Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ata pərəstiş
Ata pərəstiş — dinin bəzi ibtidai formalarının ayrılmaz hissəsi, zoolatriya növü ata (atlara) pərəstişidir. == Ümumi məlumat == Ata pərəstişin ortaya çıxmasının dəqiq tarixi və yeri hələ müəyyənləşdirilməyib. Bu pərəstiş nisbətən gəncdir, təqribən altı min yaşında, günəşə, aya və s. ibadət isə daha qədimdir. Pərəstişin gəncliyi, kultun yalnız atın əhliləşdirilməsindən sonra ortaya çıxması ilə müəyyən edilir. Bundan sonra bu heyvan insan həyatına güclü təsir göstərməyə başlayır. Pərəstiş atlar üçün həm müsbət, həm də mənfi nəticələri doğurmuşdur. Bəzi hallarda tanrı olaraq onlara qurban verilir, digər hallarda özləri də qurban olaraq kəsilir. Sadə döyüşçülər, nəcib aristokratlar və hətta keçmiş dövrlərdəki krallar üçün at hər şey sayılırdı. Qida, geyim, güc və sərvət təmin edir, insanları xilas edir, hətta öz şücaətlərinin və cəsarətlərinin təcəssümü, seçilmənin simvolu, güc atributu və s.
Şəxsiyyətə pərəstiş
Şəxsiyyətə pərəstiş və ya liderə pərəstiş həmçinin şəxsiyyət kultu — bir hökumət tərəfindən, çox vaxt qeyd-şərtsiz yaltaqlıq və təriflər vasitəsilə ideallaşdırılmış və qəhrəmancasına lider obrazı yaratmaq üçün göstərilən səyin nəticəsidir. Tarixən o, kütləvi informasiya vasitələri, təbliğat, saxta xəbərlər, tamaşa, incəsənət, vətənpərvərlik, hökumətin təşkil etdiyi nümayiş və mitinqlər üsulları ilə inkişaf etmişdir. Şəxsiyyətə pərəstiş apofeoza bənzəyir, ancaq o, müasir sosial mühəndislik üsulları ilə, adətən bir partiyalı dövlətlərdə və dominant partiya dövlətlərində dövlət və ya partiya tərəfindən qurulur. Şəxsiyyət kultu çox vaxt totalitar və ya avtoritar ölkələrin liderini müşayiət edir. Bunu bəzi monarxiyalarda, teokratiyalarda və uğursuz demokratiyalarda da görmək olar. Tarix boyunca monarxlar və digər dövlət başçıları çox vaxt böyük ehtiramla qarşılanır və fövqəlbəşəri keyfiyyətlərə malik olduqları düşünülürdü. Kralların ilahi hüququ prinsipi ilə, xüsusən də orta əsrlər Avropasında hökmdarların Tanrının və ya tanrıların iradəsi ilə vəzifə tutduqları deyilirdi. Qədim Misir, Yaponiya imperiyası, İnk, Astek, Tibet, Siam (indiki Tayland) və Roma İmperiyası monarxları "tanrı-hökmdarlar" kimi yenidən təyin etmək üçün xüsusilə qeyd olunur. Bundan əlavə, Qədim Roma imperator kultu imperatorları və onların bəzi ailə üzvlərini Roma Dövlətinin ilahi icazəli səlahiyyətinə (auctoritas) aid edirdi. XVIII–XIX əsrlərdə Avropa və Şimali Amerikada demokratik və dünyəvi ideyaların yayılması monarxların bu auranı qoruyub saxlamasını getdikcə çətinləşdirirdi.
