Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Jean Pinet
Jean Pinet (13 sentyabr 1929, Tuluza) — fransız aviasiya mühəndisi; Keçmiş Concorde sınaq pilotu olaraq, 1969-cu ilin oktyabr ayının əvvəlində Konkordu səsdən yuxarı sürətə çxıaran ilk insan idi .
Polkovniku nikto ne pişet
"Polkovniku nikto ne pişet" (rus. Полковнику никто не пишет, azərb. Polkovnikə məktub yoxdur‎). Həmçinin — "Polkovnik" (rus. Полковник) — Belarus və Rusiya rok qrupu olan "Bi-2"nin mahnısı. Rusiya-ABŞ birgə istehsalı olan "Qardaş 2" filminin saundtrekinə, həmçinin qrupun ikinci studiya albomuna daxil edilmişdir. Bu mahnı qrupa geniş populyarlıq qazandırıb. Mahnının mətni Qabriel Qarsiya Markesin "Yüz ilin tənhalığı" və "Polkovnikə məktub yoxdur" əsərlərinin motivləri əsasında yazılıb. Yeqor Bortnikin (Lyova Bi-2) dediyinə görə, mahnının adının Markesin romanından götürülməsinə səbəb, onunla Aleksandr Umanın (Şura Bi-2) uşaqlıqda yazıçının əsərlərini sevərək oxumaları olub. O, həmçinin bildirib ki, qismən istisna olmaqla, mahnının romanla birbaşa əlaqəsi yoxdur: onların mahnısı yalnız kitabdakı əhvali-ruhiyyəni saxlayır.
Pensər
Pensər — Azərbaycan Respublikasının Astara rayonunun Pensər kənd inzibati ərazi dairəsində kənd. Pensər kənd adının tərkibindəki penə sözü talış dilindəki "yuxarı" və sə "baş", "hündür" sözlərindəndir (Yuxarıbaş kəndi). Kəndin qədim adı Butəsərdir. Şeyx Zahid Gilani Astaranın Butəsər (indiki Pensər) kəndində XIII əsrin sufi alimi Seyid Cəmallədindən dərs almışdır. Cəmallədin Gilani 1253-cü il noyabrın 28-də vəfat etmiş, məzarı Astara rayonunun Pensər kənd qəbiristanlığındadır. Astarada bir neçə əsrin yadigari olan kərpic kürəsi aşkar olunub. Bu kürə vasitəsilə bişirilən kərpiclərlə rayonda ilk ümumtəhsil müəssisəsi olan Rus-Tatar məktəbi titkilib. İndi bu kürə Astaranın Pensər kəndində qorunub saxlanılır. Kərpic Kürəsi kəndin sakini İntizar Mürsəlov tərəfindən aşkarlanıb. O, iki il əvvəl həyətində ağac əkmək üçün çala qazarkən hansısa tikilinin kərpicləri üzə çıxır.
Piksel
Piksel (bəzən də pel, ing. pixel, pel — pix element sözlərinin ixtisarıdır) — rastr qrafikasında ikiölçülü rəqəmsal təsvirin ən kiçik məntiqi elementi və ya təsviri formalaşdıran ekran matrisinin fiziki elementi. Piksel bölünməz düzbucaqlı və ya yumru formadan təşkil olunmuşdur və müəyyən rənglə xarakterizə edilir. Rastr kompüter təsviri sətirlər və sütünlarlar üzrə yerləşmiş piksellərdən ibarətdir. Həmçinin Pikseli səhvən işığa həssas matrisin (sensel — sensor element) elementi də adlandırırlar. Təsvir nə qədər çox pikseldən ibarətdirsə, təsvirin keyfiyyəti də bir o qədər yüksəkdir. Əgər təsvirin miqyası böyüyürsə, piksellər böyük hissələrə çevrilir. İnterpolyasiya vasitəsilə pilləlilik hamarlamaq olar.
