Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çermakit
Çermakit [Çermak soyadına görə] — hipotetik "çermak molekulu"-nun ümumi düsturu belədir: Ca2(Mg,Fe2+)3 (Al,Fe3+)2 [(OH,F)2Al2Si2O22]. Mg- çermakit və Fe-çermakit hipotetik tam izomorf seriyanı təşkil edir. Bu seriyanın üzvləri hornblend yarımqrupu minerallarının tərkibinə daxildir. Tərkibinin əsas hissəsini çermakit təşkil edən təbii amfibol çermakit hornblendi adlanır. Çermakit daha yaxın mineral, kalsium-karbonat və dolomit şistlərindən əmələ gəlmiş amfibolit və şistlərdə tapılmışdır; çermakit eklogitlərin omfasit və qranatının dəyişməsi hesabına əmələ gəlmiş kianitli amfibolitlərdə rast gəlir. İzomorfizm Amfibollar Amfibolit Şist Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Seraki
Seraki (rus. сераки, ing. seracs, ice pennacles on the glacier) — fr.serac, lat. serum – sulu maye – buz dillərinin qeyri-bərabər əriməsi nəticəsində buz şəlalələrinin səthində əmələ gəlmiş buz piki və dişləri.
Yermak
Yermak Timofeyeviç (1532/1534/1542 – 6 avqust 1585, Sibir xanlığı) —Kazak atamanı. Ural tacirləri və sənayeçiləri Stroqanovların vəsaiti hesabına onun başçılığı ilə kazakların Sibir xanlığına işğalçı yürüşlər təşkil edilmişdir. 1581-ci ildə Yermak Sibir xanlığının işğalına başladı. 1582-ci ilin payızında kazaklar hücumla Sibir xanlığının əsas istehkamı — paytaxtı Kaşlıkı tutdular və qarət etdilər. Sibir xanı Küçüm xan müqaviməti davam etdirdi. 1585-ci ildə başda Kuçum olmaqla tatarların kazaklara gözlənilməz gecə hücumu zamanı Yermak öldürüldü. Атаман Ермак Йармак (Ермак) Кольцо Сибири. Ермак, освоение Сибири Сказ о казаке-разбойнике Arxivləşdirilib 2007-10-27 at the Wayback Machine Ермак — человек — ледокол Кто же ты, Ермак Аленин? Arxivləşdirilib 2010-01-06 at the Wayback Machine Казаки. Походы Ермака (фигурки) Arxivləşdirilib 2011-12-27 at the Wayback Machine Савельев Е. П. Кто был Ермак и его сподвижники.
Ərməki
Ərməki — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Amsar bələdiyyəsinin tərkibindədir. Ərməki Quba rayonunun Amsar inzibati ərazi vahidində kənddir. Düzənlik ərazidə yerləşir. 1917-ci ildə Armaki şəklində qeydə alınan bu oykonim sonralar Ərmaki (1961), Ərməki (1986) kimi təqdim olunmuşdur. Belə ehtimal olunur ki, kəndin adı türk dillərindəki irmak (çay) sözündən və -i şəkilçisindən ibarət olub, "çaylı" mənasını ifadə edir. Armaki qədim türk dillərində "at bağlanan yer", "at tükündən toxunmuş kəndir" mənalarını da bildirmışdır. Ərməki oyk, düz. Quba r-nunun Amsar i.ə.v.-də kənd. Düzənlikdədir.
Perak
Perak (jawın: ڨيرق) — Malayziya Federal Dövlətini meydana gətirən 13 ştatdan biridir. Malayziya nın qərbində Malakka boğazı kənarında yerləşir. Qərbdə Andaman dənizi nə sahili vardır, şimalda isə Tayland ilə qonşudur.
Aerodramus germani
Aerodramus germani (lat. Aerodramus germani) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin uzunqanadlar fəsiləsinin aerodramus cinsinə aid heyvan növü.
Bacarıq Ferması
Yeni istedadlar akademiyası — Zak və Kodinin gəmidəki macəralarının prodüserliyi ilə Den Siqner tərəfindən yaradılmış orijinal Disney Channel serialıdır. 2010-cu ilin noyabr ayının ortasında serialın anonsu verilmiş və çəkilişlər 2011-ci ildə başlanmışdır. Serial 17 iyun 2011 — də ekrana çıxmışdır. Serialın premyerası 6 may 2011-ci ildə Zak və Kodinin gəmidəki macəralarının final hissəsindən sonra olmuşdur.
