Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Quest Pistols
Quest Pistols — ukraynalı pop qrup, "Quest" adlı rəqs baletində çalışan Anto Savlepov, Nikita Qoryuk və Konstantin Borovski tərəfindən yaradılmışdı. Qrup şəklində onların ilk çıxışı 1 aprel 2007-ci ildə baş tutmuşdu. == Qrupun yaranma tarixi == 1 aprel 2007-ci il - «Quest Pistols» qrupunun ad günü hesab olunur. Məhz bu gün, Anton, Nikita və Kostya özlərinin bütün güclərini tolayıb ukrayna televiziyasında yayımlanan «Şans» proqramında yeni ampluada çıxış etməyə qərar verdilər. «Shocking Blue» qrupunun «Long and lonesome road» adlı mahnısına Quest Pistols qrupu yeni «Я устал» adlı kover versiya yaradır və bu yenilənmiş sinql teleefiri partladır. Onların çıxışına seyircilər 60 000 səs verirlər və beləliklə də Quest Pistols Ukraynada populyarlıq qazanır. == Tərkib == Quest Pistols qrupunun tərkibi == Diskoqrafiya == Cədvəldə ★ işarəli mahnılara klip çəkilib.
Bristol
Bristol — İngiltərənin şimal-şərqində iri şəhər. == Tarixi == Bristol şəhərinin yerləşdiyi ərazidə Roma İmperiyası dövründə Abona adlı hərbi baza yerləşirdi.Britaniyanın Anqlolar tərəfindən məskunlaşmasından sonra ərazi Braykqstov adlandırılmağa başladı.Hansıki bu söz körpü yaxınlığında olan yer mənasını verir.XI əsrdə Eyvon çayı üzərindən keçid Norman feodalları tərəfindən möhkəmləndirildi və onlar bu ərazidə qərbi İngiltərədə olan ən möhtəşəm saraylardan birini tikdilər. == Coğrafiyası == Şəhər 109 км² sahəyə malikdir və Bristol körfəzi sahilində yerləşir. Şimalda serimonial qraflıq olan Qlosterşirlə, cənubda isə digər serimonial qraflıq Somersetlə sərhəddə malikdir. Köhnə şəhər Eyvon çayının sahilində, şəhərətrafı əraziləri-Redklif və Klifton isə sol sahilindəki dik təpələrdə yerləşir.
Histos
Toxuma (yun.histos lat.tela) — mənşə və quruluş oxşarlığına malik olan, müəyyən funksiya yerinə yetirən hüceyrə və hüceyrəarası maddələr qrupu. Xarici mühitlə vəhdət təşkil edən tam orqanizm tərkibində, ümumi quruluşa və sinir sisteminin bilavasitə təsiri altında davam edən vəzifəyə və inkişafa malik olan tarix boyu meydana çıxmış histoloji elementlər sistemi. == Toxumaların növləri == Hazırda insanlarda və heyvanlarda dörd qrup toxuma ayırd edilir: epiteli birləşdirici əzələ sinir === Epiteli toxuma === Epiteli və yaxud örtük toxuması orqanizmi həm xaricdən, həm də daxili səthdən örtür. Hüceyrələri isə sitoplazmatik atmalarla bir-birinə sıx birləşmiş vəziyyətdə olur. Epiteli toxuma əsasən heyvanların dırnaqlarında, buynuzlarında, vəzilərdə, tənəffüs yollarında olur Epiteli toxuması təkqatlı və çoxqatlı olmaqla iki qrupa bölünür. Təkqatlı epiteli toxuması birsıralı və çoxsıralı olur. Təksıralılardan yastı (mezoteli) epiteli hüceyrələrinin hamısı bir formalıdır. Təksıralı epiteli toxumalardan biri də kubşəkillidir. Təksıralı epiteli toxumasının üçüncü forması silindr şəkillidir. Çoxqatlı epiteli toxumasına üç formada rast gəlinir: yastı qərniləşmiş (buynuzlaşmış), yastı qərniləşməmiş (buynuzlaşmamış) və keçid (aralıq forma).
