Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Furano
Furano (yap. 富良野市) — Yaponiyanın Hokkaydo adasında və eyni adlı prefekturanın Kamikava sabprefekturada yerləşən şəhər.
Kitano
Kitano (北野) və ya Kitano İcinkan (北野異人館) – Yaponiyanın Hyoqo prefekturasının Kobe şəhərində tarixi rayon. Meyci dövrünün sonunda və Tayşo dövrünün əvvəllərində gəlmiş xeyli saydakı əcnəbi sakinlərinə görə tanınır. İcinkan (異人館) terminə Yaponiyada əcnəbilərin məskunlaşdığı əraziləri bildirmək üçün işlədilir. İcinkan rayonları başqa yerlərdə də (məsələn, Hakodate və Naqasaki) mövcud olsa da, təbii fəalkətlər və müharibələr üzündən qorunub saxlanılmamışdır. Ərazidəki bir çox tikili memarlığı ilə diqqəti cəlb etdiyindən Kobe şəhərinin əsas turistik bölgələrindən biri hesab olunur. == Həmçinin bax == Ənənəvi Tikililər Qrupları == İstinadlar == == Xarici keçidlər == (ing.) City of Kobe: photo a la Carte Arxivləşdirilib 2007-10-20 at the Wayback Machine — Kitano bölgəsinin şəkilləri. (yap.) Ijinkan Net — Bölgə haqqında turistik məlumatlar.
Mutand
Mutant, orqanizmin X, Y, Z, Qamma və buna bənzər hiper şüalanmaya məruz qalması nəticəsində hüceyrə nüvəsindəki DNT ardıcıllığının və qıvrımlarının dəyişdirilməsi nəticəsində canlıların fizioloji və bioloji xüsusiyyətlərində göz ilə görünən dəyişikliklərin müşahidə edilməsidir.
Mutant
Mutasiya (lat. mutatio — dəyişiklik) — dəyişkənlik nəticəsində meydana gələn və hər hansı əlamətə görə normal tipdən fərqlənən, irsiyyətcə dəyişmiş orqanizm forması. Mutant təbii seçmədə ilk material sayılır. Məhsuldarlığın artırılmasında və süni mutagenezin nəzəri məsələlərinin həllində mutantlardan geniş istifadə edilir. Mutasiya orqanizmin istər somatik, istərsə də cinsiyyət hüceyrələrində əmələ gəlir. Mutasiya terminini ilk dəfə biologiyaya daxil edən Huqo-de Friz olmuşdursa, lakin bu haqqda olan anlayışa ondan da əvvəlki alimlərin əsərlərində rast gəlirik. Hələ Ç. Darvin öz əsərində bu cür gözlənilmədən, qəflətən baş verən irsi və xırda dəyişmələr haqqında yazırdı. Darvin bədəni uzun, ayaqları qısa “ankon” qoyunları, tükləri incə və uzun “moşan” qoyunları haqqında məlumat verir və bu cür dəyişilmələri “sport” və ya tək-tək baş verən dəyişkənlik adlandırırdı. Q.Friz 1880-cı ildən başlayaraq təcrübə apardığı Enotera Lamarkiana adlanan bitkilərin içərisində mutasiya baş vermiş formalar aşkar etdi. Bəzi bitkilər öz əlamətləri ilə enotera növündən elə kəskin fərqlənmişdir ki, hətta de Friz onları yeni növ adlandırmışdı.
