Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lada
LADA ("Lada") — "AvtoVAZ" ASC tərəfindən istehsal edilən avtomobil markaları.
Eucalyptus olida
Eucalyptus olida (lat. Eucalyptus olida) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü.
Mlada-Boleslav
Mlada-Boleslav (çex. Mladá Boleslav; keçmiş Yunqbuntslau, alm. Jungbunzlau‎) — Çexiyada şəhər, Orta Çexiya diyarının inzibati mərkəzi. Mlada Boleslav rayonunun inzibati mərkəzi. Yizer çayının sol sahilində, Praqadan 50 km. şimal-şərqində yerləşir. Dəmiryol qovşağı keçir. Əhalisi 43,4 min nəf. (2003). Sahəsi 28,9 km².
Mlada Boleslav
Mlada-Boleslav (çex. Mladá Boleslav; keçmiş Yunqbuntslau, alm. Jungbunzlau‎) — Çexiyada şəhər, Orta Çexiya diyarının inzibati mərkəzi. Mlada Boleslav rayonunun inzibati mərkəzi. Yizer çayının sol sahilində, Praqadan 50 km. şimal-şərqində yerləşir. Dəmiryol qovşağı keçir. Əhalisi 43,4 min nəf. (2003). Sahəsi 28,9 km².
Mlada Bosna
Mlada Bosna (serb-xorvat Mlada Bosna/Млада Босна) — Birinci dünya müharibəsindən əvvəl Bosniya və Hersoqovinada mövcüd olan aktiv bir inqilabi hərəkat idi. Üzvlərinin böyük hissəsi məktəb şagirdləri bosniya serbləri, bosniya müsəlmanları və bosniya xorvatları idi. Mlada Bosna müxtəlif ideya və fikirlərdən təsirlənmişdi. Misal üçün: alman romantizm və anarxizmi, rus inqilabi-sosialzmi, Nitsşe, Dostoyevski,Kosova döyüşü == Yaranması == 1878-ci ildə Bosniya və Herseqovina Avstriya-Macarıstan tərəfindən işğal edildi. Bosniya və Hersoqovinanın Serbiya ilə birləşməsinin qarşısını almaq üçün bu Mlada Bosna hərəkatı quruldu. Təşkilat, adını Cüzeppe Mazzini tərəfindən qurulan İtalyan inqilabi yeraltı təşkilatından götürmüşdür. Mlada Bosnanın lideri Vladimir Qaçinoviç (1890–1917) idi. == Həmçinin bax == Qavrilo Prinsip == İstinadlar == == Ədəbiyyat == Banac, Ivo. The National Question in Yugoslavia: Origins, History, Politics. Cornell University Press.
Naoya Okada
Naoya Okada (10 oktyabr 1990) — Yaponiyalı atıcı. Naoya Okada Yaponiyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Naoya Okada birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 622.6 xal toplayaraq 20-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Nectandra olida
Nectandra olida (lat. Nectandra olida) — dəfnəkimilər fəsiləsinin nectandra cinsinə aid bitki növü.
Olama ilmə
Assimetrik ilmə (Farsbaf ilmə) — olama və ya farsbah adlanıb və xovlu xalça toxunuşunda istifadə edilən ilməyə 1980-ci illərdən sonra mütəxəssislər tərəfindən verilən addır. Assimetrik sözü uyğunsuzluq, assimmetriyasızlıq mənasında da işlənir.
Takeşi Okada
Takeşi Okada (d. 25 avqust 1956) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 24 oyun keçirib, 1 qol vurub.
Vlada Ralko
Vlada Ralko (ukr. Влада Ралко; 3 yanvar 1969, Kiyev) — ukraynalı rəssam. 1994-cü ildən Ukrayna Milli Rəssamlar İttifaqının üzvüdür. Women In Arts mükafatının laureatıdır (2019). == Həyatı == Vlada Ralko 1969-cu ildə Ukraynanın Kiyev şəhərində anadan olmuşdur. 1987-ci ildə Taras Şevçenko adına Dövlət Rəssamlıq Məktəbini bitirmişdir. 1994-cü ildə Milli Təsviri İncəsənət və Memarlıq Akademiyasının rəssamlıq bölməsindən məzun olmuşdur (Professor Vladimir Şatalinin rəssam emalatxanası). Ümumukrayna İncəsənət Triennalesi mükafatının laureatıdır (2001). Vlada Ralko Ukraynada və ölkə xaricində keçirilən sərgilərdə iştirak edir. Ralkonun işləri Lincoln Center (Nyu-York, ABŞ), Rebellminds qalereyasında (Berlin, Almaniya), Kunstlerhous (Vyana, Avstriya), Saatchi Gallery (London, Böyük Britaniya) və digər yerlərdə sərgilənmişdir.
