Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Olenok
Olenok (saxa Өлөөн) — Rusiya ərazisində Şərqi Sibirdən axan çay. Krasnoyarsk diyarı ərazisindən axaraq Yakutiya ərazisində dənizə tökülür. Rusiyanın ən uzun çaylarından biridir. Cəmi 92 km məsafədə naviqasiya mümkündür == Coğrafiyası == Çay Orta Sibir öndağlığı ilə Şimali Sibir çökəkliyi ilə axır. Laptevlər dənizinə daxil olan Olenok körfəzinə tökülür. Dənizə töküldüyü yerdə sahəsi 475 km² olan delta əmələ gətirir. Çayın uzunluğu 2292 km, hövzəsinin sahəsi 219 min. km² təşkil edir. Çayın deltasında bir qrup adalar vardır: Canqılax, Kuqun-Arıta, Ulaxan Arı (iri adalar), Bılıktax-Arıta, Oççuquy-Arı, Oqonner-Arıta, Ot-Arı, Bolder-Arıta, Syuqyulder-Arlta, Olete-Arıta, Okuollax-Arıta, Kersyose-Arıta, Xobuox-Arıta, Kasyan-Arıta, Şved-Mayaktax-Arıta, Eppet-Belkey, Kyiryor-Arı, Tonqolox-Belkee, Xastax-Arı, Tiqyan-Arı, Xaxıs-Belkee, Borid-Arıta, İsay-Belkee (kiçik adaları). Çayın dənizə töküldüyü yerdə Şaxtalax-Arı adası yerləşir.
Olenok körfəzi
Olenok körfəzi — Laptevlər dənizində yerləşən körfəz. Körfəzin uzunluğu 65 km, eni isə 130 km-dir. Ən dərin yeri 15 metrdir. Lena deltasından qərbdə yerləşir. İlin böyük qismi buzla örtülüdür. Avqust-sentyabr ayları buzdan azad olur. Körfəzin suyu az duzludur. Bu səbəbdən burada şirin su balıqlarını görmək olar. Körfəzə Olenok çayı tökülür. Şərq sahillərini Lena deltası şəkilləndirir.
Olenok ulusu
Olenok ulusu (saxa Өлөөн улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Olenok kəndidir. == Coğrafiyası == Ulusun sahəsi 318.0 min km²-dir. Saxanın ən böyük ulusudur. Sahəsi Saxa Respublikasındakı ən kiçik olan Meqino-Xanqalas ulusundan 27 dəfə daha böyükdür. Ulus şimaldan Anabar ulusu, şimal-şərqdən Bulun ulusu, şərqdən Jıqan, Vilyoy ulusu, Yuxarı Vilyoy ulusu, cənub-şərqdən Nyurba ulusu, cənubdan Mirnı ulusu ilə həmsərhəddir. Həmçinin Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ilə həmsərhədə malikdir. Respublikanın şimal-qərbində, Arktika Dairəsindən kənarda, Olenok və Anabar çaylarının hövzələrində yerləşir. Yakutskdan rayon mərkəzinə getmək üçün min kilometrdən çox yol qət etmək lazımdır. Avtomobil yolu ilə 2026 km, su ilə 3989 km.
OpenAI
OpenAI süni intellekt araşdırma şirkətidir. Şirkətin əsas məqsədi insanlar üçün faydalı olacaq süni intellekt haqqında araşdırmalar etməkdir. Qeyri-kommersiya şirkət olaraq qurulmuşdur, amma 2019-cu ildə Microsoft-dan investisiya aldıqdan sonra mənfəət güdən şirkətə çevrilmişdir. == Tarixi == 2015-ci ilin oktyabr ayında Mask, Altman və digər investorlar 1 milyard dollardan çox investisiya toplayaraq təşkilatı yaratmışdırlar. Şirkət 27 aprel 2016-cı ildə "OpenAI Gym" adlı açıq mənbəli beta versiyasını yayımladı. 2017-ci ildən bəri ancaq Python vasitəsi ilə istifadə oluna bilir.2018-ci ildən şirkətin ofisi San-Fransiskoda Maskın digər şirkəti Neuralink ilə eyni iş ofisindədir.
