Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Deh
Deh-i Əlireza — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Mərkəz bəxşinin Hövmə dehestanında kənd. Deh-i Cövlan — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Mərkəz bəxşinin Hövmə dehestanında kənd. Deh-i Novruz (Xuzistan) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Mərkəz bəxşinin Hövmə dehestanında kənd.
Heh
Heh Misir mifologiyasında sonsuz zamanı və əbədiyyəti ucsuz bucaqsız fəzanı tərənnüm edən abstrakt tanrı. Xaos və Apeyron onun analoqları sayılır. Qurbağa başlı insan cildində təqdim olunur.
REA
Rusiya Elmlər Akademiyası (abbr. REA, rus. Российская академия наук, abbr. РАН) — Rusiyada təbiət və ictimai elmlərdə fundamental tədqiqatlar aparan aparıcı elmi təşkilat, dövlət elmlər akademiyası. Akademiyanın əsas vəzifəsi təbiətin, cəmiyyətin, insanın inkişafı barədə, həmçinin Rusiyanın texnoloji, iqtisadi, sosial və mənəvi inkişafına dəstək olacaq biliklərin əldə edilməsini təmin edən fundamental tədqiqatların təşkil etməkdir. Rusiya Elmlər Akademiyası Rusiya Federasiyasının Konstitusiyasının 44-cü maddəsinə görə dövlət elmlər akademiyası formasında olan vacib konstitusiya-ictimai qeyri-kommersiya təşkilatıdır. Akademiyanın 1000 elmi institutu, 50 min elmi işçisi, 819 həqiqi üzvü, 1081 müxbir üzvü, 713 akademiyasının professoru vardır. Gennady Krasnikov — Rusiya Elmlər Akademiyasının Prezidenti (2022). Alqebra i analiz Пекарский А. История Императорской академии наук в Петербурге. СПб., 1873.
Rej
Rej — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Ren
Ren (fr. Rennes, IPA: [ʁɛn]) — Fransanın Brötan regionun paytaxtı , İl və Vilen departamentində yerləşən şəhərdir. Setif, Əlcəzair Löven (nid. Leuven, fr. Louvain, alm. Löwen‎), Belçika Ekseter (ing. Exeter), Böyük Britaniya Xyüe (vyet. Huế), Vyetnam Erlanqen (alm. Erlangen‎), Almaniya Kork (ing. Cork, irl.
Rep
Rep — repçi tərəfindən ifa edilən danışılan və ya oxunan qafiyələşmiş lirikadır. "Rep" musiqisi 1970-ci illərdə Amerikada yaranmışdır. Ağdərililər tərəfindən qəbul edilməyən bu musiqi növü sıxışdırılıraq tənqid olunurdu. O vaxtın musiqi mütəxəssisləri repin zəncilərin öz içlərində böyüyüb elə öz içlərində də məhv olacağını söyləyirdilər. Lakin bütün bunlara baxmayaraq, qısa bir zaman çərçivəsində rep bütün Avropada yayılmağa başladı.
Req
Req (rus. рег, ing. reg) — Əlcazair Saxarasında düzənlik daşlı səhranın ərəbcə adı. Bu tip səhraların daş /çaqıl/ örtüyü qumlu-çaqıllı allüvinin və ya konqlomerat laylı qum-daşlarının və konqlomeratların aşınmış materiallarının sovrulması sayəsində yaranmışdır. Bəzi müəlliflər R. Liviya səhrasındakı "serir" termininin sinonimi hesab edirlər.
Rev
Rev (Əsgəran)
Rey
Rey (İran) — İranın qədim tarixi şəhəri, Rey şəhristanının mərkəzi.
Rsh
Rsh (Remote Shell) - terminal vasitəsilə uzaqdakı (remote) komputeri idarə etmək üçün alət. TCP protokolundan və 514-cü portdan istifadə edir. Əsas mənfi cəhəti, təhlükəsiz olmamısıdır. Çünki şəbəkədən məlumatı şifrələnməmiş halda göndərir. rsh - remote shell Arxivləşdirilib 2004-12-05 at the Wayback Machine - rsh Bələdçi səhifəsi.
