Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Parkalar
Parkalar – Qədim Roma mifologiyasında tale ilahələri. Yunan mifologiyasında moyralara uyğun gəlirlər. İnsanın taleyi üç parkanın – Nona, Desima və Mortanın əlindədir. Nona (lat. Nona) – həyat ipini əyirir (moyra Kloto ilə eynidir). Detsima (lat. Decima) – ipi hörür (moyra Laxezis ilə eynidir). Morta (lat. Morta) – ipi kəsərək insan həyatına son qoyur (moyra Atropos ilə eynidir). Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır.
Paralar (Həştrud)
Paralar (fars. پارالار‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 238 nəfər yaşayır (42 ailə).
Darğalar
Darğalar — Azərbaycan Respublikasının Bərdə rayonunun Kələntərli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Qarabağ düzündədir. Yaşayış məntəqəsini darğalar nəslinə mənsub ailələr saldığı üçün belə adlandırılmışdır. Nəsil isə adını keçmişdə nəsli vəzifə sayılan "darğalıq"dan almışdır. Darğa/daruğa/daruğaçı (monqol. daruxu "sıxmaq", "daraltmaq", məcazi mənada "möhürləmək") orta əsrlərdə monqol istilasına məruz qalmış ölkələrdə, o cümlədən Azərbaycanda monqol xanının vergi toplayan və əhalini siyahıya alan nümayəndəsi, inzibati məmur olmuşdur. Əsasən hökmdar tərəfindən təyin edilən darğalar lazım gəldikdə yerli əhalidən yardımçı hərbi hissələr təşkil edir, asayişi qoruyurdular. Qızıl Ordada onlar baskak, bəzi şərq ölkələrində isə şəhnə adlanırdılar. Vəzifə adı kimi Darğaməlik (Ordubad r-nu) oykonimində saxlanılmışdır.
Pantalas
Pantalas okeanı və ya sadəcə Pantalas — (yun. πᾶν "bütün", θάλασσα "dəniz") — Superqitə Pangeyanı əhatə edən superokean. Paleozoy−Mezozoy dövrü zamanı, təxminən 250 milyon il əvvəl yer kürəsinin 70%-ni əhatə edirdi.
Qartallar
Qartallar (lat. Aquilinae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan yarımfəsiləsi.
Qarğalar
Qarğalar (lat. Corvidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Taxtalar
Taxtalar — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati-ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı ilə Dəvəçi rayonunun Taxtalar kəndi Düz Bilici kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Taxtalar kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. Kənd 19 iyul 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı olmuş Şabran-Pirəbədil-Zeyvə avtomobil yolunun üstündədir. Kəndin əhalisi 532 nəfər təşkil edir.
Vattalar
Sarmalar
Dolma və ya sarma — Geniş yayılmış xörək növlərindən biri olan dolmanın Azərbaycan mətbəxinə 30-dan çox növü məlumdur. Dolma sözü dilimizdə iki sözdən əmələ gəlib. Birinci dolmaq, doldurmaq felindəndir ki, bu da içərisi doldurulan pomidor, istiot, badımcan, heyva, soğan və s. dolmalardır ki, bu ad onların hazırlanma texnologiyaları ilə üst-üstə düşür. İkinci söz "dolamaq" felindəndir ki, bu da yarpağı içliyə dolamaqdan irəli gəlir. Bunlar kələm, üzüm yarpağı, fıstıq (pip) yarpağı, əvəlik yarpağı və s. bu kimi yarpaqlardan hazırlanan dolmalardır. Bu tip dolmalara Türkiyə türkcəsində "sarma" da deyirlər ki, bu da "dolmaq" feli ilə dilimizdə də eyni məna daşıyan "sarımaq", yəni bükmək felindədir. Qeyd edək ki, Azərbaycanın regionlarında eyni adlı dolmalar müxtəlif üsulla bişirilə bilir. Məsələn, kələm dolması Gəncədə sadə bişirilirsə, Şəkidə ona şəkər, Naxçıvanın bəzi kəndlərdə şabalıd qatılır .
