Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Opedet
Opedet (fr. Oppedette, oks. Aupedeta) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Reyan kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04142. 2008-ci ildə əhalinin sayı 63 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 33 nəfər arasında (15-64 yaş) 25 nəfər iqtisadi fəal, 8 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 75,8%, 1999-cu ildə 53.8%) idi. 25 aktiv adamdan 20 nəfəri (6 kişi və 14 qadın), 5 nəfər işsiz (3 kişi və 2 qadın) idi.
Polder
Polder —( holl. polders - bəndlə əhatələnmiş sahə ) Niderland, Danimarka, Almaniya, ABŞ, Polşa və Yaponiyanın okean və dəniz səviyyəsindən alçaqda yerləşən ovalıqların qurudulmuş və mənimsənilmiş sahəsi. Bu ərazilər əvvəllər dənizin dibi olmuşdur. Sonralar bu ərazilərdəki sular qurudulmuş və antropogen mənşəli düzənliklər yaradılmışdır. Polderlərdə suyun səviyyəsi drenaj və dənizin və çayların basmasından süni tirələr, bəndlər, dambalar ilə qorunur. Bu torpaqlar yüksək məhsuldarlığı ilə seçilən ərazilərdir.
Poldəşt
Puldəşt (və ya Ərəblər) (fars. پلدشت‎) — İranın Qərbi Azərbaycan ostanının şəhərlərindəndir və Puldəşt şəhristanının inzibati mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 8,584 nəfər və 2,205 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. Şəhərin əski adı Ərəblər olsa da sonradan 1938-ci ildə farslaşdırılaraq Puldəşt adı verilmişdir. Hazırkı rəsmi adı olan Puldəşt farsca "körpü" mənasını verən "pul", və "düz, düzənlik, çöl" mənalarını verən "dəşt" sözlərindən ibarətdir; adın mənası "körpü yanında yerləşən düzənlik" kimi açıqlana bilər. Puldəşt şəhərinin yerləşdiyi Puldəşt şəhristanı Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Babək, Kəngərli və Şərur rayonları ilə həmsərhəddir.
Şiddət
Şiddət və ya zorakılıq — qüvvət, güc, kəskinlik, sərtlik mənasında izah olunur.
Abdulla Cövdət
Abdulla Cövdət (1869-1932) — Türkiyədə məşhur həkim, şair və jurnalist. İsveçrədə, Qahirədə və İstanbulda "İctihad" ("Cəhd") adlı jurnal nəşr etdirmişdir.
Ağlabatan müddət
Ağlabatan müddət — mövcud şəraitin imkan verdiyi həddə məsələnin məqsədəmüvafiq şəkildə icrası üçün zəruri olan mümkün zaman müddətidir. Prosessual hüquqda ağlabatan müddətin müəyyən edilməsində məqsəd mülki prosesdəki tərəfləri, eləcə də cinayət prosesində təqsirləndirilən şəxsi məhkəmə prosesindəki həddən artıq gecikdirmələrdən qorumaqdan və ədalət mühakiməsinin səmərəliliyinə nail olmaqdan ibarətdir. Bu, ABŞ hüquq terminidir və uzun illər mübahisə predmeti olmuşdur. Müvafiq ifadə adətən hər hansı hərəkətin yerinə yetirilməsi və ya ödəmələrin edilməsi ilə bağlıdır, lakin bir çox məhkəmə işlərində problemlərə səbəb olmuşdur, çünki qeyri-müəyyən bir müddəti əhatə edir. Vahid Kommersiya Məcəlləsinin 2-206(2)-ci maddəsi tələb edir ki, əgər hər hansı müddət müəyyən edilməyibsə, ofertanın (təklif) qəbulu "ağlabatan müddət" ərzində edilməlidir: Tələb olunan icranın xüsusi formada qəbulu tələb olunduğu hallarda, ağlabatan müddət ərzində oferentə aksept haqqında bildiriş göndərilmədikdə oferent təklifi qəbul edilməzdən əvvəl gecikmiş hesab edə bilər. Avropa İttifaqı hüququ Avropa İttifaqı Fundamental Hüquqlar