Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Poli Genova
Poli Plamenova Genova (bolq. Поли Пламенова Генова; 10 fevral 1987, Sofiya) və ya sadəcə Poli Genova — Bolqarıstan müğənnisi, bəstəkarı, aktrisası və aparıcısı. Genova karyerasını 1995-ci ildə səkkiz yaşında ikən Bon-Bon uşaq ansamblının üzvü olaraq başlamışdır. Poli Genova "Na inat" mahnısı ilə Bolqarıstanı 2011 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş, lakin yarımfinal mərhələsində məğlub olmuşdur. Beş il sonra 2016-cı ildə müğənni növbəti dəfə ölkəsini Avroviziyada təmsil edərək, ifa etdiyi "If Love Was a Crime" mahnısı ilə Bolqarıstana finalda dördüncü yeri qazandırmışdır. Genova eyni zamanda Bolqarıstanın The Voice və The X Factor musiqi yarışmalarında münsif olaraq iştirak etmişdir. 2015-ci ildə o, Sofiyada keçirilən 2015 Avroviziya Uşaq Mahnı Müsabiqəsinə aparıcılıq etmişdir. Poli Genova 10 fevral 1987-ci ildə Bolqarıstanın paytaxtı Sofiyada anadan olmuşdur. 1991-ci ildə musiqi karyerasını başlatdıqdan sonra o, 1995-ci ildə Bolqarıstanın Bon-Bon uşaq musiqi ansamblına üzv seçilmişdir. Qrupun üzvü olaraq Poli qrupun adını daşıyan uşaq televiziya proqramına da aparıcılıq etmişdir.
Pali
Pali dili — Hind-Avropa dilləri ailəsinin Hind-İran dilləri dil budağına daxil olan dil.
Peli
Peli — dünyanın ən qədim dövlətçilik ənənəsi olan dövlətlərdən biri olan Cənubi Azərbaycanın, yəni indiki İran İslam Respublikasının cənubunda, e.ə. III minillikdə meydana gəlmiş Elam dövlət qurumunun adı dövrümüzə qədər gəlib çatmış ilk hökmdarlarından biridir. Elam dövlət qurumunun erkən siyasi tarixi Avan sülaləsinin adı ilə bağlıdır.
Polis
Polis (fr. Police, q.yun. ἡ πολιτεία — dövlət, şəhər) — ictimai asayişi qorumaq üzrə dövlət xidməti sistemi. Müxtəlif ölkələrdə müxtəlif spektrdə vəzifələr yerinə yetirir. Əsas vəzifəsi cinayətkarlıqla mübarizə və yol hərəkətinin təşkilidir. Onun üzərinə obyektlərin qorunması, müəyyən sahələrdə inzibati nəzarət, dövlət orqanlarının qərarlarının yerinə yetirilməsi qoyula bilər. Həmçinin müəyyən ölkələrdə yanğın söndürmə və qəzalardan xilasetmə xidməti də polisin tabeliyindədir. Polis sistemi bəzi ölkələrdə mərkəzləşmiş (Azərbaycan, Rusiya, Türkiyə və s.), və ya qeyri-mərkəzləşmiş (Almaniya, ABŞ və s.) ola bilər. Polis orqanları bir nazirlikdə, və ya bir neçə nazirlikdə (İtaliya — "beş polis ölkəsi").
