NİKAH
NİKBƏXT
OBASTAN VİKİ
I Selevk Nikator
I Selevk Nikator (q.yun. Σέλευκος Α' Νικάτωρ; E.ə. 358 — E.ə. 281) — Makedoniyalı İsgəndərin mühafizəçisi, sərkərdə. == Həyatı == Selevk Nikator əvvəlcə II Filipə xidmət etmişdi. Onun vəfatından sonra İsgəndərin mühafizəçisi olmuşdu. I Selevk Nikator Makedoniyalı İsgəndərin vəfatından sonra başqa diadoxlarla birlikdə Selevkilər imperiyasının binasını qoydu. Digər diadoxlarla aparılan uzunsürən mübarizələr nəticəsində E.ə. 312-ci ildə Selevk Babilistanda daha da möhkəmləndi və öz çarlığını yaratdı. Bu dövrdən etibarən Şərqdə min ildən artıq müddətdə istifadə olunan Selevkilər erası (burada o səhvən "İsgəndər erası" adlandırılırdı) başlandı.