Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Panter
Panter (lat. Panthera) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinə aid heyvan cinsi. Qırtlaqları xüsusi quruluşa malikdir və nərə çəkmək imkanı verir.
Poster
Poster, plakat (fr. placard) və ya afişa (fr. affiche) — bir şey elan etmək və ya xud tanıtmaq üçün hazırlanmış, kütlənin görə biləcəyi bir yerə asılmış, ümumiyyətlə rəsmli divar elanıdır,şəkilidir. XIX əsrin 2-ci yarısına qədər posterlərə yalnız reklam xarakteri daşıyan plakatlar kimi yanaşırdılar. Almaniyada XVI əsrdə reformasiya zamanı agitasiya xarakterli uçan vərəqlər adlandırılan posterlər işlənirdi. Fransada XVIII əsrdə siyasi xarakter daşıyan posterlər işlənirdi.
Beatris Potter
Beatris Potter (28 iyul 1866[…], Vest Brompton[d], Böyük London – 22 dekabr 1943[…]) — ingilis yazıçısı, illüstrasiyaçısı və alimi. Heyvanlardan bəhs edən uşaq kitablarına üstünlük vermişdir. Ən məşhur əsəri "Dovşan Peterin nağılı"-dır. == Həyatı == 1866-cı ildə Londonda Uniteryan aiələdə anadan olan Potter, təhsilini baxıcılarından almış və digər uşaqlardan təcrid olunaraq böyüdülmüşdü. Babası Edmund Potter millət vəkili olmuşdur. Potterin atası Rupert Uilyam Potter (1832–1914) Mançesterda doğulmuş və Londonda hüquq təhsili almışdır. Atası 8 avqust 1863-cü ildə Qii Krossdakı pambıq alverçisi və gəmi istehsalçısının qızı Helen Liiç (1839–1932) ilə evləndi. 14 mart 1872-ci ildə doğulmuş Ualter Bertram adlı qardaşı olmuşdur. Onun çox sayda ev heyvanı vardı. Şotlandiyada və Leyk bölgəsində tətillər keçirir, yaxından izlədiyi və rəsmini çəkdiyi mənzərələr, flora və faunaya olan sevgisini inkişaf etdirirdi.
Corc Porter
Corc Porter (ing. George Porter, Baron Porter of Luddenham; 6 dekabr 1920[…], Steynforf[d], İngiltərə[…] – 31 avqust 2002[…], Kenterberi, İngiltərə) — ingilis kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1960). İngilis fiziki kimyaçısı Corc Porter 1920-ci ilin dekabrın 6-da Steynfortda (Yorkşirdə) anadan olmuşdur. 1938-1941-ci illərdə Lidsk və Kembric Universitetlərində oxumuşdur. 1945-1954-cü illərdə Kembric və 1955-1963-cü ilərdə Şeffild Universitetlərində işləmişdir. 1963-cü ildən Böyük Britaniyanın Kral İnstitutunun professoru, 1966-1985-ci illərdə direktoru olmuşdur. Əsas elmi işləri olduqca sürətli kimyəvi reaksiyaları impuls üsulu ilə tədqiq etmək olmuşdur. 1950-ci ildə R.C. Norriş ilə birlikdə impuls fotolizi üçün ilk qurğu yaratmışdır. O, ilk dəfə olaraq çoxlu sayda bəsit sərbəst radikalların udulma spektrlərini almış, onların çevrilmə mexanizmlərini öyrənmiş, sürətli rekombinasiya proseslərinin mövcud olduğunu göstərmişdir. O, işıq impulsu ilə insiatorlaşdırılan oksigen ilə reaksiyasının inkişafının spektral mənzərəsini qeydə ala bilmişdir.
Dulse Ponteş
Dulse Ponteş (port. Dulce Pontes, BFƏ: [ˈduɫsɘ ˈpõtɘʃ]; doğlub 8 mart 1969, Montiju, Portuqaliya) — portuqal müğənnisi, fadu üslubunda, klassik musiqi və digər üslublarda ifa edir. Portuqaliyada onun mahnıları çox məşhurdur. Dulse Ponteş Portuqaliyanın Setubal mahalındakı Montiju şəhərcəyində doğulmuşdur. Uşaqlıqdan onun mahnı oxumağa və pianoda ifa etməyə həvəsi olmuşdur, bu da ona gələcəkdə müğənni olmaya köməklik göstərmişdir. 18 yaşından sonra o, televiziya və teatrda aktrissa oldu. 1991-ci ildə Dulse "Lusitana Paixão" mahnısı ilə "Avroviziya" mahnı müsabiqəsində çıxış edərək 8-ci yeri qazanmışdır. Bir neçə ildən sonra o, tək Portuqaliyada deyil, digər ölkələrdə də şöhrət qazandı. Dulse öz mahnıları digər ölkələrdən olan məşhur müğənni və musiqiçilərlə bir yerdə ifa etməyə başlayır. Onun musiqisində müxtəlif musiqi ənənələrinin elementləri ahəngli şəkildə istifadə olunur: tək Portuqaliyanın deyil, həm də İspaniyanın, Braziliyanın, həmçinin də ərəb və Afrika ölkələrinin.