Polo
Polo — top ilə komanda şəklində oynanılan atüstü idman növü. Oyunçular topu meydançada xüsusi polo taxtası vasitəsilə hərəkət etdirirlər. Müasir polo oyununa bənzər qədim çövkən oyunu Şərqdə, o cümlədən də Azərbaycanda çox məşhur idi. XIX əsrdə Hindistandan İngiltərəyə gətirilən bu oyun getdikcə inkişaf etdirilmiş, yeni qaydalar əsasında Amerika və Avropa ölkələrində yayılmağa başlamışdır. Məhz ingilislərin təşəbbüsü ilə çövkən oyunu polo adı altında ilk dəfə 1900-cü ildə Parisdə keçirilən II Olimpiya Oyunlarının proqramına daxil edilmiş, beləliklə, Qərb sivilizasiyasında bu ad təsbit edilmişdir. Parisdə üç ölkənin 5 polo komandası iştirak etmişdir. Növbəti dəfə polo oyunu Olimpiya oyunlarının proqramına 1908-ci ildə Londonda, 1920-ci Antverpendə, 1924-cü Parisdə və 1936-cı ildə Berlində keçirilən Olimpiya oyunlarında oynanılmışdır. 2013-cü ildə Bakıda ilk dəfə olaraq polo üzrə dünya kuboku yarışları keçirildi. Binə atçılıq mərkəzində keçirilən yarışda Azərbaycanla yanaşı ABŞ, Argentina, Böyük Britaniya və digər ölkələrdən olan 8 komanda çempionluq uğrunda mübarizə aparırdı. Polonun adı italyan səyyah Marko Polonun adı ilə bağlıdı.
Poni
Poni (ing. Pony) — xırda atlar. Boyu adətən 80–140 sm olur. Britaniya, İslandiya, Korsika, Siciliya, Qotland, Hokkaydo adalarında yetişdirilmişdir. Bir çox cinsi və tipi məlumdur. Kiçik kəndli təsərrüfatında, şaxtalarda, dağ yollarında, şəhərlər arasında yük daşımaqda istifadə edilir. Parklarda və bağlarda əyləncəli gəzinti məqsədilə uşaq arabalarına qoşulur. Geniş yayılmışdır. Budiansky, Stephen. The Nature of Horses.
Poti
Poti (gürc. ფოთი) — Gürcüstanda Qara dəniz sahilində olan liman şəhər. Rioni çayının Qara dənizə töküldüyü yerdə salınmışdır. Potinin 15–20 km şərqində Rioni və Xobi arasında olan çaylar Bronz, Adlerkin, Narmarnu, Ciquri, Nosiri, Sakire, Ceva, Anaklia, Eki, Senaki, Ergeta, Ureki dövrünün əhalisinin məskunlaşdığı yerlərdir. b.e.ə VI əsrdə burada Yunan koloniyası Phasis (Pasisi) yerləşirdi. Orta əsrlərdə Poti Sameqrelo knyazlığının bir qalasıydı.1578-ci ildə şəhər olaraq qəbul edildi. 29 may, 1555-ci ildə Osmanlı və Səfəvi dövlətləri arasında imzalanan Amasya müqaviləsi zamanı Poti Osmanlı İmperiyasının itaəti altına keçdi. Səfəvilər dövləti ilə olan müharibələrdən sonra Poti Liva statusuyla Batumi sancağına bağlandı. Şərqi Qara dənizdəki quldurluq halının bitməsi üçün xaraba halda olan Faş qalası 26 iyul, 1579-cu ildə yenidən inşa edildi. 1858-ci ildə şəhər liman statusu almışdır.
Roli
Roli (ing. Raleigh) — Şimali Karolina ştatın paytaxtı.
Soli
Soli (Mersin) — Mersində antik bir şəhər. ‎Soli (Astara, İran) — İranın Gilan ostanının Astara şəhristanı ərazisinə daxil olan kənd.
Polk
Alay və ya polk — bir polkovnikin əmri altında üç ya da dörd tabordan ibarət olan hərbi birlik. Bir həbri birlik olaraq çox köhnə tarixə malikdir. 16 əsrin ortalarında Fransız süvari birliklərinə də alay deyilirdi. Daha sonrakı əsrlərdə alayların öz bayraq, forma və gerbləri inkişaf etdirilmiş və müəyyən alaylar müəyyən bir şəxsiyyət, hərbi karier əldə etmişlər. 20 əsrin əvvəllərinə qədər Avropa və ABŞ ordularında alaylar 10 bölükdən ibarət idi. Napoleon isə alay təşkilatında yeni tənzimləmələrə getmiş və əmri altındaki alayları, biri qərargahda, digər ikisi də ərazidə olmaq üzrə üç tabor şəklində təşkilatlandırmışdır. 20 əsrin başlanğıcında Birləşmiş Ştatlar ordusu da bu yeniliyi mənimsəmişdir. Alayların bu quruluşu Birinci dünya müharibəsi, İkinci dünya müharibəsi və Koreya müharibəsi ərəfəsində dəyişməmişdir. Azərbaycan Silahlı Qüvvələrində və digər dövlətlərdə həbri birləşmələrdən başqa,hüquq mühafizə orqanlarının şəxsi heyətinin birləşmələridə Alay adlandırılır.məs:Çevik Polis Alayı və s.
