Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rey
Rey (İran) — İranın qədim tarixi şəhəri, Rey şəhristanının mərkəzi.
Ceyms Rey
Ceyms Rey — Amerika Birləşmiş Ştatları ordusunun polkovniki. Antanta dövlətlərinin Ermənistana ali komissar təyin etdiyi Amerika polkovniki V.Haskelin müavini olmuşdur. 1919-cu ilin oktyabrında Haskel Parisə çağırıldıqda, onu əvəz edən Ceyms Rey Naxçıvanda və Şərur-Dərələyəzdə neytral zona məsələsini müzakirə etmək üçün Bakıya gələrək, Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti ilə danışıqlar aparmış, oktyabrın 24-də V.Haskelin Naxçıvanda neytral zona yaratmaq barədə bəyanatını Müsəlman Milli Şurası qarşısında elan etmişdir. Bəyanata əsasən, Şərur və Naxçıvanda Amerika qubernatorluğu yaradılması, polkovnik Edmund Dellinin qubernator təyin edilməsi haqqında iki bənddən ibarət sərəncam imzalamış, lakin Milli Şuranın və Naxçıvan əhalisinin təkidilə qərarını dəyişdirərək, polkovnik Dellinin Naxçıvanda general-qubernator deyil, Amerika ali komissarının nümayəndəsi kimi qalmasına razılıq vermişdir. Ceyms Rey Naxçıvana səfərində neytral zona üçün nəzərdə tutulan bu ərazini Azərbaycandan ayırmağın mümkün olmadığını anlamışdır. 1919-cu il noyabrın 23-də Azərbaycanla Ermənistan arasında bağlanmış sazişi ABŞ tərəfindən təminatçı kimi Ceyms Rey də imzalamışdır. Sazişin 3-cü bəndinə görə, tərəflər hər hansı bir məsələni dinc yolla həll edə bilmədikdə neytral şəxslərdən ibarət münsiflər məhkəməsinin qərarını özləri üçün məcburi hesab etməli idilər. Sazişdə belə neytral şəxsin Ceyms olduğu göstərilirdi. Ceyms Rey, həmçinin Harbord missiyasının Azərbaycan üzrə müvəkkili olmuşdur. Paris sülh konfransındakı Azərbaycan nümayəndələri Ceyms Reylə görüşüb, ona lazımi materiallar təqdim etmişdilər.
Eddison Rey
Eddison Rey İsterlinq (ing. Addison Rae Easterling; 6 oktyabr 2000, Lafayette[d], Luiziana) — ABŞ aktrisası, fotomodeli, rəqqasəsi və müğənnisi.
Rey Bredberi
Rey Duqlas Bredberi (22 avqust 1920[…], Uokiqan[d], İllinoys[…] – 5 iyun 2012[…], Los-Anceles, Kaliforniya) — amerikalı yazıçı və ssenarist. 20–21-ci əsrlərdə Amerikanın ən çox tanınan yazıçılarından biri olmuşdur. Əsərləri əsasən fantastika janrındadır. Bredberiyə indiki şöhrətini qazandıran onun Fahrenheit 451 (1953) romanı və Mars Xronikaları (1950) və Şəkilli Adam (1951) adlı hekayə toplularıdır. O, əsasən fantastika janrında yazırdı, ancaq müəllifin həmçinin başqa janrlarda yazılmış — Zəncirotu Şərabı (1957) , Yaşıl Kölgələr, Ağ Balina (1992) kimi əsərləri də mövcuddur. Əsərlərinin bir çoxu filmə çəkilmişdir. Bredberi 22 avqust,192-ci il tarixində Uokiqan,İllinoysda dünyaya gəlmişdir. Anası Ester Bredberi (1888–1966) isveçrıli immiqrant, atası Leonard Bredberi (1890–1957) isə ingilis idi. Bredberi uşaqlıq illərini geniş bir ailənin əhatəsində, Uokiqanda keçirmişdir. Bu illər gələcəkdə onun yazıçılıq karyerasında böyük rol oynadı.
