ekslüsiv modeli olmuşdur. 2014-cü ilin iyulunda "Popteen" jurnalına keçmişdir. 2015-ci ildə Mezamashi TV kanalının şou-biznes verilişinin dəb aparıcısı seçilmişdir. Həmin il o, Yaponiyada Yahoo! platformasında ən çox axtarılan yeni model olmuş və buna görə xüsusi mükafat qazanmışdır. 2016-cı ilin iyulunda Fuji TV kanalının "Sevdiyim insanın olması məsələsi" serialının spin-offunun baş rolunda oynamışdır.
Nikol Kidman
Nikol Meri Kidman (ing. Nicole Mary Kidman; 20 iyun 1967[…], Honolulu, Havay, ABŞ) — avstraliyalı kino aktrisası. Avstraliya və ABŞ vətəndaşıdır. O, 2003-cü ildə "Saatlar" (ing. The Hours) filmindəki ən yaxşı qadın roluna görə "Oskar" mükafatı qazanmışdır. == Həyatı == 20 iyun 1967-ci ildə Havay Honolulu da doğulmuşdur, lakin uşaqlığının böyük qismi Avstraliyada keçmişdir. Atası Antoni Kidman biokimyaçı, psixoloq, yazar; anası Janel Kidman isə tibb bacısı, pedaqoq eyni zamanda yoldaşının kitablarına redaktorluq etməkdədir. == Filmoqrafiya == Buşun milad bayramı (1983) / Bush Christmas Xəyali dünya (1985) / Wills & Burke Yəhərlənmiş külək (1986) / Windrider Kiçik hissə (1987) / The Bit Part Zümrüd şəhər (1988) / Emerald City Ölü sakitlik (1989) / Dead Calm İldırım günləri (1990) / Days of Thunder Eşqbazlıq (1991) / Flirting Billi Batqeyt (1991) / Billy Bathgate Uzaqdan uzaq (1992) / Far and Away Mənim həyatım (1993) / My Life Əbədi Betmen (1995) / Batman Forever Lider (1996) / The Leading Man Sülh yaradan (1997) / The Peacemaker Praktiki magiya (film, 1998) / Practical Magic Geniş bağlanmış gözlərlə (film, 1999) / Eyes Wide Shut Mulen Ruj! (film, 2001) / Moulin Rouge! Başqaları (film, 2001) / The Others Saatlar (film, 2002) / The Hours Doqvill (film, 2003) / Dogville Soyuq dağ (film, 2003) / Cold Mountain Stepford qadınları (2004) / The Stepford Wives Doğuluş (2004) / Birth Tərcüməçi (2005) / The Interpreter Xəz (2006) / Fur İstila (2007) / The Invasion Avstraliya (2008) / Australia Doqquz (2009) / Nine Dovşan yuvası (2010) / Rabbit Hole Yalanı nə gizlədir?
Nikol Merizay
Nikol Merizay (7 avqust 1998) — Albaniyalı üzgüçü. Nikol Merizay Albaniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Nikol Merizay birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 59.99 saniyəlik nəticəsi ilə 43-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Nikol Mikayılyan
Nikol Mikayılyan (erm. Նիկոլ Միքայէլեան), Nikol Poğosyan (erm. Նիկոլ Պողոսյան), İşxan (erm. Իշխան, mənası – şahzadə) və ya Niqol (erm. Նիգոլ; 1883 və ya 1879, Şuşa, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 17 aprel 1915 və ya 1915, Van, Van vilayəti, Osmanlı imperiyası və ya Qayalar[d], Van vilayəti) — Osmanlı imperiyasında fəaliyyət göstərmiş erməni fədaisi, Daşnaksütun partiyasının üzvü. O, Aram Manukyan və Arşak Vramyan ilə birlikdə Van üsyanının başçılarından biri idi. == Həyatı == Nikol Mikayılyan Rusiya imperiyasının Yelizavetpol quberniyasının (indiki Azərbaycan Respublikasının Xocalı rayonu) Dağdağan kəndində anadan olmuşdur. Mikayılyan Şuşa və İrəvan şəhərlərindəki eparxiya məktəblərində təhsil almışdır. O, 1901–1903-cü illərdə Aleksandropol və Qars şəhərlərində çalışmışdır. Mikayılyan daha sonra Osmanlı imperiyasının Van şəhərinə köçmüş və orada işləmişdir.
