Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pişmaniye
Pişmaniye və yə tel halva, kətən halva - Türkiyənin İzmit şəhərinə xas şirniyyat növü. Türkiyədə meşhur İzmit pişmaniyesi olaraq tanınır. Növü, kalori cəhətdən yüngüllüyünə görə dünyada tanınan bir şirniyyat növüdür və məşhurlaşmışdır. Pişmaniyenin tarixi qədim Azərbaycan, İran və Osmanlı ərazilərində başlayıb. Şirniyyatın görünüşü qoyun yununa bənzədiyinə görə farsca peşmək sözündən türkcəyə pişmaniye olaraq tərcümə edildiyi güman edilir. İlk dəfə Kandıralı Xeyrəddin usta tərəfindən bişirilmişdir.
Isani
İsani Tiflis şəhərinin şimalında yer adı. Kür çayının sol sahilində yerləşir.
Narcissus pisanus
Yalançı nərgizgülü (lat. Narcissus pseudonarcissus) - nərgizgülü cinsinə aid bitki növü. Ajax breviflos Haw. Ajax cambricus Haw. Ajax capax M.Roem. Ajax cernuus Haw. Ajax cuneifolius Haw. Ajax fenestralis Gray Ajax festalis (Salisb.) Salisb. Ajax festalis var. plenissimus Haw.
Atilla Pisyani
Atilla Pisyani (30 aprel 1957, Tehran, İran – 6 oktyabr 2023, XIII arondisman) — Fars aktyor və məşhur aktrisa Cəmilə Şeyxinin oğlu. == Həyatı == Atilla Pisyani 1957-ci ilin 30 aprelində Tehran şəhərində anadan olmuşdur. Atilla Pisyaninin anası Cəmilə Şeyxi İranın məşhur aktrisalarından biridir. Həmçinin həya yoldaşı Fatimə Nəqəvi və qızı Sitarə Pisyani də aktrisalıqla məşğuldurlar. Atilla aktyorluqla yanaşı, rejissorluq və rejissor köməkçiliyi ilə də məşğuldur. === Təhsili === Tehran Universitetinin İncəsənət fakültəsində teatr aktyorluğu və rejissorluğu ixtisası üzrə təhsil almışdır. == Karyerası == İlk dəfə teatr səhnəsinə 1968-ci ildə çıxmışdır. Film sahəsindəki debütunu 1983-cü ildə istehsal edilən "Ağ ölüm" filmində etmişdir. 1983-cü ildən sonra xeyli filmdə rol almışdır: Soyuq qan içində (1994) İki qadın (1998) Yandırılmış nəsil (1999) Sonuncu nahar (2001) Gizlənmiş yarı (2001) Əmiri kim öldürdü ? (2005) Atəşkəs 1 (200)) Gizli hiss (2006) Gecə boyunca (2010) Prezidentin cib telefonu (2011) Taxta körpü (2011) Atəşkəs 2 (2014) Atilla Pisyani bəzi seriallarda da rol almışdır: Sülhün ilk gecəsi (2006) Gizlilik siyasəti (2009) Salamat, uşaq (2012) Bir parça torpaq (2012) Ana kimi (2013) Mədinə (2014) Gözəl inqilab (2014) == Mükafatları == Fəcr Beynəlxalq Film festivalında, Atilla "İki qadın", "Yandırılmış nəsil", "Sonuncu nahar", "Əmiri kim öldürdü ?" filmlərindəki çıxışına görə " "Ən yaxşı köməkçi aktyor" , "Soyuq qan içində" filmindəki çıxışına görə isə "Ən yaxşı aktyor" mükafatına layiq görülmüşdür.
Pasania variabilis
Dəyişkən palıd (lat. Quercus variabilis) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.
