Uşaq nikahı
Uşaq nikahı — UNICEF-in qərarına əsasən 18 yaşına çatmamış bir şəxslə qeyri-rəsmi birliyin ya da rəsmi bağlanmış nikahın olması. Bu zaman müxtəlif mədəniyyətlər və dinlərdə, müxtəlif xalqlarda və müxtəlif dövrlərdə hansı nikahın nə üçün çox erkən hesab edilməsi barədə bənzəməyən məlumatlar tapmaq olar.
Müasir təsəvvürlərə görə uzun əsrlər boyu nikah tamamilə adi bir iş idi; din, qanun və adətlərə görə icazə verilirdi. İndi ayrı-ayrı ölkələrdə və regionlarda nikaha daxil olmanın qanunla müəyyən edilmiş minimal yaşı 18 yaşdan az təşkil edir; digərlərinə – 18 yaşdan əvvəl nikaha daxil olma valideynlərin icazəsi ilə, hamiləliklə bağlı və ya digər xüsusi hallarda icazə verilir; üçüncüsü – mədəni ənənələr və dini qayda-qanunlar rəsmi hüquq normalarından daha güclü ola bilər.
XX əsrin sonu - XXI əsrin əvvəlində uşaq nikahları ən çox inkişaf etməkdə olan yoxsul ölkələrdə və aztəminatlı ailələrdə bağlanıb. Son mövcud məlumatlara görə, uşaq nikahı ən çox Afrikanın bəzi yerlərində, Cənubi, Cənub-Şərqi və Qərbi Asiya, Latın Amerikası və Okeaniyada yayılmışdır. Əksər yerlərdə uşaq nikahlarının faiz nisbəti mütəmadi olaraq azalır, amma Nigeriya, Çad, Mali, Banqladeş, Qvineya və Mərkəzi Afrika Respublikasında çox yüksək olaraq - 60%-dən yuxarı qalır. Ən erkən nikahlar kütləvi şəkildə Nigeriya, Çad, Banqladeş, Mali və Efiopiyada müşahidə olunur - evliliklərin 20%-dən çoxu 15 yaşından əvvəl baş verir (2003–2009-cu illərin tədqiqatlarına əsasən).
Uşaq nikahlarının bağlanmasının səbəbləri arasında yoxsulluq, gəlinin satın alınması adəti və cehiz vermə, yerli mədəniyyət ənənələri, erkən nikahlara icazə verən qanunlar, dini və sosial təzyiqlər, dini qaydalar, yetkinlik dövründə ərə getməmək/evlənməmək qorxusu, savadsızlıq, qadınları ödənişli işlə təmin etməyin (mövcud olan və ya gözlənilən) qeyri-mümkünlüyünü qeyd etmək olar.
Həm oğlanlar, həm də qızlar erkən yaşda nikaha daxil olurlar, amma azyaşlı gəlinlər daha çoxdur və onların əksəriyyəti ağır sosial-iqtisadi vəziyyətdə yaşayan ailələrin qızlarıdır.