Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Proletariat diktaturası
Proletariat diktaturası (rus. Диктату́ра пролетариа́та) —marksist nəzəriyyəyə görə, fəhlə sinfinin maraqlarını əks etdirən siyasi hakimiyyət forması. Marksizmə görə bir yerdə sinfi bərabərsizlik varsa, orada o sinfin diktatorluğu vardır. Lakin proletariat diktatorluğu cəmiyyətin çoxunu əhatə edən işçi və əməkçilərin ancaq özlərininn istismarçı azlığa qarşı uyğuladığı bir diktatorluqdur. Beləliklə bu yardılmış idarə forması işçi və əməkçi sinif üçün demokratiya, istismarçı azlıq üçün isə diktatorluqdur. Eynən bu gün də (sözdə kapitalist demokratiya) bir qrup sömürücü kapitalist üçün demokratiya, cəmiyyətin istismar edilən çoxluğu üçün isə diktator olması kimi. Marksizmdə diktatorluq qavramı bir siyasi idarə etmə forması deyil, sinif üstünlüyünü başa salır. Proletariat diktaturasında cəmiyyətin istismarçı çoxluğunu yaradan əməkçi siniflərə dönük bir basqı və zorbalıq ola bilməz. Onlar daha öncə heç yaşamadıqları qədər azadlığa və demokratiyaya qovuşacaqlar. Özləri istehsal edib, özləri idarə etməyə başlayacaqlar.
Proletariya
Proletariya (alm. Proletariat‎; lat. proletarius — yoxsul sözündən) — müasir cəmiyyətdə əsas siniflərdən biri, muzdlu fəhlə; fəhlə sinfi. Yoxsul, heç bir mülkiyyəti olmayan adama deyilir. Marksist nəzəriyyədə proletariat istehsal vasitələrinə sahib olmayan sinfin adıdır. Proletar maaş alan fəhlədir. Proletariat, feodalizmin həll edilməsilə mülksüzləşən insanların, əmək gücünü müəyyən ödəniş qarşılığında satmaqdan başqa həyat variantı qalmaması ortaya çıxan, istehsaldakı mövqeləri etibarilə müəyyən bir qrup təşkil edən təbəqənin sinfi kimi tanınmasıdır. Marksizm proletariat və burjuaziya (kapitalist sinif) bir-birinin ziddi iki mövqeyə ayırır, nümunə olaraq zavod işçisi pulunu mümkün qədər almaq istəyərkən müdir sayılan istehsal vasitələrinə malik insanlar da mümkün qədər az verməyə çalışır. Bunun da arxasında, hər iki sinif, istehsaldakı yerləri və ictimai həyatdakı mövqeləri tamamilə qarşıdurma vəziyyətindədirlər. Bu qarşıdurma müvəqqəti və aradan qaldırılan deyil, əksinə, ancaq sinifsiz cəmiyyətə keçdikdə bitəcək bir qarşıdurmadır.
Bakinski proletari
"Bakinski proletari" (az.-əski. باکینسکی پرولئتاری‎, rus. Бакински пролетари; mənası – Bakı proletarları) — Çar Rusiyası dövründə Azərbaycanda gizli fəaliyyət göstərmiş bolşevik qəzeti, RSDFP Bakı təşkilatının orqanı. == Tarixi == Qəzetin ilk nəmrəsi 20 iyun 1907 ildə Bakıda çıxmışdır. Birinci nömrəsi RSDFP Bakı təşkilatı Balaxanı rayonunun, ikinci nömrəsi Balaxanı və Qara Şəhər rayonlarının orqanı kimi çıxmışdır. Qəzet marksizm–leninizm nəzəriyyəsini təbliğ etmiş, proletariatın sinfi mübarizəsində partiyanın avanqard rolunu təmin etmək uğrunda ardıcıl, menşeviklərə qarşı fəal mübarizə aparmış, Vladimir Leninlə, "Proletari" və "Sosial-demokrat" qəzetlərinin redaksiyaları ilə əlaqə saxlamışdır. Yerli partiya orqanlarının möhkəmləndirilməsi sahəsində aparılan işlərə xüsusi diqqət yetirilirdi. Nəşri sonuncu – 7-ci nəşrindən sonra, 29 avqust 1909-cu ildə mətbəənin dağıdılması təhlükəsi ilə əlaqədar dayandırılmışdır.
Molodoy proletari
Molodoy proletari (az-əbcəd. مولودوی پرولئتاری‎, azərb-kiril. Молодој пролетари, rus. Молодой пролетари; mənası – gənc proletarlar) — Azərbaycanda həftəlik leqal jurnal. Bakı və Rayonlarının Fəhlə-Kəndli Gənclər İttifaqının orqanı. Bakı və Rayonlarının Fəhlə-Kəndli Gənclər İttifaqının orqanı kimi fəaliyyət göstərən "Molodoy proletari" jurnalı 28 dekabr 1919-cu ildən 9 fevral 1920-ci ilədək çıxmışdır. Cəmi 5 nömrəsi nəşr olunmuşdur. "Molodoy proletari" jurnalı fəhlə və gəncləri Azərbaycan Xalq Cümhuriyyətinin Müsavat hökumətinə qarşı, kommunist hakimiyyəti uğrunda mübarizəyə çağırmışdır. "Molodoy proletari" 10 fevral 1920-ci ildə AXC hökuməti tərəfindən dayandırılmışdır.
Proletari (qəzet)
Proletari — Həftəlik gizli bolşevik qəzeti. RSDFP-nin Mərkəzi Orqanı idi. Həmin partiyanın III qurultayının qərarı əsasında yaradılmışdır. Partiyanın Mərkəzi Komitəsi Plenumunun qərarı ilə 1905-ci il aprelin 27-də (mayın 10-da) V. İ. Lenin Mərkəzi Orqanın məsul redaktoru təyin edildi. Qəzet 1905-ci il mayın 14-dən (27-dən) noyabrın 12-dək (25-dək) Cenevrədə nəşr olunmuşdur. 26 nömrəsi çıxmışdır. "Proletari" köhnə, leninçi "İskra"nın xəttini davam etdirdi; "Vperyod" bolşevik qəzetinin ənənələrini tamamilə qoruyub saxladı. V. İ. Lenin, "Demokratik inqilabda sosial-demokratiyanın iki taktikası", Bakı, "Azərnəşr", 1969, səh. 138.