Cəsəd ferması
Cəsəd ferması çürümənin (insan vücudunun çürüməsinin) müxtəlif parametrlərdə öyrənilə biləcəyi tədqiqat ərazisidir. Bu ərazilər 1972-ci ildə Viliam Bas adlı antropologist tərəfindən insan vücudunun cürümə prosesi haqqında nə qədər az məlumata sahib olunduğunu görəndən sonra ixtira edilmişdir. Bundan əvvəl 1970-ci illərdə hələ də çürümə prosesinin öyrənilməsində donuzlar istifadə edilirdi. Məqsəd çürümə prosesinin daha yaxşı başa düşülməsi, insan qalıqlarından ölümün necə və nə vaxt baş verdiyi kimi informasiyaları əldə etmək üçün olan texnikaların inkişafına zəmin yaratmaqdır. Cəsəd ferması tədqiqatı ədli antropologiya və əlaqəli sahələrdə maraq doğurur və hüquq-mühafizə və ədli tibb sahələrində tədbiq edilir. Cəsədləri işçilərin qarşısına çıxacaq şəkildə yerləşdirmək tədqiqatçıların çürümə prosesini daha yaxşı anlamalarına şərait yaradır.
Milan fərmanı
Milan Tolerantlıq Fərmanı, Milan Fərmanı və ya Milan Edictum (Latınca: Edictum Mediolanense, Müasir Yunanca: Διάταγμα των Μεδιολάνων, Diatagma tōn Mediolanōn) — Roma İmperiyası daxilindəki xristianlara kömək məqsədilə 313-cü ilin fevralında imzalanan razılaşma. Balkanlara nəzarət edən İmperator Licinius və Qərbi Roma İmparatoru I Konstantin, Mediolanumda (indiki Milan) bir araya gələrək, digər şeylərdən başqa, xristianlara qarşı siyasətlərini dəyişdirməyə razı oldular. Bu fərman imperator Galerius tərəfindən iki il əvvəl Serdicada imzalanmış fərmanlardan sonra verilmişdir. Milan Fərmanı, xristianlara hüquqi bir status verdi, ancaq Xristianlığı Roma İmperiyasının dövlət kilsəsi etmədi; Bu, 380-ci ildə, imperator I Theodosius dövründə Saloniki Fərmanı ilə həyata keçirildi.
Perqalı Apolloni
Perqalı Apolloni (d. E.ə. 260 – ö. E.ə. 170) — qədim yunan riyaziyyatçısı və astronomu; "Konik kəsiklər" əsərində konik kəsiklərin tam şərhini vermişdir; Planetlərin görünən hərəkətlərini izah edən nəzəriyyənin müəllifidir.
Serdika fərmanı
Serdika edikti, həmçinin Qalerinin tolerantlıq haqqında fərmanı — 311-ci ildə Serdikada (indiki Sofiya, Bolqarıstan) Roma imperatoru Qaleri tərəfindən verilmiş fərman. Roma imperiyasında xristianlığın təqibinə rəsmi ilə son qoymuşdur. Fərman dolayısı ilə xristianlığa "religio licita" statusu vermişdir.
Termiki analiz
Termiki analiz – materialşünaslıqın bir hissəsi olub, temperaturun təsiri altinda materialların xassələrinin dəyişməsini öyrənir. Ümumiyyətlə termik analiz üsulunun bir sıra növləri vardır.. Onlar bir-birindən materialın hansı xassəsinin təyin olunması ilə fərqlənirlər: Differensial termik analizi (DTA): temperatur; Differensial skaner kalometriyasi (DSC): istilik; Termoqravimetriya analizi (TGA): kütlə; Differensial termoqravimetriya (DTG): kütlənin dəyişmə sürəti; Termomexaniki analiz (TMA): uzunluq ölçüləri; Dilatometriya (DİL): həcm; Dinamik mexanik analizi (DMA): mexanik sərtlik və amortizasiya; Dielektrik termiki analiz (DET): dielektrik keçicilik və itki əmsali; Ayrılan qazların analizi (AQA): parçalanma qaz məhsulları; Termooptiki analiz (TOA): optik xassələr; Vizual-politermiki analiz (VPA): forma görünüşü; Lazer impuls analizi (LİA): temperatur profili; Termomaqnit analizi (TMA): maqnit xassələrini. Bütün bu metodların mahiyyətini birləşdirən odur ki, nümunənin hayı (reaksiyası) temperatur (və vaxt) funksiyası kimi qeyd olunur. Adətən temperatur dəyişikliyi əvvəlcədən müəyyən edilmiş proqrama uyğun olaraq həyata keçililir – bu, sabit bir sürətlə temperaturun artımı və ya azalması (xətti isitmə/soyutma), ya da müxtəlif temperaturda bir sıra ölçülərdir (pilləli izotermik ölçülər). Bəzən daha mürəkkəb temperatur profilləri də istifadə olunur. Onlar ostsilik (adətən sinusoidal və ya düzbucaglı rəqs etmə şəklindədir) isitmə sürətini (modulyasiya edilmiş temperatur ilə termik analiz) və ya sistemin xüsiyyətlərindəki dəyişikliklərə cavab olaraq isitmə sürətinin dəyişilməsini (nümunə tərəfdən nəzarətli termik analiz) istifadə edirlər. Nümunə temperaturuna nəzarət etməklə yanaşı, ölçmələrin alındığı mühitin (məsələn, atmosferin) də nəzarət edilməsi vacibdir. Ölçmələr hava və ya inert qaz (məsələn, argon və ya helium) mühitində həyata keçirilə bilər. Bir reduktiv və reaktiv (kimyəvi cəhətdən aktiv)qaz atmosferi də istifadə olunur, nümunələr su və ya digər mayelərdə yerləşdirilir.
