Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Arpad
Arpad — Macar knyazı. Almosun oğlu idi, anası bilinmir. Arpad 10 Onoqur tayfasını idarə edirdi. Hakimiyyətə gəldikdən sonra Kurşanla birlikdə imperator VI Leo ilə Bulqarlara qarşı müqavilə imzaladı. 901-ci ildə Pannoniyaya qədər gedib çıxmışdı. == Övladları == Liüntika - vəliəhd şahzadə, Kəbərlərin tayfa başçısı. Tarxos - şahzadə. Üllö - şahzadə. Yutaş - şahzadə. Zoltan - növbəti knyaz.
Notepad++
Notepad++ — Windows əməliyyat sistemi ilə birlikdə gələn Notepad proqramının alternatividir. Proqram C++, WIN32 API, STL istifadə edilərək hazırlanmışdır. Proqram GPL liseanziyası altında yayınlanır. Əsasən Scintilla mətn redaktoru əsasında qurulmuşdur. Notepad++ bir çox proqramlaşdırma dilinə uyğun olaraq kodu rəngləmək imkanlarına malikdir. Bir çox dillərə səsləndirmə(text to speech) dəstəyi vardır. Sözləri uyğun olaraq rəngləmə. Dəstəklənən Proqramlaşdırma dilləri: C, C++, Java, C#, XML, HTML, PHP, CSS, makefile, ASCII, art (.nfo), doxygen, ini faylı, batch faylı, Javascript, ASP, VB/VBS, SQL, Objective-C, Pascal, Perl, Python, Lua, TeX, TCL, Assembler, Ruby, Lisp, Scheme, Diff, Smalltalk, Postscript, VHDL, Ada, Caml, AutoIt, KiXtart, Matlab, Verilog, Haskell, InnoSetup, CMake, YAML və bir çox proqramlaşdırma dili daxil. WYSIWYG (nə görürsənsə o) Rəngli çap etmə qabiliyyəti. İstifadəçiyə özəl cümlə rəngləndirilməsi.
Otlaq
Otlaq – bitki örtüyü; heyvanların otarılması üçün istifadə edilən sahə. Otlaq təbii və süni (əkilmiş, səpilmiş) olur. Təbii otlaqlarda bitki örtüyü çoxillik çəmən-bozqır, yarımsəhra otlarından, efemerlərdən və yarımkol və kollardan ibarət olur. Süni Otlaqda isə bitki örtüyü çoxillik və birillik taxıl otlarının və paxlalı bitkilərin qarışıq səpini əsasında yaradılır. Azərbaycanda təbii biçənək və otlaqlar əsasən Qobustanda, Ceyrançöldə, Acınohurda, Şirvan, Mil, Qarabağ, Salyan düzlərində yerləşərək təbii otlaqların 67%-ni, dağlarda isə Böyük və Kiçik Qafqazda, Talışda orta dağlıq, subalp] və alp zonalarını əhatə edərək təbii otlaqların 33%-ni təşkil edir. Otlaq ərazilərinin ardıcıl istifadə olunan sahələrə bölünməsi, ilbəil otarma mövsümlərinin, bəzən istirahətə qoyulma müddətinin və fitomeliorasiya dövrlərinin dəyişdirilməsi ilə ondan səmərəli istifadə sistemi. Üç-dörd və beşillik dövriyyə tətbiq oluna bilər. Otarma normasına riayət etmədən intensiv otarma nəticəsində torpağın dağılması. Adətən bir formasiya daxilində bir-birinə yaxın (oxşar) otlaq tiplərini birləşdirir. Ev və vəhşi heyvanların otlaması məqsədilə istifadə olunan bitki örtüyü sahələri.
Otran
Otran (fr. Autrans) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Fonten-Verkor kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38021. Kommunanın 2012-ci il üçün əhalisi 1628 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 371 ilə 540 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 85 km cənub-şərqdə, Qrenobldan 15 km şimal-qərbdə yerləşir.