Eleanor Porter
Harold Pinter
Harold Pinter (ing. Harold Pinter; 10 oktyabr 1930[…], London, Birləşmiş Krallıq – 24 dekabr 2008[…], London, Birləşmiş Krallıq) — ingilis dramaturq, şair, rejissor, aktyor, ictimai xadim, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2005). Harold Pinter yəhudi əsilli ingilis dramaturqu, şair, ssenariçi, aktyor, rejissor və ictimai xadimdir. Artıq uzun illərdir ki, London universiteti yanındakı Dram və səhnə danışığı məktəbinə rəhbərlik edir. Britaniya paytaxtında orta təbəqəyə mənsub ailədə doğulmuşdur. Baba-nənələrinin üçü Polşa, biri isə Odessa yəhudisi idi. Harold Pinter 1948-ci ildə Kral Dramatik Sənət Akademiyasına daxil olsa da, təhsilini başa vurmamışdı. Hələ məktəbdə oxuyarkən həvəskar tamaşalarda iştirak etməyə başlamışdı. 50-ci illərin əvvəllərində poeziyaya daha çox meyl göstərmiş, eyni zamanda irland teatr truppasının aktyoru olmuşdu. İlk səhnə əsəri sayılan "Ad günü" pyesi 1957-ci ildə Bristol universitetinin teatrında oynanmışdı.
Harri Potter
«Harri Potter» (ing. «Harry Potter») — ingilis qadın yazıçı Coan Ketlin Roulinq tərəfindən yazılmış yeddi roman və onun əsasında çəkilmiş filmlər seriyasıdır. Səkkizinci kitab isə teatrdan kitaba uyğunlaşdırılmışdır. Dünyada çap olunmasına və satışına görə böyük rekordlara imza atmışdır. Seriyanın yeddinci kitabı ABŞ-də 8,5 milyonluq böyük bir satış gəlirinə sahib olaraq böyük bir rekord əldə etmişdir. Seriyanın kitabları "Dünyanın ən tez satılan kitabı" və "Dünyanın ən çox satılan uşaq romanı" adını hələ də əlində saxlayır. Roman uşaqlar üçün nəzərdə tutulsa da, böyüklərin də diqqətini çəkmişdir. Harri Potter 10 il müddətində sevmədiyi qohumları: xalası Petunia, xalasının əri Vernon və onların axmaq övladı Dadli Dörzli ilə yaşamağa məcbur olur. Valideynlərinin yol qəzasında öldüyünü zənn edən Harri gerçəyi Hoqvartsda gözətçi işləyən Rubeus Haqrid tərəfindən öyrənir. Harrinin anası Lili və atası Ceyms Potter düşmənləri Voldemort tərəfindən öldürülmüşdür.
Markos Pontes
Markos Pontes (port. Marcos Cesar Pontes; 11 mart 1963) — Braziliyanın ilk kosmonavtı. Markos Pontes 11 mart 1963-cü ildə Braziliyada, San-Paulo ştatının Bauru şəhərində anadan olub. 1998-ci ildə NASA-ya göndərilib. Orada Pontes kosmik uçuşlara hazırlıq keçib. 2000-ci ilin dekabr ayında NASA-nın astronavtı elan edilib. Pontes hələ 2003-cü ildə kosmosa uçmalıydı. Lakin "Kolumbiya" şatlının qəzasından sonra bütün şatlların uçuşları təxirə salındı. Braziliya ilə Rusiya arasında 2 sentyabr 2005-ci ildə imzalanmış müqavilə Pontesa kosmik uçuş etməyə şərayit yaradıb. Beləliklə, bort mühəndisi olan Markos Pontes 30 mart 2006-cı il tarixində Baykonur kosmodromundan "Soyuz TMA-8" kosmik gəmisində kosmosa uçdu.
