Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pemont dili
Pyemont dili — İtaliyanın Pyemont bölgəsində danışılan bir qall-italyan dildir. Təxminən 2 milyon nəfər tərəfindən danışılmaqla birlikdə rəsmi dil statusunda olmayıb yerli dil olaraq istifadə edilməkdədir. İtaliya hökuməti tərəfindən İtalyan dilinin bir ləhcəsi kimi qəbul edilməsinə baxmayaraq Etnoloq tərəfindən Lombard dili, Venedik dili, Emiliyano-Romaniyol dili və Liqur dili kimi ayrı bir dil statusundadır.
Vladislav Reymont
Vladislav Stanislav Reymont (əsl soyadı Reyment, pol. Władysław Stanisław Reymont; 7 may 1867[…] – 5 dekabr 1925[…], Varşava) — Polşa yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1924). Vladislav Stanislav Reymont polyak ədəbiyyatının yetirdiyi ikinci Nobel laureatıdır. Rodom yaxınlığında, ruhani ailəsində doğulmuşdu. Kilsədə orqan çalan atası doqquz uşağını çox çətinliklə dolandırırdı. Vladislav kiçik yaşlarından ehtiyacın hər üzünü görmüş və həqiqi "həyat universitetləri" keçmişdi. Təbii ki, belə şəraitdə yaxşı təhsildən söhbət gedə bilməzdi. Reymont üç sinifli məktəbi başa vurduqdan sonra Varşavada dərzi şagirdi olmuşdu. Lakin fəhlə tətilində iştirakına görə Lodza, valideynlərinin yanına qaytarılmışdı. Dözülməz şərait onu evdən qaçmağa, səyyar teatr dəstəsinə qoşulmağa məcbur etmişdi.
Remot yarımadası
Remot yarımadası — Baffin Torpağının şərqində yerləşən yarımada. Kanadanın Nunavut vilayəti ərazisinə daxildir. İnuitlərə aid Pont-İnlet kəndindən 295 km (183 mil) şimal-qərbdə, Klyat-riverdən 980 km şimal-şərqdə yerləşir. Remot yarımadası adaya cənub-qərb hissədən ensiz bərzəxlə birləşir. Yarımadanın uzunluğu 61 km (38 mil), maksimal eni isə 27 km (17 mil). Yarımada dağlıqdır. Ərazisində aktiv hərəkətdə olan buzlaqlar vardır. Ən Böyük zirvəsi Ukpik pikidir. Hündürlüyü 1809 metrdir. Remot gölü isə yarımadanın şimal-şərqində yerləşir.
Bomont
Bomont — Texas ştatının cənub-şərqində (ABŞ) yerləşən şəhər Hyuston-dan 125 km şərqdə və Luiziana ilə 35 km qərb sərhədində, Neçes çayının qərb sahilində yerləşir. == Ümumi məlumat == Bomont Jefferson County mərkəzi rayonudur. ABŞ-nin siyahıyaalma bürosuna əsasən, 2010 — cu ilin siyahıyaalmasına görə Bomont əhalisi 118 296 nəfər təşkil edirdi. 1881-ci ildə şəhər statusunu almışdır. Texas şəhərləri arasında Bomont sakinlərin sayına görə 24-cü yerdədir. İkinci Dünya müharibəsi zamanı Bomont böyük bir gəmiqayırma mərkəzinə çevrildi. 19-cu əsrin sonlarında çay portu, çəltiktəmizləmə və ağac emalı sənayesi mərkəzi idi. 20-ci əsrin əvvəllərindən neft hasilatı (1933-cü ilədək) və neftayırma, kükürd hasilatı (1950-ci ilədək) mərkəzidir. Lamar universiteti (1923), Tarix kitabxanası (1926); "Klifton stimbot" (hərbi-tarix, 1836), Texas yanğınsöndürənləri (1927) muzeyləri, Cənub-Şərqi Texas rəssamlıq muzeyi, Bomont rəssamlar ittifaqı (rəsm qalereyası), T.A.Edison muzeyi, C.Cey muzeyi (Texasın ilk sakinlərinin həyatını əks etdirən ekspozisiya), Enerji muzeyi (Spindltop neft yatağının tarixi), Qladis-Siti ("neft həyəcanı" dövrü şəhərciyinin ekspozisiyası) və s. muzeylər fəaliyyət göstərir.
