butan

ру бутан en butane de Butan fr butane es butano it butano
buraxma qabiliyyəti
buy, siqnal üzgəci
OBASTAN VİKİ
Butan
Butan (dzonqxa: Druk Yul) və ya rəsmi adı ilə Butan Krallığı (dzonqxa: Druk Yul Kap — Əjdaha ölkəsi) — Cənubi Asiyada dövlət. Butan şimal və şimal-qərbdə Çin, cənub, cənub-qərb və şərqdə Hindistanla həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Thimphu şəhəri, ümumi sahəsi 38,394 kvadrat kilometrdir. Butanın dənizə çıxışı yoxdur. == Ümumi məlumat == Cənubi Asiyada dövlət. Şimal-qərbdə və şimalda Çinlə, cənub-qərbdə, cənubda və şərqdə Hindistanla həmsərhəddir. Sah. 46,65 min km². Əh. 758,7 min (2013).
Butan (maddə)
Butan (C4H10) — Alkanlar sinfindən üzvi maddə. Kimyada ad n-butanın işarələməsi üçün istifadə olunur. n-butan və onun izomeri olan izobutanın qatışığı CH(CH3)3 da eyni adı daşıyır. Zəhərlidir və tənəffüs orqanlarına təsir göstərir. == İzomerləri == Butanın 2 izomeri var: == Fiziki xassələri == Butan rəngsiz, iysiz yanan qazdır. Asanlıqla sıxılır. Suda həllolma qabiliyyəti 100 ml suda 6,1 mq-dır. 100 °C-yə yaxın temperaturda və 10 atm. təzyiqdə su ilə azotrop birləşmə əmələ gətirə bilir.
Butan bayrağı
Butan bayrağı — Butanın Dövlət bayrağı
Butan coğrafiyası
Butan — Cənubi Asiya regionunda, Çinlə Hindistan arasında yerləşən dövlət. Sahəsi 46 500 km² təşkil edir. Ölkənin şimalı yüksək dağlıq ərazi olub dağ buzlaqları ilə örtülüdür. Cənubi isə subtropik düzənliklərdən ibarətdir. Ölkənin ən hündür nöqtəsi Kula-Kanqri dağıdır. Digər məlumatda isə Kanqar-Punsun dağıdır (7570 m). Ölkə ərazisindən axan çayların heç biri gəmiçiliyə yaramır. Onlar əsasən irriqasiya və elektrik enerjisinin əldə olunması baxımından əhəmiyyətlidirlər. Ölkədə iqlim yüksəklikdən asılı olaraq dəyişir. Şimalda il böyu qar hökm sürdüyü halda, qərbdə musson yağışları, şərqdə quru havalar, cənubda isə subtropik iqlim hökm sürür.
Butan himni
Druk tsendhen (dz. འབྲུག་ཙན་དན་, "İldırım əjdəhasının krallığı") Butanın dövlət himnidir. Sözlərinin müəllifi Daşo Qyaldun Tinley və bəstəkarı Aku Tonqmidir. Himn 1953-cü ildə təsdiq olunub. == Mətni == == İstinadlar == == Əlavə oxumaq üçün == Minahan, James. The Complete Guide to National Symbols and Emblems. 1. Greenwood Press. 2009. səh.
Butan iqtisadiyyatı
Butan aqrar ölkədir, ən az inkişaf etmiş dünya ölkələri sırasına aid edilir və Hindistan, Avropa ölkələri, beynəlxalq təşkilatların göstərdiyi xarici köməkdən çox asılıdır. ÜDM həcmi 5 milyard dollar, adambaşına – 7000 dollardır (alıcılıq qabiliyyəti paritetinə görə; 2013). ÜDM-in real artımı 5,8% (2013); insan inkişafı indeksi 0,538 (dünyanın 186 ölkəsi arasında 140-cı yer, 2012). ÜDM-in 13,8%-i kənd təsərrüfatı, 41,2%-i sənaye və tikinti, 45,0%-i xidmət sferasının payına düşür (2013). Turizm və energetikanın inkişafı hökumətin diqqət mərkəzindədir. Qəbul edilmiş iqtisadi proqramlar ətraf mühitin və əhalinin ənənəvi həyat tərzinin qorunub saxlanmasına yönəlmişdir. Marka ticarəti və xarici turizm valyuta gəlirinin əsas mənbəyidir və turist sayını tənzimləyən dövlətin tam nəzarəti altındadır. == Sənayesi == Beynəlxalq Valyuta Fondunun Butan üçün tərtib etdiyi ÜDM-un illər üzrə göstəriciləri Əhəngdaşı, gil, mərmər, dolomit, qrafit, şist və qiymətli daşlar hasil edilir, az miqdarda dəmir filizi və kömür çıxarılır. Hidroenergetika iqtisadiyyatın ən sürətlə inkişaf edən sahəsidir. İldə 2 mlrd.