Polib
Polib ( q.yun. Πόλυβος) — qədim yunan mifologiyasında Korinf padşahı, Peribeyanın həyat yoldaşı, Alkinoyanın atası. O, Kiteron dağında tərk edilmiş körpə Edipi övladlığa götürmüşdür. Qeysəriyyəli Yevsevi "Xronika"sında Polibin 40–45 yaşlarında hökmranlığını göstərir. Sofoklun "Hökmdar Edip" faciəsinin baş qəhrəmanları tez-tez Polibdən bəhs edirlər.
Pol
Pol — ad. Pol Sezan — fransız rəssamı Pol Volker — Amerikalı aktyor, model Pol Kruqman — amerikalı iqtisadçı, icmalçı və yazıçı Pol Qrem Vilson — Avstraliya botaniki. Pol Samuelson — amerikalı iqtisadçı.
Filüstü polo
Filüstü polo — polonun Cənubi-Şərgi Asiyada yayılmış filüstü növü. Oyunçular topu meydançada atüstü polodakı olduğu kimi bambukdan düzəldilmiş xüsusi polo taxtası vasitəsilə hərəkət etdirirlət. Oyun 200 m uzunluğu olan meydançada oynanılır. Oyun vaxtı filin üstündə iki nəfər oturur: oyunçu və fili idarə edən. Filüstü polo XX əsrin əvvələrində Asiya səfər edən ingilislərlə oynanılmağa başladı. İdman növü kimi XX əsrin sonlarında formalaşıb. Filüstü polonun ümumdünya assosiyasıyası 1982-ci ildə Nepalın Çitvan Milli Parkında Ceyms Manklark və isveçrəli Cim Edvards tərəfindən yaranmışdı. Əvvəlcə top kimi adi futbol topundan istifadə edilirdi. Ancaq fillərin bu topları əzdiyinə görə, kiçik ölçülü standart polo topundan istifadə edilməyə başlanıldı. Bambuk polo taxtaları da atüstü polodan götürülüb.
Foli-Berjer
Foli-Berjer (fr. Folies Bergère) — 1890-1920-ci illər aralığında Paris şəhərinin ən məşhur gecə klublarından biri. Foli-Berjer indiki dövrdə müzikl kimi fəaliyyət göstərir. Gecə klubunun yerləşdiyi bina opera binası kimi inşa edilmiş və 1869-cu ilin 2 may tarixində istifadəyə verilmişdir. İlk öncə klubun adı Foli-Trevis (fr. Folies Trévise) olmuş, 13 oktyabr 1872-ci ildə isə fr. Folies Bergère şəklində dəyişdirilmişdir. Eduard Mane tərəfindən 1882-ci ildə çəkilmiş Foli-Berjerdə bar tablosunda Foli-Berjer barı təsvir olunmuşdur.
Foli adası
Foli adası (ing. Foley Island) — Kanada Arktik arxipelaqının bir hissəsidir. Adada hazırda yaşayış yoxdur (2012). == Coğrafiya == Foley adası Foks körfəzinin şimal-şərq küncündə, Baffin Torpağının sahillərində yerləşir. 12 km enində olan Koçram boğazı adanı cənubda Şahzadə-Çarlz adasından ayırır. Adanın cənub-şərqində Er-Fors adası, şimalda Baffin Torpağı adasının Berd yarımadası yerləşir. Adanın sahəsi 637 km²-dir. Sahil xəttinin uzunluğu 153 km-dir. Adanın əksər hissəsinin relyefi alçaqdır və dəniz səviyyəsindən 20 metrdən çox deyil, adanın ən yüksək nöqtəsi şimal-şərqdə yerləşir və hündürlüyü 65 metrdir.
