Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Razmik Panosyan
Razmik Panosyan (erm. Ռազմիկ Փանոսեան; 2 fevral 1964, Beyrut) — erməniəsilli Kanada tarixçisi və politoloqu. Etnik erməni olan Panosyan 1964-cü ildə Livanın Beyrut şəhərində anadan olmuşdur. O, Kanadada "[erməni] icması ilə məşğul olan" ailədə böyümüşdür. İngilis, fransız və erməni dillərini bilir. O, 2002-ci ildə London İqtisadiyyat Məktəbində (LSE) namizədlik dissertasiyasını müdafiə etmişdir. Onun dissertasiya işi "Multilokal milli kimliyin təkamülü və müasir millətçilik siyasəti: Ermənistan və onun diasporu" adlandırmışdır. O, Beynəlxalq İnsan Hüquqları və Demokratik İnkişaf Mərkəzində siyasət direktoru olmuş və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramında (BMTİP) də daxil olmaqla, beynəlxalq məsləhətçi kimi fəaliyyət göstərmişdir. O, London İqtisadiyyat Məktəbində və London Universitetində mühazirələr oxumuşdur. Hal-hazırda Portuqaliyada yaşayan Panosyan 2013-cü ildən Kalust Gülbəkyan Fondunun erməni icmaları departamentinin direktorudur.
Azmıç
Ramil
Ramil — kişi adı.
Ramin
Ramin — Azərbaycan kişi adı. Ramin Hacılı — Azərbaycanlı siyasi aktivist Ramin Şıxəliyev — Azərbaycan aktyoru. Ramin Mahmudzadə — Ramin Hacıyev — Azərbaycan rejissoru, aktyor. Ramin Musayev — Azərbaycan Peşəkar Futbol Liqasının prezidenti.
Ramiz
Ramiz — kişilərə verilən şəxsi ad. Ramiz Rövşən — Azərbaycan şairi. Ramiz Mirzəyev Ramiz Mirzəyev — AFFA-nın keçmiş prezidenti. Ramiz Mirzəyev (Ramiz Həsənoğlu) — Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi Ramiz Məlik Ramiz Alıquliyev — texnika elmləri doktoru, professor. Ramiz Bağırov (I) — istedadlı musiqiçi, vokal sənətini respublikada geniş təbliğ edən müəllim. Ramiz Qasımov Ramiz Qasımov (pilot) — Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotu, Vətən müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Ramiz Qasımov (mühəndis) — elm xadimi, professor. Ramiz Tahirov (general) — general. Ramiz Əbdülrəhimov — memarlıq doktoru, professor.
Razavi Xorasan
Rəzavi Xorasan ostanı (fars. استان خراسان رضوی‎ – Ostane Xorasane rəzəvi) — İranın şərqində ostan. Mərkəzi Məşhəd şəhəridir. Tarixi Xorasan bölgəsinin bir hissəsini təşkil edir. Ostanın ərazisi 148.959 km²-dir. 2006-cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 5 593 079 nəfər əhali yaşayır. Əhalisinin etnik tərkibi Azərbaycan türklərindən (Ostan əhalisinin 1/5-i qədər), farslardan, Xorasan türklərindən, türkmənlərdən, kürdlərdən, həzaralardan, bəluclardan, puştunlardan və s. ibarətdir.
Razlıq (Sərab)
Razlıq (fars. رازليق‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,656 nəfər yaşayır (463 ailə).
Raznıe adaları
Raznıe adaları — İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. Şimal Torpağının bir hissəsini təşkil edir. Qrup iki adadan ibarətdir. Kara dənizini ərazisində, Qırmızı Ordu boğazının mərkəzi hissəsində, Oktyabr İnqilabı adasından 1 km aralıda yerləşir. Arxipelaq iki adadan ibarətdir. Böyük ada 1,7 km uzunluğa və 650 m enə malikdir. Kiçik ada isə 600 m uzunluğa və 250 m enə malikdir. Ən hündür nöqtəsi 11 metrdir. Bu yüksəklik Boyük adada yerləşir. Digər adada isə yüksəklik yoxdur.