Ruh
Ruh — insanın duyğularını və xarakterini ehtiva edən hissəsi, mənəvi və ya qeyri-maddi mahiyyəti. Çoxları inanır ki, ruh əbədidir və fiziki bədənin ölümündən sonra varlığını davam etdirir, ya reinkarnasiya olunur, ya da başqa bir aləmə keçid edir. İslam dinində hər bir ruhun bu dünyadan əvvəl Allahın yanında pak surətdə mövcud olduğuna və nurdan yaradıldığına inanılır. Qurani-Kərimdə vurğulanır ki, Allah ruhları insan bədənində yer üzünə göndərərək imtahan edir. Allaha ibadət edən, xeyirxah əməllərlə məşğul olan və paklığı qoruyanlar cənnətlə mükafatlandırılacaqlar. Allahdan bağışlanma diləmədən günahkar həyat sürənlər isə cəhənnəmə məhkum ediləcəklər. Özünü kosmosla əlaqədə hiss edən bəzi adamlar var ki, onların açıqlamalarını da müəyyən dərəcədə ciddiyə almaq olar. Deyirlər ki, ruh bir enerjidir. Həmin enerjinin mahiyyətinin ilkin mənbəyi barədə heç fizikada da məlumat yoxdur. Bəlkə də bunun mənbəyi Ali Güc, Ali Enerji olan İlahi varlığın özüdür.
Şeh
Şeh – axşam, gecə və səhər tezdən müsbət temperaturda yer səthi, bitki və əşyaların üzərinə çökən su damlaları. Gecə şüalanması nəticəsində havanın soyuması və həmin səthdə su buxarının kondensasiyasından yaranır. Zəif küləkli aydın havada şeh daha çox düşür. Mülayim enliklərdə şeh gecə ərzində 0,1-0,5 mm, tropiklərdə 3 mm-dək yağıntı verir. Şeh nöqtəsi mövcud su buxarı və sabit hava təzyiqinin təsiri ilə havanın doyma vəziyyətinə gəlməsi üçün tələb olunan temperaturdur. Nisbi rütubət 100%-dən az olduqda şeh nöqtəsi həmişə faktiki hava temperaturundan aşağı düşür. Nisbi rütubət 100%-ə bərabər olduqda isə faktiki hava temperaturu şeh nöqtəsinə uyğun gəlir və şehin əmələ gəlməsi üçün şərait yaranır.
Cəh-Cəh Həsrətində (1983)
Re:Re:
Re:Re: – Yaponiyanın Asian Kung-Fu Generation musiqi qrupunun "Sol-fa" albomuna daxil olan sinql. 2016-cı ildə qrup albomu və mahnını yenidən yazmış və 16 mart 2016-cı ildə buraxmışdır. Mahnının 2016-cı il versiyası "Erased" animesinin açılış mahnısı olmuşdur. Sinql üçün hazırlanan musiqili videonun rejissoru Kazuyoşi Okudur. Video qrupun köhnə musiqi videoları ilə canlı performanslarının qarışığından ibarətdir. Videonun sonunda bütün görüntü birləşir və ortaya "Re:Re:" sözü ortaya çıxır. Bütün sözlər Masafumi Qoto tərəfindən yazılmışdır..
Eddison Rey
Eddison Rey İsterlinq (ing. Addison Rae Easterling; 6 oktyabr 2000, Lafayette[d], Luiziana) — ABŞ aktrisası, fotomodeli, rəqqasəsi və müğənnisi.
Keh (Miyanə)
Keh (fars. كه‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 166 nəfər yaşayır (39 ailə).
Kristofer Ren
Kristofer Ren (ing. Christopher Wren; 20 oktyabr 1632 – 25 fevral 1723) — ingilis memar və riyaziyyatçı, Mason, Orijinal № 1 Lojası Böyük Ustadı olmuşdur. İngiltərə milli memarlıq üslubunun yaradıcısıdır. Memarlıq işlərində Roma stilinə üstünlük vermişdir. İnşasına 1675-ci ildə başladığı və 1710-cu ildə inşası başa çatan İngiltərənin Müqəddəs Pavlo kilsəsi İngiltərənin yepiskop İqamətgahı sayılır. Bundan başqa, London tarixində 1666-cı ildə baş verən Böyük London yanğını ilə əlaqədar "Monument to the Great Fire of London" adlı abidəsi, "Marlborough House" adlı böyük evi, Winchester şəhərində yerləşən yepiskop saraylar, "Trinity College" kitabxanası, Qrinviçdə yerləşən "Royal Naval Hospital" xəstəxana və s. bu kimi abidələr Kristofer Renə aiddir. Aqata Kristinin (1890–1976) "Tələ" pyesində personajlardan biri K. Renin adını daşımaqla fəxr edir. Ancaq pyesdə memarın yaşadığı dövr XIX əsr kimi göstərilir. Məzarında "Oxucu, əgər bir abidə axtarırsansa, ətrafına bax" sözləri yazılmışdır.
