Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lesya Orobes
Lesya Yuriyevna Orobes (3 may 1982-ci il, Kiyev) — Ukrayna siyasətçisi, Ukrayna xalq deputatı, Batkivşina partiyasının üzvü.
CROBEX
CROBEX — Zaqreb fond birjasına əsaslanan Xorvatiyanln əsas fond indeksi. 2017-ci ildə indeksə 25 şirkət daxil idi. Hər bir elementin çəkisi onun kapitallaşdırılmasına əsasən müəyyən edilir, lakin 20%-dən çox ola bilməz. == Tarixi == İndeks 1 sentyabr 1997-ci ildən hesablanmağa başlandı, lakin 1000 bal baza dəyəri kimi birjanın 1 İyul 1997-ci ildə olan vəziyyəti qəbul olunub. 4500 baldan ibarət olan ən yüksək həddə 2007-ci ilin aprel ayında çatmışdır.
Kroket
Kroket (fr. croquer, dişləmək sözündən) — ət farşı və tərəvəzlərdən hazırlanan silindrik və ya dəyirmi formalı kulinariya yeməyi. Qızardılmış frityür (ərinmiş yağ) və ya suxarı da əlavə edilir. Suxaridən kartof püresi ilə birlikdə istifadə olunur. Kroket əsasən, Fransa mətbəxinə aid edilir. Delikates və sənayedə istehsal edilən fəstfud kimi dünya şöhrəti qazanmışdır.
Robert
Robert — dünyada çox işlədilən kişi adı. Robert Spreq — Frank Spreq və Harriet Spreqin oğlu Robert Boş — Alman ixtiraçı. Robert Bosch GmbH şirkətinin təsisçisi. Robert Bradtke — ABŞ diplomatı. ABŞ-nin Xorvatiyadakı səfiri Robert Ekhart — kinorejissor.
Orbit
Orbít (lat. orbita — yol, cığır) və ya Mədar — səma cisminin hərəkət trayektoriyası. Böyük obyektlərin qravitasiya təsiri altında orbit fərqli formalarda ola bilər (dairəvi, elliptik, hiperbolik, parabolik). Bundan əlavə bir neçə obyektin qravitasiya təsiri nəticəsində mürəkkəb formalı orbitləri də mövcuddur.
Robot
Robotlar (çex dilində "robota" yəni işləmək) — stasionar və ya hərəkətli şəkildə fəaliyyət göstərən maşınlar olub, verilmiş proqram əsasında müəyyən işləri yerinə yetirirlər. İllər keçdikcə robot sözünün mənası dəyişilmişdir. Robot sözü ilk dəfə olaraq Çexiya yazıçısı Yozef Karel Çapek tərəfindən yazılmış elmi fantastik əsərdə işlənmişdir. 1921-ci ildə Çapek "Rosum universal robotları" adlı teatr səhnəsində süni yetişdirilmiş, insana oxşar olan bir işçini təsvir edir. Bundan sonra "Robot" sözü müxtəlif avtomatlara da aid edilməyə başlayır. Bundan əlavə robot adlandırılan maşınların təyinatları arasında da böyük fərq mövcuddur. Məsələn, 1983-cü ildə Yaponiyada 47000 tətbiq olunmuş robot haqqında məlumat verilir. Bu robotların alman standartlarına görə isə heç 3000-i bu ada layiq deyildi. Ancaq ABŞ-nin Robot İnstitutunun işlədiyi standartlarla Almaniya standartı müəyyən dərəcədə oxşardılar. Robotların yaranma tarixi qədim zamanlara gedib çıxır.
Rəbət
Rəbət (fars. ربط‎‎)— İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanının Mərkəzi bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 7,987 nəfər və 1,607 ailədən ibarət idi.
Öryət
Öryət — Azərbaycan Respublikasının Şəki rayonunun Çeşməli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Şəki şəhər inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Oryat kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Kəndin adı XIII əsrdə məskunlaşmış monqol əsilli oyrat tayfasıyla bağlıdır. Kənddə XVIII əsrə aid tarixi abidələr və qoruq var. Kəndin əhalisi 4.000 nəfərdən çoxdur.
