Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qitə
Qitə — Yer qabığının böyük massivi. Qitə ərazisinin əksəriyyətində su hövzəsi olmur və kənarları dəniz səviyyəsindən aşağıda yerləşir. "Qitə" anlayışına ekvivalent və ya yaxın olan söz kimi "materik" termini də istifadə olunur. Qitə spesifik mürəkkəb dərinlik quruluşu ilə səciyyələnən, olduqca iri mühüm qlobal struktur elementdir. Qitə Yerin xarici örtüklərini təşkil edən maddənin uzunmüddətli təkamül prosesində və radiogen istiliyin təsiri ilə planetin ümumi qızması və qismən əriməsi, fiziki-kimyəvi və qravitasion diferensasiyası nəticəsində əmələ gəlmiş heterogen cismdir. Əsasən regional metamorfizm və qranitləşmə ilə əlaqədar olan diferensasion proses nəticəsində Qitə başlıca strukturlara — qırışıqlıq vilayətlərə və platformalara parçalanmışdır. Qitə qabığı maddəsinin planetar ərimə prosesində mantiyanın ümumi diferensasion prosesə məruzqalma dərinliyi 1200–1400 km həddində qiymətləndirilir. Belə hesab edilir ki, kimyəvi tərkibinə görə 300 km dərinliyə kimi qitələr altındakı qabıq okeanlar altındakı qabıqdan fərqlənir. Qitə qabığı altında dalğaötürücü qatın (aşağı sıxlıqlı qat) qalınlığı 50 km yaxın olub, təxminən 100–150 km dərinlikdə yerləşir. Qitə qabığının dabanında təzyiq 1,0–1,5 QPa, temperatur isə 600–7000 C təşkil edir.
RISE
RISE - Scotland's Left Alliance (azərb. RISE - Şotlandiyanın Sol Alyansı‎, qısa RISE kimi tanınır) – Şotlandiyada Şotlandiya Sol Layihəsi və Şotlandiya Sosialist Partiyası seçki ittifaqından mövcud olan siyasi partiya. İttifaq Radikal Sol Koalisiya nümunəsi üzərində qurulmuşdur. Partiyanın adı Hörmət (Respect), Azadlıq (Independence), Sosializm (Socialism) and Environmentalizm (Environmentalism) qısaltmasından yaranmışdır. Şotlandiya Sol Layihəsi oktyabr 2014-də Şotlandiyanın müstəqilliyi üzrə referendumdan sonra onlayn layihə kimi yaranıb. Layihə 2015-ci ilin avqustun 29-da Qlazqonun "Mariott" mehmanxanasında RISE partiyası kimi qeyd olub və ilk konfransını keçirmişdir.
Rinə
Rinə — Azərbaycan Respublikasının Astara rayonunun Siyaku kənd inzibati ərazi dairəsində kənd. Yaşayış məntəqəsinin adı Rünə adından təhrifdir. Oykonimin tərkibindəki Rünə talış dilində "çay kənarı", "çay sahili" deməkdir (Çaykənarı kənd).
Ritm
Ritm (lat. rhythmus, q.yun. ῥυθμός, q.yun. ῥέω, mənası: ahəng, uyğunluq)— eyni bir hadisənin müxtəlif tərkib hissələrinin müəyyən bir zaman çərçivəsində ahəngdar şəkildə, təkrarlanmasıdır. Başqa sözlə, sözün və ya səsin proporsional şəkildə təkrarlanmalıdır. Ədəbiyyatda ritm – sənət əsərlərində ortaq ölçülü müxtəlif ünsürlərin ardıcıl uzlaşması, obyektiv aləmin ritmik proseslərinin əsərdə əks etdirilməsi. Şerdə ritm – sistematik və ölçülü təkrarlar, öz aralarında uyğun şəkildə səslənən nitiq vahidləri, antik şeirdə uzun və qısa hecaların misra daxilində eyni şəkildə təkrarı, sillabotonik şeirdə vurğulu və vurğusuz hecaların ahəngdar növbələşməsi və s. Belə ahəngdarlıq şeir dilinə xüsusi bir ölçü verir. Ritm hələ qədim zamanlarda insanlar arasında birlikdə görülən iş prosesində özünü göstərmişdir. Qədim insan işin ahəngini sahmana salmaq, onu tez, asan görmək üçün eyni sözlərin, səs və hərəkətlərin təkrarından istifadə etmişlər.