Abbas Lisani
Abbas Lisani (az.-əski. عباس لسانی‎; 18 fevral 1967, Ərdəbil ostanı) — azərbaycanlı milli mədəni fəal, vicdan məhbusu, şair, yazıçı. Göstərdiyi milli mədəni fəaliyyətə görə 1997-ci ildən etibarən dəfələrlə həbs olunub. Təkcə 2006-cı ildə 6 ay ərzində 4 dəfə mühakimə edilib, 30 ay həbs, 50 zərbə şallaq və 3 il sürgünə məhkum olunub. Buna səbəb 2005-ci ildə Babək Qalası Qurultayında, Məşrutə inqilabının ildönümündə, Təbrizdə Bağır Xanın məzarı üstündə keçirilən mərasimlərdə və 2006-cı ilin may ayında Milli Qiyam Günündə iştirak etməsi olub. Sonrakı illərdə də dəfələrlə həbs olunub, təzyiqlərə məruz qalıb və sürgün edilib. Həbsinə qarşı müxtəlif beynəlxalq təşkilatlar, partiyalar və fəallar bəyanatlar veriblər. 2007-ci ildən etibarən Beynəlxalq Amnistiya Təşkilatı tərəfindən vicdan məhbusu elan edilib. Həbsdən azad olunması üçün bir sıra təşkilatlar və fəallar onlarla imzatoplama və etiraz aksiyaları keçiriblər. Öz haqlarını o cümlədən də digər məhbusların haqlarını qorumaq üçün dəfələrlə aclıq aksiyaları edib.
Buyar Nişani
Bujar Faik Nishani (alb. Bujar Faik Nishani; 29 sentyabr 1966, Durres – 28 may 2022, Berlin) — alban siyasətçi, Albaniyanın prezidenti. Seçkilərə Demokrat Partiyasının üzvü və Daxili İşlər Naziri kimi qatılmışdır. Albaniya Parlamentində müxalifətin uzlaşması olmadan, 140 səs üzərindən aldığı 73 səs sayının tam əksəriyyəti ilə prezidenti seçilmişdir. == Şəxsi həyatı və təhsili == Buyar Nişanı 29 sentyabr 1966-cı ildə Albaniyanın Durres şəhərində anadan olub. 1988-ci ildə "Skënderbej" (İskəndərbəy) Hərb Akademiyasını bitirdi. 1996-cı ildə San-Antonio, Texas və Kaliforniyada işləyib. 2004-cü ildə Tiran Universiteti Hüquq Fakültəsindən məzun olub. Avropa tədqiqatları sahəsində master etdi. Odeta Nişanı ilə evlidir və 2 uşaq atasıdır.
Döş nişanı
Döş nişanı (ing. badge, rus. нагрудный знак) — Hansısa bir qurumu (şirkəti, təşkilatı, qruplaşmanı) təmsil edən və ya mükafat məqsədilə verilən və xüsusuən yaxaya taxılan əşya.
Hollivud nişanı
"Hollivud" yazısı (ing. Hollywood Sign və ya keçmiş adı ilə ing. Hollywoodland Sign) — ABŞ-nın Kaliforniya ştatında, Santa-Monika dağlarının Maunt-Li zirvəsinin ətəyindəki yazı. Amerikan mədəniyyətinin simvoludur. == Tarixi == Maunt-Li dağının ətəyindəki bu yazı 1923-cü il iyulun 13-də peyda olmuşdur. Həmin vaxt belə yazılmışdır: "HOLLYWOODLAND". Əvvəlcə bu yazının kino ilə heç bir əlaqəsi yox idi. Belə ki, o yeni yaşayış rayonunun reklamı idi. Amma bu reklam dərhal turistləri özünə cəlb etməyə başladı. Yazının ora yerləşdirilməsi sifarişçiyə, "Los-Anceles Tayms"ın naşiri Harri Çandlerə 21 min dollara başa gəlmişdir.