Razi
Razi — ad. Razi Nurullayev — Azərbaycan siyasətçisi. Razi Səfərov Fəxrəddin Razi — Məhəmməd ibn Zəkəriyə əl-Razi — fars tibb və kimya elm adamı. Yaşayış məntəqələri Razi (Xoy) — İranda kənd.
Nazmi Solok
Nazmi Solok (türk. Nazmi Solok; d. 1876, Balıkəsir ili, Osmanlı İmperiyası – ö. 1956, İstanbul, Türkiyə) — Türk əsgəri. 1896-ci ildə hərbi məktəbə daxil olmuş və 1899-ci ildə oranı bitirmişdir. Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 12 mart 1918-ci ildə Müstəqil 50-ci tümən komandiri kimi xidmət göstərdi. 27 mart 1918-ci ildə Bağdad döyüşündə əsir götürüldü və 12 iyun 1920-ci ildə əsirlikdən azad edildi. 2 oktyabr 1939-cu ildə təqaüdə çıxdı. 1956-cı ildə İstanbulda vəfat etdi.
Qordon Ramzi
Qordon Ceyms Ramzi (ing. Gordon James Ramsay Jr.) — Britaniyalı aşpaz, restoranlar sahibi və televiziya aparıcısı və prodüseri. Onun restoranları ümumilikdə 16 Michelin ulduza layiq görülüb. 1966-cı ilin noyabrın 8-də Constoun şəhərində anadan olub. 5 yaşından Straford şəhərində böyüyürdü. Qordon ailədəki dörd uşağından ikincidir. Böyük bacısı, Dayan, kiçik qardaşı Ronni və kiçik bacısı İvonn var. Qordon sözlərinə görə, Ronni azyaşlı olarkən, heroin saxladığına görə azadlıqdan məhrum olunub. Onun atası Qordon Ceyms 1997-ci ildə həlak olmuş. Fərqli vaxtlarda atası hovuz idarəçisi, qaynaqçı və satıcı işləyirdi, bacısı İvonna ilə anası Helen (qızlıqda Kosqrov) tibb bacıları idilər.
Raciv Motvani
Raciv Motvani (ing. Rajeev Motwani) - Google veb axtarış sisteminin yaradıcılarından biri, professor. Raciv Motvani 1962-ci il martın 26-da Hindistanın Yeni Dehli şəhərində anadan olub. Larri Peyc və Sergey Brinlə birlikdə dünyanın ən nəhəng internet axtarış sistemi olan Google veb axtarış sistemini yaradıb. O, 5 iyun 2009-cu ildə hovuzda boğularaq ölüb. Stenford Universitetinin professoru olan Raciv Motvani üzməyi bacarmırmış. Yaxınlarının sözlərinə görə, o üzgüçülük kursuna getməyi planlaşdırırmış. Professor gecə saatlarında hovuza yıxılıb. Xidmətçisi səhər işə gələrkən Kaliforniyadakı evində, bağçadakı hovuzda Motvaninin cəsədini tapıb.
Raciv Qandi
Raciv Ratna Qandi (hind. राजीव गाँधी, 20 avqust 1944[…], Bombey, Britaniya Hindistanı – 21 may 1991[…]) — hind siyasi xadimi, 1984—1989-cu illərdə Hindistanın baş naziri. 20 avqust 1944-cü ildə İndira Qandi və Feroz Qandi ailəsində anadan olmuşdur. Raciv babası Cəvahirləl Nehrunun evində böyüyüb. Hindistanda seçilmiş bir məktəbdə, daha sonra London Universiteti və Kembric Universitetinin Triniti Kollecində təhsil almışdır. 1965-ci ilin yayında Raciv İtaliyadan Sonya Qandi ilə görüşdü. Sonya ilə ingilis dilini öyrəndi və Raciv mühəndis-mexanik ixtisasında təhsil aldı. 1968-ci ilin yanvarında Raciv və Sonya Dehlidə evləndilər. 1970-ci ilin iyun ayında onların oğlu Rahul, 1972-ci ilin yanvarında qızları Priyanka anadan oldu. 1968-1980-ci illərdə Hindistana qayıtdıqdan sonra Hindistan Havayollarında pilot, sonra isə ekipaj komandiri olaraq çalışdı.