Karl Robert
Karl Robert və ya I Karl (mac. Károly Róbert, xorv. Karlo Robert, slovak. Karol Róbert, 1288, Neapol – 16 iyul 1342, Vişeqrad[d], Peşt medyesi) — 1308–1342-ci illərdə Macarıstan və Xorvatiyanın kralı, Anju sülaləsinin üzvü, macar kralı Karl Martelin tək oğlu. == Həyatı == Karl Robert Kral Martel və xanımı Avstriyalı Klemensin tək oğlu idi. O 1288-ci ildə anadan olmuşdur. Doğum yeri haqqında dəqiq məlumat yoxdur. Atasının 1295-ci ildə vaftından sonra 7 yaşlı Robert taxta oturur. == Hakimiyyəti == 1300-cü ildə Karl nüfuzlu xorvat lord Pol Şubiçin dəvəti ilə Macarıstan krallığına gəldi. O taxta çıxsa da Karlın başına müvəqqəti tac qoyuldu.
Orobus myrtifolius
Lathyrus palustris (lat. Lathyrus palustris) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güllücə cinsinə aid bitki növü. Lathyrus incurvus Rchb. Lathyrus macranthus (T.G.White) Rydb. Lathyrus myrtifolius Willd. Lathyrus myrtifolius var. macranthus T.G. White Lathyrus occidentalis Torr. & A.Gray Lathyrus paluster sensu auct. Lathyrus palustris var. linearifolius Ser.
Orogen dövr
Orogen dövr — Ştilleyə görə Yer qabığının anormal inkişaf dövrü. Bəzi tədqiqatçılara (Mossakovski, 1965) görə orogen dövr üç mərhələyə ayrılır: I-alt molasslar mərhələsi, II-dağəmələgəlmə mərhələsi, III-üst molasslar mərhələsi. Digər alimlər yer qabığının yaranması tarixində orogen və epeyrogen mərhələlərinin növbələşməsini mümkün saymırlar. Şatskiyə görə (1937), bu proseslər eyni vaxtda baş verir və bir-biri ilə sıx əlaqədə olur. Tipik orogen (qırışıqəmələgəlmə) hərəkətləri arasında tədrici keçid vardır. Orogen- (rus. ороген, ing. orogen) (yun. oros- dağ və genos — əmələ gəlmə , yaranma) geosinklinalın inkişafının son mərhələsində onun yerində / epigeosinklinal orogen/, yaxud platformanın yerində onun fəallaşması mərhələsində / epiplatforma orogen/ yaranmış dağ sistemi. Ilk dəfə " orogen" termini 1921-ci ildə Avstriya geoloqu L. Kober tərəfindən geosinklinalın qalxma hərəkətləri və dağların yaranması ilə səciyyələnən ikinci inkişaf mərhələsi üçün təklif edilmişdir.
Osman (Törömbət)
Osman (başq. Усман, rus. Усманово) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Türümbət kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 26 km, kənd sovetliyindən (Türümbət): 6 km. ən yaxın dəmiryol stansiyasından (Dövləkən stansiyası): 38 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100%) üstünlük təşkil edir.
Robert Adler
Robert Adler (4 dekabr 1913, Vyana – 15 fevral 2007, Boyse) — Amerikalı ixtiraçı idi və çoxsaylı patentlərə malikdir. Robert Adler 1913-cü ildə Vyanada anadan olmuşdur. Robert Adler 1937-ci ildə Vyana Universitetindən fizika fakültəsində təhsil almışdır. 1939-cu ildə ölkəni tərk etmişdi.O, əvvəlcə Belçikaya, daha sonra İngiltərədə yaşamış və buradan da Amerika Birləşmiş Ştatlarına köçmüşdür. Robert Adler Birləşmiş Ştatlara köçdükdən sonra 1941-ci ildə araşdırma şöbəsində Zenith Electronics-də işə başlamışdır. Yaşadığı müddətdə Adler 58 ABŞ patentinə layiq görülmüşdür. 29 iyun 1956-cı ildə avstriya əsilli amerikalı ixtiraçı Robert Adler televizor üçün ilk pultu yaratmışdır.[1] Zenith Space Commander adlanan bu pult mexaniki idi və kanalın və səsin dəyişdirilməsi üçün ultrasəsdən istifadə edirdi. Maraqlıdır ki, xanımının sözlərinə görə, Adler nadir hallarda televizora baxırdı, o mütaliə etməyi daha üstün tuturdu. Görkəmli ixtiraçı 180 patentin müəllifidir. Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar.