Nikol Paşinyan
Nikol Vovayi Paşinyan (erm. Նիկոլ Վովայի Փաշինյան; 1 iyun 1975, Karvansaray, SSRİ) — Ermənistan Respublikasının 16-cı Baş Naziri (8 may 2018–25 aprel 2021 ; 26 aprel 2021 – 1 avqust 2021 (s.i.) ; 2 avqust 2021 h. h.). İxtisasca jurnalist olan Paşinyan 1998-ci ildə öz qəzetini qursa da, bir il sonra bağlanmışdır. O, dövrün Milli Təhlükəsizlik naziri Serj Sarkisyana böhtan atmaqda təqsirlənərək bir il həbs cəzasına məhkum edilmişdir. 1999-cu ildən 2012-ci ilə qədər "Haykakan Jamanak" qəzetinin redaktoru olmuşdur. Ermənistan Respublikasının 1-ci Prezidenti Levon Ter-Petrosyana rəğbət bəsləyən Paşinyan ikinci prezident Robert Köçəryan, müdafiə naziri Serj Sarkisyan və onlara müttəfiq olan oliqarxları çox tənqid edirdi. 2007-ci il parlament seçkilərində kiçik bir müxalifət partiyasına rəhbərlik etmiş, nəticədə səslərin 1,3%-ni toplamışdır. Paşinyan Ter-Petrosyanın açıq tərəfdarı idi. O, 2008-ci il prezident seçkilərində siyasi geri dönüş etmiş, lakin geniş səs saxtakarlığı və zorakılıq şəraitində Serj Sarkisyana uduzmuşdur. Atəşli çıxışları ilə diqqət çəkən Paşinyan 1 mart 2008-ci ildə seçkilərdən sonrakı etiraz aksiyalarında əhəmiyyətli rol oynamışdır.
Nikol Peyn
Nikol Peyn (d. 15 iyul 1976) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Nikol Peyn, ABŞ yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Avstraliya yığmasına 4:5 hesabı ilə məğlub olan ABŞ yığması, Sidney Olimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Nikol Peyn, ABŞ yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasını 6:5 hesabı ilə məğlub edən ABŞ yığması, Afina Olimpiadasının bürünc medalına sahib oldu.
Nikol Poğosyan
Nikol Mikayılyan (erm. Նիկոլ Միքայէլեան), Nikol Poğosyan (erm. Նիկոլ Պողոսյան), İşxan (erm. Իշխան, mənası – şahzadə) və ya Niqol (erm. Նիգոլ; 1883 və ya 1879, Şuşa, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 17 aprel 1915 və ya 1915, Van, Van vilayəti, Osmanlı imperiyası və ya Qayalar[d], Van vilayəti) — Osmanlı imperiyasında fəaliyyət göstərmiş erməni fədaisi, Daşnaksütun partiyasının üzvü. O, Aram Manukyan və Arşak Vramyan ilə birlikdə Van üsyanının başçılarından biri idi. == Həyatı == Nikol Mikayılyan Rusiya imperiyasının Yelizavetpol quberniyasının (indiki Azərbaycan Respublikasının Xocalı rayonu) Dağdağan kəndində anadan olmuşdur. Mikayılyan Şuşa və İrəvan şəhərlərindəki eparxiya məktəblərində təhsil almışdır. O, 1901–1903-cü illərdə Aleksandropol və Qars şəhərlərində çalışmışdır. Mikayılyan daha sonra Osmanlı imperiyasının Van şəhərinə köçmüş və orada işləmişdir.
Nikol Rupreçt
Nikol Rupreçt (d. 2 oktyabr 1992, İnsbruk, Avstriya) — Avstriyanı təmsil edən bədii gimnast. Nikol Rupreçt 2016-cı ildə Avstriyanı XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Nikol Rupreçt 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, fərdi yarışların təsnifat mərhələsində 67.698 xal topladı və 20-cı yeri tutaraq mübarizəni dayandırdı.
