Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Naçit (Bükan)
Naçit (fars. ناچيت‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1.552 nəfər yaşayır (269 ailə).
Lancia
Lancia , Vincenzo Lancia tərəfindən 1906-cı ildə qurulan İtalyan avtomobil istehsalçısı, 1969-dan bəri Fiat qrupunun bir parçasıdır.
Nalçik
Nalçik (rus. Нальчик) — Rusiyanın cənubunda, Şimali Qafqazda yerləşən Kabardin-Balkar Respublikasının paytaxtı. Nalçik şəhəri Böyük Qafqaz dağlarının ətəyində, 550 metr yüksəklikdə, 150 km² ərazidə yerləşir. Şəhər əhalisi 269 641 (2008) nəfərdir. Kabarda Balkar Muxtar Respublikasının paytaxtı Nalçik şəhəri Elbrus dağ silsiləsinin ən yüksək dağları olan Koştan tau, Xatın tau, Cəngi tau ilə əhatələnmişdir. Tarixən adı Nalcıq olan bu yaşayış məntəqəsi şübhəsiz, öz adını üzərində yerləşdiyi Nalcıq çayının (Terek hövzəsində) adından götürmüşdür. Nalcıq çayı isə həqiqətən dağların ətəyində nal şəklində qıvrılaraq axır. Kabarda-Balkarın hələ faktiki olaraq 1577-ci ildə Rusiyaya qoşulmasına baxmayaraq bu diyar qəti şəkildə istilası XIX əsrin başlanğıc illərində tamamlandı.Qafqaz müharibələrinin birinci mərhələsində Şimal-Qərbi Qafqazda Azov Mozdok xətti boyu hərb qalaların tikilməsi(1768-1780) başa çatdı. 1817-ci ilə Yermolovun süngüsü ilə Böyük Kabarda torpaqlarına yol açıldı. Malka (əvvəl:Balık Su), Baksan, Çegem və b.
Nancy7
Nensi Ajramın yüksək kommersiya qoyulmuş və böyük uğura imza atmış yeni "Nancy7" albomu 6 Sentyabr 2010-cu ildə çıxdı. 7-ci studiya albomu "Nancy7" onun daha öncəki işlərinin davamı olaraq, onu bütün zamanların ən uğurlu qadın Ərəb sənətçilərindən biri etmişdir. Albom Rəqs, Texno və R&B də daxil olmaqla müxtəlif səs və janrlarla zəngin idi. Digər tərəfdən isə Nensinin neçə illər ərzində davam etdiyi Misir və Livan rəqs-xalq musiqisini özündə birləşdirirdi. Tənqidçilər bu alboma müsbət yanaşaraq, daha müasir və dünya səviyyəsində olan səslərdən istifadə olunduğunu qeyd edirdilər. Bu xüsusiyyət isə bu səslərlə yerli musiqinin və 90-cı illərin Ərəb mövzularının birləşməsinə imkan yaradır. Mahnıların mətnlərində Nensinin daha öncəki işlərində olduğu kimi sevgidən, heyranlıqdan, kədərdən və münasibətlərdən danışılır. Bundan əlavə, digər mahnılar həyat, uşaqlıq və ailə haqqında dərin duyğuları bildirir. Aparıcı sinql olan "Fi hagat" (Bəzi şeylər var) əsas reklam mahnısı olaraq buraxılan ilk mahnı idi. O, bir neçə Ərəb hit-paradlarında ilk pilləni tutdu, onlardan ən əsası da HitMarker idi.