Razılıq nişanı
Punktasiya nişanını ✓ ("Razılıq nişanı") biz düzgün olan cavabları qeyd etməyə və razılığımızı bildirmək üçün istifadəyə adət etmişik. Lakin İsveç, Norveç, Finlandiya, Puerto-Riko və Yaponiyada bu əks məna verir. Misal üçün, isveç məktəblərində səhv cavablara quş qoyurlar, düzgün cavabları isə "R" ("Rätt" isveçcədən tərcümədə "Düzgün") hərfi ilə markalayırlar. Fin dilində ✓ "väärin" ifadə edir, yəni "doğru deyil". "Düzgün" cavab isə ⋅ / ⋅ {\displaystyle \cdot \!/\!\cdot } (maili şaquli xətt və hər iki tərəfində nöqtə) nişanı ilə işarə olunur.
İndeks nişanı
İndeks nişanı (ing. index mark ~ ru. индексная метка ~ tr. indeks işareti) – mikrofişlərdə (MICROFICHE) mövqeyi göstərən işarə, adətən, xətt və ya ştrix. Adətən, proqram vasitəsilə formatlanan disklərdə: formatlama zamanı qoyulan və hər bir cığırın məntiqi başlanğıcını qeyd edən maqnit indikatoru (ünvan nişanı da adlandırılır). İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İsanın dirilməsi
İsanın dirilməsi – xristianlıqda əsas doktrinlərdən biridir. Bibliya İsa Məsihin çarmıxa çəkilərək insanların günahları üçün öldüyü, dəfn olunduğu və üçüncü gün dirildiyini nəql edir. Xristianlar İsa Məsihin çarmıxa çəkildikdən sonra dirildiyinə həmişə inanmış və bunu bəşəriyyətin tarixində ən mühüm hadisə hesab etmişlər. Müqəddəs Kitab (Əhdi-Ətiq və Əhdi-Cədid). Müqəddəs Kitab şirkəti. Bakı, 2009.
İsanın doğulması
İsanın doğulması və ya Doğulma hadisəsi — İsanın doğulması hadisəsidir. Bu hadisə haqqında olan əsas mənbələr Luka və Matfeyin İncilləri və bir neçə apokrifal mətnlərdir. Kanonik incillər olan Luka və Matfeyin İncillərinə görə İsa İudeanın Betleyem şəhərində, bakirə Məryəmdən dünyaya gəlmişdi. Lukanın təsvir etdiyi hadisədə İsa Məryəm və Cozefin övladı kimi, Betleyemə səfərdən sonra bu şəhərdə dünyaya gəlir. Mələklər onu insanlığın qoruyucusu elan edir, çobanlar isə ona itaət edirlər. Matfeyin təsvir etdiyi hadisədə "zəngin adamlar" ulduzu izləyərək Betleyemə gəlir və yeni doğulmuş Yəhudi Kralına – İsaya hədiyyə gətirir. Kral Herod İsanı öldürmək üçün Betleyemdə doğulmuş bütün körpələri öldürtdürür, lakin İsanı ailəsi Misirə qaçırır və burada Nazaretdə yerləşirlər. Tədqiqatçılar bu iki məlumatın bir-birinə nə qədər uyğun olması və bəzi hissələrinin tarixiliyi məsələsində müxtəlif fikirlərə malikdirlər. Bəzi tədqiqatçılar isə İncillərdəki bu məlumatların teoloji sənədlər əsasında tərtib olunduğunu önə çəkərək tarixiliyin arxa planda olduğunu və xronoloji zamanlamasının mübahisəli olduğunu bildirirlər. Ənənəvi xristian tədqiqatçılar isə İncillərdə verilən iki fərqli məlumatların bir-birinə zidd olmadığını, və onlar arasında ümumi məqamların olduğunu bildirirlər.
