Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
REVA patrulu
REVA patrulu (Patrouille REVA) Fransada mərkəzləşən mülki aerobatika komandasıdır. Uçuşlar üçün Rutan LongEZ və Rutan VariEZ təyyarələri istifadə olunurdu. Komanda 1992-ci ildə qurulmuşdur. 30 illik fəaliyyətdən sonra komanda fəaliyyətinə son qoyduğunu və təyyarələrin satışa çıxarıldığını açıqladı.
Areva
"Areva" — Fransa şirkəti; nüvə enerjisi üçün avadanlıqların icad edilməsi, istehsalı və alternativ mənbələrdən elektrik enerjisinin istehsalı sahəsində fəaliyyət göstərir. Bu şirkət nüvə enerjisinin istehsalı sahəsində bütün fəaliyyət növləri üzrə təcrübəsi olan yeganə şirkətdir. Şirkətin qərargahı Parisdə, Kurbevuada yerləşir.
DEVA
Demokratiya və Sıçrayış Partiyası (türk. Demokrasi ve Atılım Partisi) və ya qısaca DEVA — Türkiyədə keçmiş Baş nazir müavini Əli Babacan tərəfindən yaradılmış siyasi partiya. == Tarixi == Partiyanın adı və quruluş sənədi 9 mart 2020-ci il tarixində Türkiyə Daxili İşlər Nazirliyinə verilmişdir. Partiyanın təqdimat toplantısı 11 mart 2020-ci il tarixində keçirilmişdir. Təsisçilər heyətinin birinci toplantısında Əli Babacan səs çoxluğu ilə partiyanın sədri seçilmişdir. == Siyasət == Əli Babacan 11 mart 2020-ci il tarixində partiya proqramını açıqladığı toplantıda parlamentli sistem, hüququn üstünlüyü, mətbuat azadlığı, qadın hüquqları, peşəkar orduya keçid, kürd məsələsinin həlli, qaçqın probleminin həlli mövzularına toxunacaqlarını bildirmiş, Türkiyənin xarici siyasətində Atatürkün "Yurdda sülh, cahanda sülh" prinsipinə əsaslanan yeni bir konsepsiyanı mənimsəyəcəyini vurğulamışdır. == Rəmzlər == Partiyanın məcəlləsinə görə rəsmi abreviaturası "DEVA", simvolu isə su damcısı və "DEVA" yazısıdır. Partiyanın abreviaturası olan "DEVA" türk dilindən tərcümədə "əlac" və ya "dərman" deməkdir. == Təsisçi heyət == Partiyanın təsisçiləri arasında Türkiyə Böyük Millət Məclisi deputatı Mustafa Yenəroğlu, keçmiş Ədalət naziri Səədullah Ərgin, keçmiş Balıkesir meri Əhməd Ədib Uğur, keçmiş Elm, Sənaye və Texnologiya naziri Nihad Ərgün və keçmiş Dövlət naziri Selma Aliyyə Kavaf var.
Neva
Neva (rus. Нева) — Rusiya Federasiyasının Leninqrad vilayətində çay. Çayın uzunluğu 74 km., hövzəsinin sahəsi 281 min km²-dir (Ladoqa, Oneqa gölləri və s. hövzələri ilə birlikdə). Ladoqa gölündən başlanır. Baltik dənizinin Fin körfəzinə tökülür. Aşağı axınında əmələ gətirdiyi deltadakı adalarda və Nevayanı ovalıqda Sankt-Peterburq şəhəri yerləşir. Fin körfəzi və Nevanın aşağı axınında cənub-qərb və qərb küləkləri vasitəsilə suyun qovulması nəticəsində çayın səviyyəsi qalxaraq bəzən Sankt-Peterburqda daşqınlara səbəb olur. Nevanın yuxarı axınında buz yığınlarına səbəb olan suiçi (dərinlik) buzların intensiv surətdə yaranması xarakterikdir. Çay dekabrdan mayadək donmuş olur.
