rəmzi
rənalıq
OBASTAN VİKİ
Rəna
Rəna — Qadın adı.
Rəna Ağabəyli
Rəna Ağabəyli (3 yanvar 1942, Kirovabad) — Genetik, Biologiya elmləri doktoru, professor. Rəna Ağaxan qızı Ağabəyli 1942-ci il yanvar ayının 3-də Gəncə şəhərində tanınmış ziyalı, Ümumittifaq Kənd Təsərrüfatı Elmlər Akademiyasının müxbir üzvü, professor Ağaxan Ağabəylinin ailəsində dünyaya gəlmişdir. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirmişdir. 1966-1969-cu illərdə Azərbaycan ЕА Botanika İnstitutunun aspiranturasında təhsil alarkən Moskva şəhərinə SSRİ Elmlər Akademiyasının Ümumi Genetika İnstitutuna ezam olunmuşdur. Müasir metodlara yiyələnərək böyük elmi təcrübə toplamış R.A.Ağabəyli 1972-cü ildə “Genetika” ixtisası üzrə “Yeni kompleksli kimyəvi mutagenlərin sitoloji və sitogenetik aktivliyinin tədqiqi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etmişdir. 1992-ci ildə “Antioksidantlar və antioksidant fermentlər mutasiya prosesinin tənzimlənməsində” mövzusunda doktorluq dissertasiya işini böyük müvəffəqiyyətlə müdafiə edərək biologiya elmləri doktoru alimlik dərəcəsini almışdır. R.A.Ağabəyli 1972-cı ildən Azərbaycan EA Fizika İnstitutunun Fiziki-kimyəvi biologiya sektorunda böyük elmi işçi, 1983-1987-ci illərdə həmin sektorun elmi katibi vəzifələrində çalışmışdır. 1980-ci ildə SSRİ EA AAK-nın qərarı ilə o, baş elmi işçi (indiki dosent) adına layiq görülmüşdür. 1987-ci ildən etibarən onun elmi taleyi Botanika İnstitutuna bağlanmış və artıq 35 ildir ki, fasiləsiz olaraq bu elm ocağında aparıcı elmi işçi, eksperimental mutagenez qrupunun rəhbəri kimi müxtəlif vəzifələrdə çalışmış və hazırda o, İnstitutun “Geobotanika” şöbəsinin baş elmi işçisidir. 2005-ci ildə o, professor elmi adına layiq görülmüşdür.
Rəna Cəfərova
Rəna Cəfərova (tam adı: Rəna Ələkbər qızı Cəfərova; 20 yanvar 1953, Tovuz) — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “Fiziki və fiziki-kimyəvi tədqiqatlar” şöbəsinin müdiri, kimya üzrə elmlər doktoru, professor. Rəna Ələkbər qızı Cəfərova 1953-cü il yanvarın 20-də Tovuz şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1970-ci ildə Tovuzdakı 1 saylı orta məktəbi fərqlənmə ilə bitirmiş və həmin il S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki M.Ə. Rəsul-zadə, Bakı Dövlət Univer- siteti ) “Fizika” fakultəsinə qəbul olunmuşdur. O,1975-ci ildə bu fakultəni “ Fizik, fizika müəllimi “ ixtisası üzrə bitirmişdir. Təyinatla Az.EA-nın Y.H.Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutuna (NKPİ) göndərilmiş və 1975-1978-ci illərdə ETS-də baş laborant, stajer-tədqiqatçı, mühəndis vəzifələrində çalışmışdır. O, 1978-1984-cü illərdə NKPİ-də “Optika” ixtisası üzrə aspiranturada oxumuş və 1984-cü ildə Azərbaycan Dövlət Universitetində “Bərk cisimlər fizikası” ixtisası üzrə “Alkilammonium və alkilfosfonium halogenidlərdə məxsusi elektron həyəcanlanması, lüminessensiya və rekombinasiya prosesləri” adlı dissertasiya işini müdafiə etmiş, 1985-ci ildə AAK (Rusiya ) tərəfindən ona fizika-riyaziyyat elmləri namizədi dərəcəsi verilmişdir. Alim 1992- 2002-ci illərdə böyük elmi işçi ( 1994-cü ildə AAK tərəfindən baş elmi işçi diplo- mu verilmişdir), 2002-ci ildən isə aparıcı elmi işçi və baş elmi işçi vəzifələrini icra etmişdir. 2005-ci ildə Y.H.Məmmədəliyev adına NKPİ-də 02.00.13-Neft kimyası və 02.00.04 – Fiziki kimya ixtisasları üzrə “ Neft lüminoforlarında fotofiziki və fotokimyəvi proseslər” adlı doktorluq dissertasiyasını müdafiə edərək, kimya elmləri doktoru dərəcəsinə layiq görülmüşdür. R.Ə. Cəfərova 16.02.2012-2019-cu illərdə NKPİ-da “Spektroskopik analiz” laboratoriyasının müdiri vəzifəsində çalışmışdır.
