Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Osminoq
Səkkizayaqlılar (Oktapodlar) (lat. Octopoda; q.yun. ὀϰτώ "səkkiz" və πούς "ayaq") — Molyusklar tipinin başıayaqlılar sinfinə aid dəstə. Ən iri gözlü heyvan səkkizayaqlıdır. Onun gözünün diametri 40–50 sm-dir.
Doktor Osminoq
Doktor Osminoq (ing. Doctor Octopus) və ya əsl adı ilə Otto Oktavius (ing. Otto Octavius) – Marvel Comics nəşriyyatı tərəfindən 1963-cü ildə yaradılmış komiks personajı. Sten Li və Stiv Ditko tərəfindən yaradılmış və ilk dəfə "The Amazing Spider-Man" komiksinin 3-cü sayında peyda olmuşdur. Dahilik səviyyəsində intellektə malik olan bu çılğın alim güclü mexaniki qollara malikdir. Doktor Osminoq Hörümçək-adamın əzəli düşmənlərindən biridir. Personaj bir çox Hörümçək-adam animasiyasında və videooyununda peyda olmuşdur. 2004-cü ildə çəkilmiş "Hörümçək-adam 2" filmində Doktor Osminoq rolunu Alfred Molina canlandırmışdır. 2009-cu ildə IGN "Bütün dövrlərin ən böyük komiks supercinayətkarları" siyahısında Doktor Osminoqu 28-ci yerdə göstərmişdir. 2012-ci ildə "Daradevil" komiksində Hörümçək-adamın bədənini ələ keçirərək Ali Hörümçək-adam olmuşdur.
Nəhəng osminoq
Nəhəng osminoq (lat. Enteroctopus dofleini) — Enteroctopodidae fəsiləsinə, Enteroctopus cinsindən olan osminoq növü. Osminoqların ən böyük növüdür. Növ alman zooloqu Gerhard Vülker (alm. Gerhard Wülker‎, 1885–1930) tərəfindən 1910-cu ildə izah edilmişdir. Sakit Okeanın şimalında, Yapon, Oxot və Berinq dənizlərində, eləcə də Şimali Amerikanın Sakit okean sahillərində, Aşağı Kaliforniyadan şimal-şərqdə Alyaskaya və qərbdə Yaponiyaya, tropikdən subarktik qurşağa qədər yayılmışlar. Qabarma və çəkilmə zonasında, 180 metrədək dərinlikdə, sahildən mareik çelfinin kənarına qədər 800 m dəyinlikdə bəzənsə 1500 metrədək dərinliklərdə olurlar. Nəhəng bir osminoq olaraq Yaponiya və Koreya yarımadasından Saxalin adasının cənub hissəsi olan Primorye bölgəsinə, o cümlədən: Kuril adaları, Kamçatka, Komandor və Aleut adaları arasında paylanır. Hal-hazırda erkəklərin və ən böyük dişilərin azalması müşahidə olunur. Nəhəng osminoqun çəkisi 2 ilə 10 kq arasında dəyişir.