Rey Dolbi
Rey Dolbi (ing. Ray Milton Dolby; 18 yanvar 1933, Portlend[…] – 12 sentyabr 2013, San-Fransisko, Kaliforniya) — səs texnologiyaları sahəsində yenilikləri ilə yaddaşlarda qalıb. O, həcmli səs texnologiyalarının yaradıcısı kimi tarixə düşə bilib. Onun texnologiyası sayəsində kino sənayesi yeni bir mərhələyə qədəm qoymuşdur. Reyin ixtiraları kinematoqrafiya və şou-biznes sənayesinə, həm də musiqiçilərin və kinematoqrafçıların yaradıcılığına böyük təsir göstərmişdir. Faktiki olaraq onun məhsulları yalnız elm və texnikanın nailiyyəti olmadı, həm də bədii ifadəliliyin vasitəsi oldu. Rey öz ixtiralarına ABŞ-nin 50-dən çox patentini almışdır. Rey Dolbi 18 yanvar 1933-cü ildə Oreqon ştatının Portlend şəhərində anadan olmuşdur. İkinci dünya müharibəsi bitdikdən sonra balaca Rey audioyazı ilə məşğul olan “Ampex” şirkətində natamam iş vaxtında çalışır. Firma həmin dövrdə bu fəaliyyət növü ilə məşğul olan ilk şirkət idi.
Rey Hino
Seylor Mars (セーラーマーズ, Sērā Māzu) — Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqasından personaj. Əsl adı Rey Hino (火野 レイ, Hino Rei) olan Seylor Mars Günəş sistemini qorumaq üçün yaradılmış Seylor döyüşçüləri komandasının üzvüdür. Seylor Mars Usaqi tərəfindən tapılmış 2-ci Seylor döyüşçüsüdür. Seylor döyüşçüləri komandasının Seylor Veneradan sonra ikinci lideridir. Rey atəşi idarə etməklə yanaşı, zehni bacarıqlara da sahibdir. "Seylor Mun" manqasından başqa Seylor Mars iki qısa manqada da yer almışdır. İlk belə manqası keçmişindən bəhs edən "Kasablanka xatirələri" manqasıdır. "Rey və Minakonun qız məktəbi döyüşü" manqasında isə hekayə Seylor Mars və Seylor Venera üzərində qurulmuşdur. Rey ilk dəfə Hikava məbədində (火川神社, Hikawa Jinja, "Alov Çayı məbədi", ingilis versiyasında Albalı Təpəsi məbədi) miko kimi peyda olmuşdur və orada iki qarğası olduğu göstərilmişdir. Manqada bu iki qarğanın adının Fobos və Deymos (Mars planetinin iki peyki) olduğu bildirilmişdi.
Rey Hiquçi
Rey Hiquçi (d. 28 yanvar 1996) — Yaponiyanı təmsil edən sərbəst güləşçi. Rey Hiquçi 2016-cı ildə Yaponiyanı Olimpiya Oyunlarında təmsil etdi və yarışların gümüş medalını qazandı. Rey Hiquçi 2016-cı ildə karyerasında birinci dəfə Braziliyanın Rio-de-Janeyro şəhərində Olimpiya Oyunlarında qüvvəsini sınadı. Hiquçi birinci görüşdə Koreya Xalq Demokratik Respublikası güləşçisi Yang Kyong-İli 12:2, ikinci görüşdə Belarus güləşçisi Əsədulla Laçinaunu 10:0, üçüncü görüşdə Kuba nümayəndəsi Yovlis Bonneni 8:4, dördüncü görüşdə isə İranlı Həsən Rəhimini 10:5 hesabı ilə məğlub etdi və yarışların finalına vəsiqə qazandı. Həlledici görüşdə isə Rey Hiquçi Gürcüstan güləşçisi Vladimir Xinçeqaşviliya gərgin görüşün yekununda 3:4 hesabı ilə məğlub oldu və XXXI Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.