Nikol Şerzinger
Nikol Praskovya Elikolani Şerzinger (ing. Nicole Prascovia Elikolani Valiente Scherzinger; 29 iyun 1978, Honolulu) — ABŞ müğənnisi və aktrisası. Nikol Pussycat Dolls qrupunun baş vokalistidir.
Nikon Purlevski
Arxiyepiskop Nikon (dünyəvi adı Nikolay Aleksandroviç Purlevski, rus. Николай Александрович Пурлевский; 5 fevral 1886, Jitomir - 9 yanvar 1938 ) - Rus Pravoslav Kilsəsinin yepiskopu, Kazan arxiyepiskopu. Fotiyanın (Purlevski - Rus pravoslav kilsəsinin yepiskopu) qardaşı. == Tərcümeyi-halı == 5 fevral 1886-cı ildə dövlət müşaviri Alexandr Nikitiç Purlevskinin ailəsində anadan olmuşdur. 1-ci Jitomir gimnaziyasını bitirmişdir. 1906-cı ildə Volın İlahiyyat seminariyasını bitirdikdən sonra Kazan İlahiyyat Akademiyasına daxil olur. 18 oktyabr 1907-ci ildə Nikon adı verilərək rahibliyə başlayır. 25 may 1910-cu ildə rahib təyin edilir. Elə həmin il Akademiyanı ilahiyyat üzrə fəlsəfə doktoru dərəcəsi ilə bitirərək 16 Avqustda Jitomir keşiş Məktəbinə müəllim təyin edilir. 3 noyabr 1911-ci ildən - Kremenets məktəbi nəzarətçisinin köməkçisi təyin edilir.
Nikos Anastasiadis
Nikos Anastasiadis (yun. Νίκος Αναστασιάδης; 27 sentyabr 1946[…], Pera Pedi[d], Limasol rayonu[d]) — 2013-cü ildən 2023-cü ilə qədər Kipr Prezidenti. == Həyatı == Anastasiadis ixtisasca hüquqşünasdır və "Nicos Chr. Anastasiades & Partners" hüquq firmasının qurucusudur. Afina Universitetində hüquq təhsili aldı və London Universitet Kollecində gəmiçilik hüququ üzrə aspiranturanı bitirdi. Universitetdə oxuduğu müddətdə Afinada yerləşən və Georgios Papandreu tərəfindən yaradılan Mərkəz koalisiyasının üzvü idi.1971-ci ildə Andri Mustakudi ilə evləndi və iki qızı var. Əkiz qardaş və bacısı var. Anastasiadis ailəsi iki dəfə viza proseduru ilə ittiham olunub. 2001-ci ildə əkiz qardaşı Pambos Anastasiadis "çəhrayı viza", yəni qeyri-qanuni fahişəxanalarda işləyən əcnəbi qadınlar üçün iş icazəsi saxtalaşdırmaqla bağlı qalmaqaldakı roluna görə 18 ay həbs cəzasına məhkum edildi. 2019-cu ildə Anastasiadis ailəsi üçün "qızıl viza" proqramı bağlandı.
Nikos Maxlas
Nikos Maxlas (16 iyun 1973[…], İraklion) — futbolçu. == Karyerası == Karyerasının üç ilini "Vitess"ə həsr edən Nikos Maxlas komandası üçün dövrünün əvəzedilməz siması olub. Çıxış etdiyi 36 ayda "Vitess"in uğurları üçün 60 qol vuran yunan hücumçu az iş görməyib və insafən deyək ki, müsbət imic formalaşdırıb. Vurduğun qolların böyük hissəsi 1997/1998-ci illər mövsümünə (34 qol) təsadüf edir. Bir il sonra onun "Ayaks"a transfer edilməsi uzun müddət gündəmdən düşmədi. Hətta "Vitess" rəhbərliyi Maxlasın komandadan getməsinin əleyhinə idi. Amma yekun qərar qəbul edən futbolçu 1999-cu ildə "Ayaks"la razılığa gəlib. Transferin məbləğini isə 7,5 milyon dollar təşkil edib. Ki, "Ayaks"ın indiyə qədər transferə sərf etdiyi ən böyük məbləğdir. Amsterdam klubu hələ heç vaxt futbolçu gətirilməsinə bu qədər pul xərcləməyib.