Butan musiqisi
Butan musiqisi — Butan mədəniyyətinin bir qolu olub, Butan milli folklorunu təmsil edən, xalq və ya ayrı-ayrı butanlı bəstəkarlar tərəfindən yaradılmışdır. Butanın musiqi mədəniyyəti Tibet musiqi mədəniyyətinin regional növüdür. Butanın bütün ənənəvi musiqisi öz növbəsində dini musiqi ilə sıx bağlıdır. Dini musiqi vacrayana buddizmi ilə bağlı olmaqla, güclü monastır ənənəsi qorunub saxlanmışdır. Ölkədə hər il keçirilən çam dini mərasimində musiqi ilə müşayiət olunan maskalı rəqs tamaşaları onun ayrılmaz hissəsidir. XVI əsrdən bəri dəyişməmiş Tibet mənşəli musiqi alətləri lim fleytaları (linqbu; bambukdan 6 fleyta dəsti), uzun qolu olan damnyen lütnyasından ibarətdir. Saray və dövlət bayramlarında boeda və şunqda janrlarında mahnılar ifa olunur; şunqda başlanğıcını XVII əsr Tibet saray musiqisindən götürmüşdür və Butanın dövlət himninin əsasını təşkil edir. 1960-cı illərdən saray və dövlət təntənələrində iştirak edən peşəkar musiqiçilər ansambllarına gəzərgi musiqiçilərin Tibet mənşəli aləti olan yayla çalınan ikisimli pivanq, Çin mənşəli musiqi aləti olan yanqçen simbalları, damnyen və lim daxildir. Peşəkar klassik, həmçinin ənənəvi kənd ansamblları dövlət tərəfindən himayə olunur. 1954-cü ildə paytaxt Thimphuda Kral İfaçılıq Sənətləri Akademiyası açılmışdır.
Butan mədəniyyəti
Butan mədəniyyəti — Butanın müasir mədəniyyəti qədim zamanlarda formalaşmışdır.Coğrafi mövqeyindən dolayı Butan xarici mədəniyyətlərin təsirindən qorunmuşdur. Cənubda Hindistan və şimalda Çinlə sərhədi olan bu ölkə uzun müddət ərzində mədəni irs və müstəqilliyini qorumaq üçün həm mədəni, həm də iqtisadi inteqrasiya siyasətini izləmişdir. Yalnız 20-ci əsrin son illərində əcnəbilərin ölkəyə məhdud şəkildə səfər etməsi təmin edilmişdir. Beləliklə, Butan , mədəniyyətinin bir çox aspektlərini qoruya bilmişdir. == Din == Dinin təsiri bütan cəmiyyətinin demək olar ki, bütün sahələrində hiss olunur. Ən azı 1% -i Butan digər dinlərin ardıcıllarıdır. Ölkənin sakinlərinin əksəriyyəti (75%) müxtəlif təzahürlərdə Buddizm tətbiq edir. Əhalinin 1% -i digər dinlərin ardıcıllarıdır. == Milli geyim == Butan vətəndaşları, gündüz saatlarında ictimaiyyətdə olduqları zaman “Driglam Namzha” kimi tanınan milli geyim geyinirlər. Bəzi rayonlardakı (dzonqaqalar) tələblər digərlərindən daha sərtdir.
Butan nqultrumu
Butan nqultrumu (Dzonqxa: དངུལ་ཀྲམ, nqyultram kimi tələffüz edilir) — Butan krallığının pul vahididir. Krallığın rəsmi valyutası 1974-cü ildən dövriyəyə buraxılmışdır. (Əvvəl Butan rupisi Butanın valyutası idi, hərçənd bəzən müasir nqultrumu da "Butanın rupisi" adlandırırlar). 1 nqultrum 100 setrumdan ibarətdir. ISO 4217 standartında nqultrumun kodu — BTN, simvolu — Nu, setrumun simvolu — Ch-dır. Mübadilədə daha çox 20, 25, 50 setrumluq və 1 nqultrumluq sikkələrdən istifadə olunur. Nadir hallarda isə 5 və 10 setrumluq sikkələrdən istifadə olunur. Mübadilədə 1, 5, 10, 20, 50, 100, 500 və 1000 nqultrumluq əsginaslar üstünlük təşkil edir. Nqultrumun məzənnəsi Hindistan rupisi ilə əlaqəlidir. == Sikkələr == == Əsginaslar == 2014-cü ildə yeni nümunənin 1 və 10 nqultrumluq əsginasları buraxılmışdır.
