Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Salut
Salut (alm. salut‎) — hörmətlə Salamlamaq bir jest və ya hərəkətdi. Əsas hərbi silahlarda istfadə olunur. Salut (kənd) — Ermənistanda kənd.
Salut (kənd)
Salut — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızıl Qoç (Qunasyan) rayonunda kənd. 1937-ci ilə kimi Ağbaba rayonunun tərkibində olmuşdur. Rayon mərkəzindən 5 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. XIX əsrin sonlarından sonra mənbələrdə bu kəndin adı çəkilmir. Sal tayfasının adından (bax: Sallı) və türk dillərində cəm bildirən "t" şəkilçi-sindən ibarətdir. Toponim qədim türk mənşəli hun tayfasından olan sal etnoniminə, türk dilində cəmlik bildirən -ut şəkilçisnin artırılması ilə düzəlib, "sallar tayfasına mənsub yaşayış yeri, kənd" mənasını verir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Салут // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели.
Calut
Calut (Oğuz) — Azərbaycan Respublikasının Oğuz rayonunda eyniadlı inzibati ərazi vahidinin mərkəzi. Calut monastırı — Oğuz rayonunun Calut kəndində yerləşən V–VI əsrlərə aid alban monastır. Calut (sərkərdə) — Qurani Kərimə görə Həzrət Davud peyğəmbər (s) tərəfindən sapandla öldürülmüş fələstinli nəhəng sərkərdə.
Salat
Salat (it. Salato, Salata) — klassik reseptdə soyuq yemək, müxtəlif tərəvəz və meyvələrin (əsasən kahı, göbələk, kartof, xiyar, paxla) qarışığından, sirkə, bitki yağı, mayonez, xama, limon şirəsi, duz, istiot ədviyyatlar əlavə etməklə hazırlanır. Salata tez-tez müxtəlif göyərtilər: kişmiş, şüyüd, cəfəri, kərəviz, yaşıl soğan, sarımsaq və s. əlavə edilir. Salatın müxtəlif növləri vardır: Alman kartof salatı və ya kartoffelsalat— adından göründüyü bu yeməyin əsası kartofdur; onun tərkibində bütün növ inqrediyent var, o cümlədən bekon, soğan, pomidor, yaşıl noxud, yumurta, qarğıdalı və hətta portağallar vardır; Fransız salatı — Fransa mətbəxinə aid salat növü; Kobb salatı — Amerikan mətbəxinə aid bu salat növü dilimlənmiş göyərti, pomidor, qovrulmuş ət, qaynadılmış toyuq əti, avokado, qaynadılmış yumurta, soğan, pendirdən hazırlanır; Lab — Laos mətbəxinə məxsus salat növü; Leço — yay fəslində qışda istifadə etmək məqsədilə tərəvəzlərdən hazırlanan salatdır; Malaq salatı — İspaniya mətbəxinə məxsus salat növü; Mimoza salatı — daha çox bayramlarda düzəldilən salatdır; Miçiqan salatı — Miçiqanda, Detroytda (ABŞ) və ətraf bölgələrdə restoranlarda məşhur olan salat növüdür; Meyvəli salat — müxtəlif meyvələrdən hazırlanan salat növüdür; Tərəvəz salatı — müxtəlif tərəvəzlərdən hazırlanan salat növüdür; Oliviye salatı — bir çox Şərqi Avropa ölkələrində məşhur olan və bəzi ölkələrdə bu salat Rus salatı kimi tanınan Rusiya mətbəxinə aid ənənəvi salatdır; Valdorf salatı — acı bibər ilə mayonez və ya limon suyu əlavə edilmiş ətirli kərəviz kökü və yunan qozu, nazik çöplər (orijinal) və ya köklərdən (müasir mətbəx) və turşaşirin almadan hazırlanan klassik amerikan salatıdır; Vineqret salatı — Rusiyada və keçmiş SSRİ-nin digər ölkələrində soyutma kartof, kök, çuğundur, lobya, şoraba kələm və ya duzlu xiyar, keşniş, şüyüddən hazırlanan salatdır; Tabule — Levant ərəb salatıdır; Şop salatı — Şərqi Avropa mətbəxinə aid salat növüdür; Yunan salatı — yunan mətbəxinə aid salat növüdür; İngilis salatı — ingilis mətbəxi aid salat növüdür; Sezar salatı, yumurta salatı, toyuq salatı, çuğundur salatı, nar salatı və s. Salat hazırlayarkən ilk növbədə salatda istifadə edəcəyiniz ərzaqların yaş olmamasına diqqət yetirin. Çünki, ərzaqların yaş olması sousun salatla qarışmasına mane ola bilər. Salata dad vermək üçün istifadə olunan ən təsirli yollardan biri də salata bir az sarımsaq əlavə etməkdir. Salatınıza bir az doğranmış nanə yarpağı əlavə etsəniz, ləzzətinin dəyişdiyini görərsiniz. Salatları yeməkdən əvvəl hazırlayın və limonunu, duzunu süfrəyə verərkən əlavə edin.