Rize
Rizə — Türkiyənin Rizə ilinin inzibati mərkəzi. 2009-cu ilin məlumatına görə il əhalisi 319.569-dur. Qədim yazılı mənbələrdə Rhizus (Πιζοῦς) adlandırılan Rizənin yunanca "ριζα" (riza) adındandan gəlir, mənası "dağ ətəyi" deməkdir. Bəzi tarixçilər də adın yunanca düyü mənasını verən rizi (ρύζι) və ya "kök,təməl, əsas" mənası verən Riza (ῥίζα), lazca "düzənliklər" mənası verən İrizeni olduğu deyilir. Şəhərin gürcücə adı "რიზე", lazca adı isə "Rizini"'dir.
Rizə
Rizə — Türkiyənin Rizə ilinin inzibati mərkəzi. 2009-cu ilin məlumatına görə il əhalisi 319.569-dur. Qədim yazılı mənbələrdə Rhizus (Πιζοῦς) adlandırılan Rizənin yunanca "ριζα" (riza) adındandan gəlir, mənası "dağ ətəyi" deməkdir. Bəzi tarixçilər də adın yunanca düyü mənasını verən rizi (ρύζι) və ya "kök,təməl, əsas" mənası verən Riza (ῥίζα), lazca "düzənliklər" mənası verən İrizeni olduğu deyilir. Şəhərin gürcücə adı "რიზე", lazca adı isə "Rizini"'dir.
Rie
Rie — Yaponiya soyadı. Rie Matsubara — Yaponiyanı təmsil edən bədii gimnast. Rie Nakaşima — Yaponiyanı təmsil edən bədii gimnast. Rie Kimura — keçmiş Yaponiya qadın futbolçusu. Rie Usuy — Yaponiya qadın futbolçusu. Rie Yamaki — keçmiş Yaponiya qadın futbolçusu. Rie Azami — Yaponiya qadın futbolçusu.
RTE
Jül Rime
Jül Rime (14 oktyabr 1873 – 16 oktyabr 1956, Süren, İl de Frans) — 1921–1954-cü illərdə FİFA prezidenti Bu mütəxəssis nə az, nə çox düz 33 il FİFA-ya rəhbərlik edib. Rime "Red Star" klubunun da yaradıcısı olub. Bir müddət Fransa Futbol Federasiyasına rəhbərlik edib. Rimenin fəaliyyəti dövründə ilk dəfə Dünya Çempionatının təşkil olunması ideyası ortaya çıxıb. 1928-ci ildə Amsterdamda keçirilən iclasda Dünya Çempionatının keçirilməsi ideyası hamı tərəfindən bəyənilir. 1930-cu ildə ilk mundial keçirildi. Uruqvaydakı çempionatda elə ev sahibləri qalib gəldilər. Rimeyə idmanın təbliğatındakı xidmətlərinə və müharibə əleyhinə gördüyü işlərə görə Nobel Sülh Mükafatına namizəd göstərilib.
Kolumbiya (qitə)
Kolumbiya (Nuna və ya Hadsonlend) — Eramızdan 2,5–1,6 milyard əvvəl paleoproterozoy erasında mövcud olmuş ilk hipotik qitələrdən biridir. Təxminən eramızdan 1,6–1,2 milyard il əvvəl müxtəlif superqitələrə parçalanmışdır.
