Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pustoy adası
Pustoy adası — Şimal Torpağına daxil olan ada. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır rayonu ərazisinə daxildir. Kara dənizində, Oktyabr İnqilabı adasından 700 metr qərbdə yerləşir. Jiloy yarımadası ilə Paris Kamunası yarımadası arasında kiçik adalar vardır: Kolosov adaları 9 km cənubda, Zabor 6,4 km cənubda və Blizkiy adası 4,5 km cənub-şərqdə yerləşir. Şimal-qərbdən cənub-şərqə 1,3 km uzunluğa, 800 metr enə malikdir. Hündülüyü böyük deyil. Ada alcaqboylu otlarla örtülü olur.
Pistoya
Pistoya (it. Pistoia) — İtaliyanın Toskana regionunda şəhər.
Pustomi
Pustomi (fr. Pousthomy, oks. Postòmis) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sen-Sernen-syur-Rans kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12186. Kommuna təxminən Parisdən 560 km cənubda, Tuluza şəhərindən 100 km şimal-şərqdə, Rodezdən isə 55 km cənubda yerləşir. 2008-ci ildə əhalinin sayı 216 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 139 nəfərin (15-64 yaş arasında) 105 nəfəri iqtisadi cəhətdən fəal, 34 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 75.5%, 1999-cu ildə 63.4%).
Rustov
Rustov — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycanın Quba rayonunda Böyük Qafqaz dağlarının ətəklərində yerləşən gözəl bir qəsəbədir. Qəsəbədə bir çox tarixi abidələr vardır. Qədim tarixə malikdir. Qəsəbədə olan tarixi abidələr və tapıntılar bunu sübut edir. 1587 də Osmanlı İmperiyası tərkibində Cənubi Qafqazda Dərbənd əyalətinin Rustov sancağı olmuşdur. Rustov oyk., sadə. Quba r-nunun eyniadlı i.ə.v.-də kənd. Rustov çökəkliyindədir. Yerli tələffüz forması Rustadır.
Pastor
Alasığırçın (lat. Pastor) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinə aid heyvan cinsi.
Pesto
Pesto- əzilmiş reyhan və sarımsaq ilə duz, şam fıstığı, pendir və zeytun yağı qarışığından əldə edilən bir sousdur.Mənşəi İtaliyanın Liquriya regionunun mərkəzi olan Genuya şəhəridir
Puştu
Puştu dili, Əfqan dili — puştunların ana dili, Hind-Avropa dillərinin İran dilləri qrupuna daxildir. Bütün cənub və cənub-şərqi Əfqanıstanda, şimal-qərbi və qərbi Pakistanda yayılmışdır. Dəri dili ilə birlikdə Əfqanıstanda rəsmi dövlət dilidir. Leksikasına hind, fars, ərəb, türk, monqol, Qərbi Avropa dillərindən çoxlu söz keçmişdir. Yazıda ərəb əlifbasından istifadə edilir. İlk yazı nümunələri XIII əsrə aiddir.
Püstə
Püstə — Elaegnaceae fəsiləsindən olub, Azərbaycanda qədim vaxtlardan becərilir. Sinonimi Terebinthus Mill. 10 ağac və kol növü məlumdur. Yabanı halda Orta Asiyada, İranda, Suriyada və Türkiyədə bitir. Azərbaycanda püstə mədəni bitki kimi çox qədimdən becərilir və iki yabanı növü yetişdirilir. Püstə ağacı xüsusən, Abşeronda çoxdan becərilən qiymətli subtropik bitkidir. Onun Krımda, Orta Asiyada da xeyli vaxtdan plantasiyası salınmışdır. Hazırda bu qiymətli bitkiyə Abşeronda nadir halda təsadüf olunur. Halbuki, vaxtilə Bakının bir çox qəsəbələrində və kəndlərində o, məhsuldar və faydalı bitki kimi istifadə edilirdi. Yarpaqlarının üst hissəsi parlaqdır.
