proobraz
propedevtika
OBASTAN VİKİ
Propan
Propan, C3H8 — Alkanlar sinfindən üzvi maddə. Təbii qazın tərkibində mövcuddur və neft məhsullarının parçalanması zamanı əmələ gəlir. Zəhərlidir. == Fiziki xassələri == Propan rəngsiz, iysiz qazdır. Suda çox az miqdarda həll olur. Qaynama temperaturu -42,1 °S. Buxar konsetntratları 2,1%-dən 9,5%-ə qədər olan hava ilə qatışığı partlayış təhlükəsi yaradır. 0,1 MPa təzyiqdə (760 mm c.süt.) öz-özünə yanma temperaturu 466°S-dir. == Kimyəvi xassələri == Alkan sırasının digər nümayəndələri ilə eyni kimyəvi xassələrə malikdir (dehidridləşmə və s.).
1,3-Propandiol
1,3-Propandiol (СН2(СН2ОН)2) – üzvü birləşmədir. Suda yaxşı həll olan qatı rənqsiz mayedir. == Tətbiqi == 1.3-Propandiol əsasən politrimetilen tereftalat kimi polimerlərin istehsalı üçün xammal kimi istifadə olunur. Bu maddə kompozitlər, yapışqanlar, laminatlar, boyalar və bir çox sənaye məhsuluna əlavə olunur. Antifriz mayelərində və boyalarında bir həlledici olaraq da istifadə olunur. == Toksikliyi == Pişiklərlər üzərində aparılan təcrübələrdən alimlər 1.3-propandiolun 1.2-propilenqlikoldan təxminən iki qat daha zəhərli olduğunu təsbit ediblər. == Təhlükəsizlik == 1,3-Propanediol, buxar və ya buxar / aerosol qarışığının inhalyasiyası ilə əhəmiyyətli bir təhlükə yaratmır. == Mənbə == Химическая энциклопедия. - Т.4. - М.: Советская энциклопедия, 1995.

Digər lüğətlərdə