Misool
Misool (ind. Pulau Misool) — Raja Ampat adalarının ən böyük 4 adasından biri. Salavati, Batanta və Vayqeo ilə birlikdə "4 kral" adlandırılırlar. Sahəsi 2,034 km²-dir. Ən yüksək nöqtəsi 561 metrdir == Məskunlaşma == Əsas yaşayış məntəqələri adanın şimal sahilində yerləşən Vaiqama və Lilintadır. Adadakı sakinlər biqa və matbat dillərində, eləcə də İndoneziya dilində danışırlar. == Tarixi == Holland müstəmləkə imperiyasının bir hissəsi olmuşdur. 1942-də Yaponiya tərəfindən işğal edilmişdir. 1945-ci ilə qədər Yaponiya İmperator Dəniz Qüvvələrinin bazası olmuşdur. == Faunası == Echymipera kalubu, ümumi tikanlı bandikut Echymipera rufescens Dorcopsis muelleri Phalanger orientalis Spilocuscus maculatus Petaurus breviceps Macroglossus minimus Melanotaenia flavipinnis və Melanotaenia misoolensis, Misool göy qurşağı balığı Nyctimene aello Pteropus conspicillatus Aselliscus tricuspidatus Pipistrellus papuanus == Ədəbiyyat == Allen, G. 1996.
Pastel
Pastel (fr. pastel; it. pastello; pasta – xəmir) — boyakarlıqda üzlüksüz quru, yumşaq (rəngli) karandaşla işləmə üsulu; Bu texnika ilə yaradılmış boyakarlıq əsəri. Pastel karandaşları ilə rəsm nahamar (çox vaxt rəngli) kağız, karton, səthinə rəng astarı çəkilmiş kətan, zamşa, perqament üzərində işlənir. Pasteldə ştrixlərdən geniş istifadə olunması onu qrafikaya yaxınlaşdırır. Pastelin işıqlı və təmiş rəngləri özünün ilkni təravətini və gücünü, rəng təbəqəsinin səthi isə zərifliyini saxlayır. == Pastellər == == Ədəbiyyat == ASE, VII cild, Bakı, 1983. səh. 481.
Pirrol
Pirrol (C4H5N) – beşüzvlü bir azot atomundan ibarət heterotsiklik aromatik birləşmədir. == Ümumi məlumat == Zəif turşu xassəsinə malikdir.Sümük yağında (heyvan mənşəli sürtkü yağı), eləcə də daşkömür qatranında olur . Pirrol həlqələri hemoqlabin tərkibində də vardır. == Alınması == Qarışıq pirrollar Paal-Knorr reaksiyasına əsasən alınır. Yəni 1,4 diketonların amonyakla və ya aminlərlə reaksiyası nəticəsində alınır.Laboratoriyada ammonium duzlarının turş (qalaktozanın oksidləşməsindən asanlıqla alınır) mühitdə pirolizindən alınır: == Xassələri == Rəngsiz, xloform iyli, havada tündləşən , yüngül hidroskopik , suda qismən, lakin üzvi həlledicilərdə yaxşı həll olan maddədir. Qələvi metallar və onların amid duzları ilə maye ammonim mühitində reaksiyaya daxil olur. Qrinyar reaktivləri ilə analoji reaksiyalar baş verir. Nəticədə N-maqnezium duzları əmələ gəlir. RX+Mg → RMgXPirrol zəif turş –NH- (pKa17,5 suda) xassəyə malikdir. Hidratlaşma nəticəsində pirolidin əmələ gəlir.
Piskop
Piskop (fr. Piscop) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Ekuan. Əhalisi — 755 nəfər (2006). Bələdiyyə Paris şəhərinin təxminən 18 km şimalda, Serji belediyyənin 21 km şərqdə yerləşir.