Susano
Susano Yaponiya mifologiyasında dəniz və tufan tanrısıdır.O,həmçinin yeraltı dunya olan Yominin də tanrısı hesab edilir. Yapon miflərində Susano günəş tanrısı Ametirasunun və Tsukuyominin qardaşıdır.Onların hər üçü İzanaqidən onun Yominin çirkabını təmizlənərkən yaranmışdı.Ametriasu sol gözündən,Tsukuyomi sağ gözündən,Susano isə burnundan yaranışdı. Qədim mənbələrə görə Susano və Ametirasu arasında ədavət vardı.Bu ədavətin nəticəsdində Susano cənnətdən qovularaq qoca cütlüyə rast gəldiyi İzumoya gılib çıxır.Qocalar ona 8 başlı ilan Yamatanın onların 8 qızını yediyini deyirlər.Bundan sonra Susano Yamatanı öldürür. Susano ilanın quyruğundan olan qılınc Kusanaqi-i barışıq üçün Ametirasuya təqdim edir.Əfsanələrə görə Ametriasu Yasakani güzgüsu,Maqatama mücəvhəri ilə birlikdə Kusanaqini də öz sülaləsinə vəsiyyət edir.
Piyano
Pianino (it. Piano — sakit) — simli və klavişli çalğı aləti. Pianinoda səsləri kiçik çəkiciklər zərbə ilə tellərə dəyərək yaradırlar. Onlara qüvvə dəstəkləri basmaqla xüsusi mexanzimin köməyi ilə ötürülür. Çəkic tellərə dəyməmişdən öncə, tellər dempferdən ayrılırlar ki, yaxşı səs çıxara bilsinlər. Dəstəklər pianinonun qabaq hissəsində bir lövhənin üzərində yerləşdirilirlər. Pianino iki formada mövcuddur: Royal Fortepiano Royalda tellər, titrəyidicilər və dayaqlar döşəməyə nisbətən paralel yerləşir. Pianinoda isə onlar şaquli istiqamətdə olurlar. Buna baxmayaraq, onların təşkilediciləri eynidir.
Butan
Butan (dzonqxa: Druk Yul) və ya rəsmi adı ilə Butan Krallığı (dzonqxa: Druk Yul Kap — Əjdaha ölkəsi) — Cənubi Asiyada dövlət. Butan şimal və şimal-qərbdə Çin, cənub, cənub-qərb və şərqdə Hindistanla həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Thimphu şəhəri, ümumi sahəsi 38,394 kvadrat kilometrdir. Butanın dənizə çıxışı yoxdur. == Ümumi məlumat == Cənubi Asiyada dövlət. Şimal-qərbdə və şimalda Çinlə, cənub-qərbdə, cənubda və şərqdə Hindistanla həmsərhəddir. Sah. 46,65 min km². Əh. 758,7 min (2013).
Kutan
Kutan (Sərdəşt) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. Kutan-i Süfla (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Piano
Pianino (it. Piano — sakit) — simli və klavişli çalğı aləti. Pianinoda səsləri kiçik çəkiciklər zərbə ilə tellərə dəyərək yaradırlar. Onlara qüvvə dəstəkləri basmaqla xüsusi mexanzimin köməyi ilə ötürülür. Çəkic tellərə dəyməmişdən öncə, tellər dempferdən ayrılırlar ki, yaxşı səs çıxara bilsinlər. Dəstəklər pianinonun qabaq hissəsində bir lövhənin üzərində yerləşdirilirlər. Pianino iki formada mövcuddur: Royal Fortepiano Royalda tellər, titrəyidicilər və dayaqlar döşəməyə nisbətən paralel yerləşir. Pianinoda isə onlar şaquli istiqamətdə olurlar. Buna baxmayaraq, onların təşkilediciləri eynidir.