Rəna Dəcani
Rəna Dəcani (azərb. رنا الدجاني‎) — İordaniyalı molekulyar bioloq və Haşimi Universitetinin professoru. O, 2005-ci ildə Ayova Universitetində molekulyar biologiya üzrə doktorluq müdafiə etmişdir.
Rəna Kazımzadə
Qumral-Rəna Zəki qızı Kazımzadə (5 noyabr 1942, Bakı) — fizika-riyaziyyat elmləri doktoru (1998), professor (1999), “Tərəqqi”medalı laureatı (2010). Kazımzadə Rəna Zəki qızı 1942-ci il noyabr ayının 5-də Bakıda, milli nəzəri elektrotexnika məktəbinin banisi Zəki Əli İsgəndər oğlu Kazımzadənin ailəsində anadan olmuşdur. 1965-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) Fizika-riyaziyyat fakültəsini “Fizika və ümumi texniki fənlər” ixtisası üzrə bitirən Rəna Kazımzadə elə həmin ildə də Azərbaycan Neft və Kimya İnstitutunun (indiki ADNSU) aspiranturasına daxil olmuşdur və o zamandan elmi fəaliyyətə başlayaraq ömrünün təqribən 50 ilini nəzəri elektrotexnika elminə həsr etmişdir. Rəna Kazımzadə əmək fəaliyyətinə 1969-cu ildən həmin institutun “Elektrotexnikanın nəzəri əsasları” (sonradan “Elektrotexnika və elektrik təchizatı”, indiki “Elektroenergetika”) kafedrasında assistent kimi başlamış, sonradan bu kafedranın dosenti olmuşdur. O, 1998-ci ildə doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsi almışdır. 1999-cu ildən kafedranın professoru, 2000 – 2017-ci ildə isə kafedra müdiri vəzifəsində çalışmışdır. Universitetin Elmi Şurasının üzvüdür. Rəna Kazımzadə Kembricin Beynəlxalq Bioqrafiya Mərkəzi tərəfindən "XX əsrin 2000 ən görkəmli alimi" diplomuna layiq görülmüş və "Kim kimdir" Beynəlxalq Sorğu kitabına daxil edilmişdir. Həmçinin Amerika Bioqrafiya İnstitutu Bioqrafiya Assosiasiyasının həqiqi üzvü seçilmiş, 2000 – 2001-ci ilin "Beynəlxalq Qadını" adına layiq görülmüş, "2002-ci ilin Beynəlxalq şəxsiyyəti" adını almış, Kembricdə nəşr olunmuş "XX əsrin 2000 intellektualı" Beynəlxalq sorğu kitabının 28-ci nəşrinə və XXI əsrdə "Kim kimdir" sorğu kitabının birinci nəşrinə daxil edilmişdir. Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü seçilmişdir.
