Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Opedet
Opedet (fr. Oppedette, oks. Aupedeta) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Reyan kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04142. 2008-ci ildə əhalinin sayı 63 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 33 nəfər arasında (15-64 yaş) 25 nəfər iqtisadi fəal, 8 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 75,8%, 1999-cu ildə 53.8%) idi. 25 aktiv adamdan 20 nəfəri (6 kişi və 14 qadın), 5 nəfər işsiz (3 kişi və 2 qadın) idi.
OpenAI
"OpenAI" — Delaverdə qeydiyyatdan keçmiş qeyri-kommersiya "OpenAI, Inc" və onun kommersiya məqsədli törəmə şirkəti "OpenAI Global MMC"-dən ibarət ABŞ süni intellekt (Sİ) tədqiqat təşkilatı. "OpenAI" təşkilatın "təhlükəsiz və faydalı" süni ümumi intellektin inkişaf etdirilməsi məqsədi ilə süni intellekti tədqiq edir və bunu "iqtisadi cəhətdən ən dəyərli işlərdə insanlardan üstün olan yüksək avtonom sistemlər" kimi müəyyən edir. "OpenAI" həmçinin "ChatGPT" və "GPT-4" kimi bir neçə geniş dil modelləri, eləcə də "DALL-E 3" kimi qabaqcıl təsvir yaratma modelləri və keçmişdə açıq mənbəli modellər hazırlamışdır. Təşkilat 2015-ci ilin dekabrında İlya Sutskever, Qreq Brokman, Trevor Blekvell, Viki Çunq, Andrey Karpati, Durk Kinqma, Cessika Livinqston, Con Şulman, Pamela Vaqata və Voytsex Zaremba tərəfindən təsis edilmişdir, ilkin idarə heyətində Sem Altman və İlon Mask çıxış etmişdilər. "Microsoft" şirkəti "OpenAI Global MMC"-yə 2019-cu ildə 1 milyard dollar, 2023-cü ildə isə 10 milyard dollar sərmayə qoymuşdur. 17 noyabr 2023-cü ildə idarə heyəti Altmanı baş direktor vəzifəsindən, Brokmanı isə sədr vəzifəsindən kənarlaşdırmışdır və Brokman sonra prezident vəzifəsindən istefa vermişdir. Dörd gün sonra hər ikisi idarə heyəti ilə danışıqlardan sonra geri qayıtmış və idarə heyəti üzvlərinin əksəriyyəti istefa vermişdir. Yeni ilkin şuraya keçmiş "Salesforce" baş direktoru Bret Teylor sədr kimi daxil idi. Stiven Hokinq və Stüart Rassell kimi bəzi elm adamları qabaqcıl süni intellektin nə vaxtsa özünü getdikcə artan sürətlə yenidən dizayn etmək qabiliyyətinə sahib olacağı halda qarşısıalınmaz "intellekt partlayışı"nın insanların məhvinə səbəb ola biləcəyi ilə bağlı narahatlıqlarını ifadə etmişdilər. Həmtəsisçi İlon Mask süni intellekti bəşəriyyətin "ən böyük ekzistensial təhlükəsi" kimi xarakterizə etmişdir.
Opera
Opera (lat. iş, əmək, əsər) — (italyanca — inşa, iş, əmək, məşğuliyyət deməkdir), teatr sənətinin ən mürəkkəb növlərindən biridir. Məzmunu musiqi dramaturgiyası, xüsusilə vokal musiqi vasitəsilə ifadə edilən musiqi-dram incəsənət janrı. Opera, teatr incəsənətinin növüdür, o, özündə rəngarəng bədii vasitələri, solo və xor oxuma ansamblları, simfonik orkestri, təsviri incəsənətinin elementlərini (dekorasiyalar, kostyumlar) birləşdirir. Operanın əsasını libretto təşkil edir. Operanın librettosu nəzmlə yazılır. Operanın vətəni İtaliyadır. O, misteriyaların-dini tamaşaların bir hissəsi kimi yaranıb. Belə ki, misteriyaların musiqili hissəsi opera adlanırdı. İlk dəfə Beverinin "Müqəddəs Pavelin qayıdışı" (1480) dini komediyasında musiqiyə-operaya əhəmiyyətli yer ayrılıb, tamaşa boyu hadisələr əvvəldən sona qədər musiqi ilə müşayiət olunurdu.