Aetalar
Aeta (Özlərini ata və ya puqut adlandırırlar) — Avstraloid irqinə mənsub qəbilə, Filippin adalarının köklü xalqlarındandır. Qədim avtoxton əhalisinin törəmələridir. Luzon adasının şərqində dağlıq və dağ ətəyi ərazilərində yarılmışdır. Onların Eta, Atta, Aqta, Baluqa və duqanat qəbilələri vardır. Onların kiçil bir qrupu Neqros adası, Panay adalarının daxili hissələrində və Mindanao adasının şimal-şərqində yauılmışlar. Bəzən Aetalara Mindoro və Palavan adalarında yayılmış avstraloidlər də olara aid edilirlər. Sayları 50 min nəfər (1967), onların 30,000 Luzon adasında yaşayır. Müxtəlif ləhcələrdə danışırlar. Dil Malay-polineziya dillərinə daxildir. Son zamanlar tamamən qonşu fillipin dillərində danışırlar.
Aratlar
Aratlar (monqolca ard — əməkçi, xalq) — Monqolustanda əməkçi maldar kəndlilər. Aratlar feodalların istismar etdiyi təhkimli kəndlilər idi. Aratlar üç qrupa, yəni silkə bölünürdü: Albatu, inabinar, xamçilqa. 1921-ci il Monqolustan inqilabında aratlar həlledici rol oynamışdılar. Monqolustan Xalq Respublikasında aratlar fəhlə sinfi və əməkçı ziyalılarla birlikdə sosializm quran azad sinfə çevrilmişdir. Onlar kənd təsərrüfatı kooperativlərində birləşmişdilər. Tıvadakı kəndlilər də aratlar adlanır.
Artaşar
Fəthabad — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd.
Parflar
Parflar — Parflar mürəkkəb etnogenezisə mənsubdurlar. Antik dövrdə Mərkəzi Asiyanın çöllərində parf adlı tayfa köç edirdi. Bu tayfa bəzi qaynaqlarda Daxa adlanırdı. Təqribən eradan əvvəl III əsrdə bu tayfanın bəzi qolları daxlar adı altında birləşdilər. Daxların aparıcı tayfası parna adlanırdı. Parna tayfasından məşhur Parfiya şahları I Arsak və I Tiridat çıxmışdı. Parna sonralar üç qrupa bölündü: Parflar, Parslar, Martlar. I Arsak daxları birləşdirib əyləşdirdi. Onlar qədim İran qaynaqlarında Apartik adlanan ərazidə yerləşdilər. Əkinçiliklə məşğul olmağa başladılar.
Parslar
Parsilər (qucaratca: પાર્સી [pa:rsi:]) - Cənubi Asiyada (Hindistan və Pakistan) zərdüştilik dininə etiqat edən iran əsilli xalqdır. Parsilər zərdüştilik dininin adət-ənənələrini qoruyan iki əsas xalqdan (digəri gebrlər) biridir. "Parsi" sözü "Pars sakini" mənasını bildirir. Avropada parslar haqqında ilk məlumatlar fransız rahibi İordanın 1322-ci ildə Hindistanın Maharaştra ştatında yerləşən Thane və Qucarat ştatında yerləşən Bharuç şəhərlərinə səyahəti zamanı verilir. Zaman keçdikcə bu sözə fransız, portagizlər, ingilis və digər avropa dövlətlərinin səyyahlarının əsərlərində rast gəlinmişdi. Alman filoloqu olan Fridrix Şreder 1908-ci ildə dərc olunan qəzetlərin birində parsi nümayəndələrinin bir çoxunun Bakıda yaşadığını qeyd etmişdir. VII əsrdən etibarən indiki İran ərazisi Ərəbləri işğalı altında idi. İranlılar, ərəblərə qarşı uzun müddət qiyam qaldırdılar. Lakin bu cəhdlərinin müvəffəqiyyətsiz qalmasıyla bərabər, onlar ağır cizyə vergiləri ödəmək və ya İslam dininə keçmək məcburiyyətində qaldılar. Din dəyişdirmə yeni idarəçilərin son məqsədi idi və bu daha asan bir yol idi.
Paşalar
Paşalar — Azərbaycan Respublikasının Şuşa rayonunun Şırlan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun Xanalı kənd Sovetindən Paşalar kəndi Şırlan kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Paşalar kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır.
Qaralar
Azərbaycanda Qaralar (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Qaralar (Saatlı) — Azərbaycanın Saatlı rayonunda kənd. Qaralar (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunda kənd. Qaralar (Tovuz) — Azərbaycanın Tovuz rayonunda kənd. Qaralar (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunda kənd. Yuxarı Qaralar — Azərbaycanın İmişli rayonunda kənd. Yeni Qaralar — Azərbaycanın Ağdərə rayonunda kənd. Qaralar — Oğuz rayonu ərazisində dağ. Ermənistanda Qaralar (Vedibasar) — Qərbi Azərbaycanın Vedibasar mahalında kənd. Qaralar — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd.