Kremona
Kremona (it. Cremona) — İtaliyanın Lombardiya regionunda şəhər.
Mamont
Mamont (lat. Mammuthus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin xortumlular dəstəsinin fillər fəsiləsinə aid heyvan cinsi. Mamontlar Pleystosen epoxasında (Buz dövrü) Yer kürəsində yaşayan iri, fillər idi. Mamontların bir neçə növü var idi, ən məşhurları yunlu mamont (Mammuthus primigenius) və Kolumb mamontu (Mammuthus columbi) idi. Buz dövrünün sonunda iqlim dəyişikliyi və insanların həddindən artıq ovlaması nəticəsində mamontların nəsli kəsilib. Məlum olan son yunlu mamontlar təxminən 4000 il əvvələ qədər Şimal Buzlu okeanındakı Vrangel adasında yaşayırdılar. == Mamontları yenidən həyata qaytarmaq cəhdləri == Mamontları yenidən həyata qaytarmaq cəhdləri 1990-cı illərdən başlayıb. Ancaq min illər əvvəl donmuş hüceyrələr üzərində aparılan təcrübə nəticə verməyib, lakin 2008-ci ildə yapon alimlər 16 il əvvəl dondurulmuş siçanın hüceyrəsindən istifadə edərək başqa bir siçanı klonlaşdıra biliblər. Bu uğura Riken Bioloji İnkişaf Mərkəzinin professoru Teruxiko Vakayama imza atıb. Onun işini hazırda Kioto Universitetinin professoru Akira İritani davam etdirir.
Pyemont
Pyemont - (italyanca: Piemonte; Piyemontece: Piemonte) İtaliyanın 20 regionundan biridir. Sahəsi 25.399 km², əhalisi isə 4,45 milyondur. Regionun paytaxtı Torino (Piyemonteca: Turin) şəhəridir. Regionun baş naziri Roberto Cotamdır.
Ramona
Adaçayı (lat. Salvia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Sürvə çiçək qruplarında toplanan efir yağlarına görə becərilir. Onun çiçək qruplarında 0,11–0,3 % efir yağı vardır. Bu yağların tərkibinə linalilasetat (58–70 %), linalol (10–15 %) və başqa maddələr daxildir. Sürvə yağı və ondan hazırlanan məhsullar ətriyyat kosmetika sənayesində, qida və əczaçılıq sənayesində istifadə edilir. Sürvənin meyvələrində 31 %-ə qədər quruyan yağ vardır. İstehsal tullantılarından qiymətli ətir tənzimləyicisi – sklyarol alınır. Sürvə bitkisi gözəl bal verən bitkidir. Sürvə elə də çox qədimdən becərilən bitki deyildir.
Regent
Regentlik (lat. regens, "idarə edən") — monarxın yoxluğu və ya azyaşlılığı dövründə dövlət başçısı funksiyasını yerinə yetirən şəxs (regent) və ya kollegial orqan (regent şurası). İlk dəfə regentlik İngiltərədə baş verib.Kral III Georq(1738 - 1820) ruhi xəstə olduğu üçün oğlu VI Georq(1762 - 1830) taxta çıxır.Və krallığı o idarə etməyə başlayır.Onun dövründə İngiltərə daha təkmilləşmiş, incəsənət , dizayn , moda və arxitektura və texnika daha çox irəliləmişdir.
Reomon
Reomon (fr. Réaumont) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Tyullen kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38331. Kommunanın 2012-ci il üçün əhalisi 1000 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 309 ilə 436 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 26 km şimal-qərbdə yerləşir.
Sement
Sement (lat. caementum – ovulmuş daş) və ya ağ sement — süni qeyri-orqanik bərkidici tikinti materialı. Əsas inşaat materiallarından biri. Su, su məhlulları və başqa maye ilə qarışdırıldıqda, tədricən bərkiyib daşa dönən elastik kütlə əmələ gətirir. Əsasən beton istehsalı və tikinti məhlullarında istifadə olunur. Sementin xüsusiyətlərindən biri rutubətdə daha da bərkiməsidir. Bu onu prinsipial olaraq başqa, ancaq havada bərkiyən mineral bərkidici maddələrdən (gips, əhəng) fərqləndirir.