Yoşio Okada
Yoşio Okada (11 avqust 1926 – 22 iyun 2002) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 7 oyun keçirib.
Lada 1600
VAZ-2106 (rus. Жигули 2106, ing. Lada 1600) — sedan tipli banı olan, arxa aparıcı təkərlərə malik SSRİ/Rusiya istehsalı olan avtomobil. VAZ-2103 modelinin bazasında yaradılıb və 1975-cı ildən istehsal olunur. 2000-cı ildən avtomobil İjevskdə yerləşən "İjavto" zavodunda istehsal olunur. == Tarixi == İnkişaf VAZ-2106 Voljsk avtomobil zavodu mütəxəssislərin hazırlanması bir "layihəsi 21031" kimi 1974-cü ildə başladı.
Lada Niva
Niva (VAZ-2121 və LADA 4x4 adları ilə də məşhur) — Sovet və Rus avtomobil istehsalçı firması AvtoVAZ tərəfindən istehsal olunan kələ-kötür ərazi üçün nəzərdə tutulmuş nəqliyyat vasitəsi. Xüsusilə keçmiş SSRİ ölkələrində hal-hazırda xüsusi modifikasiyalar altında məşhurlaşmışdır. Kanadada (1998-ci ildən sonra satışı ləğv edildi), Cənubi Amerikada, İslandiyada da məşhurlaşmış və torpaq şərtlərinin çətin olduğu yerdə istifadəsi əlverişli olmuş, geniş istifadə olunmuşdur. Avstraliya kimi bölgələrdə isə isti iqlim şəraiti üçün kondisionerinin uyğun olmaması səbəbindən populyarlığı məhdud olaraq qaldı. Avtomobil modeli İslandiyada Lada Sport və Avstriyada Lada Taiga adı ilə tanınmışdır. Dünyada off-road nəqliyyat vasitələrinin kütləvi istehsal olunduğu model olan Niva, monokok quruluşu və müstəqil ön asma və qıvrım asma bacarıqlarına görə bugünkü yolsuzluq avtomobillərinin pioneridir. == Tarixçə == Bütün Avropada 2121 kod adı ilə tanınan Niva, 1976-cı ildə dövrünün yenilikçi texniki imkanları ilə istehsal xəttindən çıxdı. Lada Niva dizaynerləri tərəfindən Land Rover şassisinə yerləşdirilmiş Renault 5 kimi təsvir edilmişdir. "Daimi 4 təkərli sürücü sistemi və monokok korpusu yalnız Range Rover-də və 1970-ci illərdə bir neçə markada mövcud idi. Sahədəki üstün imkanlarına paralel olaraq prospektdə istifadəsi rahatlığı səbəbindən ilk SUV nümunəsidir.
İosif Lada
İosif Lada (d. 17 dekabr 1887 - ö. 14 dekabr 1957)- Çexiyalı rəssam, karikaturaçı və yazar. Yaroslav Haşekin Cəsur Əsgər Şveyk kitabının karikaturaçısı kimi tanınır. Petr Urbanın təşkil etdiyi 2008-2009 Çexiya nəşrinə qədər bütün Şveyk nəşrlərində Ladanın şəkillərindən istifadə edilirdi. Yetkinlər üçün çəkdiyi rəsmlər qədər çap etdirdiyi uşaq kitabları və mənzərə şəkilləri də məşhurdur. Özü də 13 uşaq kitabı yazmışdır. == Həyatı == 1887-ci ildə Praqa yaxınlığında kiçik bir kənddə bir ayaqqabı tamirçisinin ailəsində anadan olmuşdur. İbtidai məktəbdən sonra rəsm işləri üzərində fəaliyyətinə başlamışdır. 14 yaşında Praqaya gedərək çap işləri ilə məşğul olmağa başladı.
