Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

  • ОСЬМИНОГ

    м zool. səkkizayaqlı ilbiz

    Tam oxu »
    Rusca-azərbaycanca lüğət
  • осьминог

    ...и восемью длинными щупальцами с присосками; спрут. Щупальца осьминога. б) отт. Мясо этого моллюска.

    Tam oxu »
    Rus dilinin izahlı lüğəti
  • осьминожий

    см. осьминог; -ья, -ье. О-ьи щупальца.

    Tam oxu »
    Rus dilinin izahlı lüğəti
  • ОСЬМИНОТ

    см. спрут

    Tam oxu »
    Rusca-ləzgicə lüğət
  • SƏKKİZAYAQ

    сущ. зоол. осьминог (морское животное из отряда головоногих моллюсков с восемью щупальцами, служащими орудием нападения и защиты), восьминог

    Tam oxu »
    Azərbaycanca-rusca lüğət
  • ОСЬМИНА

    ж köhn. osmina (105 litrə bərabər qədim rus ölçüsü).

    Tam oxu »
    Rusca-azərbaycanca lüğət
  • осьмина

    ...метрической системы) Осьмина овса, ржи. На посев не хватило двух осьмин пшеницы.

    Tam oxu »
    Rus dilinin izahlı lüğəti
  • ВОСЬМИНОГ

    м zool. oktapod (səkkizbarmağı olan dəniz heyvanı)

    Tam oxu »
    Rusca-azərbaycanca lüğət
  • спрут

    -а; ж. Обиходное название крупного осьминога, а также гигантского кальмара.

    Tam oxu »
    Rus dilinin izahlı lüğəti
  • ОСЛИНЫЙ

    прил. eşşək -i[-ı]; ослиное упрямство eşşək tərsliyi.

    Tam oxu »
    Rusca-azərbaycanca lüğət
  • головоногие моллюски

    ...моллюсков со щупальцами вокруг рта, к которому относятся кальмары, осьминоги, каракатицы и др.

    Tam oxu »
    Rus dilinin izahlı lüğəti
  • османы

    османов и осман; мн. Старое название народа, составляющего основное население Турции. Воинственные османы. Завоевания османов. Османы получили своё на

    Tam oxu »
    Rus dilinin izahlı lüğəti
  • ОСИНЫЙ

    прил. eşşəkarısı -i[-ı]; ◊ осиное гнездо 1) eşşəkarısı yuvası; 2) məc. canilər (düşmənlər) yuvası.

    Tam oxu »
    Rusca-azərbaycanca lüğət
  • хуз

    (-ра, -ра, -ар) - 1. оса : хузран муг - осиное гнездо. 2. шмель. 3. шершень : хузран - а) осиный; б) шмелиный; в) шёршневый.

    Tam oxu »
    Ləzgicə-rusca lüğət
  • присоска

    ...растение или животное присасываются к чему-л. Присоски кальмара, осьминога. Присоски есть у рыб-прилипал. 2) присоска, разг. = присос 2)

    Tam oxu »
    Rus dilinin izahlı lüğəti
  • ПАЛАТА

    ...авай муькуьди уьлкведиз машгьур хьанвай пагьливан Абдурагьман Османов тир. А. Э. Шаирдин тарсар.

    Tam oxu »
    Ləzgi dilinin izahlı lüğəti
  • ГНЕЗДО

    ...məskən, yurd; 3. bənd, qrup (lüğətdə bir kökdən törənən sözlər qrupu), ◊ осиное гнездо bax осиный; свить (себе) гнездо 1) özünə ev-eşik düzəltmək, ai

    Tam oxu »
    Rusca-azərbaycanca lüğət
  • шагрень

    ...рисунком, выделанная из козьих, бараньих и других шкур (первоначально - ослиной) Диван, обтянутый шагренью. Переплетённые в шагрень нотные тетради. 2

    Tam oxu »
    Rus dilinin izahlı lüğəti
  • ШЕГЬРЕ

    ...экъечӀна, А. А. Лезгияр. Машиндаваз шегьре рекьяй физвай колхоздин седри Османов Акимаз вичи гьеле таганвай чилел сада керпичар атӀузвайди акуна.

    Tam oxu »
    Ləzgi dilinin izahlı lüğəti
  • пурар

    ...пурар гатада (погов.) - кто не сумеет побить осла, тот бьёт ослиное седло.

    Tam oxu »
    Ləzgicə-rusca lüğət
  • вакцина

    ...От названия противооспенного препарата, полученного из коровьих оспинок английским врачом Э. Дженнером в 1796 г.

    Tam oxu »
    Rus dilinin izahlı lüğəti
  • щупальца

    ...осязания, передвижения, хватания, а иногда также и дыхания) Щупальца осьминога с присосками. Красные щупальца актинии. Оторвалось щупальце. б) расш.