OpenMP
OpenMP - proqram paralelləşdirilməsi üçün açıq standarddır. Solaris, IBM AIX, HP-UX, GNU/LINUX, MAC OS X və Windows əməliyyat sistemlərində dəstəkləyir. Əsasən C, C++ və Fortran proqramlaşdırma dillərində ümumi yaddaşa malik çoxprosessorlu sistemlərdə çoxaxınlı proqramlaşdırma üçün istifadə edilir. Openmp qazanc məqsədi güdməyən, Openmp Archtecture Review Board (Openmp ARB) adlı beynəlxalq birlik tərəfindən idarə edilir. Openmp standart stolüstü kompüterlərdən tutmuş super kompüterlərə qədər paralel proqramlaşdırmanı inkişaf etdirmək üçün proqramçılara sadə və əlverişli interfeys verən ölçülə bilən və portativ bir model təklif edir. == Hazırlanması == OpenMP hazırlanmasına daxil olan şəxslərin əksəriyyəti proqram təminatı satıcıları AMD, IBM, Intel, Cray, HP, Fujitsu, Nvidia, NEC, Microsoft, Texas Intstruments, Oracle Corporation şirkətləri və kompüter təchizat qrupları əməkdaşlarıdır. Openmp ARB ilk interfeys proqramını Fortran 1.0 üçün Oktyabr 1997-ci ildə buraxdı. Növbəti il C/C++ üçün standartı buraxıldı. 2014-cü ilin iyul ayında ən yeni 4.0 versiyası buraxılıb.
Penol
Penol (fr. Penol) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kot-Sent-Andre kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38300. Kommunanın 1999-cu il üçün əhalisi 288 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 281 ilə 455 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 50 km cənub-şərqdə, Qrenobldan 50 km şimal-qərbdə yerləşir.
Katsumi Oenoki
Katsumi Oenoki (d. 3 aprel 1965) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 5 oyun keçirib.
Köpenik sarayı
Köpenik sarayı (alm. Schloss Köpenick‎) — Almaniyanın paytaxtı Berlin şəhərində, Köpenik rayonunda yerləşən barokko tərzində su sarayı. == Haqqında == Bu tikili Brandenburqun Hohenzollern seçiciləri tərəfindən saray kimi istifadə olunmuşdur. Saray Dame çayı üzərindəki bir adada yerləşmiş olub, ətrafı ingilis üslubundakı parkla əhatə olunmuşdur. Saray adını yerləşdiyi bölgədə — Köpenikdən alır. Saray 1558-ci ildə II Yoahim Hektor tərəfindən VI əsrdən qalma slavyan qalasının bünövrəsi üzərində ov köşkü kimi tikildi. İntibah memarlığı üslubunda olan saray Dame çayının bir adasında — dağılmış orta əsrlər qəsrinin ərazisində yerləşirdi. II Yoahim Hektor 1571-ci ildə burada vəfat etdi. 1631-ci ildə saray İsveç kralı Qostavus Adolfusun qərargahı kimi fəaliyyət göstərməyə başladı. Prussiya kralı I Frederik sarayı 1677-ci ildə genişlətdirməyə və bərpa etdirməyə başladı.
OPEK
Neft İxrac Edən Ölkələr Birliyi və ya qısaca OPEC (ing. The Organization of the Petroleum Exporting Countries) — neft ixrac edən ölkələr tərəfindən neftin qiymətinin tənzimlənməsi məqsədi ilə yaradılan təşkilat. Bu təşkilatın üzvləri iqtisadiyyatı əsasən neftdən asılı olan dövlətlərdir. == Haqqında == OPEC daim fəaliyyətdə olan qeyri-hökumət təşkilatı kimi 1960-cı il sentyabr ayının 10-14-də Bağdadda keçirilən konfransda yaradılıb. Əvvəlcə İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela (Venesuela təşkilatın yaranması təşəbbüsünə ilk dəfə 1949-cu ildə cəhd göstərib) təşkilata daxil olub. Bu 5 ölkəyə sonradan Qətər, (1961), İndoneziya (1962), Liviya (1962), Birləşmiş Ərəb Əmirlikləri (1967), Əlcəzair (1969), Nigeriya (1971), Ekvador (1973-1992), Qabon (1975-1994), Anqola (2007) qoşulub. Ekvador 1993-cü ildə ya təşkilatın üzvlük haqqını ödəyə bilmədiyindən, ya da təşkilatın qərara aldığı miqdardan daha çox neft istehsal etmək istədiyindən təşkilatdan çıxıb. 2007-ci ildə isə İndoneziya təşkilatı tərk edib. Təşkilatın qərargahı 1965-ci ildən Vyanada yerləşir. Hazırda OPEC-in 12 üzvü var.