Xartiyasında aşağıdakılara istinad edir: Yaxşı idarəçilik hüququ: Hər kəs öz işlərinin İttifaqın institutları, orqanları, idarələri və qurumları tərəfindən qərəzsiz, ədalətli və ağlabatan müddətdə baxılması hüququna malikdir (Maddə 41). Səmərəli hüquqi müdafiə vasitələri və ədalətli məhkəmə araşdırması hüququ: Hər kəs qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir (Maddə 47). Beləliklə, ədalətli məhkəmə araşdırması hüququnun mühüm elementlərindən biri də hər hansı bir işə məhkəmələr tərəfindən ağlabatan müddətdə hərtərəfli və obyektiv baxılmasıdır. İşə ağlabatan müddətdə baxılması, ilk növbədə, pozulmuş insan hüquqlarının bərpasına imkan yaratmış olur. Məhkəmə icraatının ağlabatan müddətdə aparılması işin xarakterini və mürəkkəbliyini nəzərə alaraq vaxtında qanuni və əsaslı məhkəmə aktı qəbul edilməsi ilə proses iştirakçılarının hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiə edilməsi məqsədi daşıyır.
Ağotlaq (Poldəşt)
Ağotlaq (fars. اغ اتلوق‎) — İranın Qərbi Azərbaycan ostanının Poldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 344 nəfər yaşayır (72 ailə).
Dəylankəndi (Poldəşt)
Dəylankəndi (fars. دايلان كندي‎) — İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 965 nəfər yaşayır (180 ailə).
Eşqabad (Poldəşt)
Eşqabad (fars. عشق اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Poldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 278 nəfər yaşayır (65 ailə).
Kərimabad (Poldəşt)
Kərimabad (fars. كريم اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Poldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 74 nəfər yaşayır (20 ailə).
Nüsrətabad (Poldəşt)
Nüsrətabad (fars. نصرت اباد‎) və ya Təpəsidəlik — İranın Qərbi Azərbaycan ostanının Poldəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 388 nəfər yaşayır (82 ailə).
Nəzərxan (Poldəşt)
Nəzərxan (fars. نظرخان‎) — İranın Qərbi Azərbaycan ostanının Poldəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 139 nəfər yaşayır (34 ailə).
Piter Boddert
Piter Boddert (nid. Pieter Boddaert; 26 may 1730[…] – 6 may 1795, Utrext, Utrext) — Niderland həkim və təbiətşünası.
Pocket Gamer
"Pocket Gamer" — ABŞ və Birləşmiş Krallıq videooyun veb saytı. Saytın məzmunu mobil cihazlar və portativ oyun sistemləri üçün oyunlara həsr olunmudur. "Pocket Gamer" 2006-cı ilin martında istifadəyə verilmiş və Birləşmiş Krallığın "Steel Media Ltd." şirkətinə məxsusdur. Sayt portativ oyunları haqqında rəylər, tövsiyələr və digər məzmunları dərc edir, həmçinin hər il "Pocket Gamer Awards" mükafatlarını təşkil edir. Bunlara əlavə olaraq, "Pocket Gamer" komandası mobil oyun tərtibatçıları üçün "PocketGamer.biz" saytını yaratmış və mobil oyun sənayesinə həsr olunmuş Avropanın ən böyük konfransı olan "Pocket Gamer Connects"i keçirmişdir. 2008-ci ildə "O2", "T-Mobile" və "Vodafone" ilə əməkdaşlıq edərək 500 min tirajla "Pocket Gamer" jurnalı buraxılmışdır. 2010-cu ildə jurnal ayda iki dəfə nəşr olunurdu və tirajı 150 min nüsxə idi. "The Guardian" nəşri "Pocket Gamer" saytını "100 ən vacib veb sayt" siyahısına daxil etmiş və onu "Ən yaxşı əl oyun saytı" adlandırmışdır. Bundan başqa, "The Sunday Times" onu "oyunçular üçün ən yaxşı 5 sayt"dan biri adlandırmışdır.