Porter Robinson
Porter Ueston Robinson (ing. Porter Weston Robinson) — amerikalı DJ. Worlds adlı ilk albomu 2014-cü ilin avqustun 12-də üzə çıxıb. 2015-ci ilin martın 20-də MTVu tərəfindən ilin artisti adlandırılıb.
Qara panter
Qara panter — bəbir (Panthera pardus) və yaquarın (Panthera onca) melanistik rəng variantıdır. Hər iki növün qara panterləri qara piqmentlərə malikdirlər, lakin onlarda tipik xallar da mövcuddur. Onlar əsasən tropik meşələrdə yaşayırlar. Qara bəbirlərə əsasən Keniya, Hindistan, Şri-Lanka, Nepal, Tailand, Qərbi malayziya və Yava, qara yaquarlara isə Meksika, Panama, Kosta-Rika və Paraqvayda rast gəlmək mümkündür. Bəbirlərdəki melanizmə ressesiv allel, yaquarlarda kı melanizmə isə dominant allel səbəb olur. allel səbəb olur. 1788-ci ildə fransız araşdırmaçı Jan Klod Delametri Benqaliyadan gətirilmiş və London qəsrində saxlanılan qara bir bəbirdən bəhs edir. 1794-cü ildə Fridnix Albreçt Anton Meyer isə Hindistan bəbiri olan bu pişik üçün Felis fusca elmi adını təklif etdi. 1809-cu ildə isə Jorj Küvye Yavadan gətirilmiş və "Ménagerie du Jardin des plantes" botanik bağında saxlanılan qara bəbirdən bəhs edir. Küvye həmin Yava bəbirinə Felis melas adını verməyi təklif etdi.
Fernando Ponte
Karlo Ponte
Karlo Ponte (it. Carlo Ponte; 3 may 1890, Genuya – bilinmir) — italyan Yunan-Roma güləşçisi, Avropa çempionatının mükafatçısı. 1890-cı ildə Genuyada anadan olmuşdur. 1924-cü ildə Paris Olimpiya Oyunlarında iştirak etmişdir, amma uğursuz nəticə almışdır. 1925-ci ildə Avropa çempionatının gümüş mükafatçısı oldu.
Ponte Morandi
Ponte Morandi (it. ponte Morandi) - İtaliyanın Genuya şəhəri sərhədləri daxilində, Polçevera çayı üzərində A10 avtomagistralının tərkibinə daxil olan körpü. Mühəndis Rikkardo Morandinin şərəfinə adlandırılıb. 1960-cı illərdə inşa edilən körpünün hündürlüyü 90 metr olub. Körpünün tikintisi 1963-cü ildə başlanmışdı və 4 il sonra bitirilmişdi. Körpünün açılışı 4 sentyabr 1967-ci ildə oldu. Mərasimdə İtaliya prezidenti Cuzeppe Saraqat iştirak edirdi. 14 avqust 2018-ci ildə körpünün Polçevera çayını keçən keçidlərindən biri üzərindəki onlarla avtomobillə birlikdə uçdu. İlkin məlumatlara görə, dağıntıya görə 39 insan həlak oldu.
Ponte Serrada
Ponte Serrada (port. Ponte Serrada) — Braziliyanın Cənub regionunun Santa Katarina ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 10561 nəfərdir. Ərazisi 570 кm²-dir. Əhalinin sıxlığı 20,7 nəfər/кm²-dir. Bələdiyyə 14 iyun 1958-ci ildə yaradılmışdır. Bələdiyyə ad gününü 7 iyulda qeyd edir. Bələdiyyənin ərazisi daxilində Araukarias Milli Parkı yerləşmişdir. 2005-ci ildən 12841 hektarlıq (31730 akrlıq) ərazi mühafizə altına alınmışdır.