Butan tarixi
Butanın tarixi VII əsrdə Tibetdən buddizmin yayılması ilə sıx bağlıdır.. Sonrakı bir neçə əsr ərzində Butanın münbit vadiləri Tibetdən gəlmələr tərəfindən məskunlaşmışdır. Butanda Tibet lamaları tərəfindən çox sayda monastırların əsası qoyulmuşdur. Onlardan ən iriləri XVI əsrə aiddir və Tibet buddizminin bir neçə qolu ilə bağlıdır. Butan dövləti XVII əsrin əvvəllərində buddizmin müxtəlif cərəyan və məktəblərinin dünyəvi və dini hakimiyyət uğrunda mübarizəsi gedişində meydana gəlmişdir. Butanın banisi Tibet rahibi Şabdrunq Nqavant Namqyal (1594-1651) hesab olunur. O, Butanda dualist hakimiyyət sistemi yaratmış, idarəçilik üzrə səlahiyyətləri dünyəvi (deb racə) və dini (drahma racə) başçılar arasında bölüşdürmüşdür. Lamaizmin hakim drukpa karcupa məktəbinin təmsilçiləri olan Butanın sonrakı dini hökmdarlarına təbəələri Şabdrunqun inkarnasiyaları kimi sitayiş edirdilər. Monastır-qalaların (dzonqların) başçıları xeyli dərəcədə müstəqilliklərini saxlayırdılar. Tədricən Butanda hakimiyyət əyalətləri idarə edən iri feodal sərkərdələrin əlinə keçdi.
Butan əhalisi
Butan hakimiyyətinin rəsmi saytına görə ölkədə 683 407 nəfər yaşayır (2008—2009). The World Factbooka görə ölkə əhalisi 699 847 nəfərdir. == Milli tərkibi == Ölkənin əsas əhalisi bhotiyalar, yaxud butanlılardır: şarçoplar (26%; 2005), yaxud şərqi butanlılar; dzonq-ke dilində danışan bhotiyaların özləri, yaxud mərkəzi butanlılar (23%); bumtanqpalar, yaxud kebumtamplar, qərbi butanlılar (6%). Digər Tibet-Birma xalqları: khenqlər (8%), dakpalar (6%), matpalar (4%), dzalalar (3%), qurunqlar (3%), lepçalar (2%), kurteoplar (2%), nyempalar (2%), nepallılar (0,5%). Əhalinin 8%-ini Hindistandan gəlmələr təşkil edir, onların da 6%-i assamlılardır. == Təbi artım == Əhalinin ortaillik artımı 2,1%-dir, 1000 nəfərə doğum səviyyəsi 34 nəfər, ölüm səviyyəsi 13 nəfərdir. Uşaq ölümü 1000 nəfər diri doğulan uşağa 100 nəfərdir (2005). Fertillik göstəricisi 1 qadına 4,8 uşaqdır. == Yaş tərkibi == Əhalinin yaş tərkibi: 14 yaşadək – 39,1%, 15 yaşdan 64 yaşadək – 56,9%, 65 yaşdan yuxarı – 4%. Əhalinin orta yaş həddi 20,3 ildir.
Luis Butan
Luis Butan (fr. Louis Marie-Auguste Boutan) - Fransız bioloq, zooloq və okeanoloq, Fransa Zooloji Cəmiyyətinin fəxri üzvü. Sualtı fotoqrafiyanın öncülərindən hesab olunan fotoqraf. Luis Butan dünyada ilk dəfə sualtı fotoşəkili çəkmiş şəxs hesab olunur. Belə ki, 1899-cu ildə Fransanın cənubunda Oksitaniya regionunun daxilində yerləşən Şərqi Pireney departamentinin Banyuls-sur-Mer kommunasında Luis Butan və rumın bioloq Emil Raçovitanın iştirakı ilə dünyanın ilk sualtı fotosu çəkilmişdir. Foto, Banyuls-sur-Mer kommunasında yerləşən Banyuls-sur-Mer Okeanoloji Rəsədxanasının inzibati ərazisində çəkilib. 1899-cu ilin yayında çəkilmiş şəkildə rumın bioloq Emil Raçovita əlində sualtı fotoşəkil yazılı löhvə tutub. == Həyatı == Luis Butan 1859-cu ilin 6 mart tarixində Fransanın paytaxtı Paris şəhəri yaxınlığında yerləşən Versal sarayında anadan olub. Atası Avqustin Butan Fransanın tanınmış maarifçilərindən olmuş və baş baş müfəttiş vəzifəsində çalışmışdır. Paris Universitetində biologiya və təbiət tarixi üzrə təhsil aldıqdan sonra iyirmi yaşında Sarbonnada müəllim köməkçisi kimi işləməyə başlamışdır.