Pocket Mortys
Pocket Mortys (azərb. Cib Mortiləri‎) və ya Rick and Morty: Pocket Mortys (azərb. Rik və Morti: Cib Mortiləri‎) — Big Pixel Studios tərəfindən hazırlanan və Adult Swim games tərəfindən nəşr olunan Rik və Morti mövzulu rol videooyunu. Pulsuz olan videooyunu, 13 yanvar 2016 tarixində İOS və Android sistemləri üçün buraxılmışdır. Oyun Rik və Mortinin "Rikstakainatı"nda keçir. Oyunun mexanikası Pokemon seriyasına bir parodiya olaraq yaradılmışdır. 5 iyul 2017 tarixində oyuna çoxnəfərli rejim əlavə edilmişdir. Oyunda oyunçu Riki idarə edir. Oyun, sirli bir Rikin portal vasitasilə Rikin qarajına daxil olmasıyla və onu Morti döyüşünə çağırmasıyla başlayır. Onu məğlub etdikdən sonra, oyunçu portaldan keçir.
Poldəşt şəhristanı
Puldəşt (Ərəblər) şəhristanı (fars. شهرستان پلدشت‎‎) — İranın Qərbi Azərbaycan ostanının 17 şəhristanından biri və bu ostanda inzibati ərazi vahidi. Şəhristanın inzibati mərkəzi Puldəşt (Ərəblər) şəhəridir. Şəhristan Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Babək, Kəngərli və Şərur rayonları ilə həmsərhəddir. 2016-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 42,170 nəfər və 11,537 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar. Şəhristan öz adını inzibati mərkəzi olan Puldəşt şəhərindən alır. Şəhərin əski adı Ərəblər olsa da sonradan 1938-ci ildə farslaşdırılaraq Puldəşt adı verilmişdir. Hazırki rəsmi adı olan Puldəşt farsca "körpü" mənasını verən "pul", və "düz, düzənlik, çöl" mənalarını verən "dəşt" sözlərindən ibarətdir; adın mənası "körpü yanında yerləşən düzənlik" kimi açıqlana bilər.
Qalacıq (Poldəşt)
Qalacıq (fars. قلعه جوق‎) — İranın Qərbi Azərbaycan ostanının Poldəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 114 nəfər yaşayır (24 ailə).
Qaracalı (Poldəşt)
Qaracalı (fars. قره جالو‎) — İranın Qərbi Azərbaycan ostanının Poldəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 468 nəfər yaşayır (89 ailə).
Qutan (Poldəşt)
Qutan (fars. قوطان‎) — İranın Qərbi Azərbaycan ostanının Poldəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 269 nəfər yaşayır (89 ailə).
Təzəkənd (Poldəşt)
Təzəkənd (fars. بهلول كندي‎) — İranın Qərbi Azərbaycan ostanının Poldəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 129 nəfər yaşayır (25 ailə).
Zakirli (Poldəşt)
Zakirli (fars. ذاكرلو‎) — İranın Qərbi Azərbaycan ostanının Poldəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 521 nəfər yaşayır (103 ailə).
İlanlı (Poldəşt)
İlanlı (fars. ايلانلو‎) — İranın Qərbi Azərbaycan ostanının Poldəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 414 nəfər yaşayır (85 ailə).
İncədərəsi (Poldəşt)
İncədərəsi (fars. اينچه دره سي‎) — İranın Qərbi Azərbaycan ostanının Poldəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 84 nəfər yaşayır (17 ailə).
Şirməhəmməd (Poldəşt)
Şirməhəmməd (fars. شيرمحمد‎) — İranın Qərbi Azərbaycan ostanının Poldəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 49 nəfər yaşayır (11 ailə).
Əlinəzər (Poldəşt)
Əlinəzər (fars. علي نظر‎) — İranın Qərbi Azərbaycan ostanının Poldəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 466 nəfər yaşayır (122 ailə).