Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Günnüt
Günnüt (digər tarixi adı Günnüt Cəfərli) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Kənd Naxçıvan-Sədərək magistrial yolunun sağında, Şərur rayonunun inzibati mərkəzindən 22 km uzaqlıqda, Şərur düzənliyində yerləşir. Kənd 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən darmadağın edilmişdir. Buna görə də, kənd əhalisi Mahmudkəndə köçmüşdür. 2018-ci ilin may ayında Əlahiddə Ümumqoşun Ordusunun Mətbuat xidmətinin məlumatına görə, Azərbaycan Ordusunun xüsusi təyinatlılarının əks hücumu nəticəsində kəndin ətrafındakı erməni mövqeləri məhv edilmiş və kəndə nəzarət tam olaraq Azərbaycan Ordusunun əlinə keçmişdir. == Toponimikası == Kəndin keçmiş adı Günnüt Cəfərli olmuşdur. Yaşayış məntəqəsini cəfərli nəslinə mənsub ailələr Günnüt adlı yerdə salmışlar. Toponimiyada günnüt sözünü "çəmən, düzən", günnük sözünün təhrif forması kimi "gün vuran yer", "güzdək, son bahar yaşıllığı, payız otlağı" mənaları və nəhayət monqolların tərkibində Naxçıvana gəlmiş günnüt tayfasının adı ilə bağlayırlar. Həmçinin Günnüt kəndinin adı etimoloji cəhətdən yaxınlıqda yerləşən Xunut dağının (Kömürlüdağ) adıyla bağlı ola, habelə onunla eyni kökə malik ola bilər. == Əhalisi == 1992-ci ildə kənd Ermənistan ordusu tərəfindən işğal olunduqdan sonra kənd əhalisi Naxçıvan rayonunun digər yaşayış məntəqələrinə, əksəriyyəti isə Mahmudkəndə köçməyə məcbur olub.
Güznüt
Güznüt — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Güznüt kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 mart 2005-ci il tarixli, 874-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Güznüt kəndi Çeşməbasar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Güznüt kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Naxçıvan dialektində güznüt "payız əkini" deməkdir. Kəndin ərazisində payızlıq əkin aparıldığından belə adlandırılmışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Araz çayının sol sahilində, düzənlikdə yerləşir. İqlimi kəskin kontinentaldır — yayı subtropik, tropik; qışı mülayim keçən iqlimdir, yayda orta temperatur +35–40 dərəcə olduğu halda, qışda bu temperatur −15–20 dərəcə olur. == Əhalisi == === Tanınmış şəxsləri === Nəcəf Həsənov (1976–1996) — Naxçıvan MR Şahbuz rayoununun Qanlıgöl ətrafında şəhid olmuşdur. Qafar Qərib (1976) — Azərbaycan Yazıçılar Birliyinin üzvü (1999). Ramil Əliyev (1996–2020) — İkinci Qarabağ müharibəsi şəhidi.
Hünüt
Hunud, Hünüt — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (İndi Ermənistanın Meğri rayonunda) kənd adı.Ermənistanın indiki Sünik mərzində kənd. Çarlıq dövründə keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasına, sovet dövründə isə Kapan (Qafan) rayonuna aid idi. == Tarixi == Rayon mərkəzindən 15 km şimal-şərqdə yerləşir. Kəndin adı Hünüt formasında da qeyd edilir. == Toponimi == Toponim qədim türk mənşəli hun etnoniminə türk dilində cəmlik bildirən "-ud" şəkilçisinin artırılması əsasında əmələ gələn etnotoponimdir. Görkəmli türk tədqiqatçısı "Türk tarixi" əsərində yazır: "Hunlar çox qüvvətli, döyüşdə çox cəsur və mahir olan türklərdir". "Hunlar kəndi" mənasını verir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == 1918-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1922-ci ildə əhalinin bir hisəsi geri qayıdaraq yenidən məskunlaşmışdır və ermənilərlə qarışıq yaşamışdır.