Hərbi polis
Hərbi polis — polis vəzifəsini icra edən hərbi qurum. Bəzi ölkələrdə bu qurumun əməkdaşları hərbi qulluqçulara və hərbi maşınların hərəkətinə nəzarət edir. Beləki, Azərbaycan da daxil olmaqla bu ölkələrdə hərbi qulluqçuları və hərbi maşınları mülki polis və ya mülki yol polisi saxlaya bilməz lakin,əgər ictimai asayişə zərər vurarlarsa yalnız saxlayıb (ondan heç bir sənəd vəsiqə istəyə bilməz) hərbi polisə və ya hərbi yol polisinə təqdim edə bilər. Bundan əlavə həmçinin mülki polisin vəzifələrin icra edən və hərbi rejimi təyin edə bilən (müəyyən vəzifələri icra edən) Daxili Qoşunlar və ya Jandarma kimi hərbi birləşmələrdə fəaliyyət göstərir.
Marko Polo
Marko Polo (15 sentyabr 1254, Venesiya, Venesiya Respublikası – 8 yanvar 1324, Venesiya, Venesiya Respublikası) — italyan səyyahı. Marko Polo (XIII XIV əsrlər) İtaliyadan Mərkəzi Şərq və Orta Asiya yolu ilə Çinə getmişdir. Marko Polo Bakı neftinin Yaxın Şərq ölkələrinə aparılmasından söz açmış, habelə Şamaxı və Bərdənin ipək məmulatlarının gözəlliyini vurğulamışdır. == Çin səfəri == XIII əsrin ortalarından etibarən avropalıların coğrafi təfəkkür dairəsi genişlənməyə başlamışdı. Bəzi Avropa tacirləri Şərqlə ticarətə can atırdılar. Buna misal olaraq İtaliya səyyahı və yazıçısı Marko Polonun mənsub olduğu Venesiya tacirlərinin Polo ailəsini göstərmək olar. Atasını və əmisini müşayiət edən Marko 1271-ci ildə Aralıq dənizi sahillərindəki Akka şəhərindən yola düşərək Hörmüzə gəlir və oradan karvanla Mərkəzi Asiyanın səhralarından və dağlarından keçərək uzun aylar yol getdikdən sonra 1275-ci ildə Şimali Çinə gəlib çıxır. Marko Polo Mərkəzi Asiya vilayətində və Çin kimi böyük dövlətdə olmuş ilk avropalı hesab olunur. Onun ailəsi tam 17 il bu qədim diyarın müxtəlif əyalətlərini gəzmiş, onun böyük xanı olmuş Xubilayın (Çingiz xanın nəvəsi) hörmətini qazanmış, ticarətlə məşğul olmuşdur. Geriyə daha təhlükəsiz hesab olunan dəniz yolu ilə qayıtmişdır.
Medicago polia
Metaseiulus pomi
Metaseiulus pomi (lat. Metaseiulus pomi) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin metaseiulus cinsinə aid heyvan növü.
Moli soğanı
Moli soğanı (lat. Allium moly) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Pali dili
Pali dili — Hind-Avropa dilləri ailəsinin Hind-İran dilləri dil budağına daxil olan dil.