Rey Kavakubo
Rey Kavakubo (川久保 玲, 11 oktyabr 1942[…], Tokio[d]) – Yaponiya dəb dizayneri. "Comme des Garçons" və "Dover Street Market" brendlərinin qurucusudur. Görkəmli dizayn töhfələrinə görə Nyu-Yorkda yerləşən Metropoliten muzeyində onun dizaynlarına həsr olunmuş sərgi baş tutmuşdur. Rey Kavakubo 11 oktyabr 1942-ci ildə Tokioda doğulmuşdur. Ailənin ən böyük övladı və yeganə qız övladı idi. Atası Keyo Universitetində administrator işləyirdi. Buna görə də Kavakubo 1960-cı ildə Keyo Universitetində təsviri incəsənət və ədəbiyyat təhsili almağa başlamışdır. 1964-cü ildə məzun olduqdan sonra "Asahi Kasei" parça şirkətinin reklam departamentində işləməyə başlamış, 1967-ci ildə frilans stilist olmuşdur. 1969-cu ildə "Comme des Garçons" leyblı altında öz paltarlarını dizayn etməyə başlamışdır. 1969-cu ildə Tokioda "Comme des Garçons" adlı şirkətini qurmuşdur.
Rey Kərimoğlu
Rey Kərimoğlu (Qasımov) (09.07.1967, Şıxbabalı, Ağdam rayonu) — Qarabağ qazisi (əlili), jurnalist, Prezident təqaüdçüsü. Rey Kərim oğlu Qasımov 9 may 1967-ci ildə Ağdam rayonunun Şıxbabalı kəndində, sadə bir Türk ailəsində anadan olub. 1984-cü ildə həmin kənddə orta məktəbi bitirib. 1985-87-ci illərdə Sovet Ordusu sıralarında xidmət edib. Əvvəlcə Ağdam Kənd Təsərrüfatı Texnikumunun İnşaat, sonra isə Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr və Hüquq institutunun hüquq fakültəsini bitirib. Ailəlidir. Ermənilərin Azərbaycana qarşı torpaq iddiasına etiraz əlaməti olaraq 1988-ci ilin fevral ayında Qarabağ müharibəsinin şəhidləri Əli Hacıyev və Bəxtiyar Quliyevin həlak olduğu gün Ağdamdan Əsgəran istiqamətində təşkil olunmuş yürüşdə iştirak edib. Mühəribənin ilk dövründə gecələr ermənilərlə həmsərhəd kəndlərimizdə könüllü müdafiə dəstələrində ov tüfəngi ilə keşik çəkib. Qarabağda komendat saatını həyata keçirən Sovet ordusunun rəhbərlərinin birtərəfli şəkildə erməniləri himayə etmələrinin əleyhinə təşkil edilən aksiyalarda iştirak edib. 1991-ci ildən Erməni işğalçılarına qarşı aparılan əməliyyatlarda rəsmi şəkildə iştirak etmək üçün könüllü olaraq Azərbaycanın Milli Qəhrəmanı, mərhum polkovnik-leytenant Şirin Mirzəyevin yaratdığı 836 saylı hərbi hissənin tərkibində Milli Ordu sıralarına qoşulub.
Rey Məmmədbəyli
Rey Məmmədbəyli — Azərbaycanlı futbolçu. Belçika futbol çempionatının super liqasında çıxış edən "Sent-Trüyden" futbol klubunun oyunçusu. Rey Məmmədbəyli 6 yaşından İslam Kərimovun rəhbərliyi altında futbol oynamağa başlamış, sonralar Vaqif Paşayevin nəzarətində məşq etmişdir. Valideynlərinin işi ilə əlaqədar Belçikaya köçməli olmuşdur. Oradakı futbol məktəblərindən birinə yazılmışdır. Əvvəlcə "Herent"in sıralarına qoşulmuş, sonradan "Löven"ə keçmişdir. 2008/2009 mövsümündə isə "Sent-Trüden"lə müqavilə bağlamışdır. "Sent-Trüden"in heyətində Belçika çempionatının ikinci dəstəsində son 3 turda oynamaq şansı qazanmış və 2 qol vurmuşdur. Atası Elgiz Məmmədov da peşəkar futbolçu olmuş, Kəpəz, Qarabağ, Neftçi klublarında çıxış etmişdir. Belçika çempionatının ikinci dəstəsində çıxış etdiyi 36 oyunda 32 qol vurmuşdur.