Nancy8
Nancy8 Livan müğənnisi Nensi Ajramın 8-ci studiya albomudur. Albom “Ma Tegy Hena” klipinin ardınca 21 Mart 2014-cü ildə çıxmışdır. "Ma Tegy Hena" mahnısı Martın 8-də çıxdı və çıxışının ardınca bu zamana qədər ən sürətlə satılan ərəb mahnısı olaraq iTunes rekordlarını qırdı. Daha sonra, bu mahnı Nensinin Misir və Livanda 21-ci Nömrə1 hitinə çevrildi. Bu, Nensi Ajramı 2000-ci ildən bəri ən uğurlu Ərəb sənətçisi və rəqəmsal əsrin ən çox albomu satılan Ərəb sənətçisi etdi. Nancy8 albomu Nensinin 7-ci albomundan sonra son 4 ildə çıxartdığı ilk tammetrajlı albomdur. Çıxışından sonra albom bütün zamanların ən sürətlə satılan rəqəmsal ərəb albomu olaraq rekord qırdı. Öncədən sifariş üçün nəzərdə tutulmuş 10 gün müddətində artıq 300.000 nüsxə satılmışdı. Bundan əlavə, bu albom müsbət qarşılandı və 2014-cü ilin ən çox gözlənilən albomu adlandı. Nensi Ajram Arab Idol yarışmasının münsiflər heyətinin üzvü idi.
Nancy9
Hassa Beek (ərəbcə: حاسة بيك‎, azərbaycanca: Səni hiss edirəm), həmçinin Nancy9 kimi bilinən albom Livan müğənnisi Nensi Ajramın 9-cu studiya albomudur. 0, 21 aprel 2017-ci ildə In2Musica tərəfindən çıxarılmışdır. Nensi albomu 2014-cü ildən planlaşdırmağa başladı, 2015-ci il boyunca işlərə davam etdi. Hansı ki, bu müddət ərzində o, 15 noyabr 2015-ci ildə Maakoul El Gharam sinqlını da çıxartdı. Bu mahnı Anghami platformasında 12 saat ərzində artıq 1-ci yerdə idi. Hassa Beek albomu artıq 21 apreldə iTunesdə yüklənməyə hazır idi. Nensi və meneceri Jiji Lamara daha öncəki albomlarda birlikdə çalışdıqları insanlarla əməkdaşlığa davam etdilər. Onlardan Tarek Madkour, Valid Saad, Samir Sfeir, Mohammed Rifai, Ahmed İbrahim və Hadi Şarara ilə yanaşı, Xaled Tag Eldeen, Salim Assaf, Tamer Hussein və Hişam Boulas kimi yeni isimlərlə də əməkdaşlığa imza atdılar. Öncəki albomundan 3 il ara keçəndən sonra bu yeni albom Nensi Ajram üçün çox gözəl bir qayıdış oldu. Nancy9 yaxud Hassa Beek albomu musiqi tənqidçiləri tərəfindən çox yüksək qiymətləndirilməklə yanaşı, ən yaxşı albom olaraq, bir çox siyahılarda yer aldı.
Nankin
Nankin — Çin Xalq Respublikasının şəhəri. 2014-cü ildə Yeniyetmələrin II Yay Olimpiya Oyunları Nankin şəhərində keçirilmişdir.
Nançan
Nançan (çin. 南昌市) – Çin Xalq Respublikasının Jianqxi idarə bölgəsinin şəhəri, həm Jiangxi bölgəsinin , həm də eyniadlı bələdiyənin mərkəzi. Nançan şəhəri Yanszı çayının sağ qolu Qan çayının sahilində, çayın Poyan gölünə daxil olduğu yerin şimalında yerləşmişdir. Nançan şəhəri b.e.ə. 201-ci ildə bugünkü adı ilə təməli qoyuldu və ətrafı qala divarları ilə çevrildi. Sonra Yuzhanq vilayətinin idatə mərkəzi oldu. Yuzhanq vilayəti 589-ci ildə Honqzhou vilayəti adlandırıldı. 763-cü ildən sonra da Jiangxi vilayətinin idarə mərkəzinə çevrildi və sürətlə inkişaf etməyə başladı. XII əsrdə Çinin ən böyük əhaliyə malik vilayət mərkəzlərindən biri idi. 959-cu ildə İmparator Tangın dövründə üst şəhər (fu) statusu alaraq cənubi Çinin paytaxtı elan olundu.
Tanqıt
Tanqıt — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 40 təsərrüfatda 190 nəfər əhali yaşayır.