Harri Potter (personaj)
Harri Ceyms Potter (ing. Harry James Potter 31 iyul 1980) — ədəbi personaj, ingilis yazıçı Coan Roulinq tərəfindən yazılmış romanlar seriyasının baş qəhrəmanı, sehrbaz. Öz dünyada o, qüdrətli qara cadugər Lord Voldemorta qalib gələn yeganə sehrbaz kimi tanınır. Personaj dünyada böyük məşhurluq qazandı. Adı: Harri Ceyms Potter (orta adını atasının şərəfinə alıb); Valideynləri: Ceyms Potter və Lili Potter (Evans); Bədən quruluşu: arıq; Xüsusi əlamətləri: yumru çərçivəli eynək taxır; alnında ildırım formasında çapıq, sol qolunda Dolores Ambricin qanunsuz cəzaları nəticəsində əmələ gələn çapıq ("Mən yalan deməməliyəm" sözləri), sinəsində oval formada çapıq; Gözləri: açıq-yaşıl, badam formasında; Qeyri-adi bacarıqları: sehrbaz; ilanlar ilə danışmaq qabiliyyəti; Hoqvarts məktəbinin ən yaxşı arayıcılardan biri; Fakültəsi: Qriffindor; Qviddiç: Arayıcı, komadanın kapitanı; Ailəsi: Ceyms Potter (atası), Lili Potter (anası), Sirius Blek (xaç atası), Petuniya Dursli (xalası), Vernon Dursli (xalasının həyat yoldaşı), Dadli Dursli (xalası oğlu), Cinni Uizli (həyat yoldaşı), Ceyms Sirius Potter (böyük oğlu), Albus Severus Potter (kiçik oğlu), Lili Luna Potter(qızı) Tedi Lupin(xaç oğlu) Sevgilisi: Cinni Uizli; dördüncü kursdan beşinci kursun yarısınadək Ravenklou faküktəsindən olan Cou Çanqdan xoşu gəlir; Çubuğu: çoban saçağı ağacı və simurq quşunun lələyindən, 11 düym; yeddinci hissədə Hermiona Qreyncer tərəfindən sındırılmışdır. Həmin kitabda Harri faktiki olaraq gəndalaş ağacından olan yenilməz çubuğu və Drako Malfoya məxsus olan çubuğunun sahibidir; Süpürgəsi: 1. Minerva MakQonaqall tərəfindən hədiyyə verilən Nimbus-2000 süpürgəsi 3. Sirius Blekin hədiyyəsi olan İldırım süpürgəsi 4. Nimfadora Tonksun milad hədiyyəsi olan İldırım-ın heykəlciyi; Övladları: Ceyms Sirius Potter, Albus Severus Potter, Lili Luna Potter. Harri obrazı ilk dəfə "Harri Potter və Fəlsəfə Daşı" romanında (ABŞ-da "Harri Potter və Sehrbaz Daşı" adıyla nəşr olunub) görünüb.
Vilyam Sidney Porter
O. Henri (ing. O. Henry; 11 sentyabr 1862, ABŞ - 5 iyun 1910, ABŞ) — Amerika hekayə yazıçısı. Dünya şöhrətli amerikan yazıçı O. Henri 1862-ci ildə Şimali Karolinada doğulmuşdur. Öz yazdığı əsərlərini O. Henri təxəllüsü ilə çap etdirmişdir. Əsl adı Uiliam Sidney Porter (William Sydney Porter) olan yazıçı dünyada qısa hekayə yazan yazıçıların ən məşhur isimlərindən biri kimi tanınır. Çox az təhsil alan O. Henri aptekdə işləmiş, bank kassirliyi daxil olmaqla müxtəlif işlərdə çalışdıqdan sonra, işlədiyi bankdan pul mənimsəməkdə günahlandırılaraq üç ildən artıq həbsdə yatmışdır. İlk hekayələrini də müxtəlif imzalar altında elə o həbsxanada qələmə almışdır. Həbsdən çıxdıqdan sonra O. Henri "The Rolling Stone" (Avara) adlı həftəlik satirik jurnalının baş redaktoru vəzifəsində işləmişdir. Yazıçı həyatının son səkkiz ilində iki yüzdən çox hekayə yazmışdır. O. Henrinin zarafatcıl və canlı üslubda qələmə aldığı əsərləri böyük insan kütlələrinin bəyənməsinisinə səbəb olmuş və bu işdə o, çoxlu müvəffəqiyyət qazanmışdır.
Çəhrayı Panter (personaj)
Çəhrayı Panter — cizgi filmi personajı, eyni adlı cizgi seriyasının qəhrəmanı. Qaranlıqda Bir Vuruş və İnspektor Klozo istisna olmaqla, Çəhrayı Panter seriyasının hər filminin, açılış və bağlanma kredit ardıcıllıqlarında əsas və başlıq xarakter.
Çəhrayı Panter (xarakter)
Çəhrayı Panter — cizgi filmi personajı, eyni adlı cizgi seriyasının qəhrəmanı. Qaranlıqda Bir Vuruş və İnspektor Klozo istisna olmaqla, Çəhrayı Panter seriyasının hər filminin, açılış və bağlanma kredit ardıcıllıqlarında əsas və başlıq xarakter.