Rey Robson
Rey Robson (ing. Ray Robson, 25 oktyabr 1994, Quam) ABŞ şahmatçısı, qrosmeyster (2010). 16 iyul 2009-сü ildə gənclər arasında ən gənc ABŞ Çempionu olmuşdur. Dünya Kubokunda iştirak etsə də, uğur əldə edə bilməmişdir. 2014 Millionaire Chess turnirinin finalında Uesli So tərəfindən məğlub edilmişdir. Ray Robson. Chess-DB.com Arxivləşdirilib 2016-08-26 at the Wayback Machine (ing.) Ray Robson. 365chess.com (ing.) Ray Robson. fide.com (ing.) Ray Robson. chessgames.com (ing.) Ray Robson.
Rey Tomlinson
Rey Tomlinson (ing. Raymond Samuel Tomlinson; d. 17 yanvar 1941, Amsterdam, Nyu-York, ABŞ) — ABŞ ixtiraçısı, @ işarəsinin banisi. Rey Tomlinson 17 yanvar 1941-ci ildə Nyu-York ştatının Amsterdam şəhərində anadan olmuşdur. Orta təhsilini Broadalbin Mərkəzi Məktəbində başa vurduqdan sonra Renselir Politexnik İnstitutuna daxil olub. Burada elektrik mühəndisliyi ixtisası üzrə bakalavr dərəcəsinə yiyələnərək təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirib. 1965-ci ildə Massaçusets Texnologiya İnstitutunu bitirib və "Bolt, Beranek and Newman" (BBN) şirkətində işləməyə başlayıb. 1968-ci ildə şirkət müasir internetin sələfi olan "ARPANET" şəbəkəsinin yaradılması işi ilə bağlı hökumət sifarişini alır. ABŞ-nin Müdafiə Nazirliyinin Perspektiv Tədqiqat Layihələri Agentliyi (ARPA) bu işlərdə koordinator rolunu oynayırdı. 1969-cu ilin yanvar ayının 2-də "ARPANET" adlanan şəbəkə vasitəsilə Los-Anceles, Santa-Barbara və Yuta ştatının universitetləri və Stenford Elmi-Tədqiqat İnstitutu arasında informasiya mübadiləsi təmin edilir.
Rey Yuri
Raymond Klarens Yuri (ing. Ray Ewry) — səkkiz Olimpiya və iki növbədənkənar Yay Olimpiya Oyunları qızılına malik ABŞ-lı yüngül atletika idmançısıdır. Bu nəticələrlə o, bütün zamanların ən uğurlu olimpiyadaçıları arasında özünəməxsus yer tutur. Ayrı-ayrı növlər üzrə yarışlarda qazandığı səkkiz Olimpiya qızılı ilə yalnız 18 Olimpiya qızılına malik olan Maykl Felps-dən geri qalır. Yuri ABŞ-nin İndiana ştatının Lafayette şəhərində qüsurlu uşaq kimi anadan olub. Qısa müddət ərzində, o, əlil arabasından istifadə edib və onun, ömürlük iflic ola biləcəyindən qorxurdular. Lakin Yuri öz fiziki məşqlərini etdi və xəstəliyə qalib gəlməyi bacardı. Yuri Perdyu Universitetinə gedib və Siqma Nu cəmiyyətinin üzvü olub. Perdyuda mühəndislik diplomu aldıqdan sonra o, Nyu-York İdman Klubunun üzvlüyünə yazılıb. Orada Yuri hal-hazırda mövcud olmayan yerindən uzununa, hündürlüyə və üç təkanla tullanma yarışlarında ixtisaslaşmışdı.