Əmtəə nişanı
Əmtəə nişanı – hüquqi cəhətdən qorunan firma adı, firma nişanı, əmtəə nümunəsi və ya onların əlaqələndirilməsidir, başqa sözlə müəyyən firmanın əmtəələrinin digər firmanın məlumatlarından fərqləndirmək üçün xidmət göstərən müəyyən edilmiş qaydada qeydiyyatdan keçən nişandır (işarədir, əlamətdir). Əmtəə nişanı – sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşması. Ticarət markasını (bəzən onu firma nişanı adlandırırlar) – malın (əmtəənin) hazırlayanı göstərən, məhsulu onu hazırlayanla və satıcısı ilə eyniləşdirən simvol işarəsi (nişanı), müəssisələrin adı, termin, şəkil, emblem və s. Bu zaman buraxılan məhsula yox, onu buraxan firmaya aid olan ticarət adını fərqləndirmək olar. Əmtəə nişanı geraldika işarələrini, coğrafi adları və s. ehtiva etmir, çünki onlar müstəsna mülkiyyət obyekti ola bilməzlər. Əmtəə nişanında istifadə hüquqlarına aiddir: o, hallanmır (təsir altına düşmür). Həmişə mətndə eyni üsulla fərqləndirilir (böyük hərflə, dırnaq işarəsi ilə, kursivlə, üslublaşmış şriftlə və s.); qeydiyyatdan keçmiş əmtəə nişanı xüsusi nişanla C (kopirayt) təchiz olunur (əmtəənin, yaxud malın olduğu ölkədə qəbul edilən). Əmtəə nişanının sahibi eyni məhsul və xidmətlər üçün əmtəə nişanından və onun variantlarından istifadə edilməsi üçün müstəsna hüquqa malikdir. Əmtəə nişanı istehsalçıya bir hüquqi və ya fiziki şəxs tərəfindən təklif edilən əmtəə və xidmətlərin digər şəxslərin yekcins əmtəə və xidmətlərin fərqlənməsinə imkan verir, onların dəyərinə təsir edir, rəqabət qabiliyyətinin yüksəldilməsinə səbəb olur.
İşani Senanayake
"Şərəf Nişanı" ordeni
"Şərəf nişanı" ordeni (rus. Орден «Знак Почёта») — 25 noyabr 1935-ci ildə təsis olunmuş SSRİ ordeni. == Tarixi == Sərəncam SSRİ Mərkəzi İcraiyyə Komitəsinin 25 noyabr 1935-ci il tarixli qərarı ilə təsis edilib . Ordenin taxılması, lentin rəngi və təltif blokunda yerləşdirilməsi qaydaları SSRİ Ali Soveti Rəyasət Heyətinin “SSRİ orden və medalları üçün lentlərin nümunələrinin və təsvirlərinin təsdiq edilməsi haqqında” Fərmanı ilə təsdiq edilmişdir. və orden, medal, lent və fərqlənmə nişanlarının taxılması Qaydaları” 19 iyun 1943-cü il tarixli qərarı ilə qəbul olunub. 22 avqust 1988-ci ildə "Şərəf ordeni" adlandırıldı . 1991-ci ilə qədər təxminən 1 milyon 581 min "Şərəf nişanı" ordeni verilib. == Təsviri == “Şərəf Nişanı” ordeni oval formaya malikdir , yanları palıd budaqları ilə haşiyələnmişdir. Onun mərkəzində “ Bütün ölkələrin zəhmətkeşləri, birləşin!” sözləri yazılmış plakatlar daşıyan fəhlə və fəhlə fiqurları var. " Ordenin yuxarı hissəsində beşguşəli ulduz var, onun altında pankartların fonunda “ SSRİ ” relyef yazısı var.
Dövlət nişanı (Türkiyə)
"Dövlət nişanı" — Türkiyə Respublikasının ən yüksək mükafatı 1988-ci ildə təsis edilmişdir. Türkiyə prezidenti tərəfindən təqdim edilən "Dövlət nişanı" dövlət başçısının tövsiyəsi əsasında Türkiyə Respublikası Nazirlər Kabinetinin qərarı ilə verilir. Bu mükafata xarici ölkələrin dövlət başçıları ölkələr arasında dostluq əlaqələrinin inkişafı və xalqların bir-biri ilə daha da yaxınlaşmasındakı xidmətlərinə görə layiq görülürlər.