Abcit
Abcit Tiflis quberniyasının Siqnax qəzasında çay adı. == Toponimkası == Abcit- Tiflis quberniyasının Siqnax qəzasında çay adı. Qədim türk dillərində av — "ov" və çit — " qamış (qarğı) alaçıq" sözlərindən ibarətdir.
Kanci
Kanci (yap.: ; ci — hərflər, Kan — Xan; hərfi mənası: "xan hərfləri") — müasir yapon yazısında hiraqana, katakana, ərəb rəqəmləri və romaci (latın əlifbası) ilə birgə işlənən çin heroqrifləri.
Nansi
Nansi (fr. Nancy) - Fransada şəhər. Lotaringiya regionunda yerləşir. Ətraf qəsəbələrlə birlikdə böyük Nansinin əhalisi 410.508 nəfərdir (1999-cu il statistikası), şəhərin özündə isə 105.100 nəfər yaşayır.
Nanıc
Nanıc — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Lahıc turizm zonasında yerləşir. Əhalisi 73 nəfərdir ki onunda 33 nəfəri kişi, 40 nəfəri qadındır.. Kənd əhalisi maldarlıqla və bostançılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 10 km yolu piyada və ya atla eləcə də Namazgah kəndindən Müdrü çayı boyunca 8 km yolu atla və ya piyada getmək olar. Nanıc kəndindən Küpüc dağını aşmaqla atla Aşağı Cülyan kəndinə gəlmək üçün dağ yolu (cığır) vardır. İlin aprel-may aylarında kəndin ərazisində məşhur "Xarı-bülbül" çiçəyinə rast gəlmək olar.
Qanit
Qallium nitrat — mineral, alümoşpinellər qrupu. Qrupun digər mineralları (şpinel, hersinit, qalaksit) ilə izomorf sıralar yaradır. Al qismən Fe3+, Cr, Mn3+ ilə əvəz olunur. Kubik kristalları oktaedrik, yaxud dodekaedrik. İkiləşmə şpinel qanunu {111} üzrə olur. Ayrılma {111} üzrə qeyri-mükəmməl. Aqreqat: tək-tək dənələr. Tünd-yaşıl, bozumtul-yaşıl, göyümtül-qara, bəzən sarı və ya qonur. Cizgisi boz, bozumtul-yaşıl. Parıltı: şüşəli, yağlı.
Uacit
Uto ya Uacet — Qədim Misirə aid Nil deltasında yerləşmiş qədim Buto şəhərinin və ümumiyyətlə Aşağı Misirin hökmdarlarının mühafizəkarı gözlüklü ilan - kobra cildində ilahə. Qədim əfsanəyə görə papirusrəngli ilahə İsidaya Horu Setdən xilas edərkən Nilin delta bataqlığında gizlədilməsində ona kömək etmiş və Horu bəsləmişdir. Buna uyğun yunan mfologiyasındakı rəvayət isə Leto ilə bağlıdır. Leto (yun. Λητώ miken yazılarında ra-to) - yunan mifologiyasında titan ilahə, Koy və Febanın qızı, Zevsin Heranın qorxusundan atmış olduğu sevgilisi (arvadı), ekizlərin Apollon və Artemidanın anası. Fironlar öz hakimiyyətlərinin mənbəyini, döyüşlərdə məğlubedilməzliklərini Aşağı Misirin mühafizəçisi Uacetin mərhəmətində görürlərmiş. Bu məqsədlə də Misir hökmdarları onun əksini baş örtüyünün alın hissəsində daşıyarmışlar.
