POLİ…

поли … (первая часть сложных слов со значением: “много”, “многое”)
POLEMİKA
POLİANDRİYA
OBASTAN VİKİ
Poli Genova
Poli Plamenova Genova (bolq. Поли Пламенова Генова; 10 fevral 1987, Sofiya) və ya sadəcə Poli Genova — Bolqarıstan müğənnisi, bəstəkarı, aktrisası və aparıcısı. Genova karyerasını 1995-ci ildə səkkiz yaşında ikən Bon-Bon uşaq ansamblının üzvü olaraq başlamışdır. Poli Genova "Na inat" mahnısı ilə Bolqarıstanı 2011 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş, lakin yarımfinal mərhələsində məğlub olmuşdur. Beş il sonra 2016-cı ildə müğənni növbəti dəfə ölkəsini Avroviziyada təmsil edərək, ifa etdiyi "If Love Was a Crime" mahnısı ilə Bolqarıstana finalda dördüncü yeri qazandırmışdır. Genova eyni zamanda Bolqarıstanın The Voice və The X Factor musiqi yarışmalarında münsif olaraq iştirak etmişdir. 2015-ci ildə o, Sofiyada keçirilən 2015 Avroviziya Uşaq Mahnı Müsabiqəsinə aparıcılıq etmişdir. Poli Genova 10 fevral 1987-ci ildə Bolqarıstanın paytaxtı Sofiyada anadan olmuşdur. 1991-ci ildə musiqi karyerasını başlatdıqdan sonra o, 1995-ci ildə Bolqarıstanın Bon-Bon uşaq musiqi ansamblına üzv seçilmişdir. Qrupun üzvü olaraq Poli qrupun adını daşıyan uşaq televiziya proqramına da aparıcılıq etmişdir.
Poli-4-vinilpiridinin qismən kvaternizasiyası
Poli-4-vinilpiridinin qismən kvaternizasiyası Kvaternizasiya reaksiyası – başlanğıc amini alkilləşən agentlə çox zaman həlledici iştirakı olmadan qızdırmaqla qarışdırılması yolu ilə həyata keçirilir. Reaksiyanın müddəti və temperaturu hallogenalkanın təbiətindən asılıdır. Reaksiya qabiliyyəti xlordan flora doğru artır. Poli-4vinilpiridinin(P-4-VP) qismən kvaternizasiyası onun sonradan tikilərək metal ionlarına (mis, nikel, kobalt, manqan və s.) köklənməsi xüsusiyyətlərini yaxşılaşdırır. Bu məqsədlə P-4-VP-ni metanol məhlulunda benzilxloridlə kvaternizə edirlər. Benzilxloridin miqdarı polivinilpiridinin kütləsinin 10-60% təşkil edir. Qismən kvaternizə olunmuş poli-4vinilpiridini N,N1-metilendiakrilamidlə tikməklə üçölçülü quruluşlu komplekslər alınır. Bu komplekslər oksidləşmə və hidrogenləşmə reaksiyalarında geniş tətbiq olunur. Э.Б.Аманов, Н.А.Зейналов, Г.М.Фараджев. Кинетика и сорбционные свойства частично кватернизированных поли-4-винилпиридинов.
Erigeron poliospermus
Erigeron poliospermus (lat. Erigeron poliospermus) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Erigeron politus
Uzunsov xırdaləçək (lat. Erigeron elongatus) — xırdaləçək cinsinə aid bitki növü.
Eugenia polita
Eugenia polita (lat. Eugenia polita) — mərsinkimilər fəsiləsinin evgeniya cinsinə aid bitki növü.