Nişani-Qüds ordeni
Nişani-Qüds-İranın Qacarlar sülaləsi hakimiyyəti dönəmidə dövlət mükafat nişanı. Bu ordenin ancaq II dərəcəsi vardı. Əsasən nazirlərə və bu dərcədə olanlara verilirdi. Ordu komandanları da bu ordenlə təltif olunurdular. Orden almazlarla bəzənmişdi. Başdan aşağı 12,0 sm diametrdə idi. Sinənin sol tərəfinə vurulurdu. Lenti yaşıl rəngdə, hər iki tərəfində qırmızı xətti vardı.
Nişani-Əqdəs ordeni
Nişani-Əqdəs-İranın Qacarlar sülaləsi hakimiyyəti dönəmidə dövlət mükafat nişanı. Bu ordenin ancaq II dərəcəsi vardı. Əsasən nazirlərə və bu dərcədə olanlara verilirdi. Ordu komandanları da bu ordenlə təltif olunurdular. Orden almazlarla bəzənmişdi.
Qara nişanə (film)
Qara nişanə — Azərbaycanlı kinorejissor Vaqif Mustafayevin 2003-cü ildə Elmira Axundovanın "Poliqrafçının ölümü" (2001) kitabı əsasında çəkilmiş filmi. İki seriyalı bədii film Heydər Əliyevin həyatı və genişmiqyaslı fəaliyyətindən bəhs edir. Film keçmiş Sovet İttifaqı respublikalarında son onilliklərdə baş vermiş tarixi hadisələri əks etdirir. Filmin kadrları Bakı, Moskva və Naxçıvanda çəkilmişdir. Azərbaycan Prezidenti Heydər Əliyevin rolunu Polşanın tanınmış aktyoru Tadeuş Xuk, keçmiş SSRİ prezidenti Mixail Qorbaçov rolunu Rusiyanın xalq artisti Vsevolad Şilovski ifa ediblər.
Ömər əl-Şişani
Tarxan Batiraşvili (gürc. თარხან ბათირაშვილი) — Suriya vətəndaş müharibəsinin iştirakçısı, keçmiş Ceyş əl-Mühacirin vəl-Ənsar qruplaşmasının komandiri, 2013-cü ilin yayından bəri İraq və Şam İslam Dövlətinin şimali Suriya əmiri. Daha çox Əbu Ömər əl-Şişani və yaxud Ömər əl-Çeçen adları ilə tanınır. Milliyətcə kist, yəni çeçendir. Tarxan Batiraşvili (gürc. თარხან ბათირაშვილი) 1986-cı ildə çeçenlərin subetnik qrupu sayılan kistlərin yaşadığı Gürcüstanın Pankisi dərəsində yerləşən Birkiani kəndində anadan olub. Atası xristian olsa da, özü müsəlmandır. Bu haqda atası Teymuraz Batiraşvili deyir: Həmçinin atasının dediyinə görə, Tarxan Suriyaya getdikdən sonra yalnız bircə dəfə atasına zəng vurub və həmin telefon danışığı zamanı Şişani çeçen qızı ilə evləndiyini, qızının doğulduğunu, ona Sofiya adının verildiyini, qızının cizgilərinin babasının cizgilərini xatırlatdığını deyib. Telefon bağlantısı zamanı Şişani atasının namaz qılıb-qılmaması ilə də maraqlanıb, atası isə ona əvvəlki kimi xristian kilsəsinə getdiyini deyib. Bunu eşidən oğlu telefonunu qapadıb və bir daha atasına zəng etməyib.
