Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ruysat
Ruysat‎ (ərəb. الرويسات‎) — Əlcəzairin şərqində, Uarqla vilayətind' şəhər və kommuna. Uarqla dairəsinə daxildir. Şəhər vilayətin mərkəzi hissəsinin qərbində, Böyük Səhranın şimal vahələrindən birinin ərazisində, Uarqla şəhərindən cənub-şərqdə, ölkənin paytaxtı Əlcəzairdən təxminən 562 kilometr cənub-şərqdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 138 metrdir. Ruysat kommunası Uarqla, ƏynBəyda və Hassi-Məsud kommunaları, həmçinin Qardaya vilayətinin ərazisi ilə həmsərhəddir. Sahəsi 7331 km2-dir. Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində çox az yağıntı düşür (orta illik miqdarı 45 mm-dir). Orta illik temperatur 22,4 °C-dir.
Dukat
Dukat — qədim gümüş, sonralar qızıl sikkə. İtaliyada işlədilmiş pul vahididir. Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Rubat
Rubat — İranın Kirmanşah ostanının Kirmanşah şəhristanının Mahidəşt bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 996 nəfər və 248 ailədən ibarət idi.
Sukat
Sukat - müxtəlif meyvələrdən hazırlanan quru mürəbbə. Sukat istehsalında sıx ətliyi olan meyvə (alma, armud, heyva, ərik, şaftalı, gavalı, əncir, limon, portağal qabığı və s.) və tərəvəz (qovun, qarpız, qabaq və s.) şəkər şərbətində bişirilir, sonra qurudulur, toz-şəkərlə urvalanır. Sukatdan tort, pirojna, keks və digər şirniyyat məmulatlarını bəzəmək və içlik hazırlamaq, eləcə də çay yanında süfrəyə vermək üçün istifadə olunur. Alma sukatı Armud sukatı Ərik sukatı Qarpız sukatı Qovun sukatı Qabaq sukatı Gavalı sukatı Limon qabığından sukat Portağal qabığından sukat Heyva sukatı Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Rusvat Bayramov
Rusvat Mikayıl oğlu Bayramov (Rusvat Mikayılzadə) (1 fevral 1955, Düyərli, Şamxor rayonu) — jurnalist. Rusvat Bayramov (Rusvat Mikayılzadə) 1955-ci il fevralın 1-də Şəmkir rayonunun Düyərli kəndində anadan olub. İndiki Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1980-ci illərdən başlayaraq "Azərbaycan gəncləri", "Kommunist" (indiki "Xalq qəzeti"), "Həyat", "Azərbaycan", "Respublika", "Hürriyyət", "Gündəlik Azərbaycan", "Unikal", "Geopolitika" və s. qəzetlərdə müxtəlif vəzifələrdə işləyib. "Azərbaycan" qəzetinin baş redaktor müavini, "Respublika" qəzetinin baş redaktoru olub. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabineti Mətbuat Xidmətinin rəhbəri və Ədalət Partiyası sədrinin mətbuat və informasiya məsələləri üzrə müavini-mətbuat katibi vəzifələrində çalışıb. 1000-dən çox publisistik məqalənin, ən müxtəlif problemlərə aid yüzlərlə araşdırma materiallarının müəllifi, bir neçə kitabın isə həmmüəllifi, müəllifi və redaktorudur. R. Bayramovun gənc jurnalist kadrlarının yetişdirilməsində xeyli rolu və xidməti olub. Onun yetirmələri neçə illərdir ki, müxtəlif yazılı və elektron KİV-də çalışır, bəziləri hətta aparıcı, rəhbər vəzifələr tuturlar.
Hubert Lukot
Hubert Lukot (1935 - 18 Yanvar 2017) — Fransalı şair və metaalətlər yazarı. Lukot 60-dan çox kitabın müəllifidir. == Həyatı == Hubert Lukot 1935-ci ildə Parisdə anadan olmuşdur. == Karyerası == Lukot ədəbi yaradıcılığına şeirlə başlamışdır. 1960-cı illərdə düz yazı və meta fantastikanı ehtiva edən kitablar yazmağa başlamışdır. Ömrü ərzində Lukot 60-dan çox kitab nəşr etdirmişdir. == Ölümü == Lukot 18 yanvar 2017-ci ildə vəfat etmişdir.