    Tam oxu »
    Rus dilinin izahlı lüğəti
  • ШУЬШЕБЕНД

    ...эцигунин карда. - А. Г.], муаллим Нурдинов Зиявудина план чӀугуна, прораб Османов Тарикъулидин гуьзчивилик кваз, цлан устӀар кьуланстӀалви Къазагьмед

    Tam oxu »
    Ləzgi dilinin izahlı lüğəti
  • урод

    ...(усилит.). б) отт. О животных, имеющих безобразный, страшный вид. Уроды осьминоги. 3) разг. О человеке с какими-л. дурными свойствами характера, стра

    Tam oxu »
    Rus dilinin izahlı lüğəti
  • ТАГУН

    ...манайра) тавун. Машиндаваз шегьре рекьяй физвай колхоздин седри Османов Акимаз вичи гьеле таганвай чилел сада керпичар атӀузвайди акуна. С. М. Ц

    Tam oxu »
    Ləzgi dilinin izahlı lüğəti
  • ARI

    ...пчелиная молодь 2. осиный ◊ arı yuvasına toxunmaq потревожить осиное гнездо; arı kimi sancmaq жалить как оса 2 прил. 1. чистый, прозрачный, светлый 2

    Tam oxu »
    Azərbaycanca-rusca lüğət
  • ХАРАТ

    ...расдай устӀар. И карда, муаллим Нурдинов Зиявудина план чӀугуна, прораб Османов Тарикьулидин гуьзчивилик кваз, цлан устӀар кьуланстӀалви Къазагьмеда

    Tam oxu »
    Ləzgi dilinin izahlı lüğəti
  • жало

    ...которой при укусе стекает ядовитая жидкость. Жало пчелы. Пчелиное, осиное жало. б) отт. Колюще-сосущий хоботок некоторых насекомых (комара, овода и д

    Tam oxu »
    Rus dilinin izahlı lüğəti
  • EŞŞƏK

    ...упражнений) II прил. ослиный, ишачий. Eşşək anqırtısı ослиный крик, eşşək südü ослиное молоко ◊ eşşək kimi как осел; eşşək anqırar, tayını tapar маст

    Tam oxu »
    Azərbaycanca-rusca lüğət
  • ЦАЛ

    ...эцигдай устӀар. И карда, муаллим Нурдинов Зиявудина план чӀугуна, прораб Османов Тарикъулидин гуьзчивилик кваз, цлан устӀар кьуланстӀалви Къазагьмед

    Tam oxu »
    Ləzgi dilinin izahlı lüğəti
  • гнездо

    ...расш. О месте обитания, зимовки, спячки животных или насекомых. Осиное гнездо. (также: скопление антиобщественно настроенных людей; место их обитания

    Tam oxu »
    Rus dilinin izahlı lüğəti
  • РАК

    ...гьахьиз-экъечӀдай чкаяр. И карда, муаллим Нурдинов Зиявудина план чӀугуна, прораб Османов Тарикъулидин гуьзчивилик кваз, цлан устӀар кьуланстӀалви К