Liderə pərəstiş
Şəxsiyyətə pərəstiş və ya liderə pərəstiş həmçinin şəxsiyyət kultu — bir hökumət tərəfindən, çox vaxt qeyd-şərtsiz yaltaqlıq və təriflər vasitəsilə ideallaşdırılmış və qəhrəmancasına lider obrazı yaratmaq üçün göstərilən səyin nəticəsidir. Tarixən o, kütləvi informasiya vasitələri, təbliğat, saxta xəbərlər, tamaşa, incəsənət, vətənpərvərlik, hökumətin təşkil etdiyi nümayiş və mitinqlər üsulları ilə inkişaf etmişdir. Şəxsiyyətə pərəstiş apofeoza bənzəyir, ancaq o, müasir sosial mühəndislik üsulları ilə, adətən bir partiyalı dövlətlərdə və dominant partiya dövlətlərində dövlət və ya partiya tərəfindən qurulur. Şəxsiyyət kultu çox vaxt totalitar və ya avtoritar ölkələrin liderini müşayiət edir. Bunu bəzi monarxiyalarda, teokratiyalarda və uğursuz demokratiyalarda da görmək olar. == Tarixi fon == Tarix boyunca monarxlar və digər dövlət başçıları çox vaxt böyük ehtiramla qarşılanır və fövqəlbəşəri keyfiyyətlərə malik olduqları düşünülürdü. Kralların ilahi hüququ prinsipi ilə, xüsusən də orta əsrlər Avropasında hökmdarların Tanrının və ya tanrıların iradəsi ilə vəzifə tutduqları deyilirdi. Qədim Misir, Yaponiya imperiyası, İnk, Astek, Tibet, Siam (indiki Tayland) və Roma İmperiyası monarxları "tanrı-hökmdarlar" kimi yenidən təyin etmək üçün xüsusilə qeyd olunur. Bundan əlavə, Qədim Roma imperator kultu imperatorları və onların bəzi ailə üzvlərini Roma Dövlətinin ilahi icazəli səlahiyyətinə (auctoritas) aid edirdi. XVIII–XIX əsrlərdə Avropa və Şimali Amerikada demokratik və dünyəvi ideyaların yayılması monarxların bu auranı qoruyub saxlamasını getdikcə çətinləşdirirdi.
Bulbophyllum pristis
Bulbophyllum pristis (lat. Bulbophyllum pristis) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
İvan Perişiç
İvan Perişiç (2 fevral 1989[…], Split) — Xorvatiyalı peşəkar futbolçu. İngiltərənin "Totenhem" klubu və Xorvatiya millisinin oyunçusu. Əsasən cinah yarımüdafiəçisi olsa da, hücumameyilli yarımmüdafiəçi və ya ikinci hücumçu kimi də çıxış edir.
Su pərisi
Su pərisi – belindən yuxarısı dişi bir insan görünümündə olan amma eyni zamanda bir balıq quyruğuna sahib mifoloji varlıq. Həmçinin bir heraldika məxluqudur. Obrazı "Min bir gecə" nağıllarında da var. Eləcə də Varşava və Norfolk (ABŞ) şəhər gerblərində təsvir edilib. Susulu Sirena Undina Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Güllər Pərisi
Güllər Pərisi (1790, Faxralı – 1925, Faxralı, Gürcüstan Sovet Sosialist Respublikası[d]) — XIX əsrdə fəaliyyət göstərmiş azərbaycanlı qadın aşıq və şairə. == Həyatı == Güllər Pərisi 1790-cı ildə Borçalı mahalının Faxralı kəndində anadan olmuşdur. Həyatı və fəaliyyəti çox az məlumat bəlli olsa da, onun kənddə və uzun ömür ömür yaşadığı bilinməkdədir. Bəzi rəvayətlərdə onun 135 il yaşadığı iddia edilməkdədir. Mütəxəsislər dövrümüzə qədər gəlib çatan əsərlərinə əsasən onun şair və aşıq olaraq yüksək bacarığa sahib olduğunu bildirməkdədirlər. Onun dövrümüzə gəlib çatan şeirlərinin bəzilərindən anlaşıldığı qədərilə qardaşı məişət mövzusunda problemlər yaşamış və Osmanlı hakimiyyəti altında olan Qarsa qaçmağa məcbur olmuşdur. Bu hadisə Güllər Pərisinin şeirində də öz əksini tapmışdır: Güllər Pərisi qardaşının əhv edilməsi üçün Rusiya imperiyasının Qafqaz canişinin yanına da getmişdir.