Elinor Hocmen Porter
Elinor Emili Hocmen Porter (ing. Eleanor Emily Hodgman Porter) — Amerika yazıçısı. 19 dekabr 1868-ci ildə ABŞ-nin Nyu-Hempşir ştatında doğulub. Yeni İngilitərə Konservatoriyasında bir neçə il mahnı dərsləri alıb. 1892-ci ildə Con Liman Porter ilə evlənib və Massaçusetsə yerləşiblər. Yazar karyerasına qısa heykayələr yamzaqla başlayıb. 21 May 1920-ci ildə Massaçusetsə vəfat edib və Mount Auburn qəbiristanlğında dəfn edilib. Düynaca ən məşhur əsəri Polyanna romanıdır.
Oqaki Poster Muzeyi
Yaponiya Milli Poster Muzeyi (日本国際ポスター美術館, Nihon Kokusay Posuta Bicutsukan) və ya Oqaki Poster Muzeyi – Yaponiyanın Gifu prefekturasının Oqaki şəhərində yerləşən muzey. Yaponiyada poster incəsənətinə həsr olunmuş ilk və yeganə beynəlxalq muzeydir. Dünyada ilk poster muzeyi 1968-ci ildə Varşavada açılmışdır və Polşa poster incəsənəti sahəsi üzrə qabaqcıl ölkələrdən birinə çevrilmişdir. Polşada keçirilən poster sərgiləri Yaponiyada da poster incəsənətinin inkişafına təkan vermişdir. 1985-ci ildən etibarən Oqakidə posterlərə həsr olunmuş sərgilər keçirilməyə başlanmışdır. 25 oktyabr 1996-cı ildə Oqaki Poster Muzeyinin açılışı baş tutmuşdur. Muzeydə posterlərin rəqəmsal verilənlər bazası yaradılmışdır. Burada poster sənətçilərinin sərgiləri fərdi keçirilir, müxtəlif ölkələrə aid posterlər sərgilənir. Bundan əlavə, Anri de Tuluz-Lotrek və Jül Şere kimi poster sənətinin qurucusu olmuş şəxslərin işləri də muzeydə nümayiş etdirilir. Muzeydə 10.000-dən çox poster saxlanılır.
Harri Potter (dəqiqləşdirmə)
Harri Potter Coan Ketlin Roulinq tərəfindən yazılmış romanlar seriyası. Harri Potter həmçinin franşizanın digər hissələrini də ifadə edə bilər: Harri Potter (personaj) Harri Potter (film seriyası) Harri Potter və Fəlsəfə Daşı (film) Harri Potter və Sirlər Otağı (film) Harri Potter və Azkaban Məhbusu (film) Harri Potter və Alov Qədəhi (film) Harri Potter və Simurq Ordeni (film) Harri Potter və Yarımqan Prins (film) Harri Potter və Ölüm Hədiyyələri. I hissə Harri Potter və Ölüm Hədiyyələri.
İzzet Ulvi Yönter
İzzət Ülvi Yönter (11 may 1976, Əmirdağ[d], Afyonqarahisar ili) — iqtisadçı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 25, 26, 27 və 28-ci çağırışlarının deputatı. İzzət Ülvi Yönter 1976-cı ildə Afyonqarahisar ilinin Emirdağ ilçəsində anadan olub. İstanbul Universiteti Siyasi Elmlər Bölməsindən və Tarix Bölməsindən məzun olub. Anadolu Universitetində iqtisadiyyat üzrə magistr, həmin universitetdə biznesin idarə edilməsi üzrə isə PhD dərəcələri alıb. Uzun illərdir MHP üzvüdür. 2018-ci ildən MHP sədrinin müavinidir. İyun 2015, noyabr 2015, 2018 və 2023-cü illərdə İstanbul ilindən MHP namizədi olaraq Türkiyə Böyük Millət Məclisinin 25, 26, 27 və 28-ci çağırışlarının deputatı seçilib. TBMM Sənaye, Ticarət, Enerji, Təbii Sərvətlər, İnformasiya və Texnologiyalar Komissiyasının üzvü vəzifəsində təmsil olunub. İngiliscə bilir. Evli və 1 uşaq atasıdır.
