Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Propan
Propan, C3H8 — Alkanlar sinfindən üzvi maddə. Təbii qazın tərkibində mövcuddur və neft məhsullarının parçalanması zamanı əmələ gəlir. Zəhərlidir. Propan rəngsiz, iysiz qazdır. Suda çox az miqdarda həll olur. Qaynama temperaturu −42,1 °S. Buxar konsetntratları 2,1%-dən 9,5%-ə qədər olan hava ilə qatışığı partlayış təhlükəsi yaradır. 0,1 MPa təzyiqdə (760 mm c.süt.) öz-özünə yanma temperaturu 466°S-dir. Alkan sırasının digər nümayəndələri ilə eyni kimyəvi xassələrə malikdir (dehidridləşmə və s.).
Brötan
Bretan (fr. Bretagne, IPA: [bʁətaɲ]) — Fransanın şimal-qərbində bölgədir. == Tarixi == 1779-cu ildə Bretanda qarın yatalağı xəstəliyi səbəbindən 100 min adam ölmüşdü.
Prokat
Prokat, yayıq (metallurgiyada) — prokat istehsalının məhsulları, qızmar və sojyr yayma üsulları ilə alınan metal məmulat (vərəq, zolaq, lent, rels, boru və s). Prokat istehsalı poladdan və digər metaldan yayma yolu ilə müxtəlif məmulat və yarımfabrikat (prokat) alınması, habelə onların keyfiyyətini artırmaq məqsədilə təkrar emal edilməsi (termiki emal, örtük çəkmə və s.). Sənaye ölkələrində əridilən poladın 4/5 hissəsindən çoxu yayma üsulu ilə emal edilir. Prokat istehsalı adətən metallurgiya (az hallarda maşınqayırma) zavodlarında təşkil edilir və bir qayda olaraq (xüsusilə qara metallurgiyada) istehsal dövrünün sonuncu mərhələsi olur. Əsas prokat növlərinə aşağıdakılar aiddir: yarımməhsul və ya pəstah, vərəq və çeşid prokat, yayma boruları, maşın detalları pəstahları (xüsusi prokat növləri) — təkər, halqalar, oxlar, burğular, kürələr, dəyişən en kəsikli profillər və s. Ölçüləri göstərilməklə yayılan məmulatlar prokat çeşidi (sortamenti) adlanır. Prokatın əsas hissəsi azkarbonlu poladdan, bəzi hissəsi legirlənmiş va tərkibində karbonun miqdarı artırılmış (0,4%-dən çox) poladlardan hazırlanır. Əlvan metal (alüminium, mis, maqnezium, sink və onların ərintiləri) prokatları başlıca olaraq vərəq, lent və məftil şəklində istehsal olunur (əlvan metallardan boru və çeşidli profillər başlıca olaraq pressləmə yolu ilə hazırlanır). Müasir metallurgiya zavodlarında polad prokat iki üsulla istehsal olunur. Birinci üsulda başlanğıc material kimi metal qəlibə tökülmüş külçələrdən istifadə edilir.
Prolin
Prolin (Pro, P) — Protein formalaşdıran 20 aminturşulardan biri. Prolin və törəmələri üzvi reaksiyalarda assimmetrik katalizator kimi istifadə olunur.
Propin
Propin (CH3-C≡CH) — Alkinlər sinfindən doymamış karbohidrogen.
Proton
Proton (kimya) — kimyada hidrogenin kationu. Proton (fizika) — elementar yüklənmiş hissəcik. Proton (raket) — Rusiya raketi. Proton (avtomobil) — Malayziyada avtomobil markası.
Provans
Provans (fr. Provence;Provansca:Provença və ya Prouvènço) — cənub-şərqi Fransada bir regiondur. İtaliya ilə qonşu olan bu region Provans-Alp-Kot Dazur əyalətinin inzibati hissəsidir. Aralıq dənizi sahilində yerləşir. Mərkəzi Marsel şəhəridir.
Proşyan
Proşyan — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd olmuşdur.