Sartlar
Sart (özb. Savdogar) — Orta Asiyada köçərilərin və yarıköçərilərin oturaq, daha çox şəhər əhalisinə verdikləri ad. Sartlar ənənəvi olaraq ticarətlə və başqa şəhər peşələri, özbəkcə savdogarlıq, ilə məşğul olurdular. Sartlar əsasən Özbəkistanda və qismən Tacikistanda, Qızğızıstanda və Qazaxıstanın cənubi şəhərlərində yaşayırdılar. SSRİ vaxtında sartlar daha çox özbəklər kimi qeydiyatdan keçirdilər.
Yaralar
Yara — mexaniki təsirdən dəri və selikli qişaların, bədən boşluğunda yerləşən üzvlərin: ürək, ağciyər, qaraciyər, mədə-bağırsaq, böyrəklər, sidik kisəsi və s. tamlığının pozulmasıdır. Mexaniki zədə kəsici, deşici alətlərlə törənirsə və dəri tamlığı pozulursa, bu yaradır. Məsələn, qarına vurulan bıçaqla dəri tamlığı pozulur, mədənin divarında, qaraciyərin parenximasında yara törənir. Qarnın küt zədələnmələri zamanı dəri tamlığı pozulmur və yalnız dalağın zədələnməsi qanaxmaya səbəb olur, bu zaman söhbət yaradan deyil, dalağın cırılmasından getməlidir. Yaranın 3 əsas əlaməti vardır: ağrı, qanaxma, yara səthi. Yaralar əmələgəlmə səbəblərinə, toxumaların zədələnmə xüsusiyyətinə, infeksiyalaşma ehtimalına, yara kanalının bədən boşluqlarına münasibətinə və s. görə təsnif olunur. Əmələ gəlməsinə görə bütün yaralar 2 qrupa bölünür: məqsədyönlü və təsadüfi yaralar. Məqsədyönlü yaralar — özləri də 2 qrupa bölünür: tibbi və kriminal yaralar (müharibələr, qəsd, intiqam, intihar).
Parnlar
Parnlar (q.yun. Πάρνοι, Parnoi) və ya aparnlar (q.yun. Ἄπαρνοι, Aparnoi) — qədim şərqi İrandilli köçəri xalqı. Onlar daxlar ittifaqının, ehtimal olunur ki, massaget (skif) qrupuna mənsubdur. Parnlar qədim dövrdə Aralyanı və Mangistau çöllərindən Kopetdağın şimal yamaclarına qədər yayılan ərazidə yaşamışdılar.Xəzər dənizinin cənub-şərqində Oçus çayı ətrafında yaşayırdılar. Ehtimal olunur ki, onların ilkin vətəni digər skif tayfaları ilə birlikdə köçdükləri yerdən Rusiyanın cənubu ola bilər. Herodot, Strabon və bir çox başqa qədim müəlliflər parnlar haqqında məlumat vermişdilər. Onlar Qavqamela döyüşündə Əhəməni ordusunun bir hissəsi kimi xatırlanmışdılar. Tarixdə onlar Parfiya dövlətinin hakim Arşakilər sülaləsinin əcdadı Arşakın parnların sərkərdəsi olması ilə tanınırdılar. Arşakın Parfiya vilayətini ələ keçirdiyi zaman arxalandığı əsas qüvvə parnlar idi.
Qara Qartallar
Qara Qartallar (kor. ブラックイーグルス) — Koreya Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. 12 dekabr 1994-cü ildə yenidən yaradılmışdır. Uçuşlar üçün Cessna A-37 Dragonfly təyyarələri istifadə olunurdu. 2007-ci ildə komanda müvəqqəti ləğv olunmuş, 2010-cu ildə isə T-50 Golden Eagle təyyarələri ilə yenidə qurulmuşdur. İlk komanda 1 oktyabr 1953-cü ildə yaradılmışdır. Uçuşlar üçün 4 ədəd North American P-51 Mustang təyyarəsi istifadə olunurdu. 1959-cu ildə bu təyyarələr Lockheed T-33 ilə əvəz olundu. 1 oktyabr 1959-cu ildə North American F-86 Sabre təyyarələr ilə uçan komanda yaradıldı və Mavi Qılınclar adlandırıldı. 1978-ci ildə komanda ləğv olundu.