Otrar
Otrar (düzgün deyilişi Otarar), (Fərab, Turar, Tarban və ya Tutarbənd) Qazaxıstanın cənubunda Sır-dərya çayının sahilindəki Otrarın adı Monqol fəlakətiylə anılır. Bu şəhər Türk və İslam dünyasının ən böyük filosofu Fərabinin doğulduğu yerdi. Fərab əslində bölgənin adıydı və Otrar bu bölgənin mərkəziydi. Oğuzelinin ən önəmli şəhəriydi. Çingiz xan tərəfindən yerlə yeksan edilən Otrarın qalıntıları geniş bir meydana yayılıb. Ayrıca, 1405-ci ildə Çin səfərinə çıxan Əmir Teymur Otrarda ölmüşdür. Otrar vahəsi, arxeoloji qalıntıları, Orta çağ yerləşim yerləri və suvarma kanalları ile 200 km ² bir meydanı əhatə edir.
Topaz
Topaz — qiymətli daşdır. Kimyəvi formulu- Al2[SiO4][FOH]2 Rumbik sinqoniyanın rumbik-dipiramida sinfində kristallaşır.Tez-tez yaxşı inkişaf etmiş və böyük kristallarda tapılır. Kristalları prizmatik habitusda olur. Qeyri-mükəmməl ayrılma qabiliyyətinə malikdir. Sərtliyi 8, xüsusi çəkisi 3,5-dir. Rəngi sarı, bənövşəyi, ağ, qonurudur.Şüşə parıltılıdır. Şəffafdır. Penevmatogen proses nəticəsində əmələ gəlmişdir. Peqmatitlərdə və həmçinin qreyzenlərdə tapılır. Qreyzen- maqmatogen mənşəli süxurların pnovmatogen-hidrotermal dəyişmələrə məruz qalmış növlərinə deyilir.
Coypad
Oyun pultu, həmçinin geympad (ing. gamepad) və ya coypad (ing. joypad) — oyun kontrolleri növü. Bu, iki əllə tutulan uzaqdan idarəetmə qurğusudur, onun funksiyalarını idarə etmək üçün baş barmaqlardan istifadə olunur. Bir çox müasir kontrollerlər istiqamət düymələri ilə birlikdə analoq çubuqlardan istifadə edirlər. Bu, "Nintendo 64", "Sony PlayStation" və "Sega Saturn" konsollarının meydana çıxmasından sonra populyarlıq qazanmışdır. Geympadlar oyunçu və oyun konsolu arasında qarşılıqlı əlaqəni təmin edir. Geympadlar həmçinin onları dəstəkləyən oyunlarda fərdi kompüterlərdə istifadə olunur, oyunçunun klaviaturasını və siçanı əvəz edir.
Opal
Opal — mineral, yarı-qiymətli daş. Kimyəvi formulu SiO2 •nH2O şəklindədir.H2O miqdarı 1–9%, bəzən 34%-dək. Adi qatışıqları: Fe, Al, Mn sulu oksidləri, bəzən MgO, CaO və b. Aqreqatsızma, təbəqəli, məsaməli, torpaqvari, jelvak, plyonka şəklində, radiolariyanın skeletində, diatomeyaların zirehlərində və b. rast gəlinir. Rəngsiz, lakin müxtəlif xromoforlarla boyana bilər.Opal rəng və görünüşünə görə müxtəlif cür adlanır. Nəcib opal şəffaf olub opalessensiya edir. Alovu opal sarıdan qəhvəyi-qırmızı, şəffaf və parlaqdır. Donuq opal — südü-ağ. Yəşəmi opal — qırmızıdan qəhvəyiyədək.
Otaq
Otaq — Evin və yaxud hər hansısa bir tikilinin daxilində yerləşən məkanlar. Otaqlar dincəlmək, işləmək, yatmaq və digər məqsədlər üçün istifadə edilməkdədir. Yaşayış binalarında yerləşən evlərdə adətən qonaq otağı, yataq otağı, uşaq otağı və hamam otağı olmaqla müxtəlif təyinatlı otaqlar olur.