Artin Penik
Artin Penik (1921, Konstantinopol, Osmanlı imperiyası – 15 avqust 1982, İstanbul) - Erməni əsilli türk vətəndaşı. Artin Penik həyatının 20 ilini Türkiyədən kənarda yaşamışdır. Uzun müddət ABŞ-də yaşayan Artin Penik sonralar Türkiyə qayıtmışdır. Əsənboğa hava limanında terror aktının törədilməsindən sonra, ASALA terror təşkilatına etiraz olaraq, Artin Penik 1982-ci il, 15 avqust tarixində İstanbul şəhərinin Taksim meydanında üzərinə benzin tökərək, özünü yandırmışdır. Dərhal xəstəxanaya çatdırılmış və 2 saat müddətində üzərində ağır cərrahi əməliyyat aparılmışdır. Bədənin böyük bir qisminin yanması, səbəbindən Artin Penik -1 dərəcəlik otaqda saxlanılmışdır. Həkimlərin bütün cəhtlərinə baxmayaraq, Artin Penik xəstəxanaya gətirildikdən 5 gün sonra vəfat etmişdir. Artin Penik vəfat etməsindən iki gün əvvəl Türkiyə dövlət televiziyasına müsahibə vermişdir. Müsahibədə, özünü yandırdığına görə peşman olmadığını və bu addımı heç kimin təsirinə düşmədən atdığını bildirmişdir. == İstinadlar == == Xarici keçidlər == Artin Penikin ilk və son müsahibəsi (VIMEO) Artin Penikin müsahibəsiı (Youtube) Hüriyyət qəzetində Artin Penik haqqında xəbər və onun özünü yandırmazdan əvvəl yazdığı məktubu.
Penon de Əlcəzair
Penon de Əlcəzair (isp. Peñón de Argel) — Aralıq dənizinin Əlcəzair şəhəri sahilinə yaxın ərazidə yerləşən ada. Orta əsrlərdə ada qumlu dillə sahilə birləşirdi. == Tarix == 1510-cu ildə İspaniya imperiyası Afrikanın şimalında möhkəmlənmək məqsədi ilə Əlcəzairin yaxınlığında olan adanı işğal edir. Adanın məhdud imkanlarına baxmayaraq ispanlar burada istehkam inşa edə bilirlər. Adada yerləşən qarnizon 200 nəfərdən ibarət idi. Yerli sultan İspaniya imperiyasının vassallığını qəbul edir və kral II Ferdinanda and edir. Qala 1516-cı ildə Oruc Barbarossanın hücumuna məruz qalsa da ələ keçirilmir. 1529-ci ildə isə Xeyrəddin Barbarossa Əlcəzair müharibəsi əsnasında qalanı ələ keçirir. Onun əmri ilə qala ispanların regiondakı mövcudluğunun simbolu olaraq tamamən dağıdılır.
Albrext Penk
Albert Penk (25 sentyabr 1858[…], Roydnits[d] – 7 mart 1945[…], Praqa) — alman geoloqu, coğrafiyaçısı, okeanoloqu, Valter Penkin atasıdır. == Tərcümeyi-halı == Albert Penk — biznesmen Emil Penkin (1829–1880) və arvadı Elizabet Penkin (1833–1896) oğludur. 1885–1906-cı illərdə Penk Ven universitetini, 1906–1927-ci illərdə Berlin universitetini professor çalışıb. 1886-cı ildə Penk İde Qanqxoferlə (1863–1944) ailə həyatı qurub. bacısı Lüdviqa Qanqxofera məşhur bavariya yazıçısıdır. Onların oğlu Valter Penk məşhur coğrafiyaçı və geomorfoloqdur. Ferdinand fon Rixthofenanın ölmündən sonra 1906–1927-ci illərdə albert Coğrafiya institutunun direktoru oldu.1906-cı ildə İsveç Krallığının akademiyasının üzvü olur. 1918-ci ilə kimi okeanaqrafiya muzeyinin rəhbəri olur. Penk okeanologiya və iqlimşünaslığı öyrənir. O, 1945-ci ilin mart ayının 7-də Praqada ölür.