Salun
Salon — Vəhşi Qərb mədəniyyətinə daxil olan və əsasən kovboylar tərəfindən istifadə edilən əyləncə yerləri.
Sulut
Sulut — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən 45 km Şərqdə dağ ətəyində yerləşir. Əhali əkinçilik və maldarlıqla məşğuldur. Orta məktəbi, kitabxanası, klubu və tibb məntəqəsi var. “Sulut” toponomi haqqında müxtəlif düşüncələr irəli sürülür. Sulut sözünün anlamı türkcə “daşlı”, “sulu” yer kimi izzah etmək olar. Gerçək də kəndin ərazisi daşlı, çınqıllı sulu sahələrdən ibarətdir. Kənd, İsmayıllı dan 45 kilometr şərqdə, dağların ətəyindədir. Əhalisi 416 nəfərdir ki onunda 207 nəfəri kişi, 209 nəfəri qadındır. 1.
Calut (sərkərdə)
Calut (e. ə. XI əsr – təq. e.ə. 1023) — Qurani Kərimə görə Həzrət Davud peyğəmbər (s) tərəfindən sapandla öldürülmüş fələstinli nəhəng sərkərdə. Əhdi-Ətiqdə adı Qoliaf kimi keçir.
Calut monastırı
Calut monastırı — Oğuz rayonunun Calut kəndində yerləşən V–VI əsrlərə aid alban monastırıdır. Kompleksə zəngin bəzədilmiş böyük kilsə, kiçik qədim bazilika və köməkçi binaların xarabalıqları daxildir. Qədim Calut bazilikası iri zal məbədidir. Məbədin qərb və cənub divarları qismən saxlansa da, şimal və şərq divarlarının çox az hissəsi salamat qalmış, daşları isə məbədin içinə tökülmüşdür. 1811-ci ildə kompleksə əlavə edilmiş Böyük kilsə isə dörd daxili sütuna malik, günbəzsiz, iri üçnefli bazilikadır. == Kompleksə daxil olan tikililər == Monastır Oğuz rayonunun Calut kəndinin şimal-şərqində yerləşir. Kompleksə zəngin bəzədilmiş böyük kilsə, kiçik qədim bazilika və köməkçi binaların xarabalıqları daxildir. === Qədim bazilika === Qədim Calut bazilikası iri zal məbədidir. Onun ibadət zalı 6×4.30 m, altar apsidası isə 3,65×1.75 m ölçüyə malikdir. Məbədin qərb və cənub divarları (2–2.6 metr arası hündürlükdə) qismən saxlansa da, şimal və şərq divarlarının çox az hissəsi salamat qalmış, daşları isə məbədin içinə tökülmüşdür.
