Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Banka
Panda
Böyük panda (çin 熊貓, 熊猫, Xiongmao; lat. Ailuropoda melanoleuca) və ya bambuk ayısı — ayıkimilər fəsiləsinə aid məməli heyvan növü. Vətəni mərkəzi Çin hesab olunur. Çinin (Şərqi Tibet, Sıçuan, Yunnan) dağ meşələrində yaşayır. Ovçuluq, kənd təsərrüfat sahələrini genişləndirilməsi, meşəliklərin qırılması və digər səbəblərdən nəsli məhv olmaq təhlükəsi altındadır. Buna görə də adı qırmızı kitaba salınmışdır. Gözlərinin ətrafında, qulaqlarını üzərində və gövdəsində böyük qara rəngli xəz ilə xarakterizə olunur. Düşünülür ki, bu cür rəng kombinasiyası kölgəli, yaxud qarlı-qayalı ərazilərdə kamuflyaj üçün yararlıdır. Hündürlükləri 1.6-1.9 metr aralığında dəyişir. Yetkin pandaların ağırlığı 100-120 kq arasında dəyişir.
Tanka
Tanka (yaponca: qısa mahnı) Yapon poeziyasında janrlardan biri. Tanka 5 sətirdən və 31 hecadan ibarət olub, 5-7-5-7-7 heca sisteminə əsaslanır.
Anka
TAI Anka Türkiyə Silahlı Qüvvələrinin tələblərinə uyğun olaraq TAI şirkəti tərəfindən istehsal olunan pilotsuz uçuş aparatıdır. PUA-nın baza variantı olan Anka-A orta yüksəklikdə (3 km-dən 9 km-dək) uçuş həyata keçirmək məqsədilə dizayn olunmuşdur. == Tarixi == Hazırlanmasına TAI tərəfindən 30 dekabr 2010-ildə başlanılıb və 2013-cü ildə istismara verilib. Layihənin hazırlanma dəyəri 200 milyon ABŞ dolları olub. Türkiyənin Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Daxili İşlər Nazirliyi tərəfindən aktiv istifadə edilir. Anka 2000-ci illərin əvvəllərində taktiki kəşfiyyat missiyaları üçün nəzərdə tutulsa da, sonradan sintetik diafraqmalı radar və döyüş sistemlərinə inteqrasiya olunmuşdur. Bu PUA-nın adı əfsanəvi Simurq quşundan götürülmüşdür. 2019-cu ilin sonunda TAI tərəfindən verilən açıqlamada, əsas parametrlərdə havada uçma müddətinin 24 saat olaraq qeyd edilməsinə baxmayaraq, PUA-nın 26 saat 30 dəqiqə uçaraq yeni rekord qırdığı bildirildi. == Variantları == === ANKA-A === Əməliyyatlar başlayan zaman ANKA layihəsinin ilk konfiqurasiyası olan ANKA-A prototipləri Türkiyə Aerokosmik Sənayesinin öz resursları ilə Elazığda yerləşdirildi. === ANKA-S === ANKA-A-da qazanılan təcrübə fonunda sintetik radarları kimi yeni missiya avadanlıqlarını daşıyacaq və daha yüksək performansa sahib olacaq ANKA-S-nin ilk uçuşu 30 yanvar 2015-ci ildə həyata keçirilib.
Amblyseius wanka
Amblyseius wanka (lat. Amblyseius wanka) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius wanka Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Böyük panda
Böyük panda (çin 熊貓, 熊猫, Xiongmao; lat. Ailuropoda melanoleuca) və ya bambuk ayısı — ayıkimilər fəsiləsinə aid məməli heyvan növü. Vətəni mərkəzi Çin hesab olunur. Çinin (Şərqi Tibet, Sıçuan, Yunnan) dağ meşələrində yaşayır. Ovçuluq, kənd təsərrüfat sahələrini genişləndirilməsi, meşəliklərin qırılması və digər səbəblərdən nəsli məhv olmaq təhlükəsi altındadır. Buna görə də adı qırmızı kitaba salınmışdır. == Bədən quruluşu == Gözlərinin ətrafında, qulaqlarını üzərində və gövdəsində böyük qara rəngli xəz ilə xarakterizə olunur. Düşünülür ki, bu cür rəng kombinasiyası kölgəli, yaxud qarlı-qayalı ərazilərdə kamuflyaj üçün yararlıdır. Hündürlükləri 1.6-1.9 metr aralığında dəyişir. Yetkin pandaların ağırlığı 100-120 kq arasında dəyişir.