OSINT
Açıq mənbə kəşfiyyatı (ing. Open-source intelligence, OSINT) — açıq mənbələrdən toplanmış məlumatların (gizli mənbələr və ictimaiyyət üçün açıq olan məlumat) toplanması və təhlili, hərəkətə keçə bilən kəşfiyyat məlumatlarının hazırlanması. OSINT ilk növbədə milli təhlükəsizlik, hüquq-mühafizə və biznes kəşfiyyatı funksiyalarında istifadə olunur və əvvəlki kəşfiyyat fənləri üzrə məxfi, təsnifləşdirilməmiş və ya xüsusi kəşfiyyat tələblərinə cavab vermək üçün qeyri-həssas kəşfiyyatdan istifadə edən analitiklər üçün dəyərlidir. Politoloq Cefri T. Riçelsonun fikrincə, "açıq mənbələrdən məlumat əldə etmək qanuni yolla əldə edilə bilən şifahi, yazılı və ya elektron şəkildə ötürülən materialların alınmasını nəzərdə tutur. İnternet vasitəsilə əldə edilən və ya insan mənbəyi tərəfindən təqdim edilən sənədlər və videolardan əlavə, digərləri ABŞ və ya müttəfiq qüvvələrin əvvəllər xarici hökumət və ya terror qruplaşması tərəfindən idarə olunan obyekt və ya sayta nəzarəti ələ keçirdikdən sonra əldə edilir". ABŞ-dəki OSINT öz mənşəyini 1941-ci ildə xarici yayımların monitorinqinə cavabdeh olan Xarici Yayımların Monitorinqi Xidmətinin (FBMS) yaradılması ilə bağlayır. Onların işinə misal olaraq Parisdə portağalların qiymətindəki dəyişikliklərin İkinci Dünya Müharibəsi zamanı dəmir yolu körpülərinin uğurlu bombalanması ilə əlaqəsi göstərilirdi. Aspin-Brown Komissiyası 1996-cı ildə ABŞ-nin açıq mənbələrə çıxışının "ciddi çatışmazlıq" olduğunu və bunun həm maliyyələşdirmə, həm də DCI diqqəti üçün "əsas prioritet" olması lazım olduğunu bildirdi. 2004-cü ilin iyulunda, 11 sentyabr hücumlarından sonra, 11 Sentyabr Komissiyası açıq mənbəli kəşfiyyat agentliyinin yaradılmasını tövsiyə etdi. 2005-ci ilin mart ayında İraq Kəşfiyyat Komissiyası CIA-da açıq mənbəli bir idarənin yaradılmasını tövsiyə etdi.
Alıqul Osmonov
Alıqul Osmonov ( 21 mart 1915, Aulie-Ata qəzası[d], Rusiya Türkistanı general-qubernatorluğu – 12 dekabr 1950, Bişkek) — Qırğız əsilli şair, dramaturq və tərcüməçi. Əsas uğurları daxili duyğu, gündəlik həyat və milliyyətçiliyə vurğu edərək dünyəvi mövzulara yönəlmiş şifahi xalq şeirinin qeydidir. Uilyam Şekspirin, Şandor Petöfinin və Aleksandr Puşkinin əsərlərini qırğız dilinə tərcümə edib. == Həyatı == 21 mart 1915-ci ildə Qırğızıstanın Panfilov kəndində dünyaya gəlmişdir. Kiçik yaşındaykən yetim qalmış və uşaqlığını Bişkek uşaq evində keçirtmişdir. İlk təhsilini 1929-cu ildə Bikşeş Pedaqoji məktəbində almışdır. Ancaq keçirtdiyi xəstəliyə görə təhsilini yarımçıq saxlamışdır. Buna baxmayaraq, jurnalistik karyerasına başlayaraq Sovet dövründə erkən qırğızdilli bir neçə qəzetdə, o cümlədən "Çabul" ("Hücum"), "Leninçil Yaş" ("Lenin Gəncliyi") və "Qızıl Qırğızıstan" da çalışdı. "Qırğızıstan Qırğızıstan", "Qırğızıstan Tusu" adı altında bu günə qədər də mövcuddur. 1939-1940-cı illərdə Qırğızıstan Milli Yazıçılar Birliyində baş katib vəzifəsində çalışmışdır ("Bu gün də mövcuddur.