    Tam oxu »
    Ləzgi dilinin izahlı lüğəti
OBASTAN VİKİ
Osminoq
Səkkizayaqlılar (Oktapodlar) (lat. Octopoda; q.yun. ὀϰτώ "səkkiz" və πούς "ayaq") — Molyusklar tipinin başıayaqlılar sinfinə aid dəstə. == Maraqlı məlumatlar == Ən iri gözlü heyvan səkkizayaqlıdır. Onun gözünün diametri 40–50 sm-dir.
Doktor Osminoq
Doktor Osminoq (ing. Doctor Octopus) və ya əsl adı ilə Otto Oktavius (ing. Otto Octavius) – Marvel Comics nəşriyyatı tərəfindən 1963-cü ildə yaradılmış komiks personajı. Sten Li və Stiv Ditko tərəfindən yaradılmış və ilk dəfə "The Amazing Spider-Man" komiksinin 3-cü sayında peyda olmuşdur. Dahilik səviyyəsində intellektə malik olan bu çılğın alim güclü mexaniki qollara malikdir. Doktor Osminoq Hörümçək-adamın əzəli düşmənlərindən biridir. Personaj bir çox Hörümçək-adam animasiyasında və videooyununda peyda olmuşdur. 2004-cü ildə çəkilmiş "Hörümçək-adam 2" filmində Doktor Osminoq rolunu Alfred Molina canlandırmışdır. 2009-cu ildə IGN "Bütün dövrlərin ən böyük komiks supercinayətkarları" siyahısında Doktor Osminoqu 28-ci yerdə göstərmişdir. 2012-ci ildə "Daradevil" komiksində Hörümçək-adamın bədənini ələ keçirərək Ali Hörümçək-adam olmuşdur.
Nəhəng osminoq
Nəhəng osminoq (lat. Enteroctopus dofleini) — Enteroctopodidae fəsiləsinə, Enteroctopus cinsindən olan osminoq növü. Osminoqların ən böyük növüdür. Növ alman zooloqu Gerhard Vülker (alm. Gerhard Wülker‎, 1885–1930) tərəfindən 1910-cu ildə izah edilmişdir. == Yayılması == Sakit Okeanın şimalında, Yapon, Oxot və Berinq dənizlərində, eləcə də Şimali Amerikanın Sakit okean sahillərində, Aşağı Kaliforniyadan şimal-şərqdə Alyaskaya və qərbdə Yaponiyaya, tropikdən subarktik qurşağa qədər yayılmışlar. Qabarma və çəkilmə zonasında, 180 metrədək dərinlikdə, sahildən mareik çelfinin kənarına qədər 800 m dəyinlikdə bəzənsə 1500 metrədək dərinliklərdə olurlar. Nəhəng bir osminoq olaraq Yaponiya və Koreya yarımadasından Saxalin adasının cənub hissəsi olan Primorye bölgəsinə, o cümlədən: Kuril adaları, Kamçatka, Komandor və Aleut adaları arasında paylanır. Hal-hazırda erkəklərin və ən böyük dişilərin azalması müşahidə olunur. == Morfologiya == Nəhəng osminoqun çəkisi 2 ilə 10 kq arasında dəyişir.
Alıqul Osmonov
Alıqul Osmonov ( 21 mart 1915, Aulie-Ata qəzası[d], Rusiya Türkistanı general-qubernatorluğu – 12 dekabr 1950, Bişkek) — Qırğız əsilli şair, dramaturq və tərcüməçi. Əsas uğurları daxili duyğu, gündəlik həyat və milliyyətçiliyə vurğu edərək dünyəvi mövzulara yönəlmiş şifahi xalq şeirinin qeydidir. Uilyam Şekspirin, Şandor Petöfinin və Aleksandr Puşkinin əsərlərini qırğız dilinə tərcümə edib. == Həyatı == 21 mart 1915-ci ildə Qırğızıstanın Panfilov kəndində dünyaya gəlmişdir. Kiçik yaşındaykən yetim qalmış və uşaqlığını Bişkek uşaq evində keçirtmişdir. İlk təhsilini 1929-cu ildə Bikşeş Pedaqoji məktəbində almışdır. Ancaq keçirtdiyi xəstəliyə görə təhsilini yarımçıq saxlamışdır. Buna baxmayaraq, jurnalistik karyerasına başlayaraq Sovet dövründə erkən qırğızdilli bir neçə qəzetdə, o cümlədən "Çabul" ("Hücum"), "Leninçil Yaş" ("Lenin Gəncliyi") və "Qızıl Qırğızıstan" da çalışdı. "Qırğızıstan Qırğızıstan", "Qırğızıstan Tusu" adı altında bu günə qədər də mövcuddur. 1939-1940-cı illərdə Qırğızıstan Milli Yazıçılar Birliyində baş katib vəzifəsində çalışmışdır ("Bu gün də mövcuddur.
Arbi Osmanov
Arbi Osmanov (7 noyabr 1942) — Çeçen yazıçı və şair, tərcüməçi, dramaturq. Çeçenistan və Rusiya Yazıçılar Birliyinin üzvü, Çeçenistanın Əməkdar Mədəniyyət İşçisi, Çeçenistan Respublikası Başçısı yanında Mədəniyyət Şurasının sədri, Çeçenistan Respublikasının Fəxri Vətəndaşı. == Bioqrafiya == 7 noyabr 1942-ci ildə Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası, Çeberloyev rayonu, Boqaçeroi kəndində anadan olmuşdur. Atası doğulmazdan bir qədər əvvəl cəbhədə itkin düşür. 23 fevral 1944-cü ildə digər çeçenlərlə birlikdə deportasiya edilir. Sürgün illərində Arbi kolxozunda, daha sonra Qazaxıstan SSR, Taldı-Kurqan vilayəti, Taldı-Kurqan rayonu, Kirovskoye kəndində yaşayır. 1960-cı ildə Kirov orta məktəbini bitirir. Məktəbi bitirdikdən sonra vətənə qayıdır. 1960-cı ildə Çeçen-İnquş Pedaqoji İnstitutuna daxil olur. Bir il sonra qiyabi şöbəyə keçir və Qroznı rayonunda Komsomolsk orta məktəbində ibtidai sinif müəllimi olaraq işə başlayır.
Bəhram Osmanov