Filipp Quston
Filipp Quston (tam adı:Phillip Goldstein; ing. Philip Guston; 27.7.1913, Monreal, Kanada - 7.6.1980, Nyu-York, ABŞ) - amerikalı rəssam. == Həyat və yaradıcılığı == Filipp Quston, Kanadada yəhudi mühacir ailəsində anadan olmuşdur. Ailəsi, Rusiya İmperiyasının Odessa şəhərindən Kanadaya və ordanda Los-Anceles şəhərinə köçümşüdür. O, gənc yaşlarınsan komikslər çəkməyə başlamışdı. Təhsilini Klivlənd rəsm məktəbində almağa başladı. XX əsrin 30-cu illərində Corc de Kirikonun metafizik realizm stilinə və həmçinin qocaman italyan rəssamları olan Andrea Manteni, Mazaçço, Paolo Uççelonun rəsm əsərlərinə diqqət ayırırdı. XX əsrin 30-cu illərin sonlarında Quston divar rəsmlərinin inkişafı haqqında dövlət proqramı üzərində işləyir, ancaq 40-cu illərin əvvəllərində dəzgah rəsmlərinə geri qayıdır. Filipp Qustonun əsas xüsusiyyəti ondan ibarət idi ki, o yeni rəsm əsərləri üzərində işləyərkən əvvəllki rəsmlərin fraqmentlərindən tez-tez istifadə edirdi. 1947-ci ildə Quston öz "Cəlladlar" (ing.
Mustay Kərim
Mustay Kərim (1919-2005) — Başqırdıstanın xalq şairi. "Gənclik" nəşriyyatının çap etdiyi "Dağlar da insan kimidir" (redaktoru İ.Tapdıq) şerlər kitabı ilə Başqırdıstanın xalq şairi Mustay Kərim bizə daha da doğmalaşdı, poeziya süfrəmizin çox hörmətli qonağı oldu. İstedadlı şair Eyvaz Borçalı Mustaya məxsus rəngləri, boyaları, poetik dil duruluğunu çox yaxşı mənimsəyib tərcümə edə bilmişdir. Mustay Kərimin qələm dostu, şöhrət qonşusu, SSRİ Dövlət mükafatı laureatı Nəbi Xəzri kitaba çox səmimi giriş sözü yazmışdır. Giriş sözündə deyilir: "Mən hər dəfə Mustay Kərimi düşünəndə o qənaətə gəlirəm ki, sənətkarın əsl böyüklüyünü təyin etmək üçün gərək onun doğma torpağına gedəsən, onu öz xalqı ilə təmasda görəsən". Doğrudan da Ufa, Dem, Ağ çay boyunca hərəkət edib, şairin öz dili ilə desək, xatirədə ağcaqayın yarpağına bənzəyən bərəkətli, məhsuldar başqırd torpağını gəzən adama elə gəlir ki, belə bir yerdə şair olmamaq mümkün deyil. Belə əlvan təbiətli, qonaqpərvər bir yerin şairi ancaq Mustay Kərim kimi geniş ürəkli, humanist və səxavətli olmalıdır. Onun şirin söhbətlərini dinlədikcə ölkənin fəqərə sütunu sayılan Ural dağlarının əzəməti ilə qarşılaşırsan; hiss edirsən ki, sənətkar da öz qələmi ilə neft çıxaranın qoluna qüvvət verir; Başqırdıstanın inkişaf eləmiş sənaye və kənd təsərrüfatı rayonuna çevrilməsində şeirin də payı var. Bu torpağın qüdrətini şer qədər duya və tanıda bilən ikinci bir qüvvə tapmaq çətindir. Şer başqırd torpağının elə təmiz, elə büllur, elə baş alıb gedən ağ çayıdır ki, heç bir relyef-sədd bu güc-qüvvənin qarşısında dura bilməz.