Paskal Paoli
Filippo Antonio Paskal di Paoli (6 aprel 1725 – 5 fevral 1807, London)—- italyan dövlət xadimi və vətənpərvər. Korsikada Genuyamın hakimiyyətinə son qoymuş və mütərəqqi bir rəhbərlik yaradaraq, müxtəlif islahatlar həyata keçirmişdir. Korsikalıların Genuya qarşı müstəqillik uğrunda mübarizəsinin liderlərindən olan Giacinto Paolinin oğlu idi. 1739-cu ildə atası ilə Neapola sürgünə getmiş və orada hərbi akademiyada oxumuşdur. 1755-ci ildə Korsikaya qayıtdıqdan sonra Genuya tərəfdarlarını məğlub edərək hakimiyyəti ələ aldı. Avropa ölkələrindən daha demokratik bir konstitusiya tətbiq edərək, 9 il ərzində intellektual despotizm olaraq bilinən üsulla ölkəni idarə edərək əhəmiyyətli islahatlar həyata keçirmişdir. Hakimiyyəti dövründə qan ədavətini qadağan etdi, mədənçiliyi təşviq etdi, dəniz donanması və universitet qurdu. Bu vaxt Genuya ilə mübarizəni davam etdirdi və 1764-cü ildə Genuyanın müttəfiqi Fransa krallığına müharibə elan etdi. 1768-ci ildə Korsikanı satın alan Fransa adanı işğal edərək millətçiləri məğlub etdikdə (1769) İngiltərəyə qaçdı və 20 il III Georqdan aylıq götürərək Londonda yaşamışdır. Böyük Fransa inqilabı dövründə briqada generalı vəzifəsini icra edən Paoli 1790-cı ilin iyulunda Korsikaya qayıtdı.
Polio vaksini
Polio vaksini - poliomielit (polio) xəstəliyinin qarşısını almaq üçün istifadə olunan vaksin. İki növü istifadə olunur: inyeksiya ilə verilən təsirsizləşdirilmiş poliovirus (IPV) və ağız vasitəsilə qəbul edilən zəifləndirilmiş poliovirus (OPV). Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bütün uşaqlara poliomielit əleyhinə tam peyvənd edilməsini tövsiyə edir. İki peyvənd dünyanın əksər hissəsində poliomielit xəstəliyini aradan qaldırdı və hər il bildirilən halların sayını 1988-ci ildəki 350000-dən 2018-ci ildə 33-ə endirdi. Qeyri-aktiv edilmiş poliomielit peyvəndləri çox təhlükəsizdir. İnyeksiya yerində yüngül qızartı və ya ağrı ola bilər. Ağızdan poliomielit peyvəndləri verilən milyon dozada peyvəndlə əlaqəli paralitik poliomielitin təxminən üç hadisəsinə səbəb olur. Bu, poliomielit infeksiyasından sonra iflic olan milyonda 5000 hadisə ilə müqayisə edilir. Hər iki peyvənd növü ümumiyyətlə hamiləlik dövründə və HİV/AİDS-i olan, lakin başqa cür yaxşı olanlara vermək üçün təhlükəsizdir. Bununla belə, dövriyyədə olan peyvənddən əldə edilən poliovirusun (cVDPV) ortaya çıxması, peyvənd virusunun yenidən poliomielitə səbəb olan bir forması, peyvəndi daha təhlükəsiz və təhlükəsiz etmək məqsədi daşıyan yeni oral poliomielit peyvəndi tip 2-nin (nOPV2) inkişafına səbəb olmuşdur.
Polis (antik)
Polis (q.yun. πόλις, πολιτεία — tərc. "şəhər") — şəhərətrafı mülkləri, çox sayda qeyri-bərabər hüquqlu qulları olan və özünü siyasi qurum (adətən, dövlət) şəklində təqdim edən mülki şəhər icması, Qədim Yunanıstan və Qədim Roma üçün səciyyəvi olan cəmiyyətin xüsusi təşkili forması. Müasir tarix elmində Qədim Yunanıstandakı şəhər-dövlətləri ifadə etmək üçün işlədilir.
Polis (dəqiqləşdirmə)
Polis Polis (q.yun. πόλις — "şəhər") — Qədim Yunanıstan və Qədim Roma üçün səciyyəvi olan cəmiyyətin xüsusi təşkili forması Polis — hüquq-mühafizə orqanı, ictimai asayişi qorumaq üzrə dövlət xidməti sistemi. Polis (fr. police, it. polizza sözündən) — sığorta müqaviləsinin bağlanmasını təsdiq edən və sığortaçı tərəfindən sığortalıya təqdim edilən sənəd.