Bəhram Osmanov (tam adı: Bəhram Məcid oğlu Osmanov; d. 1 oktyabr 1962, Gəncə) — Azərbaycanın teatr rejissoru, aktyor, Azərbaycan (2007) və Kalmıkiya (2014) Respublikalarının əməkdar incəsənət xadimi, 2012-ci ildən 2022-ci ilə qədər Gənc Tamaşaçılar Teatrının baş rejissoru çalışıb == Həyatı == Bəhram Məcid oğlu Osmanov 1985-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirmişdir. 1987-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında quruluşçu rejissor kimi çalışan B. Osmanov T. Vilyamsın "Şüşə heyvanxana", B. Vahabzadənin "Hara gedir bu dünya?", "Cəzasız günah", Y. O’Nilin "Qarağaclar altında məhəbbət", V. Babanlının "Ana intiqamı", Ə. Əmirlinin "Ağqoyunlular və Qaraqoyunlular", "Köhnə ev", "Varlı qadın", "Mesenat", C. Cabbarlının "Ədirnə fəthi", U. Şekspirin "Kral Lir", Sofoklun "Şah Edip", N. Həsənzadənin "Pompeyin Qafqaza yürüşü", R. Novruzovun "Hələ "sevirəm" deməmişdilər", H. İbsenin "Oyuncaq ev" tamaşalarına maraqlı səhnə həlli vermişdir. İstedadlı rejissor B. Osmanov Füzuli Dövlət Dram Teatrında "Diribaş adamlar" (V. Şukşin), Gəncə Dövlət Dram Tetrında "At ilinin birinci ayı" (R. Novruzov), Lənkəran Dövlət Dram Teatrında "Yudif" (A. Tammsaars), "Günahsız müqəssirlər" (A. Ostrovski), Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Cəza" (Ə. Əmirli), Azərbaycan televiziyasında "6 saylı palata" (A. Çexov), "Bəyaz gecələr" (F. Dostoyevski), "Yurd yeri" (E. Mehrəliyev), "Qu quşunun məhəbbəti" (Şahin) tamaşalarının quruluşçu rejissoru olmuşdur. Hal-hazırda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru vəzifəsində çalışır. == Mükafatları == Əməkdar incəsənət xadimidir. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə və 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. 2014-cü ildə Kalmıkiya Respublikasının əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. 2018-ci ildə Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının festival və tədbirlərində, həmçinin Rusiya və Azərbaycan teatrları arasında yüksək peşəkarlıq, dostluq və mədəni əlaqələrin inkişafına görə Ümumrusiya Teatr Cəmiyyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. 28 oktyabr 2019-cu ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.
Cavid Osmanov
Cavid Osmanov (6 fevral 1975, Ağdaş) — Azərbaycan Respublikası Milli Məclisinin deputatı. == Həyatı == Osmanov Cavid Həmid oğlu 6 fevral 1975-ci ildə Ağdaş şəhərində anadan olub. 1982-ci ildə Ağdaş şəhəri M. Qorki adına orta məktəbin birinci sinfinə daxil olub, 1992-ci ildə həmin məktəbin onuncu sinfini bitirib. 1997-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına daxil olub, 2000-ci ildə həmin Akademiyanı bitirərək dövlət və bələdiyyə idarəetməsi ixtisasına yiyələnmişdir. Evlidir. İki övladı var. 2001-ci ilin aprel ayından 2002-ci ilin iyul ayınadək Ağdaş rayon Gənclər, İdman və Turizm idarəsində baş inspektor, 2002-ci ilin iyul ayından 2005-ci ilin iyul ayınadək həmin idarənin rəisi vəzifəsində çalışmışdır. == Siyasi fəaliyyəti == 2005-ci ilin dekabr ayından 2006-cı ilin iyul ayına kimi Ağdaş rayon İcra Hakimiyyəti başçısının Ağdaş şəhəri üzrə nümayəndəsi, 2006-cı ilin iyul ayından 2016-cı ilin iyul ayına kimi Ağdaş rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifələrində işləmişdir. 18 iyun 2016-cı il tarixdə 90 saylı Ağdaş Seçki Dairəsi üzrə Azərbaycan Respublikası Milli Məclisinə keçirilən təkrar seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş və deputat seçilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 5 iyul 2016-cı il tarixli qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilməsi təsdiqlənmişdir.
Cəbrail Osmanov
Cəbrail Osmanov — rabitə veteranı, əməkdar rabitə işçisi, prezident təqaudçüsü. == Həyatı == Cəbrail Osmanov 1936-cı ildə Astara rayonunun Koraoba (indiki Tüləgüvan) kəndində anadan olub. 1954-cü ildən rabitəçi kimi çalışıb. Azərbaycan SSR rəhbərliyi tərfində müxtəlif medal və ordenlərlə təltif olunub. Müstəqillik dövründə də əmək fəaliyyətini davam etdirən Cəbrail Osmanov, İlham Əliyevin 2007-ci il sərəncamına əsasən "Prezident Təqaüdü" ilə mükafatlandırılıb.Uzunömürlü, ikinci dünya müharibəsi iştirakçısı, xeyriyyəçi Ömər Əliyevin oğludur. == Mükafatları == 1971. "Şərəf nişanı" ordeni 1974. "Sosialist Yarışı Qalibi" nişanı 1980. "Qırmızı əmək bayrağı" ordeni 1985. " Staxanov hərəkatı 50 illiyi" ilə əlaqədar "Fəxri Fərman" 1986.
Cəbrayıl Osmanov
Cəbrail Osmanov — rabitə veteranı, əməkdar rabitə işçisi, prezident təqaudçüsü. == Həyatı == Cəbrail Osmanov 1936-cı ildə Astara rayonunun Koraoba (indiki Tüləgüvan) kəndində anadan olub. 1954-cü ildən rabitəçi kimi çalışıb. Azərbaycan SSR rəhbərliyi tərfində müxtəlif medal və ordenlərlə təltif olunub. Müstəqillik dövründə də əmək fəaliyyətini davam etdirən Cəbrail Osmanov, İlham Əliyevin 2007-ci il sərəncamına əsasən "Prezident Təqaüdü" ilə mükafatlandırılıb.Uzunömürlü, ikinci dünya müharibəsi iştirakçısı, xeyriyyəçi Ömər Əliyevin oğludur. == Mükafatları == 1971. "Şərəf nişanı" ordeni 1974. "Sosialist Yarışı Qalibi" nişanı 1980. "Qırmızı əmək bayrağı" ordeni 1985. " Staxanov hərəkatı 50 illiyi" ilə əlaqədar "Fəxri Fərman" 1986.