Arbi Osmanov
Arbi Osmanov (7 noyabr 1942) — Çeçen yazıçı və şair, tərcüməçi, dramaturq. Çeçenistan və Rusiya Yazıçılar Birliyinin üzvü, Çeçenistanın Əməkdar Mədəniyyət İşçisi, Çeçenistan Respublikası Başçısı yanında Mədəniyyət Şurasının sədri, Çeçenistan Respublikasının Fəxri Vətəndaşı. == Bioqrafiya == 7 noyabr 1942-ci ildə Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası, Çeberloyev rayonu, Boqaçeroi kəndində anadan olmuşdur. Atası doğulmazdan bir qədər əvvəl cəbhədə itkin düşür. 23 fevral 1944-cü ildə digər çeçenlərlə birlikdə deportasiya edilir. Sürgün illərində Arbi kolxozunda, daha sonra Qazaxıstan SSR, Taldı-Kurqan vilayəti, Taldı-Kurqan rayonu, Kirovskoye kəndində yaşayır. 1960-cı ildə Kirov orta məktəbini bitirir. Məktəbi bitirdikdən sonra vətənə qayıdır. 1960-cı ildə Çeçen-İnquş Pedaqoji İnstitutuna daxil olur. Bir il sonra qiyabi şöbəyə keçir və Qroznı rayonunda Komsomolsk orta məktəbində ibtidai sinif müəllimi olaraq işə başlayır.
Elvar Osmanov
Elvar Osmanov (8 avqust 1987, Dmanisi rayonu) — Azərbaycan idman mütəxəssisi; Döyüş sambosu üzrə Dünya və Avropa mükafatçısı; Döyüş sambosu üzrə idman ustası; Gəncə İdman Klubunun İdarə Heyətinin sədri (2016 — h.h.); Azərbaycan Savat və Şaolin Döyüş Sənətləri Federasiyasının regionlar üzrə vitse-prezidenti (2019); Azərbaycan Reqbi Federasiyasının birinci vitse-prezidenti (2020 — h.h.); Azərbaycan Voleybol Federasiyasının nümayəndəsi; "Gəncə" voleybol klubunun prezidenti. Azərbaycan Respublikasının döyüş sambosu üzrə ilk idman ustasıdır. Rəhbərlik etdiyi dövrlərdə Azərbaycan idmançıları ölkə və Avropa-Dünya çempionatlarında çox sayda uğur qazanıb. == Həyatı == Elvar Eldar oğlu Osmanov 8 avqust 1987-ci ildə Gürcüstan SSR-in Dmanisi rayonunda anadan olub. 2005-ci ildə Gəncə şəhəri Mir Cəlal Paşayev adına 39 saylı orta məktəbi bitirib. 2005–2010-cu illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil alıb. 2006–2007-ci illərdə N saylı hərbi hissədə xidməti zamanı döyüş hazırlığında qazandığı uğurlara görə hərbi hissə komandirinin fəxri fərmanı və çavuş hərbi rütbəsi ilə təltif olunmuşdur. 2010–2014-cü illərdə ixtisas artırılması məqsədilə AMAKA və Rusiya Dövlət Ali Məktəbi nəzdində Beynəlxalq Tətbiqi Kosmonaftika Universitetinin İdarəetmə fakültəsini bitirmişdir. 2015-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Həmçinin 2021-ci ildə ixtisas artırılması məqsədi ilə Türkiyə dövlət Atatürk Universitetinin Dövlət İdarəetmə fakültəsinə daxil olmuşdur.
Fazil Osmanov
Osmanov Fazil Lətif oğlu (10 may 1936, Ağsu rayonu – 7 iyul 2016) — Azərbaycanın tanınmış arxeoloq-tarixçisi, tarix elmləri namizədi. == Həyatı == Fazil Osmanov 1936-cı il mayın 10-da Ağsu rayonunun Sanqalan kəndində anadan olmuşdur. 1949-1953-cu illərdə Sabir adına Şamaxı Pedaqoji Texnikumunda orta ixtisas təhsili almış, 1954-1959-cu illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində oxumuşdur. 1968-ci ilin may ayında "Qafqaz Albaniyasının maddi mədəniyyəti (e.ə. III – b. e. III əsrləri)" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. 1959-cu ildən Azərbaycan SSR Elmlər Akademiyası Tarix İnstitutunda baş laborant, kiçik elmi işçi, baş elmi ısçi, 1996-cı ildən isə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda aparıcı elmi isçi vəzifəsində çalışır. Fazil Osmanov 1959-1960-cı illərdən başlayaraq bir sıra arxeoloji və etnoqrafik ekspedisiyalarda – Qəbələ, Xaçbulaq, Şamaxı, Naxçıvan, Qazax, Bakı, Kəlbəcər, Cəbrayıl və s. iştirak etmiş, Ağsu-İsmayıllı, Ağcabədi arxeoloji ekspedisiyalarına rəhbərlik etmişdir.