Azərbaycan-Butan münasibətləri
Azərbaycan-Butan münasibətləri — İki ölkə arasında diplomatik əlaqələr 7 fevral 2013-cü ildə qurulmuşdur. == Əlaqələr == Dekabr 2015-ci ildə Butanın Baş naziri Lyonçen Tşerinq Tobqay Yeni il münasibətilə Azərbaycanın Baş naziri Artur Rasizadəyə təbrik məktubu ünvanlamışdır. == Qarşılıqlı səfərlər == Səfir İ.Hacıyev 7 avqust 2014-cü ildə Butan Kralı Ciqme Xesar Namqyel Vanqçuka etimadnaməsini təqdim etmiş, səfər çərçivəsində Parlamentin sədri Ciqme Zanqpo, Baş nazirin vəzifələrini icra edən Damço Dorci, Xarici işlər üzrə Katib Yaşey Dorci, Maliyyə məsələləri üzrə Katib Lam Dorci ilə görüşmüşdür. Bakıda 2-5 may 2015-ci ildə keçirilmiş AİB Rəhbərlər Şurasının 48-ci illik Toplantısında Butanın Maliyyə naziri Namgay Dorji iştirak etmişdir. 14 iyun 2016-ildə BMT-nin Baş Assambleyasında səsvermədə BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) 2017-2019-cu illərdə üzvü seçilmiş Azərbaycanın namizədliyini dəstəklədiyinə görə Butan hökumətinə minnətdarlıq bildirilmişdir. “Mən Azərbaycan haqqında nə bilirəm” esse müsabiqəsinin Butandan olan qalibi S.Vangdi Gənclər və idman nazirliyinin dəvəti ilə 10-20 iyul 2016-cı ildə Azərbaycana səfər etmiş, Azərbaycanın mədəniyyəti, tarixi və adət-ənənələri ilə tanış olmuşdur.
Azərbaycan–Butan münasibətləri
Azərbaycan-Butan münasibətləri — İki ölkə arasında diplomatik əlaqələr 7 fevral 2013-cü ildə qurulmuşdur. == Əlaqələr == Dekabr 2015-ci ildə Butanın Baş naziri Lyonçen Tşerinq Tobqay Yeni il münasibətilə Azərbaycanın Baş naziri Artur Rasizadəyə təbrik məktubu ünvanlamışdır. == Qarşılıqlı səfərlər == Səfir İ.Hacıyev 7 avqust 2014-cü ildə Butan Kralı Ciqme Xesar Namqyel Vanqçuka etimadnaməsini təqdim etmiş, səfər çərçivəsində Parlamentin sədri Ciqme Zanqpo, Baş nazirin vəzifələrini icra edən Damço Dorci, Xarici işlər üzrə Katib Yaşey Dorci, Maliyyə məsələləri üzrə Katib Lam Dorci ilə görüşmüşdür. Bakıda 2-5 may 2015-ci ildə keçirilmiş AİB Rəhbərlər Şurasının 48-ci illik Toplantısında Butanın Maliyyə naziri Namgay Dorji iştirak etmişdir. 14 iyun 2016-ildə BMT-nin Baş Assambleyasında səsvermədə BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) 2017-2019-cu illərdə üzvü seçilmiş Azərbaycanın namizədliyini dəstəklədiyinə görə Butan hökumətinə minnətdarlıq bildirilmişdir. “Mən Azərbaycan haqqında nə bilirəm” esse müsabiqəsinin Butandan olan qalibi S.Vangdi Gənclər və idman nazirliyinin dəvəti ilə 10-20 iyul 2016-cı ildə Azərbaycana səfər etmiş, Azərbaycanın mədəniyyəti, tarixi və adət-ənənələri ilə tanış olmuşdur.
Butan Silahlı Qüvvələri
Butan Silahlı Qüvvələri — Butan Kral Ordusu, Butan Kral Qvardiyası, polis və Butan Kral polisindən ibarətdir. Butanın dənizə çıxışının olmadığına görə Hərbi Dəniz Qüvvələri yoxdur. Butan Kral Ordusu (BKO) — Butan Silahlı Qüvvələrinin bir hissəsidir, (Butan Konstitusiyasının 27-ci maddəsinə əsasən) ölkənin ərazi bütövlüyünü və xarici təhdidlər zamanı dövlət suverenliyini qorumaq üçün məsuliyyət daşıyır. BKO-nun baş komandanı Butan Kralıdır. BKO bir də Butan Kral Qvardiyası — elit hissəsidir, kralın, ailəsinin və digər yüksəkvəzifəli şəxslərin təhlükəsizliyinə cavabdehlik daşıyır. Belə qəbul edilib ki, hər bir Butan ailəsindən bir oğlan orduda xidmət etməlidir (məcburi olmamasına baxmayaraq). Lazım gəldiyi təqdirdə xalq səfərbərliyə cəlb edilə bilər. Butan Kral Qvardiyası — Butan Kral Ordusunun müstəqil bölümüdür, kral və ailəsini mühafizə etmək üçün qurulmuşdur, ordunun ən yaxşı hazırlanmış və ən yaxşı silahlı birliyidir. Sayı min nəfərdən çoxdur. Kral mühafizəçiləri özlərinin yüksəksəviyyəli hazırlıqlarını 2003-cü ildə Assam separatçı düşərgələrinin məğlubiyyəti zamanı sübut etdi.