Tək olanda qorxma... (teleserial, 2013)
"Tək olanda qorxma..." — Azərbaycan teleserialı. == Məzmun == Film valideynləri avtomobil qəzasında həlak olan iki qardaş haqqındadır. Tale onların birini küçələrə, o birini isə uşaq evinə salır. == Film haqqında == Bu teleserial "Azərbaycan Respublikasında milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 9 sentyabr 2011-ci il tarixli Sərəncamına əsasən ayrılan maliyyə yardımı əsasında istehsal edilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifləri : Əyyub Qiyas, Vüsal Nuru Quruluşçu rejissor : Nadir Diridağlı Quruluşçu operator : Elçin Əliyev Quruluşçu rəssam : Rəfael Əsədov Bəstəkar : Nazim Əzimov Rejissor : Asif Rəhimov Operator : Faiq Əliyev Səs rejissoru : Fərhad Əkbərov(1-2 seriya) Emin Euro Geyim üzrə rəssam : Səbinə Abbasova Montaj rejissoru : Lətif Cavadlı Montaj : Nicat Qayıbov Rejissor assistentləri : Kənan Həsənov, Emin Seyfulla, Fuad Kərimli Operator assistenti : İsmayıl Səfərli Qrim rəssamı : Vüsalə Bağırova Fon səsləri : Zilli Namazov, Atəş Davudov, Vidadi Samanduyev İşıqçılar : Elxan Şahalıyev, Samir Məmmədli Rekvizit : Yəhya Məmmədov Dekorçu : Namiq Səfərli İnzibatçı : Arif Kərimov İcraçı prodüser : Arzu Qulamov Baş prodüser : Kamil Şahverdiyev Bədii rəhbər : Vaqif Mustafayev === Rollarda === Qeyd: Obrazların adları titrlərdə göstərilməyib.
Stadionlar səssiz olanda (film, 2023)
Stadionlar səssiz olanda — kinorejissor Əli-səttar Quliyevin çəkdiyi bioqrafik, idman filmi. Noyabrın 27-də Nizami Kino Mərkəzində futbol veteranı və məşqçi Qurban Qurbanova həsr edilmiş “Stadionlar səssiz olanda” idman dramının təqdimat mərasimi keçirilib. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə istehsal edilən filmdə Qurban Qurbanovun XX əsrin 80-ci illərindən başlayaraq həyatı, futbolçu karyerası və Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsinə qədər məşqçilik fəaliyyəti göstərilib. Filmin təqdimatından sonra təcrübəli məşqçi karyerasında böyük rolu olan qardaşı barədə danışıb. O, filmdə də haqqında çox bəhs edilən qardaşı Musa Qurbanovdan danışarkən göz yaşlarını saxlaya bilməyib. “Stadionlar səssiz olanda” filmi noyabrın 30-dan etibarən kinoteatrlarda nümayiş olunmağa başlayıb.
Yaz harada, biz orada (film, 1984)
== Məzmun == Film qədim zamanlardan Azərbaycan xalqının məişətinə daxil olmuş xalçaçılıq sənətindən bəhs edir.
Aladağ
Aladağ — Adana ilinin ilçəsi. Şərqində Kozan ilçəsi, cənubunda İmamoğlu ve Qaraisalı ilçələri, qərbində Pozantı ilçəsi və şimalında Niğdə ilə Kayseri illəri vardır. Ərazisi 1.347 km² olub əhalisi 2008-ci il əhalinin siyahıyaalınma məlumatına görə 18.249 nəfərdir. İlçənin inzibati mərkəzi Aladağ qəsəbəsidir. Əvvələr Karsantı adı ilə Qaraisalı ilçəsinə bağlı bir bucaq olan ilçə, 1987-ci ildə ilçə olmuşdur. İlçənin şimal hissəsində Tavr Dağlarının Aladağlar adı ilə tanın qismi mövcuddur. İlçə də adını bu dağlardan almaqdadır. İlçə coğrafi baxımdan dağlıq bir ərazidə olduğundan kənd təsərrüfatında məhsuldarlıq aşağıdır. İlçə, 6360 saylı qanunla Böyükşəhər ilçə bələdiyyəsi statusuna malik olmuş, 31 məhəlləsi vardır. Turizm baxımın ən məşhur yerləri; Akören Kilisəsi, Meydan Qalası, Ağacakisə Abidə Ağac, Simit Şəlaləsi, Eğner, Kapuzbaşı Şəlaləsi, Mazılıq Örən Qalası, Posyağbasan Qalası, Sandıqlı su ve Acı sudur.