La-Ruket
La-Ruket (fr. La Rouquette, oks. La Roqueta) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Vilfranş-de-Ruerq kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12205. Kommuna təxminən Parisdən 510 km cənubda, Tuluza şəhərindən 90 km şimal-şərqdə, Rodezdən isə 50 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 719 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 443 əmək qabiliyyətli insan (15-64 yaş) arasında 339 nəfər iqtisadi cəhətdən fəal, 104 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 76.5%, 1999-cu ildə 74.9%).
Rubat Səng
Rubat Səng — İranın Rəzəvi Xorasan ostanının Türbət Heydəriyə şəhristanının Colgərox bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,344 nəfər və 384 ailədən ibarət idi.
Ruşat Müdərisov
Ruşat Salih oğlu Müdərisov (tatar. Рушат Салих улы Мөдәрисов, rus. Рушат Салихович Мударисов; 24 fevral 1974) — dram aktyoru, 1993-cü ildən "Nur" Ufa Dövlət Tatar Teatrının aktyoru, Başqırdıstan Respublikasının Xalq artisti (2019). 24 fevral 1974-cü ildə BMSSR-in Buzdək rayonunun Sabay kəndində anadan olmuşdur. Ruşatın atası Saleh mahnı oxumağı sevirdi, anası isə qarmon çalırdı. Uşaqlıqdan Ruşat, atası kimi, müğənnilik ilə məşğul idi, həvəskar məktəb teatr qrupunun fəal iştirakçılarından idi. Rayonda və kənddə keçirilən mədəni tədbirlər, konsertlər, müxtəlif şou və müsabiqələrdə iştirak etmişdir. Məzun ilində təzədən açılan Nur Teatrı üçün xüsusi kursa yazıldı. Ufa Dövlət İncəsənət İnstitutu teatr fakultəsinin aktyorluq şöbəsinin ilk xüsusi qrupunu bitirmişdir, o qrup ilk tatardilli kurs idi. İkinci kursdan (1993-cü il) kollektiv tamaşalarda iştirak etməyə başladı.
Çukot dili
Çukot dili və ya luoravetlan dili (ԓыгъоравэтԓьэн йиԓыйиԓ) — Çukot-kamçat dilləri ailəsinə daxil olan çukçaların dilləri. Rusiyanın Çukot Muxtar Dairəsində, Koryak muxtar dairəsində, həmçinin Saxa (Yakut) Respublikasının Nijne-Kolım rayonunda yayılıb. 1989-cu il siyahıyalınmasına görə sayları 15 min nəfərdir, onlardan 70 % çukot dilini doğma dil sayırlar. 1920-ci illərdə çukot dili luoravetlan dili adlandırılsa da, termin işləmədi. Çukot dilində kişi və qadınların danışığı üçün fərqli sözlər mövcuddur. Qadınlar ərinin qohumlarının adlarını və ona oxşar sözlərin tələffüzünə qadağa var. Kiril qrafikalı əlifbalı dillər siyahısı Языки народов Сибири, находящиеся под угрозой исчезновения: Чукотский язык Arxivləşdirilib 2008-03-05 at the Wayback Machine "Шарль Венстен. Чукотский язык, чукотская литература (грамматика, тематический словарь, литература)". 2011-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-20.