Rəna Mirzəzadə
Rəna Mirzəzadə — fəlsəfə elmləri doktoru, siyasi elmlər üzrə professor, "Tərəqqi" medalı laureatı,3-cü dərəcəli "Əmək" ordeni laureatı Mirzəzadə Rəna Rza qızı 1954-cü il, 8 apreldə Şirvanda anadan olmuş, 1971-ci ildə həmin şəhərin 1 saylı orta məktəbini, 1976-cı ildə BDU-nun əyani tarix fakültəsini bitirmişdir. 1978-ci ildən AMEA Fəlsəfə və Hüquq İnstitutunda, (hazırda Fəlsəfə və Sosiologiya İnstitutunda) işləyir. 1998–1999-cu illərdə İnstitut "Gender tədqiqatı" qrupunun rəhbəri, 2008–2011-ci illərdə "Qloballaşma və informasiya cəmiyyətinin fəlsəfi problemləri" şöbəsinin müdiri, 2011–2016-cı illər "Politologiya və siyasi sosiologiya" "Siyasi nəzəriyyə" şöbəsinin müdiri, hazırda isə " Siyasətin fəlsəfəsi və sosiologiyası" şöbəsinin müdiridir. 1998–2016-cı illər İnsititut Həmkarlar Komitəsinin sədri olmuşdur. İnsititut Elmi Şurasının və Fəlsəfə Cəmiyyətinin, Problem Şurasının, Dissertasiya Şurasının üzvüdür. 1989-cu ildə elmi kommunizm (indiki politologiya) ixtisası üzrə namizədlik elmi dərəcəsi almışdır. 2004-cü ildə respublikada ilk dəfə olaraq, "Gender: fəlsəfi, tarixi və siyasi-hüquqi istiqamətlər" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, 2005-ci ildə fəlsəfə elmləri doktoru elmi dərəcəsi almış, "Siyasi nəzəriyyələr" ixtisası üzrə professordur. 15-dək elmi kitabın, 150-dən çox məqalənin müəllifidir. 1993–1994-cü illərdə müstəqil ictimai-fəlsəfi "İdrak" qəzetinin baş redaktoru, 1999–2001-ci illərdə "Genderşünaslıq" beynəlxalq elmi-populyar jurnalının Baş redaktoru olmuşdur. Respublika KİV-də mütəmadi olaraq siyasət, dövlətçilik, azərbaycançılıq ideologiyası, Qarabağ problemi, gender və qadın problemi, multikulturalizm, insan hüququ, vətəndaş cəmiyyəti, informasiya, qloballaşma üzrə məqalələrlə çıxış edir, müsahibələr verir, televiziyalarda ekspert kimi çıxışlar edir.
Rəna Məmmədova
Rəna Azər qızı Məmmədova (27 fevral 1950, Bakı) — Sənətşünaslıq üzrə elmlər doktoru (1991-ci il), professor, 2001-ci ildən AMEA-nın müxbir üzvü Rəna Məmmədova 27 fevral 1950-ci ildə Bakı şəhərində anadan olub. 1968-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbini, 1973-cü ildə isə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. 1978-ci ildən etibarən Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda elmi işçi kimi işə başlayır. 1990-cu ildə "İncəsənətin qarşılıqlı əlaqələri" şöbəsini təşkil edib və 25 il ərzində rəhbərlik edir. 1991-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. Alimin tədqiqatlarının dairəsi əsasən türk dünyasının mədəniyyəti ilə bağlı olmuşdur. Rəna Məmmədovanın elmi yaradıcılığının ən vacib və mühüm mərhələsini musiqi türkoloqiyasının elmi əsaslarının yaradılması təşkil edir. Bu ad altında 2003-cü ildə Rəna Məmmədovanın monoqrafiyası işıq üzü görmüşdür ki, bu da sənətşünaslıq elminin yeni sahəsinin nəzəri-metodoloji müddəalarının əsasını qoymuşdur. Rəna Məmmədova musiqişünaslıqda yeni istiqamət olan musiqi türkologiyasının əsasını qoymuşdur. 100-dən artıq elmi əsərləri - monoqrafiya, kitab və məqalələri çap olunmuşdur; o cümlədən, “Muğam-sonata qovşağı”(1989), “Azərbaycan muğamlarının estetik xüsusiyyətləri” (.1987), “Azərbaycan muğamlarının funksional problemləri” (1989), “Azərbaycan muğamı” (2002) əsərlərində muğam sənətinin estetik və nəzəri məsələləri öyrənilmişdir.
Rəna Nəzərova
Rəna Nəzərova (24 may 1983, Kiyev) — Kiyev şəhər şurasının deputatı. Rəna Nəzərova Kiyev dövlət telekanalının əməkdaşıdır. Həmin kanalın "Kievski forum" proqramının baş redaktoru vəzifəsində çalışır. Rəna Nəzərovanın deputatlığı namizədliyi məşhur boksçu Vitali Kliçkonun lideri olduğu "UDAR" blokundan irəli sürülmüşdü. 25 may 2014-cü ildə Kiyev şəhər şurasına keçirilən seçkilərdə deputat seçilib.