Qunut
Qunut — əlləri qoşalaşdırıb üz bərabərinə qaldırmaq vəziyyətidir. Şiə məzhəbində cümə namazında birinci rukudan əvvəl və ikinci rukudan sonra, eləcə də digər namazlarda ikinci rukudan əvvəl qunut tutulması müstəhəbdir. Fitr və Qurban bayramı namazlarında 9 qunut tutulur. Fitr və Qurban bayramı namazlarında yaxşı olar ki, birinci rəkətdə beş təkbir deyilsin və hər iki təkbirin arasında bir qunut oxuyar və beşinci təkbirdən sonra başqa bir təkbir də deyib, rukuya gedər, iki səcdə etdikdən sonra təkrarən ayağa qalxar, ikinci rəkətdə isə dörd təkbir deyər və hər iki təkbirin arasında bir qunut oxuyar və dördüncü təkbirdən sonra, başqa bir təkbir də deyərək rukuya gedər, rukudan sonra iki səcdə edib təşəhhüdü oxuyar və namazın salamını verər. Vitr namazında qunut axrıncı rukuya getməzdən əvvəl sünnətdir (yaxud müstəhəbdir). Qeyd: Camaat namazına ikinci rəkətdə qoşulan kəs ikinci rəkətdə (özünün birinci rəkəti) camaat namazının tərtibini pozmamaq üçün qunutu rəca niyyəti (savab ümidi) ilə tutur.
Şunut
Şunut dağı — Rusiya Federasiyasının Sverdlovsk vilayətində yerləşən bir dağ. Uralın 15 kilometr uzunluğundakı hisəsinin dağ zirvəsi. Yekaterinburqun qərbində yerləşir. Konovalovski silsiləsinin ən yüksək nöqtəsi olduğu kimi bir stratotipdir. Turistlər tərəfindən tez-tez ziyarət edilən, nadir bitkilərin yayılmış olduğu qaranlıq iynəyarpaqlı tayqa meşələri ilə örtülmüşdür. Şunut dağı mərkəzi hissəsində "Nijneserginski rayonu" və "Revda şəhər dairəsi" ilə sərhədində yerləşir. Konovalovski Uval silsiləsinin ən yüksək zirvəsidir. Hündürlüyü 726,2 metr olan dağ tamamilə qaranlıq iynəyarpaqlı meşə ilə örtülmüşdür və Krasnoyar kəndindən 10 kilometr cənub-qərbdə yerləşir. Dağın cənubunda Bardım çayının sağ qolu olan Şunut çayının başlanğıcı başlayır. Dağın zirvəsində şərq tərəfdən 60-70 metr hündürlüyə çatan kənar qayalar var.
Günnüt əməliyyatı
Günnüt əməliyyatı — 2018-cı il mayın 20-dən 27-nə qədər Naxçıvan Muxtar Respublikasında baş vermiş Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında hərbi münaqişə. Əlahiddə Ümumqoşun Ordusunun əks-həmlə əməliyyatı nəticəsində Şərur rayonunun Günnüt kəndi, "Ağbulaq" yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya dağı azad olunub, Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan ordusunun nəzarəti altına keçib. Döyüşlər nəticəsində, ümumi olaraq, 11,000 hektarlıq ərazi azad olunub. Əməliyyat Azərbaycan Silahlı Qüvvələrinə İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verib. Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 1 əsgəri həlak olub. == Zəmin == Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Günnüt kəndi 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Döyüşlər == "Günnüt əməliyyatı" — 2018-cı il mayın 20-dən 27-nə qədər Naxçıvan Muxtar Respublikasında baş verib. Əlahiddə Ümumqoşun Ordusunun əks-həmlə əməliyyatı nəticəsində Şərur rayonunun Günnüt kəndi, "Ağbulaq" yüksəkliyi, Qızılqaya dağı və Qaraqaya dağı azad olunub, Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan ordusunun atəş nəzarəti altına keçib. Mayın 20-də Azərbaycan Ordusunun hərbçisi Adil Tatarov bu istiqamətdə gedən atışmada həlak olub. Bu barədə açıqlama verən Ermənistan Müdafiə Nazirliyi bildirib ki, "Son həftələrdə Ermənistan-Azərbaycan sərhədinin müəyyən hissələrində Azərbaycan qüvvələri mövqelərini inkişaf etdirmək və irəli çəkmək üçün aktiv mühəndislik işləri aparırlar.