Open Directory Project
Open Directory Project, ODP və ya Açıq Kataloq (ODP), həmçinin öz domen adı ilə – "dmoz" (dmoz.org) kimi tanınır və bu domen adı, onun ilk və indi də işlək olan directory.mozilla.org domen adının qısaldılmış formasıdır. Açıq Kataloq dünyanın müxtəlif yerlərindəki könüllü redaktorlar tərəfindən onlayn idarə edilən, çoxdilli, beynəlxalq bir saytlar kataloqudur. == Tarixi == Açıq Kataloq Riçard Skrentoy və Bob Truel tərəfindən yaradılmış və 5 iyun 1998 -ci il tarixdə rəsmən, fəaliyyətə başlamışdır. İlk mərhələdə bu layihə GnuHoo, NewHoo, yaxud ZURL kimi tanınırdı. Kataloqun 1998 il noyabr ayının 17-si Netscape korporasiyası tərəfindən 40 050 000 dollar müqabilində satın alınması (əslində alqı-satqı oktyabr ayında artıq baş tutmuşdu) haqqında elandan sonra adı dəyişdirildi və indiki adını aldı. == Ümumi məlumat == Dmoz onlarla internet kataloqun, o cümlədən Alexa Internet kataloqunun və Google axtarış sisteminin əsas bazasıdır. Amma Alexa Internet kataloqu ən yaxşı halda bir neçə gündən bir yenilənirsə, Dmoz – Açıq Kataloq, hər saniyə yenilənir və hər gün bura ictimai redaktorlar yüzlərlə yeni sayt daxil edirlər və xaric edirlər. 29 dekabr 2010-cu il tarixdə Dmoz – Açıq Kataloq, 4 778 462 saytdan ibarət idi. Redaktorlar könüllülük prinsipi ilə işləyirlər. Açıq Kataloqun məsələn, Abşeron rayonu kateqoriyasının redaktoru olmaq üçün, sadəcə, həmin kateqoriya səhifəsindəki "Açıq Kataloq Proyektində Redaktor ol" düyməsini basmaq, tələb olunan "Açıq Kataloq Proyektinə Redaktor Aplikasiyası"nı doldurmaq və redaktorluğa qəbul-edilib edilməyəcəyin barədə cavabı gözləmək lazımdır.
Open Encyclopedia Project
Open Encyclopedia Project (OЕP, Açıq Ensiklopediya (OEP), Open-Site kimi də məlumdur) — 2002-ci ildə İnternetdə Michael J. Flickinger tərəfindən yaradılmış, könüllülər tərəfindən redaktə olunan kateqoriyalaşdırılmış sərbəst açıq ensiklopediya layihəsi. == Vikipediyadan Open-Site-ə istinad == Vikipediyada Open-Site-yə istinad göstərmək üçün xüsusi {{Open-Site}} şablonu mövcuddur.
Open Handset Alliance
Open Handset Alliance — mobil cihazlara açıq standartlar yaratmaq üçün qurulmuş və 84 şirkətin üzv olduğu Konsorsium. Üzvlər arasında HTC,Sony,Dell,Intel,Motorola,Qualcomm,Texas Instruments,Google,Samsung Electronics,LG Electronics,T-Mobile,Sprint Corporation,Nvidia və digər şirkətlər var. OHA 5 noyabr 2007-ci ildə Google və aralarında mobil telefon istehsalçıları,proqram təminatı istehsalçıları,bəzi mobil operatorlar və çip istehsalçılarının da olduğu 34 üzvün rəhbərliyi ilə yaradıldı. Alyansın aparıcı proqram təminatı Android(ilk olaraq Google tərəfindən 2007-ci ildə yaradılıb) açıq qaynaq lisenziyasına əsaslanır və Apple, Microsoft, Nokia (Symbian), HP , Samsung Electronics / Intel (Tizen, Bada), BlackBerry şirkətlərinin mobil platformalarına qarşı rəqabət aparır. Vahid Android platformasının yayılması səyləri çərçivəsində OHA üzvlərinə müqavilə əsasında Androidin uyğun olmayan forklarına əsaslanan cihazlar istehsal etmək qadağan edilib. == Məhsullar == 2007-ci il Noyabrın 5-də Open Handset Alliance formalaşdırılmasının elan edilməsi ilə yanaşı, OHA həm də Androidi - Linux nüvəsinə əsaslanan açıq qaynaqlı mobil telefon platformasını təqdim etdi. Proqram təminatı istehsalçıları üçün ilk SDK 12 Noyabr 2007-ci ildə təqdim edildi. Androidlə işləyən ilk kommersiya məqsədli telefon HTC Dream(digər adı ilə T-Mobile G1) olmuşdur. O 18 Avqust 2008-ci ildə Federal əlaqə komissiyası(FCC) tərəfindən təsdiqləndikdən sonra, həmin ilin 22 Oktyabr tarixində satışa çıxarılmışdır.
