Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Monako
Monako (fr. Monaco) və ya rəsmi adı ilə Monako knyazlığı (fr. Principauté de Monaco) — Aralıq dənizində, Qərbi Avropada, İtaliyanın Liquriya bölgəsindən bir neçə kilometr qərbdə, Fransız Rivierasında yerləşənə suveren şəhər-dövlət və mikrodövlət. Şimaldan, şərqdən və qərbdən Fransa ilə həmsərhəddir. Knyazlığın 38.682 sakini var və onlardan 9.486-sı Moneqask vətəndaşıdır; Bura dünyanın ən bahalı və zəngin yerlərindən biri kimi tanınır. Knyazlığın rəsmi dili fransız dilidir. Monako adı Münhen şəhərinin italyanca deyilmə şəklidir. Paytaxtı Monako-Vill, ən böyük rayonu Monte-Karlo, ümumi sahəsi 2.02 kvadrat kilometrdir. Monako dünyada ən kiçik fransızdilli ərazi sayılır. 1911-ci il konstitusiyasına görə Monte-Karlo — Monakonun şərq və şimal-şərqini əhatə edir, kurort və kazino ərazisi kimi məşhurdur.
Odoakr
Odoakr (Odovakar, lat. Odoacer, Ottokar, 433 — 15 mart 493, Ravenna) — Dunay vadisində yaşayan Gerulların, Ruqilərin başçısı Odoakrı hun, german və hətta slavyan mənşəli hesab edirlər. V əsrdə Qərb imperiyası germanların hücumu ilə süquta uğradı və german çarlıqları ilə əvəz edildi. 476-cı ildə german mənşəli Odoakr Roma (Qərbi) imperatorunu devirdi və özünü german çarı elan etməklə, Şərqi Roma imperatoruna nəzəri olaraq tabe olacağını bildirdi.
Donato Bramante
Donato Bramante (əsl soyadı Paskuç ço d’Antonio; 1444[…] – 11 aprel 1514, Roma, Papa dövləti) — italyan memarı, rəssam və şair. == Həyatı == Rəssamlıq yaradıcılığına A. Manten yanın güclü təsiri olmuşdur (“İsa rüsvayçılıq dirəyi önündə”, Brera qalereyası, Milan; Berqamoda Palasso del-Podesta və Milanda Kasa-Fontananın fasadlarındakı frizlər; Kasa-Paniqarolada “qədim filosofların” təsvirləri olan divar rəsmləri – hazırda Brera qalereyasındadır). Memarlıq yaradıcılığında L.B. Alberti, L. Laurana və siyenalı sənətkar F.di Corco Martininin təsiri hiss olunur. 1472–99-cu illərdə Bramante Milanda hersoq Lodoviko Moronun xidmətində olmuş, burada Leonardo da Vinçinin yaradıcılığı və L. Paçolinin riyaziyyata dair əsərləri ilə tanış olmuşdur. Bu dövrdə Bramantenin sentrik məbəd binasının və antik nümunələrə əsaslanan memarlıq formaları dilinin yaradılması ilə bağlı olan başlıca yaradıcılıq prin sipləri müəyyənləşmişdir. Onun əsərləri üçün divar səthinə işıq-kölgə hərəkiliyi verən polixroniya və heykəltəraşlıq dekorundan istifadə də səciyyəvidir. Bramante 1499-cu ildə Romaya köçmüş, burada onun yaradıcılığı yetkinlik və daha geniş miqyaslılıq kəsb etmişdir. == Fəaliyyəti == Yüksək İntibah memarlığı incisi sayılan və əfsanəyə görə həvari Pyotrun edam olunduğu yerdə (San-Pyetro-in-Montorio kilsəsinin kluatrasında) inşa edilmiş Tempyetto (1502) məbəd-kilsəsi ona məxsusdur. 1503-cü ildən Bramante papa II Yulinin tapşırığı ilə Vatikanda geniş işlər aparmış dır. Ömrünün sonunadək həvarinin qəbri üzərin də əzəmətli sentrik bina kimi düşünülmüş Müq.