Opoka
Opoka — gilli maddənin, orqanizmlərin skelet hissələrinin (diatomea, radiolyariya və silisiumlu süngərlərin spikulaları), mineral dənələrinin (kvars, çöl şpatları, qlaukonit) qarışığı olan, amorf silisium oksidi — opaldan (92–98%-dək) təşkil olunmuş mikroməsaməli süxurlar. Bəzi müəlliflər opokalar diatomit, sponqolit və trepellərin dəyişilmə məhsulu, digərləri isə onları dəniz kimyəvi əmələgəlmələri hesab edirlər. Opokalar təbaşir və alt dördüncü dövr çöküntülərində geniş yayılmışdır. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Pekan
Pekan (lat. Carya illinoinensis) – Qozkimilər fəsiləsinin Karya cinsinə mənsubdur. Vətəni Şimali Amerikadır. Pekan və ya Braziliya qozu da deyilir. Burada pekan yabanı və mədəni halda bitir. Pekan 1909-cu ildə Qafqazın Qara dəniz sahillərində, 1934-cü ildə Orta Asiyada və sonra Krımda becərilməyə başlanmışdır. Pekan plantasiyaları Abxaziyada, Azərbaycanda Lənkəran (xüsusən Talışda) və Zaqatalada vardır. Pekan hazırda mədəni halda becərilən qərzəkli meyvədir. 6–8 yaşından məhsul verir. Pekanın çiçəkləməsi və çiçəyinin quruluşu adi qoza bənzəyir.Meyvəsi qərzək içərisində sentyabr-oktyabrda yetişir.
Zəkat
Zəkat — (ərəbcə: زكاة, çoxaltma, təmizlik) – müsəlmanların verdiyi, Quranda buyurulmuş, toplanma qaydası və həcmi şəriət qanunları ilə müəyyənləşdirilmiş dini vergi. Yəni, bir şəxsə ildə bir dəfə, fərz olan zəkatını ver" deyildiyində – malını təmizlə – deyilir. Zəkat verməyən bir şəxs malının bərəkətini görmədiyi kimi, əzaba düçar olar. Zəkat islamın beş rüknlərindən biri hesab olunur (xristianlıqda buna bənzər şəri vergi desyatindir). Nəzəri cəhətdən bu vergi icmanın ehtiyaclarına sərf olunur və yoxsul müsəlmanlar arasında bölüşdürülür. İldə bir dəfə bəzi şeylər üçün təyin edilmiş zəkat, müəyyən müddətdə (hicri təqvimi ilə) verilir. Zəkatı, zəkat vacib olan şəxs ödəyir. Zəkat əl-fitr (fitrə) ailənin hər bir üzvündən ramazan ayında, orucluq tamam olan gün verdiyi zəkat növüdür və eyd əl-fitr günlərində sədəqə kimi paylanır. Vergilərin hər ikisi ancaq imkanlı müsəlmanlardan tutulur. Zəkatın adi məbləği illik gəlirin 2,5 faizini təşkil edir, lakin müsəlman ilahiyyatçıları arasında zəkatın məbləği və vergi tutulmalı olan əmlakın növləri məsələsində fikir ayrılığı var.
Volfqanq Overat
Volfqanq Overat (alm. Wolfgang Overath‎) — alman futbolçu. Almaniya millisinin oyunçusu olub. FIFA dünya çempionatlarında 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.
OPEK
Neft İxrac Edən Ölkələr Birliyi və ya qısaca OPEC (ing. The Organization of the Petroleum Exporting Countries) — neft ixrac edən ölkələr tərəfindən neftin qiymətinin tənzimlənməsi məqsədilə yaradılan təşkilat. Bu təşkilatın üzvləri iqtisadiyyatı əsasən neftdən asılı olan dövlətlərdir. OPEC daim fəaliyyətdə olan qeyri-hökumət təşkilatı kimi 1960-cı il sentyabr ayının 10-14-də Bağdadda keçirilən konfransda yaradılıb. Əvvəlcə İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela (Venesuela təşkilatın yaranması təşəbbüsünə ilk dəfə 1949-cu ildə cəhd göstərib) təşkilata daxil olub. Bu 5 ölkəyə sonradan Qətər, (1961), İndoneziya (1962), Liviya (1962), Birləşmiş Ərəb Əmirlikləri (1967), Əlcəzair (1969), Nigeriya (1971), Ekvador (1973-1992), Qabon (1975-1994), Anqola (2007) qoşulub. Ekvador 1993-cü ildə ya təşkilatın üzvlük haqqını ödəyə bilmədiyindən, ya da təşkilatın qərara aldığı miqdardan daha çox neft istehsal etmək istədiyindən təşkilatdan çıxıb. 2007-ci ildə isə İndoneziya təşkilatı tərk edib. Təşkilatın qərargahı 1965-ci ildən Vyanada yerləşir. Hazırda OPEC-in 12 üzvü var.