XTPD
Xüsusi Təyinatlı Polis Dəstəsi (abreviatur: XTPD) və ya OПОН (rus. ОПОН Отряд Полиции Особого Назначения) — 1990–1995-ci illərdə Daxili İşlər Nazirliyinin tərkibində olan Xüsusı Təyinatlı Polis Dəstəsi. OMON-a Rövşən Cavadov rəhbərlik edirdi. Azərbaycan Daxili İşlər Nazirliyinin XTPD 12500 nəfərdən ibarət üçpilləli bir təşkilat idi. Birinci pillə SSRİ Daxili İşlər Nazirliyinin XTPD bölməsidir. Bura 1500 nəfər daxildir. 1990-cı ilin sentyabrından SSRİ Daxili İşlər Nazirliyi tərəfindən yaradıldı və maliyyələşdirildi. İkinci pillə: 1990 -cı ilin avqustunda AzSSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə yaradılan Azərbaycan Daxili İşlər Nazirliyinin OMON-u. AzSSR Daxili İşlər Nazirliyinə tabedir. Əsas dislokasiya məntəqələri: Bakı, Sumqayıt, Qazax, Naxçıvan, Quba, Əsgəran, Mingəçevir.
TPAO
Türkiye Petrolleri Anonim Ortaklığı (TPAO) (Türkiyə Neft Şirkəti) 1954-cü ildə milli şirkət olaraq Türkiyədə karbohidrogen kəşfiyyatı, qazma, hasilat, neft və qazın emalı və marketinq fəaliyyətlərində iştirak etmək məqsədi ilə yaradılmışdır. Milli iqtisadiyyatın mühüm aktoru olan TPAO Türkiyə neft sənayesində bir çox “ilklər”ə imza atmışdır Yarım əsrdən çox tarixə malik olan şirkət, Türkiyəyə Petkim, Tüpraş və POAŞ da daxil olmaqla 17 böyük şirkətin yaranmasına səbəb olmuşdur. 1983-cü ilə qədər inteqrasiya olunmuş neft şirkəti kimi kəşfiyyatdan tutmuş hasilata, neft emalına, marketinq və nəqliyyata qədər neft sənayesinin bütün fəaliyyət sahələri ilə məşğul olmuşdur. Bu gün TPAO sırf upstream (kəşfiyyat, qazma, quyuların tamamlanması və hasilat) sektorunda iştirak edən milli neft şirkətidir.
Arpad Gents
Arpad Gents (mac. Árpád Göncz, 10 fevral 1922[…], Budapeşt, Macarıstan – 6 oktyabr 2015[…], Budapeşt) — Macar dövlət xadimi, Macarıstanın ilk prezidenti. O, həmçinin 1956-cı ildə baş verən macar inqilabının iştirakçılarından biri olmuşdur. == Həyatı == Arpad Gents 10 fevral 1922-ci ildə Budapeştdə zadəgan ailəsində anadan olmuşdur. Atası Layoş Gents poçt işçisi anası İliona Hayman isə evdar xanım idi. Bunda başqa atası Layoş Gents məşhur tennis oyunçusu olmuş və 1924-cü i yay olimpiya oyunlarında Macarıstanı təmsil etmişdi. Ilk təhsilini 4 illik məktəbdə aldıqdan sonra təhsilini 1932-ci ildə Verbösi orta məktəbində davam etdirmişdir. Orta məktəbi bitirən Gents 1944-cü ildə Budapeşt Pamani Piter adına İncəsənət Universitetinə daxil olmuşdur. Həmin il- 1944-cü ilin 19 mart tarixində Macarıstan almanların hücumuna məruz qaldı. Arpad Gents hələ təhsil aldığı üçün orduya çağırışdan azad edilmişdi.