Pastor roseus
Adi alasığırçın (lat. Pastor roseus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin alasığırçın cinsinə aid heyvan növü. Lələklənməsinin əksəriyyəti çəhrayıdır. Başında kəkili vardır. Başı, boynu, qanadları və quyruğu qara rəngdə, metal parlaqlıdır. Cavan quşlarda kəkil olmur. Onların rəngi bozumtul-qonur, bədənin altı daha açıq rəngdədir. Sürü halında gəzirlər. Yerdə, ağaclarda və kollarda yemlənir. Çığırtısı və nəğməsi kəskin-cırıltılı və xırıltılı səslərdir.
Pistoya (vilayət)
Pistoya (it. Provincia di Pistoia) — İtaliyanın Toskana regionunda vilayət. Vilayətin inzibati mərkəzi eyniadlı şəhərdir . Vilayətin ərazisi 964.12 km2 sahəni əhatə edir, əhalisi isə 2015-ci ildə 291 788 nəfər olmuşdur. Vilayət düzən vadilər və dağların kombinasiyasından ibarətdir. Pistoyanın dağları və Abetone və Val-di-Lutz kurortları xizəkçi turistlər arasında populyar yerlərdir. Pistoyya şəhəri Lukkadan və Florensiyadan 40 km məsafədə yerləşir. Pistoya və Peşa şəhərləri güllərin və bitkilərin beynəlxalq bazarda satışı üçün yetişdirilməsində populyar yerlərdən bəziləridir. Kuarrata şəhər və kommunası isə taxta mebel istehsalı ilə məşhurdur. Vilayət 22 kommunaya bölünür.
Puster vadisi
Puster vadisi— İtaliyada Cənubi Tirolda Brixen yaxınlığında Mülbaç və Avstriya və Şərqi Tirolda Lixtenşteyn arasında Alp dağlarında şərq-qərb istiqamətində uzanan bir dərə. Puster vadisinin Cənubi Tirol bələdiyyələri Puster vadisi rayonunu yaradır.
Rustov (kənd)
Rustov — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycanın Quba rayonunda Böyük Qafqaz dağlarının ətəklərində yerləşən gözəl bir qəsəbədir. Qəsəbədə bir çox tarixi abidələr vardır. Qədim tarixə malikdir. Qəsəbədə olan tarixi abidələr və tapıntılar bunu sübut edir. 1587 də Osmanlı İmperiyası tərkibində Cənubi Qafqazda Dərbənd əyalətinin Rustov sancağı olmuşdur. Rustov oyk., sadə. Quba r-nunun eyniadlı i.ə.v.-də kənd. Rustov çökəkliyindədir. Yerli tələffüz forması Rustadır.
Rustov bələdiyyəsi
Quba bələdiyyələri — Quba rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Rustov mahalı
Rustov (Şeşpara) mahalı — Quba xanlığında mahal. İndiki Quba və Şabran rayonlarının ərazisində yerləşirdi. Rustov və ya Şeşpara mahalını Quba naibi Vəli bəyin qardaşı Yusif bəy idarə edirdi. Mahalın əhalisi maldarlıq və xalçaçılıq ilə məşğul olurdu. Xalçaçılıq xüsusilə Gəndov, Pirəbədil və Çiçi kəndlərində geniş yayılmışdır. Mahalın ərazisində 22 (26) kənd var idi. Mustafazadə Tofiq. Quba xanlığı. Bakı, Elm; 2005, 480 səh.. + 1 xəritə.