Rema
Mövzu: Mövzu (yun. thema, «əsasında olan») — hansısa mətnin və ya söylənən fikrin əsas mənası, məzmun hissəsi.Mövzu (musiqi) — musiqi əsərinin yadda qalan əsas hissəsi.Mövzu (linqvistika) — remaya əks olaraq əvvəldən verilən fikir. Mövzu əvvəldən verilən əsas məzmundur. Rema mövzu haqqında bildirilən məlumat.
Revak
Portik (lat. porticus) — üst örtüyü sütunlara söykənən qapalı qalereya. Sütunlar üst örtüyü birbaşa və ya aralarındakı tağlar vasitəsilə saxlaya bilərlər. Bir tərəfi açıq olan portik digər tərəfdən qapı-pəncərələri olan və ya olmayan divara söykənir. Başqa sözlə, portik — üst örtüyü sütunlar üzərində dayanan yarıaçıq məkandır. Antik yunan və Roma şəhərlərində ictimai binaların və məbədlərin girişində çox rast gəlinən portiklər, Şərqi Roma imperiyası ilə mədəni əlaqə nəticəsində ərəb-fars mədəniyyətinə, oradan da Səlcuqlular dövləti dövründə türk memarlığına keçən və Anadolu bəylikləri dövrünə qədər yayılan bir memarlıq nümunəsidir. Türk memarlığında portiklər məscid girişlərində məscidin izdihamdan dolub-daşdığı zamanlarda namaz qılanların yağışdan, qardan və ya günəşdən qorunmasını təmin edir. Kəbədə tikilən portiklər Osmanlı sultanı II Səlimin dövründə tikilmiş, planlarını Memar Sinan hazırlamışdır.
Reval
Tallin (Tallinn) — Estoniyanın paytaxtı. 1219–1917-ci illərdə Revel (və ya Reval) adlanmışdır. Tallin sözünün eston dilində "taani linn" (Danimarka şəhəri) və ya "tali linn" (qış şəhəri) sözlərindən yarandığı güman edilir. == Coğrafiya == Tallin Fin körfəzinin cənub sahilində yerləşir. Ən böyük gölü — Yulemistedir (sahəsi 9,6 km²). Pirita çayı şəhərin yeganə çayıdır.
Revda
Revda — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Reya
Reya (yun. Ῥέα, Ῥείη) – qədim yunan mifologiyasına görə titan ilahə, Uran, və Geyanın qızı, titan tanrı Kronun həm bacısı həm də arvadı, İllahə Hestiya, Demetra, Heranın və tanrı Aid, Poseydon və Zevsin anasıdır.
Rəna
Rəna — Qadın adı.
REA
Rusiya Elmlər Akademiyası (abbr. REA, rus. Российская академия наук, abbr. РАН) — Rusiyada təbiət və ictimai elmlərdə fundamental tədqiqatlar aparan aparıcı elmi təşkilat, dövlət elmlər akademiyası. Akademiyanın əsas vəzifəsi təbiətin, cəmiyyətin, insanın inkişafı barədə, həmçinin Rusiyanın texnoloji, iqtisadi, sosial və mənəvi inkişafına dəstək olacaq biliklərin əldə edilməsini təmin edən fundamental tədqiqatların təşkil etməkdir. Rusiya Elmlər Akademiyası Rusiya Federasiyasının Konstitusiyasının 44-cü maddəsinə görə dövlət elmlər akademiyası formasında olan vacib konstitusiya-ictimai qeyri-kommersiya təşkilatıdır. Akademiyanın 1000 elmi institutu, 50 min elmi işçisi, 860 həqiqi üzvü, 1113 müxbir üzvü, 715 akademiyasının professoru vardır. == Rəhbərlik == Gennady Krasnikov — Rusiya Elmlər Akademiyasının Prezidenti (2022). == Ədəbiyyat == Пекарский А. История Императорской академии наук в Петербурге. СПб., 1873.
