MAMIRVARI
MANAT
OBASTAN VİKİ
Mamont
Mamont (lat. Mammuthus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin xortumlular dəstəsinin fillər fəsiləsinə aid heyvan cinsi. Mamontlar Pleystosen epoxasında (Buz dövrü) Yer kürəsində yaşayan iri, fillər idi. Mamontların bir neçə növü var idi, ən məşhurları yunlu mamont (Mammuthus primigenius) və Kolumb mamontu (Mammuthus columbi) idi. Buz dövrünün sonunda iqlim dəyişikliyi və insanların həddindən artıq ovlaması nəticəsində mamontların nəsli kəsilib. Məlum olan son yunlu mamontlar təxminən 4000 il əvvələ qədər Şimal Buzlu okeanındakı Vrangel adasında yaşayırdılar. == Mamontları yenidən həyata qaytarmaq cəhdləri == Mamontları yenidən həyata qaytarmaq cəhdləri 1990-cı illərdən başlayıb. Ancaq min illər əvvəl donmuş hüceyrələr üzərində aparılan təcrübə nəticə verməyib, lakin 2008-ci ildə yapon alimlər 16 il əvvəl dondurulmuş siçanın hüceyrəsindən istifadə edərək başqa bir siçanı klonlaşdıra biliblər. Bu uğura Riken Bioloji İnkişaf Mərkəzinin professoru Teruxiko Vakayama imza atıb. Onun işini hazırda Kioto Universitetinin professoru Akira İritani davam etdirir.
Mamont yarımadası
Mamont yarımadası — Qərbi Sibirin şimalında yerləşən iri yarımadalardan biri. Qdansk yarımadasının mərkəzi-şimal hissəsində yerləşir. Qdansk estuarisi ilə Yuraskaya körfəzi arasında yerləşir. 1922-ci ildə «Aqnessa» şxunu ilə edilən ekspedisiya zamanı 1866-cı ildə tapılan Mamont sümüyü ilə əlaqədar verilmişdir. Şimal-qərbdən cənub-şərqə 120 km məsafədə uzanır. Orta eni 50 km-dir. Maksimal hündürlük 59 metr idi. Bitki örtüyü tundra bitkiləridir. Ərazisinin böyük hissəsi bataqlaşmışdır. Sahil xətti düzəndir.
Tüklü mamont
Tüklü mamont (lat. Mammuthus primigenius) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin xortumlular dəstəsinin fillər fəsiləsinin mamont cinsinə aid heyvan növü. Tüklü mamont Pliosen dövründə Mammuthus subplanifrons ilə başlayan mamont növləri sıralamasının axırıncı nümayəndələrindən biridir. M. primigenius Şərqi Asiyada 200 min il bundan əvvəl çöl mamontundan (M. trogontherii) törəyib. Onun yaxın qohumu Asiya filidir.Nəsili kəsilmiş heyvan növüdür Bu canlının görünüşü və davranışı kəşf edilmiş skelet, dişlər, mədə hissələri, peyin və ibtidai icma quruluşuna aid mağara rəsmlərindəki həyat təsvirləri ilə bərabər Sibir və Alyaskadakı donmuş cəmdəklərin kəşfinə görə də ibtidai icma quruluşunda yaşamış heyvanlar arasında ən yaxşı öyrənilmişidir. Avropalılar XVII əsrdə mamont haqqında öyrənməzdən əvvəl Asiyada mamont qalıqları tanınırdı. Bu qalıqların mənbəyi müzakirə mövzusu olub və əsasən əfsanəvi məxluqun qalıqları olaraq izah edilib. Mamont 1796-cı ildə Corc Kuvier tərəfindən filin nəsli kəsilmiş növü hesab edilib. Tüklü mamont təqribi olaraq müasir Afrika filləri ilə eyni ölçüdədir. Erkəklər 2.7–3.4 m çiyin hündürlüyünə çatır və çəkiləri 6 tona qədərdir.
Mamont Mağarası Milli Parkı
Mamont Mağarası Milli Parkı — ABŞ-nin Kentukki ştatında yerləşən milli park. Milli park 400 mil uzunluğundakı mağaralar sistemindən ibarət olub sahəsi 214 km2dır. Milli Park Xidmətləri tərəfindən idarə olunur. Milli parkın böyük hissəsi Edmonson rayonunda yerləşir. == Tarixi == Mamont Mağarası Kentukki ştatında Penniroyal platforması üzərindəki "Flint Ridc" adı verilmiş, üzəri qum daşı təbəqəsi ilə örtülmüş qalın Mississipi tipi daşdan əmələ gəlmişdir. Rəsmi ad kimi "Mamont-Flint Ridc Sistemi" istifadə olunur. Müasir dövrdə mağara sisteminin labirint kimi bir-biri ilə bağlanan mağaralardan ibarət olduğu və uzunluğunun 640 km olduğu hesab edilir. Mağaraya adı XVIII əsrdə verilmişdir. Bu cür adlandırılmasının səbəbi nəhəng ölçüləridir. Mağaranın mamontlarla heç bir əlaqəsi yoxdur.
Buz dövrü: Mamont miladı
Buz dövrü: Mamont miladı (ing. Ice Age: A Mammoth Christmas) — 2011-ci ildə "Blue Sky Studios" tərəfindən istehsal olunmuş qısametrajlı animasiyadır. == Məzmun == Safsar Sid mamontların ailəsinə mənsub daşı təsadüfən sındırır. Manfred Sidə deyir ki, bu daşı sındıran hər bir kəs Santa Klausun qara siyahısına düşür və hədiyyə almır. Sid qərara gəlir ki, Şimal qütbünə gedərək Santa Klausdan üzr istəsin. Onun ardınca digər qəhrəmanlarda gedirlər. Ancaq səyahət zamanı yeni problem çıxır. Qəhrəmanlar təsadüfən Santa Klausun hədiyyə düzəldən emalatxanasını dağıdırlar.
Afrika mamontu
Afrika mamontu (lat. Mammuthus africanavus) — Bioloji növ olaraq Mamontlar cinsinə aiddir. Onlar 3 milyon il öncə yaşamışdır. Onlar Liviya, Mərakeş, Tunis və Cad kimi ölkələrin ərazisində yayılmışdır.

Digər lüğətlərdə