Termiki emal
Termiki emal - metal və onun xəlitələrinin müəyyən temperatura qədər qızdırıb və soyutmaqla onun daxilində baş verən struktur dəyişikliyinin köməyi ilə məqəsdyönlü mexaniki xassələrin əldə edilməsinə xidmət edən üsuldur. Metalın mexaniki emal prosesində istiliyin təsirindən yaranan struktur dəyişikliyi buraya aid edilmir, çünki bu halda termiki proses məqsədyönlü baş vermir. Maşınqayırmada termiki emal metal, əsasən isə dəmir tərkibli hissələrin mexaniki xassələrini yaxşılaşdırmaq məqsədi ilə geniş tətbiq olunur. Metal hissələrinin müxtəlif parametrlərdə qızdırıb-soyutduqda onun daxilində istənilən xasəəyə malik və dispersiyalı fazaların yaranması və sonrakı mərhələlərdə saxlanması məqsəd kimi qoyulur. Termiki emal üsulunun tətbiqi ilə ucuz, aşağı xassəli metalın göstəricilərini əsaslı şəkildə artırmaq mümkündür. Poladların xassələri onun tərkibindəki legirləyici elementlərlə müəyyən olunsa da, bu elementlərin təsiri yalnız termiki emaldan sonra özünü açıq şəkildə büruzə verir. Termiki emal prosesinin əsas parametrləri maksimal qızdırma müddəti (tmax), həmin temperaturda saxlama müddəti (ts), qızma və soyuma müddətləri (tq, tsoy), həmçinin bu mərhələlərdə mövcud olan sürətlərdir (Vq, Vsoy). Termiki emalın aşağıdakı əsas növləri mövcuddur: Yumşaltma ilkin emaldan sonra qeyri-müvaiznət struktura malik metalı qızıdırmaqla müvazinət struktura gətirməyə xidmət edən termiki emal prosesidir. Tablama metalı faza çevrilməsi temperaturundan yuxarı temperaturuna qədər qızdıraraq, sürətlə soyutma nəticəsində onun daxilində qeyri-müvazinətli strukturun əldə olunması üçün tətbiq olunan termiki emal prosesidir. Tabəksiltmə tablanmış metalı faza çevrilməsi temperaturundan aşağı temperatura qədər qızıdırmaqla daha dayanıqlı hala gətirmək üçün tətbiq olunur .
Teruaki Kurobe
Teruaki Kurobe (d. 6 mart 1978) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Trol ferması
Trol ferması və ya trol fabriki (ing. troll farm or troll factory) siyasi rəyə və qərar qəbul etmə prosesinə müdaxilə etməyə çalışan internet trollarının institutlaşmış qrupudur. Bəzən hökumətlər təbliğat yaymaq və tənqidçilərə hücum etmək üçün klaviatura ordularına mükafatlar, pullu ödənişlər edir. Hesabatalara görə, bu hökumətlər jurnalistləri sıxışdırmaq və mediayaya inamı sarsıtmaq, seçkilərə təsir etmək üçün pullu şərhçilərdən, trollardan və botlardan istifadə edirlər. Troll fermasının üzvləri sosial media və onlayn forumlarda əvvəlcədən müəyyən edilmiş mesajlarlarla, məqalələrlə doldurmaq, şərhlər yazmaq üçün saxta onlayn profillər yaradaraq fəaliyyət göstərən peşəkar qruplardır. Ödənişli əsasda sosial şəbəkələrdə trolluq etməklə məşğul olan şəxslər və ya səhifələr internet mühitində ölkələrə və ya milli, dini, irqi, cinsi və s. azlıqlara qarşı süni şəkildə formalaşdırılmış aqressiv kütlə görüntüsü və effekti yaratmağa çalışan qruplardan biri də hesab etmək olar. Trollar müəyyən bir siyasətçini tərifləmək və ya hökuməti tənqid edən birinə hücum etmək kimi öncədən planlaşdırılmış məqsədləri var. Onlar koordinasiyalı şəkildə işləyir, bir-birinin yazılarını paylaşır, şərh edir və geniş şəkildə paylaşılan viral bir baxış, mövqe illüziyası yaradırlar. Trolların fəaliyyətinə qarşı mübarizə aparılmadığı təqdirdə, onların ictimai rəyə güclü təsir imkanı yaranır.