Pinkel
Pinkel (нем. Pinkel)-Almaniyanın şimal-qərb zonasının milli yeməyidir. Oldenburq, Bremen, Frislandiya da geniş yayılıb. Qarniyeri kələm olur. Cənubi Almaniyada isə demək olar heç məşhur deyil. Pinkeldə istifadə edilən kolbasa, donuz ətindən, mal ətinin piyindən, yulafdan, soğandan, duz, istiotdan ibarətdir. Pinkelin əsas resepti demək olar ki, gizli saxlanılır. Buna görə də müxtəlif bölgələrdə müxtəlif cür hazırlanır. Əgər pinkelin əti çoxdursa o ətli pinkel və ya oldenburq pinkeli adlanır. Kələmli-pinkellər qış aylarında Almaniyanın şimal regionlarındakı kəndlər üçün hazırlanırdı.Oldenburq əyalətinin ətraflarında bu adət ənənə geniş yayılıb.
Pinoçet
Auqusto Hose Ramon Pinoçet Uqarte (isp. Augusto José Ramón Pinochet Ugarte; 25 noyabr 1915[…], Valparaiso – 10 dekabr 2006[…], Santyaqo) — Çili dövlət və hərbi xadimi, general-kapitan (ordu generalı). 1973-cü il sentyabrın 11-də dövlət çevrilişi yolu ilə prezident Salvador Alyendeni hakimiyyətdən salan hərbi xuntaya rəhbərlik etmiş, 27 iyun-17 dekabr 1974-cü il tarixlərində Çili Millətinin Ali Rəhbəri, 17 dekabr 1974–11 mart 1990-cı il tarixlərində Çilinin prezidenti, 11 sentyabr 1973–11 mart 1998-ci il tarixlərində isə Çili Ordusunun Ali Baş Komandanı olmuşdur. Auqusto Pinoçet 25 noyabr 1915-ci ildə Çilinin ikinci böyük şəhəri Valparaisoda dünyaya gəlmişdir. Onun atası Auqusto Pinoçet Vera liman gömrüyündə məmur, anası Avelina Uqarte Martines ev xanımı idi. Gələcək dövlət başçısı 6 uşaqdan ən böyüyü idi. Pinoçet əcdadı mənşəcə breton olmuş, Latın Amerikasına Fransadan köçmüşdü. 1973-cü ilin avqust ayında, çevrilişdən 18 gün əvvəl nazir olan general Karlos Pratsın yerinə Salvador Alyende tərəfidən Çili silahlı qüvvələrinin brəhbərliyinə gətirildi. Bundan sonra 11 sentyabr 1973-cü idə Prezident Alyendeni hakimiyyətdən saldı. Alyende çevriliş vəfat etdi.
Planşet
Tablet (ing. Tablet, ing. Tablet computer) — rahatcasına insanla daşına bilən kiçik Kompüterdir və mobil Telefondan böyük olduğu halda onun ləms olunan (touch screen) səhifəsi var. Planşetdə kilidlər yerinə onun hiss olunan səhifəsilə ondan faydalanmaq olur.
Çipset
Çipset — kompüter dünyasında bir prosessorun arxitekturasını təşkil edən müxtəlif mikrosxemlərin birləşdirildiyi cihaz kimi tanınır. İnformasiya axınına nəzarət edir. Çipsetlər iki dənədir. Şimal Çipset (Northbridge) və Cənub Çipset (Southbridge). Şimal çipsetə ağır işləyən qurğular qoşulur: Ram, Cpu, VideoKart. Cənub çipsetə isə : portlar, slotlar, rom və.s.