Gilad Şalit
Gilad Şalit (ivr. ‏גלעד שליט‏‎) (28 avqust 1986, Nahariya, İsrail) — İsrail müdafiə ordusunun əsgəri. 25 iyun 2006-cı ildə Hamas döyüşçüləri tərəfindən oğurlanıb. 18 oktyabr 2011-ci ildə, beş il dörd aylıq əsirlikdən sonra, Gilad İsrail həbsxanalarındakı 1027 nəfər fələstinli məhbusun azad edilməsi qarşılığında İsrailə təhvil verildi.
Meyvəli salat
Meyvəli salat — müxtəlif meyvələrdən hazırlanan salat növü. Meyvə salatı-kiçik bir parçalara (hissələrə) kəsilmiş, təzə müxtəlif meyvələr qarışığından hazırlanmış yeməkdir. Meyvəli salat reseptinə alma, armud, portağal, dessert banan daxildir. Hərdən tumsuz üzüm, ananas və narıncı əlavə edilir. Neyvə salatın üstünə adi və ya qəhvəyi şəkər tozu, bal və şokalad tökürlər. Dadı gücləndirmək üçün hətta kişmiş (quru üzüm), döyülmüş badam və ya fındıqdan istifadə edirlər. Meyvə salatlarına hərdən onların təzə qalmağı üçün və xarici görüşünün saxlanması üçün lumu turşusunu əlavə edirlər. Azacıq rom, konyak və ya likyor meyvə salatına xüsusi dad verir. Ənənəvi salatın qatması (sousu), lakin yoğurt və ya bərk çalınmış qaymaqdan istifadə etmək olar. Adətən meyvə salatını desert kimi verirlər.
Saltu-Velosu
Saltu-Velosu (port. Salto Veloso) — Braziliyanın Cənub regionunun Santa-Katarina ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 4206 nəfərdir. Ərazisi 105,042 кm²-dir. Əhalinin sıxlığı 40,0 nəfər/кm²-dir. Bələdiyyənin bayramı 15 dekabrdır.
Salur boyu
Salur boyu — Oğuz xan Dastanına görə Oğuzların 24 boyundan biri və Mahmud Qaşqarlının Dünya ədəbiyyatında türkdilli xalqların ilk ensiklopediyası olan "Divanü Lüğat-it-Türk"dəki iyirmi iki Oğuz bölüyündə beşincisi; "صالغر Salgur" lardır. Damğaları budur: deyə tanınan bir Oğuz boyudur. Bu boyların Üçoqlar qolundan (sol qolundan) Oğuz xanın oğlu Dağ xanın soyundan gəldikləri qəbul edilir."Salur" sözü qılınc yelləyən mənasında istifadə edilmişdir. XIV əsrdə Sivas, Ərzincan, Kayseri və Tokat ətrafında hökm sürmüş Qazı Bürhanəddin dövləti Salur boyuna mənsubdur. Bu gün müasir türkmənlərin mənşəyi Salur boyu Türkmənistan, Özbəkistan, Əfqanıstan, İraq və İranda və eyni kökdən olan Çindəki Salar təbəə Salur boyundan gəlməkdə olduğu təxmin edilsə də Salurlar əsl Xəzər ətrafında yaşamış və oradan Xorasan, Orta Asiya və Anadolu bölgələrinə qədər dağılmışdılar. Anadoluda bir çox bölgədə və Anadolu Səlcuqlu və bərabər Anadoluda yaranan bəyliklər çəkili Salur boylarından təsirlənmişdir. Bunlar başda Qaraman, Təkə və Candaroğulları çəkili Salur mənşəli tayfalar Qəbilələr tayfalar tərəfindən meydana gəlmişdilər. Salurlar içərisindəki tayfa və tayfalar adında bu gün Salur baba yurdu olan Xəzər regionunda yer, əkiləcək tarla, kənd və yaşayış məntəqələri adları hələ də yaşamaqdadır. Salurlar içində ciddi ölçüdə qıpçaqlıq da var. Xəzər regionu hər zaman Oğuz və Qıpçaq tayfalarının birləşib bir arada yaşadığı bölgə olmuşdur.
Salus (Piranşəhr)
Salus (fars. سالوس‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 42 nəfər yaşayır (5 ailə).