Carex pansa
Carex pansa (lat. Carex pansa) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinin cil cinsinə aid bitki növü.
Danila Manka
Kiçik panda
Kiçik panda, pişik ayısı və ya qırmızı panda (lat. Ailurus fulgens) — Məməlilər sinfinə, pandakimilər fəsiləsinə aid məməli heyvan növü. Yırtıcılar dəstəsinə daxil olan, lakin əsasən bitki ilə qidalanan, iri bir ev pişiyi ölçüsündə olan canlı. == Adın mənşəyi == Çində bu heyvan haqqında ilk yazılı istinadlar XII-cü əsrə aiddir, ancaq avropalılar bu heyvanla yalnız XIX əsrdə tanış ola bilmişlər. Kiçik panda 1821-ci ildə ingilis koloniyaları ərazisində material toplayan general və təbiətşünas Tomas Hardvik tərəfindən rəsmi olaraq "kəşf" edilmiçdir. Hardvik bu heyvanı çincə adlarından biri olan "ua" (vah) kimi olaraq adlandırır. Bu həm də heyvanın səslərinin təqlidi idi. Bundan əlavə, çinlilər onu "ho-hu" (huo-hu), nepalllılar isə "punya" (poonya) adlandırırdılar. Punya sonda müasir "panda" sözünə çevrilmişdir. Bununla birlikdə Hardvik materialları ilə İngiltərəyə qayıtmaqda gecikdi.
Panda Board
PandaBoard — Texas Instruments OMAP4430 (ARM Cortex-A9 nüvəli) bazasında yaradılmış bir-lövhəli və ucuzlu kompüterdi. 2010-cu ilin oktyabrında (subsidiya olunmuş) qiyməti 174 $ təşkil edirdi. Developerlər üçün nəzərdə tutulub. PandaBoard ES — OMAP4460 (çip üzərində sistem (SoC)) bazasında yaradılmış lövhənin daha yeni versiyasıdır, hardakı mərkəzi və video nüvə daha yüksək tezlikdə işıəyir. 2011-ci ilin noyabrından 182 $ qiymətində satışda mövcuddur. İlk versiyada 1 GHz tezliyində işləyən 2 nüvəli mərkəzi ARM Cortex-A9 MPCore və 304 MHz tezliyində işləyən SGX540 qrafik nüvəli OMAP4430 prosessoru, C64x siqnal prosessoru və 1 GB RAM (DDR2 SDRAM) vardır. PandaBoard ES isə 1.2 GHz tezliyində işləyən 2 nüvəli mərkəzi və 348 MHz tezliyində işləyən qrafik nüvəli OMAP4460 prosessorundan istifadə edilir. Məlumatların saxlanması üçün SD kartdan istifadə edilir. SDHC tipli 32Gb-tadək yaddaş kartları dəstəklənir. Lövhə üzərində 10/100 Ethernet, Wi-Fi, Bluetooth vardır.
Panda diplomatiyası
Panda diplomatiyası (ing. Panda diplomacy) — Çin Xalq Respublikasının böyük pandaları xarici ölkələrə diplomatik hədiyyə kimi verilməsi nəticəsində yaranan diplomatiya. Panda diplomatiyasının əsası 618-705-ci illərdə qoyulub. Həmin vaxt Çin imperatoru Yaponiyaya panda bağışlayaraq dostluq mesajı verib. Müasir dövrdə isə "panda diplomatiyası" 1972-ci ildə bərpa olunub. Həmin ildə Çinin baş naziri Ju Enlai ABŞ prezidenti Riçard Niksonun həyat yoldaşına 2 panda hədiyyə edib.
