TOPALAX
TOPARA
OBASTAN VİKİ
Aleksandr Topanov
Aleksandr Mixayloviç Topanov (rus. Алексaндр Михaйлович Топaнов; 10 oktyabr 1903, Şira aymağı, Qərbi Sibir vilayəti[d] – 10 yanvar 1959, Alupka, Krım vilayəti[d]) – Xakas şairi və dramaturqu, Xakas ədəbiyyatının ilk yaradıcılarından biri, xakas əlifbasının və yazı sisteminin müəllifi. == Həyatı == Alexander Topanov 28 sentyabr 1903-cü ildə Yenisey quberniyasının Ust-Fırkal kəndində (indiki Xakasiyanın Şirinsk rayonu) anadan olmuşdur. Orta təhsilini doğulduğu kənddə almış, sonra Krasnoyarsk Ruhani Seminariyasını, birillik müəllimlik kursunu bitirmişdir. Daha sonra İrkutsk Universitetininin hüquq fakültəsinə daxil olsa da, ancaq vətəndaş müharibəsi ilə bağlı baş verən hadisələr səbəbindən məzun ola bilməmidir.Orta və pedaqoji məktəbdə müəllim işləmişdir. 1927-ci ildən Moskvada Milli Azlıqlar Şurasında çalışmışdır. 1931-1947-ci illərdə Xakasiya Milli Teatrının aktyoru və ilk bədii rəhbəri olmuşdur. O, teatrda həm dramaturq, həm bədii rəhbər, həm də aktyor kimi fəaliyyət göstərmişdir. 1948-ci ildə repressiya qurbanı kimi Xakasiyanı tərk etməyə məcbur olmuş, Krıma köçərək ömrünün sonlarına kimi orada yaşamışdır. 10 yanvar 1959-cu ildə Krımın Alupka şəhərində vəfat etmiş, orda da dəfn olunmuşdur.