OLMAYA


1. “Bəlkə”, “yoxsa” mənalarında ara söz. Olmaya, sən də bu fikirdəsən. Olmaya, onun da könlündən keçir.
– Olmaya, sən məni biiqrar sandın; Zarafat eylədim, ona inandın. M.P.Vaqif.
[Hambal:] Məşədi, olmaya, oğurluğa gedirsən? Ü.Hacıbəyov.

2. bax olmaya-olmaya. Olmaya, ora gedəsən!

Sinonimlər (yaxın mənalı sözlər)

  • OLMAYA olmaya bax bəlkə
OLMALI
OLMAYA-OLMAYA

Digər lüğətlərdə