Nizami Elşad oğlu Osmanov (29 mart 2002; Şahsevən, Kürdəmir rayonu, Azərbaycan — 13 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Nizami Osmanov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Şahsevən, Kürdəmir rayonu, Azərbaycan |
Vəfat tarixi | (18 yaşında) |
Vəfat yeri | Suqovuşan, Tərtər rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Vəzifəsi | rabitəçi |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri | 2020 2020 |
Nizami Osmanov 29 mart 2002-ci ildə Kürdəmir rayonunun Şahsevən kəndində anadan olmuşdur.[1] Subay idi.
Nizami Osmanov 2020-ci il aprelin 1-də Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Əvvəlcə, Goranboy rayonunun Ballıqaya kəndində, sonra Mingəçevir şəhərində yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Nizami Osmanov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Rabitəçi kimi qarşı tərəfin texnikalarını məhv etmişdir. Nizami Osmanov minaatandan açılan atəş nəticəsində ağır yaralanmış, 13 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nizami Osmanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nizami Osmanov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nizami Osmanov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[4]