Elvar Osmanov
Elvar Osmanov (8 avqust 1987, Dmanisi rayonu) — Azərbaycan idman mütəxəssisi; Döyüş sambosu üzrə Dünya və Avropa mükafatçısı; Döyüş sambosu üzrə idman ustası; Gəncə İdman Klubunun İdarə Heyətinin sədri (2016 — h.h.); Azərbaycan Savat və Şaolin Döyüş Sənətləri Federasiyasının regionlar üzrə vitse-prezidenti (2019); Azərbaycan Reqbi Federasiyasının birinci vitse-prezidenti (2020 — h.h.)Azərbaycan Respublikasının döyüş sambosu üzrə ilk idman ustasıdır.Rəhbərlik etdiyi dövrlərdə idmançılarımız Ölkə və Avropa-Dünya çempionatlarında çox sayda uğur qazanıb. == Həyatı == Elvar Eldar oğlu Osmanov 8 avqust 1987-ci ildə Gürcüstan SSR-in Dmanisi rayonunda anadan olub. 2005-ci ildə Gəncə şəhəri Mir Cəlal Paşayev adına 39 saylı orta məktəbi bitirib. 2005–2010-cu illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil alıb. 2006–2007-ci illərdə N saylı hərbi hissədə xidməti zamanı döyüş hazırlığında qazandığı uğurlara görə hərbi hissə komandirinin fəxri fərmanı və çavuş hərbi rütbəsi ilə təltif olunmuşdur. 2010–2014-cü illərdə ixtisas artırılması məqsədilə AMAKA və Rusiya Dövlət Ali Məktəbi nəzdində Beynəlxalq Tətbiqi Kosmonaftika Universitetinin İdarəetmə fakültəsini bitirmişdir. 2015-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Həmçinin 2021-ci ildə ixtisas artırılması məqsədi ilə Türkiyə dövlət Atatürk Universitetinin Dövlət İdarəetmə fakültəsinə daxil olmuşdur. Ailəlidir bir övladı var. == Peşakar karyerası == 2010-cu ildə Qusarda keçirilən Universal döyüş üzrə Avropa Çempionatında 2-ci yer olub.
Fazil Osmanov
Osmanov Fazil Lətif oğlu (10 may 1936, Ağsu rayonu – 7 iyul 2016) — Azərbaycanın tanınmış arxeoloq-tarixçisi, tarix elmləri namizədi. == Həyatı == Fazil Osmanov 1936-cı il mayın 10-da Ağsu rayonunun Sanqalan kəndində anadan olmuşdur. 1949-1953-cu illərdə Sabir adına Şamaxı Pedaqoji Texnikumunda orta ixtisas təhsili almış, 1954-1959-cu illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində oxumuşdur. 1968-ci ilin may ayında "Qafqaz Albaniyasının maddi mədəniyyəti (e.ə. III – b. e. III əsrləri)" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. 1959-cu ildən Azərbaycan SSR Elmlər Akademiyası Tarix İnstitutunda baş laborant, kiçik elmi işçi, baş elmi ısçi, 1996-cı ildən isə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda aparıcı elmi isçi vəzifəsində çalışır. Fazil Osmanov 1959-1960-cı illərdən başlayaraq bir sıra arxeoloji və etnoqrafik ekspedisiyalarda – Qəbələ, Xaçbulaq, Şamaxı, Naxçıvan, Qazax, Bakı, Kəlbəcər, Cəbrayıl və s. iştirak etmiş, Ağsu-İsmayıllı, Ağcabədi arxeoloji ekspedisiyalarına rəhbərlik etmişdir.
Fuad Osmanov
Fuad Osmanov (tam adı: Fuad Tacəddin oğlu Osmanov; 1964) — Azərbaycanlı aktyor, Azərbaycanın xalq artisti (2021). == Həyatı == F. Osmanov 1990-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyoru fakültəsində ali təhsil almışdır. 1990-cı ildən S. Vurğun ad. Rus Dram teatrın aktyorudur. Bu illər ərzində teatr səhnəsində 40-dan çox rol oynamışdır. Onun yaratdığı Fedya (E. Radzinski "Priyatnaya jenşina"), Xan (M. F. Axundov "Lənkəran xanlığın vəziri"), Sokrat (M. Şaxanov "Çinqizxanın sirri"), Kromvel (Q. Qorin "Kral oyunları"), Xəlil (Elçin "Poçt şöbəsindəki möcüzələr"), Ser Tobi Belç (U. Şekspir "12-ci gecə"), Vasili (A. Qalin "Konkurs"), Dallas (M. Freyn "Teatr"), Filipp Debni (X. Berqer "Daha bir Djekson"), Edqar (U. Şekspir "Kral Lir") kimi obrazları aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir. == Mükafatları == 2008-ci ildə Azərbaycan teatr sənətinin inkişafındakı xidmətlərinə görə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülüb. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə, 10 may 2022-ci ildə və 6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür. 17 mart 2021-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülmüşdür. == Filmoqrafiya == Bəhram Gur (film, 2015) (qısametrajlı bədii film) Bəyaz həyat (film, 2003) Bir dəfə Qafqazda (film, 2007) Dayanacaq (film, 2009) Dələduzlar (film, 2014) Əqrəb mövsümü (teleserial, 2022) Hökmdarın taleyi (film, 2008) İstanbul tətili (film, 2007) Qafqaz (film, 2007) Nigarançılıq (film, 1998) Vəkil hanı?
Hikmət Osmanov