Panda pornoqrafiyası
Panda pornoqrafiyası və ya panda pornosu – pandaların cütləşmə anlarını əks etdirən videomaterial. Panda pornoqrafiyası zooparklarda saxlanılan böyük pandaların cinsi istəklərini gücləndirmək üçün istifadə olunur. Zooparklarda saxlanılan heyvanlarda çoxalma istəyi azaldığı üçün nadir heyvan növləri nəsilkəsilmə təhlükəsi ilə qarşı-qarşıya qalır. Panda pornoqrafiyasından istifadə 2009-cu ildə Tailand zooloqları tərəfindən aparılmış eksprementdən sonra populyarlaşmışdır. Onlar Çanmai zooparkında saxlanılan bir neçə böyük pandaya başqa pandaların cütləşmə anını əks etdirən videolar göstərmişdilər. Təcrübəni aparan tədqiqatçılar heyvan pornoqrafiyasının çoxalmağa müsbət təsir göstərdiyini və belə bir uğurun heç Çində əldə olunmadığını bildirmişdirlər. Təcrübəin həyata keçirilməsindən 10 aylıq period ərzində 31 panda balası doğulmuşdur. Pandaların cinsi istəklərini artırmaq üçün viaqradan istifadə etmək kimi metodlar isə uğursuz olmuşdu.
Panda qarışqası
Euspinolia militaris (lat. Euspinolia militaris) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pərdəqanadlılar dəstəsinin mutillidae fəsiləsinin euspinolia cinsinə aid heyvan növü. Xarici görünüşünə görə Panda qarışqası olaraq adlandırılmışdır. Cənubi Amerika: Argentina, Çili. Kiçik ağ-qara rəngli, tüklü qarışqa. Uzunluğu 8 mm-dir. Gözlər yarımsferik, seyrsizdir. Dişilərin sinəsi armudvaridir. Parazitaer həyat sürürlər. Balaları digər həşəratların yuvalarında olan balaları yeyirlər.
Panda çayı
Panda çayı və ya Panda nəcisi çayı – Çində pandaların nəcisindən hazırlanan çay çeşidi. Bambukun tərkibindəki 30% faydalı maddə pandanın mədəsi tərəfindən həzm edilir. Qalan 70% isə nəcis vasitəsilə çölə çıxır. Çinin Sıçuan vilayətində ilk dəfə becərilib.
Penka təpəsi
Penka təpəsi — Antarktidanın Cənubi Şetland adalarının Livinqston adasının sahillərindən cənub-şərqdə yerləşən, 217 m hündürlüklü təpədir. Təpə buzlaqlardan azaddır. Təpə ətli yarpağı olan və İspaniyada yetişən penkanın adını daşıyır. Penka təpəsi 62°36′04″ c. e. 61°07′23″ q. u. koordinatlarında yerləşmişdir. Təpə Start təpəsindən 2.77 km cənub-şərqdə, Dulo təpəsindən 2.28 km cənub-şərqdə, Battenberq təpəsindən 1.93 km cənub-şərqdə, Varadero təpəsindən 2.15 km şimal-qərbdə yerləşmişdir. Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir.
Sanka Zver
Sanka Zver (əsl adı: Cabir Əli (Pəncəli) oğlu Qasımov; 15 oktyabr 1920, Zığ, Bakı qəzası – avqust 1973, Bakı) — qanuni oğru. Cabir Qasımov 1920-ci ilin oktyabrın 15-də Bakı qəzasının Zığ qəsəbəsində anadan olub. İlk dəfə Bakıda erməni zabitini öldürdüyünə görə 1936-cı ildə həbs edilib. Sibirə etap olunub. Ömrünün çox hissəsini həbsxanalarda keçirib. Keçirilən "sxodka"da özündən fiziki cəhətdən güclü olan "Sanka" ləqəbli erməni qanuni oğrunu öldürüb. Oğrular ona Sanka Zver deməyə başlayıblar. Oğru Sanka Zver 1973-cü ildə dostu Lotu Kəbir tərəfindən güllələnərək öldürülüb. Doğulduğu Zığ qəsəbəsində dəfn edilib. Etibar adlı bir oğlu qalıb.