Florida Politexnik Universiteti
Florida Politexnik Universiteti (ing. Florida Poliefir və ya qısaca: FPU) — Cənubi Florida Universitetinin kampusudur. Lakeland Florida, Amerika Birləşmiş Ştatlarına aid dövlət universitetidir. Florida Dövlət Universiteti sistemi yeni üzv təşkilatlarından və dövlət yalnız ictimai politexnik universitetdir. Florida Polxetnik Universitetində tələbələr elm, məntiq və riyaziyyat (Stem) texnologiya, mühəndislik kimi qabaqcıl sahələrində təhsil alırlar. == Kitabxana == 2014-cü ildə universitetdə tələbələr üçün yeni kitabxana istifadəyə verilib. Yeni kitabxananın əsas xüsusiyyəti ənənəvi kağız kitabların olmamasıdır. Bu layihə üzərində tanınmış memar Santyaqo Kalatrava işləyib. Kitabxananın elektron fondunda 135 mindən çox nəşr saxlanılır. Universitetin tələbələri öz planşet və ya noutbuklarından elektron kitaba çıxış əldə edə bilirlər.
Fransa Polineziyası
Fransız Polineziyası (fr. Polynésie française, taiti Pōrīnetia farāni) — Fransanın dənizaşırı kollektivliyi və təsisçi ölkəsi cənubi Sakit okeanın mərkəzində yerləşir. Qərbdən — Kuk Adaları suları ilə, şimal-qərbdən — Kiribati Respublikası ilə, şimaldan, şərqdən və cənubdan — neytral Sakit okean suları ilə, cənub-şərqdən — Pitkern suları ilə həmsərhəddir. Buraya arxipelaqlar daxildir: Cəmiyyət adaları, Tuamotu adaları, Markiz adaları, Tubuai adaları, Tuamotunun yaxınlığında olan Qambye adalarını ayrıca ayırır, əslində Tuamotunun ayrı bir hissəsi. Ümumi sahəsi — 4,167 km², əhalisi — 281 674 nəfərdir (2017-ci ildə təxmin edildiyi kimi). Siyasi və inzibati mərkəz Taiti adasındakı Papeete şəhəridir (Fransız Polineziyasının ən böyük adası, 1 min km²). Fransız Ali Komissarlığı tərəfindən idarə olunur. Yerli hakimiyyət orqanları — Nazirlər Şurası və ərazi məclisi. == Etimologiyası == Dənizaşırı kollektivliyin ilk sözü Fransaya aid olmaq deməkdir. İkinci söz, yarısını tutduğu Sakit okean bölgəsindən gəlir.
Fransa Politexnik Məktəbi
Fransa Politexnik Məktəbi (fr. École Polytechnique) — mühəndislər hazırlayan ali məktəb. == Tarixi == Fransa İnqilabından sonra 1794-cü il iyulun 11-də İctimai Qurtuluş Komitəsi Dövlət İşləri Komitəsini toplayaraq yeni məktəb yaradılması haqqında qərar qəbul edir. Təhsil müəssisəsinə Dövlət Qulluğu Məktəbi adı verilir və Pale-Burbon binasında yerləşdirilir. Burada dərs demək üçün ölkənin ən görkəmli alimləri seçilir, şagirdlər isə bütün Fransa üzrə keçirilən müsabiqə yolu ilə qəbul olunur. Məktəbdə ilk dərs 1794-cü il dekabrın 21-də keçilir. Şagirdlər maddi çətinlik çəkməsinlər deyə onların Parisə gəlmək üçün yol xərcləri ödənilir, 900 frank məbləğində isə təqaüd verilir. Məktəbin fəaliyyətinin birinci ilində bura müxtəlif yaşda və savadda 400 nəfər şagird qəbul olunur. İlk üç ay onlara "inqilab dərsləri" keçilir, təhsil iki il davam edir. 1795-ci ilin sentyabrında Dövlət Qulluğu Məktəbinin adı dəyişdirilərək Politexnik Məktəb olur.