La Red
La Red (La Red Chilena de Televisión olaraq da bilinir) Çilidə özəl bir televiziya kanalıdır. Mega’dan sonra Çilidə ikinci özəl televiziya kanalı olaraq 12 may 1991-ci ildə yayımlanmağa başladı.
Müqəddəs Ruh
Müqəddəs Ruh və ya Rəbbin Ruhu, Allahın Ruhu — xristianlıqda Üç üqnumun üçüncü sifəti. Bibliyanın ilk sətirlərində Allahın Ruhu ifadəsinə rast gəlinir. Tövratın birinci hissəsi olan Yaradılış Kitabı belə başlanır: "Başlanğıcda Allah göyləri və yeri yaratdı. Yer quruluşsuz və boş idi. Dərin sular üzərində qaranlıq var idi. Allahın Ruhu suların üzərində dolaşırdı. Allah dedi: "Qoy işıq olsun". İşıq oldu". Xristian inancına görə, Ata Allah hər şeyin mənbəyi, Oğul Allah İlahi Kəlam olaraq hər şeyi var edən Şəxsdir, Allahın Ruhu isə Kainatın mövcudluğunu davam etdirir, həyatla təmin edir. Buna görə də Müqəddəs Ruh şəxssiz qüvvə deyil, İlahi Şəxs kimi qəbul olunur.
Məh Sünbüli
Məh Sünbüli (fars. مه‌سنبلی‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Gəzin dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 7 ailədə 10 nəfəri kişilər və 11 nəfəri qadınlar olmaqla cəmi 21 nəfərdir. Kəndin əhalisi bəxtiyarilərrin Məkvəndi tayfasının Doşmənziyari tirəsinə mənsubdur, lur dilinin bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
Pentacalia rex
Pentacalia rex (lat. Pentacalia rex) — mürəkkəbçiçəklilər fəsiləsinin pentacalia cinsinə aid bitki növü.
Phytoseius rex
Phytoseius rex (lat. Phytoseius rex) — phytoseiidae fəsiləsinin phytoseius cinsinə aid heyvan növü. Phytoseius rex Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
REM deyimi
REM (REMark) statement ~ оператор REM ~ REM değimi ~ REM deyimi – BASIC proqramlaşdırma dilində, eləcə də MS-DOS və OS/2 əməliyyat sistemlərinin paket fayllarında (BATCH FILES) açıqlama vermək üçün deyim. REM sözüylə başlanan istənilən deyim interpretator, kompilyator, yaxud komanda prosessoru tərəfindən nəzərə alınmır. Bax: COMMENT. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
REN TV
REN TV (rus. РЕН ТВ) — Rusiyanın federal televiziya kanalı. Televiziya şirkəti 1991-ci ilin avqustunda təsis edilib, lakin 1997-ci ilədək onun öz tezliyi olmamışdır və Pervıy kanal (27 dekabr 1991-ci ildən 31 mart 1995-ci ilədək - "Ostankino Channel One"), RTR və NTV telekanalları üçün yayımlar etmişdir. 1 yanvar 1997-ci ildən telekanal bütün Rusiya ərazisində yayımlanır. «REN TV» mediaholdinqinin əsas aksiyaçısı — "Milli Media Qrupu"dur (rus. Национальная Медиа Группа) (82 %), sonrakı yerləri Pyatıy kanal, Pervıy kanal, "IZ.RU", "78" kanalları, həmçinin İzvestiya və Sport Express qəzetləri tutur. «ИскRENнее телевидение» (6 sentyabr 1999-cu ildən 6 aprel 2003-cü ilə qədər) «REN с нами» (2003-cü il, 7 apreldən 31 avqusta qədər) «Время REN-TV» (1 sentyabr 2003-cü ildən 8 fevral 2004-cü ilə qədər) «Самый сок телеэфира» (4 sentyabr 2006-cı ildən 5 avqust 2007-ci ilə qədər) «Это надо видеть» (6 avqust 2007 ildən 7 fevral 2010-cu ilə qədər) «Жизнь азартна» (8 fevral 2010-cu ildən 14 avqust 2011-ci ilə qədər) «Ты с друзьями!» (15 avqust 2011-ci ildən 13 dekabr 2013-cü ilə qədər) «Новое измерение!» (16 fevraldan 30 avqust 2015-ci ilə qədər) «Смотри то, что действительно интересно», «Новости — наше призвание!» (2016-cı ildən).