Fuad Osmanov
Fuad Osmanov (tam adı: Fuad Tacəddin oğlu Osmanov; 1964) — Azərbaycanlı aktyor, Azərbaycanın xalq artisti (2021). == Həyatı == F. Osmanov 1990-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyoru fakültəsində ali təhsil almışdır. 1990-cı ildən S. Vurğun ad. Rus Dram teatrın aktyorudur. Bu illər ərzində teatr səhnəsində 40-dan çox rol oynamışdır. Onun yaratdığı Fedya (E. Radzinski "Priyatnaya jenşina"), Xan (M. F. Axundov "Lənkəran xanlığın vəziri"), Sokrat (M. Şaxanov "Çinqizxanın sirri"), Kromvel (Q. Qorin "Kral oyunları"), Xəlil (Elçin "Poçt şöbəsindəki möcüzələr"), Ser Tobi Belç (U. Şekspir "12-ci gecə"), Vasili (A. Qalin "Konkurs"), Dallas (M. Freyn "Teatr"), Filipp Debni (X. Berqer "Daha bir Djekson"), Edqar (U. Şekspir "Kral Lir") kimi obrazları aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir. == Mükafatları == 2008-ci ildə Azərbaycan teatr sənətinin inkişafındakı xidmətlərinə görə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülüb. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə, 10 may 2022-ci ildə, 6 may 2023-cü ildə və 9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülmüşdür. 17 mart 2021-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülmüşdür. == Filmoqrafiya == Bəhram Gur (film, 2015) (qısametrajlı bədii film) Bəyaz həyat (film, 2003) Bir dəfə Qafqazda (film, 2007) Dayanacaq (film, 2009) Dələduzlar (film, 2014) Əqrəb mövsümü (teleserial, 2022) Hökmdarın taleyi (film, 2008) İstanbul tətili (film, 2007) Qafqaz (film, 2007) Nigarançılıq (film, 1998) Vəkil hanı?
Hikmət Osmanov
Hikmət Saleh oğlu Osmanov (30 iyul 1957, Azərbaycan, Quba rayonu, Cimi kəndi ) — Azərbaycanın ictimai-siyasi xadimi, Quba rayonundan I və II çağırış millət vəkili, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının sədri, "Tərəqqi" medalı laureatı, fəlsəfə doktoru. == Həyatı == 1957-ci ildə Quba rayonunun Cimi kəndində anadan olmuşdur. Quba şəhər 2 saylı orta məktəbini bitirmişdir. Azərbaycan Dövlət Universitetinin biologiya fakultəsini, Bakı Ali Partiya Məktəbini (indiki İdarəçilik Akademiyası) və Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirmişdir. == Karyera == Əmək fəaliyyətinə 1979- cu ildə Quba rayonunda komsomol işində başlayaraq 1984- cü ilədək Azad komsomol komitə katibi, rayon komsomol komitəsinin katibi olmuşdur. 1984- cü ildən 1990- cı ilədək Quba rayon Partiya komitəsində təlimatçı, təşkilat şöbəsinin müdiri vəzifələrində çalışmış, Bakı Ali Partiya məktəbində əyani təhsil almışdır. 1991- ci ildən 1995- ci ilin sonunadək Quba sovxoz– texnikumunun direktoru vəzifəsində işləmişdir. I və II çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 2005- ci ilin sentyabr ayında Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilmişdir və hal hazıradək həmin vəzifədə çalışır. 2021-ci ilin dekabr ayında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini vəzifəsinə seçilmişdir.