Salyut 1
Salyut 1 kosmosa göndərilən ilk kosmik stansiya idi. O, 1971-ci ilin aprelində Sovet İttifaqı tərəfindən orbitə buraxılıb və 1971-ci ilin oktyabr ayına qədər kosmosda qaldı. Kosmosda olduğu müddətdə onu ekipajlarla birlikdə iki kosmik gəmi ziyarət etdi. Salyut 1-in məqsədi kosmik stansiyanın necə işlədiyini öyrənmək və sınaqdan keçirmək idi. İkinci məqsəd kosmosda uzun müddət qalmağın insan orqanizminə necə təsir etdiyini öyrənmək idi. Onun bir sıra problemləri var idi, lakin ondan gələcək stansiyalara kömək edən çox şey öyrənildi. Stansiya əvvəlcə kosmosda gizli hərbi stansiya yaratmaq üçün Almaz proqramının bir hissəsi idi. 16 fevral 1970-ci ildə onun əvəzinə mülki hala salınması qərara alındı. Sovet kosmik proqramı proqrama DOS adını verdi. Bu, rus dilində "Dolqovremennaya orbitalnaya stanziya" sözünün abbreviaturasıdır və ingiliscə "uzunmüddətli orbital stansiya" deməkdir.
Salyut 3
Salyut 3 Sovet İttifaqının Almaz proqramında kosmik stansiya idi. O, həmçinin OTS-2 və Almaz 2 kimi tanınırdı. Ölçüsü və forması Salyut 1-ə bənzəyirdi, lakin dizaynın qalan hissəsi çox fərqli idi. Bu, Salyut proqramının əvəzinə Almaz proqramının bir hissəsi olduğu üçün idi. Yalnız əsl məqsədini gizlətmək üçün ona Salyut 3 adı verildi. Əslində bu, başqa ölkələrə casusluq etmək üçün hərbi stansiya idi. Onun təfərrüatlarının çoxu Soyuq Müharibə bitənədək məlum deyildi. Stansiyada kosmonavtlar, mühərriklər və günəş panelləri üçün yaşayış yerləri var idi. Bunlar digər kosmik stansiyalara bənzəyirdi. Hərbi xarakter daşıdığı üçün onun bəzi xüsusi texnikası da var idi.
Salyut 7
Salyut 7 — Sovet İttifaqı tərəfindən 19 aprel 1982-ci ildə orbitə çıxarılan kosmik stansiyasıdır. Salyut seriyası stansiyaların sonuncusudur. Salyut 6 -nın ehtiyat stansiyası olaraq orbitə göndərilmişdir, təchizatı və xaraktesitkaları demək olarki oxşar olub. Orbitdə olarkan müxtəlif nasazlıqlar baş vermişdir, ancaq göndəriliən Soyuz və Progress kosmik gəmiləri ilə orbitə çıxan təcrübəli və bacarıqlı kosmonavtların səyi ilə bu problemlər aradan qaldırıldı. Sentyabr 1983 -cü ildə yanacaq borusunda baş vermiş zədələnmə nəticəsində kosmosa əlavə yürüyüşlərin edilməsi vacib hal aldı. Dörd il iki aylıq tapşırıq müddəti ərzində altı dəfə əsas və dörd dəfə isə əlavə uçuşlarda iştirak edən fransız və hindli kosmonavtlarında daxil olduğu, 10 nəfərlik ekipaj stansiyanı ziyarət etmişdir. Onlar arasında kosmosa çıxan ikinci və kosmik yürüyüş edən ilk qadın Svetlana Savitskaya da vardır. Salyut 6 -da olduğu kimi, stansiyanın hər iki tərəfində iki birləşmə qapısı var. Bununlada Progress təhcizat gəmisi stansiyaya rahatlıqla birləşirdi. İkisi üfüqi, üçüncü isə şaquli müstəvidə yuaxrı doğru olmaqla üç ədəd günəş paneli təhciz olunmuşdur.
Solut (Nəmin)
Solut (fars. سلوط‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 208 nəfər yaşayır (60 ailə).