Rem Kulhas
Rem Kulhas (tələffüzü ['rɛm 'koːlɦaːs], hərdən Kulhaas (nid. Remment Koolhaas; 17 noyabr 1944[…], Rotterdam, Cənubi Hollandiya) — hollandiyalı tanınmış memar və nəzəriyyəçi. Eyni zamanda Horvard Universitetində dərs verməkdədir. Rem Kulhas Hollandiya Televizor və Kino Akademiyasında başladığı təhsilini Londondakı Memarlıq Fondu Fakultəsində və Nyu-York ştatının İtaka şəhərindəki Kornell Universitetində davam etdirdi. Rem hələ də Hollandiyadakı OMA (Office for Metropolitan Architecture) və AMO (Architectuur Metropolitaanse Officie) qurumlarının idarəçisidir. 2005-ci ildə isə Mark Uigli və Ole Bouman ilə birlikdə "Volume Magazine" adlı jurnalı təsis etmişdir. 2000-ci ildə Pritsker mükafatını qazanan Rem Kulhas 2008-ci ildə "Time" jurnalı tərəfindən Dünyanın gedişini dəyişən 100 nəfər arasında göstərildi. 2000 Pritsker mükafatı 2001 Chevallier de Légion d'honneur 2003 Praemium Imperiale 2004 Kral Qızıl medalı 2005 Müasir Memarlıq üçün Avropa Memarlığı mükafatı 2007 Fəxri ad, Katolik Universiteti, Leuven, Belçika. 1980-2002 Quqqenheym Muzeyi, Las-Veqas, ABŞ 1988 Hollandiya Rəqs Teatrı, Lahey, Hollandiya 1988 Lille Grand Palais, Lill, Fransa 1991 Neksus Evləri, Fukuoka, Yaponiya 1991 Villa dall’Ava, Sent-Kloid 1993 Kunsthal Zalı, Rotterdam, Hollandiya 1993-1997 Educatorium, Utrext, Hollandiya 1997-2003 MaKormik Korpus Mərkəzi, Çikaqo, ABŞ 1998 Maison à Bordeaux, Bordo, Fransa 1999 "Sekond Stac" Teatrı, Nyu-York, ABŞ 2001-2005 Casa da Música, Portu 2003 Hollandiya Səfirliyi, Berlin, Almaniya 2003 Prada, Nyu-York, ABŞ 2003-2005 Seul Milli Univesitetində İncəsənət Qaleriyası, Seul, C.Koreya 2004 Prada, Los-Anceles, ABŞ 2004-2009 CCTV Binası, Pekin, Çin. 2004-2009 Dii və Çarlz Vili Teatrı, Dallas, Texas, ABŞ 2004 Sitl Mərkəz Kitabxanası, Sitl, ABŞ 2006-2009 Milşteyn Qarşılama Zalı, Kornell, ABŞ 2006 Şenjen Salonu, Şenjen 2006 Serpentine Qaleriyası, London, İngiltərə 2007-2010 Torre Bisentenario, Mexiko, Meksika 2008-2010 Briqusprocektet, Kopenhagen, Danimarka 2008-2010 23 İst 22-ci Küçə, Nyu-York, ABŞ 2009 Riqa Liman Şəhəri, Riqa 2009-2013 De Rotterdam, Rotterdam, Hollandiya Адамов О. И., Сипкин П. А. Сетчатые построения Ивана Ильича Леонидова и Рема Кулхааса (Архитектура и строительство России).