Arpad Tot
Arpad Tot (mac. Árpád Tóth; 14 aprel 1886, Arad – 7 noyabr 1928, Budapeşt) — Macarıstan şairi və tərcüməçisi. == Həyatı == Arpad Tot 1886-cı ildə Avstriya-Macarıstanın Arad şəhərində anadan olmuşdur. Debreçen gimnaziyasında təhsil almış və daha sonra isə Budapeşt Universitetində alman və macar dillərini öyrənmişdir. 1907-ci ildə onun poemaları A Hét və Vasárnapi Újság qəzetlərində, 1908-ci ildən isə Nyuqat jurnalında dərc edilməyə başladı. 1911-ci ildən Debreceni Nagy Újság qəzetində teatr oyunlarının tənqidçisi oldu. 1913-cü ildə varlı bir ailədə müəllim kimi işləməyə başladı və yazıçılıqdan bir az gəlir əldə etdi, lakin hələ də yoxsulluq şəraitində yaşayırdı. Vərəm xəstəliyindən əziyyət çəkdiyi üçün Tatra dağlarında Şvedler sanatoriyasında müalicə aldı. Birinci Dünya müharibəsindən sonra yaranan inqilabi hökumətin mövcudluğu dövründə o, Vöröşmarti Akademiyasında katib kimi işlədi, lakin tezliklə öz vəzifəsindən kənarlaşdırıldı və hökumətin süqutundan sonra özünə yeni iş tapa bilmədi. 1928-ci ildə Budapeştdə xəstəliyə tutulan Tot ömrünün qalanını yoxsul yaşayaraq keçirdi.
Arpad sülaləsi
Arpad sülaləsi (mac. Árpádok) — Orta Avropada qurulan Macar krallığının ilk xanədanlığı (896 – 1301). == Tarixi == Uzun illər Kuban çayı bölgəsində yaşayan Macarlar, Peçeneqlərin təzyiqi nəticəsində qərbə köç etdiler. Bu köç olayı sırasında macarların başına Arpat adlı şəxs dayanırdı. Macar boyları, 896-cı ildə bugünkü Macarıstana gələrək burda yerləşdilər. 955-ci ilə qədər Balkanlarda böyük bir dövlet qurdular. Bu dövlet, 955-ci ildə Germanlar tərəfindən yıxıldı. Macar tayfaları X əsrdə xristianlığı qəbul etdilər. Ancaq daha sonra təkrar qurulan Macar krallığında 1301-ci ilə qədər Arpad sülaləsi hökm sürdü. Avropalı tarixçilər və o dönəmki Avropa dövlətləri, özəlliklə Bizanslılar Macar dövlətini "Qərbi Türkiyə" olaraq adlandırmışlar, Macar xanədanına "Türklərin şahzadəsi" olaraq xitab etmişdilər.
Ervand Otyan
Yervand Otyan (q.erm. Երուանդ Օտեան; 19 sentyabr 1869, Konstantinopol, Osmanlı imperiyası – 3 oktyabr 1926[…], Qahirə, Misir krallığı[d]) — erməniəsilli Osmanlı jurnalisti, satirikçisi. == Həyatı == 1869-cu il 19 sentyabrda İstanbulda anadan olmuşdur. Ailəsi Kayseridən İstanbula gəlib saray memarlığına qədər yüksələn Boğos Odyanın soyundandır. Erməni Milləti Nizamnaməsinin yaradıcılarından olan əmisi Krikor Odyan ilə 1879-cu ildə Parisə, 1882-ci ildə isə atasının konsulluq etdiyi Krayovaya getdi. Üsküdardakı Berberyan Erməni Məktəbində 1 il yarıma qədər dərs aldı. Daha sonra isə təhsilinə evdə, tanınmış ermənilərdən aldı. İlk yazı və tərcümələrini İstanbul Erməni mətbuatında 1887-ci ildə çap etdirdi. 1896-cı ildə İstanbulu tərk etdi və Yunanıstana köçdü. Afina, Paris, İsgəndəriyyə, Londonda öz əsərlərini çap etdirməyə davam etdi.