Rustov məscidi
Rustov kənd məscidi — 1903-cü ildə Quba rayonunun Rustov kəndində Hacı Zeynalabdin Tağıyevin köməyi ilə tikilmiş tarixi-memarlıq abidəsi. Məscid Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Abidə 2008-ci ildə restavrasiya edilib. Rustov kənd məscidi 1903-cü ildə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin köməyi ilə tikilib. Sovet işğalından sonra rəsmi sürətdə 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1933-cü ildə isə 17 idi. İşğaldan sonra məscid bağlanaraq taxıl anbarı kimi istifadə olunub. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra binadan yenidən məscid kimi istifadə olunmağa başlanılıb. Məscid Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Püştək (Mahnişan)
Püştək (fars. پشتک‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 358 nəfər yaşayır (90 ailə).
Hamqyon-Pukto
Hamqyon-Pukto (kor. 함경북도) — inzibati mərkəzi Çxoncin şəhəri olan Koreya Xalq Demokratik Respublikası (Şimali Koreya) vilayəti. Demək olar ki, vilayətin bütün əhalisi koreyalıdır. Viləyətdə Hamqyon dialekti üstünlük təşkil edir. Bu vilayət post-sovet ölkələrində yaşayan ən böyük koreyalı icmasının (Koryo-Saram) tarixi vətənidir. 1895-ci ildən əvvəl köçənlərin çoxu Yukçin regionundan gəlirdi. Daha sonra bunları Kilcu və Myonçxon qəzalarından gələn köçkünlər əvəz etmişdir. == Coğrafiya == Vilayət şimalda Çin, cənub-qərbdə Hamqyon-Namdo, qərbdə isə Ryanqando ilə həmsərhəddir. Vilayətin şərqində Yapon dənizi yerləşir. Vilayətdə həmçinin Tonhe kosmodromu və Hveryon konsentrasiya düşərgəsi yerləşir.
Həqiqi püstə
Kapitan Kusto
Jak-İv Kusto (Jacques-Yves Cousteau) (d. 11 iyun 1910 - ö.25 iyun 1997), Fransız okean mütəxəssisi, dəniz zabiti və kino rejissoru. Kapitan Kusto adıyla tanınan Jak-İv Kusto 1910-cu ildə Fransada doğulub. İxtiraçılar okeanı fəth etmək üçün hər zaman cəsarətli ideyalar irəli sürüblər. Hələ eramızdan əvvəl IV əsrdə Aristotel üzüaşağı çevrilmiş qazandan istifadə edib onun içərisindəki havanın köməyi ilə suyun altında nəfəs alan dalğıcları təsvir edib. Bü cür suyadalma üsulu birinci dalğıc günbəzinin yaradılması üçün nümunə olub. Son bir neçə əsrdə insanlar cürbəcür materiallardan çoxlu sayda dalğıc kostyumu yaradaraq sınaqdan keçiriblər. Amma bu kostyumların çoxunun çəkisi ağır, özü isə narahat olub, dalğıcın suyun dibinə müstəqil enməsinə imkan verməyib. 1943-cü ildə iki fransız – tədqiqatçı Jak-İv Kusto və mühəndis Emil Qanyan "sualtı ağ ciyər" – akvalanq ixtira edərək okeanın öyrənilməsi sahəsində əsl inqilab edirlər. Kifayət qədər yığcam və rahat aparat olan akvalanq suyun altında müstəqil hərəkət etməyə imkan verir.
Kütyarpaq püstə
Kütyarpaq püstə yaxud Atlantika püstəsi - (lat. Pistacia mutica Fisch.et C.A. Mey.) — Sumaqkimilər (Anacardiaceae Lindl.) fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Təhlükəli həddə yaxın olanlar”– NT. Azərbaycanın nadir növüdür. == Ümumi yayılması: == Rusiya, Türkiyə, İraq və Iranda təbii arealı vardır. == Azərbaycanda yayılması: == Abşeron, Quba, Qobustan, Göyçay, Ağdaş rayonları və Naxçıvan MR-in (Sədərək, Şərur) ərazilərində təbii halda rast gəlinir. Statusu: Azərbaycanın nadir bitkisidir. CR. B1ab(i, ii,iv). Bitdiyi yer İşıqlı quru yamaclarda yayılmışdır. == Təbii ehtiyatı: == Azərbaycanda təbii ehtiyatı çox deyildir. == Bioloji xüsusiyyətləri: == Kütyarpaq püstə təbiətdə 5–12 m hündürlüyü olan bir ağac növüdür.