Galium poligamum
Gümüşlü polimetal yatağı
Gümüşlü polimetal yatağı — Şərur rayonu ərazisində, Arpaçayın aşağı axınındadır. 7-ci əsrdən tarixə məlumdur. Yataq eyniadlı antiklinalın nüvə hissəsində və cənub-qərb qanadında yerləşir. Geoloji quruluşunda Sədərək (Üst Jivet mərtəbəsi) və Danzik (Frank mərtəbəsinin aşağı hissəsi) layları (əhəngdaşı, gilli şist, qumdaşı) iştirak edir. Antiklinalın cənub-qərb qanadı törəmə qırışıqlıqla və bir çox pozulmalarla mürəkkəbləşmişdir. Filizləşmə törəmə antiklinalların eninə pozulmalarla kəsilmiş tağ hissələri ilə əlaqədardır; qalenit və sfalerit minerallarının möhtəvi və bütöv filiz yuvalarından təşkil olunmuşdur. Layvari filiz cisimləri daha çox əhəmiyyətlidir. Sədərək lay dəstəsinin əhəngdaşları iki horizont təşkil edir. Filizlərdə qurğuşun 4,5%, sink isə 0,5%-dir. Filizin mineraloji tərkibi qalenit, serusit, sfalerit və kalamindən ibarətdir.
Gəncə Baş Polis İdarəsi
Gəncə Şəhər Baş Polis İdarəsi — Azərbaycan prezidenti İlham Əliyevin "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əsasnaməsi və strukturunun təsdiq edilməsi haqqında" dövlət başçısının 2001-ci il 30 iyun tarixli fərmanına dəyişiklik edilməsi barədə 25 iyun 2011-ci il tarixində imzaladığı fərmana əsasən Gəncə Şəhər Polis İdarəsi Gəncə Şəhər Baş Polis İdarəsi adlandırılmışdır.
Gəncə Şəhər Baş Polis İdarəsi
Gəncə Şəhər Baş Polis İdarəsi — Azərbaycan prezidenti İlham Əliyevin "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əsasnaməsi və strukturunun təsdiq edilməsi haqqında" dövlət başçısının 2001-ci il 30 iyun tarixli fərmanına dəyişiklik edilməsi barədə 25 iyun 2011-ci il tarixində imzaladığı fərmana əsasən Gəncə Şəhər Polis İdarəsi Gəncə Şəhər Baş Polis İdarəsi adlandırılmışdır.
Gəncə Şəhər Polis İdarəsi
Gəncə Şəhər Baş Polis İdarəsi — Azərbaycan prezidenti İlham Əliyevin "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əsasnaməsi və strukturunun təsdiq edilməsi haqqında" dövlət başçısının 2001-ci il 30 iyun tarixli fərmanına dəyişiklik edilməsi barədə 25 iyun 2011-ci il tarixində imzaladığı fərmana əsasən Gəncə Şəhər Polis İdarəsi Gəncə Şəhər Baş Polis İdarəsi adlandırılmışdır.
Homo politikus
Homo politicus siyasi şəxs deməkdir. Siyasi elm konkret olaraq siyasi şəxslə (homo politicus) məşğul olur və onu dərindən öyrənir. Digər tərəfdən, axırı us ilə qurtaran, homo politicus, homo economicus kimi insan növləri müşahidə edilə bilən şeylər deyil. Əslində realda müşahidə olunan, mövcud olan insan bənzərsizdir. Axırı us ilə qurtaran müxtəlif növ insanlar mövcud insanın müəyyən cəhətlərdən tədqiq edilməsinə imkan verən abstraktlardır.
Hərbi polis
Hərbi polis — polis vəzifəsini icra edən hərbi qurum. Bəzi ölkələrdə bu qurumun əməkdaşları hərbi qulluqçulara və hərbi maşınların hərəkətinə nəzarət edir. Beləki, Azərbaycan da daxil olmaqla bu ölkələrdə hərbi qulluqçuları və hərbi maşınları mülki polis və ya mülki yol polisi saxlaya bilməz lakin,əgər ictimai asayişə zərər vurarlarsa yalnız saxlayıb (ondan heç bir sənəd vəsiqə istəyə bilməz) hərbi polisə və ya hərbi yol polisinə təqdim edə bilər. Bundan əlavə həmçinin mülki polisin vəzifələrin icra edən və hərbi rejimi təyin edə bilən (müəyyən vəzifələri icra edən) Daxili Qoşunlar və ya Jandarma kimi hərbi birləşmələrdə fəaliyyət göstərir.