Xanka gölü
Xanka — Çinin Xeylunszyan vilayəti və Rusiyanın Primorsk diyarı ərazisində yerləşən sərhər gölüdür. Ümumilikdə Xanka Uzaq şərqin ən iri şirinsulu gölüdür. Onun sahəsi 4070 km² təşkil edir. Uzunluğu 95 km, orta dərinliyi 4,5 m, ən dərin yeri isə 10,6 m olan göldür. Gölə 24 çay axır. Onlar arasında ən iriləri Melqunovka, İlistaya, Sunqaça, Komissarovka və Ussuri çaylarıdır. Gölün kənarında Turıy Roq, Novonaçalnik və Kamen-Rıbalov kəndləri yerləşir. Göldə Rusiya və Çinin təşkil etdiyi müştərək qoruq yaradılmışdır. Delilin 1706-cı il xəritəsində gölün adı Xinqon olaraq keçir və ondan çay axır. Bu çay iki adla göstərilir — Usurou və Ousuri İ. М. Хаsii (alm.
Yanka Kupala
Yanka Kupala (əsl adı İvan Dominikoviç Lutseviç, belar. Іва́н Даміні́кавіч Луцэ́віч; 7 iyul 1882 – 28 iyun 1942[…], Moskva) — belarus şair, dramaturq, publisist, Belarus ədəbiyyatının klassiki, BSSR-in xalq şairi (1925), BSSR EA-nın (1928) və SSRİ EA-nın akademiki (1928), Birinci dərəcəli Stalin mükafatı laureatı (1941).
Zagrebačka banka
Zagrebačka banka (Zaqrebaçka banka, Zaqreb bankı) — Xorvatiyanın ən böyük bankı. UniCredit Maliyyə Korporasiyasının törəmə bankı. 1989-cu ildə tam özəlləşdirilən ilk Xorvatiya bankı və listinqlə birjaya (Zaqreb fond birjası, 1995-ci il) çıxan ilk Xorvatiya bankı. CROBEX adlı Xorvatiyanın əsas fond indeksinə daxil olan 25 şirkətdən biri. Bank 1914-cü ildə Zaqreb hakimiyyəti tərəfindən Gradska štedionica (şəhər əmanət bankı) adı ilə təsis edilmişdir. Bankın əsas vəzifəsi ilk öncə şəhər ictimai müəssisə və təşkilatlarını maliyyələşdirmək idi. Yarandığı gündən iki il sonra bank şəhərdə tramvay şəbəkəsi tikən Zaqreb Tramvay Şirkətini (ZET) maliyyələşdirməyə, eləcə də digər infrastruktur layihələrini kreditlərlə dəstəkləməyə başladı. İkinci Dünya Müharibəsindən sonra bankın adı Gradska štedionica Zagreb (Zaqreb Şəhəri Əmanət Bankı) oldu. 1977-ci ildə bir sıra yenidən qurulmadan sonra bank müəssisələrə kredit verməyə yönəlmiş Zaqrebačka banka və fiziki şəxslərə maliyyə xidmətləri göstərən Gradska štedionica bölündü. 1980-ci ildə onlar yenidən birləşdilər, lakin artıq Zagrebačka banka adı altında.
Çistaya Banka
Çistaya Banka (rus. Чистая Банка) — Xəzər dənizinin şimal-şərqində yerləşir. Züdev adasından 27 km cənubda, Volqa çayı deltasında yerləşir. Çistaya Banka adasının uzunluğu 6 km, eni isə 4 km təşkil edir. Ada inzibati cəhətdən Həştərxan vilayəti ərazisinə daxildir. Çistaya Banka adası ərazisində qədim İdil şəhəri mövcud olmuşdur. Tarixçi Konstantin Nikolayeviç kosmosdan baxış zamanı adada şəhər qalıqlarını aşkarlamışdır.