Hikmət Saleh oğlu Osmanov (30 iyul 1957, Azərbaycan, Quba rayonu, Cimi kəndi ) — Azərbaycanın ictimai-siyasi xadimi, Quba rayonundan I və II çağırış millət vəkili, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının sədri, "Tərəqqi" medalı laureatı, fəlsəfə doktoru. == Həyatı == 1957-ci ildə Quba rayonunun Cimi kəndində anadan olmuşdur. Quba şəhər 2 saylı orta məktəbini bitirmişdir. Azərbaycan Dövlət Universitetinin biologiya fakultəsini, Bakı Ali Partiya Məktəbini (indiki İdarəçilik Akademiyası) və Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirmişdir. == Karyera == Əmək fəaliyyətinə 1979- cu ildə Quba rayonunda komsomol işində başlayaraq 1984- cü ilədək Azad komsomol komitə katibi, rayon komsomol komitəsinin katibi olmuşdur. 1984- cü ildən 1990- cı ilədək Quba rayon Partiya komitəsində təlimatçı, təşkilat şöbəsinin müdiri vəzifələrində çalışmış, Bakı Ali Partiya məktəbində əyani təhsil almışdır. 1991- ci ildən 1995- ci ilin sonunadək Quba sovxoz– texnikumunun direktoru vəzifəsində işləmişdir. I və II çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 2005- ci ilin sentyabr ayında Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilmişdir və hal hazıradək həmin vəzifədə çalışır. 4 fevral 2008- ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “ Tərəqqi ” medalı ilə təltif edilmişdir.
Məhəmməd Osmanov
Məhəmməd Seymur oğlu Osmanov (d. 27 oktyabr 1994; Ərəbocağı, Ağdaş rayonu – ö. 4 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsi şəhidi. == Həyatı == Məhəmməd Osmanov 27 oktyabr 1994-cü ildə Ağdaş rayonunun Ərəbocağı kəndində anadan olmuşdur. Kənd orta məktəbində təhsil almışdır. == Hərbi xidməti == Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan İkinci Qarabağ müharibəsində iştirak etmiş, oktyabrın 4-də Suqovuşan istiqamətində gedən döyüşlərdə həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Osmanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Osmanov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Nizam Osmanov
Nizam Ramazan oğlu Osmanov (16 iyun 1965, Kalinino rayonu) — Azərbaycan Respublikası müdafiə nazirinin sabiq müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin sabiq rəisi, general-leytenant. == Həyatı == Osmanov Nizam Ramazan oğlu 16 iyun 1965-ci ildə Ermənistan Respublikası, Kalinino rayonunda anadan olub. 1986-cı ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirib. 1986–1992-ci illərdə Uzaq Şərq Hərbi Dairəsində taqım, bölük, tabor komandirləri vəzifələrində xidmət edib. 1992-ci ilin avqust ayından Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətə başlayıb. 1992–2002-ci illərdə motoatıcı tabor komandiri, hərbi hissənin əməliyyat şöbəsi rəisinin baş köməkçisi, qərargah rəisi, alay komandirinin müavini, motoatıcı briqadanın qərargah rəisi və komandiri, hərbi birlik komandirinin müavini vəzifələrində xidmət edib. 2002–2014-cü illərdə hərbi birlik komandiri vəzifəsində xidmət edib. 2014–2020-ci illərdə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini — Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi vəzifəsində xidmət edib. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib. 8 iyul 2020-ci ildə Müdafiə nazirinin müvafiq əmri ilə Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini — Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsinin icrasına buraxılıb.
Nizami Osmanov
Nizami Elşad oğlu Osmanov (29 mart 2002; Şahsevən, Kürdəmir rayonu, Azərbaycan — 13 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nizami Osmanov 29 mart 2002-ci ildə Kürdəmir rayonunun Şahsevən kəndində anadan olmuşdur. Subay idi. == Hərbi xidməti == Nizami Osmanov 2020-ci il aprelin 1-də Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Əvvəlcə, Goranboy rayonunun Ballıqaya kəndində, sonra Mingəçevir şəhərində yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Nizami Osmanov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Rabitəçi kimi qarşı tərəfin texnikalarını məhv etmişdir. Nizami Osmanov minaatandan açılan atəş nəticəsində ağır yaralanmış, 13 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nizami Osmanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nizami Osmanov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nizami Osmanov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Nəzir Osmanov
Nəzir Rahib oğlu Osmanov (1 yanvar 1998; Qıpçaq, Qax rayonu, Azərbaycan — 1 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nəzir Osmanov 1998-ci il yanvarın 1-də Qax rayonunun Qıpçaq kəndində anadan olmuşdur. 2004-2015-ci illərdə Qax rayon Qıpçaq kənd tam orta məktəbində təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Nəzir Osmanov 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Xidmətini Azərbaycan Daxili Qoşunlarında müddətdən artıq olaraq davam etmişdir. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri olan Nəzir Osmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində sürücü olaraq iştirak etmişdir. Murovdağın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Nəzir Osmanov 1 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Doğulduğu Qax rayonunun Qıpçaq kəndində dəfn olunmuşdur.