Mu (qitə)
Mu qitəsi və ya Pasifida — Məhv olmuş sivilizasiya; Sakit okeanda sulara qərq olmuş hipotetik qitə. Müxtəlif xalqların mifologiyasında tez-tez Sakit okeanın yerində ada və ya torpaq olması ilə bağlı rəvayətlərə rast gəlmək mümkündür. Amma bununla əlaqədar olan məlumatlar bir-birindən fərqlənir. Okkult və paraelmi ədəbiyyatlarda Mu qitəsinin mövcudluğu ilə bağlı müxtəlif xalqların miflərinə və müəlliflərin fantaziyalarına əsaslanan çox sayda bir-birindən fərqli versiyalar var (Atlantik okeanındakı Atlantida, Hind okeanındakı Lemuriya, Şimal Buzlu okeanındakıdakı Arktida kimi). "Mu" termini ilk dəfə mayya əlyazmasının səhv interpretasiyası kimi abbat Şarl-Etyen Brassyor de Burbur tərəfindən işlədilmişdir. Onun fikrincə bu, Qərbdəki - Atlantik okeanındakı torpağı bildirmək üçün istifadə olunan addır. Okkult yazıçılar Oqyust Le-Plonjon və Ceyms Çyorvard da abbatın bu terminindən geniş istifadə etmişlər. Onların əsərlərində Mu Sakit okeandakı bütün dünya mədəniyyətlərinin beşiyi olan nəhəng materikin adıdır. Bu terminə tez-tez mistiklərin və pataelmi nəzəriyyə tərəfdarlarının da əsərlərində rast gəlmək olar. Məhv olmuş Mu imperiyasının var olduğunu təsdiqləyən mənbələr az deyil.
Məşhəd Rizə
Məşhəd Rizə — İranın Rəzəvi Xorasan ostanının Taybad şəhristanının Miyan vilayət bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,307 nəfər və 1,808 ailədən ibarət idi.
Nena (qitə)
Nena - Arktika, Şərqi Antarktika və Baltika (Afro-Avrasiya) kratonlarından yaranan superqitə. Bu qitənin təxminən 1750 və ya 1265 milyon il bundan əvvəl mövcud olduğu ehtimal edilir. Nena superqitəsi parçalandıqdan sonra Kolumbiya qitəsi yaranmışdır. "Nena" termini "Northern Europe" (azərb. Şimali Avropa‎) və "Northern America" (azərb. Şimali Amerika‎) ifadələrinin baş hərflərindən götürülmüşdü.
Qitə (şeir)
Qitə (ərəb. قطعة‎ parça, hissə) — Klassik Şərq, o cümlədən Azərbaycan ədəbiyyatında şeir forması. Qitə ərəbcə parça, hissə deməkdir. Qitənin qafiyə quruluşu qəzələ və qəsidəyə yaxındır. Fərq ondadır ki, birinci beytin misraları qəzəl və qəsidədə həmqafiyə olduğu halda, qitədə həmqafiyə olmur. Qitədə yalnız ikinci misralar bir-biri ilə həmqafiyə olur. Həcmi 2 beytdən 10 beytə qədər olur. Qitənin sonuncu (məqtə) beytində şair, adətən, öz təxəllüsünü bildirmir. Qəzəl daha çox məhəbbət mövzusunda yazıldığı halda, qitə daha çox ictimai-siyasi, əxlaqi-tərbiyəvi məzmun daşıyır. Qazi Bürhanəddininin, Nəsiminin, Məhəmməd Füzulinin, Seyid Əzim Şirvaninin bəzi şeirləri qitə janrındadır.
Qitə fəlsəfəsi
Qitə fəlsəfəsi — müasir Avropa fəlsəfəsinin iki əsas "ənənəsi"ndən birini bildirmək üçün istifadə olunan termin. Belə adlandırmadan bu ənənəni ingilis-amerikan fəlsəfəsindən və ya analitik fəlsəfədən fərqləndirmək üçün istifadə edirlər. Belə ki, fərq ilk dəfə üzə çıxarılanda (XX əsrin ortalarında) qitə fəlsəfəsi bütün Avropada dominat fəlsəfə idi, analitik fəlsəfə isə ingilisdilli dünyada əsas ənənə sayılırdı. Qitə fəlsəfəsinin aşağıdakı cərəyanları var: Həyat fəlsəfəsi; Fenomenologiya; Ekzistensializm; Hermenevtika; Strukturalizm; Poststrukturalizm və postmodernizm; Dekonstruktivizm; Fransa feminizmi; Frankfurt məktəbi fəlsəfəsi; Psixoanaliz; Fridrix Nitsşenin əsərləri; marksizmin əksər qanadları (qeyd etmək lazımdır ki, özünə analitik ənənənin xüsusiyyətlərini daşıyan analitik marksizm də var).