Şri-Lanka
Şri-Lanka, tarixi adı ilə Seylon və ya rəsmi adı ilə Şri-Lanka Demokratik Sosialist Respublikası — Cənubi Asiyada ada-dövlət. Şri-Lanka Hind okeanında Hindistandan 31 km cənubda eyni adlı adada yerləşir. Ada-dövlət 1972-ci ilə qədər Seylon olaraq bilinirdi. Ümumi sahəsi 65610 kvadrat kilometr, əhalisinin sayı 21 milyon nəfərdən çoxdur. Şri-Lanka həm də Hind okeanının incisi adlandırılır. Hökumət qüvvələri ilə Tamil İlam Azadlıq Pələngləri (digər adı ilə Tamil pələngləri) arasında baş verən vətəndaş müharibəsi 1983-cü ildən bu yana davam edir. Tamil pələngləri adanın şimalında və şərqində Tamil İlam adında müstəqil dövlət qurmaq üçün mübarizəsi 2009-cu ildə hökumət qüvvələrinin zəfəri ilə nəticələndi. Ümumilikdə 1,340 kilometrlik sahil xəttini malikdir. Hindistandan Polk boğazı vasitəsilə ayrılır. Dekabr və Mart ayları arasında tropik və şimal-şərq bölgəsi musson yağışlarının təsiri altında qalan iqlimi, İyun və oktyabr ayları arasında da cənub-qərb bölgəsi musson yağışlarının təsiri altında qalır.
Şri Lanka
Şri-Lanka, tarixi adı ilə Seylon və ya rəsmi adı ilə Şri-Lanka Demokratik Sosialist Respublikası — Cənubi Asiyada ada-dövlət. Şri-Lanka Hind okeanında Hindistandan 31 km cənubda eyni adlı adada yerləşir. Ada-dövlət 1972-ci ilə qədər Seylon olaraq bilinirdi. Ümumi sahəsi 65610 kvadrat kilometr, əhalisinin sayı 21 milyon nəfərdən çoxdur. Şri-Lanka həm də Hind okeanının incisi adlandırılır. Hökumət qüvvələri ilə Tamil İlam Azadlıq Pələngləri (digər adı ilə Tamil pələngləri) arasında baş verən vətəndaş müharibəsi 1983-cü ildən bu yana davam edir. Tamil pələngləri adanın şimalında və şərqində Tamil İlam adında müstəqil dövlət qurmaq üçün mübarizəsi 2009-cu ildə hökumət qüvvələrinin zəfəri ilə nəticələndi. Ümumilikdə 1,340 kilometrlik sahil xəttini malikdir. Hindistandan Polk boğazı vasitəsilə ayrılır. Dekabr və Mart ayları arasında tropik və şimal-şərq bölgəsi musson yağışlarının təsiri altında qalan iqlimi, İyun və oktyabr ayları arasında da cənub-qərb bölgəsi musson yağışlarının təsiri altında qalır.
Suit&Panda
Panda (dəqiqləşdirmə)
Böyük panda (bambuk ayısı) — Ayıkimilər fəsiləsinə aid məməli heyvan növü. Kiçik panda — Ayıkimilər fəsiləsinə aid məməli heyvan növü.
Qaraçı pankı
Qaraçı pankı və romani pankı — ənənəvi qaraçı musiqisi ilə pank rokun kəsişdiyi hibrid musiqi janrı. Pank və qaraçı musiqisinin elementlərini özündə birləşdirən ilk rok qruplarından biri əsasən 1990-cı illərin əvvəllərində aktiv olan "Motherhead Bug" idi. "Gogol Bordello" qrupu "Gypsy Punks: Underdog World Strike" albomunu buraxdıqdan sonra daha geniş auditoriya bu janrdan xəbərdar olmuşdur. Qrupun solisti Yevgeni Hütz onların performansını "qaraçı pankı kabaresi" kimi təsvir etmişdir. Qaraçı pank qrupları adətən rok ritmlərini və alətləri zərbəçi dəsti, buben, akkordeon, skripka, truba və saksafon kimi daha ənənəvi qaraçı alətləri ilə birləşdirir. Vətənləri Hindistandan köçdükdən sonra romanilər dünyada o qədər yayılmışlar ki, onların "vətənləri yoxdur". Qaraçı pankı təkcə qaraçı mədəniyyəti ilə deyil, həm də onun olmaması ilə bağlıdır. Qaraçılar üçün musiqi "mədəni ifadənin əsas forması" kimi müəyyən edilmişdir. Qaraçı pankından təkcə qaraçı, yaxud "qaraçı" mədəniyyətinə mənsub insanlar istifadə və ifa etmirlər. Pank "üsyan, anarxiya və müqaviməti" əhatə edir.