Məhəmməd Osmanov
Nizam Osmanov
Nizam Ramazan oğlu Osmanov (16 iyun 1965, Kalinino rayonu) — Azərbaycan Respublikası müdafiə nazirinin sabiq müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin sabiq rəisi, general-leytenant. Osmanov Nizam Ramazan oğlu 16 iyun 1965-ci ildə Ermənistan Respublikası, Kalinino rayonunda anadan olub. 1986-cı ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirib. 1986–1992-ci illərdə Uzaq Şərq Hərbi Dairəsində taqım, bölük, tabor komandirləri vəzifələrində xidmət edib. 1992-ci ilin avqust ayından Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətə başlayıb. 1992–2002-ci illərdə motoatıcı tabor komandiri, hərbi hissənin əməliyyat şöbəsi rəisinin baş köməkçisi, qərargah rəisi, alay komandirinin müavini, motoatıcı briqadanın qərargah rəisi və komandiri, hərbi birlik komandirinin müavini vəzifələrində xidmət edib. 2002–2014-cü illərdə hərbi birlik komandiri vəzifəsində xidmət edib. 2014–2020-ci illərdə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini — Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi vəzifəsində xidmət edib. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib. 8 iyul 2020-ci ildə Müdafiə nazirinin müvafiq əmri ilə Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini — Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsinin icrasına buraxılıb.
Nizami Osmanov
Nəzir Osmanov
Orxan Osmanov
Osmanov Ərzuman
Ərzuman Kamran oğlu Osmanov (25 dekabr 1990; Orta Ləki, Ağdaş rayonu — 1 oktyabr 2020; Ağuçuq yüksəkliyi, Gülüstan-Madagiz ) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Ərzuman Osmanov 1990-ci 25 dekabr tarixində Ağdaş rayonunun Orta Ləki kəndində anadan olub. 1997-2008-ci illərdə Nizami Gəncəvi adına Mingəçevir şəhər 8 saylı tam orta məktəbdə təhsil alıb. Subay idi. Əsgər yoldaşları arasında "Aliço" ləqəbi ilə tanınan Ərzuman Osmanov oktabrın 1-də Madagiz uğrunda döyüşlərdə ağır yaralanıb və ondan bir daha xəbər alınmayıb. İtkin düşən Ərzuman Osmanovun nəşi dekabrda aparılan axtarışlar zamanı tapılıb və DNT analizindən sonra 9 dekabr 2020-ci il tarixində ailəsinə təhvil verilib. Ərzuman Osmanov 10 dekabr tarixində Mingəçevir şəhər şəhidlər xiyabanında böyük izdihamla dəfn olunub.
Qüdsi Osmanov
Qüdsi Dursun oğlu Osmanov (16 fevral 1966, Noyemberyan rayonu) — Azərbaycan diplomatı, Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri. Qüdsi Osmanov 16 fevral 1966-cı ildə Ermənistan Respublikasının Noyemberyan rayonunda anadan olub. Sankt-Peterburq Su Kommunikasiyaları Universitetini (İqtisadiyyat), Sankt-Peterburq Dövlət Universitetinin Hüquqşunaslıq və Beynəlxalq Münasibətlər fakültələrini bitirmişdir. Siyasi elmlər namizədidir. Rusiya Federasiyasının XİN nəzdində Diplomatik akademiyasının "Beynəlxalq iqtisadiyyat" fakültəsinin magistraturasını bitirmişdir. 1984–1987 — keçmiş SSRİ hərbi qüvvələr sırasında xidmət etmişdir. Evlidir, dörd övladı var. 1997–2004 — Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Fəxri konsulu vəzifəsində çalışmışdır. 2005–2013 — Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş konsulu vəzifəsində çalışmışdır. 2013–2016 — Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfir müavini vəzifəsində çalışmışdır.