Wacken Open Air
Wacken Open Air (W:O:A), Şimali Almaniyadakı Şlezviq-Holşteyn əyalətinin Wacken adlı kiçik bir qəsəbəsində açıq havada təşkil edilən ənənəvi heavy metal musiqi festivalıdır. 2011-ci ildə 80.000 metal sevər olmaq üzrə cəmdə 86.000 iştirakçının qatıldığı festival; dünyanın dörd bir yanından Blək metal, Det metal, Pauer metal, Treş metal, Qotik metal, Folk metal və hətta Metalkor ilə Hard rokpərəstişkarlarını özünə çəkir. 1990-ci ildə yerli alman qruplar tərəfindən təşkil edilən təşkilat, 1998-ci ildə Avropa metal musiqi təqvimində əhəmiyyətli bir yerə gələrək; Avropa, Şimali Amerika və Avstraliyadan 70-dən çox qrupa ev sahibliyi etdi. Avqust ayının əvvəlində başlayan festival cəmi üç gün davam edir. Bu zaman ərzində musiqi həvəskarları, festival sahəsinin ətrafında geniş çadır düşərgə qurarlar. === 1990 === Wacken Open Air 1990, festivalın quruluşu, 24 avqust cümə və 25 avqust şənbə tarixlərində təşkil edildi. === 1991 === Wacken Open Air 1991, 23 avqust cümə və 24 avqust şənbə günləri təşkil edildi. === 1992 === Wacken Open Air 1992, 21 avqust cümə və 22 avqust şənbə günləri təşkil edildi. === 1993 === Wacken Open Air 1993, 20 avqust cümə günündən 22 avqust bazar gününədək təşkil edilən festivalın afişalarında Doro və Fates Warning yer aldı. === 1994 === Wacken Open Air 1994, 19 avqust cümə və 20 avqust şənbə günləri təşkil edilən festivalın afişalarında Paul Di'Anno's Killers yer aldı.
Penon-de-Veles-de-la-Qomera
Penon-de-Veles-de-la-Qomera (isp. Peñón de Vélez de la Gomera) — Keçmişdə ada olmuş kiçik bir yarımada. Yarımada Mərakeşin Afrika sahillərində yerləşməsinə baxmayaraq İspaniyaın suveren ərazisidir. Yarımadanı Mərakeş öz ərazisi hesab edir. Melilyadan 126 km qərbdə, Seutadan isə 117 km cənub-şərqdə yerləşir. Penon-de-Veles-de-la-Qomerada İspaniyanın 60 hərbiçisi yaşayır, burada mülki əhali yoxdur. == Coğrafiya == Penonun qumlu dillə birlilkdə eni 400 metr, eni isə 100 metr təşkil edir. Sahəsi 0,019 km²-dir. Yarımada hündürlük 87 metrdir. Burada qala kompleksi vardır.
Berkeley Open Infrastructure for Network Computing (BOINC)
BOINC (Berkeley Open Infrastructure for Network Computing - Berkli Universitetinin şəbəkə hesablamaları üçün açıq platforması) — paylanmış hesablamaların aparılması üçün açıq tipli (GNU LGPL licenziyası altında yayılır) proqram platformasıdır. BOINC sistemi SETI@home layihəsinin yaradıcısı Devid Andersonun rəhbərlik etdiyi komanda tərəfindən Kaliforniya (Berkli şəh. ABŞ) universitetində hazırlanıb. Bu sistemin yaradılmasına əsas səbəb radioteleskopdan gələn məlumatların emalı üçün kifayət qədər hesablama gücünün olmaması idi. Ona görə də, sistemi yaradanlar hesablama resurslarını və bir neçə elmi layihələrin cəmiyyətlərini birləşdirmək qərarına gəliblər. Qeyd olunan bu böyük məsələnin həlli üçün də BOINC program platforması yaradılıb. BOINC paylanmış hesablamaların aparılması üçün kliyent-server arxitekturasını istifadə edən bir sistemdir.