Üç Ulduz Nişanı
Üç Ulduz Nişanı (Latış dili: Tiju Zvaigžņu ordenis)- Latviyada təsis edilən ordendir. 25 mart 1924-cü ildə Latviya Milli Məclisi tərəfindən təsis olunmuşdur. Devizi "Per aspera ad astra"dır ki, mənası "Çətinliklərdən keçib ulduzlara çatmaq" deməkdir. Orden Latviyada verilən ilk və ən yüksək dərəcəli ordendir. Böyük Komandan Xaçı (zəncirli) (1-ci dərəcəli) Böyük Komandan Xaçı (1-ci dərəcəli) Böyük Zabit (2-ci dərəcəli) Komandan (3-cü dərəcəli) Zabit (4-cü dərəcəli) Daşıyıcı (5-ci dərəcəli) Fəxri Orden, 1-ci dərəcəli Fəxri Orden, 2-ci dərəcəli Fəxri Orden, 3-cü dərəcəli Ordenin xaçı zərli kənarları olan ağ minadan təşkil olunmuş xaçdan ibarətdir. Xaçın ön tərəfinin mərkəzində mavi minadan təşkil olunmuş medalyon yerləşir. Medalyonun mərkəzində isə 3 ədəd qızıl beşguşəli ulduzu görmək olar. Əks tərəfində isə "Per aspera ad astra" və "Latvijas Republika — 1918.g.18. novembris" (Latviya Respublikası- 18 noyabr 1918) ifadələri yazılmışdır. Ulduz birinci və ikinci dərəcəli nişanlarda olur.
İsanın bakirədən doğulması
İsanın bakirədən doğulması Xristianlıq və İslamda qəbul edilən doktrinalardan biridir ki, onun da əsasında Məryəm ananın bakirə olduğu halda, möcüzəvi şəkildə İsanı dünyaya gətirməsi hadisəsi dayanır. Bu doktrina Xristianlıqda II əsrdən yayılmağa başlamış və Roma Katolik, Şərq, Şərq Ortodoks, Protestant və Anqlikan kilsələri tərəfindən qəbul edilmişdir. Bu doktrina özündə iki əsas xristian inancını – “İsa Məryəm ana və Müqəddəs Ruhun törəməsidir” (Nikena inancı) və “İsa Bakirə Məryəm ana tərəfindən dünyaya gətirilmişdir” (Apostollar inancı) inanclarını birləşdirir. XVIII əsrdə Teoloji aydınlanma hərəkatına qədər, kiçik sektalar xaric olmaqla heç kim bu doktrinaya qarşı çıxmamışdır. Kanonik İncillər Matfey və Luka qeyd edirlər ki, Məryəm bakirə olub və İsa Müqəddəs Ruh tərəfindən onun bətninə yerləşdirilib. Bu incillər, sonrakı tarixi ənənə və müasir Xristianlıq doktrinasına görə İsa möcüzəvi şəkildə, heç bir insani ata olmadan, heç bir cinsi əlaqə, heç bir kişi toxumu olmadan Müqəddəs Ruhun vasitəsiylə dünyaya gətirilmişdir. Roma Katolik kilsəsi və Şərq Pravoslav kilsəsində “bakirənin doğuşu” termini təkcə İsa peyğəmbərin Bakirə Məryəm tərəfindən dünyaya gətirilməsi fikrini deyil, eyni zamanda Məryəm ananın ömrünün sonuna kimi bakirə qalması fikrini də əhatə edir və bu inanc II əsrdən sonra birmənalı şəkildə təsdiq edilməkdədir. Əsas Xristian inanclarından olan “İsanın bakirə tərəfindən dünyaya gətirilməsi” inancını heç də, Məryəmin günahsızlığını əsaslandırmağa çalışan əsas katolik doktrinası Ləkəsizlik Anlayışı ilə qarışdırmaq olmaz. Katolik inancına görə İsa möcüzəvi şəkildə yox, normal yolla dünyaya gəlmişdir. Roman Katolik Ləkəsizlik Anlayışına görə Məryəm yaradılarkən, bətni bu şəkildə formalaşdırılmış və bu onun “ləkə”si (latınca macula) yox, anadangəlmə günahıdır.