Robert Anker
Rengert Robert Anker (26 aprel 1946 – 20 yanvar 2017, Amsterdam) — Niderlandlı yazıçı. 1993-cü ildə yazdığı De terugkeer van kapitein Rob novellasına görə Anker Ferdinand Bordeviyk Mükafatına layiq görülmüşdür. 2002-ci ildə isə yazdığı Een soort Engeland əsərinə görə Libris Mükafatına layiq görülmüşdür.
Robert Aumann
Robert Aumann (ing. Israel Robert John Aumann) (d. 8 iyun 1930) — yəhudi iqtisadçı. 2005-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. İsrail və ABŞ-nin ikili vətəndaşlığına sahib olan Robert Aumann Almaniyada doğulmuşdur. Universitet təhsilini Nyu York Şəhər Kollecində riyaziyyat sahəsində başa çatdırdıqdan sonra, doktorluğunu 1955-ci ildə Massaçusets Texnologiya İnstitutunda tamamlamışdır. Oyunlar nəzəriyyəsinin modern iqtisadiyyatda önəmli bir rol almasında xidmətləri olmuşdur. 1956-cı ildə Qüds İvrit Universitetində dərs demişdir, həmçinin bu universitetin Rasionallıq mərkəzinin qurulmasında da iştirak etmişdir. 2005-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatını Tomas Şellinq ilə paylaşmışdır. Onlar oyunlar nəzəriyyəsi ilə iqtisadi həmkarlığa və rəqabət mövzusuna gətirdiləri açıqlamadan dolayı mükafata layiq görülmüşlər.
Robert Baland
Robert Balard (ing. Robert Duane Ballard) - ABŞ dəniz donanmasının istefada olan dənizçisi. 1985-ci ildə Atlantik okeanı 4.000 metr dərinliyində Titanik gəmisinin qalıqlarını aşkarlamışdır.
Robert Balard
Robert Balard (ing. Robert Duane Ballard) - ABŞ dəniz donanmasının istefada olan dənizçisi. 1985-ci ildə Atlantik okeanı 4.000 metr dərinliyində Titanik gəmisinin qalıqlarını aşkarlamışdır.
Robert Barani
Robert Barani (22 aprel 1876[…], Vyana – 8 aprel 1936[…], Uppsala[d]) - Qulaqdakı vestibulyar aparatın fiziologiya və patologiyası üzərində etdiyi işləri sayəsində 1914-ci ildə Fiziologiya və tibb üzrə Nobel mükafatını alan avstriyalı həkim. Barani Avstriyanın Vyana şəhərində anadan olmuşdur. Bir elm adamının qızı olan Maria Hok və bank səlahiyyətlisi və daşınmaz əmlak idarəçisi olan Macar Yəhudi İqnaz Baraninin altı uşağından ən böyüyü idi. 1900-ci ildə Vyana Universitetinin tibb fakültəsindən məzun oldu. Barani Vyanada bir həkim olaraq çalışarkən xəstələrinin baş dönməsini rahatlaşdırmaq üçün onların daxili qulaqlarının içinə maye yeridirdi. Yeridilən maye çox soyuq olduğundan xəstələrində başgicəllənmə və Nistagmus (istəksiz göz hərəkəti) baş verirdi. Mayeni qızdırdıqda isə xəstələrdə tərs istiqamətdə Nistagmus meydana gəldiyini gördü. Barani bu təcrübəsiylə endolinfanın sərin ikən batan və isti ikən yüksələn bir xüsusiyyəti olduğunu və beləcə endolinfanın axın istiqamətinin vestibulyar orqana proprioseptiv siqnalları təmin etməsini təyin etdi. Kaloridən reaksiya olaraq adlandırdığı bu təcrübə ilə müşahidələrinə davam etdi. Etdiyi müşahidələr və araşdırmalar nəticəsində vestibulyar orqan xəstəliklərinin cərrahi müalicəsini mümkün etdi.