Atatürk şəxsiyyətinə pərəstiş
Atatürk şəxsiyyətinə pərəstiş — Türkiyə Respublikasının qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürkün şəxsiyyəti, fikirləri və siyasi düşüncələri ətrafında yaşadığı dövrdə meydana gəlmiş və əsasən öldükdən sonra davamçıları tərəfindən qurulmuş şəxsiyyətə pərəstiş. == Əsasları == Atatürkün qəhrəman və heç nədən təsirlənməyən, hər mövzuda düzgün siyasət yeridən, səhv etməyən lider kimi düşünülməsini ifadə edir. Mustafa Kamalın milli qəhrəman obrazı İstiqlaliyyət müharibəsində başlayıb 1927-ci ildən etibarən daha böyümüşdür və bu obraz XX əsrdə oxşarları içərisində ən uzunömürlü şəxsiyyətə pərəstiş halını almışdır. == Atatürk pərəstişinin yaranması və möhkəmlənməsi == Çanaqqala döyüşündə "Anafartalar qrupu"nun komandiri olan polkovnik Mustafa Kamal qələbədən sonra ictimai rəy nəticəsində "Anafartalar Qəhrəmanı" olaraq tanınmışdır. Bir çox yazıçının yazdığına görə XX əsrin əvvəllərində Osmanlının hərbi və siyasi məğlubiyyətləri ağır rüsvayçılıq yaşayan türk xalqı Anafartalar Qəhrəmanı Mustafa Kamalı o dövrdə türklük və müsəlmanlıq şərəfini xilas edə biləcək ümid olaraq görürdü. M. Kamal 1919-cu ildə İstiqlaliyyət müharibəsinin öndəri oldu və iki il ərzində qəhrəman mərtəbəsinə çatdı. Sakarya döyüşündən əvvəl baş komandir olan Mustafa Kamal artıq İstanbul və bütün Anadoluda simvola çevrilmişdi: adına toplu dualar oxunurdu. Sakarya döyüşünün qazanılmasından sonra "Qazi" ləqəbini aldı və "Qazi həzrətləri" kimi tanınmağa başladı. 1923-cü ildə Türkiyə Respublikasının qurucusu və ilk prezidenti oldu. Mustafa Kamal qazanılan bütün uğurların "xalqın uğuru" olduğunu vurğulamışdır.
Nazarbayev şəxsiyyətinə pərəstiş
Nazarbayev şəxsiyyətinə pərəstiş — bu ifadə siyasi və media mühitində Nursultan Nazarbayev şəxsiyyətinə pərəstişlə dünyanın digər liderlərinin şəxsiyyətlərinə pərəstişlə müqayisəsinin siyasi və sosioloji imicinin təbiətini təsvir etməkdir. Qazaxıstanın birinci prezidentinin gününə həsr olunmuş "Тұнғыш-Birinci"" sənədli film həftəsi Astanada keçirilir. Birinci gün iki film təqdim olunmuşdur. Birinci "El anası" sənədli filmində prezident özü anası haqqında danışır. İkinci film isə "Səhabələr" adlanır bu filmdə prezidentlə birgə oxuyanlar, işləyənlər onun şəxsiyyətindən danışır, onun necə insan olmasını bildirir. Təşkilatçıların sözlərinə görə sənədli film həftəsi ərzində 8 yeni film təqdim olunacaqdır. Burada Qazaxıstan Prezinedtinin həyatı və şəxsiyyəti öz əksini tapacaqdır. Hər gün müstəqil Qazaxıstan tarixinin müxtəlif mərhələlərinə və dövlətin inkişafında Nursultan Nazarbayevin roluna həsr olunmuş filmlər təqdim olunacaqdır. Bundan əlavə hərəkət şəkillərinin təqdimatından sonra iştirakçılar Elbaşı həyatından maraqlı anları müzakirə edəcəklər. Nursultn nazarbayevin hakimiyyəti illərindəcə ona çoxlu sayda abidə qoyulmuşdur: Alma-atadakı prezident parkında, Taldıkorqan, Astanada baralyef.
Tanrıya pərəstiş kultu
Tanrıya pərəstiş kultu — Cənub-Şərqi Asiyada, xüsusilə də Çində qeyri-ənənəvi inanclardan, təhlükəli hesab edilən dini cərəyanlardan biri. Tanrıya pərəstiş kultunun lideri Lyu Caquo əvvəllər "İlahidən göndərilmiş kral" sektasının üzvü olmuş, ancaq sektanın rəhbəri Van Yanminin adi insan olduğunu bildikdən sonra ondan ayrılmışdır. O, belə inancların kökündə fırıldaqçılığın durduğunu tez bir zamanda anlayaraq, 1993-cü ildə kral sektasının bir sıra davamçılarını öz tərəfinə çəkmiş və şəxsi kultunu yaratmışdır. Lyu iddia edirdi ki, o, Yer kürəsinin tanrısıdır. O, öz sektasından varlanmaq və ziyarətçilərlə intim əlaqəyə girmək məqsədilə istifadə edirdi. Sonralar Lyunu 40000 ABŞ dollarını mənimsəməkdə və sektanın 10 üzvünü, həmçinin iki 13 yaşlı qızı zorlamada ittiham etdilər. Həbsdə olan Lyu asanlıqla dələduzluğunu boynuna alaraq bildirdi: Lyu Caquo 1999-cu ildə ölüm hökmünə məhkum edilənədək Tanrıya Pərəstiş kultu Hunan əyalətində 10000-dən çox adamı təriqətə cəlb etməyə nail olmuşdu. Gülnar Seyidli. Asiyada təhlükəli 10 dini cərəyan. "Cəmiyyət və Din" qəzeti.