Troll ferması

Məhəmməd fərmanı
Məhəmməd fərmanı — Sinay yarımadasında yerləşən Müqəddəs Yekaterina monastırının xristian rahiblərinə, İsanın davamçılarına müdafiə və digər imtiyazlar verən nizamnamə və ya sərəncam. Bu, islam peyğəmbəri Məhəmmədin əlini əks etdirən iz ilə möhürlənmişdir. Bu, "Məhəmməd aştinaməsi" (آشتی نامه) də adlanır. Farscadan tərcümədə "barışıq məktubu" mənasını verir. Mədinə konstitusiyası A complete and accurate translation of the charter can be read here [1] An English translation of part of the charter can be read here or here. Downloadable PDF of the 1630 Arabic and Latin edition at Google Books. English translation at Islamic Voice.
Neoseiulus paraki
Neoseiulus paraki (lat. Neoseiulus paraki) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Yermak Timofeyeviç
Yermak Timofeyeviç (1532/1534/1542 – 6 avqust 1585, Sibir xanlığı) —Kazak atamanı. Ural tacirləri və sənayeçiləri Stroqanovların vəsaiti hesabına onun başçılığı ilə kazakların Sibir xanlığına işğalçı yürüşlər təşkil edilmişdir. 1581-ci ildə Yermak Sibir xanlığının işğalına başladı. 1582-ci ilin payızında kazaklar hücumla Sibir xanlığının əsas istehkamı — paytaxtı Kaşlıkı tutdular və qarət etdilər. Sibir xanı Küçüm xan müqaviməti davam etdirdi. 1585-ci ildə başda Kuçum olmaqla tatarların kazaklara gözlənilməz gecə hücumu zamanı Yermak öldürüldü. Атаман Ермак Йармак (Ермак) Кольцо Сибири. Ермак, освоение Сибири Сказ о казаке-разбойнике Arxivləşdirilib 2007-10-27 at the Wayback Machine Ермак — человек — ледокол Кто же ты, Ермак Аленин? Arxivləşdirilib 2010-01-06 at the Wayback Machine Казаки. Походы Ермака (фигурки) Arxivləşdirilib 2011-12-27 at the Wayback Machine Савельев Е. П. Кто был Ермак и его сподвижники.
Komi-permyak dili
Komi-permyak dili - komi-permyakların dili, komi dilinin üç əsas şivələrindən biri, öz ədəbiyyatı vardır. == Həmçinin bax == Kiril qrafikalı əlifbalı dillər siyahısı == Mənbə == Статья из кн. Языки мира. Уральские языки. — М., 1993 Ӧньӧ Лав.
Maksimum qiymətlər fərmanı
Maksimum qiymətləri fərmanı (Latınca: Edictum (Diocletiani) De Pretiis Rerum Venalim), Diocletian tərəfindən eramızın 301-ci ilində qəbul edilmiş və bir növ qiymətlərin maksimum həddinə nəzarət etmək məqsədi daşımış qanundur. Fərman bir çox məhsul üçün maksimum qiymət təyin etmiş və bu qiymətlərdən baha qiymətə məhsul satan şəxsə ölüm cəzasına qədər sanksiyalar tətbiq edilmişdir. Fərman Üçüncü Əsr Böhranı kimi tanınan böhran zamanı yaranan inflyasiyanı dayandırmaq məqsədi daşımışdır. == Əlavə ədəbiyyat == İznik, Erkan . "İmparator Diocletianus’un “Tavan (En Yüksek) Fiyatlar Fermanı” “Edictum de pretiis Rerum Venalium”". Tarih Araştırmaları Dergisi 30 (2011 ): 97-130 Frank Frost Abbott: The Common People of Ancient Rome. Studies of Roman Life and Literarture. New York 1911, Neudruck New York 1965, S. 145 ff. Hugo Blümner: Edictum Diocletiani. In: Paulys Realencyclopädie der classischen Altertumswissenschaft (RE).