Pisten
Pistən - türk, tatar və altay xalq inancında meymun ruh. Pitsen, Pistin və ya Misten də deyilir. Monqollar Mesen olaraq adladırırlar. == Xüsusiyyətləri == Tatarlar, çirkin üzlü qır saçlı qadına bənzəyən meymun cildindəki meşə varlığına Matsın və ya Mitçin deyirlər. Donqar, uzun boylu, tüklü meymun cildindəki bu ruh ovçuların evində yaşayır, meşəyə tək gələn insanları uçuruma aparıb orada öldürürmüş. Uşaqları ana atalarından oğurlayıb, onları iztirab içində öldürər. Gənc qıza çevrilir və insanla əlaqəyə girir. Rəvayətə görə bir ovçu, meşənin içində gözəl bir gənc qız tapır və onunla evlənir. Bir dəfə evə gəldiyi zaman onu kərtənkələlər yeyərkən, uzun dişli bir canavar olaraq görər. Qorxuyla bağırınca yoldaşı və sərvəti yox olur.
Pistoya
Pistoya (it. Pistoia) — İtaliyanın Toskana regionunda şəhər.
Pistən
Pistən - türk, tatar və altay xalq inancında meymun ruh. Pitsen, Pistin və ya Misten də deyilir. Monqollar Mesen olaraq adladırırlar. == Xüsusiyyətləri == Tatarlar, çirkin üzlü qır saçlı qadına bənzəyən meymun cildindəki meşə varlığına Matsın və ya Mitçin deyirlər. Donqar, uzun boylu, tüklü meymun cildindəki bu ruh ovçuların evində yaşayır, meşəyə tək gələn insanları uçuruma aparıb orada öldürürmüş. Uşaqları ana atalarından oğurlayıb, onları iztirab içində öldürər. Gənc qıza çevrilir və insanla əlaqəyə girir. Rəvayətə görə bir ovçu, meşənin içində gözəl bir gənc qız tapır və onunla evlənir. Bir dəfə evə gəldiyi zaman onu kərtənkələlər yeyərkən, uzun dişli bir canavar olaraq görər. Qorxuyla bağırınca yoldaşı və sərvəti yox olur.
Ristola
Ristola (fr. və oks. Ristolas) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Brianson. Eqyuiy kantonuna daxildir. INSEE kodu — 05120. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 96 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 66 yaşda (15-64 yaş arasında) 59 nəfər iqtisadi cəhətdən fəal, 7 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 89,4%, 1999-cu ildə 89,8%). Fəaliyyət göstərən 59 nəfərdən 58 nəfər (29 kişi və 29 qadın) işləyir, 1 nəfər işsizdir.
Sistola
Sistola (yun. sistoli – yığılma yaxud qısalma) — ürək dövrünün fazası, ürək vurğusu zamanı ürəyin sağ və sol mədəciklərinin əzələsinin yığılması nəticəsində qan sağ mədəcikdən ağciyər arteriyasına, sol mədəcikdən isə aortaya qovulur. Bu zaman ürəyin aorta və ağciyər arteriyası qapaqcıqları açılır, sol ikitaylı və sağ üçtaylı qapaqcıqlar qapanmış olurlar. Nəticə etibarilə yaranan təzyiq sistolik təzyiq adlanır. Sistolik təzyiq ürək əzələsinin qüvvəsindən və onun qovduğu qanın həcmindən, eyni zamanda damar divarlarının müqavimətindən asılıdır. Adətən ürək dayanmaları diastola fazasında baş verir. Yalnız hiperkalimiyalı (qan zərdabında K++ ionunun miqdarının normadan artıq olması) ürək dayanmaları sistola fazasında baş verir. Sistola fazasının başlanması: Fonoqrafiyada və auskultasiyada: I tonun eşidilməsi; Exo: Aorta və ağciyər arteriyasının aypara qapaqcıqlarının açılması; EKQ: R dişciyinin əmələ gəlməsi.Sistola fazasının bitməsi: Fonoqrafiyada və auskultasiyada: II tonun eşidilməsi; Exo: Aorta və ağciyər arteriyasının aypara qapaqcıqlarının qapanması; EKQ: T dişciyinin əmələ gəlməsi.
Pastor
Alasığırçın (lat. Pastor) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinə aid heyvan cinsi.
Pesto
Pesto- əzilmiş reyhan və sarımsaq ilə duz, şam fıstığı, pendir və zeytun yağı qarışığından əldə edilən bir sousdur.Mənşəi İtaliyanın Liquriya regionunun mərkəzi olan Genuya şəhəridir
Piton
Əsl pitonlar (lat. Python) – pitonlar fəsiləsinə aid ilan cinsi.