İnsest
İnsest (lat. incestus — «cinayətkar, təqsirli») — yaxın qan qohumları (valideynlər və uşaqlar, qardaşlar və bacılar) arasında cinsi əlaqə. Bu fərdlərin bir-biri ilə evlənməsi qanun və ya adət-ənənə ilə qadağan edilmişdir. İnsest cəmiyyətlərdə hüquqi problemdən çox emosional məsələ olduğuna görə bundan bəhs edərkən ümumi olaraq qadağa əvəzinə tabu termininə üstünlük verilir. İnsest antropologiyada universal olaraq qəbul edilir, baxmayaraq ki, bu, müxtəlif cəmiyyətlərdə fərqli şəkildə tətbiq edilir və onun pozulmasına dair məlumat cəmiyyətdən cəmiyyətə geniş şəkildə fərqlənən reaksiyalara səbəb olur. Ümumiyyətlə, iki insan arasında genetik əlaqə nə qədər yaxındırsa, onlar arasında cinsi əlaqəni qadağan edən və ya çəkindirən tabu bir o qədər güclü və daha yüksək yüklüdür. Belə ki, ata ilə qız, ana ilə oğul və ya qardaş ilə bacı arasında cinsi əlaqə demək olar ki, hər yerdə qadağandır. Əmi ilə qardaşı/bacısıqızı və ya xala ilə qardaşı/bacısıoğlu arasında cinsi əlaqə də ümumiyyətlə tabu hesab edilir. Bəzi cəmiyyətlərdə xalaoğlu, xalaqızı, əmioğlu, əmiqızı, dayıoğlu, dayıqızı, bibioğlu və bibiqızı arasında münasibətlər də qadağandır. Кровосмешение // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т.
INSEE
INSEE (fr. codes Insee və ya codes INSEE) — Fransa Statistika və İqtisadi Araşdırmalar üzrə Milli İnstitutu (fr. Institut National de la Statistique et des Études Économiques) tərəfindən verilən rəqəmli və ya hərf-rəqəmli kod. == Rəsmi coğrafi kod == INSEE tərəfindən Fransa kommunalarının coğrafi kodları müəyyən edilir. Məsələn, Mets şəhəri INSEE 57463 kodunu daşıyır. Burada, 57 — Mozel departamentinin nömrəsi, 463 isə Mets şəhərinin əlifba sırası ilə nömrəsidir. == Sosial sığorta nömrəsi == Fransada hər anadan olmuş adama 15 rəqəmli sosial sığorta nömrəsi verilir. Bu kodun izahı aşağıdakı kimidir.
Pinsk
Pinsk (belar. Пінск) — Belarusda şəhər. Brest vilayətində yerləşən bu şəhər Pinsk rayonunun inzibati mərkəzidir. 1 yanvar 2017-ci il tarixinə olan məlumata əsasən şəhər əhalisinin sayı 138,045 nəfərdir. Pinsk Polesiya ərazisinin tarixi və mədəni mərkəzlərindən biri hesab olunur.
Harold Pinter
Harold Pinter (ing. Harold Pinter; 10 oktyabr 1930[…], London, Birləşmiş Krallıq – 24 dekabr 2008[…], London, Birləşmiş Krallıq) — ingilis dramaturq, şair, rejissor, aktyor, ictimai xadim, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2005). == Həyatı == Harold Pinter yəhudi əsilli ingilis dramaturqu, şair, ssenariçi, aktyor, rejissor və ictimai xadimdir. Artıq uzun illərdir ki, London universiteti yanındakı Dram və səhnə danışığı məktəbinə rəhbərlik edir. Britaniya paytaxtında orta təbəqəyə mənsub ailədə doğulmuşdur. Baba-nənələrinin üçü Polşa, biri isə Odessa yəhudisi idi. Harold Pinter 1948-ci ildə Kral Dramatik Sənət Akademiyasına daxil olsa da, təhsilini başa vurmamışdı. Hələ məktəbdə oxuyarkən həvəskar tamaşalarda iştirak etməyə başlamışdı. 50-ci illərin əvvəllərində poeziyaya daha çox meyl göstərmiş, eyni zamanda irland teatr truppasının aktyoru olmuşdu. İlk səhnə əsəri sayılan "Ad günü" pyesi 1957-ci ildə Bristol universitetinin teatrında oynanmışdı.
Horatio Pintea
Horatio Pintea (11 noyabr 1962) — Kanadanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Horatio Pintea Kanadanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 13-cü pillənin sahibi olub.