Donato Cannotti
Donato Cannotti (27 noyabr 1492, Florensiya – 27 dekabr 1573, Roma) — italyan humanisti, siyasi xadim, alim, komedioqraf. == Haqqında == Pizada təhsil almışdır. 1527-ci ildə N. Makiavellinin ölümündən sonra Florensiya Respublikasında katib vəzifəsini tutmuş, Mediçinin qayıdışından sonra 1530-cu ildə qovulmuş, Romada və Venesiyada yaşamışdır. Cannotti əqidəli respublikaçı olmuş, Florensiyada idaretmə sistem haqqında “Dela repubblica fiorentina”(1531) traktatını yazmış və “Dialogi de Republica Venetorum” (1540) kitabında Venesiya üçün aris tok ratik, monarxiya və demokratik institutlarının qarışığından ibarət ideal dövlət quruluşu layihəsini vermişdir. “Vurğun qoca” (1533 və1536-cı illər arasında, Plav tın “Tacir”inin süjeti əsasında) və “Milesia” komediyalarının müəllifidir. Mikelancelonun yaxın dostu idi.
Fonvey (Monako)
Fonvey ( fr. Fontvieille)-Monako Krallığının tərkibində yaranan 10-cu şəhərdir. Şəhərin cənub-qərbində yerləşir. Sahəsi-334 970 m²-dir. 2008-ci ilin məlumatlarına əsasən əhalisinin sayı-3602 nəfərdir. == Tarixi == Monakonun 12-ci kralı Monako Rene III tərəfindən şəhər 1970-ci illərdə qurulmuşdur. Burada bir çox tikililər məşhurdur ki, onlardan şəhərin mərkəzində yerləşən Lui II-nin şərəfinə adlandırılmış stadionu göstərə bilərik. Bu şəhərdə Monako kutbol klubunun ofisləri, Monako Universiteti də yerləşir. Burada vertolyot dayanacağı da var ki, Monako Krallığı ilə Fransanı bura əlaqələndirir. Yüngül gimnastika yarışlarıda bu şəhərdə keçirilib.
Kanako İto
Minako Ayno
Seylor Venera (セーラーヴィーナス, Sērā Vīnasu) — Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqasından personaj. Əsl adı Minako Ayno (愛野 美奈子, Aino Minako) olan Seylor Venera Günəş sistemini qorumaq üçün yaradılmış Seylor döyüşçüləri komandasının üzvüdür. Minako Aynonun kandzi tərcüməsi "sevgi" (愛, ai), "vətəndaş" (野, no), "gözəlik" (美, mi), "necə" (奈, na) və "uşaq" (子, ko) şəklindədir. Minako Ayno Usaqi tərəfindən tapılmış 4-cü və sonuncu Seylor döyüşçüsü olsa da, güclərini əldə edən ilk Seylor döyüşçüsüdür. Gücləri məhəbbət və gözəllik əsasında qurulmuşdur. Manqalarda və animelərdə ən böyük arzusu məşhur kumir olmaqdır. Minako əvvəlcə Naoko Takeuçinin 1991-ci ildə yaratdığı "Codename: Sailor V" manqasında peyda olmuş və manqanın baş qəhrəmanı olmuşdur. Daha sonra "Gözəl Qoruyucu Seylor Mun" a keçmişdir. Bu manqada və "Seylor Mun" un əvvəllərində Minako Seylor Venera deyil, "Venera" sözünün qısaltması ilə əmələ gəlmiş Seylor V (セーラーV, Sērā V) təxəllüsündən istifadə etmişdir. Seylor Venera həm də Seylor Mars ilə birlikdə "Rey və Minakonun qız məktəbi döyüşü" manqasında yer almışdır.