Pasto (Kolumbiya)
Pasto (isp. Pasto) — Narino departamentinin paytaxtı, şəhərin əsası 1539-cu ildə ispanyalı Atris tərəfindən qoyulmuşdur. Pasto şəhəri İspaniya konkistadoru Sebastian de Belalcázar tərəfindən 1537-ci ildə qurulub. 1539-cu ildə başqa bir İspaniya konkistadoru Atris şəhəri cari yerinə köçürmüş və onu "San Xuan de Pasto" adlandırmışdı. Pasto şəhərinin iqtisadiyyatının inkişaf etməsinin əsas səbəblərindən biri italyan əsilli Qvido Buçelinin fəaliyyəti idi. Şəhər müstəmləkə dövründən bəri inzibati, mədəni və dini mərkəzi şəhər olmuşdur. Buna görə də şəhər Kolumbiyanın müqəddəs şəhəri hesab edilirdi. İspaniyaya qarşı Müstəqillik Savaşları zamanı Pasto realist bir şəhər idi. Partiya bu siyasi mövqeyə görə və coğrafi mövqeyindən ötrü müstəqillik qazandıqdan sonra, Pasto Kolumbiyanın qalan hissəsindən uzun müddət təcrid olunmuşdu. Kolumbiyanın inzibati bölgüsü Tunxa Monteriya Mokoa Florensiya (Kaketa) İnirida San Xose del Quavyare Alcaldía de San Juan de Pasto Portal de turismo y Cultura del Municipio de Pasto.
Pasto (departament)
Pasto (isp. Pasto) — Narino departamentinin paytaxtı, şəhərin əsası 1539-cu ildə ispanyalı Atris tərəfindən qoyulmuşdur. Pasto şəhəri İspaniya konkistadoru Sebastian de Belalcázar tərəfindən 1537-ci ildə qurulub. 1539-cu ildə başqa bir İspaniya konkistadoru Atris şəhəri cari yerinə köçürmüş və onu "San Xuan de Pasto" adlandırmışdı. Pasto şəhərinin iqtisadiyyatının inkişaf etməsinin əsas səbəblərindən biri italyan əsilli Qvido Buçelinin fəaliyyəti idi. Şəhər müstəmləkə dövründən bəri inzibati, mədəni və dini mərkəzi şəhər olmuşdur. Buna görə də şəhər Kolumbiyanın müqəddəs şəhəri hesab edilirdi. İspaniyaya qarşı Müstəqillik Savaşları zamanı Pasto realist bir şəhər idi. Partiya bu siyasi mövqeyə görə və coğrafi mövqeyindən ötrü müstəqillik qazandıqdan sonra, Pasto Kolumbiyanın qalan hissəsindən uzun müddət təcrid olunmuşdu. Kolumbiyanın inzibati bölgüsü Tunxa Monteriya Mokoa Florensiya (Kaketa) İnirida San Xose del Quavyare Alcaldía de San Juan de Pasto Portal de turismo y Cultura del Municipio de Pasto.
Puştu dili
Puştu dili, Əfqan dili — puştunların ana dili, Hind-Avropa dillərinin İran dilləri qrupuna daxildir. Bütün cənub və cənub-şərqi Əfqanıstanda, şimal-qərbi və qərbi Pakistanda yayılmışdır. Dəri dili ilə birlikdə Əfqanıstanda rəsmi dövlət dilidir. Leksikasına hind, fars, ərəb, türk, monqol, Qərbi Avropa dillərindən çoxlu söz keçmişdir. Yazıda ərəb əlifbasından istifadə edilir. İlk yazı nümunələri XIII əsrə aiddir.