İzzət Ülvi Yönter
İzzət Ülvi Yönter (11 may 1976, Əmirdağ[d], Afyonqarahisar ili) — iqtisadçı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 25, 26, 27 və 28-ci çağırışlarının deputatı. İzzət Ülvi Yönter 1976-cı ildə Afyonqarahisar ilinin Emirdağ ilçəsində anadan olub. İstanbul Universiteti Siyasi Elmlər Bölməsindən və Tarix Bölməsindən məzun olub. Anadolu Universitetində iqtisadiyyat üzrə magistr, həmin universitetdə biznesin idarə edilməsi üzrə isə PhD dərəcələri alıb. Uzun illərdir MHP üzvüdür. 2018-ci ildən MHP sədrinin müavinidir. İyun 2015, noyabr 2015, 2018 və 2023-cü illərdə İstanbul ilindən MHP namizədi olaraq Türkiyə Böyük Millət Məclisinin 25, 26, 27 və 28-ci çağırışlarının deputatı seçilib. TBMM Sənaye, Ticarət, Enerji, Təbii Sərvətlər, İnformasiya və Texnologiyalar Komissiyasının üzvü vəzifəsində təmsil olunub. İngiliscə bilir. Evli və 1 uşaq atasıdır.
Robert Ker Porter
Ser Robert Ker Porter (1777[…] – 1842[…] və ya 22 aprel (4 may) 1842, Sankt-Peterburq) — şotlandiyalı rəssam, yazıçı, diplomat və səyahətçi. Rusiya, İspaniya, Portuqaliya və İrana etdiyi səyahətlər haqqında hesabatları ilə tanınan Porter, İngiltərədəki ən erkən panorama rəssamlarından biridir. O, Rusiya çarı I Aleksandrın tarix rəssamı və Britaniyanın Venesueladadakı konsulu vəzifəsində çalışmışdır. Porter 1777-ci ildə Durhamda ordu cərrahı olan şotlandiyalı Vilyam Porterin beş uşağından biridir. Onun bacıları yazıçılar Ceyn Porter və Anna Mariya Porter idi. Atası 1779-cu ildə vəfat edib. 1780-ci ildə anası onu Durham məktəbində oxusa da, Edinburqa aparıb. Döyüş səhnələrinin rəssamı olmaq istədiyinə qərar verdi və 1790-cı ildə anası onu Kral İncəsənət Akademiyasına tələbə kimi qəbul etməsini təmin edəcək Benjamin Vestin yanına apardı. 1792-ci ildə İncəsənət Cəmiyyəti tərəfindən "Endor Cadugəri" adlı əsərinə görə gümüş palitra ilə mükafatlandırıldı.
Hunter × Hunter
Ovçu × Ovçu (OVÇU × OVÇU kimi stilizə, "ovçu-ovçu" kimi də tələffüz edilir) — Yoşihiro Toqaşi tərəfindən yazıb illustrasiya edilən manqa serialı. 2006-cı ildən tez-tez uzunmüddətli fasilələrə gedilməsinə baxmayaraq Şueişanın şonen jurnalı olan Weekly Shōnen Jumpda 1998-dən bəri çap olunmaqdadır. 2022-nin noyabrı etibarilə 37 tankobon buraxılışında toplanmışdır. Əsas hekayə Qon Fırikısı adında onu gənc yaşda tərk edən atasının, əslində, dünya şöhrətli, nadir və yaxud tanımlanmamış heyvan növlərinin yerini təsbit etmək, xəzinə ovlamaq, kəşf edilməmiş anklavları araşdırmaq yaxud qeyri-qanuni fərdləri yaxalamaq kimi fantastik axtarışlarda ixtisaslaşmış lisenziyalı professional — bir ovçu olduğunu öyrənən gənc bir oğlana fokuslanır. Qon bir ovçu olmaq məqsədilə yola çıxır və ən sonda öz atasını tapır. Yol boyunca Qon digər bir sıra ovçularla da tanış olur və paranormal olaylarla rastlaşır. Manqa serialı 1999-cu ildən 2001-ci ilədək Fuci Televiziyasında yayımlanan Kazuhiro Furuhaşinin rejissorluq etdiyi və Nippon Animation tərəfindən istehsal olunmuş 62 bölümlük bir anime serialına köçürülmüşdür. Daha sonra isə ayrı-ayrılıqda cəmi 30 bölümlük 3 ədəd OVA Nippon Animation tərəfindən istehsal olunmuş və 2002–2004-cü illərdə Yaponiyada yayımlanmışdır. İkinci bir anime serialı isə 2013-də buraxılmış 2 animə edilmiş teatr filmi ilə birlikdə Madhouse tərəfindən yaradılıb Nippon Televiziyasında 2011-ci ilin oktyabrından 2014-cü ilin sentyabrına qədər cəmi 148 bölüm olaraq yayımlanmışdır. Habelə bu manqa serialını əsas alan bir sıra audioalbomlar, videooyunlar, müzikllar və dahası da mövcuddur.