Minako Oba
Minako Oba (yap. 大庭 みな子; 11 noyabr 1930, Tokio prefekturası[d] – 24 may 2007[…]) – Yaponiya yazıçısı. Ədəbi karyerasına 1960-cı illərdə başlayıb. 1968-ci ildə "Üç yengəc" adlı hekayəsinə görə 1968-ci ildə Qunzo mükafatını və Akutaqava mükafatını, 1982-ci ildə "Formasız" romanına görə isə Tanizaki mükafatını qazanıb. 1970-ci və 1980-ci illərdə roman, hekayə və esselər yazaraq başqa mükafatlar da qazanıb. Oba əsərlərində seksi ibtidai instinkt kimi təqdim edərək daim sivilizasiyanın müəyyən etdiyi sərhədləri sındırdığını vurğulaması ilə tanınır. Uzun müddət Alyaskada yaşadığı üçün burada qazandığı təcrübələri Yaponiya ədəbiyyatı üçün nadir olan vəhşilik tərzində əsərlərində əks etdirib. 11 noyabr 1930-cu ildə Tokioda bir həkimin birinci qızı kimi doğulub və uşaqlığı müharibə dövründə keçib. 14 yaşında ikən Hiroşimaya atılan atom bombasından sağ qalanlara baxmaqla vəzifləndirilən qızlardan biri kimi seçilib. Müharibə dövründən sonra təhsilinə davam edən Oba Tsuda kollecindən məzun olub və 24 yaşında evlənib.
Minako Takaşima
Minako Takaşima — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Monako-Vill
Monako Vill (fr. Monaco-Ville) — Monako paytaxtı. Şəhər ölkənin sentrin cənubda, Aralıq dənizin sahilində yerləşir.
Monako FK
Monako Futbol Klubu İdman Assossiyasi (fr. Association Sportive de Monaco Football Club) — Monako Knyazlığına aid olsa da, knyazlığın UEFA-ya üzv olmamağı səbəbindən Fransa Liqasında çıxış edən, bu səbəbdən də fransız klubu sayılan profesional futbol klubu. 1 avqust 1919 tarixində qurulan Monako İdman Assossiasiyası Fransadakı idman yarışlarında iştirak edən ən qədim idman qurumlarında biridir.
Monako Knyazlığı
Monako (fr. Monaco) və ya rəsmi adı ilə Monako knyazlığı (fr. Principauté de Monaco) — Aralıq dənizində, Qərbi Avropada, İtaliyanın Liquriya bölgəsindən bir neçə kilometr qərbdə, Fransız Rivierasında yerləşənə suveren şəhər-dövlət və mikrodövlət. Şimaldan, şərqdən və qərbdən Fransa ilə həmsərhəddir. Knyazlığın 38.682 sakini var və onlardan 9.486-sı Moneqask vətəndaşıdır; Bura dünyanın ən bahalı və zəngin yerlərindən biri kimi tanınır. Knyazlığın rəsmi dili fransız dilidir. Monako adı Münhen şəhərinin italyanca deyilmə şəklidir. Paytaxtı Monako-Vill, ən böyük rayonu Monte-Karlo, ümumi sahəsi 2.02 kvadrat kilometrdir. Monako dünyada ən kiçik fransızdilli ərazi sayılır. 1911-ci il konstitusiyasına görə Monte-Karlo — Monakonun şərq və şimal-şərqini əhatə edir, kurort və kazino ərazisi kimi məşhurdur.