Nikos Pulanzas
Nikos Pulanzas (yun. Νίκος Πουλαντζάς, ing. Nicos Poulantzas, 21 sentyabr 1936, Afina – 3 oktyabr 1979, Parisin 13-cü dairəsi[d]) — yunan-fransız marksist sosioloq və politoloq. O, Lui Altüsserlə yanaşı, öz baxış sistemində ortodoksal leninizmi qramşizm və avrokommunizmi birləşdirən strukturalist marksizmin əsas nümayəndələrindən biridir. Məqalələrini fransız dilində yazmışdır. İspaniya, Portuqaliya və Yunanıstanda dövlət, sosial siniflər, faşizm və diktatura rejimlərinin süqutu ilə bağlı araşdırmaları ilə məşhurdur. O, qaradərili polkovniklərin yunan xuntasına qarşı mübarizədə iştirak edib (1967-1974), Yunanıstan Kommunist Partiyasının Stalin əleyhinə qanadının üzvü olub, onun ideyaları onun davamçılarına — Sinaspizmos və Siriza partiyalarına təsir edib. == Bioqrafiya == Pulanzas varlı bir ailədə anadan olub. O, Afina Universitetində hüquq təhsili alıb, sonra Fransaya köçüb və burada hüquq fəlsəfəsi üzrə doktorluq dissertasiyasını müdafiə edib. Pulanzas hələ Yunanıstanda olarkən Kommunist Partiyasının siyasi cəbhəsi olan və vətəndaş müharibəsindən sonra fəaliyyəti qadağan edilmiş Birləşmiş Demokratik Sol Partiyasına qoşuldu.
Nikos Sampson
Nikos Sampson (yun. Νίκος Σαμψών; 16 dekabr 1935, Famaqusta – 9 may 2001) — Kipr dövlət və siyasət adamı, EOKA-nın üzvü, soyqırım törədən, qatil, Kipr Respublikasının prezidentinin səlahiyyətlərini icra edən.
Nikoya yarımadası
Nikoya (isp. Nicoya) — Mərkəzi Amerika ərazisində, Kosta-Rikanın şimal-qərbində yerləşən yarımada. == Coğrafiya == Yarımada Nikoya körfəzini Sakit okeandan ayırır. Yarımadanın sahəsi 1074,95 km² təşkil edir. Yarımadanın şimalı Quanakaste, cənubu isə Puntarenas vilayəti ərazisinə daxildir. Ən hündür nöqtəsi Serro-Asul (1018 m) dağıdır. Ərazisindən axan ən uzun çay Tempiskedir. İqlimi isti və qurudur. Yarımadanın bitki və heyvanlar aləmi rəngarəngdir. Ərazisində üç milli park vardır: Barra-Onda Milli parkı, Diriya Milli parkı, Las-Baulas Milli parkı.
Nikos Xristodulidis
Nikos Xristodulidis (yun. Νίκος Χριστοδουλίδης; 6 dekabr 1973, Yeroskipu[d], Kipr Respublikası) — Kipr yunan siyasətçisi, 2023-cü ildən Kipr Respublikası Prezidenti. O, əvvəllər 2018–2022-ci illərdə xarici işlər naziri və 2014–2018-ci illərdə hökumət sözçüsü vəzifələrində çalışmışdır. O, siyasətə gəlməmişdən əvvəl akademik və karyera diplomatı olmuşdur. O, prezident seçkilərinin birinci turunda 32,04% səslə qalib gəlmiş, bundan sonra onu hazırkı prezident Nikos Anastasiadis dəstəkləmişdir. Sonradan 48,08% Andreas Mavroyannisə qarşı 51,92% səslə ikinci turda qalib gəlmişdir.
Niko Georgiadis
Niko Georgiadis (alm. Nico Georgiadis‎; d. 22 yanvar 1996, Bülax, İsveçrə) — yunan əsilli İsveçrə şahmatçısı, beynəlxalq qrosmeyster (2017). == Həyatı == Niko Georgiadis 22 yanvar 1996-cı ildə İsveçrənin Bülax şəhərində anadan olub. 2013-cü ildə beynəlxalq usta, 2017-ci ildə isə beynəlxalq qrosmeyster adını alıb. Georgiadis FİDE-nin 2018-ci ilin iyul ayı üçün olan reytinq siyahısında 2526 xalla İsveçrə şahmatçıları arasında dördüncü yerdə qərarlaşıb. == İstinadlar == == Xarici keçidlər == FIDE Chess profili Nico Georgiadis. Chess-DB.com Arxivləşdirilib 2016-07-13 at the Wayback Machine (ing.) Nico Georgiadis. Chessgames.com (ing.) Nico Georgiadis.