Rey burnu
Rey burnu (ing. Cape Ray) — Kanadanın Nyufaundlend adasının cənub-qərb qutaracağında yerləşən burun. İnzibati baxımından Nyufaundlend və Labrador əyaləti ərazisinə daxildir. Burunun qarşı tərəfimndə Niort burnu yerləşir (Keyp-Breton adası ucqar şərq nöqtəsi).
Rey Çarlz
Rey Çarlz Robinson (ing. Ray Charles Robinson) - Məşhur amerikalı musiqiçi.
Rey şəhristanı
Rey şəhristanı (fars. شهرستان ری‎) — İranın Tehran ostanının 14 şəhristanından biridir. Şəhristan 3 bəxşə ayrılmışdır: Rey mərkəzi bəxşı Kahrizək bəxşı Faşapoyeh bəxşı, bəxş mərkəzi Həsənabad şəhəridir. Şəhristanın 2006-cı ildə əhali sayı 292.016, idari mərkəzi Rey şəhəridir. Şəhristan içində əhalisi 2006 rəsmi sayımına görə 8000i aşan yerleşim yerleri və bağlı olduqları bəxşlər aşağıdaki grafikte gösterilmiştir. *Bahş merkezleri kalın yazıyla belirtilmiştir.
Rəy sorğusu
Rəy sorğusu — sorğusunu keçirmək uçun hər şeydən əvvəl anket tərtib etmək lazımdır ki, onun köməyi ilə lazım olan məlumatları toplamaq mümkün olsun. Anket — müəyyən tərzdə struktur cəhətdən təşkil olunmuş və hər biri tədqiqatın əsas vəzifəsi ilə məntiqi surətdə bağlı olan suallar yığımıdır. Anketin tərtib edilməsi prosesi əslində tədqiqatın əsas hipotezasını suallar dilinə çevirməkdən ibarətdir. Bu çox mürəkkəb və olduqca çox zəhmətli, tədqiqatçı-sosioloqdan diqqətlə, səbirlə işləməyi, sualların tipləri haqqında yaxşı biliklərin olmasını, sualları dəqiq ifadə etməyi və onları müəyyən ardıcıllıqla düzməyi bacarmağı tələb edən əməliyyatdır. Anket sualları, adətən, üç əsasa görə fərqləndirilir: məzmununa görə; formasına görə; funksiyasına görə. Sualların məzmununa görə tipləri. Anketin bütün suallarını məzmununa görə şərti olaraq iki böyük qrupa bölmək olar: keçmiş və indiki zamanlardakı faktlar, davranış və fəaliyyət məhsulları haqqında suallar; fərdin motivləri, qiymətləri və rəyləri haqqında suallar. Əgər birinci qrupdan olan suallar vasitəsilə tədqiqatçı rəyi soruşulan haqqında, onun nələri bildiyi və yadda saxladığı haqqında obyektiv məlumat ala bilərsə, ikinci qrupda, daxil olan sualların köməyi ilə o, rəyi soruşulanın nə düşündüyü, bu və ya digər bir şey haqqında rəyi, nə etmək istədiyi və bunun səbəbi haqqında məlumat əldə edir. Birinci qrup suallara hər şeydən əvvəl demoqrafik sualları, rəyi soruşulanın statusunun, cinsinin, yaşının, təhsilinin, ailə vəziyyətinin, peşəsinin, iş stajının və s. müəyyənləşdirilməsinə yönəlmiş sualları aid etmək olar.