Sulut bələdiyyəsi
İsmayıllı bələdiyyələri — İsmayıllı rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Yana Salat
Yana Salat (d. 6 aprel 1979) — Kanadanı təmsil edən su poloçusu. Yana Salat, Kanada yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün sadəcə birində qalib gələn Kanada yığması, Sidney Olimpiadasını beşinci pillədə başa vurdu. Daha sonra Yana Salat, Kanada yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Qazaxıstan yığmasını 10:4 hesabı ilə məğlub edən Kanada yığması, Afina Olimpiadasını yeddinci pillədə başa vurdu.
Şalot xanım
Şalotun ledisi (ing. Lady of Shalott) — Alfred Tennison (1809-1892) tərəfindən yazılmış romantik şeir adıdır. Bu şeir Kral Artur haqqında əfsanələr toplumunun bir hekayəsidir. Orta əsrlər dövründə (VI-XVI əsrlər) xalq arasında çox populyar idi. Bu uzun şeir Astolatlı Eleyna (XIII əsr) əfsanəsindən ilham alınıb. Bu, bir gənc xanımın hekayəsidir, o, Kral Arturun ölkəsinin paytaxtı yaxınlığında olan Şalott adasındakı qalada yaşayır. Bu xanım rəvayətə görə tilsimlənib. O, dünyaya birbaşa baxa bilmir. Ona görə də o, hər gün dünyaya güzgü vasitəsilə baxır. Qalanın başındaki pəncərə qarşısında güzgüyə baxaraq, gördüyünü xalça üstünə toxuyur.
Calut (Oğuz)
Calut — Azərbaycan Respublikasının Oğuz rayonunda eyniadlı inzibati ərazi vahidinin mərkəzi. Rayonun mərkəzindən 6 km qərbdə, Oğuz–Şəki şose yolunun sağında, Baş Qafqazın ətəyindədir. == Tarixi == Calut kəndi Qafqaz Albaniyası dövlətinin (E.ə. IV əsr – E. VII əsri) ən qədim yaşayış məskənlərindən biri olmuşdur. Burada hazırda qədim və orta əsrlərə aid arxeololi və memarlıq abidələrindən Alban kilsəsinin, Alban pirinin, qədim yaşayış yerinin, Alban nekropolunun qalıqları durur ki, bunlar da Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi qərarı ilə ölkə və yerli əhəmiyyətli abidələr siyahısına daxil edilmişdir. 1824-cü il Şəki əyalətinin kameral təsvirinə əsasən Calut kəndində 232 təsərrüfatda 1048 nəfər əhali yaşayırdı ki, onların da 542 nəfərini kişilər, 506 nəfərini isə qadınlar təşkil edirdi. == Etimologiyası == Tarixi mənbələrdə (Musa Kalankaytuklu, Fəridə Məmmədova, Qiyasəddin Qeybullayev, Tofiq Məmmədov, Mahmud İsmayılov və başqalarının əsərləri) qeyd olunan 26 alban tayfasından biri türkdilli çullar (çol-çal) olmuşdur. Çul tayfası Qafqaz Albaniyasının (bugünkü Azərbaycan Respublikası) şimal-şərqində yaşamışdır. Eramızın ilk əsrlərində Dərbənddən cənubda bir şəhər Çol-Çul-Çala adı ilə məlumdur. "Çul" etnonimi öz varlığını bu gün Azərbaycanda mövcud olan Çullu (Ağdam, Cəbrayıl), Çorbinə (Balakən), Tahirçal (Qusar), Çallı (Zərdab) və s.