Cunut bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Hünüt (dəqiqləşdirmə)
Hunud — tarixi Zəngəzur mahalının Qafan bölgəsində kənd (indiki Ermənistannın Sünik mərzində). Hünüt — tarixi Zəngəzur mahalının Meğri/Mığrı bölgəsində kənd (indiki Ermənistannın Sünik mərzində). Yuxarı Hımud — Çarlıq dövründə keçmiş Tiflis quberniyasının Borçalı qəzasında, sovet dövründə keçmiş Şəmşəddin rayonu ərazisində qışlaq (indiki Ermənistanın Tavuş mərzində). 1930-cu ildə ləğv edilmişdir. Aşağı Hunud — Çarlıq dövründə keçmiş Tiflis quberniyasının Borçalı qəzasında, sovet dövründə keçmiş Şəmşəddin rayonu ərazisində qışlaq (indiki Ermənistanın Tavuş mərzində). 1930-cu ildə ləğv edilmişdir. Günnüt — Naxçıvan MR-nın Şərur rayonu ərazisində kənd (Kömürlüdağ yaxınlığında).
Puent-Nuar
Puent-Nuar (fr. Pointe-Niore; hərfi tərcüməsi: "Qara nöqtə") — Afrikada, Konqo Respublikasında eyniadlı əyalətdə yerləşən şəhər. Konqo Respublikasının Brazzavildən sonra ən böyük ikinci şəhəridir. Atlantik okeanının sahilində yerləşir. Əhalinin sayına görə də şəhər ölkə üzrə ikincidir. 2010-cu ilin siyahıalmasına görə şəhərdə 829.134 nəfər yaşayır. Şəhərdə bir liman, bir hava limanı və 550 km uzaqlıqda olan Brazzavillə əlaqə saxlamağa yardımçı olan dəmiryolu var. Fransa müstəmləkəsi dövründə qurulan şəhər fransız qüvvələri üçün salınmışdır. Bu torpaqlara ilk dəfə 1484-cü ildə gələn portuqallar sahildən görünən qara qayalıqlar səbəbi buranı "Qara nöqtə" adlandırmış, daha sonra fransızların gəlişindən sonra uyğun adla — Puent-Nuar ("Qara nöqtə") əvəz olunmuşdur. 1924–1934-ci illərdə Brazzavillə dəmir yolu xətti inşa edilmiş, 1939-cu ildə isə liman istifadəyə verilmişdir.
Punuk adaları
Punuk adaları (ing. Punuk Islands) — Müqəddəs Lourens adasının şərq ucunda Berinq dənizində üç kiçik adadan ibarət adalar qrupu. Adalar Apavavuk burnundan 8,5 km cənub-şərqdə və Niiqhapak burnundan 18 km cənub-qərbdə yerləşir. Bu adaların xəritəsi 1849-cu ildə Rusiya İmperator Donanmasının kapitanı Mixayıl Tebenkov tərəfindən yupikcə olan adı ilə adlandırılır. Onlar həmçinin "Pinik adaları" və "Punquk adaları" adları ilə tanınırlar. Punuk adaları morjlar və dəniz quşları üçün təbii yaşayış yeridir. Adada yaşayan İqtisadçı-tarlasiçanının endemik yarımnövü (Microtus oeconomus punukensis) yaşamaqdadır. Punuk mədəniyyətinin mühüm arxeoloji sahəsi olan Okvik ərazisi adalarda Otto Vilyam Geist tərəfindən aşkar edilmişdir. 1931-ci ildə Geist və İvar Skarland 1934-cü ildə ərazidə qazıntı apararaq, daşlaşmış morj sümüyü artefaktları tapır, onların çoxu hazırda Alyaska Universitetinin kolleksiyasındadır.