Milan Tolerantlıq Fərmanı
Milan Tolerantlıq Fərmanı, Milan Fərmanı və ya Milan Edictum (Latınca: Edictum Mediolanense, Müasir Yunanca: Διάταγμα των Μεδιολάνων, Diatagma tōn Mediolanōn) — Roma İmperiyası daxilindəki xristianlara kömək məqsədilə 313-cü ilin fevralında imzalanan razılaşma. Balkanlara nəzarət edən İmperator Licinius və Qərbi Roma İmparatoru I Konstantin, Mediolanumda (indiki Milan) bir araya gələrək, digər şeylərdən başqa, xristianlara qarşı siyasətlərini dəyişdirməyə razı oldular. Bu fərman imperator Galerius tərəfindən iki il əvvəl Serdicada imzalanmış fərmanlardan sonra verilmişdir. Milan Fərmanı, xristianlara hüquqi bir status verdi, ancaq Xristianlığı Roma İmperiyasının dövlət kilsəsi etmədi; Bu, 380-ci ildə, imperator I Theodosius dövründə Saloniki Fərmanı ilə həyata keçirildi.
Parmalı Mariya Luiza
Parmalı Mariya Luiza (isp. Luisa María Teresa Ana; fr. Louise Marie Thérèse Anne) (9 dekabr 1751[…], Parma – 2 yanvar 1819[…], Roma) — İspaniya kralının xanımı. Atası İspaniya kralı V Filippin oğlu Parma hersoqu Filipp, anası isə Fransa kralı XV Lüdovikin qızı Burbonlu Luiza Elizabetdir. Əmisi olan İspaniya kralı III Karlın oğlu İnfant Karlla 1765-ci ildə evləndi və onun 1788-ci ildə kral olmasıyla Mariya Luiza İspaniya kraliçası oldu. Kral üzərindəki nüfuzu və dövlət işlərinə müdaxiləsi səbəbilə xalq arasında sevilmədi. Hətta münasibətləri pis olan gəlini Mariya Antuanettanın gənc yaşda vəfat etməsində də onun əlinin olduğu deyilir. Ərinin taxtdan devrilməsinin ardından onunla birlikdə Fransaya qaçdı və Napoleon Bonapart tərəfindən burada əsir tutuldu. Daha sonra Romaya aparıldılar və burada ərinin ölümündən 18 gün öncə — 2 yanvar 1819-cu ildə vəfat etdi. Ursula Tamussino: Isabella von Parma.
Rusiya prezidentinin fərmanı
Rusiya Federasiyası Prezidentinin Fərmanı (rus. Указ Президента Российской Федерации >; Ukaz Prezidenta Rossiyskoy Federatsii) və ya Rusiya Prezidentinin (Fərmanı) — Rusiya Prezidenti tərəfindən qəbul edilmiş əsasnamə statusu olan hüquqi aktdır. Normativ hüquqi aktlar kimi, onlar hüquqi aktların iyerarxiyasında (Rusiya Federasiyası Hökumətinin fərmanları və digər orqanların göstəriş və göstərişləri ilə birlikdə) tənzimləmə statusuna malikdirlər. Prezidentin fərmanları 2020-ci il Rusiya konstitusiya referendumuna qədər Rusiya Konstitusiyası, Federal Konstitusiya Qanunları, Federal Qanunlar, Rusiya regionlarının qanunları və Rusiyanın beynəlxalq müqavilələri kimi daha yüksək prioritet olan mövcud qanunlara dəyişiklik edə bilməz; lakin bunlar hazırda İcra Sərəncamlarından daha aşağı prioritetdir və ya hər hansı digər Rusiya dövlət qanunu və ya öhdəliyi və bu qanunlardan hər hansı biri onları əvəz edə bilər. İcra əmri (Amerika Birləşmiş Ştatları) – Amerika Birləşmiş Ştatlarının prezidenti tərəfindən verilmiş, yönləndirmə hədəflərinin qısa təsvirlərini əks etdirən Federal inzibati təlimat.
Lilqrund külək ferması
Lilqrund külək ferması (ing. Lillgrund Wind Farm) — İsveçin cənub sahillərindən 10 km aralıda, Öresund körpüsünün yaxınlığında yerləşir. Orada küləyin orta sürəti saniyədə 8–10 metr təşkil edir. Bu, İsveçdə suda yerləşən ən böyük külək elektrik stansiyasıdır. Lilqrundda Siemens tərəfindən istehsal olunmuş 48 külək turbini mövcuddur. İsveçdən olan repçi Ecco2K "Peroxide" mahnısı üçün orada klip çəkdirmişdir.