Rev
Rev (Əsgəran)
Beer-Şeva
Beer-Şeva (ivr. ‏באר שבע‏‎, "yeddi nəfərin su quyusu" və ya "andiçmə su quyusu"; ərəbcə بئر السبع «Bir-es-Saba») — İsrailin cənubunda şəhər. Əhalisi — 195 400 nəfər (Mərkəzi Statistika Bürosunun2010-cu il məlumatı). İllik artım — 0,6 % illik. Hal-hazırda Beer-Şevada 200 min nəfər əhali yaşayır. Şəhər İsrail cənubunun inzibatı mərkəzidir. Burada bir sıra təhsil ocaqları, o cümlədən Ben-Qurion universiteti, Soroka xəstəxanası, dairə məhkəməsi, şəhər teatrı, müxtəlif dövlət idarələrinin regional şöbələri yerləşir. Şəhər həmçinin iri mədəni və sənaye mərkəzidir. Bibliya Virsaviyası (Təl Beer-Şeva) şəhərin şimal-qərbində yerləşir və 2005-ci ildə YUNESKO-nun ümumdünya irsi statusunu alıb.
Luici Riva
Luici Riva (it. Luigi Riva; 7 noyabr 1944, Lecuno, Lombardiya) - İtaliyalı futbolçu. Mövqeyi hücumçu olub. Karyerasının çox hissəsini Kalyari klubunda keçirib. Luici Kalyarinin komanda tarixində bombardiridir. Onun şərəfində Kalyari klubunda, onun oynaığə 11 nömrəli forma əbədiləşdirilib və heç bir oyunçuya verilmir. 35 qol ilə İtaliya millisi tarixinin ən yaxşı bombardiridir . İFFHS-ə görə 20-ci əsrin ən yaxşı Avropa futbolçuları arasında 42-ci yerdədir. "Dünya Futbolu" jurnalına görə dünyanın ən yaxşı oyunçuları arasında 74-cü, Placara jurnalına görə isə 20-ci əsrin 100 ən yaxşı futbolçusu arasında 33-cü sırada yer alıb. Kalyari şəhərinin fəxri vətəndaşıdır.
Neva deltası
Neva deltası — Neva çayının mənsəbində yerləşə delta. Sankt-Peterburq şəhərinin tarixi hissəsi burada yerləşir. Artıq XX əsrin əvvəllərinə kimi bütünlüklə inşa edilən bölgədir. == Tarixi == Deltada şəhər salınmasına qədər ərazi bütünlüklə qollarla parçalanmış, bataqlıqlaşmış ərazidən ibərət idi. Deltada bir çox xalqlar məskun olmuşdur. Burada finlərə məxsus Kalininka kəndi vardı. Ətrafında isə Avtovo (fin), Niençans (isveç) kəndləri mövcud idi. Burada şəhərin inşa edilməsinə 1703-cü ildə başlanılmışdır. Bir çox adalar bu zaman adlandırılır və bütünlüklə tikinti ərazisinə çevrilir. İri adalarda əsasən saraylar inşa edilirdi (Dovşan, Yeni Hollandiya).
Neva vuruşması
Neva vuruşması — 1240-cı il iyulun 15-də (21-də) rus və İsveç qoşunları arasında vuruşma. İsveçlilərin hucum etməkdə məqsədi Neva çayı mənsəbini və Ladoqa şəhərini tutmaq idi (bu, onlara "varyaqlardan yunanlara" gedən yolun şimal sahəsini ələ keçirmək imkanı verirdi). Novqorod knyazı Aleksandr Yaroslaviç isveçliləri İjora çayı mənsəbinə çatdılar. Dumanlı havadan istifadə edən ruslar İsveç düşərgəsinə hücum edərək onları darmadağın etdilər. Döyüşdə göstərdiyi sərkərdəlik məharəti və igidliyə görə xalq knyaz Aleksandr Yaroslaviçi Nevski adlandırdı. == Ədəbiyyat == Пашуто В.Т. Героическая борьба русского народа за независимость (XIII в.), М., 1956. Пашуто В.Т. Александр Невский, М., 1974. == Mənbə == Нева вурушмасы (1240) // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә ]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы.