Orxan Osmanov
Orxan Mənsur oğlu Osmanov (25 noyabr 1999; Mürşüdoba, Xaçmaz rayonu, Azərbaycan — 1 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Orxan Osmanov 25 noyabr 1999-cu ildə Xaçmaz rayonunun Mürşüdoba kəndində anadan olmuşdur. 2005-2016-cı illərdə orta təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Orxan Osmanov 2017-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra "N" saylı hərbi hissələrin birində müddətdən artıq hərbi xidmətə başlamışdır. Azərbaycan Ordusunun əsgəri olan Orxan Osmanov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində baş atıcı olaraq iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Orxan Osmanov 1 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində gedən hərbi əməliyyatlarda döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Osmanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Osmanov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Orxan Osmanov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Osmanov Ərzuman
Ərzuman Kamran oğlu Osmanov (25 dekabr 1990; Orta Ləki, Ağdaş rayonu — 1 oktyabr 2020; Ağuçuq yüksəkliyi, Gülüstan-Madagiz ) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ərzuman Osmanov 1990-ci 25 dekabr tarixində Ağdaş rayonunun Orta Ləki kəndində anadan olub. 1997-2008-ci illərdə Nizami Gəncəvi adına Mingəçevir şəhər 8 saylı tam orta məktəbdə təhsil alıb. Subay idi. == Hərbi xidməti == Əsgər yoldaşları arasında "Aliço" ləqəbi ilə tanınan Ərzuman Osmanov oktabrın 1-də Madagiz uğrunda döyüşlərdə ağır yaralanıb və ondan bir daha xəbər alınmayıb. İtkin düşən Ərzuman Osmanovun nəşi dekabrda aparılan axtarışlar zamanı tapılıb və DNT analizindən sonra 9 dekabr 2020-ci il tarixində ailəsinə təhvil verilib. Ərzuman Osmanov 10 dekabr tarixində Mingəçevir şəhər şəhidlər xiyabanında böyük izdihamla dəfn olunub.
Qüdsi Osmanov
Qüdsi Dursun oğlu Osmanov (16 fevral 1966, Barana rayonu) — Azərbaycan diplomatı, Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli Səfiri. == Həyatı == Qüdsi Osmanov 16 fevral 1966-cı ildə Ermənistan Respublikasının Noyemberyan rayonunda anadan olub. Sankt-Peterburq Su Kommunikasiyaları Universitetini (İqtisadiyyat), Sankt-Peterburq Dövlət Universitetinin Hüquqşunaslıq və Beynəlxalq Münasibətlər fakültələrini bitirmişdir. Siyasi elmlər namizədidir. Rusiya Federasiyasının XİN nəzdində Diplomatik akademiyasının "Beynəlxalq iqtisadiyyat" fakültəsinin magistraturasını bitirmişdir. 1984-1987 — keçmiş SSRİ hərbi qüvvələr sırasında xidmət etmişdir. 1997-2004 — Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Fəxri konsulu vəzifəsində çalışmışdır. 2005-2013 — Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş konsulu vəzifəsində çalışmışdır. 2013 - 2016 - Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfir müavini vəzifəsində çalışmışdır. 07 sentyabr 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli Səfiri təyin olunmuşdur .
Rza Osmanov
Rza Fikrət oğlu Osmanov (26 noyabr 1983) — Azərbaycanı təmsil edən yüngül atlet. 2008 və 2012-ci illərdə baş tutan Paralimpiya Oyunlarında bürünc medallara sahib olub. == Həyatı == Rza Osmanov 1983-cü il noyabrın 26-da anadan olub. == Karyerası == 2008-ci ilin avqust ayında Rza Osmanov Çində baş tutan XIII Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Rza Osmanov 400 metr məsafəyə qaçış turnirində 50.20 saniyə nəticə ilə bürünc medala sahibi oldu. Azərbaycan Prezidenti İlham Əliyevin 16 fevral 2011-ci il tarixli Sərəncamına əsasən Rza Fikrət oğlu Osmanov "Tərəqqi" medalı ilə təltif edildi.Daha sonra Rza Osmanov 2012-ci ilin avqust ayında Birləşmiş Krallıqın London şəhərində baş tutan XIV Yay Paralimpiya Oyunlarında mübarizə apardı. 200 və 400 metr məsafələrə qaçış turnirlərində final mərhələsinə vəsiqə qazana bilməyən Rza Osmanov, 4x100 metr məsafəyə estafet turnirində 42.92 saniyə nəticə ilə bürünc medala sahib oldu. Azərbaycan Prezidenti İlham Əliyevin 14 sentyabr 2012-ci il tarixli Sərəncamına əsasən XIV Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Rza Fikrət oğlu Osmanov Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edildi.
Vasif Osmanov