Rey Cenet
Əsasən Pirat ləqəbi ilə xatırlanan Rey Cenet (27 iyul 1931 - 2 oktyabr 1979) İsveçrə əsilli Amerikalı alpinist. O, Şimali Amerikanın ən yüksək dağı Alyaskanın Denali dağı (Mak-Kinli dağı) üzrə ilk bələdçi olub. Cenet aktrisa Korianka Kilçerin babasıdır. Cenetin Denali dağı ilə əlaqəsi 1967-ci ildə əvvəllər alpinizm təcrübəsi olmasa da, Qreq Blamberqin başçılığı ilə Denalinin zirvəsinə ilk uğurlu qış ekspedisiyasında iştirak edəndə başladı. Ekspedisiya Art Deyvidson tərəfindən Mənfi 148 dərəcə: Mak-Kinli dağının ilk qış qalxışı (1970)də təsvir edilmişdir. Cenet 2 oktyabr 1979-cu ildə alpinist həmkarı Hannelore Şmatz ilə birlikdə Everest dağından enərkən gecə hipotermiyaya düşərək öldü. Dırmanışdan yorulmuş, Şerpa (etnik xalq) bələdçilərinin onları dayanmamağa çağırmasına baxmayaraq, gecə yaxınlaşdıqca 28 000 fut (8 500 m) hündürlükdə çadır (kiçik sığınacaq) qurmaq üçün dayanmışdılar. İki Şerpa bələdçisi, Sunqdare Şerpa və Anq Janqbo, onların çadırlarında (sığınacaq) onlarla qaldı, lakin Cenet səhərə qədər sağ qala bilmədi. Qrupda oksigen balonu tükənirdi və Şmatz həmin gün Sunqdare ilə birlikdə "Cənub yəhəri"nə enmək istəyərkən öldü.
Rey (İran)
Rey — İranın qədim tarixi şəhəri, Rey şəhristanının mərkəzi. Ərəb sərkərdəsi Ömər bin Saad I Müaviyə və I Yezidlə, hər iki xəlifə ilə yaxın münasibətdə olmuşdur. Xilafət qarşısındakı xidmətlərinə görə Rey şəhərinin valisi təyin edilmişdir. 1194-cü ildə Xarəzmşahlar ilə İraq Səlcuqlu dövləti arasında aparılan böyük savaşla məşhur olmuşdu. Savaşdan sonra Xarəzmşahların idarəsinə keçən şəhər, sırayla İran və Osmanlı dövləti arasında əl dəyişdirdi. İran-İraq müharibəsi sırasında yerlə bir edilən şəhər, günümüzdə İran İslam Respublikası sərhədləri içərisindədir. Səlcuqlular dönəmində ən önəmli tibb və elm mərkəzi halına gəlmiş bir şəhər idi. Nizamülmülkün əmrləriylə təhsil üçün aparılan yeniliklərin başladığı və ən önəmli gəlişmələrin yaşandığı şəhərdir. Böyük Səlcuqlu imperiyasının qurucusu Toğrul bəy 8 Ramazan 455-ci (5 sentyabr 1063) ildə burada dünyasını dəyişib dəfn edilmişdir.
İctimai rəy
İctimai rəy — insanların müxtəlif qruplarının onların maraq və tələbatlarına təsir edən real həyat hadisə və proseslərinə münasibətinin (gizli və ya aşkar) təzahür etdiyi kütləvi şüur forması. İctimai rəy açıq şəkildə ifadə olunur, cəmiyyətin və onun siyasi sisteminin fəaliyyətinə təsir göstərir. Məhz ictimai həyatın aktual problemləri ilə bağlı əhalinin açıq, ictimai ifadəsinin mümkünlüyü və bu ifadə edilmiş mövqeyin ictimai-siyasi münasibətlərin inkişafına təsiri xüsusi sosial institut kimi ictimai rəyin mahiyyətini əks etdirir. Eyni zamanda, ictimai rəy bir qrup insana təsir edən konkret məsələ ilə bağlı çoxsaylı fərdi fikirlərin məcmusudur. Hazırda bu nöqteyi-nəzər əksər elmi əsərlərdə öz əksini tapır və ümumi qəbul edilmiş hesab olunur. Bu fenomen qədim dövrlərdən başlayaraq bütün tarixi dövrlərdə mövcud olmuşdur, lakin bəşəriyyətin sosial həyatının bu unikal fenomenini ifadə edən terminin özü IX əsrdə Rusiyada, sonra isə XII əsrdə İngiltərədə meydana çıxdı. Orada onun baş verməsi ingilis dövlət və ictimai xadimi, yazıçı İohann Solsberinin adı ilə bağlıdır ki, o, “Polikratik” kitabında ölkə əhalisinin parlamentə mənəvi dəstəyini ifadə etmək üçün istifadə edib. Sonrakı “ictimai rəy” termini “Public opinion” iki sözünün birləşməsinin hərfi tərcüməsi idi. İngiltərədən bu ifadə digər ölkələrə və XVIII əsrin sonlarından nüfuz etdi və ümumi qəbul edildi.