Ramin Cavadi
Ramin Cavadi (fars. رامین جوادی‎; 19 iyul 1974, Duysburq, Şimali Reyn-Vestfaliya) — İran-Alman əsilli bəstəkar. Marvel filmi Dəmir-Adam və HBO kanalında yayımlanan Taxt-tac oyunları serialına bəstələdiyi musiqilər ilə tanınır. Həmçinin o Titanların Müharibəsi, Sakit Okean Döyüşü, Varkraft, Zamanın fırlanması, Əbədilər, filminin, Həbsxanadan qaçış, Person of Interest, Cek Rayan, Qərb Dünyası seriallarının, Medal of Honor, Gears of War 4 və Gears 5 oyununun bəstəkarlığını etmişdir. 2018-ci ildə Taxt-tac oyunlarının "Əjdaha və Canavar", 2019-cu ildə isə "Uzun Gecə" epizodlarına görə ardıcıl Emmi Mükafatına layiq görülmüşdür.
Ramin Cavadov
Ramin Hacılı
Ramin Rasim oğlu Hacılı (2 sentyabr 1983, Arayatılı, Füzuli rayonu) — siyasi aktivist; "Üçüncü gələcək" jurnalının təsisçisi və baş redaktoru. Azərbaycan Avropa Hərəkatının prezidenti (2012 – indi) Ramin Rasim oğlu Hacılı 2 sentyabr 1983-cü il tarixində Azərbaycan Respublikası, Füzuli rayonu, Arayatılı kəndində doğulub. 1993-cü ildə erməni hərbi birləşmələrinin Füzuli rayonunu işğalı etməsi səbəbindən məcburi köçkün kimi ailəsi ilə birlikdə Bakı şəhərinə köç edərək vaqonda məskunlaşıb. Orta təhsilini Bakı şəhəri, Nizami rayonu 220 saylı tam orta məktəbdə başa vurub. 2002-ci ildən 2006-cı ilədək Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İşlətmələr fakültəsində Beynəlxalq Siyasi Münasibətlər ixtisası üzrə ali təhsil alıb. Türkiyə İstanbul Univeristetinin beynəlxalq münasibətlər ixtisası, ABŞ-də liderlik proqramı üzrə və Malta Respublikasının ixtisaslaşdırılmış ingilis dili kursunda təhsil alıb. 2002–2004-cü illərdə "Rəsulzadə — Elçibəy Ocağı"nın sədr müavini vəzifəsində çalışıb. 2005–2006-cı illərdə Dalğa Gənclər Hərəkatının təsisçilərindən biri və ilk sədri; 2007–2008-ci illərdə isə Dalğa Gənclər Hərəkatının təsis etdiyi "Demokratiya Məktəbi"nin direktoru olub. Hazırda "Demokratiya Məktəbi"nin təlimçisi, "Demokratiya Akademiyası"nın prezidentidir. 2006–2007-ci illərdə ABŞ-nin Hüquqşünaslar Assosiasiyasının dəstəyi ilə Bakı şəhərində keçirilən "SAĞLAM TƏHSİL" kampaniyasına rəhbərlik edib.