Kiçik Su pərisi
Kiçik Su pərisi - "Kiçik Su pərisi" cizgi filminin seriyalarını ehtiva edir.
Heydər Əliyev şəxsiyyətinə pərəstiş
Heydər Əliyev şəxsiyyətinə pərəstiş və ya Heydərizm— 1993-cü ildən 2003-cü ildək hakimiyyətdə olan dövlət başçısının ölümündən sonra belə oğlu İlham Əliyevin hakimiyyətə gəlməsi ilə formalaşan və inkişaf edən şəxsiyyətə pərəstiş. Heydər Əliyev hələ həyatda olarkən onun şəxsiyyətinə pərəstiş xüsusiyyətləri meydana gəlməyə başlayır. Heydər Əliyev MDB ölkələri jurnalistlərinin şəxsiyyətə pərəstişlə bağlı sualına belə cavab verir: Milli dövlətçiliyin ideoloji əsasına çevrilən Heydər Əliyevin «Azərbaycançılıq» ideologiyası müasir dünyada öz yerini müəyyənləşdirmiş və bütün dünyada yaşayan azərbaycanlılar üçün birləşdirici faktordur Siyasətşünas Zəfər Quliyev deyib ki, 2003-cü ildə İlham Əliyevin ölkədə hakimiyyətə gəlməsi ilə mərhum prezidentin şəxsiyyətinə pərəstiş Azərbaycanın müasir tarixini yenidən nəzərdən keçirmək üçün kampaniya şəklində sistematik şəkildə təsdiqləndi. 2003-cü il prezident seçkilərində hətta Şeyxülislam və Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə küfr xarakteri daşıyan hakimiyyətin şərəfinə hörmət bəyanatları edir. Xüsusən 31 may tarixində Quba şəhərində verdiyi bəyanatda «Bizdə bir Allah, bir peyğəmbər və bir prezident var, buda Heydər Əliyevdir». İki ay sonra buna bənzər bir bəyanat verir: «Heydər Əliyevə qarşı çıxmaq Allahın iradəsinə qarşı çıxmaq deməkdir!». Bu bəyanat iman gətirənlərin hiddətinə səbəb olur. «Beynəlxalq Böhran Qrupu» öz hesabatında qeyd edir ki, Heydər Əliyev şəxsiyyətinə pərəstiş - Azərbaycanın ideologiyasının əsası, Heydər Əliyevin Azərbaycanı xilas etməsi fikirinin aşılanmasından ibarətdir. Üstəlik bu şəxsiyyətə pərəstiş onun oğlu İlham Əliyevə keçir. Xüsusən Heydər Əliyevin 1993-cü ildə Gəncə şəhərində baş verən qiyamdan sonra hakimiyyətə qayıtması Azərbaycan xalqının milli qurtuluş günü elan edilmişdir.
Kiçik Su pərisi (personajlar)
Kiçik Su pərisi - 1989-cu ildə istehsal edilmiş cizgi filmidir. Onun ardınca daha iki seriyası çəkilmişdir. Bu siyahıda "Kiçik Su pərisi" cizgi filminin personajları haqqında məlumat verilmişdir. == Personajlar == === Ariel === Ariel - Kral Tritonun ən kiçik qızıdır. Altı bacısı vardır: Akvata, Alana, Arista, Attina, Adela və Andriana. Onun çoxlu dostları vardır, amma ən yaxşı dostu kiçik balıq Flaunderdir. Arielin gözəl səsi vardır və yaxşı mahnı ifa etmək bacarığına malikdir. Onu ən çox insan dünyası maraqlandırır. Arielin yaşıl quyruğu vardır. Ariel personajı "Disney qadın personajlarının kraliçası" siyasında birincidir.
Kiçik Su pərisi (seriyalar)
Kiçik Su pərisi - "Kiçik Su pərisi" cizgi filminin seriyalarını ehtiva edir.