Robert Barro
Robert Cozef Barro (ing. Robert Joseph Barro, 28 sentyabr 1944, Nyu-York, Nyu-York ştatı) — Klassik makroiqtisadiyyat üzrə ixtisaslaşmış amerikalı iqtisadçı, Pol Varburq, Harvard Universitetinin İqtisadiyyat professoru. 1965-ci ildə Kaliforniya Texnologiya İnstitutunda fizika bakalavr dərəcəsini, 1970-ci ildə Harvarddan iqtisad elmləri namizədi almışdır. RePEc layihəsi onu akademik araşdırmalarına əsasən 2011-ci ilin avqust ayına qədər müasir dünyada ən nüfuzlu dördüncü iqtisadçı kimi təyin etdi. Barro, Robert Lukas və Tomas Sercent ilə birlikdə yeni klassik makroiqtisadiyyatın qurucularından biri sayılır. Hal-hazırda Stenford Universitetinin Huver İnstitutunun baş elmi işçisidir. 1988-ci ildə Robert Barro özünün daxili inkişaf modelini — Barro modelini təklif etdi. 1993-cü ildə Robert Barro öz işində BARS əyrisinin müəllifidir — dövlət xərclərinin ÜDM-dəki payındakı artımın ÜDM artımının sürətlənməsindən asılılığı. 1995-ci ildə Xavyer Sala-i-Martin ilə birlikdə texnologiya diffuziya modeli inkişaf etdirdi. Barro R. J. Government Spending in a Simple Model of Endogenous Growth//NBER Working Paper No.
Robert Baterst
Robert Qay Baterst (22 fevral 1957, Akkra) — İngilis aktyor. Baterst 1957-ci ildə atasının idarəetmə məsləhətçisi olaraq çalışdığı yer olan ingilis müstəmləkəsi Akkra, Qold Koastda anadan olmuşdur. 1959-cu ildə ailəsi İrlandiyanın paytaxtı Dublinə köçmüş və Robert Killineydəki məktəbə getmiş və daha sonra Anglikan internat məktəbində təhsilini dəvam etdirmişdir.1966-cı ildə ailə İngiltərəyə köçdü və Baterst Sasseksdə Wort məktəbinə daxil oldu, burada həvəskar dramaturgiyalarını yazmağa başladı. 18 yaşında Pembrok Kolleci, Kembricdə hüquq oxudu və Kembric Futlayts qrupuna qatıldı. Məktəbi bitirdikdən sonra tam iş gününə başladı. O, professional səhnə debütünü 1983-cü ildə Savoyya teatrıda davam edən Maykl Freyin "Səslər kəsilir" tamaşasında Tim Algud rolunu oynayaraq etmişdir. Səhnədə işləmək barədə biliklərini genişləndirmək üçün Milli Teatrın üzvü oldu. 1980-ci illərdə səhnə rollarını "Qara Qaranlıq", "Çelmsford 123", "Lenni Henri Şov"dakı televiziya rolları ilə tamamladı. 1991-ci ildə Stiven Moffat tərəfindən yazılmış "Zarafatdan başqa" BBC sitkomunda Mark Teylor rolu ilə o günə qədərki televizor karyerasındakı ən böyük uğurunu qazanmışdı. Bu televiziya proqramı yalnız on üç bölüm dəvam etsə də (1991 və 1995-ci illər arasında), rol Baterstin bütün karyerasında ən çox sevdiyi rol olaraq qalır.
Robert Berd
Robert Berd — ABŞ Nümayəndələr Palatasında Şimali Virciniya ştatını təmsil edən demokrat senator Robert Berd Konqresdə davamlı fəaliyyətinə görə ABŞ tarixində rekorda imza atıb. O, qanunverici orqanda 57 il çalışıb. Robert Berd ilk dəfə 1952-ci ildə Nümayəndələr Palatasına seçilib. 28 iyun 2010-cu ildə 93 yaşında dünyasını dəyişib.