Xroman
Xroman (benzodihidropuran) — heterotsiklik quruluşa malik üzvi birləşmədir və kimyəvi formulu: С 9 Н 10 О Daha mürəkkəb quruluşa malik törəmələri vardır: tokoferol, tokotrienol. Dianin birləşməsi, eləcə də dərman preparatları- troqlitazon, ormeloxifene və nebivolol. Bu maddələr çox vaxt elə xromanlar adlanır. Xromane, 2 və 3 mövqelərində orto əridilmiş bir benzol halqa olan bir piran halqadan ibarət olan bir benzopirandır Fenolun və asetonun kondesləşməsindən alınır . Mezitil fenolun oksidləşməsindən Dianin birləşməsi alınır. Dianin bu reaksiyanı turş mühitdə aparmışdır 2,2,4-trimetil-4–4(oksifenil)xroman adlandırmışdır Qaynama temperaturu: 215 °C Molekul kütləsi: 268,3 q\mol Alışma temperaturu: 156,4 oC Sərbəst oksi qrupun iştirakı ilə β-(o-oksifenil) etilalkil (XXXV və XLII) və ya arilketon təsiri il γ-xromen (XLIII) əmələ gəlir ki, buda katalizator iştirakı ilə xromana bərpa olunur(VI). Natrium amalqaması və spirt qüvvətli reduksiyaedicidir və ketonların xromanlara reduksiya edilməsində istifadə edilir(XLVII-XLVIII) Tibbdə və yüngül sənayedə istifadə edilir. Кан Р., Дермер О. Введение в химическую номенклатуру = Introduction to Chemical Nomenclature / Пер. с англ. Н. Н. Щербиновской, под ред.
Pozan
Pozan — dəftərxana ləvazimatı. Tarixən yazını və ya ləkəni silmək üçün quru çörəkdən istifadə ediblər. Lakin Avropaya Latın Amerikasından kauçuk gətirəndən sonra (əsasən Braziliyadan), onun daha yaxşı sildiyi müşahidə edilir. Buna istinad edərək 1770-ci ildə ingilis Cozef Pristli ilk pozanı düzəldir. 1858-ci ildə aisə amerikalı Hayman Lipman karandaşın ucuna pozanın yerləşdirməklə yeni konsstruksiya ixtira edir.
Roman
Roman — yazılı ədəbiyyatın və epik növün ən irihəcmli janrı. XII-XIII əsrlərdə ispan, italyan, fransız dillərində yazılmış hər bir nəsr əsərinə roman deyilirdi. "Roman" sözü fransız, ispan, italyan və s. dillərinin daxil olduğu roman dil qrupunun adı ilə bağlıdır. Bu dillərdə təhkiyə üsulu ilə qələmə alınan hər hansı bədii əsər XII-XIII əsrlərdə roman adlandırılsa da, sonralar roman xüsusi janr kimi formalaşmışdır. Roman epik növün həcm etibarilə ən böyük janrdır. Romanda təsvir edilən hadisələr və surətlər povestlə müqayisədə xeyli çoxdur. Hekayə və povestdə yazıçı, adətən, qəhrəmanın həyatının müəyyən bir mərhələsini təsvir etdiyi halda, romanda yazıçı qəhrəmanı dinamik inkişafda göstərmək, bəzən onun bütün ömür yoluna nəzər salmaq imkanı qazanır. Silsilə təşkil edən iki hissəli roman dilogiya, silsilə təşkil edən üç hissəli roman trilogiya adlanır. Mehdi Hüseynin "Abşeron" və "Qara daşlar" romanları birlikdə dilogiya təşkil edir.
Royan
Royan (fars. رويان‎) — İranın Mazandaran ostanının Nur şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,339 nəfər və 1,708 ailədən ibarət idi.