Kiçik su pərisi (heykəl)
Kiçik su pərisi (dan. Den lille Havfrue) – Danimarkanın Kopenhagen şəhərindəki qayanın üzərində nümayiş etdirilən heykəl. == Haqqında == Hündürlüyü 1,25 metr və çəkisi 175 kiloqramdır. Heykəl 1960-cı illərin ortalarından bəri müxtəlif səbəblərdən dəfələrlə zədələnmiş və deformasiyaya uğramış, lakin hər dəfə bərpa edilmişdir. == Tarixi == Heykəltəraş Edvard Eriksen 23 avqust 1913-cü ildə açılışı olan bürünc heykəli yaratmışdır. Balerina çılpaq şəkildə modelləşdirməyə razı olmadığı üçün heykəltaraşın həyat yoldaşı Eline Eriksenin bədən fiqurlarından istifadə olunmuşdur.
Kiçik Su pərisi: Arielin başlanğıcı
Kiçik Su pərisi: Arielin başlanğıc hekayəsi (ing. The Little Mermaid: Ariel's Beginning) — 2008-ci ildə Volt Disney şirkəti tərəfindən istehsal olunmuş cizgi filmidir. == Məzmun == Cizgi filmində ilk seriyasından əvvəl baş verən hadisələr əsas yer tutur. Dəniz hakimi Kral Triton həyat yoldaşının vəfatından sonra musiqiyə qadağa qoymuşdur.
Kiçik Su pərisi (cizgi filmi, 1989)
Kiçik Su pərisi (ing. The Little Mermaid) - 1989-cu ildə "Volt Disney" şirkəti tərəfindən istehsal olunmuş musiqili fantaziya janrlı cizgi filmidir. Cizgi filminin rejissorları Ron Klements və Con Maskerdir. Cizgi filminə Alan Menken bəstəkarlıq etmişdir. Bu cizgi filmi "Walt Disney Pictures" studiyası tərəfindən istehsal edilmiş Disneyin 28-ci qısametrajlı filmidir. Cizgi filmi Danimarka yazıçısı Hans Xristian Andersenin "Kiçik Su pərisi" hekayəsi əsasında hazırlanmışdı. == Məzmun == 16 yaşını ötmüş Su pərisi Ariel Triton adlı şahın ən kiçik qızıdır. Əqrəb Sebastyan tərəfindən hazırlanmış bayram şənliyində Ariel mahnı ifa etməliydi. Lakin bunu unutmuş Ariel macəra axtarışındadır. Ariel və dostu Flaunder çoxlu zinət əşyaları yığaraq şəxsi otağına gətirir.
Həmidə Ömərova. Kinomuzun ilham pərisi... (film, 2012)
Həmidə Ömərova. Kinomuzun ilham pərisi... — 2012-ci ildə rejissor Elvin Vəlimətovun Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Film teatr, kino və dublyaj aktrisası, Azərbaycanın xalq artisi Həmidə Ömərovanın 55 illik yubileyinə həsr olunur. == Film haqqında == Filmdə "Qızıl uçurum", "Anlamaq istəyirəm", "Yol əhvalatı", "Babamızın babasının babası", "Qorxma, mən səninləyəm", "Əzablı yollar", "Nizami", "Gümüşü furqon", "Bayramda yağış", "Burulğan", "Şirbalanın məhəbbəti" filmləri, "Dədə Qorqud oğuznamələri" bədii televiziya filmi və "Tənha durna uçuşu" film-tamaşasındakı kadrlardan istifadə edilmişdir.
Kiçik Su pərisi: Arielin başlanğıc hekayəsi (cizgi filmi, 2008)
Kiçik Su pərisi: Arielin başlanğıc hekayəsi (ing. The Little Mermaid: Ariel's Beginning) — 2008-ci ildə Volt Disney şirkəti tərəfindən istehsal olunmuş cizgi filmidir. == Məzmun == Cizgi filmində ilk seriyasından əvvəl baş verən hadisələr əsas yer tutur. Dəniz hakimi Kral Triton həyat yoldaşının vəfatından sonra musiqiyə qadağa qoymuşdur.
Kiçik Su pərisi 2: Dənizə qayıdış (cizgi filmi, 2000)
Kiçik Su pərisi 2: Dənizə qayıdış (ing. The Little Mermaid II: Return to the Sea) — 2000-ci ildə Volt Disney şirkəti tərəfindən istehsal olunmuş cizgi filmidir. == Məzmun == İllər keçdikdən sonra Ariel və Erikin Melodi adlı qız övladı dünyaya gəlir. Melodi daha çox su dünyasını xoşlayır. Bu səbəbdən hər gün Melodi anasından xəbərsiz dənizdə üzür. Melodi babası Trayton ilə görüşən zaman Ursulanın bacısı Morqana onu ələ keçirmək istəyir ki, Traytonu şantaj etsin, lakin Morqana bunu bacarmır.