Həzi Aslanov (polis)
Həzi Arif oğlu Aslanov (1965, Bakı) — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə baş İdarəsinin rəisi, polis general-mayoru == Həyatı == Həzi Aslanov 1965-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1986–1988-ci illərdə SSRI Silahlı Qüvvələri sıralarında həqiqi hərbi xidmət keçmişdir. 1989-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 1989-cu ildən Azərbaycan Respublikası Daxili işlər orqanlarında xidmət edir. 1993–2003-cü illərdə Bakı şəhəri Yasamal rayon polis idarəsinin İstintaq şöbəsinin rəisi, 2003–2005-ci illərdə Bakı şəhər Baş Polis İdarəsinin Təşkilati-İnspektor İdarəsinin rəisi vəzifələrində çalışmışdır. 2005-ci ilin sentyabr ayından Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi vəzifəsindədir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2006-cı il tarixli 1546 nömrəli Sərəncam ilə "polis general-mayoru" xüsusi rütbəsi verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1 iyun 2008-ci il tarixli 2912 nömrəli Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2018-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur. Hüquq elmləri üzrə fəlsəfə doktorudur.
Kiyev Politexnik İnstitutu
Kiyev Politexnik İnstitutu və ya qısaca: KPİ (tam adı: Ukrayna Milli Texniki Universiteti "Kiyev Politexnik İnstitutu" (ukr. Національний технічний університет України «Київський політехнічний інститут» (НТУУ «КПI»)) — Ukraynanın tədqiqat tipli ən böyük texniki universitetidir; Avropanın və dünyanın aparıcı ali təhsil ocaqlarından biridir. Ukrayna prezidentinin 1995-ci il, 8 aprel tarixli fərmanı ilə Kiyev Politexnik İnstitutuna KPİ Ukrayna Milli Texniki Universiteti adlandırılaraq Milli muxtar dövlət ali təhsil müəssisəsi statusu verilib. Hazırda onun bazasında 8 elmi-tədris mərkəzi, 12 elmi-tədqiqat institutu, 14 elmi-tədqiqat mərkəzi və 1 konstruktor bürosu fəaliyyət göstərir. Kiyev Texniki İnstitutu Ukraynanın ilk ali məktəblərindən biridir ki, 2003-cü ilin sentyabrında Avropanın "Universitetlərin Böyük Xartiyasını" (" Magna Charta Unіversіtatum") imzalayaraq universitetlər birliyinə qoşulub. İnstitut hər il elmi hazırlamalarına görə elm və texnika sahəsində Ukrayna Dövlət mükafatları ilə təltif edilir. Hazırda ali məktəbdə aviasiya və kosmik sistemləri, biotexnologiya və biomühəndislik, elektronika, elektroenerji texnika və avtomatika, informatika və hesablama texnikası, fizika mühəndisliyi, kimya mühəndisliyi, universitetarası tibbi-mühəndislik, cihazqayırma, radiotexnika, qaynaq, maşınqayırma, istilik enerjisi, linqvistika, idarəetmə və marketinq, tətbiqi riyaziyyat, sosiologiya və hüquq, fizika-riyaziyyat, kimya-texnologiya fakültələri fəaliyyət göstərir. == Tarixi == Kiyev Politexnik İnstitutu 31 avqust 1898-ci ildə imperator II Aleksandrın Kiyev politexnik institutu rəsmi adı altında açılmışdır. Açılış zamanı institut dörd bölmədən ibarət idi: mexaniki (109 tələbə) mühəndislik (101 tələbə) kənd təsərrüfatları (87 tələbə) kimya (63 tələbə) İnstitut Sürix, Karlsrue, Münhen, Venya, Hannover, Axenə, Drezden, Riqa və başqa şəhərlərdəki politexnikumların nümunəsi üzrə yaradılmışdır. İnstitutun təsis edilməsi və formalaşması zamanı elmi-metodik köməyi dünya elminin D. İ. Mendeleyev, N. E. Jukovskiy, K. A. Timiryazev və s.