Ramin Hacıyev
Ramin Hacıyev (29 dekabr 1976, Kirovabad) — Azərbaycan rejissoru, ssenari müəllifi, aktyor. Ramin Hacıyev 1976-cı ildə Gəncədə anadan olmuşdur. 1983–1994-cü illərdə 18 saylı orta məktəbi, 1995–2000-ci illərdə Qafqaz Universitetinin "Biznes üzrə menecer" fakültəsini, 1999–2000-ci illərdə Türkiyənin İstanbul Kültür Universitesinin "Cinema Academy"nin Kinorejissorluğunu bitirmişdir. Bir neçə layihənin rejssoru və müəllifidir. 31 iyul 2019-cu ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür. Toy (film, 2005) — Cabbar Ailəm (film, 2006) Qonşular (film, 2006) — Əfsələddin Milçək (film, 2006) — Qədeş Koma 0,1 saniyədə (film, 2007) Bacanaqlar (teleserial, 2009) — Məhəbbət Qız atası (teleserial, 2014) Səfərin ailəsi (teleserial, 2014) — Baloğlan Qardaşlar (teleserial, 2015) Kişi sözü (teleserial, 2015) Ailəcanlı (teleserial, 2017) Xalxın evi (teleserial, 2017) Ay yay yay (teleserial, 2018) Mən kiməm?
Ramin Hüseynov
Ramin Həsənov
Həsənov Ramin Müzəffər oğlu (7 noyabr 1977) — Azərbaycan diplomatı, Azərbaycan Respublikasının Cənubi Koreyadakı fövqəladə və səlahiyyətli səfiri. Ramin Həsənov 7 noyabr 1977-ci ildə doğulmuşdur. 1994-cü ildə orta məktəbi bitirmişdir. 1994—1998-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsində bakalavr pilləsində təhsil almışdır. 1998—2000-ci illərdə eyni fakültənin magistratrura pilləsində təhsilini davam etdirmiş və 2000-ci ildə beynəlxalq hüquq üzrə magistr dərəcəsini almışdır. 1999-cu ildə Almaniya Xarici İşlər Nazirliyinin xarici diplomatlar üçün kursunda iştirak etmişdir. Azərbaycan, alman, ingilis, rus və türk dilləri bilir. Evlidir, iki övladı var. Ramin Həsənov diplomatik xidmətə 1999-cu ildə başlamışdır. 1999—2000-ci illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Avropa və Kanada idarəsində referent və attaşe vəzifələrində çalışmışdır.
Ramin Kərimli
Ramin Mahmudzadə
Ramin Əlinazim oğlu Mahmudzadə (31 avqust 1935, Bakı – 9 avqust 2022) — fizika-riyaziyyat elmləri namizədi, dosent, məktəblilərdən ibarət informatika üzrə Ümumittifaq və beynəlxalq olimpiadalara hazırlıq işlərinin rəhbəri, Bakı "Bilik" Cəmiyyətinin nəzdində "İstehsalatda Riyazi üsullar" İctimai İnstitutunun rektoru (1985–1990), Təhsilin İnformasiyalaşdırılması Resurs Mərkəzinin rəhbəri (1999–2003), Focal Point UNESCO-nun Azərbaycanda rəhbəri (2002–2005), Təhsil Nazirliyinin "İnformasiya Texnologiyaları Təhsildə" Metodiki Şurasının sədri, əməkdar müəllim, 2005-ci ildə "Şöhrət" ordeni ilə təltif olunmuşdur. İT sahəsində ilk azərbaycanlı mütəxəssisləri hazırlayan alim kimi tanınır. XX əsrin ikinci yarısından yeni yaranan kompüter elmlərinin (informatika) Azərbaycanda inkişafında onun böyük rolu olmuşdur. Bu baxımdan o, həm də Azərbaycanın ilk proqramçısı sayılırdı. Ramin Mahmudzadə Əlinazim oğlu 31 avqust 1935-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1953-cü ildə orta məktəbi Ukraynada bitirmişdir. 1953-cü ildə Dnepropetrovsk Dağ-Mədən İnstitununa daxil olub. 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1958-ci ildə Leninqrad Dövlət Universitetində təhsilini davam etdirmiş, 1961-ci ildə oranı bitirmişdir. 1961-ci ildən 1968-ci ilədək Azərbaycan Dövlət Universitetinin Mexanika Riyaziyyat fakültəsində asisent işləmişdir.