Furay Sancin
Hiraqa Qennay (平賀 源内, 1728[…], Şido[d] – 24 yanvar 1780, Tenma-ço həbsxanası[d], Tokio) – Edo dövründə yaşamış Yaponiya polimatı. O, təbiətşünas, farmakoloq, ranqaku alimi, həkim, ixtiraçı, yazıçı, dulusçu və rəssam kimi tanınmışdır. Samuray ailəsində doğulsa da, özünü elmə və incəsənətə həsr etməyə qərar vermiş, ronin olmuşdur. == Təxəllüsləri == Qennay həyatı boyunca müxtəlif təxəllüslərlə tanınmışdır. Təbiətşünaslıq və rəssamlıqla məşğul olarkən Kyukey ("Göyərçin dərəsi"), yazıçılıqla məşğul olarkən isə Furay Sancin ("Külək sürən") və Tenciku Ronin ("Xaricdən gələn ronin") təxəllüslərindən istifadə etmişdir. Coruri əsərlərini isə Fukuuçi Kiqay təxəllüsü ilə imzalamışdır. İstifadə etdiyi digər təxəllüslərə Kuvazu Hinraku ("Heç nə yemədən yoxsulluğun dadını çıxarmaq") və Hinka Zeninay ("Kasıb ev, pul yoxdur") aiddir. Qennayın istifadə etdiyi təxəllüslər özünə tərif, istehza, hikkə, qayğısızlıq kimi xüsusiyyətlər daşıyır. == Həyatı == === 1728–1763 === Hiraqa Qennay 1728-ci ildə Sanuki əyalətinin Takamatsu hanında doğulmuşdur. Atası Şirayşi Mozaemon aşağı rütbəli samuray idi.
Lancia Dilambda
Lancia Dilambda — Lancianın 1928–1935-ci illər arasında istehsal etdiyi minik avtomobili. Avtomobil rəsmi olaraq 1929-cu ildə "Paris Motor Show"da təqdim edilib. Avtomobil 24 dərəcə V bucaqlı 4 litrlik V8 mühərrikə malikdir. == Versiyaları == 1928—1931-ci illər arasında istehsal edilmiş ilk seriya 1.104 ədəd istehsal edilmişdir. 1931—1933-cü illər arasında istehsal edilmiş ikinci seriya 300 istehsal edilmişdir. Dəyişdirilən sürət qutusu və əyləcə malik idi. 1933—1935-ci illər arasında istehsal edilmiş üçüncü seriya 281 ədəd istehsal edilmişdir.
Mehmed Hanciç
Mehmed Hanciç (tib. Mehmed Handžić; 16 dekabr 1906, Sarayevo – 26 iyul 1944, Sarayevo) — Bosniya İslamşünas, ilahiyyatçı və siyasətçisi. O, Bosniyada İslam dirçəliş hərəkatının lideri və "Əl-Hidayə" dini icmasının yaradıcısı olmuşdur. Hanciç Sarayevo Müsəlman Qətnaməsinin müəlliflərindən biri və Milli Qurtuluş Komitəsinin sədri idi. == Həyatı == Hanciç Sarayevoda anadan olmuş, burada ibtidai və orta təhsilini almışdır. O, daha sonra Misirin Əl-Əzhər Universitetinə daxil olmuş, ilk əsərlərini burada yazmışdır. Hanciç Əl-Əzhəri bitirdikdən sonra Bosniyaya qayıtmış, ölkədəki Qazi Xosrov bəy adına mədrəsənin professoru, sonra isə müdiri olmuşdur. 1936-cı ildə o, dirçəliş hərəkatının ziyalılarını bir araya gətirən "Əl-Hidayə" assosiasiyasının həmtəsisçisi olmuş, 1939-cu ildə isə təşkilatın prezidenti və onun mətbu orqanının baş redaktoru olmuşdur. == Fəaliyyəti == Hanciçin siyasi karyerası 1938-ci ildə Yuqoslaviyada keçirilən parlament seçkilərində namizədliyi ilə başlamışdır. Bir il sonra o, Bosniya və Herseqovina Muxtariyyət Hərəkatının yaradılmasında iştirak etmiş və onun rəhbərliyinin bir hissəsi olmuşdur.