Feofan Qrek
== Həyatı == Feofan Qrek (təq. 1340, 1330 və ya 1335, Konstantinopol – təq. 1410) – Bizansda və qədim Rus dövlətində işləmiş ikonaçı rəssam. Konstantinopol, Qalata, Xalkedon və Kafada (indiki Feodosiya, Krım) bir sıra kilsənin divar rəsmləri ona məxsusdur. Rusiyadakı işləri Novqoroddakı Spas-Preobrajeniye kilsəsi (1378), Moskva Kremlindəki Arxangel (1399, Semyon Çyornı ilə birgə), Blaqoveşşenie (1405, Andrey Rublyov və Qorodetsli Ptoxor ilə birgə) baş kilsənin divar rəsmləri və s. Blaqoveşşenie baş kilsəsindəki Spas, Müqəddəs Məryəm, Arxangel Qavriil, Apostol Pavel, İoann Zlatoust və s. ikonalar Feofan Qrekə aid edilir.
Proton (avtomobil)
PROTON Holdinq — avtomobil dizaynı, istehsalı, paylanması və satışını həyata keçirən Malayziyanın ən böyük yerli avtomobil şirkətidir. Proton avtomobilləri hazırda ən azı 15 ölkədə satılır, əksəriyyəti Asiyada yerləşir. Şirkətin qərargahı Shah-Alam, Selanqor şəhərində yerləşir və Proton, Perakda filialları mövcuddur. Proton 1985-ci ildən fəaliyyətə başlamış və 1993-cü il Perodua yaradılana qədər ölkədə tək milli sertifikatlaşdırılmış avtomobil şirkəti olmuşdur. Başlanğıcda, fəaliyyət Mitsubishi avtomobillərinin təkmilləşdirilməsindən ibarət idi. 90-cı illərin ikinci yarısından şirkət yerli modelləri inkişaf etdirir. Şirkət 2000-ci ildə ilk yerli avtomobilini istehsal edərək Malayziyanı dünyada avtomobil istehsalına malik olan 11-ci ölkə olaraq tanıtdı. Şirkətin loqosu bir aypara və on dörd guşəli ulduz idi. Yalnız 90-cı illərin sonunda Proton bir pələng başı təsviri və "Proton" yazısı ilə yeni bir logoya sahib oldu. 3 avqust 2008-ci ildə Proton 3 milyonuncu avtomobilini buraxdı.
Proton (dəqiqləşdirmə)
Proton (kimya) — kimyada hidrogenin kationu. Proton (fizika) — elementar yüklənmiş hissəcik. Proton (raket) — Rusiya raketi. Proton (avtomobil) — Malayziyada avtomobil markası.
Proton (fizika)
Proton - atomun nüvəsini təşkil edən iki hissəcikdən biri. Proton (yunan: protos birinci) hadronlar qrupuna daxildir və üç kvarkdan ibarətdir. Buna görə də o, eyni zamanda baryonlar qrupuna (üç kvarkdan ibarət hissəciklər) aiddir. Hər atom bir nüvə və nüvənin ətrafındakı orbitlərdə fırlanan elektronlardan ibarətdir. Nüvənin özü isə proton və neytron adlı hissəcikərdən meydana gəlmişdir. Elektronlar malik olduqları elektrik yükünə görə nüvənin ətrafında davamlı şəkildə fırlanırlar. Bütün elektronlar mənfi (-), bütün protonlar isə müsbət (+) elektrik yüklüdürlər. Hər bir elementin bütün atomlarının nüvəsində eyni sayda proton olur. Protonların sayı həmin elementin atom nömrəsini və periodik cədvəldə yerini müəyyənləşdirir. Protonun kütləsi təqribən 1.67262 × 10−27 kq-dır.