Opet
Opet — türk neft şirkəti kommersiya və sənaye yanacaqları, mineral yağlar, pərakəndə satış, anbar və beynəlxalq satışlarla məşğuldur. Opet Petroleum-un kökləri Öztürk ailəsinin qurduğu yanacaq paylama şirkəti Öztürk Petrol-dan qaynaqlanır. 2002-ci ilin sonunda Koç Holdinq Enerji Qrupu ilə ortaqlıqda 50% paya sahib olan Opet, yarandığı gündən əsas diqqətini infrastruktur investisiyalarına yönəldib. 2010-cu ildə şirkətin anbar tutumu 1 076 318 kubmetrə çatıb. Opet Türkiyəyə 98 oktan qurğuşunsuz yanacaq gətirən ilk şirkətdir və Avropa bazarına çıxmazdan əvvəl Ultra Euro dizelini türk istehlakçısına təqdim etdi. Türkiyənin ikinci ən böyük yanacaq mazut paylama şirkəti olan Opet, SUNPET brendi də daxil olmaqla, ölkə daxilində 1500-dən çox yanacaqdoldurma məntəqəsinə malikdir. 2015-ci ildən etibarən Opet 10 il ardıcıl olaraq "Müştəri Məmnuniyyətində Ən Yaxşı" mükafatını almışdır.
Faust (opera)
"Faust" ya "Marqarita" (fr. Faust) — fransız bəstəkarı Şarl Fransua Qunonun 4 pərdəli opera əsəri. Operanın librettosu Jül Barbye, Mişel Karre tərəfindən Yohann Volfqanq Götenin "Faust" dram poemasının birinci hissəsinin süjeti əsasında yazılmışdır. "Faust" operasının premyerası Parisin “Teatr lirik” səhnəsində 19 mart 1859-cu ildə oynanılmışdır. == Yaranma tarixi == Götenin “Faust” dram-poemasının süjeti əsasında Qunonun opera yazmaq fikiri hələ 1839-cu ildə olmuşdur. Lakin həyata keçirmək 17 il sonra mümkün olmuşdur. Librettonu yazmaq üçün Jül Barbye, Mişel Karre böyük həvəslə razılıq verirlər. Bəstə üzərində iş bitər-bitməz Parisin teatrlarında melodram Faust peyda olur. Sifarişçi rəqabətdən ehtiyatlanaraq operanı tamaşaya qoymaqdan imtina edərək Qunoya yeni bir opera yazmağı təklif edir. Bundan ruhdan düşməyən Şarl Quno operanın üzərində axıra qədər işləyərək bitirir və 19 mart 1859-cu ildə Parisdə səhnəyə qoymağa müfəssəl olur.
Firuzə (opera)
Firuzə — Üzeyir bəy Hacıbəyovun yarımçıq qalmış operası. == Tarixçə == 1945-ci ildə yaradılırdı. Librettosu Ü. Hacıbəyov tərəfindən xalq rəvayətləri əsasında yazılmışdır. İlkin adı "Şəhrəbanu" idi. Bəstələnmiş musiqi parçaları arasında Firuzənin ariyası xüsusilə diqqətəlayiqdir. Onun musiqisi həzinliyi, şairanəliyi ilə fərqlənir. Bu ariya melodiyasının ifadəliliyi və oxunaqlığına görə bəstəkarın yazdığı ən gözəl opera ariyalarından biridir. Operanın librettosu Hacıbəyovun "Seçilmiş əsərləri"nin I cildində (B., 1964) çap olunmuşdur. Firuzənin ariyası Moskvada (Y. Fidlerin tərcüməsi ilə — 1949; P. Pançenkonun tərcüməsi ilə — 1956) və Bakıda (Ü. Hacıbəyov. "Seçilmiş ariyalar, romanslar və mahnılar" toplusu.