Montor
Montor (fr. Montord) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Sen-Pursen-syur-Siul kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03188. 2008-ci ildə əhalinin sayı 250 nəfər təşkil edirdi. İqtisadiyyatın əsasını şərabçılıq təşkil edir. 1992-ci ildən bəri hər il şərab festivalı keçirilir və bu müddət ərzində parad keçirilir. 2007-ci ildə əmək qabiliyyətli 135 nəfər arasında (15-64 yaş) 100 nəfər iqtisadi cəhətdən fəal, 35 nəfər hərəkətsiz (fəaliyyət göstərici 74.1%, 1999-cu ildə 70.5%) idi.
Panther
Panzerkampfwagen V (Zirehli müharibə texnikası V, ləqəb: Panther),Alman istehsalı olan Panther ikinci dünya müharibəsinin orta çəkili tanklarından biridir.Şərq cəbhəsində Almanların Pzkpfw III (50 mm top) və nisbətən müasir texnika olan Pzkpfw IV Sovet T-34 tanklarına qarşı təsirsiz qaldıqlarına görə istehsal olunmuşdur. İlk öncə Panzer III və Panzer IV tanklarını dəyişdirmək fikri ortaya atılsa da, Panther tankı bu tanklar ilə bərabər müharibənin sonuna qədər Almanlar tərəfindən istifadə olundu. Panther, zireh, atəş gücü, sürət, hərəkətlilik kimi faktorları özündə əks etdirən bir tank olduğu üçün bir çox insanlar onu ikinci dünya müharibəsinin ən yaxşı tankı olduğunu bildirir. İldırım Müharibəsi (Blitzkrieg) doktrinasına əsasən istehsal olunan Alman tankları ilk dəfə 23 iyun 1941-də qarşılaşdığı T-34 tanklarına qarşı təsirsiz qaldılar. Düşmana hücum məqsədi ilə istehsal olunan Panzer III tanklarının düşmana qarşı heç bir şansı yox idi. Ona görə piyada qoşunlarına dəstək məqsədi ilə istehsal olunan Panzer IV tankına daha böyük toplar taxaraq istifadə etdilər. Almanlar bunun müvəqqəti bir həll olduğunu bilirdi, ona görə yeni bir tanka ehtiyac duyurdular. Yeni tank T-34 kimi meylli zirehə və daha uzun lüləyə sahib olacaqdı. Eyni zamanda yumşaq Sovet torpaqlarında rahat iləriləyə bilməsi üçün geniş paletlərə və böyük təkərlərə sahib olmalı idi.30–35 ton olacağı gözlənilən tank üçün MAN və Daimler-Benz şirkətlərinə tapşırıq verildi. Kod adı VK3002 olan tank 20 aprel 1940 tarixində (Adolf Hitlerin ad günündə) Hitlerə göstərildi.
Paster
Paster (əsl adı: Pərviz Quluzadə; 18 oktyabr 1991, Bakı) — Azərbaycan repçisi. Paster müxtəlif dövrdə Xpert, Uran və digər sənətkarlar ilə əməkdaşlıq edib. Paster 1991-ci il oktyabr ayının 18-də Bakıda dünyaya gəlmişdir. Hip-hopla 10 yaşından həvəskar olaraq məşğul olmağa başlayıb. İlk peşəkar fəaliyyətinə 2009-cu ildə Difai qrupunun tərkibində oxuduğu "Artıq sabahdır" treki ilə başlayıb. Pasterin Difai qrupunda "Mən gedirəm", "Cavab ver", "Newschool", "Həyatın oyunu", "Marshal ve biz", "Forever", "Smackdown", "Music Note", "Love and peace", "Küçələr bizimdir", "Huk" kimi trekləri işıq üzü görüb. 2012-ci ildə də Difai qrupundan ayırlaraq "All in Label" və "Synaps Production" tərkibinə qatılıb. Həmin illərdə Klick Klick Bau, Pis teatr, Like 10, Meqabaytlar, TTM, Fransızsayağı işgəncə, North west, Bang bang, Demo, X noise, Label 3, Ağır metal, İri çaplı kimi treklərə imza atmışdır. Bu dövrdə Uran, Xpert, Sansar Salvo kimi repçilərlə əməkdaşlıq edib. 2016-cı ildə Pasterin karyerasında yeni mərhələ başayır.