Rey Brasye
Rey Brasye (fr. Ray Brassier; 1965, London) — fransız-şotlandəsilli Britaniya filosofu, Beyrut Amerika Universitetinin (Livan) professoru, fəlsəfi realist. Spekulyativ realizmin banilərindən biri kimi də tanınır. Brasye bakalavr dərəcəsini Şimali London Universitetində almışdır (1995). Vorvik Universitetində magistr və fəlsəfə doktoru dərəcələri (müvafiq olaraq 1997-ci və 2001-ci ilər).
Rey (dəqiqləşdirmə)
Rey — İranın qədim tarixi şəhəri, Rey şəhristanının mərkəzi.
Rəy aqreqatoru
Rəy aqreqatoru və ya icmal aqreqatoru — məhsul və xidmətlər (filmlər, kitablar, video oyunlar, proqram təminatı, kompüter avadanlıqları və avtomobillər kimi) ilə əlaqədar olan rəyləri yığan bir sistemdir. Bu sistem verilmiş rəyləri bir yerə cəmləyir və istifadəçilərin verdikləri rəylərə baxa bildikləri veb-saytı dəstəkləmək, istehlakçıların meylləri haqqında məlumatları üçüncü tərəflərə satmaq və yaxud şirkətlərin öz həqiqi və potensial müştəriləri haqqında məlumatlar əldə edə bilməsi üçün verilənlər bazası yaratmaq kimi məqsədlər üçün istifadə edilir. Sistem istifadəçilərinə bir məhsula aid verilmiş müxtəlif rəyləri asanlıqla müqayisə etməyə imkan yaradır. Belə sistemlərin əksəriyyəti müəyyən bir məhsul haqqında verilmiş müxtəlif rəylərə ədədi dəyərlər verir və məhsulun təxmini orta qiymətləndirilməsi üçün bu məlumatlardan istifadə edirlər. Rəy aqreqatoru saytları satışı baha olan videooyunlar kimi müəyyən kateqoriyalarda, rəy bildirilən məhsulları istehsal edən şirkətlərə iqtisadi təsir göstərməyə başlamışdırlar. Bəzi şirkətlər işçilərinə verilən əməkhaqqının nisbətini və işçilərə verilən mükafatları (bonuslar) rəy aqreqatorlarında verilən xallara əsasən hesablayırlar. Həmçinin şirkətlərin səhm qiymətləri şirkətlərin potensial satışları ilə şirkətlərə verilən ümumi rəy xalları arasındakı əlaqəyə görə ümumi rəy xallarına əsasən dəyişiklik göstərir. Ədəbiyyatda satış və ümumi rəy xalları arasında güclü əlaqə olduğu geniş şəkildə qəbul edilmişdir. Rəylər müştərilərin satın alma qərarlarına yüksək səviyyədə təsir göstərir. Bu təsiri nəzərə alan istehsalçılarda öz növbələrində müntəzəm olaraq müştərilər tərəfindən bu rəylərdə bildirilmiş nöqsanları aradan qaldırırlar.