Butan milli kitabxanası
Butan milli kitabxanası (NLB) (dzonq-ke འབྲུག་རྒྱལ་ཡོངས་དཔེ་མཛོད, vayli, lat. Druk Gyelyong Pedzö) Butanın paytaxtı Tximpxuda yerləşir. Butanın zəngin mədəni irsini qoruyub saxlamaq məqsədi ilə 1967-cı ildə bu kitabxananın əsası qoyulmuşdur. Kitabxana Butan toxuculuq muzeyi yaxınlığındakı çayın sağ sahilində yerləşir. == Tarixi == Butan Milli Kitabxanası 1967-ci ildə kraliça Aşi Puntso Çodenin (1911-2003) təşəbbüsü ilə yaradılmışdır. Əvvəlcə bu kitabxanada dəyərli mətnlərin çox da böyük olmayan kolleksiyası mühafizə edilmişdir. İlk əvvəl kitabxana Taşiço-dzonqa mərkəzi qülləsində yerləşirdi. Kolleksiyanın həcminin ölçüsünə görə kitabxana Tximpxuda Çanqanqkxa rayonunda xüsusi məkanda yerləşdirilmişdir. Layihə üzrə dzonqa ənənəvi üslubunda 4 mərtəbəli səkkiz guşəli kompleks inşa edilmişdir. Hökumət xarici səhmdarlları və investorları cəlb etmədən tikintini təmin edə bilmişdir.
Butan milli muzeyi
Butan milli muzeyi (dz. ལྟ་རྫོང་།, ing. National Museum of Bhutan) — Butan Krallığının qərbində yerləşən Paro dzonqxaqında mədəniyyət muzeyi. Muzey Butan incəsənətinin ən yaxşı nümunələrini nümayiş etdirmək üçün təsis edilmişdir. Bunlara bürüncdən hazırlanmış heykəllər və rəsm əsərləri də daxildir. Muzeyin ətrafında ekstensiv kolleksiyaları nümayiş etdirmək üçün qalereyalar tikilmişdir. Hal-hazırda milli muzeydə Butan incəsənətinin 3 mindən çox nümunəsi var. Bu nümunələr Butanın 1,500 illik mədəni irsini əhatə edir. == Tarix və memarlıq == Milli muzey 1968-ci ildə Butanın üçüncü kralı Cinqme Dorci Vançukun əmri ilə bərpa edilmiş Ta-dzonq adlı tarixi bir keşikçi qülləsinin binasında təsis edilmişdir. Bu dzonq 1641-ci ildə Rinpunq-dzonq adlı bir buddist monastırının şimal hissəsini müdafiə etmək üçün tikilmişdi.
Butan–Türkiyə münasibətləri
Butan–Türkiyə münasibətləri — Butan ilə Türkiyə arasında siyasi, sosial-iqtisadi, hərbi və digər sahələrdə ikitərəfli diplomatik münasibətlər.. == Diplomatik münasibətlər == 1865–1947-ci illərdə Butanın xarici münasibətlərinə Birləşmiş Krallıq rəhbərlik edirdi. 1949-cu ildə ikitərəfli münasibətlər qurmuş Hindistanın təlimatlarına əsasən, ölkə təcridçi beynəlxalq diplomatiyaya malik idi. Türkiyənin yardımı vasitəsilə Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiya, Ticarət və İnkişaf üzrə Konfransı və BMT-nin İnkişaf proqramı ilə koordinasiyada Əfqanıstan, Laos, Monqolustan və Nepalla birlikdə Butana "dənizə çıxışı olmayan ən az inkişaf etmiş ölkələr" xüsusi statusu verilmişdir. Türkiyənin inkişafa yardım vədlərinə baxmayaraq, Butan bu inkişaf proqramında iştirakdan imtina etmişdir. Hər iki ölkə 2012-ci ildə Ayla siklonunun yaratdığı dağıntılara cavab olaraq Türkiyənin Butana 10 milyon dollarlıq yardımından sonra rəsmi səviyyədə ikitərəfli münasibətlər qurmuşdur. == Kommersiya mübadiləsi == 2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 1,58 milyon ABŞ dolları təşkil etmişdir. Türkiyə ixracınin 0,1 milyon ABŞ dolları, idxalı isə 1,48 milyon ABŞ dolları dəyərində olmuşdur.
Butan poçt markaları və poçt tarixi
Butanın poçt və poçt markalarının tarixi 1962-ci ildən başlayır, bu ildən etibarən poçt şöbələrinin açılması və özünə məxsus poçt markalarının nəşr edilməsi başlanıldı. Butan krallığı 1969-cu ildən Ümumdünya poçt birliyinin üzvüdür. Butanda markaların emissiyası müqavilələr əsasında aparılır, bu müqavilələr xarici filatelistik aqentliklər ilə imzalanır (Yaponiya, İtaliya, Böyük Britaniya və başqaları). Markaların emissiyası ölkə poçtunun tələbindən qat-qat çox olur. Butanın filatelistik tarixində Bert Kerr Todd əhəmiyyətli şəxsiyyət idi. Güman edilir ki, Bert Kerr Todd Buran krallığına ayaq basmış ilk amerikalıdır. Butanın poçt markalarının nəşrinə aid proyektin həyata keçirilməsində köməklik göstərirdi. Berr Toddun səyi nəticəsində Buran öz qeyri ad markaları ilə tanınmış oldu. Bert Todda fikirləşirdi ki, bu markalar bütün dünyada böyük marağa səbəb olacaq. == Poçtun inkişafı == Cənubi Asiyanın Şərqi Himalay dağlarında Butan krallığın 1949-cu ilə kimi Böyük Britaniyanın protektorat statusu var, 1949-cu ildən etibarən Hindistan ilə xüsusi müqavilələri olduğundan azad dövlətə çevrildi, bu müqavilələrdə hind protektoratı nəzərdə tutulurdu.