Jean Piaget
Jan Vilyam Fris Piaje (fr. Jean William Fritz Piaget; 9 avqust 1896[…], Nevşatel[d] – 16 sentyabr 1980[…], Cenevrə) — uşaqlar ilə apardığı epistemologiya tədqiqatları ilə tanınan İsveçrəli inkişaf psixoloqu və filosof.
Keyt Uinslet
Katerina Elizabet (Keyt) Uinslet (ing. Kate Elizabeth Winslet; 5 oktyabr 1975[…], Ridinq, Birləşmiş Krallıq) — ingilis aktrisası, Oskar, Britaniya Akademiya Film mükafatı, BAFTA, Qremmi mükafatı, Qızıl Qlobus mükafatı laureatı. 22 yaşında 2 Oskar mükafatı namizədliyi əldə edə bilmə müvəffəqiyyətini göstərən, ən gənc aktrisa rekordunu qıran Uinslet, Oskar mükafatlarına üç, dörd, beş və altı dəfə namizəd göstərilən ən gənc aktrisa olmağı da bacarmışdır. Karyerası boyu müxtəlif rollarda tamaşaçı qarşısına çıxsa da, Titanik filmindəki Rose De Witt Bukater rolu aktrisanı daha çox insan kütləsinə tanıtmışdır. 2011-ci ildə Mildred Pirs mini-serialında iştirak etmişdir. == Həyatı == Keyt Uinslet 5 oktyabr 1975-ci ildə İngiltərədə dünyaya göz açmışdır. 11 yaşında olarkən İngiltərədə bir teatr məktəbində dram dərsi alan Uinsletin atası Rocer Uinslet və anası Seli Uinslet də aktyorluq sənəti ilə məşğul idilər. Keyt Uinslet ilk dəfə televiziyada 11 yaşında reklam çarxlarının birində görünüb. Səhnə Sənətlərı Məzunu Keyt, ilk ailə həyatını Haydius Kinki adlı filmdə tanışdığı rejissor köməkçisi Cim Sreapleton ilə qurmuş və Miya adını qoyduqları bir qızları olmuşdur. 2001-ci ildə həyat yoldaşı Cim ilə ayrıldıqdan sonra Sem Mendes ilə evlənərək, Coe adında bir oğlan uşağı dünyaya gətirmişdir.
Keyt Vinslet
Katerina Elizabet (Keyt) Uinslet (ing. Kate Elizabeth Winslet; 5 oktyabr 1975[…], Ridinq, Birləşmiş Krallıq) — ingilis aktrisası, Oskar, Britaniya Akademiya Film mükafatı, BAFTA, Qremmi mükafatı, Qızıl Qlobus mükafatı laureatı. 22 yaşında 2 Oskar mükafatı namizədliyi əldə edə bilmə müvəffəqiyyətini göstərən, ən gənc aktrisa rekordunu qıran Uinslet, Oskar mükafatlarına üç, dörd, beş və altı dəfə namizəd göstərilən ən gənc aktrisa olmağı da bacarmışdır. Karyerası boyu müxtəlif rollarda tamaşaçı qarşısına çıxsa da, Titanik filmindəki Rose De Witt Bukater rolu aktrisanı daha çox insan kütləsinə tanıtmışdır. 2011-ci ildə Mildred Pirs mini-serialında iştirak etmişdir. == Həyatı == Keyt Uinslet 5 oktyabr 1975-ci ildə İngiltərədə dünyaya göz açmışdır. 11 yaşında olarkən İngiltərədə bir teatr məktəbində dram dərsi alan Uinsletin atası Rocer Uinslet və anası Seli Uinslet də aktyorluq sənəti ilə məşğul idilər. Keyt Uinslet ilk dəfə televiziyada 11 yaşında reklam çarxlarının birində görünüb. Səhnə Sənətlərı Məzunu Keyt, ilk ailə həyatını Haydius Kinki adlı filmdə tanışdığı rejissor köməkçisi Cim Sreapleton ilə qurmuş və Miya adını qoyduqları bir qızları olmuşdur. 2001-ci ildə həyat yoldaşı Cim ilə ayrıldıqdan sonra Sem Mendes ilə evlənərək, Coe adında bir oğlan uşağı dünyaya gətirmişdir.