Karmen (opera)
Karmen (fr. Carmen) — fransız bəstəkarı Jorj Bizenin Lüdovik Halevi və Anri Melyakın librettosuna bəstələdiyi 4 pərdəli faciə janrında opera. Operanın librettosunun süjeti Prosper Merimenin eyniadlı novellasından götürülmüşdür. Opera 1874 cü ildə yazılmışdır. Onun primyerası 3 mart 1875 ci ildə Parisdə, “Opera-Komik”də baş tutmuşdur. Lakin opera tam iflasa uğrayır. O dövr üçün müasir sayılan parislilər opera səhnəsindəki çılpaq reallıqları həzm edə bilmir. Paris qəzetləri operanı tənqid atəşinə tutmaqda bir- biri ilə elə bir bəhsə girmişdilər. == Personajlar == == I Pərdə == Sevilya, siqar fabrikinin yanında suvari eskadronu düşərgə salır. Əsgərlər fabrikdə çalışan gözəl qızlarla əylənirlər.
Kodayu (opera)
Kodayu — Azərbaycan bəstəkarı Fərhəng Hüseynovun yapon dilində yazdığı opera. Yapon musiqi tarixində ilk yapondilli operadır. Librettonun müəllifi opera müğənnisi Eyko Aokidir. Rusiya–Yaponiya münasibətlərinə həsr olunmuş opera XVIII əsrdə Rusiyada yaşamış yapon dənizçi Daykokuya Kodayunun həyatı əsasında yazılmışdır == Tarixi == 1991-ci ildə Fərhəng Hüseynov bəstəkar kimi Yaponiyada keçirilən "İpək yolu" yarışmasına qatılmış və "Zamanda səyahət" əsərinə görə birinci yeri qazanmışdır. Bundan sonra XVIII əsr yapon dənizçi qəhrəman Daykokuya Kodayu haqqında opera yazmaq təklifini almışdır. Təklif 1990-cı ildə operanın librettosunu yazmış Eyko Aokidən gəlmişdir. Belə ki, o, Rusiya ilə dostluq münasibətlərinin qurulması üçün çalışırdı. Aoki Fərhəng Hüseynova müraciət edərək operanın musiqisinin hamı üçün anlaşıqlı, eyni zamanda orijinal olmasını istəmişdir. Operanın premyerası 1993-cü ilin sentyabrın 7-sində Tokioda yerləşən "Orchard Hall" konsert şəklində baş tutmuşdur. Operanın Rusiyada premyerası 2018-ci ildə Rusiya–Yaponiya qarşılıqlı mədəniyyət ili çərçivəsində baş tutmuşdur.
Koroğlu (opera)
"Koroğlu" — Azərbaycanın böyük bəstəkarı Üzeyir bəy tərəfındən bəstələnmiş beş pərdəlik operadır. Əsərin librettosu Heydər İsmayılov və Məmməd Səid Ordubadi tərəfindən yazılmışdır. Azərbaycanın əfsanələrindən biri olan Koroğlu dastanı, çox məşhurdur. Bu opera Hacıbəyovun yaradıcılığının zirvəsini təşkil edir. Azərbaycan opera sənətinin incilərindən sayılan bu operada Üzeyir bəy ilk dəfə olaraq klassik opera formasına riayət edərək bitkin ariyalar, kütləvi xor səhnələri, müxtəlif ansambllar, balet nömrələri, reçitativlər yaratmışdır. "Koroğlu" operası ilk dəfə 1937-ci il aprelin 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tamaşaya qoyulub. == Tarixçə == Bəstəkarın yaradıcılığında kulminasiya mərhələsi olan "Koroğlu" dünya klassik operaları sırasında parlaq nümunələrdən biridir. 5 pərdəli bu operanın libretto müəllifləri H. İsmayılov və M.S. Ordubadidir. Librettonun yaradılmasında Hacıbəyov fəal iştirak etmişdir. Üzeyir Hacıbəyov opera üzərində 1932–1936-cı illərdə işləmiş, ilk tamaşa 1937-ci il aprelin 30-da AOBT-nda olmuşdur.
Metropoliten-opera
Metropoliten-opera (ing. Metropolitan Opera) — Nyu Yorkda, Linkoln mərkəzində yerləşən musiqili teatr. Opera teatrı qısaca olaraq "Met" (ing. Met) adlandırırlar. "Met" görkəmli dünya opera sənələrindən sayılır. 1974 cü ildən teatrın bədii rəhbəri və baş dirijoru Ceyms Livayn olmuşdur. 2013 cü ildən səhətti ilə əlaqədar onu dirijor Fabio Luisi əvəz edir. Opera "Metropoliten opera haus kompani" səhmdar cəmiyyətinə məxsusdur. Varlı firma və şəxslərin subsidiyaları hesabına maliyələnir. Teatr ilin yeddi ayını: sentyabrdan aprelə qədər öz qapılarını tamaşaçıların üzünə açır.