Albertus Piktor
Albertus Piktor (isv. Albertus Pictor, bukv. «Rəssam Albertus») və ya əsl adı ilə Albert İmmenhauzen (isv. Albertus Immenhusen; 1440-cı illər, İmmenhauzen[d], Hessen – 1507 və ya 1509, İsveç) — son orta əsrlərdə yaşamış İsveç incəsənət xadimi. O, İsveçin mərkəzi və cənubunda yerləşən bir çox kilsədəki freskaların və a sekkoların müəllifi olmaqla tanınır. == Həyatı == Albertus Piktor həyatı haqqında günümüzə çox az məlumat gəlib çatmışdır. Onun 1440–1450-ci illərdə indiki Almaniyanın Hessen vilayətində yerləşən İmmenhauzen şəhərində anadan olduğuna inanılır. Onun adı İsveçin tarixi sənədlərində ilk dəfə 1465-ci ildə, Arbuqa şəhərinin sakini kimi sadalanır. O, səkkiz il sonra Stokholm şəhərinə köçür, orada vəfat edən yerli bir sənətkarın dul arvadı ilə evlənir və onun incəsənət atelyesinin sahibinə çevrilir. Albertus təkcə rəssam deyil, həm də toxucu, orqan və qobelen istehsalçısı idi.
Apostol Barnaba
Həvari Barnaba — Kiprli xristian müqəddəsi. Barnaba da Modena — İtaliya rəssamı. Barnaba İncili — son orta əsrlərdə yazılmış qeyri-kanonik, psevdopiqrafik incil. Müqəddəs Barnaba kilsəsi — Venesiya şəhərində kilsə.
Apostol Pyotr
Müqəddəs Pyotr (e.ə. 1 – ən tezi 13 oktyabr 64 və ən geci 68) — Xristianlıqda İsa peyğəmbərin on iki həvarisindən biri. Həmçinin İsa peyğəmbərin digər bir həvarisi olan Andreasın qardaşı. Xristianlığın katolik cərayanında ənənəvi olaraq ilk Roma Papası hesab edilir. Xristianlıqda adının əvvəlinə "Müqəddəs" titulu gətirilir. Qalileyada, Fələstində anadan olmuşdur. Əsl peşəsi balıqçılıq idi. Katolik kilsəsinə görə ilk Papa və İsa peyğəmbərin varisidir. 29 iyun 67-ci ildə çarmıxa çəkilərək öldürüldüyünə inanılır. Xristian ənənəsinə görə, Pyotr Romada İmperator Neronun rəhbərliyi altında tərs formada çarmıxa çəkildi.
Arachis pintoi
Arachis pintoi (lat. Arachis pintoi) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin yerfındığı cinsinə aid bitki növü.
Barnaba (Apostol)
Barnaba (yun. Βαρνάβας; ağıl) — İsanın həvarisi olduğu mübahisəli olan Kiprli xristian müqəddəsi. == Barnaba şərəfinə tikilmiş kilsələr == Nottinqem kilsəsi. == Həmçinin bax == Barnaba İncili == İstinadlar == == Ədəbiyyat == Послание Варнавы.// Памятники древней христианской письменности, т. II. Писания мужей Апостольских/ Пер. П. Преображенского. — М.: 1860.
Bristol (Konnektikut)
Bristol — Amerika Birləşmiş Ştatlarının Konnektikut ştatının Hartford regionunda yerləşən şəhər. Şəhər əhalisi 2020-ci il siyahıyaalınmasına əsasən 60,833 nəfərdir. == Demoqrafiya == === 2010 siyahıyaalınması === 14 mart 2010-cu il tarixində aparılan əhali siyahıyaalınmasına əsasən şəhər əhalisinin 17,353 nəfərdən, 7,405 evdən və 4,415 ailədən ibarət olduğu təsdiq edilib. [mənbə göstərin] Şəhərdəki əhalinin paylanması isə 97.7% ağ dərili, 0.3% yerli amerikalı və 1.4%-nin isə digər millətlərin mənsubu olduğu təsdiq edilib.