Sıх dovşanalması
РИА Новости
RİA Novosti — Rusiyanın dövlət informasiya agentliyi. 2013-cü ildə ləğv olunaraq onun bazasında “Rossiya Seqodnya” (Rusiya bu gün) beynəlxalq informasiya agentliyi yaradılır. İnformasiya agentliyinin əsas fəaliyyət istiqamətinin Rusiya Federasiyasının dövlət siyasətini və ictimai həyatını xaricdə işıqlandırmaqdır. Dünyanın ən böyük media holdinqlərindən biri sayılır, mərkəzi qərargahı Moskva şəhərində yerləşir.
Spişskа Nоvа Vеs
Spişskа Nоvа Vеs (slovak. Spišská Nová Ves, alm. Zipser Neudorf‎, mac. Igló) — Slovakiyanın şərqində şəhər. Koşitse bölgəsində yerləşir. Əhalisi 39 min nəfərdir. 1989-cu ildən şəhər icra başçıları: 1989 – 1990 – Ján Borovský 1990 – 1994 – Rastislav Jacák 1994 – 2002 – Karol Mitrík 2002 – 2006 – Anna Fedorová 2006 – 2014 – Ján Volný, PhD. Almaniya Alsfeld (alm. Alsfeld‎) Çexiya Havliçkuv-Brod (çex. Havlíčkův Brod) Polşa Groets (pol. Grójec) Fransa Eql (fr.
.рф
.рф (punycode: .xn--p1ai; (Российская Федерация) — yuxarı səviyyəli Rusiya milli domeni. İnternetdə ilk kiril əlifbasında yazılmış domen. Daha əvvəl daxil edilmiş ".ru" domenindən fərqi odur ki, domendə ". рф" xüsusi istisnalıqla kiril əlifbasında yazılır. Domen 12 may 2010-cu ildə daxil edilmişdir.
Pa-dе-Kale (departament)
Pa-dе-Kale (fr. Pas-de-Calais) — Fransanın şimal-qərbində yerləşən, O-de-Frans regionun departamentlərindən biri. Sıra nömrəsi — 62. İnzibati mərkəzi — Arras. Əhalisi - 1.472.589 nəfər (departamentlər arasında 7-ci yer, 2014-cü ilin məlumatları). Nor departamenti O-de-Frans regiounun bir hissəsidir, Nor və Somma departamentləri ilə sərhəddir. Şimaldan Şimal dənizinin suları, qərbdən Pa-de-Kale boğazı tərəfindən yuyulur. Ərazisi — 6671 km². Departamentin əsas şəhərləri Kale, Bulon-sür-Mer, Arras, Lans, Lyeven və Sent-Omer. Birinci Dünya müharibəsi dövründə Pa-dе-Kale də çox qanlı döyüşlər olmuşdur.
XIX-ХХ əsrlərdə ermənilərin Cənubi Qafqaza köçürülməsi
Ermənilərin tarixi miqrasiyası yerləşdirilməsi — ermənilərin İrandan, Türkiyədən və digər ərazilərdən planlı sürətdə Cənubi Qafqaza köçürülməsi prosesi. Rusiyanın himayəsi altında erməni dövlətinin yaradılması, həmçinin ermənilərin İran və Türkiyədən Rusiyanın işğal etdiyi torpaqlara köçürülməsi təsadüfi hadisə olmayıb, erməni-rus münasibətlərinin qanunauyğun nəticəsi idi ki, bu münasibətlərin əsasını rus və erməni tarixi ədəbiyyatında təbliğ edildiyi kimi, yalnız ticarət əlaqələri deyil, başlıca olaraq Şərqin müsəlman dövlətlərinə, xüsusilə Türkiyəyə, XVIII əsrdən etibarən isə həm də Azərbaycana qarşı düşmənçilik münasibəti təşkil edirdi. Səfəvilər dövlətinin zəifləməsindən istifadə edən I Pyotrun 1724-cü ilin noyabrın 10-da ermənilərin Azərbaycanın Xəzər dənizi sahillərində, Dərbənd və Bakı, həmçinin Gilan, Mazandaran və Gürgan ərazilərində məskunlaşmasını rəsmiləşdirən fərmanından sonra başladı. Bu fərmana görə ermənilər Rusiya İmperiyasının Cənubi Qafqazdan İran körfəzinə kimi geniş