Neva Çiftçioğlu
Neva Çiftçioğlu Banes (24 fevral 1963, Ərzurum) — Biologiya elmləri üzrə fəlsəfə doktoru, dosent, astrobioloq. Ç.B. Neva NASA-da işləyən ilk Türkiyə vətəndaşı . Tibb üzrə Nobel Mükafatına namizədliyinin irəli sürülməsi hadisəsi yalnız bir iddiadır və bu barədə heç bir sənəd və ya şahid yoxdur. == Təhsili == 1985-ci ildə Hacəttəpə Universitetinin Biologiya fakültəsindən məzun olmuşdur. Eyni il Ankara Universiteti Tipp fakültəsində mikrobiologiya sahəsində magitr təhsilinə başlamış və doktorantura təhsilini də orada almışdır. == Elmi fəaliyyəti == 1991-ci ildə Finlandiyanın Kuopio Universitetinin biotexnologiya sahəsində işləməyə başlamış və eyni universitetdə dosent adını almışdır. Doktor Olavi Kajander ilə vücuddakı ərplənmələrə səbəb olan nanobakteriya adını verdikləri yeni bir mikro-orqanizmanı izoliyasiya etməyi bacarmışdır. Çiftçioölu və Kajander ikilisinin nəzəriyyəsinə görə bilinməyən insan xəstəliklərinin 25 faizində olan patalojik kalsifikasiyalar (ərplənmə) nanobakteriyalar tərəfindən başladılır. Bu iddia sonradan elmi ictimaiyyət tərəfindən rədd edildi. Elmi nəşrlər göstərib ki, nanobakteriyalar mövcud deyil.
Neva çayı
Neva (rus. Нева) — Rusiya Federasiyasının Leninqrad vilayətində çay. Çayın uzunluğu 74 km., hövzəsinin sahəsi 281 min km²-dir (Ladoqa, Oneqa gölləri və s. hövzələri ilə birlikdə). Ladoqa gölündən başlanır. Baltik dənizinin Fin körfəzinə tökülür. Aşağı axınında əmələ gətirdiyi deltadakı adalarda və Nevayanı ovalıqda Sankt-Peterburq şəhəri yerləşir. Fin körfəzi və Nevanın aşağı axınında cənub-qərb və qərb küləkləri vasitəsilə suyun qovulması nəticəsində çayın səviyyəsi qalxaraq bəzən Sankt-Peterburqda daşqınlara səbəb olur. Nevanın yuxarı axınında buz yığınlarına səbəb olan suiçi (dərinlik) buzların intensiv surətdə yaranması xarakterikdir. Çay dekabrdan mayadək donmuş olur.
Rava adası
Rava adası (xorv. Rava)- Adriatik dənizinin Xorvatiya ərazisində yerləşən adadır. Xorvatiyanın Zadar şəhərinin tərkib hissəsidir. Adanın sahəsi- 3,63 km², sahil xəttinin uzunluğu isə 15995 kilometrdir. == Coğrafi mövqeyi == Ada Zadarskom arxipelaqına daxildir. Ada İj və Duqi-Otok adalarının arasında yerləşmişdir. Sahillərini İj və Ravs boğazları yuyur. Adanın sahil xətti girintili-çıxıntılıdır. Adada 15 körfəz yerləşmişdir: Тanko Valişina İvanoşeviça Pavaysko Pestexovaç Drajiçe Qolubovaç Martiniça Qrbavaç Qrbaçina Marniça (Mariniça) Paladiniça (Paladniça) Biçabok Lokvina Za Qrbiçu. == İqlimi == Adada isti quru yay və yumşaq yağışlı qış, Aralıq iqlimi üstünlük təşkil edir.
Revaz Asayev
Revaz Asayev (oset. Асаты Никъалайы фырт Реуаз; 15 may 1923, Kutsaxta[d], Axmeta rayonu – 2007) — Sovet və Cənubi Osetiya şairi, publisist və tərcüməçi. Cənubi Osetiyanın Əməkdar Mədəniyyət İşçisi. == Bioqrafiya == 1921-ci ildə (digər mənbələrə görə 1923 -cü ildə) Gürcüstanın Kutsaxta kəndində kasıb bir kəndli ailəsində anadan olmuşdur. 1930-cu ildə valideynləri ilə birlikdə Cənubi Osetiyaya köçür və burada 1938-ci ildə bitirdiyi yeddi illik məktəbə daxil olur. Elə həmin il Stalinir Pedaqoji Məktəbə daxil olur. Tələbəlik illərində, ilk şeir əsərlərini 1938-ci ildə Cənubi Osetiyanın dövri mətbuat səhifələrində nəşr etdirir. Çap olunan ilk şeirini Stalinə həsr edir. 1941-ci ildə pedaqoji məktəbdə təhsilini başa vurur və Stalinir aeroklubunun pilot məktəbinə daxil olur. Cəbhəyə könüllü olaraq gedir.