Monako Konstitusiyası
Monako Konstitusiyası — ərazisində yüksək hüquqi qüvvəyə malik olan Monako knyazlığının əsas qanunu. Konstitusiya 17 dekabr 1962-ci ildə Monako knyazı III Rene tərəfindən qəbu edilmiş və 5 yanvar 1911-ci il tarixli knyaz I Albertin təsdiqlədiyi əvvəlki Konstitusiyanı əvəz etmişdir. Knyazlığın dövlət müəssisələrini təkmilləşdirmək məqsədi ilə qəbul edilmişdir. Konstitusiya bir müqəddim və 97 məqalədən təşkil olunmuş 12 başlıqdan ibarətdir. Knyazlığın idarə edilməsində aparıcı rolu Monako knyazı üçün təmin edir. Конституционный Ордонанс 5 января 1911 г. // Конституции буржуазных государств Европы / Под ред. Г. С. Гурвича. — М.: Издательство иностранной литературы, 1957. — С. 639—651.
Monako Vill
Monako Vill (fr. Monaco-Ville) — Monako paytaxtı. Şəhər ölkənin sentrin cənubda, Aralıq dənizin sahilində yerləşir.
Monako bayrağı
Monako bayrağı — Monakonun Dövlət bayrağı
Hanako (rəqqasə)
Hisa Ota (大田 ひさ, Ota Hisa, 7 may 1868, Ovari vilayəti[d], Tokaydo[d] – 2 aprel 1945, Gifu) və ya səhnə adı ilə Hanako (花子) – Yaponiya aktrisası və rəqqasəsi. Aşağı dərəcəli geyşa olan Hanako XX əsrin əvvəllərində Avropadakı performanslarına görə tanınır. == Həyatı və karyerası == Hisa Ota 1868-ci ildə Gifu şəhərində doğulmuşdur. Beş yaşından etibarən nihon-buyu rəqsini öyrənməyə, 10 yaşından etibarən isə səyahət edən teatr truppası ilə məşq etməyə başlamışdır. Geyşa karyerasına hazırlaşmaq üçün rəqs və musiqi öyrənmişdir. 1901-ci ildə o, bir vodevil ansamblı ilə Avropaya səyahət etmiş və 1902-ci ildə Danimarkanın paytaxtı Kopenhagendə çıxış etmişdir. Uzun və qısaboy bədən quruluşuna malik olan Ota Londonda yerləşən Savoy teatrında çıxış edərkən ABŞ rəqqasəsi Loi Fuller tərəfindən "kəşf edilmişdir". Fuller əvvəllər də Yakko və Kavakami kimi şinpa sənətçiləri üçün bahalı Avropa turları təşkil etmişdi. Fuller Otadan təsirlənmiş və onu ansamblın ulduzuna çevirmişdir. Bundan sonra Ota özünə Hanako səhnə adını qəbul etmişdir.
Əbədi Monako
Əbədi Monako (ing. Monaco Forever) — 1984-cü ildə ildə istehsal olunmuş ABŞ filmidir. Jan-Klod Van Damm epizodik rolda çəkilmişdir. cavan mavi karateçi rolunda oynamışdır. Əbədi Monako — Internet Movie Database saytında.