Butan–Hindistan münasibətləri
Hindistan–Butan münasibətləri — Hindistan və Butan arasındakı ikitərəfli münasibətlər. İki ölkə arasında münasibətlər olduqca yaxın olmuşdur. 1947-ci ildə Hindistan Britaniya imperiyasından ayrıldıqdan sonra Butan üzərində suverenlik əldə edir. O dövrə nisbətdə çox şey dəyişsə də, Hindistan hazırda da Butanın xarici siyasəyinə, müdafiəsinə və ticarətinə təsir etmək gücünə malikdir. Hindistan iqtisadi, siyasi və mədəıni sahələrdə Butanın əsas həmkarıdır. Hindistan üzərinə xarici ticarətin böyük hissəsi düşür. hindistan vətəndaşları asanlıqkla Butanı ziyarət edə bilirlər. Ancaq digər ölkələrin vətəndaşları butanı demək olar ki, ziyarət edə bilmirlər. Bir çox butanlı hind univertrsitetini bitirmişdir. Hərbi sahədə də Hindistan Butanı dəstəkləyir.
Butan–Pakistan münasibətləri
Butan–Pakistan münasibətləri — Butan və Pakistan arasındakı ikitərəfli diplomatik münasibətlər. 2004-cü ildən etibarən münasibətlər fəal inkişaf etməyə başlamışdır. Lakin səfirliklər hələ də açılmayıb. Hər iki ölkə Cənubi Asiya Regional Əməkdaşlıq Assosiasiyasının (SAARK) və BMT-nin üzvüdür. Butan və Pakistan Himalay dövlətləridir və ikisinin ümumi iri iki qonşusu vardır: Çin və Hindistan. Butan Hindistanla sıx əlaqələrə malikdir və Hindistan-Pakistan münasibətləri ənənəvi olaraq gərgin olduğundan, Hindistan zaman-zaman Pakistanın Butan ilə əməkdaşlığından şübhələnir. == Tarix == Butan və Pakistan əsrlər boyu münasibətlər saxlamışdır . 1971-ci ildə Butan Şərqi Pakistanın Pakistandan müstəqil Banqladeş dövləti olaraq ayrılmasını tanıyan ilk ölkələrdən biri olmuşdur. == Təqaüdlər == Pakistan xüsusilə tibb və texnologiya sahəsində butanlı tələbələrə təqaüdlər təklif edir. == Ticarət == Pakistandan Butana ixrac: pambıq iplik, toxuculuq məhsulları, pambıq parçalar, idman malları və dəri.
Butan–Yaponiya münasibətləri
Butan–Yaponiya münasibətləri — Yaponiya və Butan arasındakı ikitərəfli münasibətlər. İki ölkə arasında diplomatik münasibətlər 28 mart 1986-cı ildə qurulmuşdur. == Diplomatik nümayəndəliklər == Yaponiya Butandakı maraqlarını Hindistanın Yeni Dehlidəki bir səfirliyi vasitəsilə təmsil edir. 2014-cü ilin aprelinə qədər Yaponiya Thimphuda səfirlik açmağı planlaşdırdı. Butanda Yaponiya səfirliyinin açılmasının mümkün səbəblərindən biri Çinin bölgədəki təsirini önləmək məqsədi güdürü. Lakin maliyyə çatışmazlığı bu planların həyata keçirilməsinə mane ola bilər. 2017-ci ildə olan məlumata görə Yaponiya hələ Hindistandakı səfiri vasitəsilə Butandakı maraqlarını qoruyur. == Qarşılıqlı səfərlər == 15-20 noyabr 2011-ci il tarixlərində Butan Kralı Ciqme Kxesar Namqyal Vangçuk və kraliça Cesun Pema Vanqçuk Yaponiyada dövlət səfərində olmuşdular. Bu zaman kral ailəsi ilə imperator ailəsi arasında görüşlər təşkil olunmuşdur. 1987-ci ilin mart ayında Yapon imperator ailəsinin Butana ilk ziyarəti gerçəkləşir.