Məzhəkəçilər (opera)
Palyaçolar (it. Pagliacci) — şəxsi libretto əsasında italyan bəstəkarı Rucero Leonkavallo tərəfindən bəstələnmiş, iki pərdəli proloqlu opera. İlk premyerası 22 may, 1892 ci ildə Milanda oynanılmışdır. Operanın “Recitar/Vesti la giubba” (“Çıxış vaxtıdır/qiyafətləri geyinmək vaxtıdır”) ariyası opera aləmində çox məşhurdur. Bəstəkar dediyi kimi uşaqlıq təsuratları əsasında bu operanı Pyetro Maskanyinin məzmunca nisbətən oxşar “Kənd saatı” operasından həvəslənərək yazmışdır. Digər bir fikirə görə operanın süjeti 1887 ci ildə Parisdə görmüş olduğu Katyulya Mendesin pyesi əsasında oynalınan tamaşadan götürülmüşdür. Əhvalat İtaliyanın cənubunda, 1865-1870 ci illərdə Montalto kəndində “Müqəddəs Məryəmin göylərə çəkilməsi” günü (15 avqust) baş verir. Qəflətən orkestrin çıxışının ortasında komediyanın personajı kloun rolunu oynayan Tanino bağlı pərdə önünə çıxaraq tamaşaçılara müraciət edərək operanın yaranma tarixçəsindən danışaraq, müəllifin məqsədinin həyatın özünü göstərmək olmuş olduğunu ərz edir. Kəndə hoqqabaz artistlər təşrif buyururlar. Kəndlilər onları sevinclə qarşılayırlar.
Nabukko (opera)
Nabukko (it. Nabucco) — Cüzeppe Verdinin Temistokle Soleranın librettosu əsasında yazmış olduğu 4 pərdəli opera. Librettosu Bibliya hekayəsi əsnasında yazılmışdır. Əsərin ilk premyerası 9 mart, 1842-ci ildə Milanda, La Skala səhnəsində oynanılmışdır. Verdinin sayca III operası olan Nabukko ona böyük şöhrət qazandırmışdır. Operada yəhudi xalqının əzabkeşliyindən, onların babillilərin əsiri olmasından, sonra isə Babil hökmdarı Nabuxodonosorom tərəfindən vətənlərinə dönmələrinə izin verilməsindən danışılır. Verdi özü qeyd edirdi ki, məhz bu opera ilə o, əsil yaradıcılığa başlamışdır. Bu opera doğrudan da tamaşaçı kütləsi tərəfindən böyük maraq və heyranlıqla qarşılanmışdır. Bir sıra tənqidçilər buna baxmayaraq opera haqqında mənfi rəylərlə çıxış edirdilər. Alman bəstəkarı Nikolay Otto librettonu alan ilk bəstəkar olsa da onun süjetini anlamır və opera yazmaqdan imtina edir.
Natəvan (opera)
Natəvan — Bəstəkar Vasif Adıgözəlovun üçpərdəli operası. Libretto müəllifi naşir, bir sıra kitabların müəllifi və tərtibçisi Nazim İbrahimov, şeir mətnlərinin müəllifi isə Rüzgar Əfəndiyevadır.
Nizami (opera)
Nizami operası — 1939-cu ildə bəstəkar Əfrasiyab Bədəlbəyli tərəfindən yazılmış, şair Nizami Gəncəvinin həyatından bəhs edən tarixi opera. Operanın musiqisi və librettosu Məmməd Səid Ordubadinin "Qılınc və qələm" romanının süjet və motivləri əsasında Əfrasiyab Bədəlbəyli tərəfindən qələmə alınmışdır. Operanın premyerası 12 dekabr 1948-ci il tarixində Azərbaycan Dövlət Opera və Balet Teatrında baş tutmuşdur. Əsər 5 pərdə və 6 şəkildən ibarətdir. Operanın çoxpərdəli olması, iştirakçıların və xor ilə kütləvi səhnələrin çoxluğu, sarayda təmtəraqlı səhnələr bir qədər Avropanın opera janrını xatırladan xüsusiyyətlərdir. Əsərdə şəhərin taleyi ilə maraqlanan, Nizami Gəncəvi və mənəviyyatca ona yaxın adamlar öz xeyrini güdənlərə və hakimiyyət hərislərinə qarşı mübarizə aparırlar. Şair nəcib, öz xalqını, doğulduğu şəhəri sevən bir şəxs kimi təqdim olunmuşdur. Əfrasiyab Bədəlbəyli operada xor səhnələrinə geniş yer verib, bu istiqamətin rolu önplana çəkilib. "Nizami" operası Azərbaycanda opera sənətininin inkişafını irəliyə aparan əsərlərdən biri olmuşdur. Əsər mütəxəssislər tərəfindən Azərbaycanda bu istiqamətin tematik janr diapazonu, məzmun yeniliyi baxımından müsbət bir təcrübə kimi dəyərləndirilir.