Microsoft Notepad
Microsoft Notepad Microsoft Windows üçün sadə bir mətn redaktoru və kompüter istifadəçilərinə sənədlər yaratmağa imkan verən əsas mətn tənzimləmə proqramıdır. İlk dəfə 1983-cü ildə MS-DOS proqramı olaraq buraxılmış və 1985-ci ildə Windows 1.0-dən bəri Microsoft Windows-un bütün versiyalarına daxil edilmişdir.Müəllifi Riçard Brudidir. Microsoft, Riçard Brudi tərəfindən yazılmış siçan əsaslı mətn redaktoru olan Multi-Tool Notepadı 1983-cü ilin mayında Atlantadaki Bahar COMDEX kompüter sərgisində 195 ABŞ dolları olan Microsoft Mouse ilə təqdim etdi. Bu COMDEX də Çarlz Simonyi tərəfindən siçan ilə işləmək üçün hazırlanmış Multi-Tool Word idi. Simonyinin nümayişini izləyənlərin çoxu siçan haqqında heç eşitməmişdilər. Microsoft, Microsoft Siçanını 1983-cü ilin iyununda buraxdı və Multi-Tool Notepad iyul ayında göndərməyə başladı. İlkin satışlar təvazökar idi, çünki qutuya daxil edilmiş üç nümayiş proqramını (bir dərslik, təcrübə tətbiqi və Notepad) və ya proqram interfeysini idarə etməkdən başqa bir şey az idi. Multi-Tool məhsul xətti Multiplan elektron tablo üçün ekspert sistemləri ilə başladı. Bill Qeytsin Windows 1.0 buraxılışından əvvəl "İnterfeys meneceri" adını "Windows" olaraq dəyişdirməsinə inandıran Rouland Hansonun təklifi ilə, Multi-Tool adı Word-in 1983-cü ilin noyabrında göndərildiyi vaxt öldürüldü. Hansonun əsaslandırılması ki, "marka qəhrəmandır".
Məhmət Topal
Mehmet Topal (d. 3 mart 1986, Malatya) Türkiyəli futbolçu. "Fənərbaxça"nın şərəfini qorumaqdadır.
Otmar Hitsfeld
Ottmar Xitsfeld — Almaniyalı futbol mütəxəssisi Otmar Hitsfeld 12 yanvar 1949-cu ildə anadan olub. 2008-ci ilin yayından İsveçrə yığmasını çalışdıran Hitsfeldin yetirmələri bir il ərzində 10 oyunda 6 qələbə qazanıb, 3 heç-heçə edib və yalnız 1 dəfə məğlubiyyətə uğrayıb. Bu məğlubiyyət onun debüt matçına təsadüf edib. Baş məşqçi qismində 2 Qitələrarası kubok, 2 Çempionlar Kuboku, 7 Almaniya, 2 İsveçrə çempionluğu, 3 Almaniya və 3 İsveçrə kubokunu qazanıb. 1997-ci və 2001-ci illərdə dünyanın ən yaxşı məşqçisi seçilib.
Topaz (bukmeyker)
Topaz – Azərbaycanda bukmeyker. 2014-cü ildə ölkədə ən çox tanınan brendlərdən biri kimi göstərilmişdir. Bukmeyker 8 yanvar 2011-ci ildə ölkədə mərc oyunlarına olan 13 illik qadağadan sonra qurulmuşdur. 2011-ci ildə şirkət 500-cü mərc ofisini açmışdır. Şirkətin 1000-dən çox işçisi var. Şirkət telefon və internetlə birlikdə 500-dən çox lisenziyalaşdırılmış mərc ofisində mərc etməyi təklif edir. 2012-ci ildə Topaz Azərbaycan Premyer Liqasının rəsmi sponsoru olmuşdur. 5 avqust 2019-cu ildə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bildirmidir ki, Topaz 2019/2020 Azərbaycan Premyer Liqa mövsümünün rəsmi sponsoru olmayacaq. 2013-cü ilin martında AR Milli Məclisi gənclər üzərində mənfi təsirinə görə Topaza qarşı tənqidlər etmişdir, lakin Gənclər və İdman naziri Azad Rəhimov Topazın idmana olan qayğısını əsas gətirərək şirkətə olan dəstəyini bildirmişdir.
Topaz (dəqiqləşdirmə)
Topaz — Qiymətli daş. Topaz (bukmeyker) — Azərbaycanda yeganə bukmeyker.
Mehmet Topal
Mehmet Topal (d. 3 mart 1986, Malatya) Türkiyəli futbolçu. "Fənərbaxça"nın şərəfini qorumaqdadır.