Rza Osmanov
Rza Fikrət oğlu Osmanov (26 noyabr 1983) — Azərbaycanı təmsil edən yüngül atlet. 2008 və 2012-ci illərdə baş tutan Paralimpiya Oyunlarında bürünc medallara sahib olub. Rza Osmanov 1983-cü il noyabrın 26-da anadan olub. 2008-ci ilin avqust ayında Rza Osmanov Çində baş tutan XIII Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Rza Osmanov 400 metr məsafəyə qaçış turnirində 50.20 saniyə nəticə ilə bürünc medala sahibi oldu. Azərbaycan Prezidenti İlham Əliyevin 16 fevral 2011-ci il tarixli Sərəncamına əsasən Rza Fikrət oğlu Osmanov "Tərəqqi" medalı ilə təltif edildi. Daha sonra Rza Osmanov 2012-ci ilin avqust ayında Birləşmiş Krallıqın London şəhərində baş tutan XIV Yay Paralimpiya Oyunlarında mübarizə apardı. 200 və 400 metr məsafələrə qaçış turnirlərində final mərhələsinə vəsiqə qazana bilməyən Rza Osmanov, 4x100 metr məsafəyə estafet turnirində 42.92 saniyə nəticə ilə bürünc medala sahib oldu. Azərbaycan Prezidenti İlham Əliyevin 14 sentyabr 2012-ci il tarixli Sərəncamına əsasən XIV Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Rza Fikrət oğlu Osmanov Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edildi.
Vasif Osmanov
Yalçın Osmanov
Yuri Osmanov
Yuri Bəkir oğlu Osmanov (krımtat. Yuriy Bekir oğlu Osmanov, Юрий Бекир огълу Османов; 1 aprel 1941, Böyuk-Lalə kəndi, Baxçasaray rayonu, Krım ASSR, RSFSR, SSRİ - 7 Noyabr 1993, Simferopol, Krım Respublikası, Ukrayna) — Sovet dissidenti, Krım Tatar milli hərəkatının fəal, 1980-ci illərin sonlarında - 1990-cı illərin əvvəllərində - Krım tatarlarının tarixi vətənlərinə - Krıma qayıtmağı qarşısına məqsəd qoyan Krım Tatarları Milli Hərəkatının (KTMH) qurucularından və liderlərindən biri. Aqronom Bəkir Osmanoviç Osmanovun ailəsində anadan olub. Anası Maria Vladimirovna Quşinskaya, milliyyətcə belarusdur. Böyük Vətən müharibəsinin əvvəllərində iki uşağı olan ana Ağdama (Azərbaycan SSR) evakuasiya olunmuşdur. Ürək qüsuru səbəbiylə hərbi xidmətdən azad edilən ata Krımda qaldı və Alman qoşunlarının gəlişi ilə partizanların yanına getdi. Sevastopol, Ağməscid dəstələrinin və Krım partizan hərəkatının Mərkəzi qərargahının kəşfiyyatçısı olmuşdu. 1942-ci ildə partiyanın üzvlüyünə qəbul olundu. Ağır yaralanandan sonra işğal altındakı ərazidən uzaqlaşdırıldı. Müharibədən sonra Krımın partizan hərəkatına dair bəzi kitablarda həqiqətlər təhrif olunurdu - məsələn, yerli partizanlar arasında Krım tatarlarının da olduğu gizlədilir və ya yazılmırdı.
Ərzuman Osmanov
Ərzuman Kamran oğlu Osmanov (25 dekabr 1990; Orta Ləki, Ağdaş rayonu — 1 oktyabr 2020; Ağuçuq yüksəkliyi, Gülüstan-Madagiz ) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Ərzuman Osmanov 1990-ci 25 dekabr tarixində Ağdaş rayonunun Orta Ləki kəndində anadan olub. 1997-2008-ci illərdə Nizami Gəncəvi adına Mingəçevir şəhər 8 saylı tam orta məktəbdə təhsil alıb. Subay idi. Əsgər yoldaşları arasında "Aliço" ləqəbi ilə tanınan Ərzuman Osmanov oktabrın 1-də Madagiz uğrunda döyüşlərdə ağır yaralanıb və ondan bir daha xəbər alınmayıb. İtkin düşən Ərzuman Osmanovun nəşi dekabrda aparılan axtarışlar zamanı tapılıb və DNT analizindən sonra 9 dekabr 2020-ci il tarixində ailəsinə təhvil verilib. Ərzuman Osmanov 10 dekabr tarixində Mingəçevir şəhər şəhidlər xiyabanında böyük izdihamla dəfn olunub.