Proton (raket)
Proton (UR-500, "Proton-K", "Proton-M") — Rusiya daşıyıcı raketi. Raketdən ağır yüklərin kosmosa çıxarılması üçün istifadə olunur. Proton avtomatlaşdırılmış kosmik aparatları həm Yerin orbitinə, həm də açıq kosmosda uzaq məsafələrə daşıya bilir. "Proton" XX əsrin 60-cı illərinin əvvəlində yaranmışdır. Əvvəlcə Raket 2 proqramı çərçivəsində 30–100 meqaton mərmilərin kontinentlərarası nəqli üçün nəzərdə tutulan raket kimi layihələndirilmişdir. 1965-ci ildə bu məqsəddən yayınaraq aya uçuş proqramı daxilində kosmosa uçan raket kimi inkişaf etdirilir. 16 iyul 1965-ci ildə ilk alınmayan startından sonra onun üzərində çoxlu sayda təkmilləşdirmə işləri aparılır. Hazırda bu raket dünyada ən etibarlı daşıyıcı sayılır. Çatışmayan cəhəti ətraf mühitə mənfi təsir göstərən hipergolen və toksik qaz qarışıqlarıdır. 2000-ci illərin ortalarından etibarən Proton raket-daşıyıcısının yeni modifikasiya olunmuş variantı Proton-M həm Rusiyaya məxsus kosmik aparatların, həm də xarici kommersial kosmik yüklərin kosmosa çatdırılması üçün istifadə olunur.
Proton parçalanması
Zərrəciklər fizikasında proton parçalanması protonun neytral pion və pozitron kimi daha yüngül subatomik hissəciklərə çevrildiyi hissəciklərin parçalanmasının hipotetik bir formasıdır. Proton parçalanması hipotezi ilk dəfə 1967-ci ildə Andrey Saxarov tərəfindən tərtib edilmişdir. Bir çox əhəmiyyətli səylərə baxmayaraq, proton parçalanması heç vaxt müşahidə edilməmişdir. Proton pozitron vasitəsilə parçalanarsa, protonun ömrünün yarısı ən azı 1,67×1034 il olmalıdır. Standart Modelə görə, baryonun bir növü olan protonlar sabitdir, çünki baryon sayı (kvark sayı) qorunur . Buna görə protonlar özünün digər hissəciklərinə parçalanmırlar, çünki onlar ən yüngül (və buna görə də ən enerjili) baryondur.
Proton transferi
Protn transferi və ya protun hərəkəti proutnun (p və ya H+) bir molekuldan digərinə hərəkətidir. Enerji baryerindən protunun hərəkəti əhəmiyyətli effektdir. Bu proses hidrogen rabitəsinə malik olan bir çox kompleks birləşmələrdə baş verir (DNT, zülallar və s.). Propandial və ya malonaldehid molekuldaxili proton transferinin baş verdiyi molekula sadə bir nümunədir. Proton transferi həmçinin su, hidroxlorik turşusu və i. a. digər qeyri- üzvi və ya mineral birləşmələr arasında da baş verir. Suda pH - ın 7. 00 olması su molekulları arasında proton transferinə imkan verir. H2O → H+ + OH- H2O + H+ → H3O+ Bu iki reaksiyanı ümumiləşdirsək: 2H2O -[pt]→ H3O+ + OH- proton transferi [pt] kimi işarə olunur.
Proton çürüməsi
Zərrəciklər fizikasında proton parçalanması protonun neytral pion və pozitron kimi daha yüngül subatomik hissəciklərə çevrildiyi hissəciklərin parçalanmasının hipotetik bir formasıdır. Proton parçalanması hipotezi ilk dəfə 1967-ci ildə Andrey Saxarov tərəfindən tərtib edilmişdir. Bir çox əhəmiyyətli səylərə baxmayaraq, proton parçalanması heç vaxt müşahidə edilməmişdir. Proton pozitron vasitəsilə parçalanarsa, protonun ömrünün yarısı ən azı 1,67×1034 il olmalıdır. Standart Modelə görə, baryonun bir növü olan protonlar sabitdir, çünki baryon sayı (kvark sayı) qorunur . Buna görə protonlar özünün digər hissəciklərinə parçalanmırlar, çünki onlar ən yüngül (və buna görə də ən enerjili) baryondur.