Rəna Qasımova
Rəna Qasımova Tofiq qızı — texnika üzrə fəlsəfə doktoru, dosent, AMEA Rəyasət Heyəti aparatının Elmi Tədqiqatların Koordinasiyası şöbəsinin müdiri, AMEA İnformasiya Texnologiyaları İnstitutunda baş elmi işçi. 1985-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun "Avtomatika və hesablama texnikası" fakültəsini bitirmişdir. 1985-ci ildə təyinatla Azərbaycan Elmlər Akademiyasının Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsinə işə qəbul olunmuşdur. Müxtəlif təyinatlı sistemlərin: “Auditorlar Palatası” verilənlər bazası idarəetmə sisteminin (VBİS), “Kadrlar” korporativ informasiyasi steminin yaradılması ilə məşğul olmuşdur. AMEA-nın www.science.az portalının yaradılmasında iştirak etmişdir. Qərarların qəbul edilməsini dəstəkləmək məqsədi ilə çox ölçülü verilənlərin saxlanmasını və analizini yerinə yetirən texnologiyaların Azərbaycanda tətbiqi məsələlərini tədqiq etmişdir. Korporativ şəbəkə mühitində biliklərin idarə və əldə olunmasının (Data Mining) metod və alqoritmlərini tədqiq etmiş və paylanmış böyük informasiya resurslarına əsaslanan operativ analitik emal sistemlərində (OLAP – On-Line Analytical Processing) aqreqatlaşdırılmış verilənlərin analizi üsullarını araşdırmışdır. Azərbaycan Respublikasının maraqlarına aid domen adları sistemi biliklər bazasının yaradılmasının elmi-nəzəri əsaslarının işlənməsi mövzusu üzərində elmi araşdırmalar aparmış və 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda 3338.01 – Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi ixtisası üzrə “Milli domen adlarının intellektual monitorinqi sisteminin sintezi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işini müdafiə etmişdir. Texnika üzrə fəlsəfə doktorudur və 2018-ci ildə dosent elmi adını almışdır. Böyük verilənlərin analitikası problemlərinin tədqiqi mövzusunda araşdırmalar aparmışdır.
Rəna Qraf
Rəna Qraf (qızlıq soyadı: Məmmədova; alm. Rena Graf‎; d. 26 aprel 1966, Bakı, Azərbaycan SSR, SSRİ) — əvvəllər SSRİ-ni və Özbəkistanı, 2001-ci ildən bu yana isə Almaniyanı təmsil edən azərbaycan əsilli şahmatçı, qadınlar arasında beynəlxalq qrosmeyster (1999). Rəna Qraf 26 aprel 1966-cı ildə Bakı şəhərində anadan olub. Doqquzuncu sinifdə oxuyarkən qızlar və qadınlar arasında Bakı çempionu olub. Sovetlərin dağılmasından sonra Özbəkistanı təmsil etməyə başlayıb. Bu ölkənin qadınlardan ibarət yığmasının heyətində Şahmat Olimpiadasının (1994, 1998) və Asiya çempionatının (1995, 1999) iştirakçısı olub. 2001-ci ildə beynəlxalq qrosmeyster Aleksandr Qraf ilə ailə həyatı qurub. Gino Di Felice. Chess International Titleholders, 1950-2016.
Rəna Qədimova
Rəna Kamil qızı Qədimova (10 yanvar 1958, Bakı)— Azərbaycan bəstəkarı. Rəna Qədimova 10 yanvar 1958-ci ildə Bakı şəhərində doğulub. 1961-ci ildən 1964-cü ilədək Bülbül adına orta ixtisas musiqi məktəbində Regina Siroviçin sinifində fortepiano öyrənib. 1965-ci ildən 1976-cı ilədək orta təhsilini davam etdirib. 1976-cı ildən 1983-cü ilədək Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət konservatoriyasında (Fərəc Qarayevin sinifində) bəstəkarlıq ixtisası üzrə oxuyub. Rəna Qədimova 1983-cü ildən Soltan Hacıbəyov adına Sumqayıt şəhəri orta ixtisas musiqi məktəbində müəllim kimi fəaliyyətə başlayıb. 1997-ci ilədək bu məktəbdə çalışıb. 1997-ci ildən bu günədək Bülbül adına orta ixtisas musiqi məktəbinin müəllimidir. Rəna Qədimova peşəkar bəstəkardır. Xeyli musiqi bəstələyib.