Putin
Vladimir Vladimiroviç Putin (rus. Владимир Владимирович Путин; 7 oktyabr 1952[…], Leninqrad, SSRİ[…]) — Rusiya Federasiyasının Dövlət və Siyasi Xadimi, Rusiya Federasiyasının 2-ci və 4-cü Prezidenti (2000–2008-ci illərdə və 7 may 2012-ci ildən), Rusiya Federasiyası Hökumətinin sədri (1999–2000; 2008–2012-ci illərdə), Təhlükəsizlik Şurasının sədri (1999-cu ildə), Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru (1998–1999). Vladimir Putin 7 oktyabr 1952-ci ildə Leninqradda anadan olub. Leninqrad Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1975-ci ildən SSRİ DTK-də xidmətə başlayıb. Bir müddət Almaniyada işləmişdir. 1989-cu ildə istefaya çıxaraq Leninqrad Dövlət Universitetinin prorektoru Anatoli Sobçakın köməkçisi işləyib. 1983-cü ilin iyulunda Lyudmila Aleksandrovna ilə evlənib. İki qızları var: Mariya (1985-ci ildə Leninqradda) və Katerina (1986-cı ildə Drezdendə anadan olublar.) Mariya Sankt-Peterburq Dövlət Universitetində bioloji-təbiət, Katerina şərq fakültəsində təhsil alıblar (2003-cü ildə qəbul olunublar). V. Putinin qızları haqqında məlumat mətbuatda az verilir.
Quano
Quano – quru iqlim şəraitində dəniz qurşaqlarının peyin yatağıdır. Yaxşı gübrədir. Çili və Peru sahili yaxınlığındakı adalarda, Karib dənizindəki adalarda böyük quano yataqları vardır.. Quanin ilk dəfə quanodan əldə edildiyi üçün bu çür adlandırılmışdır.
Qutan
Qutan (lat. Pelecanus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin qutanlar fəsiləsinə aid heyvan cinsi.
Pusan
Pusan (kor. 부산, 釜山) günümüzdə rəsmi olaraq Pusan Metropolitan şəhəri kimi tanınır və Cənubi Koreyanın Seuldan sonra ən çox əhalisi olan ikinci şəhəri və həmçinin, Cənubi-Şərqi Koreyanın iqtisadi, mədəni və təhsil mərkəzidir. Pusan limanı Koreyanın ən işlək və eyni zamanda dünyanın ən işlək 10-limanları sırasındadır. Honshu və Kyushunun Yapon adalarından təxminən 190 km məsafədə yerləşir. Ətrafdakı şəhərlər (Ulsan və Cənubi Kyonsan daxil olmaqla) "Cənubişərqi İqtisadi Coğrafiyasında" Cənubi Koreyanın ən böyük sənaye şəhəridir. Pusan idari cəhətdən 15 əsas hissəyə bölünmüş və əhalisi təxminən 3.6 milyona yaxındır. Pusan idarəsində olan Kimxe və Yansanla birlikdə əhalisi 4,6 milyondur. Şəhərin ən sıx yaşayış sahələri Nakton çay (Cənubi Koreyanın ən uzun çayıdır eyni zamanda) və Suyon çayları arasındakı dağlarla ayrılmış vadilərdə yerləşir. == Tarixi == Hal-hazırkı Pusan şəhəri 2-4-cı əsrlərdə Jinhan Konfederasiyasının başçılığı altında qeydə alınıb. Şilla tərəfindən udulmuş və bölgə kimi təşkil edilmişdir.
Carduus nutans subsp. nutans
Carduus nutans var. nutans
Eclipta nutans var. nutans
Eclipta nutans
Euphorbia nutans
Euphorbia nutans (lat. Euphorbia nutans) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. == Sinonimləri == Chamaesyce lansingii Millsp. Chamaesyce nutans (Lag.) Small Chamaesyce preslii (Guss.) Arthur Euphorbia androsaemifolia C.Presl [Illegitimate] Euphorbia gibraltarica Wolley-Dod Euphorbia hypericifolia var. communis Engelm. Euphorbia lansingii (Millsp.) Brühl Euphorbia nutans var. glaberrima Thell. Euphorbia potosina var. lamasis Carvajal & Lomelí Euphorbia preslii Guss. Euphorbia preslii var.
Geum nutans
Çay çınqılotu (lat. Geum rivale) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çınqılotu cinsinə aid bitki növü. == Sinonimləri == Anemone dodecaphylla Krock. Bernoullia hybrida Raf. Bernoullia rivalis (L.) Raf. Caryophyllata aquatica Lam. Caryophyllata nutans Moench Caryophyllata rivalis (L.) Scop. Geum hybridum Wulfen ex Jacq. Geum nutans Crantz Geum nutans Raf. Geum pallidum Fisch.