Provans dialekti
Provans dialekti (oks. Provençau və ya Prouvençau) — Oksitancanın dialektlərindəndir ki, Fransanın cənubunda əsasən Provansda danışılır.
Proven (rayon)
Proven (fr. Provins) — Fransanın İl-de-Frans regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Sena və Marna. Suprefektura — Proven. Rayon əhalisi 2006-cı ildə 154 269 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 93 nəf / km². Rayon sahəsi — 1651 km².
Romen Qrojan
Romen Qrojan (fr. Romain Grosjean, d. 17 aprel 1986, Cenevrə) — Fransa lisenziyasında yarışan İsveçrə və Fransa yarışçısı, GP2 seriyasının çempionu (2011). 2009-cu ildən 2012-ci ilə kimi Formula 1 pilotu; 2016-ci ildən bəri Haasda çıxış edir. Lotus komandası üçün 10 podium qazanmışdır. Evlidir. O və onun həyat yoldaşı Marionun Saşa (2013), Simon (2015) adlı oğulları və Kamilla adlı qızları (2017) var. 2000-ci ildə ilk dəfə avtoidmanında bir çox kartinq müsabiqəsində iştirak edərək özünü sınadı. Qrojan çox tez müxtəlif müsabiqələrdə peloton liderləri ilə bərabər mübarizə apardı. 2001-ci ildə İCA sinfində Fransa çempionluğunu qazanmış, iki il sonra İsveçrə və İtaliyada Formula Reno seriyasındakı 1.6 litrlik sinif yarışlarında iştirak edən formula tipli yarışda debüt etdi.
Əsgər Broyan
Əsgər Böyüki Broyan (erm. Ասկյար Բոյիկի Բրոյան) və ya Əsgəre Böyük (kürd. Eskerê Boyîk; 31 avqust 1941, Kondaxsaz, Abaran rayonu) — yezidi əsilli SSRİ şairi və yazıçısı. Broyan Ermənistan SSR-in Kondaxsaz kəndində, yezidi ailəsində anadan olmuşdur. O, öz kəndində, daha sonra Elegəz kəndində məktəbə getmişdir. İrəvanda iqtisadiyyat üzrə təhsilini davam etdirmiş və 1966-cı ildə o ixtisası bitirmişdir. Broyan erməni və rus dillərində çoxlu məqalələr yazmışdır. O, kürd ədəbiyyatı ilə bağlı araşdırmaları ilə gündəmə gəlmişdir. Broyan 1960-cı illərdə kürdcə şeir və məqalələr yazmağa başlamışdır. O, SSRİ kürdləri ilə bağlı bir çox araşdırmalar hazırlamış, kürdologiyanın inkişafı üçün fəaliyyət göstərmişdir.
Vitali Pronin
Vitali Aleksandroviç Pronin (1 yanvar 1952, Neftçala rayonu – 7 yanvar 2020, Kürdili, Neftçala rayonu) — Azərbaycan münzəvisi, Kürdili adasının son sakini. O, yerli mediada "Neftçalanın Robinzon Kruzosu" ləqəbi almışdır. 1952-ci ilin 1 yanvar tarixində Neftçala rayonunda anadan olmuşdur. Atası Vladimir fəhlə, anası Antonina klub müdiri olub. Orta məktəbi də Kürdili kəndində bitirib, əsgərliyə gedib, qayıdıb traktorçu işləməyə başlayıb. İki qardaşı, iki bacısı var idi. Qardaşları Valentin və İvan Moskvada, bacıları Nadejda və Qalina isə Rusiyanın Tolyatti şəhərində yaşayırlar. Xəzər dənizində suyun səviyyəsi yüksəlib kəndin rayon ilə əlaqəsi kəsilməyə başlayanda ailələr kənddən köçüb, lakin Vitalinin ailəsi və daha bir neçə ailə kənddə qalıb. Daha sonra adanın yeganə sakininə çevrilib. 7 yanvar 2020-ci il tarixində axşam saatlarında özü haqqında çəkilişlərdən bir qədər sonra evində vəfat edib.