Rəna Zinçenko
Rəna Zinçenko (azərb. Rəna Zinçenko Əbülfəz qızı, rus. Зинченко Рена Абульфазовна; d. 1963-cü il, 23 mart, Bakı, Azərbaycan SSR, SSRİ) - Tibb elmləri doktoru, professor. N.İ.Piroqov adına Rusiya Milli Tibb Universitetinin hüceyrə və molekulyar genetika kafedrasının professoru. Zinçenko (qızlıq soyadı Məmmədova) Rəna Əbülfəz qızı 1963-cü il martın 23-də Bakıda anadan olub. 1979-1986-cı illərdə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) pediatriya fakültəsində təhsil alıb. 1986-cı ildə həmin institutu “pediatriya” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1986-1989-cu illərdə Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu (Bakı) yanında Tibbi-Genetik Məsləhətxanada həkim-pediatr vəzifəsində işləyib. 1989-1992-ci illərdə Tibbi-Genetik Elmi Mərkəzin (TGEM) genetik epidemiologiya laboratoriyasında “genetika” ixtisası üzrə aspiranturada oxuyub.
Rəna İsmayılova
Rəna Nəcəfqulu qızı İsmayılova (28 avqust 1950, Bakı) — orqan ifaçısı, Azərbaycan Respublikasının əməkdar artisti (2000). Rəna İsmayılova 28 avqust 1950-ci ildə Bakıda rəssam ailəsində anadan olmuşdur. O, uşaqlıqdan pianoda ifa etməyə başlamış və ilk musiqi müəllimi bacısı Zemfira Qafarova olmuşdur. Bülbül adına Orta İxtisas Musiqi Məktəbində fortepiano üzrə təhsilini başa vurduqdan sonra 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının Tarix-nəzəriyyə fakültəsinə daxil olmuşdur. Buradakı təhsilinin birinci kursundan başlayaraq fortepiano ilə yanaşı orqanda da ifa etməyə başlamış, üçüncü kursda isə oxuduğu fakültəni dəyişərək fortepiano üzrə fəaliyyətini davam etdirmiş, 1974-cü ildə buranı fortepiano və orqan ixtisasları üzrə bitirmişdir. Təhsilini başa vurduqdan sonra Musiqili Komediya Teatrı və Sumqayıt Musiqi Texnikumunda işləməyə başlamışdır. 1977-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında əvvəlcə pianoçu-konsertmeyster işləyən Rəna İsmayılova 1983-cü ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının assistenturasına daxil olaraq 3 il təhsilini burada davam etdirmişdir. Burada o, professor Leonid Royzmandan dərs almışdır. 1987-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında "Orqan və klavesin" kafedrasında əvvəlcə baş müəllim, sonra dosent olaraq çalışan Rəna İsmayılovanın redaktorluğu altında ilk dəfə "Azərbaycan bəstəkarlarının orqan musiqisi" adlı ikicildlik not məcmuəsi işıq üzü görmüşdür. Rəna İsmayılova hazırda Almaniyada yaşayır.
Rəna Şereşevskaya
Rəna Şereşevskaya (qızlıq soyadı: Mustafabəyli; rus. Рена Шерешевская; fr. Rena Cherechevskaïa; d. 17 iyun 1954, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan əsilli rus-fransız pianoçu və musiqi müəllimi. Fransanın İncəsənət və Ədəbiyyat ordeni kavaleri. Rəna Şereşevskaya 1954-cü il iyunun 17-də Bakıda, 13 il Azərbaycan Geologiya idarəsininə rəhbərlik etmiş Midhət bəy Mustafabəylinin ailəsində anadan olub. Artıq dörd yaşında böyük musiqi qabiliyyəti və istedadı üzə çıxıb. 1972-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası nəzdində Bülbül adına Orta İxtisas Musiqi Məktəbini tanınmış pedaqoq Liliya Filatovanın fortepiano sinfi üzrə əla qiymətlərlə bitirib. Elə həmin il Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasında Lev Vlasenkonun sinfinə daxil olub. Konservatoriyadan sonra aspiranturanı da fərqlənmə ilə bitirib.