Niels Finsen
Nils Rüberq Finzen (dan. Niels Ryberg Finsen; 15 dekabr 1860 – 24 sentyabr 1904) — Danimarkalı fizioloq və alim. 1903-cü il Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı. Nils Finzen 1860-cı ildə Farer adalarında doğulmuşdur. İlk təhsilini orada aldıqdan sonra, Danimarkanın Herlufeholm şəhər məktəbinə qəbul edilmişdir. Lakin dərsə davamiyyəti zəif olduğundan valideynləri onu İslandiyaya göndərmişlər. Burada dərslərini yaxşı oxuyan Finzen, həm də əla atıcı kimi tanınmışdır. Lakin gələcək alim fiziki cəhətdən zəif olduğundan tez-tez xəstələnərmiş. Buna görə də o, həmin zamandan etibarən günəş şüalarının insan orqanizminə müsbət təsirini müşahidə etməyə başlamışdır. Finzen açıq havada daha çox vaxt keçirəndə özünü yaxşı hiss etməsi barədə sonralar yazırdı: "Buludlu havada günəşin çıxması ilə ətraf aləmin necə canlandığına fikir verin.
Pensər bələdiyyəsi
Astara bələdiyyələri — Astara rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Piksel sənəti
Piksel Sənət (ing. Pixel Art) — şəkillərin piksel səviyyəsində düzəldildiyi proqram təminatı ilə yaradılan rəqəmsal sənət formasıdır. Bu cür qrafiklər, qrafik kalkulyatorlar kimi digər məhdud sistemlər ilə yanaşı, 8-bit və 16-bit kompüter və oyun konsollarından gəlir. Piksel şəkillərində istifadə olunan rənglər əsasən məhduddur. Bəzən sadəcə 2 rəngdəndə istifadə olunur. Bunu bir hobbi olaraq edən icmalar spriting adlanır. Bu müddət kompüter qrafikində istifadə olunan sprite terminindən gəlir. Müasir piksel sənəti, 20. Əsrin əvvəllərində Nyu-Yorkun elektron reklam lövhələrində 1937-ci ildə mövcud olan lampalı sadə monoxromatik displeylərində peyda oldu. Hal-hazırda piksel art klassik videooyunlarda, xüsusilə klassik Space Invaders (1978), Pac-Man (1980) və Nintendo Entertainment System (1983) tipli 8-bit konsollarında iştirak edir.
Pinski bataqlığı
Pinski bataqlığı və ya Priyatski bataqlığı— bataqlıq Pripyat çayı boyunca ərazidə yerləşir. Priyat çayının Ukraynanın şimalından və Belarusun cənubundan keçən hissəsində formalaşır. Bataqlıq Belarusun Brest şəhəri ətrafından başlayır və Luninesə qədər olan ərazini əhatə edir. Onun ümumi sahəsi 98 419,5 km² təşkil edir. İnqilaba qədərki ədəbiyyatda Priyatski olaraq adlandırılır. Ərazi Beynəlxalq Əhəmiyyətli Sulu Bataqlıq Yerləri Siyahısına daxil edilmişdir. Pinski bataqlığı əsasən Poless çökəkliyində yerləşir. Cənubi Belarusun böyük hissəsini, Ukraynanın isə şimal-qərbini əhatə edir. Bataqlıq vadisini Pripyat çayı və onun qolları olan Stır, Qorın, Ubort, Sloveçna (sağ tərəfdən tökülən qollar) və Yaselda, Çna, Sluç, Ptiç (sol tərəfdən tökülən çaylar) çayları tərəfindən kəsilir. Torf və bitki örtüyünün qalınlığı bəzi yerlərdə 6 metrə çatır.
Pinçot ardıcı
Pinçot ardıcı (lat. Juniperus pinchotii) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü.