Kopa del Rey
== Klub performansı ==
Lana Del Rey
Lana Del Rey (əsl adı: Elizabet Vulric Qrant; 21 iyun 1985, Nyu-York, Nyu-York ştatı) — amerikalı müğənni-mahnı yazarı. Melanxolik, qlamur və kino üslublu mahnılarına görə tanınır. Lana iki "Brit", üç "MTV Europe Music Awards" və bir "Satellite" mükafatı laureatıdır. On bir dəfə "Qremmi"yə namizəd göstərilmiş, ancaq heç birini qazanmamışdır. Variety onu "XXI əsrin ən nüfuzlu müğənni-mahnı yazarlarından biri" adına layiq görüb. Lana Del Rey Nyu-York ştatının ətrafında böyüyüb. Müğənni kimi karyera qurmaq üçün 2005-ci ildə Nyu-York şəhərinə köçüb. 2011-ci ildə çıxardığı "Video Games" sinqlının viral uğurundan sonra Polydor və Interscope şirkətləri ilə müqavilə bağlayıb. 2012-ci ildə "Summertime Sadness" hitinin daxil olduğu ikinci albomu "Born to Die" sayəsində kommersiya uğuru qazanmışdır. Onun 2014-cü ildə yayımladığı gitara əsaslı üçüncü albomu "Ultraviolence" ABŞ-də Billboard 200 cərgəsinə daxil olub.
РИА Новости
RİA Novosti — Rusiyanın dövlət informasiya agentliyi. 2013-cü ildə ləğv olunaraq onun bazasında “Rossiya Seqodnya” (Rusiya bu gün) beynəlxalq informasiya agentliyi yaradılır. İnformasiya agentliyinin əsas fəaliyyət istiqamətinin Rusiya Federasiyasının dövlət siyasətini və ictimai həyatını xaricdə işıqlandırmaqdır. Dünyanın ən böyük media holdinqlərindən biri sayılır, mərkəzi qərargahı Moskva şəhərində yerləşir.
Spişskа Nоvа Vеs
Spişskа Nоvа Vеs (slovak. Spišská Nová Ves, alm. Zipser Neudorf‎, mac. Igló) — Slovakiyanın şərqində şəhər. Koşitse bölgəsində yerləşir. Əhalisi 39 min nəfərdir. 1989-cu ildən şəhər icra başçıları: 1989 – 1990 – Ján Borovský 1990 – 1994 – Rastislav Jacák 1994 – 2002 – Karol Mitrík 2002 – 2006 – Anna Fedorová 2006 – 2014 – Ján Volný, PhD. Almaniya Alsfeld (alm. Alsfeld‎) Çexiya Havliçkuv-Brod (çex. Havlíčkův Brod) Polşa Groets (pol. Grójec) Fransa Eql (fr.
.рф
.рф (punycode: .xn--p1ai; (Российская Федерация) — yuxarı səviyyəli Rusiya milli domeni. İnternetdə ilk kiril əlifbasında yazılmış domen. Daha əvvəl daxil edilmiş ".ru" domenindən fərqi odur ki, domendə ". рф" xüsusi istisnalıqla kiril əlifbasında yazılır. Domen 12 may 2010-cu ildə daxil edilmişdir.
Pa-dе-Kale (departament)
Pa-dе-Kale (fr. Pas-de-Calais) — Fransanın şimal-qərbində yerləşən, O-de-Frans regionun departamentlərindən biri. Sıra nömrəsi — 62. İnzibati mərkəzi — Arras. Əhalisi - 1.472.589 nəfər (departamentlər arasında 7-ci yer, 2014-cü ilin məlumatları). Nor departamenti O-de-Frans regiounun bir hissəsidir, Nor və Somma departamentləri ilə sərhəddir. Şimaldan Şimal dənizinin suları, qərbdən Pa-de-Kale boğazı tərəfindən yuyulur. Ərazisi — 6671 km². Departamentin əsas şəhərləri Kale, Bulon-sür-Mer, Arras, Lans, Lyeven və Sent-Omer. Birinci Dünya müharibəsi dövründə Pa-dе-Kale də çox qanlı döyüşlər olmuşdur.