Rəna Əffəndi
Rəna Əffəndi (26 aprel 1977, Bakı) — azərbaycanlı fotoqraf, quruluşçu rəssam. Rəna Əffəndi 1977-ci ildə Bakıda anadan olub. Entomoloq Rüstəm Məmməd-Əmin Əffəndinin qızıdır. Azərbaycan Dillər Universitetini bitirərək uzun müddət tərcüməçi işləyib. Uşaqlıqdan rəsm və fotoqrafiyaya böyük marağı olub. 2001-ci ildən sənədli fotoqrafiya ilə məşğuldur. 2005-ci ildən tərcüməçi işindən ayrılaraq fotoqrafiya ilə daha ciddi məşğul olmağa qərar verib. Rəna Əffəndi "Fifty Crows" Beynəlxalq sənədli fotoqrafiya Fondunun keçirdiyi müsabiqənin mükafatçısı, habelə Azərbaycanda "İlin fotorəssamı" mükafatının laureatıdır, müxtəlif ölkələrdə təşkil olunan sərgilərdə iştirak edib. 2007-ci ildə Amerikanın Photo District News jurnalı Rəna Əffəndini dünyada 30 ən məşhur fotoqraf siyahısına daxil edib. Onun fotoları Le Monde, Le Figaro, Liberation, Courrier International, Newsweek, Days Japan, Reponse Photo, "Oqonek", "Ekspert" i "Bolşoy Qorod" jurnallarında dərc edilib.
Rəna Əfəndi
Rəna Əffəndi (26 aprel 1977, Bakı) — azərbaycanlı fotoqraf, quruluşçu rəssam. Rəna Əffəndi 1977-ci ildə Bakıda anadan olub. Entomoloq Rüstəm Məmməd-Əmin Əffəndinin qızıdır. Azərbaycan Dillər Universitetini bitirərək uzun müddət tərcüməçi işləyib. Uşaqlıqdan rəsm və fotoqrafiyaya böyük marağı olub. 2001-ci ildən sənədli fotoqrafiya ilə məşğuldur. 2005-ci ildən tərcüməçi işindən ayrılaraq fotoqrafiya ilə daha ciddi məşğul olmağa qərar verib. Rəna Əffəndi "Fifty Crows" Beynəlxalq sənədli fotoqrafiya Fondunun keçirdiyi müsabiqənin mükafatçısı, habelə Azərbaycanda "İlin fotorəssamı" mükafatının laureatıdır, müxtəlif ölkələrdə təşkil olunan sərgilərdə iştirak edib. 2007-ci ildə Amerikanın Photo District News jurnalı Rəna Əffəndini dünyada 30 ən məşhur fotoqraf siyahısına daxil edib. Onun fotoları Le Monde, Le Figaro, Liberation, Courrier International, Newsweek, Days Japan, Reponse Photo, "Oqonek", "Ekspert" i "Bolşoy Qorod" jurnallarında dərc edilib.
Rəna Əfəndizadə
Rəna Mahmud qızı Əfəndizadə (29 noyabr 1929, Bakı) — Azərbaycan memarı, Azərbaycan SSR əməkdar arxitektoru (1979). Rəna Əfəndizadə 29 noyabr 1929-cu ildə Bakıda anadan olmuşdur. 1954-cü ildə Moskva Memarlıq İnstitutunu bitirmişdir. 1963-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda işləməyə başlamış, 1989–1998-ci illərdə şəhərsalma və müasir memarlıq şöbəsinə rəhbərlik etmişdir. 1967-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. Uzun müddət Azərbaycan Memarlar İttifaqının idarə heyətinin üzvü olmuşdur. Rəna Əfəndizadə bir sıra yaşayış evlərinin layihə müəllifidir. Azərbaycan və Bakının memarlığı və şəhərsalma məsələlərinə həsr olunmuş 50-dən artıq əsərin, eləcə də 5 monoqrafiyanın müəllifidir.