Drako Malfoy
Drako Malfoy (5 iyun 1980) — Harri Potter romanlar seriyasının personajlarından biri. == Romanlarda == === Harri Potter və Fəlsəfə Daşı === Drako Malfoy ilk dəfə Madam Malkinin Çəpəki küçədəki paltar dükanında Harri ilə rastlaşarkən oxuculara görünür. İlk görüşdə Malfoy qarşılaşdığı uşağın Harri Potter olduğunu bilmədiyinə görə ona laqeyd yanaşır. Malfoy təmiz qanlı sehrbaz nəslindən olduğuna görə fəxr edir, mələz qanlıları qınayır, maql ailəsində doğulanların isə ümumiyyətlə Hoqvartsda təhsil almaq hüququnun olmadığını deyir. Malfoy növbəti dəfə Harri ilə Hoqvarts Ekspress qatarında görüşür. Malfoy Ron Uizlinin ailəsinə qarşı xoş olmayan ifadələr işlətdikdən sonra Harri onun dostluq təklifini rədd edir və burdan da onlar arasında mənfi münasibətin əsası qoyulur. Roulinq qeyd edir ki, əslində Malfoy Harri ilə dost olmaq istəyir, çünki, "Harri məşhur idi və belə bir məşhurun dostu olmaq məktəbdə onun üçün əlavə nüfuz ola bilərdi." Lakin, Harri Drako ilə dostluq eləmək istəmir, çünki, o, "Harrinin çox sevdiyi Haqrid və Ron haqqında yaxşı fikirdə deyil". Seçici şlyapa uşaqları bölərkən, Drako Malfoy dekanı İksir dərsini tədris edən Severus Sneyp olan Slizerin fakultəsinə təyin olunur. Drako Harrini məktəbdən qovdurmaq üçün gecə duelinə çağırır, özü isə gizlincə məktəbin nəzarətçisi Fliçə Harrinin gecələr məktəbdə gəzdiyini xəbər verir, lakin, Harri gizlənərək ehtiyatlı şəkildə məsələni həll edə bilir. === Harri Potter və Sirlər Otağı === "Harri Potter və Sirlər Otağı" romanında atası Lusius Malfoyun Slizerin Qviddiç komandasının bütün üzvlərinə ən son model "Nimbus 2001" uçan süpürgəsi hədiyyə etməsindən sonra Drako Malfoy Slizerin komandasının yeni tutucusu təyin edilir.
Odano Naotake
Odano Naotake (小田野直武, 18 yanvar 1750, Kakunodate[d] – 19 iyun 1780, Kakunodate[d]) – Akita məktəbinin nümayəndəsi olmuş Yaponiya rəssamı və samuray. 1749-cu ildə Kakunodate qəsəbəsində samuray ailəsində doğulmuşdur. Naotake əvvəlcə rəssamlığın Kano məktəbi üzrə biliklərə yiyələnmişdir. 1773-cü ildə Hiraqa Qennay ilə tanış olmuş, ondan Qərb rəssamlığının nəzəriyyələri və texnikaları haqqında biliklər əldə etmişdir. 1773-cü ilin dekabrında metallurgiya öyrənmək üçün Edo şəhərinə köçmüş və Qennayın evində qalmışdır. Naotake tezliklə rəssam kimi məşhurlaşmış və 1774-cü ildə Suqita Qenpakunun "Yeni anatomiya kitabı" əsərini illüstrasiya etmək üçün seçilmişdir. O, Qennayın "Müxtəlif materialların klassifikasiyası" (1763) adlı əsərini illüstrasiya etmiş rəssam So Şisekidən dərslər alaraq Şen Nanpin üslubunda quş və çiçək rəssamlığını öyrənmişdir. Naotakenin əsərləri çiçəklər, quşlar, heyvanlar, fiqurlar, mənzərələr kimi müxtəlif mövzuları əhatə edir və Qərb dünyasının naturalist texnikaları ilə çəkilmişdir. O, Akita məktəbinin tanınmış nümayəndəsi olmuş, Akita daymyosu Satake Şozana rəssamlığı öyrətmiş və 1778-ci ildə onu Edo şəhərinə dəvət etmişdir. Lakin onun bu əlaqələri Qennayın xoşuna gəlməmişdir.
Yuya Osako
Yuya Osako (18 may 1990) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 15 oyun keçirib, 3 qol vurub.