Vermont
Vermont — ABŞ ştatı. Mərkəzi Monpelye şəhəridir. 1777-ci ildə Britaniyadan müstəqillik əldə etmiş və Vermont Respublikası qurulmuşdur. 1791-ci ildə isə 14-cü ştat olaraq ABŞa birləşmişdir.
Demon
Demon (q.slav. де́монъ) (q.yun. δαίμων «ruh», «ilah»<ref)— həm müsbət, həm də mənfi rol oynaya bilən, tanrılarla müqayisədə daha aşağı mövqe tutan fövqəltəbii varlıqların və ya ruhların ümumi adıdır. Qədim yunanlarda Daimonia fəlsəfi konsepsiyası mövcud idi. Sokrat və onun davamçıları - Platon, stoaçılar və başqaları, daimonia ilə insanın "daxili səsi"-ni, vicdanı eyniləşdirir. Roma mifologiyasında onlar (lat. genius «ruh»)a<ref, xristianlıqda isə qoruyucu mələyə uyğun gəlir. Xristianlıq dönəmində slavyanlar arasında demon bes sözünün sinonimi olub, Rusiyada XI əsrdən bəri xristianlar bütün bütpərəst tanrıları ümumi demon adlandırdılar. Həmçinin İncil yunan dilindən kilsə slavyan dilinə və rus dillərinə tərcümə edilərkən yunanca demon sözü bes sözü ilə, ingilis və alman İncillərində isə şeytan – ing. devil, alm.
Ermon
Ermon (fr. Ermont) — Fransada bələdiyyə, region — İl-de-Frans, departament — Val-d'Uaz, rayon — Pontuaz, kanton — Ermon. Əhalisi — 27 474 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 16 km şimal-qərbində, Serji bələdiyyəsinin 16 km şərqində yerləşir.
Emoməli Rəhmon
Emomali Rahmon və ya İmaməli Rəhman (tac. Эмомалии Раҳмон, 21 mart 2007-ci ilədək — Emomali Şaripoviç Rahmonov, tac. Эмомалӣ Шарӣпович Раҳмонов; 5 oktyabr 1952) — Tacikistan Respublikasınının 3-cü Prezidenti. == Həyatı == Emaməli Rəhman 1992-ci ildə Tacikistan Ali Sovetinin sədri olmuşdur. 1994-cü ilin noyabrından Tacikistan Respublikasının Prezidentidir. Eyni zamanda Tacikistan Demokratik Xalq Partiyasının lideridir. 1971–1974-cü illərdə Sovet Silahlı Qüvvələrində xidmət edib. 1982-ci ildə iqtisadiyyat üzrə bakalavr dərəcəsi ilə dövlət universitetindən məzun olub. 1976–1988 illərdə Kölab rayonu Dənğərə bölgəsində kollektiv təsərrüfat ittifaqı komitəsinin sədri olub. Həmçinin o zamanın hakimiyyət qurumlarında müxtəlif vəzifələrdə çalışmışıb.
Frimont (Vayominq)
Frimont Rayonu (ing. Fremont County) — Vayominq, ABŞ-də yerləşən rayon. ABŞ Siyahıyaalma Bürosunun verdiyi statistik məlumatlara görə 2000-ci ildə bu rayonun əhalisi 35 804 nəfər olmuşdur. Rayonun paytaxtı Lander şəhəridir.
Kremona əyaləti
Kremona əyaləti — İtaliyanın Lombardiya regionunda əyalət.
Mamont yarımadası
Mamont yarımadası — Qərbi Sibirin şimalında yerləşən iri yarımadalardan biri. Qdansk yarımadasının mərkəzi-şimal hissəsində yerləşir. Qdansk estuarisi ilə Yuraskaya körfəzi arasında yerləşir. 1922-ci ildə «Aqnessa» şxunu ilə edilən ekspedisiya zamanı 1866-cı ildə tapılan Mamont sümüyü ilə əlaqədar verilmişdir. Şimal-qərbdən cənub-şərqə 120 km məsafədə uzanır. Orta eni 50 km-dir. Maksimal hündürlük 59 metr idi. Bitki örtüyü tundra bitkiləridir. Ərazisinin böyük hissəsi bataqlaşmışdır. Sahil xətti düzəndir.
Micromeria remota
Picea remontii
Picea abies var. abies (lat. Picea abies var. abies) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin küknar cinsinin adi küknar növünə aid bitki yarımnövü.