Revaz Cocuaşvili
Revaz Dzodzuaşvili (tam adı: Revaz Mixayloviç Dzodzuaşvili, gürc. რევაზ მიხეილის ძე ძოძუაშვილი, translit. Revaz Mixeylis dze Dzodzuaşvili; 10 aprel 1945 və ya 15 aprel 1945, Kutaisi) — müdafiəçi mövqeyində çıxış etmiş keçmiş SSRİ və Gürcüstan futbolçusu, futbol məşqçisi. SSRİ-nin beynəlxalq dərəcəli idman ustası (1972). 49 dəfə SSRİ milli futbol komandasının formasını geyinmiş; bu yığmanın tərkibində 1970-ci ildə Futbol üzrə Dünya Çempionatında, 1972-ci ildə isə Futbol üzrə Avropa Çempionatında və Münhendə keçirilən Yay Olimpiya Oyunlarında iştirak etmişdir. SSRİ milli futbol komandası ilə Yay Olimpiya Oyunlarında bürünc, Futbol üzrə Avropa Çempionatında isə gümüş medal qazanmışdır. Futbol üzrə Avropa Çempionatında komanda yoldaşları — Murtaz Xurtsilava və Yevgeni Rudakovla birgə turnirin rəmzi komandasına seçilmişdir. == Bioqrafiya == === Oyunçu karyerası === Torpedo Kutaisi futbol məktəbinin yetirməsidir. 9-cu sinifdən etibarən (1962), İmereti komandasında oynadı.
Revaz Davidoviç
Rezo Davidoviç Çxeidze (gürc. რევაზ ჩხეიძე; 8 dekabr 1926, Kutaisi – 3 may 2015, Tbilisi) — Gürcüstan kinorejissoru, SSRİ Xalq artisti == Həyatı == Rezo Davidoviç Çxeidze 8 dekabr 1926-cı ildə Kutaisidə anadan olmuşdur. 1943-1946-cı illərdə Çxeidze Şota Rustaveli adına Tbilisi teatr institutunun rejissorluq fakültəsində oxumuşdur. 1953-cü ildə ÜDKİ-nin rejissorluq fakültəsini bitirmişdir. Onun sənət müəllimi Mixail Romm olmuşdur. 1953-cü ildə Çxeidze öz ssenarisi əsasında "Boris Pançadze" sənədli filmini çəkir. 1954-cü ildə Tengiz Abuladze ilə birlikdə o, iki sənədli film çəkir. 1955-ci ildə o, "Maqdananın Lurcası" filmini çəkir və 1956-cı ildə bu filmə görə Kann kinofestivalında mükafat alır. Rezo Çxeidze "Əsgər atası" filminə görə Gürcüstanın Lenin komsomolu mükafatına layiq görülmüşdür. 1980-ci ildə SSRİ xalq artisti adını və 1986-cı ildə "Sənin oğlun – Torpaqdır" filminə görə Lenin mükafatını almışdır.
Revaz Dzodzuaşvili
Revaz Dzodzuaşvili (tam adı: Revaz Mixayloviç Dzodzuaşvili, gürc. რევაზ მიხეილის ძე ძოძუაშვილი, translit. Revaz Mixeylis dze Dzodzuaşvili; 10 aprel 1945 və ya 15 aprel 1945, Kutaisi) — müdafiəçi mövqeyində çıxış etmiş keçmiş SSRİ və Gürcüstan futbolçusu, futbol məşqçisi. SSRİ-nin beynəlxalq dərəcəli idman ustası (1972). 49 dəfə SSRİ milli futbol komandasının formasını geyinmiş; bu yığmanın tərkibində 1970-ci ildə Futbol üzrə Dünya Çempionatında, 1972-ci ildə isə Futbol üzrə Avropa Çempionatında və Münhendə keçirilən Yay Olimpiya Oyunlarında iştirak etmişdir. SSRİ milli futbol komandası ilə Yay Olimpiya Oyunlarında bürünc, Futbol üzrə Avropa Çempionatında isə gümüş medal qazanmışdır. Futbol üzrə Avropa Çempionatında komanda yoldaşları — Murtaz Xurtsilava və Yevgeni Rudakovla birgə turnirin rəmzi komandasına seçilmişdir. == Bioqrafiya == === Oyunçu karyerası === Torpedo Kutaisi futbol məktəbinin yetirməsidir. 9-cu sinifdən etibarən (1962), İmereti komandasında oynadı.