əraziləri ələ keçirmək planının həyata keçirilməsində "beşinci qüvvə" rolunu oynayacaqdılar. Bu planın bir hissəsi kimi Rusiya generalları Azərbaycan əhalisini hansı yolla olursa olsun yaşadığı yerlərdən didərgin salmaq əmri almışdılar. Lakin Rusiyanını Qafqazdakı hərbi uğursuzluqları onun ermənilərin planlı məskunlaşdırılması siyasətini bir müddətə dondurdu. Türkmənçay müqaviləsinin nəticəsi olaraq 40000 erməni Azərbaycanın müxtəlif ərazilərində məskunlaşdırıldı. 1829-cu ilin Ədirnə sülhünün nəticələrinə görə isə, Osmanlı İmperiyası ərazilərində yaşayan 90000 erməni də Azərbaycanda yerləşdirildi. Onlar əsasən Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarında məskunlaşdırıldılar. Məşhur rus diplomatı və yazıçısı A. S. Qriboyedov yazırdı: "Erməni əhalisi əsasən müsəlman torpaq sahiblərinin ərazilərində yerləşdirilirdilər … onlar yavaş-yavaş müsəlman əhalisini ərazilərdən sıxışdırıb çıxarmağa başlamışdılar.
XIX - ХХ əsrlərdə Ermənilərin Cənubi Qafqaza köçürülməsi
Ermənilərin tarixi miqrasiyası yerləşdirilməsi — ermənilərin İrandan, Türkiyədən və digər ərazilərdən planlı sürətdə Cənubi Qafqaza köçürülməsi prosesi. Rusiyanın himayəsi altında erməni dövlətinin yaradılması, həmçinin ermənilərin İran və Türkiyədən Rusiyanın işğal etdiyi torpaqlara köçürülməsi təsadüfi hadisə olmayıb, erməni-rus münasibətlərinin qanunauyğun nəticəsi idi ki, bu münasibətlərin əsasını rus və erməni tarixi ədəbiyyatında təbliğ edildiyi kimi, yalnız ticarət əlaqələri deyil, başlıca olaraq Şərqin müsəlman dövlətlərinə, xüsusilə Türkiyəyə, XVIII əsrdən etibarən isə həm də Azərbaycana qarşı düşmənçilik münasibəti təşkil edirdi. Səfəvilər dövlətinin zəifləməsindən istifadə edən I Pyotrun 1724-cü ilin noyabrın 10-da ermənilərin Azərbaycanın Xəzər dənizi sahillərində, Dərbənd və Bakı, həmçinin Gilan, Mazandaran və Gürgan ərazilərində məskunlaşmasını rəsmiləşdirən fərmanından sonra başladı. Bu fərmana görə ermənilər Rusiya İmperiyasının Cənubi Qafqazdan İran körfəzinə kimi geniş əraziləri ələ keçirmək planının həyata keçirilməsində "beşinci qüvvə" rolunu oynayacaqdılar. Bu planın bir hissəsi kimi Rusiya generalları Azərbaycan əhalisini hansı yolla olursa olsun yaşadığı yerlərdən didərgin salmaq əmri almışdılar. Lakin Rusiyanını Qafqazdakı hərbi uğursuzluqları onun ermənilərin planlı məskunlaşdırılması siyasətini bir müddətə dondurdu. Türkmənçay müqaviləsinin nəticəsi olaraq 40000 erməni Azərbaycanın müxtəlif ərazilərində məskunlaşdırıldı. 1829-cu ilin Ədirnə sülhünün nəticələrinə görə isə, Osmanlı İmperiyası ərazilərində yaşayan 90000 erməni də Azərbaycanda yerləşdirildi. Onlar əsasən Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarında məskunlaşdırıldılar. Məşhur rus diplomatı və yazıçısı A. S. Qriboyedov yazırdı: "Erməni əhalisi əsasən müsəlman torpaq sahiblərinin ərazilərində yerləşdirilirdilər … onlar yavaş-yavaş müsəlman əhalisini ərazilərdən sıxışdırıb çıxarmağa başlamışdılar.