Aladaş
Aladaş silsiləsi — Baş Qafqaz silsiləsinin cənub-şərq qolu. Aladaş dağı — Zəngilan rayonu ərazisində dağ; Aladaş dərəsi — Zəngilan rayonu ərazisində dərə.
Alaha
Alaha (Halakha, Halacha, Alaha, הלכה İbranicedə "getmək" mənasındadır) Yəhudi qanun sistemini təyin bir anlayışdır. Şifahi və yazılı köçürülən əmr və nəhyləri əhatə edən ümumi bir dini hüquq anlayışıdır. Təxminən olaraq Babil Talmudunun üçdə biri və Qüds Talmudu'nun da altıda birini Halaha təşkil edir. Alaha hüquq sisteminin bir çox hissəsi müasir hüquq sistemlərində də görülən vətəndaş hüquq və cinayət hüququ kimi hissələrdən ibarətdir. Alaha 613 əmrdən ibarətdir. Bunun 365'i qadağalardan müteşekkildir. Qaynağı Tora'dır.
Alana
Alana — nazlı, armud və s.-dən hazırlanan çərəz. Əsasən, Azərbaycanın Naxçıvan bölgəsinin Ordubad rayonu ərazisində geniş yayılmışdır. == Hazırlanması == Onu, adətən, şaftalının nazlı növündən və armudun əndiryani və şəkəri növündən hazırlayırlar. Alananı hazırlamaq üçün ilk əvvəl lazım olan meyvələr dərilir. Meyvənin qabığı soyulub 5-6 gün günəş şüası altında qurudulduqdan sonra saplaq tərəfdən dairəvi kəsilir və içərisi oyulur. Yenidən gün düşən yerə bir gün saxladıqdan sonra hazırlanmış içlik meyvənin içərisinə doldurulur. İçliyi hazırlamaq üçün cəviz ləpəsini iri gözlü ət maşınında çəkərək 1:1 nisbətində şəkər tozu əlavə edilir. Alananın tamı daha yaxşı olsun deyə ona 1-2 çimdik vanil əlavə edirlər. Elə ki, içlik qurudulmuş meyvənin içərisinə dolduruldu, onda əvvəlcədən hazırlanmış xırda meyvə qapaqlarını alananın yuxarı hissəsinə qoyaraq sap keçirilmiş təbənə ilə deşərək sapa düzülür. Təxminən 20-30 alana bir sapa düzülərək düyünlənir və üzərinə tənzif keçirilərək münasib bir yerdən asılır.
Alaşa
Alaşa — Azərbaycan Respublikasının Astara rayonunun Səncərədi kənd inzibati ərazi dairəsində kənd. Əhalisi 396 nəfərdir. Alaşa Astara rayonunun Səncərədi inzibati ərazi vahidində kənd. Lənkəran ovalığındadır. Toponimin yerli tələffüz formasına (ələşo) əsaslanan tədqiqatçılar onu "böyük həyat" kimi izah edirlər. Adını ərazidəki eyniadlı bulaqdan almışdır. == Etimologiyası == Coğrafi adın tərkibindəki "ala" komponenti qədim türk dillərində "böyük", "şa" isə talış dilində həyat sözünün qədim variantı olub "böyük həyat" böyük yaşayış məntəqəsi mənasındadır. == Din == Kənddə "Məhəmməd" məscidi dini icması fəaliyyət göstərir. == Tanınmış şəxslər == === Şəhidləri === Rüstəm Şahbazov (1974–1992). Vüsal Nəhmətov (1987–2020).
Amada
[[Şəkil:Azərbaycan_ərazisində_tayfalar_(e.ə._VI-IV_əsrlər).jpg|link=https://az.wikipedia.org/wiki/%C5%9E%C9%99kil:Az%C9%99rbaycan_%C9%99razisind%C9%99_tayfalar_(e.%C9%99._VI-IV_%C9%99srl%C9%99r).jpg%7Cthumb%7C[[Bütöv Azərbaycan|Azərbaycan]] ərazisində tayfalar (e.ə. VI-IV əsrlər)]] Amada və ya Amaday, Mannanın Assurilərə məğlubiyyətindən sonra Assuriya hücumuna qarşı dayanan ilk tayfalardan biriydi. == Tarixi == Müxtəlif tayfalar Manna torpaqlarında məskunlaşmışdılar və Amada qəbiləsinin şöhrəti düşmənə qarşı müstəqillik bayrağını qaldırmasıydı. Bunun nəticəsində, Assuriya padşahları tərəfindən Amada və Manna qəbilələri iki müstəqil dövlət olaraq tanındılar. Amada eyni zamanda böyük Midiya sülaləsinin banisi Deyokun doğulduğu yerdir.
