1. Avaz, ahəng, musiqi səsi.
Qoy nəva ney tək edim ta nəfəsim var mənim.
Heyfa ki, çıxmadı tarın sədası; Ucalmadı kamançanın nəvası.
2. İniltili səs.
Ölümlərin pəncəsində hıçqıran; Məzlumların nəvasından yarandım.
[Xədicənin] səsində şikayət dolu bir nəva vardı.
3. mus. Azərbaycan klassik muğamlarından biri.
12 əsas muğam bunlar idi: üşşaq, nəva, busəlik, rast, əraq, isfahan, zirəfkənd, büzürk, zəngulə, rəhavi, hüseyni və hicaz.