Bristol Universiteti
Bristol Universiteti (ing. University of Bristol) — Böyük Britaniyada, İngiltərənin cənub-qərbindəki Bristol şəhərində yerləşən ali təhsil müəssisəsi. == Xarici əlaqələri == Bristol Universiteti Rassel, Koimbra ümumavropa qruplarının, Beynəlxalq Universitetlər Şəbəkəsinin üzvüdür. Universitetin vitse-kansleri Erik Tomas hazırda Beynəlxalq Universitetlər Şəbəkəsinin sədridir. == Reytinqi == == Məşhur tələbələri == Bristol Universiteti beynəlxalq şöhrətə malik olan təhsil ocağıdır. Burada dünyanın bütün ölkələrindən olan tələbələrə rast gəlmək olar. Ali məktəb tələbələrə Britaniya akademik mədəniyyəti ilə yanaşı, dünya təcrübəsini də öyrədir. Universitetin vitse-kansleri Erik Tomas rəhbərlik etdiyi təhsil müəssisəsi haqqında yazır: "Bristol Universiteti gözəl Bristol şəhərinin mərkəzində yerləşən valehedici akademik reputasiyaya malik bir elm mərkəzidir. Tələbələrimiz cəmiyyətin müxtəlif təbəqəsini təmsil edirlər, bu isə universitetimizi daha da zənginləşdirir. Biz bütün insanların bərabərliyinə inanırıq və bəşəriyyət üçün hərtərəfli inkişaf etmiş şəxsiyyətlər yetişdiririk".
Bristol adası
Bristol (ing. Bristol Island) — yaşayışı olmayan, 9 x 10 km ölçüsündə olan, Bellinshauzen adası ilə Monteqyu adası arasında yerləşən ada. Cənubi Sandviç adaları qrupuna daxildir. İnzibsti cəhətdən Böyük Britaniyanın Cənubi Georgiya və Cənubi Sandviç adalarının ərazisidir. Digər adı Blanka adasıdır (isp. Isla Blanca). == Geologiya == Ada öz növbəsində bir stratovulkandır. Vulkanın hündürlüyü 1100 metr təşkil edir. Adanın üzəri buzla ördülüdür. Sahilləri sıldırımlı və yüksəkdir.
Bristol funtu
Bristol funtu (£B) — 19 sentyabr 2012-ci ildə Böyük Britaniyanın Bristol şəhərində buraxılmış regional valyuta. Yerli iqtisadiyyatı dəstəkləmək üçün buraxılıb və yerli müəssisələr arasında istifadə edilir (buraxılan ərəfədə 300 yerli müəssisə ondan istifadəyə imza atıblar). Bristol funtu Britaniya funtuna ekvivalentdir və sərbəst şəkildə Britaniya funtuna və əks halda dəyişilə bilinir. == Əskinazları == Müstəqil şirkətlər tərəfindən də buraxıla bilir. Onun saxtalaşdırılmaması üçün xüsusi tədbirlər görülüb. Xarici görünüş üşçün 8 variantdan istifadə edilir. Onlar müsabiqəyə təklif edilmiş min variantdan hər nomunal üçün iki variant seçilib. Bristol funtu həmçinin elektron tranzaksiya edilə bilir. == Qanuniliyi == Bristol funtu dövlət ödəniş vasitəsi olmasa da Britaniya qanunları ölkə ərazisində regional valyutalardan istifadə etməyə icazə verir. Bristol funtundan başqa Britaniya ərazisində aşağıdakı yerli valyutalardan da istifadə edilir: Şotland funtu Gernsi funtu Men adası funtu Brikston funtu Lyuis funtu Totnis funtu Stroud funtu və s.
Bristol körfəzi
Bristol körfəzi və ya Bristol kanalı (ing. Bristol Channel; vall Môr Hafren) — Atlantik okeanında, Britaniya adasının cənub-qərbində yerləşir. Uelsin cənubundan İngiltərənin Somerset və Devon qraflıqlarının şimal sahillərini əhatə edir. Körfəz Kelt dənizi akvatoriyasına daxildir. Öz adını sahilində yerləşən Bristol liman şəhərindən götürmüşdür.