Butan–Çin münasibətləri
Çin–Butan münasibətləri — Çin Xalq Respublikası və Butan arasındakı münasibətlər gərgin olmuş və rəsmio diplomatik münasinbətlər qurulmamışdır. Çinlə butan arasında dövlət sərhəddinin uzunluğu 470 km-dir. Onlar arasında mövcud olan ərazi mübahisəsi bir münaqişənin başlanğıcı ola bilər. 1980-ci illərdə bu iki ölkə arasında sərhəd məsələləri, təhlükəsizlik və ikitərəfli gərginliyin azaldılması barədə danışıqlar aparılmışdır. == Tarixi == Btün mövcudluğu dönəmində Butan Tibetlə mədəni, tarixi, dini və iqtisadi əlaqələrə sahib olmuşdur. İki tərəfli münasibətlər Butanın Böyük Britaniya imperiyasının Tibetə hücumu zamanı ingilisləri dəstəkləməsindən sonra pisləşir. 1951-ci ildə Çin Azadlıq ordusunun Tibeti ələ keçirməsindən sonra Butanda gərginlik yaranır.0 Onlar Butanında Çin tərəfindən işğal oluna biləcəyini düşünürlər. İki ölkə arasında dövlət sərhəddi heç zaman rəsmi olmamışdır. Tibetdə 1959-cu ildə kommunizmə qarşı üsyamn və Dalay Lamanın Hindistana qaçması Çinin diqqətləri bu istiqamətə yönləndirməsinə səbəb olmuşdur. Qiymətləndirmələrə əsasən Tibetdən Butana 6 000 insan qaçmışdır.
1,4-Butandiol
1,4 — Butandiol (butilenqlikol) C₄H₁₀O₂ — üzvü birləşmə, İki atomlu spirt, rəngsiz qatı mayedir. == Alınması == 1,4-Butandiol, katalizatorun iştirakı ilə 110–130 0 C temperaturda və 200–300 atmosfer təzyiqində sulu məhlulda 1,4-butindiolun hidrogenləşdirilməsi yolu ilə əldə edilir. 1,4-Butandiol, həmçinin, katalizator kimi ağır metal asetilenidlərdən istifadə edərək formaldehidin asetilenlə yüksək təzyiqdə aparılan reaksiya zamanı alınır. 2 H C H O + H C ≡ C H → H O H 2 C C ≡ C C H 2 O H {\displaystyle {\mathsf {2HCHO+\ HC\equiv CH\ \rightarrow HOH_{2}CC\equiv CCH_{2}OH}}} 1,4-Butandiol malein anhedridindən alınma üsuluda var. Malein anhedridi metil efirinə çevrilir və sonra hidrogenləşir. == Kimyəvi xassələri == Kimyəvi xassələrinə görə 1.4 – Butandiol tipik qlikoldur. Karbon turşularla (katalizatorun iştirakı ilə) qarşılıqlı təsir göstərir və karbon turşularının anhidritləri və turşu xloranhidridləri ilə mürəkkəb efirlər əmələ gətirir. 1,4-butanediolun sulu məhlulları ortofosfor turşusu iştirakı ilə qızdırıldıqda, tetrahidrofuran əmələ gəlir. == Toksikliyi == 1.4 – Butandiol etanola bənzəyir, insanlara narkotik təsir göstərir. Doza həddi artıq olarsa başgicəllənmə, qusma, zəiflik, yuxululuq, ağır zəhərlənmə və hətta ölümə səbəb ola bilər.
Butanal
Butanal (yağ aldehidi, butilaldehid) – kimyəvi formulu С4Н8О olan alifatik üzvi birləşmədir. Butanon ilə izomerdir. Rəngsiz, kəskin qoxulu, yüksək dərəcədə alovlanan mayedir. == Alınması == Butanal aşağıdakı üsullardan biri ilə alına bilər. butanol-1-in dehidrogenləşməsindən kroton aldehidinin hidrogenləşməsindən propenin hidroformilləşməsindən == Reaksiyaları == Bütün alifatik aldehidlər kimi, yüksək reaksiya qabiliyyətli və kifayət qədər zəhərlidir. Qaldıqda atmosfer oksigeni ilə yağ turşusuna qədər oksidləşir. Yanma Birləşmə Oksidləşmə Karbohidrogen radikalında hidrogen atomlarının əvəz olunması == Əməyin mühafizəsi == Butanal [1], digər aldehidlər [2] kimi, zəhərli bir maddədir: İş sahəsinin havasındakı BBQ 5 mq / m3 (maksimum birdəfəlik)-dir. [3]. Bununla belə, bir sıra tədqiqatlara görə, bu maddənin qoxusunun qəbul etmə hüdudu BBQ -dən daha yüksək ola bilər. Məsələn, tədqiqatda [4] qoxunun orta hədd qatılığı 15 mq / m3-ə çatmışdır.