Razik Salmanov
Razil Vəliyev
Razil Vəliyev (azərb. Razil İsmayıl oğlu Vəliyev‎; d. 4 yanvar 1947, Tatarıstan,Nijnekamsk) – Xalq şairi Tatarıstan Respublikası Dövlət Şurası Rəyasət Heyətinin üzvü, Dövlət Şurasının Təhsil, mədəniyyət, elm və milli məsələlər üzrə Komitə başqanı, Tatarıstan Respublikası Milli Kitabxanası Qəyyumlar Şurasının başçısı, "Yeni əsr Teleradio Şirkəti" Açıq Səhmdar Cəmiyyətinin Direktorlar Şurasında və "TatMedia" ASC-nin Direktorlar Şurasında Tatarıstan Respublikası Dövlət Şurasının nümayəndəsi, "Tatarıstan Respublikası Tarix və Mədəniyyət abidələrinin yenidən qurulması üzrə Respublika Fondu" Qəyyumlar Şurasının üzvü, Tatarıstan Respublikası Prezidenti yanında Soydaşlarla iş üzrə Əlaqələndirmə Şurasının üzvü, Tatarıstan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü. 4 yanvar 1947-ci ildə Tatarıstanın Nijnekamsk (keçmiş Şeremetyev) rayonunun Taşlık kəndində doğulmuşdur. 1965–1967-ci illərdə Kazan Federal Universitetinin Jurnalistika fakültəsində oxumuşdur. 1967 (may-iyul) "Kazan odları" jurnalının ədəbi əməkdaşı olmuşdur. 1967–1972-ci illərdə Moskvadakı M. Qorki adına Ədəbiyyat İnstitutunda oxumuşdur. 1976-cı ildən indiyə kimi "Yalkın" jurnalı Redaksiya heyətinin üzvüdür. 1981-ci ildən indiyə kimi Tatarıstan Yazıçılar Birliyi İdarə heyətinin üzvüdür. 1981–1986-cı illərdə SSRİ Yazıçılar İttifaqı İdarə heyətinin üzvü olmuşdur.
Razim Məmmədov
Razim Məmmədov (21 iyun 1966, Ağdü, Sisian rayonu) – Xətai Rayon İcra Hakimiyyətinin başçısı (2006–2018). Məmmədov Razim İsa oğlu 21 iyun 1966-cı ildə Qərbi Azərbaycanda, Sisiyan rayonunun Ağudi kəndində anadan olub. İlk əmək fəaliyyətinə 1983-cü ildə "Azərittifaq"ın Kitab Ticarəti idarəsində fəhlə və komplektləşdirici kimi başlayıb. 1984–1986-cı illərdə hərbi xidmətdə olub. 1991-ci ildə Moskva Kooperasiya İnstitutunun Əmtəəşünaslıq fakültəsini, 2004-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1999-cu ildə yaradılmış "Real-İnşaat" firmasının həmtəsisçisi, 2004-cü ildə Sumqayıt şəhərində yaradılmış "Real Tibb Mərkəzi" MMC-nin təsisçisi və direktoru olub. Azərbaycan Respublikasının Prezidentinin 26 sentyabr 2006-cı il tarixli Sərəncamı ilə Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, üç övladı var.
Razim Paşayev
Razim Paşayev — Azərbaycan bəstəkarı. Onun bir çox bəstələri illər uzunu xalq mahnısı adıyla tanınıb. Tanınmış müğənni Səyyad Əlizadənin "Sənin üçün oxuyuram" adlı kompakt—disk şəklində çıxan albomuna xalq mahnıları və onlar qədər həzin və məlahətli səslənən Razim Paşayevin bəstələri də daxil edilib. "Ədalət" qəzetinin baş redaktor müavini, şair Əbülfət Mədətoğlu yazdığı şerlərə bəstələnmiş bir kompakt-disk də dinləyicilərə məlumdur.