□ Podrata götürmək – 1) müəyyən haqq müqabilində bir işi görmək üçün iltizam qəbul etmək.
[Şeyda:] İndi Aslan bəyin mədənini podrata götürmüşəm, ona iki buruq qazdırıram. ;
2) məc. dan. zar. başqasına macal verməyərək bütün işləri ancaq özü görməyə çalışmaq.
[Sədr:] Ay Səlim! Bir macal ver, xalq da danışsın, danışmağı podrata götürməmisən ki?