Butanol-1
Butanol-1 – (n-butanol, n-butil spirti) C4H9OH – biratomlu spirtlərin nümayəndəsidir. == Fiziki xassələri == Rəngsiz, özlü, sivuş yağının xarakter iyini verən mayedir. Üzvi həlledicilərlə qarışır. Metanol, etanoldan və propanoldan fərqli olaraq suda nisbətən həll olur – 100 q suda 7,6 q butanol. Su ilə 55,5% (kütlə) butanol 92,4oC-də qaynayan azeotrop qarışıq əmələ gətirir.. == Istehsalı == Sənayedə butanol aşağıdakı üsullarla alınır: Nikel-kobalt katalizatorun iştirakı ilə 1,0-1,5 MPa təzyiqdə propilenin oksosintezindən (Reppe üsulu) Asetaldehiddən (asetaldol və kroton aldehidi alınmaqla) mis, misxrom və ya nikel katalizatorun iştirakı ilə hidrogenləşməsindən. Qida xammalının aseton-butil qicqirdılmasından. == Tarixi arayış == Butanolun istehsalına XX əsrin 10-cu illərində Clostridium acetobutylicum bakteiyasının iştirakı ilə başlanılmışdır. Istehsal üçün xammal kimi şəkər qamışı, şəkər çuğunduru, qarğıdalı, buğda, manioka (tropik bitki), sonralar isə sellülozadan istifadə olunmuşdur. 50-ci illərdən neftin qiyməti düşdükdən sonra neft məhsullarından alınmağa başlandı.
Butanın dövlət quruluşu
Butanın dövlət quruluşu — 2009-cu ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sisitemi. == Dövlət quruluşu == Butan mütləq formalı idarəetmə üsuluna malik konstitusiyalı monarxiyadır. Milli bayram günü olan dövlətin yaranması günü (1907) 17 dekabrda qeyd olunur. Ölkə Konstitusiyası 18 iyul 2009-cu ildə qəbul edilmişdir. == İnzibati bölgüsü == Butan 20 Dzonqxaqdan (Bumtanq, Çukxa, Daqana, Qasa, Xaa, Lxuntse, Monqar, Paro, Pemaqatsel, Punakxa, Samdrup-Conqxar, Samtse, Sarpanq, Tximpxu, Traşiqanq, Traşiyanqse, Tonqsa, Siranq, Vanqdi-Pxodranq və Jemqanq) ibarət 4 Dzonqdeyə (1-ci dərəcəli Şərqi, Qərbi, Mərkəzi və Cənubi inzibati ərazi vahidliyinə) bölünür. == Dövlət başçısı == Mövcud Konstitusiyaya görə Kral (Druk Gyalpo "Dragon King") Butan hakimiyyətinin, onun qüdrətinin milli rəmzidir. Çox geniş səlahiyyətləri özündə 'ks etdirən Butan monarxiya institutu irsi sayılsa da, 65 yaşına çatdıqda Kral istefaya getməlidir. == Qanunvericilik hakimiyyəti == İkipalatalı Parlamentdən: 25 yerlik Milli Şuradan (Yuxarı Palataya 20 üzv Dzonqxaqlar üzrə vətəndaşlar tərəfindən seçilirlər, qalan 5 üzvü isə Kral təyin edir) və 47 yerlik Milli Assambleyadan (Aşağı Palataya deputatlar ümumxalq səsverməsi yolu ilə seçilirlər) ibarətdir. Yuxarı Palatanın üzvləri istisnasız olaraq ali təhsilli olmalı və heç bir siyasi partiyanın üzvü olmamalıdırlar. İllik dövlət büdcəsinin təsdiqi, qanunların dərc edilməsi, yüksək vəzifəli dövlət məmurlarının təyin və azad edilməsi, Krala (yenidən baxılması üçün qanun layihələrini Parlamentə qaytarmaq hüququna malikdir) məsləhətlərin verilməsi, dövlət başçısının razılığı ilə nazirlərin seçilməsi, mövcud qanunvericiliyə uyğun olaraq yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə nəzarət edilməsi və s.
Pleurothallis butantanensis
Acianthera saundersiana (lat. Acianthera saundersiana) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin acianthera cinsinə aid bitki növü. Pleurothallis saundersiana Rchb.f.
Viktor Butanayev
Viktor Yakovleviç Butanayev və ya Astay Butanayev (12 mart 1946, Kamçatka, Kamçatka diyarı) – xakas kökənli etnoqraf, türkoloq. Başqa öz etnosu olan xakaslar olmaqla, onların ataları olan Yenisey qırğızları və yaxın olduqları qırğızlarla bağlı fəaliyyəti ilə tanınır. İrina Butayevna ilə birlikdə yazdıqları son əsərləri "Yenisey qırğızları" (Bişkek, 2001) adlı əsəri ilə adını geniş kütlələrə duyurmuş və bu kitaba görə, 2002-ci ildə TÜRKSOY tərəfindən mükafata layiq görülmüşdür. 12 mart 1946-cı ildə Zaporojyedə anadan olmuşdur. Atası hərbçi olduğuna görə uşaqlığını Moldovada keçirmişdir. 1964-cü ildə Daşkənd Milli Universitetinin tarix fakültəsinə daxil olmuşdur. Bir oğlu (Azarxan) və iki qızı (Dariqa və Alanqoa) vardır. Butanayevin müşavirliyi altında da magistr və doktorantura edənlər arasından xakas tarixi ilə bağlı çalışan 5 tarixçi yetişmişdir. Бутанаев В. Я. К вопросу о хакасских цифровых знаках.//Уч. зап.

Digər lüğətlərdə