Kutans (rayon)
Kutans (fr. Coutances) — Fransanın Normandiya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Manş. Suprefektura — Kutans. Rayon əhalisi 2015-cı ildə 71 055 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 62 nəf / km². Rayon ərazisi — 1142 km².
Lui Puanso
Lui Puanso (ing. Louis Poinsot; 3 yanvar 1777[…], Paris, Fransa krallığı – 5 dekabr 1859[…], Paris, Fransa) — Fransa riyaziyyatçısı, fiziki və mexaniki; mexaniki sistemlərin tədqiqində həndəsi üsullar işləmiş, qüvvələr cütü nəzəriyyəsi əsasında həndəsi statikanı qurmuşdur; qüvvə təsir etmədikdə bərk cismin fırlanması haqqında teorem almışdır. == Həyatı == 1797-ci ildə Fransa Politexnik Məktəbini bitirmişdir.
Luçano Berio
Luçano Berio (24 oktyabr 1925[…], İmperiya[d], Liquriya – 27 may 2003[…], Roma) — eksperimental işi (xüsusilə 1968-ci ildəki "Sinfonia" kompozisiyası və Sequenza adlı virtuozik solo əsərlər silsiləsi) və elektron musiqi sahəsində qabaqcıl işi ilə tanınan italyan bəstəkarı.
Luçano Pavarotti
Luçano Pavarotti (it. Luciano Pavarotti; 12 oktyabr 1935[…], Modena, Emiliya-Romanya – 6 sentyabr 2007[…], Modena, Emiliya-Romanya) — italyan opera ifaçısı, lirik-dramatik tenor, XX əsrin ikinci yarısının ən məşhur opera ifaçısı. == Həyatı == Luçano Pavarotti İtaliyanın şimalındakı Modena şəhərində çörəkçi və müğənni Fernando Pavarotti və siqar fabrikinin işçisi Adel Venturanın ailəsində anadan olmuşdur. Ailə çox kasıb yaşamasına baxmayaraq, ifaçı öz uşaqlığını sevgiylə xatırlayırdı. İkinci Dünya müharibəsi vaxtı, 1943-cü ildə ailə şəhərdən köçməyə məcbur olur və qonşu kənddə 1 otaqlı ev kirayəyə götürür. Burada Pavarotti əkinçiliklə maraqlanmağa başlayır. 9 yaşlı Luçano atası ilə birlikdə kilsə xorunda oxumağa başlayır. Bundan başqa gənclik illərində professor Dondi və həyat yoldaşından bir neçə musiqi dərsi alır, lakin musiqi peşəsini davam etdirmək istəmir. Məktəbi bitirdikdən sonra özünə daimi peşə seçmək istəyir. Futbolla çox maraqlanır, hətta qapıçı olmaq istəyir, ancaq anası onu müəllim olmağa inandırır.
Nestor Pitana
Néstor Fabián Pitana (İspan tələffüzü: Nestor Pitana) – 17 iyun 1975-ci il təvəllüdlü argentinalı futbol hakimi. 2014 FİFA Dünya Kuboku, 2015 Kopa Amerika və 2018 FİFA Dünya Kuboku oyunlarında baş hakim kimi çıxış etmişdir. Pitana, FİFA 2018 Dünya Kubokunun açılış oyunu Rusiya - Səudiyyə Ərəbistanı və mundialın ən əsas qarşılaşması olan Fransa - Xorvatiya finalını idarə etmişdir.
Proprioseiopsis putmani
Proprioseiopsis putmani (lat. Proprioseiopsis putmani) — phytoseiidae fəsiləsinin proprioseiopsis cinsinə aid heyvan növü. Proprioseiopsis putmani Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.