İsanın çarmıxa çəkilməsi
İsanın çarmıxa çəkilməsi bizim eranın birinci əsrində baş vermiş tarixi hadisədir. Əhdi-Ətiqdə verilən məlumata görə, xristian inancında Tanrının Oğlu və Məsih kimi qəbul edilən İsa, Ponti Pilatın əmri ilə həbs edilmiş, mühakimə edilmiş və nəhayət çarmıxa çəkilmişdir. İsanın əziyyətləri və çarmıxa çəkilməsi xristian teologiyasında, xilas və bağışlanma nəzəriyyələrinin əsasını təşkil edir. İsanın çarmıxa çəkilməsi dörd kanonik İncildə, Əhdi-Cədid məktublarında, bir neçə tarixi mənbədə və qeyri-xristian mənbələrində əks olunmuş tarixi hadisədir, buna görə də bu hadisənin baş verməsi şübhə doğurmayan faktdır. Müasir elmdə İsanın vəftiz edilməsi və çarmıxa çəkilməsi onun həyatı haqqında ən səhih məlumatlar hesab edilir. Məsələn, Ceyms Dann qeyd edir ki, "İsanın həyatından olan bu iki hadisə demək olar ki, bütün tədqiqatçılar tərəfindən qəbul edilir" və razılaşma, həmçinin tarixi faktlar o qədər dəqiqdir ki, bu hadisələrin baş verməsindən şübhə etmək və ya inkar etmək mümkün deyil. Bart Erman qeyd edir ki, İsanın Ponti Pilatın əmri ilə edam edilməsi, onun həyatı haqqında olan ən səhih məlumatdır. Con Dominik Krossan isə qeyd edir ki, İsanın həyatı ilə bağlı heç bir fakt onun çarmıxa çəkilməsi qədər dəqiq deyil. Eddi və Boyd qeyd edir ki, müasir dövrdə qeyri-xristian olan nə varsa İsanın çarmıxa çəkilməsini təsdiq edir. Kreyq Blumberq bildirir ki, tarixi İsanın axtarışında olan əksər tədqiqatçıların İsanın çarmıxa çəkilməsinin tarixi fakt olduğunu mübahisəsiz qəbul edirlər.
Şərəf Nişanı ordeni
"Şərəf nişanı" ordeni (rus. Орден «Знак Почёта») — 25 noyabr 1935-ci ildə təsis olunmuş SSRİ ordeni. Sərəncam SSRİ Mərkəzi İcraiyyə Komitəsinin 25 noyabr 1935-ci il tarixli qərarı ilə təsis edilib . Ordenin taxılması, lentin rəngi və təltif blokunda yerləşdirilməsi qaydaları SSRİ Ali Soveti Rəyasət Heyətinin “SSRİ orden və medalları üçün lentlərin nümunələrinin və təsvirlərinin təsdiq edilməsi haqqında” Fərmanı ilə təsdiq edilmişdir. və orden, medal, lent və fərqlənmə nişanlarının taxılması Qaydaları” 19 iyun 1943-cü il tarixli qərarı ilə qəbul olunub. 22 avqust 1988-ci ildə "Şərəf ordeni" adlandırıldı . 1991-ci ilə qədər təxminən 1 milyon 581 min "Şərəf nişanı" ordeni verilib. “Şərəf Nişanı” ordeni oval formaya malikdir , yanları palıd budaqları ilə haşiyələnmişdir. Onun mərkəzində “ Bütün ölkələrin zəhmətkeşləri, birləşin!” sözləri yazılmış plakatlar daşıyan fəhlə və fəhlə fiqurları var. " Ordenin yuxarı hissəsində beşguşəli ulduz var, onun altında pankartların fonunda “ SSRİ ” relyef yazısı var.