Tomoo Odaka
Tomoo Odaka (尾高 朝雄, Odaka Tomoo, 28 yanvar 1899, Seul – 15 may 1956, Tokio[d]) – Yaponiya hüquqşünas alimi. Hüquq fəlsəfəsi ilə məşğul olmuşdur. == Həyatı == 1899-cu ildə Koreyanın Seul şəhərində doğulmuşdur. 1923-cü ildə Tokio Universitetindən məzun olduqdan sonra Kioto Universitetinin fəlsəfə dekanlığına daxil olmuş, Kitaro Nişidanın tələbəsi olmuşdur. 1928–1932-ci illərdə Almaniya və Avstriyada Hanz Kelsen və Edmund Husserlin rəhbərliyi altında təhsil almışdır. 1928-ci ildə Keyco Universitetinin köməkçi professoru təyin olunmuşdur. 1944-cü ildən sonra Tokio Universitetində fəlsəfə dərsləri vermişdir. == Fəaliyyəti == Odakanın nəzəriyyələri neokantçılıq və fenomenologiya elementlərini özündə birləşdirir. İkinci Dünya müharibəsindən sonra yeni Yaponiya konstitusiyasından qəbul olunmasından sonra kokutayın tamamilə dəyişib-dəyişmədiyi haqqında Toşiyoşi Miyazava ilə debata daxil olmuşdur. Odakaya iddia etmişdir ki, kokutay hakimiyyət yox, antik yunanların nomos adlandırdıqları hökmran qanun və ya ənənədən yaranan prinsip idi və imperatorun simvolik statusa endirilməsi belə kokutayı dəyişdirməmişdir.
Azərbaycan–Monako münasibətləri
Azərbaycan–Monako münasibətləri — Azərbaycan Respublikası ilə Monako Knyazlığı arasındakı mövcud ikitərəfli əlaqələr. == Viza == Monakoya gedən ümumi pasportlara, həmçinin xidməti və xüsusi pasportlar malik Azərbaycan vətəndaşları üçün viza tələb edilir. Diplomatik pasportlar üçün 90 günə qədər viza tələb edilmir.
Mario del Monako
Mario del Monako (it. Mario del Monaco; 27 iyul 1915[…], Florensiya – 16 oktyabr 1982[…], Mestre[d], Mestre[d]) — italyan opera müğənnisi — tenor. Bir çox musiqişünaslar tərəfindən XX əsrin sonuncu və ən mahir dramatik tenorlarından (it. di forza) biri hesab edilir. Cüzeppe di Stefano ilə yanaşı 1950–60-cı illərin ən məşhur italyan tenoru olmuşdur. == Həyatı == Oxumağa Pezara konservatoriyasında Arturo Melokkinin yanında başlamışdır. Müxtəlif məlumatlara görə 1939–1941-ci illər arasında səhnəyə çıxmağa başlamışdır. 1943-cü ildən Milanda "La Skala" teatrında çıxış etməyə başlamış, 1946-cı ildən Londonun "Kovent Qarden" teatrında, 1957–1959-cu illərdə isə Nyu-Yorkdakı məşhur "Metropoliten-opera"da çıxış etmişdir. 1959-cu ildə SSRİ-yə qastrola gəlmiş və Böyük Teatrda Jorj Bizenin "Karmen" operasında Xose və Rucero Leonkovallonun "Məzhəkəçilər" ("Paliaççi") operasında Kanio partiyalarını ifa etmişdir. Ona ən böyük uğur qazandıran opera partiyası kimi Cüzeppe Verdinin "Otello" operasındakı Otello obrazını qeyd etmək olar.
Kanako İto (futbolçu)
Kanako İto (d. 20 iyul 1983) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 13 oyun keçirib, 3 qol vurub.
Monako Beynəlxalq Universiteti
Monako Beynəlxalq Universiteti — Monako Knyazlığında universitet. Universitetdə tədris ingilis dilindədir və maliyyə, marketinq, idman, biznesinin idarə edilməsi və beynəlxalq menecment üzrə ixtisaslaşmış bakalavr, magistr və doktorantura dərəcələri təklif edir. == Tarixi == Monako Beynəlxalq Universitetinin əsası 1986-cı ildə qoyulub. 2002-ci ilə qədər Cənubi Avropa Universiteti kimi tanınırdı. == Akademik strukturu == Universitetdə bakalavr proqramı 3 tədris ilindən, magistratura proqramı 1 tədris ilindən ibarətdir.