RIPE NCC
RIPE NCC (fr. Réseaux IP Européens və ing. Network Coordination Centre; İnternet Adların Avropa üzrə Qeydiyyat Qurumu) — dünyadakı 5 regional internet-registratorundan (ing. Regional Internet Registries, RIRs) biri. Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir hissəsinə xidmət edir. Məhz bu təşkilat Azərbaycan üzrə İnternet adların paylanması ilə məşğul olan qurumu müəyyənləşdirir. RIPE NCC-nin xidmət etdiyi region üzrə 70-dən artıq ölkədə 7038 üzvü var (2010).
Rinə (Mazandaran)
Rinə — İranın Mazandaran ostanının Amul şəhristanının Larican bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 860 nəfər və 259 ailədən ibarət idi.
Rinə bələdiyyəsi
Astara bələdiyyələri — Astara rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Rita Dravuç
Rita Dravuç (14 aprel 1980, Solnok) — Macarıstanı təmsil edən su poloçusu. Rita Dravuç, Macarıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, Afina Olimpiadasını altıncı pillədə başa vurdu. Daha sonra Rita Dravuç, Macarıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını dördüncü pillədə başa vurdu. Rita Dravuç, Macarıstan yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:14 hesabı ilə məğlub olan Macarıstan yığması, London Olimpiadasını dördüncü pillədə başa vurdu.
Rita Heyvort
Rita Heyvort (ing. Rita Hayworth, 17 oktyabr 1918, Nyu-York, ABŞ — 14 may 1987, Nyu-York, ABŞ) — ABŞ aktrisası.
Rita Kestxey
Rita Kestxey (d. 10 noyabr 1991) — Macarıstanı təmsil edən su poloçusu. Rita Kestxey, Macarıstan yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:14 hesabı ilə məğlub olan Macarıstan yığması, London Olimpiadasını dördüncü pillədə başa vurdu. Daha sonra Rita Kestxey, Macarıstan yığmasının heyətində 2016-cı ildə Braziliyanın ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 18:20 hesabı ilə məğlub olan Macarıstan yığması, Rio-de-Janeyro Olimpiadasını dördüncü pillədə başa vurdu.
Rita Ora
Rita Ora (ing. Rita Sahatçiu Ora; 26 noyabr 1990, Priştina, Kosovo, Yuqoslaviya SFR) — ingilis müğənni və aktrisa. 2012-ci ildə ilk albomu Ora, Birləşmiş Krallıqda siyahılarda birinci yerə yüksəldi. Albomun ən məşhur sinqlları R.İ.P və How We Do(Party) olmuşdur. Rita Ora, arxa-arxaya üç dəfə zirvədə olmaqla UK Singles Chartda bir nömrə olan ən çox sinqla malik müğənni oldu Həmçinin 2015-ci ildə The Voice UK dördüncü mövsümündə münsif kürsüsündə əyləşmişdir.
Rita Renuar
Rita Renoir (16 yanvar 1934, XV arondisman (Paris) – 4 may 2016, Parisin 18-ci dairəsi[d]) — fransız kino və teatr aktrisası. Rita Renuar 1938-ci ildə Parisda anadan olmuşdur. Aktrisa 1960-cı illərdə "Crazy Horse Saloon"da çalışmağa başlasa da, son 10-15 ildə teatrda işləməyə üstünlük vermişdir.. 4 may 2016-cı ildə 78 yaşında vəfat edib. 1953: Les Compagnes de la nuit 1958: Le Sicilien 1962: Commandant X (TV) 1963: Mondo di notte n. 3 1963: Dragées au poivre 1964: Ni figue ni raisin (TV) 1964: Qırmızı səhra, rejissor Mikelancelo Antonioni 1966: Chappaqua 1967: Fantomas Skotland-Yarda qarşı 1970: Cannabis 1975: Le Futur aux trousses 1981: Sois belle et tais-toi 1982: The Angel 1984: Lire c'est vivre: Élie Faure, Vélasquez et les Ménines (TV) 1965: Du vent dans les branches de sassafras, rejissor René Dupuy; Miriam 1967: Le Désir attrapé par la queue, Pablo Pikasso 1973: Et moi qui dirai tout, Le Diable, Théâtre de Plaisance, Paris J'aime le strip-tease, Frank Horvat-Patrick Lindermohr, Éditions Rencontres, 1962 Entretien avec Rita Renoir, in Plexus, la revue qui décomplexe, n. 3, Paris, 1966 Homenaje a una joven bruja, Julio Cortázar, Territorios, Mexico-Madrid-Buenos Aires, Siglo Veintiuno, 1978 Le Diable et la Licorne: métaphysique du strip-tease, Jean-Pierre Georges, Paris, La Table ronde, 2004, 153 pagg. Rita Renuar — IMDb səhifəsi Jean-Michel Palmier, «Rita Renoir: Les Voyeurs attrapés par la queue», in Politique Hebdo.