Nancy7 (albom)
Nensi Ajramın yüksək kommersiya qoyulmuş və böyük uğura imza atmış yeni "Nancy7" albomu 6 Sentyabr 2010-cu ildə çıxdı. 7-ci studiya albomu "Nancy7" onun daha öncəki işlərinin davamı olaraq, onu bütün zamanların ən uğurlu qadın Ərəb sənətçilərindən biri etmişdir. Albom Rəqs, Texno və R&B də daxil olmaqla müxtəlif səs və janrlarla zəngin idi. Digər tərəfdən isə Nensinin neçə illər ərzində davam etdiyi Misir və Livan rəqs-xalq musiqisini özündə birləşdirirdi. Tənqidçilər bu alboma müsbət yanaşaraq, daha müasir və dünya səviyyəsində olan səslərdən istifadə olunduğunu qeyd edirdilər. Bu xüsusiyyət isə bu səslərlə yerli musiqinin və 90-cı illərin Ərəb mövzularının birləşməsinə imkan yaradır. Mahnıların mətnlərində Nensinin daha öncəki işlərində olduğu kimi sevgidən, heyranlıqdan, kədərdən və münasibətlərdən danışılır. Bundan əlavə, digər mahnılar həyat, uşaqlıq və ailə haqqında dərin duyğuları bildirir. Aparıcı sinql olan "Fi hagat" (Bəzi şeylər var) əsas reklam mahnısı olaraq buraxılan ilk mahnı idi. O, bir neçə Ərəb hit-paradlarında ilk pilləni tutdu, onlardan ən əsası da HitMarker idi.
Nankin Universiteti
Nankin Universiteti (çin. 南京大學) — Çin Xalq Respublikasının Nankin şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin əsası 1902-ci ildə qoyulmuşdur. Çində qızların qəbul edildiyi ilk ali məktəbdir. 1937-ci il İkinci Çin-Yapon müharibəsi dövründə Nankin Universiteti Tsinxua və Pekin Milli universitetləri ilə, daha sonra isə Kunmin əyalətində yerləşən Birləşmiş Cənub-Qərbi Milli Universiteti ilə Çanqşa şəhərində Çanqşa Müvəqqəti Universiteti adı altında birləşdirilmişdir. Universitetin zəngin kitabxana fondu var. Şərqi Asiya Tədqiqat Universitetləri Assosiasiyasının üzvüdür.
Nankin müqaviləsi
Nankin sazişi — 29 avqust 1842-ci ildə Böyük Britaniya ilə Birinci tiryək müharibəsində (1840–1842) məğlub olan Çin (Tsin imperiyası) arasında bağlanmış müqavilə. Nankin müqaviləsi Çinin xarici ölkələrlə bağladığı ilk qeyri-bərabər hüquqlu müqavilə idi. Müqaviləyə əsasən İngiltərə Çinin Kanton şəhərindən başqa daha dörd şəhəri (Amoy, Fuşjou, Ninbo və Şanxay) şəhərləri xarici dövlətlərlə ticarəti üçün açıq elan edildi. İngiltərə həmin şəhərlərdə konsulluq yaratmaq hüququ əldə etdilər. Beləliklə, "açıq qapılar" adlı sistemin əsası qoyuldu. Honkonq adası İngiltərənin sərəncamına keçdi. Çinə gətirilən ingilis mallarından alınan gömrük rüsumu 5%-dən artıq olmamalı idi. İngiltərənin ardınca ABŞ, Fransa, Rusiya və digər dövlətlər də Çini qeyri-bərabər hüquqlu müqavilələr bağlamağa məcbur etdilər. Birinci tiryək müharibəsi Çinin yarımmüstemlekeye çevrilmesinin başlanğıcını qoydu.