Rəna Əliyeva
Rəna Əliyeva (21 yanvar 1948, Bakı) — əməkdar elm xadimi, əməkdar həkim. Tibb elmləri doktoru. Azərbaycan Stomatoloqlar Assosiasiyasının (ASA) prezidenti. Azərbaycan Tibb Universitetinin uşaq stomatologiyası kafedrasının müdiri, Azərbaycan Tibb Universitetinin Elmi Şurası, Stomatologiya fakültəsinin Elmi Şurası, Dissertasiya Şurasının üzvüdür. Əliyeva Rəna Qurban qızı 21 yanvar 1948-ci ildə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində anadan olmuşdur. 1966-cı ildə Bakı şəhəri 8 №-li orta məktəbi medalla bitirmiş, N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun stomatologiya fakültəsinə daxil olmuşdur. İnstitutun Elmi Şurasının qərarı ilə 1971-ci ildə Azərbaycan Tibb İnstitutunun cərrahi stomatologiya kafedrasına klinik ordinaturaya göndərilmişdir. 1973-cü ildə Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun stomatologiya kafedrasına işə qəbul edilmiş, ardıcıl olaraq baş laborant vəzifəsindən dosent vəzifəsinə kimi yüksəlmişdir. 1991-ci ildə R. Əliyeva Moskva şəhərində, SSRİ Səhiyyə Nazirliyinin Mərkəzi Elmi Tədqiqat Stomatologiya İnstitutunda "Üz-çənə nahiyəsinin fleqmonası olan xəstələrdə böyrəküstü, mədəaltı və qalxanabənzər vəzilərin funksional vəziyyəti" mövzusunda dissertasiyasını böyük uğurla müdafiə etmiş (elmi məsləhətçilər: SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü, tibb elmləri doktoru, professor N. N. Bajanov və SSRİ Tibb Elmləri Akademiyasının həqiqi üzvü, tibb elmləri doktoru, professor İ. İ. Dedov) və tibb elmləri namizədi elmi dərəcəsini almışdır. Sonra, 1998-ci illərə qədər R. Əliyeva əmək fəaliyyətini Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunda davam etmişdir.
Rəna Əsədova
Rəna Şərif qızı Əsədova (25 yanvar 1962, Baş Göynük, Nuxa rayonu) — texnika elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutu-nun "Elmi-texniki informasiya və patent tədqiqatları" şöbəsinin müdiri, dosent. Əsədova Şərif qızı Rəna 25 yanvar 1962-ci ildə Şəki rayonunun Baş Göynük kəndində ziyalı ailəsində anadan olmuşdur. 1969–1979-cu illərdə orta məktəbdə təhsil almış, 1979–1985-ci illərdə M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda təhsil almışdır. 1980–2003-cü illərdə Sumqayıt Dövlət Universitetində (keçmiş Az NKİ-nun Sumqayıt filialı, sonradan Azərbaycan Sənaye İnstitutu) laborant, baş laborant, assistent, baş müəllim vəzifələrində çalışmışdır. 2001-ci ilin oktyabr ayında "Sənaye obyektlərinin idarə sistemləri üçün bütöv maqnit keçiricili ikiölçülü elektromaqnit böyük yerdəyişmələr çeviricisinin işlənilməsi və tədqiqi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək texnika üzrə fəlsəfə doktoru, 2014-cü ildə dosentlik diplomu almışdır. 2003-cü ilin yanvar ayından AMEA-nın Kibernetika İnstititunda "Kommunikasiya şəbəkələrinin modelləşdirilməsi" laboratoriyasında elmi işçi vəzifəsində, 2004-cü ildən bu günə kimi "Elmi-texniki informasiya və patent tədqiqatları" şöbəsinin rəhbəri vəzifəsində çalışır. Hal-hazırda "Ştanqlı dərinlik nasosları ilə layın istismarı zamanı neft hasilatı prosesinin riyazi modelləşdirilməsi və optimallaşdırılması" mövzusunda doktorluq dissertasiya işi üzərində çalışır. 34 elmi məqalənin, o cümlədən, 2 respublika və bir Avrasiya patentinin, bir metodik vəsaitin müəllifidir. Məqalələri Respublikanın və xarici ölkələrin nüfuzlu elmi jurnallarında dərc olunmuşdur. Ailəlidir.
Rəna Mütəllib
Rəna Məmmədova (professor)

Digər lüğətlərdə