Robert Berns
Robert Berns (ş.german və ing. Robert Burns, şot.kelt Raibeart Burns; 1759–1796) — Böyük Britaniya şairi, folklorçusu. Robert Berns 15 yanvar 1759-cu ildə Şotlandiyada Allouey kəndində yoxsul kəndli ailəsində anadan olmuşdur. Berns öz yaradıcılığına təxminən 14–15 yaşlarından başlamışdır. Rəvayətə görə, Berns çox zaman öz şeirlərini tarlada iş vaxtında yazarmış. Berns şeir yazarkən Şotlandiya xalq yaradıcılığı ənənələrini, qədim xalq mahnılarındakı motivləri əsas götürürdü, bu isə onun şeirlərinin xalq arasında sürətlə yayılmasına səbəb olurdu. Bernsin şeirləri o qədər ahəngdar və xalq ruhuna yaxın idi ki, onlar çox asanlıqla mahnıya çevrilirdi. O, bir şeirində açıq yazmışdı ki, "mən Şotlandiya yoxsullarına fayda verməyə hazıram, mənim mahnılarım onlar üçündür". Şotlandiya kəndlilərinin zadəganlara və varlılara nifrətini, azadlığa məhəbbətini Berns məşhur "Namuslu yoxsulluq", "Azadlıq ağacı" şeirlərində ifadə etmişdir. Şairin yaratdığı əsərlər arasında onun mifik şeirləri xüsusi yer tutur.
Robert Blançflauer
Robert Dennis Blançflauer (ing. Robert Dennis Blanchflower; 10 fevral 1926 — 9 dekabr 1993), daha çox Denni Blançflauer kimi tanınır (ing. Danny Blanchflower) — Şimali İrlandiya futbolçusu. "Aston Villa" və "Tottnem hotsper" klublarında oynamışdır. 1958 və 1961-ci illərdə İngiltərənin ən güclü futbolçusu hesab edilmişdir. Şimali İrlandiya milli yığmasının tərkibində 56 oyun keçirmişdir. FİFA Dünya Kuboku 1958-in iştirakçısı olmuşdur.
Robert Blox
Robert Albert Blox (ing. Robert Albert Bloch, 5 aprel 1917[…], Çikaqo, İllinoys – 23 sentyabr 1994[…], Los-Anceles, ABŞ) - ABŞ yazıçısı. Uşaq vaxtlarından Lavkraftın yaradıcılığının pərəstişkarı olan yazıçı sonralar bir müddət onunla məktublaşmışdır. Alfred Hiçkok və Qas Van Sent tərəfindən ekranlaşdırılmış "Psixo" əsərinin müəllifidir. Lüdviq Prinnin yaradıcısıdır. Yüzlərlə hekayə və otuz romanın müəllifidir. Hyuqo, Brem Stoker və Beynəlxalq Fentezi mükafatlarının sahibidir. Blox Çikaqoda alman-yəhudi əsilli ailədə anadan olub. Atası Rafael Rey Blox (1884-1952) bank kassiri, anası Stella Leb (1880-1944) sosial işçi olub. Bloxun 5 yaşı olanda ailəsi Çikaqo ətrafında yerləşən Meyvuda köçür və 10 yaşına kimi orda yaşayırlar.
Robert Boyl
Robert Boyl (25 yanvar 1627[…] – 31 dekabr 1691, London) – ingilis alimi və fizik. 1627-ci ildə anadan olmuşdur. 1661-ci ildə özünün "Skeptik kimyaçı" adlı kitabında elementləri "ilk bəsit cisimlər" kimi müəyyənləşdirmişdir. Robert Boyl görkəmli ingilis kimyaçısı, fiziki və filosofudur. O, İrlandiyanın Lismar şəhərində dövlət katibi Riçard Boylun ailəsində anadan olub. Bu ailənin 14 uşağından Robert Boyl yeddinci oğlu olub. Uşaqlıq illərindən Boyl xarici dilləri öyrənməyə başlayıb. 8 yaşında olanda fransız və latın dillərində sərbəst danışırmış. Boyl olduqca sadə, intizamlı, alicənab və çox nəzakətli adam, güclü dindar olmuş və evlənməyib. O, 1654-cü ildən Oksfordda yaşayıb, universitetin bir çox görkəmli professorları ilə dostluq edib, öz laboratoriyasını yaradıb.