Nankin qırğını
Nankin qırğını ( çin. ənən. 南京大屠殺, sadə. 南京大屠杀, pinyin: nánjīng dàtúshā - İkinci Çin-Yapon Müharibəsinin bir epizodu. Bu zaman Çin Respublikasının paytaxtı Nankin şəhərində yapon əsgərləri dinc əhaliyə qarşı kütləvi qətllər və zorlamalar törətmişlər. Zorakılıq 1937-ci il dekabrın 13-dən, yaponların şəhəri tutduğu gündən başlayaraq altı həftə davam etdi. Bu dövrdə Yapon İmperator Ordusunun əsgərləri müxtəlif hesablamalara görə 40.000-dən 500.000-ə qədər çinli mülki şəxs və tərksilah edilmiş əsgərləri qətlə yetirmiş, həmçinin çoxlu sayda zorlama və soyğunçuluq törətmişlər. Bu cinayətlərin əsas günahkarlarından bir neçəsi Uzaq Şərq üzrə Beynəlxalq Hərbi Tribunal və Nankin Müharibə Cinayətləri Tribunalı tərəfindən mühakimə olunaraq edam edilmişlər. Bununla belə, bu qırğınların törədilməsində əsas günahkar kimi güman olunan Yapon imperator ailəsinin üzvü olan şahzadə Asako, əvvəlcədən anti-Hitler koalisiyasındakı müttəfiqlərdən mühakimə olunmaqdan immunitet aldığı üçün, cinayət məsuliyyətinə cəlb olunmaqdan kənarda qalmağa müvəffəq oldu. Nankin qırğınına həsr olunmuş yapon hərbi arxivlərin əksəriyyəti 1945-ci ildə Yaponiyanın təslim olmasından qısa müddət sonra məxfiləşdirilərək məhv edildiyi üçün tarixçilər zorakılıq qurbanlarının dəqiq sayını bilmirlər.
Nankin sazişi
Nankin sazişi — 29 avqust 1842-ci ildə Böyük Britaniya ilə Birinci tiryək müharibəsində (1840–1842) məğlub olan Çin (Tsin imperiyası) arasında bağlanmış müqavilə. Nankin müqaviləsi Çinin xarici ölkələrlə bağladığı ilk qeyri-bərabər hüquqlu müqavilə idi. Müqaviləyə əsasən İngiltərə Çinin Kanton şəhərindən başqa daha dörd şəhəri (Amoy, Fuşjou, Ninbo və Şanxay) şəhərləri xarici dövlətlərlə ticarəti üçün açıq elan edildi. İngiltərə həmin şəhərlərdə konsulluq yaratmaq hüququ əldə etdilər. Beləliklə, "açıq qapılar" adlı sistemin əsası qoyuldu. Honkonq adası İngiltərənin sərəncamına keçdi. Çinə gətirilən ingilis mallarından alınan gömrük rüsumu 5%-dən artıq olmamalı idi. İngiltərənin ardınca ABŞ, Fransa, Rusiya və digər dövlətlər də Çini qeyri-bərabər hüquqlu müqavilələr bağlamağa məcbur etdilər. Birinci tiryək müharibəsi Çinin yarımmüstemlekeye çevrilmesinin başlanğıcını qoydu.
Sanciv Kumar
Sanciv Kumar (qüc. સંજીવ કુમાર), əsl adı Haribhay Carivala (qüc. હરિભાઈ જરીવાલા; d.9 iyul, 1938 Surat, Qucarat – ö.6 noyabr, 1985, Bombey, Maharaştra, Hindistan) — hind aktyoru. Sanciv Kumar 9 iyul 1938-ci ildə Qucarat ştatının Surat şəhərində anadan olmuşdu. Sanciv Kumar 6 noyabr 1985-ci ildə Maharaştra ştatının Bombey şəhərində vəfat edib.
Sanciv Stalin
Sanciv Stalin (ing. Sanjeev Stalin; 17 yanvar 2001, Karnataka) — Hindistan futbolçusu, Hindistan Super Liqasında çıxış edən "Mumbay-Siti" FK-nin müdafiəçisi.O , 2017 FIFA U-17 Dünya Kuboku da daxil olmaqla müxtəlif beynəlxalq səviyyədə Hindistanı təmsil etmişdir. Sanciv Stalinin Stalin və anası Parameşvaridir. O, Banqalorun Karnataka şəhərində anadan olmuşdur. Valideynləri kiçik bir geyim mağazası işlədir. 10 yaşında Stalini hind-iranlı məşqçi Cəmşid Nəssiri görmüş və ona futbol akademiyasına daxil olmağı tövsiyə etmişdir.