Ruhnu adası
Ruhnu (est. Ruhnu, isv. Runö, latış. Roņu‎, rus. Руно) — elədə böyük olmayan ada Baltik dənizinə aid olan Riqa körfəzində yerləşir. İnzibati cəhətdən Estoniyanın Saaremaa qəzasının Ruhnu rayonu ərazisinə daxildir. Ada öz növbəsində sualtından suxurların səthə çıxması nəticəsində əmələ gəlmişdir. Vaxtı ilə Riqa körfəzinin dibi olmuşdur. Adanın sahəsi 11,9 km², uzunluğu 5,5 km, eni 3,5 km təşkil edir. Adaya ən yaxın quru parçası Kolka burnudur.
Xunut dağı
Kömürlüdağ — Şərur rayonu ərazisində, Dərələyəz silsiləsindən şimal-qərbə ayrılan Saraybulaq qolunun suayırıcında, Bağırsaqdərəsi çayının mənbə hissəsində, Günnüt kəndindən 2,5 km şimal-şərqdə dağ (hünd. 2065,8 m). Erkən Pliosen maqmatizminin törəmələri olan andezit, andezit-dasit və dasitlərdən ibarət subvulkanik kütləyə uyğun gələn kəsik konusa bənzər yüksəklikdir. Yamacları eyniyaşlı Biçənək lay dəstəsinin andezit, andezit-dasit lavaları və piroklastolitlərlə örtülmüş və uzununa və eninə istiqamətlənmiş qırılmalarla mürəkkəbləşmişdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-şərq cinahının şimal-qərb hissəsində məskunlaşan Günnüt əyilməsinin mərkəzində yerləşir. Yerli əhali dağı Xunut da adlandırır. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.
Şuhut (Afyonkarahisar)
Şuhut — Afyonkarahisar ilinə bağlı, Daxili Ege bölgəsinin ən şərqində iştirak edən bir mahalda. Il mərkəzinə uzaqlığı 29 km-dir. 1946-ci ildə ilçe olmuşdur. Şuhut, "keşkek" yeməyiylə məşhurdur. Əhəmiyyətli bir et və kartof istehsal mərkəzidir.
Puent-de-Şato
Puent-de-Şato (fr. Pointe des Châteaux) — Qvadelupa adasının şərqində Qrand-Ter adasının ərazisində yerləşən yarımada. Yarımada özünün nadir fauna və florası ilə tanınır. Burada güçlü külək və dalğalar müşahidə edilir. Buranı hər il 500 000 insan ziyarət edir. Puent-de-Şato şimal-qərb qayalıqlarında uzun çimərlik yerləşir. Bu çimərlik Le-Qrande-Saline (fr. Les Grandes Salines) adlanır. Sakit şəkildə üzməyə yaramasa da ekstermal idman həvəskarlarını özünə cəlb edir.
Unut (nom)
Unut (q.misir wnt — "dovşan", yun. ὁ Ἑρμοπολίτης νομός) — Yuxarı Misirin XV nomu (əyaləti). Nomun mərkəzi yun. Ἑρμοῦ πόλις μεγάλη, (q.misir Ḫmnw) şəhəri olmuşdur. Həmin ərazinin totemi dovşan sayılır. Əsas tanrısı Unutdur. Yerli panteona Unut, Tot, Oqdoad, Hathor, Xnum, Seşat daxildir. Nomu əsasən Tot kahinləri idarə ediordilər.
Puent-a-Pitr (rayon)
Sarbur (fr. Arrondissement de Sarrebourg) — Fransanın Lotaringiya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Mozel. Suprefektura — Sarbur. Rayon əhalisi 2006-cı ildə 63 193 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 64 nəf / km². Rayon sahəsi — 993 km².