Nərgiz (opera)
Nərgiz — Bəstəkar Müslüm Maqomayevin Hüseyn Cavidin "Çobanlar" radiopyesinin süjeti əsasında yazdığı opera. Bəstəkar əsəri 1935-ci ildə yazsa da, ağır xəstəliyə görə operanın üzərində işləri başa çatdıra bilmədi. 1937-ci ildə müəllif vəfat etdi və əsər üzərində işlər tanınmış sovet bəstəkarı R. M. Qliyerə tapşırılır. Libretto müəllifi Məmməd Səid Ordubadidir. Bu, Azərbaycan musiqisində Avropa stilində yazılmış ilk opera idi. "Nərgiz" operasının premyerası 1935-ci ilin dekabrın 24-də oldu. Quruluşçu rejissor A. Tuqanov, dirijor bəstəkarın özü idi. Əsas rolların ifaçıları: A. Terequlova (Nərgiz), H. Hacıbabayev (Əliyar), Y. Rzayev (Cəfər), M. Bağırov (Ağalar bəy), B. Mustafayev (Həsən kişi), H. Hüseynov (Bədəl), Ə. Zülalov (Molla Mütəllim). Əsərdə insanların əməyə, zəhmətə münasibəti və ülvi-saf məhəbbət hissi tərənnüm olunur. L. Şirinova — Azərbaycanın görkəmli şəxsiyyətləri.
Opera (brauzer)
Opera — Opera tərəfindən yaradılmış veb brauzer. Opera Blink mühərrikini istifadə edən Chromium brauzerdir. Opera GX — brauzerin oyunçular üçün hazırlanmış versiyasıdır.
Opera (şirkət)
Opera Software — 30 avqust 1995-ci ildə təsis edilmiş və Opera veb brauzerini inkişaf etdirən Norveç şirkətidir. Firmanın tam adı Opera Software ASA-dır. ASA adı Allmennaksjeselskap-dan gəlir. Şirkətin Opera Brauzeri, Opera Neon, Opera GX, Vivaldi, My Opera, Opera Mail və s. məhsulları var. 1995-ci ildə Norveçin Oslo şəhərində yaranıb.
Opera Mini
Opera Mini — mobil qurğular (mobil telefonlar, smartfonlar, fərdi planşetlər) üçün məşhur brauzerdir, Opera Mobile-nin sadələşdirilmiş versiyası. J2ME (həmçinin Symbian, Android, iOS, Bada, Windows Mobile və MeeGo üçün istifadə edilir) əsasında yaradılmışdır, 2005-ci ilin sonunda yaradılmışdır. Opera Software şirkətinin proksi-serveri vasitəsilə işləyir. Brauzer pulsuzdur.2012-ci ilin oktyabr ayına əsasən Opera Mobile və Opera Mini-də 215 milyondan çox istifadəçi qeydə alınmışdır, onlardan — təxminən 193 milyonu Opera Mini-nin istifadəçisi idi.
Opera Mobile
Opera dağı
Opera dağı. (norv. Operafjellet) — Şpitsbergen arxipelaqında (Norveç), Qərbi Şpitsbergen adasında yerləşən zirvə. Zirvənin hündürlüyü 951 metrə çatır. Opeta dağı Andvenfordun qərb sahilində yerləşir. 29 avqust 1996-cu ildə «Vnukov hava yolları» şirkətinə məxsus Tu-154M təyyarəsi hava limanından 3,7 km aralıda Opera dağına çılpılaraq qəzaya uğramışdır. Nəticədə ekipaj üzvü daxil olmaqla 141 nəfər həlak olmuşdur. Bu Norveç tarixində itki sayına görə ən böyük avia qəza olaraq düşmüşdür.