Niko Hülkenberq
Nikolas Hülkenberq (alm. Nicolas Hülkenberg‎; d. 19 avqust 1987-ci il) — Almaniyalı yarış sürücüsü, Formula-1 pilotu, 24 saat Le Man (2015) yarışının qalibi, GP2 (2009) və Formula 3 avroseriyasının (2008) çempionudur.
Niko Pirosmanaşvili
Niko Pirosmani (gürc. ნიკო ფიროსმანი; əsl adı Nikolay Aslanoviş Pirosmanaişvili (Pirosmanişvili), gürc. ნიკოლოზ ასლანის ძე ფიროსმანაშვილი; 5 may 1862 və ya güm. 5 (17) may 1862, Mirzaani[d], Tiflis quberniyası – 9 aprel 1918, 7 aprel 1918 və ya 5 may 1918, Tiflis, Zaqafqaziya DFR) — Gürcüstan və Rusiya rəssamı, primitivizm cərəyanının nümayəndəsi. == Həyatı == 1862 ci ildə Zaqatala dairəsinin Tasmalı kəndində (Qax rayonu Tasmalı kəndi) ingiloy kəndlisi Aslan Pirosman oğlunun ailəsində anadan olmuşdur.
Niko Pirosmani
Niko Pirosmani (gürc. ნიკო ფიროსმანი; əsl adı Nikolay Aslanoviş Pirosmanaişvili (Pirosmanişvili), gürc. ნიკოლოზ ასლანის ძე ფიროსმანაშვილი; 5 may 1862 və ya güm. 5 (17) may 1862, Mirzaani[d], Tiflis quberniyası – 9 aprel 1918, 7 aprel 1918 və ya 5 may 1918, Tiflis, Zaqafqaziya DFR) — Gürcüstan və Rusiya rəssamı, primitivizm cərəyanının nümayəndəsi. == Həyatı == 1862 ci ildə Zaqatala dairəsinin Tasmalı kəndində (Qax rayonu Tasmalı kəndi) ingiloy kəndlisi Aslan Pirosman oğlunun ailəsində anadan olmuşdur.
Niko Rosberq
Niko Rosberq (27 iyun 1985, Visbaden) — Almaniyalı Formula 1 pilotu.2016-cı ilin dünya çempionu. == Bioqrafiya == Niko Rosberq 1985-ci il iyunun 27-də Qərbi Almaniyadakı Vizbaden şəhərində 1982-ci ilin Formula 1 üzrə dünya çempionu finlandiyalı Keke Rosberqlə onun alman həyat yoldaşı Sinanın ailəsində anadan olub. Uşaqlığının böyük hissəsini Monakoda keçirib və burada alman dilindən əlavə, ingilis, fransız, italyan və ispan dillərini mükəmməl öyrənib. Atası ona karyerası boyu daha çox lazım olacaq dillərə diqqət ayırması üçün qəsdən fin dilini öyrətmir. Həm Almaniya, həm də Finlandiya vətəndaşlığı olan Niko erkən karyerasının müxtəlif dövrlərində hər iki ölkənin bayrağı altında yarışır. Lakin FİA buna icazə vermir, Niko da Almaniyanı seçir. Niko 2014-cü il iyulun 11-də uşaqlıqdan tanıdığı Vivian Sibold ilə ailə qurub və 2015-ci il avqustun 30-da onların Alaya adlı qızları dünyaya gəlib. Niko Monakoda yaşayır və Monakonun knyazı II Alber ilə yaxşı münasibətləri var. O, bir müddət əvvəl Mercedes-in rəsmi səfiri olduğunu açıqlayıb. == Sürücülük karyerası == Niko altı yaşından kartinqə başlayır.2000-ci ildə isə Lyuis Həmilton ilə komanda yoldaşı olur.2002-ci ildə German Formula BMW seriyasına keçir və titul qazanır.