Əyyub Osmanov
Osmanov Əyyub Azər oğlu (15 oktyabr 1995, Şıxlı (Ağdaş), Ağdaş rayonu – 3 noyabr 2020, Laçın rayonu) — İkinci Qarabağ müharibəsi şəhidi. Osmanov Əyyub Azər oğlu 15 oktyabr 1995-ci ildə Ağdaş rayonunun Şıxlı kəndində anadan olmuşdur. 2002-ci ildə Ağdaş rayon Şıxlı kəndində Mehman Həmidov adına tam orta məktəbin 1-ci sinifinə getmişdir. 2013-cü ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2017-ci il yanvarın 26-da hərbi xidmətə yollanmışdır. 2018-ci il iyul ayında ordudan tərxis olmuşdur. Ordudan tərxis olduqdan sonra Ağdaş rayonunda Azər İşıq Açıq Səhmdar Cəmiyyətində (ASC) sürücü kimi işə başlayıb. 2020-ci il iyulda könüllü olaraq orduda xidmət etmək üçün müraciət edib. Döyüşlər zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əyyub Osmanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Dilyavər Osmanov
Dilyavər Osmanov (krımtat. Dilâver Osmanov) — Krımtatar əsilli sovet və ukraynalı şair və publisist. “Yıldız” jurnalının baş redaktoru (2009-cu ildən). Tatarıstan Respublikası Yazıçılar İttifaqının (1993), Ukrayna Milli Jurnalistlər İttifaqının və Ukrayna Milli Teatr Xadimləri İttifaqının üzvü. Tatarıstan Respublikasının (2003) və Krım Muxtar Respublikasının (2010) əməkdar artisti. Krım Mühəndis-Pedaqoji Universiteti müəllimi. Tarix elmləri namizədi. Yazıçı sərlərini krımtatar və rus dillərində yazır. == Bioqrafiya == Dilyavər Osmanov 17 iyul 1959-cu ildə Özbəkistan SSR, Daşkənd vilayətinin Bekabad şəhərində fəhlə ailəsində anadan olmuşdur. Milliyyətinə görə Krım tatarıdır.
Adil Osmanov
Adil Osmanov (2 iyul 2000, Moskva) — Azərbaycan əsilli Moldova cüdoçusu, Moldova cüdo komandasının üzvü, 2024-cü il Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, Böyük Dəbilqə turnirinin (2024), Qran Prinin (2024) və Avropa kubokunun qalibi (2021). == Həyatı == Adil Osmanov 2 iyul 2000-ci ildə Moskvada azərbaycanlı-moldovan ailəsində anadan olub. Atası Azərbaycandan (Xaçmaz rayonundan), anası isə Moldovadandır. Osmanovun Bakıda və Xaçmazda yaşayan qohumları var. Adil Osmanov 2017-ci ildə Moskvadan Kişinyova köçüb. O dövrdən Moldovanı təmsil etməyə başlayıb. === Karyerası === 2018-ci ilin avqustunda o, gənclər arasında Avropa kubokunun qalibi olub. 2019-cu ilin avqustunda yeniyetmələr arasında Avropa kubokunun gümüş mükafatını qazanıb. Həmin ilin sentyabrında yeniyetmələrin Avropa çempionatında ikinci yeri tutub. 2021-ci ilin oktyabrında böyüklər arasında Avropa kubokunun qalibi olub.