Vasif Osmanov (tam adı: Vasif Laçın oğlu Osmanov; 11 noyabr 1958-ci il, Hacıhətəmli, İsmayıllı, Azərbaycan SSR – 18 fevral 1994-cü il, Murov dağı yaxınlığı, Kəlbəcər, Azərbaycan) — Azərbaycan Milli Ordusunun baş-leytnantı == Həyatı == === Erkən illəri === Vasif Osmanov 1958-ci il noyabrın 11-də İsmayıllı rayonunun Hacıhətəmli kəndində anadan olub. 1976-cı ildə Hacıhətəmli kənd orta məktəbinə daxil olmuşdur. Orta məktəbini əla qiymətlərlə bitirmişdir. 1977-1979-cu illərdə Sovet ordusunda hərbi xidmətdə olmuşdur. === Təhsili və iş həyatı === Hərbi xidmətdən qayıtdıqdan sonra Azərbaycan Kənd Təsərüfatı İnistitutuna qəbul olmuş və 1985-ci ildə həmin institutun mexanikləşdirmə fakultəsini bitirib, mühəndis-mexanik ixtisasına yiyələnmişdir. Təhsilini bitirdikdən sonra bir neçə dəfə hərbi təlimlərdə iştirak etmişdir. Vasif Osmanov 1986-cı ildən 1994-cü ilin fevral ayına qədər “Hacıhətəmli” kolxozunun maşın-traktor parkında baş mexanik işləmişdir. === Hərbi illəri və Qəhrəmanlığı === Baş-leytinant Vasif Osmanov 1994-cü ilin əvvəllərində fevral ayının 9-da hərbi xidmətə çağırılmışdı. Bu zaman cəbhədəki uğursuzluqların qarşısını almaq,düşmənin yeni torpaqlarımızı ələ keçirməsinə nəinki imkan verməmək,həm də onu geri oturtmaqla vəzifəsi qarşıya qoyulmuşdur.Bir çox hərbi hissələr kimi, Vasifin başçılıq etdiyi topçular batareyası da operativ olaraq,ön döyüş xəttinə çıxarıldı.Artıq fevralın 11- də, yəni cəbhəyə gəlməsinin ikinci günü Vasif əks-hücüm əmri aldı. O,tabeliyinə verilən bölüyün döyüşçüləri ilə qısa vaxtda tanış oldu və əməliyyat şəraitini öyrəndi.İxtisası tankçı olsa da,topçuluqdan da baş çıxardığını, alovlu bir vətənpərvər,səriştəli zabit olduğunu göstərdi.Murovdağ-Kəlbəcər istiqamətində əks hücum düşmənin irəliləməsinin qarşısını aldı və onun xeyli geri çəkilməsini təmin etdi bu və ondan sonrakı əməliyyatlar qurbansız keçmədi.Vasif Osmanov həmin il fevralın 18-də qəhrəmancasına Şəhid oldu.
Yalçın Osmanov
Yalçın Namiq oğlu Osmanov (d. 1997; Qusar, Azərbaycan - ö. 8 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub. == Həyatı == Yalçın Osmanov 1997-ci ildə Qusar rayonunun Köhnə Xudat qazmalar kəndində anadan olub. == Hərbi xidməti == Əsgər Yalçın Osmanov 2016-cı ildə, aprelin 8-i Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid oldu. Elə aprelin 8-i isə Yalçın Osmanov doğulduğu Qusar rayonunun Köhnə Xudat qazmalar kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Osmanov uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Yuri Osmanov
Yuri Bəkir oğlu Osmanov (krımtat. Yuriy Bekir oğlu Osmanov, Юрий Бекир огълу Османов; 1 aprel 1941, Böyuk-Lalə kəndi, Baxçasaray rayonu, Krım ASSR, RSFSR, SSRİ - 7 Noyabr 1993, Simferopol, Krım Respublikası, Ukrayna) — Sovet dissidenti, Krım Tatar milli hərəkatının fəal, 1980-ci illərin sonlarında - 1990-cı illərin əvvəllərində - Krım tatarlarının tarixi vətənlərinə - Krıma qayıtmağı qarşısına məqsəd qoyan Krım Tatarları Milli Hərəkatının (KTMH) qurucularından və liderlərindən biri. == Həyatı == === İlk illər === Aqronom Bəkir Osmanoviç Osmanovun ailəsində anadan olub. Anası Maria Vladimirovna Quşinskaya, milliyyətcə belarusdur. Böyük Vətən müharibəsinin əvvəllərində iki uşağı olan ana Ağdama (Azərbaycan SSR) evakuasiya olunmuşdur. Ürək qüsuru səbəbiylə hərbi xidmətdən azad edilən ata Krımda qaldı və Alman qoşunlarının gəlişi ilə partizanların yanına getdi. Sevastopol, Ağməscid dəstələrinin və Krım partizan hərəkatının Mərkəzi qərargahının kəşfiyyatçısı olmuşdu. 1942-ci ildə partiyanın üzvlüyünə qəbul olundu. Ağır yaralanandan sonra işğal altındakı ərazidən uzaqlaşdırıldı. Müharibədən sonra Krımın partizan hərəkatına dair bəzi kitablarda həqiqətlər təhrif olunurdu - məsələn, yerli partizanlar arasında Krım tatarlarının da olduğu gizlədilir və ya yazılmırdı.
Ərzuman Osmanov
Ərzuman Kamran oğlu Osmanov (25 dekabr 1990; Orta Ləki, Ağdaş rayonu — 1 oktyabr 2020; Ağuçuq yüksəkliyi, Gülüstan-Madagiz ) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ərzuman Osmanov 1990-ci 25 dekabr tarixində Ağdaş rayonunun Orta Ləki kəndində anadan olub. 1997-2008-ci illərdə Nizami Gəncəvi adına Mingəçevir şəhər 8 saylı tam orta məktəbdə təhsil alıb. Subay idi. == Hərbi xidməti == Əsgər yoldaşları arasında "Aliço" ləqəbi ilə tanınan Ərzuman Osmanov oktabrın 1-də Madagiz uğrunda döyüşlərdə ağır yaralanıb və ondan bir daha xəbər alınmayıb. İtkin düşən Ərzuman Osmanovun nəşi dekabrda aparılan axtarışlar zamanı tapılıb və DNT analizindən sonra 9 dekabr 2020-ci il tarixində ailəsinə təhvil verilib. Ərzuman Osmanov 10 dekabr tarixində Mingəçevir şəhər şəhidlər xiyabanında böyük izdihamla dəfn olunub.