Taxtalar bələdiyyəsi
Şabran bələdiyyələri — Şabran rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Böyük pandalar
Ailuropoda - nəhəng pandanın beş növünü özündə birləşdirən ursid növüdür. Nəhəng Panda (Ailuropoda melanoleuca) hal-hazırda mövcuddur. Yırtıcı heyvanlar kimi onun taksonomik təsnifatına baxmayaraq, panda hər şeydən əvvəl otyeyən rasiona malikdir. Onun qidasının əsasını demək olar ki, bambuk bitkisi təşkil edir. Pandalar sonuncu Miocene ərzində yaşamış Ailurarctosdan törənir. == Növləri == †Ailuropoda microta Pei, 1962 †Ailuropoda wulingshanensis Wang et alii.
Göy Qartallar
Göy Qartallar (ing. Blue Eagles) — Brirləşmiş Krallığa məxsus olmuş aerobatika eskadronudur.Az sayda helikopterlərdən ibarət olan aerobatika komandalarında biri olmuşdur. == Tarixi == 1968-ci ildə qurulmuşdur. İlk zamanlar uçuşlar üçün Bell 47 helikopterləri istifadə olunurdu, lakin maliyyə çatışmazlıqları səbəbində bir müddət fəaliyyətini dondurdu. 1982-ci ildə yenidən fəaliyyəti rəsmi olaraq bərpa olundu və Aérospatiale Gazelle helikopterləri ilə uçuşlar həyata keçirməyə başladılar. 1992-ci ildən komanda Westland Lynx helikopterləri ilə təmin olundu, lakin onun uçuş göstəriciləri aşağı olduğuna görə, yenidən əvvəlki helikopterləri istifadə vetməyə başladılar. 2001-ci ildə komandaya ilk britaniyalı qadın aviaşou pilotu Sgt Julie Wiles qoşuldu. 2010-cu ildə helikopterlərin köhnəlməsi və maliyyə problemləri səbəbindən komanda ləğv olundu.
Siyasi partiyalar
Siyasi partiya — öz namizədlərini siyasi vəzifələrə təyin etmək yolu ilə dövlət siyasətinə təsir etməyə çalışan siyasi təşkilat. Partiyalar etiraz aksiyalarında və seçki kampaniyalarında iştirak edir, müxtəlif maraqlar əsasında, xüsusi məqsədlər üçün ifadə edilmiş ideologiyaları təbliğ edirlər. Siyasi partiyanın təsis edilməsinə və onun nəzarətinə yardımçı olan könüllü şəxs partiyanın təşkilatçısı adlanır. Bu şəxs eyni zamanda partiya işçisi hesab edilir. Adətən siyasi partiya partiya rəhbəri (lideri), partiya katibi, partiya xəzinədarı və partiya sədri tərəfindən idarə edilir. Partiya lideri partiyanı təmsil edən ən səlahiyyətli üzv və nümayəndədir. Partiya katibi gündəlik işə və partiya yığıncaqlarının hesabatını saxlamağa cavabdehdir. Xəzinədar üzvlük haqqlarına görə məsuliyyət daşıyır. Partiya sədrinin əsas vəzifəsi isə partiya üzvlərini toplamaq və çağırmaq məqsədilə strategiyalar yaratmaqdır. Sədr, həmçinin, partiyanın yığıncaqlarına sədrlik edir.
Piratlar Respublikası
Piratlar Respublikası (ing. Republic of Pirates) — Vest-Hinddə dəniz quldurluğunun qızıl dövründə mövcud olmuş özünü ada respublikası. Bu, nominal olaraq Britaniya imperiyasının ərazisi idi, baxmayaraq ki, de-fakto olaraq onun nəzarəti altında deyildi. Bu, 1706-cı ildə dəniz quldurları tərəfindən qurulmuşdur və mövcud olduğu müddət ərzində bütün dünyada quldurların qalası, əsas bazası olmuşdur. Formal mənada nə dövlət, nə də respublika olmasa da, öz pirat kodeksi ilə tənzimlənirdi. Britaniya dənizçisi Vuds Rocers 1718-ci ildə kralın əfv fərmanı ilə Nassauya gələnə və Britaniya nəzarətini bərpa edənə qədər dəniz quldurlarının fəaliyyəti Karib dənizində gəmiçilik və ticarətə böyük zərbə vurmuşdu.