Revaz Laqidze
Revaz İliç Laqidze (gürc. რევაზ ილიას ძე ლაღიძე; 10 iyul 1921, Baqdati[d], İmereti – 16 oktyabr 1981, Tbilisi) — Sovet, gürcü bəstəkarı, müəllimi. Gürcüstan SSR xalq artisti (1961), Gürcüstan SSR əməkdar mədəniyyət xadimi (1958). == Həyatı == Revaz Laqidze 1921 -ci il iyulun 10-da Rusiya imperiyasının Kutaisi quberniyasının Bağdati kəndində anadan olub. 1948-ci ildə Laqidze Tiflis Konservatoriyasının bəstəkarlıq sinfini bitirib. Bəstəkarlıq fakültəsində məşhur gücü bəstəkarı Andrey Balançivadzenin kursununda təhsil alıb. Revaz Laqidze yaradıcılıq fəaliyyətinə 1940-cı ildə başlayıb. Onun kinoda ilk iş 1951-ci ildə “On bir zirvəyə fırtına” sənədli filmi olub.Revaz Laqidze Tbilisi Filarmoniyasının simfonik orkestrlərində (1941-1945), sonra isə Gürcüstan Radiosunda (1945-1949) skripka ifaçısı kimi çalışıb. O, musiqi fəaliyyəti ilə yanaşı pedaqoji fəaliyyətlə də məşğul olub. Laqidze 1962-ci ildən Tiflis Pedaqoji İnstitutunun musiqi kafedrasına rəhbərlik etməyə başlamışdır.
Revaz Qabaşvili
Revaz Aleksandroviç Qabaşvili (gürc. რევაზ გაბაშვილი ;6 noyabr 1882, Tiflis – 14 mart 1969) — Gürcü siyasətçisi və alimi Gürcüstan Milli Demokrat Partiyasının yaradıcılarından biri. == Həyatı == Məşhur gürcü yazıçısı Yekaterina Qabaşvili və məşhur hüquqşünas Aleksandr Qabaşvilinin oğludur. Ailənin on uşağı var idi, amma onlardan ilk beşi erkən yaşlarda ölmüşdü. Revaz Qabaşvili ilk təhsilini Tiflisdəki gimnaziyada almış, 1902-ci ildə Belçikaya oxumağa getmişdi. 1905-ci ildə Revaz Belçikanın Lyej şəhərindəki Montefior Elektrik Mühəndisliyi İnstitutunda təhsilini yarımçıq qoyaraq Gürcüstana qayıtmaq və rus idarəçiliyinə qarşı inqilabi üsyanlarda iştirak etmək istəyir. Polis təqbindən Parisə qaçır. 1907-ci ildə Rusiyaya qayıdır və Bakıda yaşamağa başlayır. Burda Revaz Qabaşvili neft-kimya sənayesində çalışmağa başlayır. O ailə quraraq tədricən siyasi mübarizədən uzaqlaşır.
РИА Новости
RİA Novosti — Rusiyanın dövlət informasiya agentliyi. 2013-cü ildə ləğv olunaraq onun bazasında “Rossiya Seqodnya” (Rusiya bu gün) beynəlxalq informasiya agentliyi yaradılır. İnformasiya agentliyinin əsas fəaliyyət istiqamətinin Rusiya Federasiyasının dövlət siyasətini və ictimai həyatını xaricdə işıqlandırmaqdır. Dünyanın ən böyük media holdinqlərindən biri sayılır, mərkəzi qərargahı Moskva şəhərində yerləşir.