Pinşas Rosen
Pinşas Rosen (ivr. ‏פנחס רוזן‎‏‎; 1 may 1887, Berlin – 3 may 1978, Tel-Əviv) — 1948-51, 1952-56 və 1956–61 dövründə üç dəfə vəzifə yerinə yetirən İsrail dövlət xadimi və ölkənin ilk ədliyyə naziri idi. 1960-cı illərdə müstəqil liberalların lideri idi.
Ponsen (En)
Ponsen (fr. Poncin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-cu ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15–64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71,0%, 1999-cu ildə 68,8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Qrafik planşet
Qrafik planşet - (ing.graphics tablet, ru.графический планшет) – plastikdən hazırlanmış və səthinin altında elektron içlik olan yastı düzbucaqlı; koordinat qurğusu (məsələn, siçan, trekbol və s.) ilə birlikdə mühəndis və konstruksiya işlərinin yerinə yetirilməsində, eləcə də şəkillərin yaradılması və onlarla işləmək üçün istifadə edilir. Koordinat qurğusunu planşetin səthi üzərində hərəkət etdirdikdə qurğunun yeri (mövqeyi) sistem tərəfindən izlənir və ekranda göstəricinin mövqeyinə çevrilir. Qrafik planşetlə işləmək üçün, adətən, qələmdən (STYLUS) istifadə olunur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Sevgiylə, Vinsent
Sevgiylə, Vinsent (ing. Loving Vincent) — başdan-ayağa kətan üzərində yağlı boya ilə çəkilmiş ilk tammetrajlı cizgi filmidir. Film Vinsent van Qoqun həyatının son günlərindən və indiyədək sirli qalan ölümündən bəhs edir. Rejissoru Dorota Kobiela və Hyu Velçman olan filmin yaranmasında 115 rəssam iştirak edib. "Sevgiylə, Vinsent"in büdcəsi 5.5 milyon ABŞ dolları təşkil edir. Filmin dünya premyerası 12 iyun 2017-ci ildə "Annesi Beynəlxalq Animasiya Filmləri Festivalı"nda baş tutub. Robert Qularçik — Vinsent van Qoq Duqlas But — Arman Rulen Cerom Flinn — Pol Qaşe Sirşa Ronan — Marqarita Qaşe Helen Makkrori — Luiza Şevalye Kris O'Daud — poçtalyon Rulen Con Seşns — Tanqinin atası Eleanor Tomlinson — Adelin Ravo Eyden Tyorner — qayıqçı Rəsmi veb-saytı Sevgiylə, Vinsent — Internet Movie Database saytında.
Rinsen Nakazava
Rinsen Nakazava (中沢臨川, Nakazava Rinsen, 28 oktyabr 1878, İna[d], Naqano prefekturası – 9 avqust 1920 və ya 1920) və ya doğum adı ilə Rinsen Şiozava – Yaponiya ədəbiyyatşünası. Rinsen Nakazava 1878-ci ildə Yaponiyanın Naqano prefekturasının İna şəhərində doğulmuşdur. Nəsillər boyunca yomeişu (şərab növü) istehsalı məşğul olan ailəyə mənsub olmuşdur. Nakazava klanından olan qızla evləndikdən sonra qayınatasının soyadını götürmüşdür. Tokio Universitetini bitirdikdən sonra mühəndis olmuşdur. Əvvəlcə Tokio Dəmiryolu Şirkətində, daha sonra Keihin Dəmiryol Şirkətində işləmişdir. İxtisasca mühəndis olsa da, ədəbiyyatla dərindən maraqlanmış, Lev Tolstoy, Fridrix Nitsşe, Anri Berqson və Romen Rollanın əsərlərini tədqiq etmişdir. Sosial problemlər haqqında tənqidi yazılar və esselər yazmışdır. "Müasir düşüncə haqqında 15 mühazirə" əsərinin müəllifi olmuşdur. The Japan Biographical Encyclopedia & Who's Who (ingiliscə) (II).