Qriqor Otyan
Qriqor Otyan (erm. Գրիգոր Օտեան, 9 (21) dekabr 1834, Konstantinopol, Osmanlı imperiyası – 6 (18) avqust 1887, Parisin 16-cı dairəsi[d]) — Osmanlı ermənisi hüquqşünas, siyasətçi və yazıçı. O, erməni milli konstitusiyasının və 1876-cı il Osmanlı konstitusiyasının yaradılmasında əsas fiqur olmuşdur. Otyan erməni dramaturqu və yazıçısı Ervand Otyanın əmisi idi.
Topal Teymur
Teymur (çağatay. تیمور; 9 aprel 1336[…] və ya 1336, Şəhrisəbz, Cığatay xanlığı – 19 fevral 1405, Otrar, Teymurilər dövləti) — türk sərkərdə, Mərkəzi, Qərbi və Şərqi Asiyanın, habelə Qafqazın, Rusun və Volqaətrafı bölgələrin tarixində böyük rol oynamış şəxsiyyət, Teymurilər dövlətinin banisi. 1370-ci ildə Əmir titulu almış Teymurun adı Azərbaycan dilində olan tarixi ədəbiyyatlarda daha çox Əmir Teymur kimi qeyd olunur. Ərəb ad qoymasına əsasən Teymurun tam adı Teymur ibn Tarağay Barlas (Tīmūr ibn Taraġay Barlas — Barlaslı Tarağayın oğlu Teymur) olub. Çağatay və monqol dilində Temür və ya Temir sözləri "dəmir" mənasını verir. Orta əsr rus mənbələrində Teymurun adı "Topal Teymur" kimi də qeyd olunub. Çingizlilər sülaləsindən olmadığı üçün Teymur formal olaraq böyük xan titulu daşıya bilməzdi. Elə buna görə də o, özünə əmir (tayfa başçısı) titulunu götürür. 1370-ci ildə Çingizlilər sülaləsi ilə qohumlaşan Teymur özünə Gürkan (fars. Timūr Gurkānī, تيموﺭ گوركانی‎) titulunu götürür.
Topal ördək
Topal ördək və ya gethagetdəki siyasətçi — xələfi artıq seçilmiş və ya seçilmək ərəfəsində olan vəzifəli şəxs. Gethagetdəki siyasətçi çox vaxt digər siyasətçilərlə müqayisədə daha az təsir bağışlayır, çünki onların səlahiyyət müddəti bitmək üzrədir. Ancaq onlar icra sərəncamları, əfv fərmanları və ya digər mübahisəli fərmanlar verməkdə daha sərbəst davrana bilirlər. Bu siyasətçilər müddət məhdudiyyətləri, planlaşdırılan təqaüdə çıxma və ya seçki itkiləri nəticəsində ortaya çıxır və siyasi sistemlər nəticələrin elan edilməsi ilə seçki qaliblərinin inauqurasiyası arasında gecikmə yaratdıqda xüsusilə nəzərə çarpır. "Topal ördək ovu" mövsümü: seçkidən sonra Bayden impiçmentlə üzləşə bilər?
Yervand Otyan
Yervand Otyan (q.erm. Երուանդ Օտեան; 19 sentyabr 1869, Konstantinopol, Osmanlı imperiyası – 3 oktyabr 1926[…], Qahirə, Misir krallığı[d]) — erməniəsilli Osmanlı jurnalisti, satirikçisi. 1869-cu il 19 sentyabrda İstanbulda anadan olmuşdur. Ailəsi Kayseridən İstanbula gəlib saray memarlığına qədər yüksələn Boğos Odyanın soyundandır. Erməni Milləti Nizamnaməsinin yaradıcılarından olan əmisi Krikor Odyan ilə 1879-cu ildə Parisə, 1882-ci ildə isə atasının konsulluq etdiyi Krayovaya getdi. Üsküdardakı Berberyan Erməni Məktəbində 1 il yarıma qədər dərs aldı. Daha sonra isə təhsilinə evdə, tanınmış ermənilərdən aldı. İlk yazı və tərcümələrini İstanbul Erməni mətbuatında 1887-ci ildə çap etdirdi. 1896-cı ildə İstanbulu tərk etdi və Yunanıstana köçdü. Afina, Paris, İsgəndəriyyə, Londonda öz əsərlərini çap etdirməyə davam etdi.