Rita Taketsuru
Rita Taketsuru (竹鶴リタ, 14 dekabr 1896, Kirkintillox – 17 yanvar 1961, Yoiçi[d]) və ya əsl adı ilə Cessi Roberta Kovan – şotlandəsilli yaponiyalı iş qadını. O, "Yaponiya viskisinin anası" hesab olunur. Cessi Roberta Kovan 1896-cı ildə Şotlandiyanın Kirkintillox şəhərində həkim ailəsində doğulmuşdur. Onun İzabella və Luci adında iki bacısı, Kambell adlı bir qardaşı olmuşdur. Cessinin nişanlısı Birinci dünya müharibəsi zamanı Dəməşqdə öldürülmüş, atası isə 1918-ci ildə ürək tutmasından ölmüşdür. Buna görə müharibədən sonra ailə maddi problemlər yaşamağa başlamışdır. 1918-ci ildə onun ailəsinə qonaq olan və Şotlandiyaya viski sənayesini öyrənmək üçün gəlmiş yapon kimyaçı Masataka Taketsuru ilə tanış olmuşdur. Onlar 8 yanvar 1920-ci ildə Qlazqo şəhərində evlənmişdirlər. Cessi özünə Rita adını götürmüşdür. Evlilikdən 10 ay sonra onlar Yaponiyaya köçmüş və viski sənayesi ilə məşğul olmağa qərar vermişdirlər.
Rita Zeqiri
Rita Zeqiri (8 dekabr 1995) — Kosovolu üzgüçü. Rita Zeqiri Kosovonu 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Rita Zeqiri birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 100 m arxası üstə stildə, təsnifat mərhələsində iştirak etdi. 1:12.31 saniyəlik nəticəsi ilə 34-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
World naked bike ride
Ümumdünya Çılpaq Veloyürüş (ing. World Naked Bike Ride (WNBR)) - özündə kütləvi beynəlxalq velosiped yarışı təşkil edir. Yarışda iştirak edən insanlar paltarsız (və ya üzərində geyimin minimal miqdarında), əzələ gücü ilə idarə olunan nəqliyyat vasitələrində hərəkət edirlər (başlıca olaraq Velosiped ilə, lakin rolik və skeytdən də çox istifadə olunur). Yarışın keçirilmə məqsədi - «təmiz, təhlükəsiz və müsbət-bədən dünyasını» insanlara tanış etmək və məlumatlandırmaqdır. Yarışın dress-kodunu «Nə qədər cəsarətlisən, bir o qədər də çılpaqsan» sloqanı ilə təsvir etmək olar. Tam və ya və qismən çılpaqlıq dəstəklənir, lakin yürüş zamanı bu məcburi sayılmır. Bundan başqa, intim orqanlarını örtmək məcburi deyil - məhz bu seçim azadlığı Ümumdünya Çılpaq Veloyürüşü digər təşkilat növlərinin keçirdiyi fəaliyyətlərindən fərqləndirir. Yürüşə əyləncəli və maraqlı atmosfer yaratmaq, Kütləvi İnformasiya Vasitələrinin diqqətini cəlb etmək, həmçinin müşahidəçilərin təxəyyülünü həyəcanlandırmaq məqsədilə iştirakçılar arasında ekspressiv üslubda kreativlik dəstəklənir. Məsələn Bodi-art - kostyum, hand-made velosiped, bumboks, horn və sirenalar kimi özünüifadənin ümumi forması sayılır. Ümumdünya Çılpaq Veloyürüş fərqli təşkilatlatlar tərəfindən 2004-cü ildən keçirilməyə başlamışdı.