Kişinyov Politexnik İnstitutu
Moldova Texniki Universiteti (rum. Universitatea Tehnică a Moldovei) — Moldovada universitet; informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin geniş vüsət aldığı ali təhsil ocaqlarından biri. == Tarixi və fəaliyyəti == Əsası 1964-cü ildə qoyulan ali məktəb yüksək ixtisaslı mühəndis və iqtisadçı kadrların hazırlanması məqsədilə yaradılıb. İlk olaraq Kişinyov Politexnik İnstitutu adı ilə fəaliyyətə başlayan ali məktəbdə tədrisin ilk ilində 5 fakültə (Elektrotexnika, Mexanika, Texnologiya, İnşaat, İqtisadiyyat) mövcud olub. Sonrakı illərdə Politexnik İnstitutu sürətlə inkişaf edərək böyük tədris, elmi və mədəni mərkəzə çevrildi. Hazırda Moldova Texniki Universiteti 10 fakültədən ibarətdir: energetika, maşınqayırma üzrə mühəndis iqtisadiyyatı və idarəetmə, mexanika və nəqliyyat mühəndisliyi, hesablama texnikası, informatika və mikroelektronika, elektronika və telekommunikasiya sahəsində mühəndis iqtisadiyyatı və idarəetmə, yeyinti sənayesində texnologiya və idarəetmə, yüngül sənaye, kadastr, geodeziya və tikinti, şəhərsalma və memarlıq, iqtisadi mühəndislik və biznes. Maşınqayırma üzrə mühəndis iqtisadiyyatı və idarəetmə fakültəsində texniki kollec yaradılıb. Bundan əlavə, ali məktəbin tərkibində texniki profilli 9 kollec fəaliyyət göstərir. Bu gün əyani və qiyabi bölmədə 12420 tələbə təhsil alır, tədris prosesi təxminən 1000 pedaqoq tərəfindən həyata keçirilir. Universitet ümumilikdə 80 ixtisas və ixtisaslaşma üzrə təlim təklif edir.
Laynus Polinq
Laynus Karl Polinq (ing. Linus Carl Pauling; 28 fevral 1901[…], Portlend, Oreqon, ABŞ – 18 avqust 1994[…], Biq-Sur[d], Kaliforniya[…]) — ABŞ kvant kimyaçısı və biokimyaçı; kristaloqraf, molekulyar bioloq və tibb tədqiqatçısı kimi də tanınır. XX əsrin ən mühüm kimyaçılarından biridir. Kvant mexanikasının kimyaya təsiri məsələlərinə toxunanlar arasında başlıca yer alır. Kvant mexanikasının kimya, biokimya və molekulyar biologiyaya təsirini tədqiq etmişdir. Bu tədqiqatlara görə ona 1954-cü ildə Kimya üzrə Nobel mükafatı verilmişdir. Bundan başqa o, kimyəvi kristallar və zülalların təkmilləşdirilməsində iştirak etmişdir. DNT-nin kəşf olunmasından öncə etdiyi araşdırmalar, 1953-cü ildə Ceyms Uatson və Frensis Krikin DNT-ni kəşf etməsinə kömək olmuşdur. Laynus Polinq kimya, metallurgiya, psixologiya, radioaktivlik, nüvə enerjisi, nüvə müharibəsi və kvant mexanikası haqqında tədqiqatlar aparmış, əsərlər yazmışdır. Laynus Polinqə yerüstü nüvə tədqiqatlarına görə 1962-ci ildə Nobel Sülh mükafatı verilmişdir.
Leninqrad Politexnik İnstitutu
Sankt-Peterburq Politexnik Universiteti (Peterburq Politexnik İnstitutu) — Sankt-Peterburqda universitet. Nikolay Kurnakov 1902–1930-ci illər ərzində Sankt-Peterburq Politexnik İnstitununun ümumi kimya kafedrasina rəhbərlik etmişdir. == Tanınmış məzunları == Ağa Əminov Camo bəy Hacınski Mir Yaqub Mehdiyev Abbas Atamalıbəyov Pyotr Kapitsa Məmmədhəsən Hacınski 1902 Məhəmməd Hacıyev Çingiz Qacar 1953 Abbasəli Kərimov — Kərim Kərimovun atası.