Bleda
Bleda (yun. Βλήδας, lat. Bleda, oğurca Bildə — Bilgə; bilinmir – 444 və ya 445) — 434-444-cü illərdə hakimiyyətdə olmuş hun başçısı, İdil xanın (Atilla) qardaşı və hakimiyyət şəriki.
Blida
Blida vilayəti — Blida vilayətinin ərazisi 1 575 Km2-dır. Blida vilayətinə 10 rayon daxilidir. Blida (şəhər) — Əlcəzairin şimalında şəhər, eyniadlı vilayətin inzibati mərkəzi.
Bolad
Bolad (1240, Monqolustan – 26 aprel 1313, Arran) — Yuan sülaləsinin Elxanilərə göndərdiyi səfiri. == Həyatı == 1240-cı ildə Dörben tayfasında doğulub. Atası Yurki Çingiz xanın etimad duyduğu şəxslərdən olub xanın şəxsi mühafizəçisi idi. 1248-ci ildə Xubilayın oğlu Dorci ilə birlikdə təhsil almış, çin dilini öyrənmişdi. 1260-cı ildə saray hakimi vəzifəsinə yüksəldi və 1264-cü ildə Arıq Buğanın məhkəməsi və 1282-ci ildə Əhməd Fənakatinin qətli işlərində hakimlik etdi. 1285-ci ildə Arqun xanın taxta keçməsindən sonra Elxanilər dövlətinə səfir kimi göndərildi. === Səfir kimi === ==== Arqun xan dövrü ==== 7 aprel 1286-cı ildə Arqun xana yarlıq və tac gətirən Bolad, Kaydu xanın üsyanına görə Monqolustana qayıda bilmədi və bir həyat yoldaşı ilə iki oğlunu arxada qoydu. Oğulları daha sonra Yuan sülaləsində vəzifələrə yüksəldilər. Arqun xan tərəfindən cariyə və keşik verilərək Xorasan valisi təyin olundu. ==== Keyxatu xan dövrü ==== 1294-cü ildə Keyxatu xana yeni kağız valyutanın çapını məsləhət görmüşdü.
Boladı
Boladı — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati-ərazi vahidində kənd. Boladı çayının sahilində, Lənkəran ovalığındadır. Yerli tələffüz forması Bolədidir. Tədqiqatçılara görə, oykonim bol və Talış dilindəki di (kond) sözlərindən ibarət olub (-ə bitişdirici saitdir), "bolluq kəndi, varlı kənd" mənasındadır. Yaşayış məntəqəsi həqiqətən də rayonun ən varlı və böyük kəndlərindən biridir. == Tarixi == Mühüm yaşayış məntəqəsi kimi bu kəndin yaranması tarixi haqqında tam məlumat olmasa da , amma bir şey aydındır ki,ərazidə eramızdan əvvəl insanlar yaşayıb fəaliyyət göstərmişlər. Mühüm yaşayış məntəqəsi kimi bu kəndin yaranması tarixi haqqında tam məlumat olmasa da, amma bir şey aydındır ki,ərazidə eramızdan əvvəl insanlar yaşayıb fəaliyyət göstərmişlər. Bu, qədim yunan coğrafiyaşünası, tarixçi Strabonun "Coğrafiya" kitabında qeyd olunur. Müəllif öz əsərində Lənkaranın bir çox yaşayış məntəqələri sırasında Boladinin də adını çəkir. Mərhum tədqiqatçı-jurnalist Gülməmməd Məmmədzadə bu ərazidə yerləşən "Qarağac" ocağının 800 ildən çox yaşı olduğunu yazmışdır.
Buada
Buada (ing. Buada Lagoon) — Nauru adasının cənub-şərqində azca duzlu şirinsulu göl.yerləşən göllər qrupu. Buada dairəsinə daxildir. Sahəsi 30 min m² təşkil edir. Göl Sakit okeandan 5 metr yüksəklikdə yerləşir. Maksimal dərinliyi də 5 metrdir. Keçmişdə atollun mərkəzində laqun olmuşdur. Ətrafında kənd təsərrüfatı inkişaf etmişdir. Adada yeganə sirin su mənbəyi sayılır. Ancaq yerli əhali içməli suyu Avstraliyadan əldə edir.