Çukot dənizi
Çukot dənizi — (rus. Чуко́тское мо́ре) Şimal Buzlu Okeanında yerləşən dənizdir. Alyaska yarımadası ilə Çukot yarımadası arasında yerləşir. Dəniz qərbdən Lonq boğazı, şərqdən Alyaska yarımadasında yerləşən Borrou burnu ilə əhatə olunmuşdur. Şimaldan isə o, Şimal Buzlu okeanının kontinental yamacı ilə sərhədlənir. Berinq boğazı onu cənubda Sakit okean da yerləşən Berinq dənizi ilə birləşdirir. Dənizin əsas limanı olan Uelen Rusiya Federasiyasında yerləşir. Шамраев Ю. И., Шишкина Л. А. Океанология. Л.: Гидрометеоиздат, 1980.
Çukot platosu
Çukot platosu — böyük Orta-Okean silsiləsinə daxil silsilə Şimal Buzlu okean ərazisində yerləşir. İl boyu buzla örtülü olur. Çukot platosu Alyaskanın Barrou burnundan başlayaraq 800 km uzanır. Plato «Şimal qütbü-2» (1950—1951) elmi ekspedisiyasının fəaliyyəti nəticəsində aşkarlanmışdır.
Çukot rayonu
Çukot rayonu (çuk. Чукоткакэн район) — Rusiya Federasiyası, Çukotka muxtar dairəsi tərkibindəki inzibati ərazi vahidi. Rusiya Federasiyasının ən şərqdə yerləşən rayonudur. İnzibati mərkəzi Lavrentiya kəndidir. Çukot rayonu dairənin şimal-şərqində yerləşir (demək olar ki, hamısı Çukot yarımadasındadır) və şimalda Çukot dənizinin və şərqdə Berinq boğazının suları ilə yuyulur. ABŞ ilə dəniz sərhədi vardır. Onun təbii olaraq iki okeana birbaşa çıxışı olan - Şimal Buzlu okean və Sakit okean - Rusiyanın yeganə bölgəsidir. Rayonun Çukot dənizinin sahil zolağının uzunluğu 580 km, Berinq dənizinin isə 370 km-dir. Cənubdan Çukot Muxtar Dairəsinin Providenski rayonu ilə, qərbdən İultinski rayonu ilə həmsərhəddir. İqlim Rayonun iqlim son dərəcə sərtdir.
Çukot yarımadası
Çukot yarımadası (rus. Чукoтка) — Avrasiya mmaterikinin uzaq şimal-şərqində qərar tutur. Sahillərini Şimal Buzlu okeanına daxil olan Çukot dənizi və Sakit okeana daxil olan Berinq dənizi yuyur. Alyaskadan dar Berinq boğazı ilə ayrılır. Yarımadanın şərq hissəsində Arakamçeçen adası yerləşir. Yarımadanın şərq qutaraçağında materikin ən ucqar şərq nöqtəsi olan Dejnyov burnu yerləşir. Bura Asiyanın yeganə ərazisidir ki, qərb yarımkürrəsində yerləşir. Yarımada inzibati cəhətdən Rusiya Federasiyası Çukot Muxtar Dairəsinə daxildir. Burada Providenski və Çukot rayonlarına bölünür. Yarımada ilk dəfə 1728-ci ildə Berinq tərəfindən yerli əhali olan çukçaların şərəfinə adlandırmışdır.
Təzəkənd (Rudqat dehistanı)
Təzəkənd (fars. تازه كند‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 101 nəfər yaşayır (25 ailə).
Limon qabığından sukat
Limon qabığından sukat - Limon qabığından hazırlanmış quru mürəbbə == Həmçinin bax == Sukat == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Portağal qabığından sukat
Portağal qabığından sukat - Potağal qabığından hazırlanmış quru mürəbbə Sukat Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Çukot-kamçat dilləri
Çukot-kamçat dilləri — Şimal-şərqi Sibirdə dil ailəsi. Kiril qrafikalı əlifbalı dillər siyahısı Чукотско-камчатские языки — статья А. П. Володина в сборнике «Языки мира: Палеоазиатские языки». М., 1997.
Çukot Muxtar Dairəsi
Çukotka Muxtar Dairəsi — Rusiya Federasiyasının subyektlərindən biri.
Ruka Norimatsu
Ruka Norimatsu (d. 30 yanvar 1996) — Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.