Taner Savut
Taner Savut (10 avqust 1974, İzmir – 6 fevral 2023, Antakya) – Türkiyə idman direktoru və keçmiş futbolçusu. Müdafiəçi mövqeyində çıxış etmişdir. Əslən rizəli ailədən olan Taner Savut futbola 12 yaşında "İzmirspor" klubunun aşağı yaş qruplarında başlamışdır. 1994-cü ildə "İzmirspor" klubunda ilk peşəkar futbol oyununa çıxmışdır. 1997-ci ildə "Fənərbaxça" klubuna transfer olmuş və klubla 30 oyun oynamışdır. Avrokuboklardakı yeganə oyununu 29 sentyabr 1997-ci ildə UEFA Kuboku çərçivəsində "Styaua"ya qarşı keçirmiş və komandası 2:1 hesabı ilə məğlub olmuşdur. Daha sonra "Göztəpə", "Siirtspor", "Sakaryaspor", "Alanyaspor" klublarında çıxış etmişdir. 7 sentyabr 2002-ci ildə "Sivasspor" səfərinə gedən "Sakaryaspor" avtobusunun qəzaya uğraması nəticəsində 6 nəfər ölmüş, lakin o, yaralı olaraq qurtulmuşdur. "Tokatspor" klubunda oynadıqdan sonra 2011-ci ildə futbolçu karyerasını başa vurmuşdur. Karyerası boyunca 500-ə yaxın rəsmi oyuna çıxmış, Türkiyə Super Liqasında 71 oyunda 1 qol vurmuşdur.
Salur Qazan
Qazan xan — Kitabi-Dədə Qorqud dastanında personaj. Oğuz elinin Salur boyundan olduğu bilinir. Oğuz igidlərinin başında bəylərbəyi Qazan xan dayanır. Bayandur xandan sonra oğuz bəyləri Qazan xanı özlərinə başçı, hökmdar, həm də arxa, pənah sayırlar. Qazan xanın mərdliyi, qəhrəmanlığı, dövlət başçısı, sərkərdə olaraq tədbirliliyi Oğuz elinə əmin-amanlıq, səadət gətirir. Qazan xan anasına böyük ehtiramla yanaşan bir oğul, xanımını ürəkdən sevən ər, oğlunun bir igid olaraq yetişməsinə çalışan, onun qəhrəmanlığı ilə fəxr edən atadır. Düşmənə əyilməyən, ən çətin anlarda belə özünü, xalqını, dinini sındırmayan Qazan xan Oğuz igidlərinin ən müsbət xüsusiyyətlərinin daşıyıcısı kimi tərənnüm olunur. Bayandur xanın qızı, Salur Qazanın xanımı "boyu uzun Burla xatun" eposun ən mükəmməl qadın surətlərindəndir. Burla xatun etibarlı, namuslu həyat yoldaşıdır. "Salur Qazanın evinin yağmalandığı boy"da Burla xatun yeganə oğlunun öldürülməsinə razı olur, ta ki Qazan xanın, Oğuz elinin namusu tapdalanmasın.
Salt Bae
Nüsrət Gökçə (9 avqust 1983, Ərzurum) — Türkiyəli biznesmen, qəssab və aşpaz. O, özünə xas formada ət bişirmə və duzlama səbəbindən Salt Bae ləqəbi ilə də tanınan bir internet fenomeni olmuşdur. Nüsrət Gökçə, 1983-cü ildə Ərzurumda anadan olub. Atası Faiq mədən işçisidir. Həm ana, həm ata tərəfindən kürd mənşəlidir. Dörd qardaşı var. İki yaşında ailəsiylə birlikdə Darıca rayonuna köçüb. Təhsilini altıncı sinifdə yarıda buraxıb və qəssablığa başlayıb. 2010-cu ildə Nusr-et Steakhouse adlı öz markasını yaradıb.
Saut-Poynt
Saut-Poynt — Avstraliya materikinin cənub qutaracağında yerləşən ən ucqar cənub nöqtəsi. Bass boğazının şimalında yerləşir. Üstəlik bu burun Vilsons Promontoqori yarımadasının ucqarında yerləşir. Burun 39°08′20″ c. e. 146°22′26″ ş. u. kordinatlarda yerləşir. İnzibati cəhətdən Viktoriya ştatı ərazisinə daxildir. Burun ərazisi Vilsons-Promontoqori (Wilsons Promontory National Park) milli parkı ərazisinə daxildir.