Pinus remota
Pinus remota (lat. Pinus remota) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü.
Pyemont Respublikası
Pyemont Respublikası (it. Repubblica Piemontese, fr. République piémontaise) — Birinci Fransa Respublikasına bağlı inqilab ordularının Pyemont torpaqlarında 1798 və 1799-cu illər arasında qurduğu "Qardaş Dövlətlər"-dən biri. Pyemont, işğal edilməmişdən əvvəl Sardiniya Krallığının bir parçası idi. Sardiniya Krallığı 1796-cı ildə inqilab orduları ilə "Paris Müqaviləsini" imzaladı və nəticədə Savoy ve Nitsa Fransaya verildi. 1798-ci ildəki ikinci işğaldan sonra, Sardinya kralı Charles Emmanuel Romaya qaçdı. Bu dəfə isə, inqilabçılar müqavilə bağlamaqdan imtina etdilər və onlar 10 sentyabr 1798-ci ildə Pyemont Respublikasını qurdular, lakin bu dövlət beynəlxalq müstəvidə tanınmadı. Hökumət direktoriya idarə üsulu ilə idarə olunurdu. Ölkə öz sikkələri üzərində azadlıq, bərabərlik və qardaşlıq mənasını verən fransız şüarını "liberté, égalité, fraternité" (azərb. azadlıq, bərabərlik, qardaşlıq‎) yazdırdı.
Pyemont dili
Pyemont dili — İtaliyanın Pyemont bölgəsində danışılan bir qall-italyan dildir. Təxminən 2 milyon nəfər tərəfindən danışılmaqla birlikdə rəsmi dil statusunda olmayıb yerli dil olaraq istifadə edilməkdədir. İtaliya hökuməti tərəfindən İtalyan dilinin bir ləhcəsi kimi qəbul edilməsinə baxmayaraq Etnoloq tərəfindən Lombard dili, Venedik dili, Emiliyano-Romaniyol dili və Liqur dili kimi ayrı bir dil statusundadır.
Reymon Puankare
Pankare Raymon (20 avqust 1860[…], Bar-le-Dyuk[d] – 15 oktyabr 1934[…], Paris) — Fransız dövlət xadimi, Fransa prezidenti və baş naziri Puankare hökuməti Azərbaycanda bolşevik işğalına qarşı silahlı üsyançılara rəğbət bəsləmişdir. Fransa hökuməti, Əlimərdan bəy Topçubaşov başda olmaqla, Parisdə qalmağa məcbur olan Azərbaycan nümayəndə heyətinə maliyyə yardımı göstərmiş, Azərbaycanın Rusiyanın təsiri altından çıxararaq Antanta ölkələrinə tabe etmək məqsədilə Topçubaşov və Ankara hökuməti ilə danışıqlar aparmışdır.
Reymond Kettell
Reymond Bernard Kettell (20 mart 1905[…], Uest-Bromiç, Uest-Midlends[d] – 2 fevral 1998[…], Honolulu) — ingilis və amerikalı psixoloqdur. Psixologiyanın bir çox sahəsində həyata keçirdiyi kəşf və tədqiqatlar ilə tanınmaqdadır. Bunlardan ən əhəmiyyətlisi şəxsiyyət və xasiyyətin əsas ölçüləri, motivasiya və duyğunun dinamik mərhələləri, şəxsiyyətin klinik mərhələləri, qrup və sosial davranış nümunələri, psixoterapiya və tədris nəzəriyyəsi üçün şəxsiyyət tədqiqatlarının tətbiqi, eyni zamanda yaradıcılıq və müvəffəqiyyət üçün müəyyənedicilər haqqında apardığı tədqiqatlardır. Bu sahələrdə istifadə ediləcək bir neçə elmi tədqiqat metodu da hazırlamışdır. R.B.Katel 50 kitab, 500 məqalə və təxminən 30 standartlaşdırılmış test üsulu yazmışdır. XX əsrin ən çox istinad edilən və təsir edici psixoloqları siyahısında 16-cı sırada yer almaqdadır. Reymond Bernard Kettellin ən çox istinad edilən 20 əsəri. Cattell, R. B. (1966). "The Scree Test for the Number of Factors." Multivariate Behavioral Research, 1(2), 245-276. 7707 istinad edilmişdir.