Pencər
Pensər
Pensər — Azərbaycan Respublikasının Astara rayonunun Pensər kənd inzibati ərazi dairəsində kənd. Pensər kənd adının tərkibindəki penə sözü talış dilindəki "yuxarı" və sə "baş", "hündür" sözlərindəndir (Yuxarıbaş kəndi). Kəndin qədim adı Butəsərdir. Şeyx Zahid Gilani Astaranın Butəsər (indiki Pensər) kəndində XIII əsrin sufi alimi Seyid Cəmallədindən dərs almışdır. Cəmallədin Gilani 1253-cü il noyabrın 28-də vəfat etmiş, məzarı Astara rayonunun Pensər kənd qəbiristanlığındadır. Astarada bir neçə əsrin yadigari olan kərpic kürəsi aşkar olunub. Bu kürə vasitəsilə bişirilən kərpiclərlə rayonda ilk ümumtəhsil müəssisəsi olan Rus-Tatar məktəbi titkilib. İndi bu kürə Astaranın Pensər kəndində qorunub saxlanılır. Kərpic Kürəsi kəndin sakini İntizar Mürsəlov tərəfindən aşkarlanıb. O, iki il əvvəl həyətində ağac əkmək üçün çala qazarkən hansısa tikilinin kərpicləri üzə çıxır.
Penten
Penten kimyəvi formulu С5Н10olan alkendir . Onun molekulunda bir ədəd ikiqat rabitə var. Bu sinifdə cəmi altı müxtəlif birləşmə vardır.Bu birləşmələr xətti və ya şaxəli quruluşda olub sis-trans izomerlik əmələ gətirirlər. Penten-1 alfa olefindir. Çox vaxt penten-1 neftin katalitik və ya termik krekinqinin əlavə məhsulu kimi və ya karbohidrogenlərin termik krekinqi zamanı etilen və propilen ilə birlikdə alınır. Penten-1-in yeganə istehsalcısı Sasol Ltd onu Fişer-Trops prosseslərindən alır. Penten-2 2 həndəsi izomerə, sis-penten-2 və trans-penten-2-yə malikdir. Sis-2-penten olefin istehsalında istifadə olunur. Pentenin şaxəli izomerləri 2-metilbuten-1, 3-metilbuten-1 (izopenten) və 2-metilbuten-2-dir (izoamilen). Propilen, izobuten və amilenlər alkilləşdirmə kontur emalı zavodlarında xammal kimi istifadə olunur.Amilenlər ən yaxşı təyyarə yanacqları kimi istifadə olunur.
Pioner
Pioner 10
Pəncər
Pəncər (lat. Amaranthus) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinə aid bitki cinsi. Yunan dilində tərcüməsi "solmayan gül" deməkdir. Dekorativ gülçülükdə 4 növündən istifadə olunur. Onlardan biri dekorativ yarpaqlı bitkilərə, qalanları isə dekorativ-gül bitkilərinə aiddir. Azərbaycanda 9 növü yayılmışdır ki, onlardan 2 növü (Amaranthus cruentus və Amaranthus hypochondriacus) gülçülükdə istifadə olunur. Pəncərin toxumları may ayında torpağa əkilir. Enli, şaxələnmiş bitki yetişdirmək üçün pəncərin köklərini torpaqda bıçaqla əyri kəsmək lazımdır. Pəncər kolunun gözəl olması üçün iyun ayında bitkinin təpə tumurcuğu qopardılır. Dərilmiş pəncər otaq şəraitində güldanda yaxşı görünür.
Kontes
Kont(qraf), Avropada bir əsilzadə ünvanı. Kontun xanımına və ya kont mövqeyindəki qadına kontes deyilir. Böyük Britaniyadak; qarşılığı earldür. Hal hazırda, əsilzadəlik sıralamasında markizdən sonra, markizin olmadığı ölkələrdə hersoqdan sonra gəlir. Sözün etimologiyası Latin dilində comes (müşayətçi, nəzarətçi) sözündən gəlməkdədir. Roma İmperiyasında comeslər imperatorun müşayətçilərindən biri idi. Franklarda isə kontlar yerli komandir və hakimlər idilər. Kontlar zamanla feodal quruluşa daha cox integrasiya oldular və hersoqun müavini vəzifəsinə yüksəldilər. Flandriya, Tuluza ve Barselona kimi bəzı ölkə ve qraflıqlarda isə hersoq mövqeyinə bərabər hala gəldilər. Kralların feodal bəylər üzərindəki hakimiyyətlərini artırmağa çalışdıqları sonraki dövrlərdə hakimiyyətlər get-gedə mərkəzləşdi və kontlar siyasî güclərini itirdilər.