Leucopternis polionota
Pseudastur polionotus (lat. Pseudastur polionotus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin pseudastur cinsinə aid heyvan növü.
Leyla Əliyeva (politoloq)
Leyla Ağa qızı Əliyeva (ingiliscə: Leila Alieva, 1959, Bakı) – elmlər doktoru, müstəqil siyasi təhlilçi və politoloq, Bakıda fəliyyət göstərən Milli və Beynəlxalq Tədqiqatlar Mərkəzinin (ingiliscə: Center for National and International Studies) prezidenti. Leyla Əliyeva həmçinin Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin (1991-1997) qurucularından biri və prezidenti olmuşdur. Leyla Əliyeva Harvard Universiteti (1993-1994), Vudro Vilson Mərkəzi – Kennan İnstitutu (1995), Kaliforniya Universiteti-Berkli (2000) və Con Hopkins Universitetində (2001) tədqiqatlar aparmış, Avropa Yenidənqurma və İnkişaf Bankı Prezidentinin müşaviri, Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının Azərbaycan üzrə Milli Koordinatoru (1999) olmuşdur. Tədqiqat sahələri post-Sovet məkanında konfliktlər, təhlükəsizlik, neft və siyasət məsələlərini əhatə edir. == Xarici keçidlər == Leyla Əliyeva Almaniyanın Körber Fondunun veb səhifəsində (ingiliscə) Leyla Əliyeva Almaniyanın Böll Fondunun veb səhifəsində (ingiliscə) Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi Arxivləşdirilib 2009-05-24 at the Wayback Machine === Seçilmiş tədqiqatları === Alieva, L. (2006). Integrative Processes in the South Caucasus and their Security Implications. NATO Defense College: NDC Occasional Papers Series. Alieva, L. (2006). Azerbaijan's Frustrating Elections. Journal of Democracy.
Lommel polinomları
Lommel polinomu Rm,ν(z), Oygen Lommel tərəfindən açıqlanıb, içində 1/z olan polinom qayıdış əlaqəsi verir. J m + ν ( z ) = J ν ( z ) R m , ν ( z ) − J ν − 1 ( z ) R m − 1 , ν + 1 ( z ) {\displaystyle \displaystyle J_{m+\nu }(z)=J_{\nu }(z)R_{m,\nu }(z)-J_{\nu -1}(z)R_{m-1,\nu +1}(z)} burada Jν(z) birinci növ Bessel funksiyasıdır. R m , ν = ∑ n = 0 [ m / 2 ] ( − 1 ) m ( m − n ) ! Γ ( ν + m − n ) n ! ( m − 2 n ) ! Γ ( ν + n ) ( z / 2 ) 2 n − m .
Los-Anceles Polis Departamenti
Los-Anceles Polis Departamenti — Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərinin polis təşkilatı. On mindən çox məmuru və üç mindən çox vətəndaş personalı var. 3.8 milyonluq əhali və 1.290 km²-lik sahədən məsul olan bu təşkilat; Amerika Birləşmiş Ştatlarındakı ən böyük hüquq mühafizə orqanlarndan biridir. Tarixi boyunca saysız filmdə və televiziya seriallarında mövzu edilən LAPD, bir çox dəfə irqçilik və sui-istifadə iddialarına məruz qaldı və mübahisəli müzakirələrə gətirib çıxardı. Ümumi birləşmiş xilasetmə xidməti olan 911 fəaliyyət göstərir,bu xidmət yanğın,cinayət,xilasetmə fəaliyyətlərin yerinə yetirir.
Los Anceles Polis Departamenti
Los-Anceles Polis Departamenti — Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərinin polis təşkilatı. On mindən çox məmuru və üç mindən çox vətəndaş personalı var. 3.8 milyonluq əhali və 1.290 km²-lik sahədən məsul olan bu təşkilat; Amerika Birləşmiş Ştatlarındakı ən böyük hüquq mühafizə orqanlarndan biridir. Tarixi boyunca saysız filmdə və televiziya seriallarında mövzu edilən LAPD, bir çox dəfə irqçilik və sui-istifadə iddialarına məruz qaldı və mübahisəli müzakirələrə gətirib çıxardı. Ümumi birləşmiş xilasetmə xidməti olan 911 fəaliyyət göstərir,bu xidmət yanğın,cinayət,xilasetmə fəaliyyətlərin yerinə yetirir.
Lozanna Federal Politexnik Məktəbi
Lozanna Federal Politexnik Məktəbi (fr. École polytechnique fédérale de Lausanne) — İsveçrənin Vaud kantonunun (bəzi ölkələrdə inzibati ərazi bölgüsü) Lozanna şəhərinin ətraf qəsəbəsi olan Ekublensdə yerləşir. Lozanna Federal Politexnik Məktəbi İsveçrənin fransızdilli hissəsində yerləşir. Ölkənin almandilli vətəndaşları üçün Sürixdə İsveçrə Federal Texnologiya İnstitutu fəaliyyət göstərir. == Tarixi == 1853-cü ildə yaradılan özəl Lozanna İxtisas Məktəbi 1869-cu ildə Lozanna Dövlət Akademiyasının texniki şöbəsinə çevrilir. 1890-cı ildə Lozanna Akademiyası universitet statusu qazanır və Lozanna Universiteti adlandırılır, texniki şöbəyə isə Lozanna Universitetinin Mühəndislik Məktəbi (École d'Ingénieurs de l'Université de Lausanne) adı verilir. 1946-cı ildən məktəbin adı dəyişdirilərək Lozanna Universitetinin Politexnik Məktəbi (École Polytechnique de l'Université de Lausanne (EPUL)) olur. 1969-cu ildə Lozanna Universitetinin Politexnik Məktəbi Lozanna Universitetinin tərkibindən çıxır və İsveçrə Federal hökumətinin nəzarəti altında fəaliyyət göstərməyə başlayır. Məktəb Lozanna Federal Politexnik Məktəbi adlandırılır. Məktəbin missiyası mühəndis və alimlər hazırlamaq, elm və texnologiyalar sahəsi üzrə ölkədə birincilik əldə etmək, sənaye müəssisələri ilə əməkdaşlıq qurmaqdan ibarət olur.
Lublin Politexnik Universiteti
Lublin Politexnik Universiteti — Polşada universitet; İKT üzrə ixtisaslaşmış müasir ali məktəblərdən biri. Müasir tədris texnologiyalarının tətbiqinə önəm verən ali təhsil ocaqlarından biridir. == Qısa tarixi == Universitet 13 may 1953-cü il tarixində Lublin texnik və mühəndislərinin təşəbbüsü ilə yaradılıb, axşam mühəndislik məktəbi kimi fəaliyyətə başlayıb. Məktəbin yaradılması ilə ilk bölməsi (fakültə) — mexanika işə başlayıb. 1965-ci ildə təhsil müəssisəsi ali mühəndislik məktəbi adlandırılıb. Həmin ildə tikinti, bir il sonra elektrik bölməsi istifadəyə verilib. Təhsil müəssisəsində böyük dəyişikliklər 1970-ci illərdə həyata keçirilib. Belə ki, 1977-ci ildə Ali Mühəndislik Məktəbi Lublin Politexnik adına dəyişdirilib, 1988-ci ildə idarəetmə və texnikanın əsasları bölməsi yaradılıb. Bölmə 2007-ci il, 28 dekabr tarixindən idarəetmə bölməsi adı ilə fəaliyyət göstərib. 2003-cü ildə isə elektrik bölməsi elektrotexnika və informatika bölməsi adı altında fəaliyyətə başlayıb.

Digər lüğətlərdə